Faiq mirzəyev pedaqoji ustalığın əsasları
nüsxə: 28368
şöbə: 82.09.512.162
nişan : F-70
qrinti: 17
Pedaqogikanın mövzusu, əsas anlayışları
“Pedaqogika” sözü iki yunan sözündən («payda» və «qoqos») əmələ gəlib, hərfi mənası “uşaq ötürən” deməkdir. O, tərbiyə haqqında elmdir.
Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır; o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir.
Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünə məxsus anlayışlar sistemi vardır. Buraya pedaqoji proses, tərbiyə, özünütərbiyə, yenidəntərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s. anlayışlar daxildir.
Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir-birindən ayrılıqda yox, bir-biri ilə əlaqəli şəkildə – eyni məqsədə xidmət edən vahid proses kimi çıxış edir.
Tərbiyə insan şəxsiyyətinin məqsədyönlü formalaşması və inkişafı prosesi və nəticəsidir. O, iki mənada – geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə insana bütün mütəşəkkil və məqsədyönlü təsirləri, o cümlədən sosial həyatın təsirlərini, tərbiyə, təhsil və təlimi özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin (eləcə də təlim və təhsilin) mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi başa düşülür.
Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir.
Yenidəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir.
Təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Təhsil müxtəlif yollarla – təlim və özünütəhsil yolu ilə (eləcə də onların vəhdəti ilə) əldə edilə bilər. Təhsil almağın əsas vasitəsi təlimdir.
Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir. O, müəllim və şagirdlərin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır.
Şəxsiyyətin inkişafı müxtəlif amillərin (təbii və sosial, xarici və daxili amillərin) təsiri ilə insanın şəxsiyyət kimi formalaşması prosesidir.
Pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin ahəngdar inkişafına kömək göstərir.
Faiq mirzəyev pedaqoji ustalığın əsasları
Estetik tərbiyə ; 20050608 ; AF ; 35 000 ; Məcid
nüsxə: 20646
şöbə: 37(075.8)
nişan : İ 73
qrinti: 14
Etnopsixologiya ; 20130410 ; AF ; metodik material ; Mehrabov ; 600
nüsxə: 24531
şöbə: 159.9(075.8)
nişan : Ə64
qrinti: 15
Etnopsixologiya ; 20130410 ; AF ; Mehrabov ; 600
nüsxə:
şöbə:
nişan : Ə64
qrinti: metodik material
F.Mirzəyev Pedaqoji ustalığın əsasları ; 20140627 ; AF ; dərslik ; Yəhya Kərimov ; 2100
nüsxə: 26533
şöbə: 37.01
nişan : M 31
qrinti: 14
Feli- sifət ; 20040516 ; AF ; 20 q.
nüsxə: 19527
şöbə: 373:811.512.162
nişan : Ə 92
qrinti: 16
fikrət sadıq Halbuki ; 20161028 ; af ; poeziya ; Fikrət Sadıq ; 500
nüsxə: 28587
şöbə: 82-1.512.162
nişan : F -67
qrinti: 17
Filosof tənqidçi ; 20161114 ; af ; toplu ; 300
nüsxə: 28368
şöbə: 82.09.512.162
nişan : F-70
qrinti: 17
Filosof tənqidçi ; 20161114 ; af ; 300
nüsxə:
şöbə:
nişan : F-70
qrinti: toplu
Firat Hüseyinov Fiziki Tərbiyə 9 ; 20161010 ; df ; Çingiz Hüseyinzadə ; 7000
nüsxə:
şöbə:
nişan : H 95
qrinti: metodiki vəsait
Firat Hüseyinov Fiziki Tərbiyə 9 ; 20161010 ; df ; metodiki vəsait ; Çingiz Hüseyinzadə ; 7000
nüsxə: 28358
şöbə: 372.8:796
nişan : H 95
qrinti: 14
Firat Hüseynzadə Fiziki Tərbiyə 9 ; 20161012 ; df ; dərslik ; Ç.Hüseyinzadə ; 112500
nüsxə: 1153
şöbə: 373:796
nişan : H95
qrinti: 14
Fizik tərbiyə-2 müəllim üçün metodiki vəsait ; 20160121 ; DF ; Firat Hüseynov ; 1000
nüsxə: 27193
şöbə: 373(072)
nişan : F 77
qrinti: 14
Fizik tərbiyə-2 müəllim üçün metodiki vəsait ; 20160121 ; DF ; Firat Hüseynov ; 1000
nüsxə:
şöbə:
nişan : F 77
qrinti:
Fizika ; 20151028 ; DF ; dərslik ; Mirzəli Murquzov
nüsxə: 617
şöbə: 373:53
nişan : F 77
qrinti: 12
Fizika ; 20151027 ; df ; dərslik ; Mirzəli Murquzov ; 50000
nüsxə: 560
şöbə: 373:53
nişan : M85
qrinti: 14
Fizika ; 20151028 ; df ; dərslik ; Rövşən Əliyev ; 7000
nüsxə: 27802
şöbə: 372.8:53
nişan : F 77
qrinti: 14
Fizika ; 20050524 ; AF
nüsxə: 19937
şöbə: 517(075.8)
nişan : H47
qrinti: 29
Fizika -10 ; 20140116 ; AF ; Mirqəli Novruzov ; 15000
nüsxə:
şöbə:
nişan : F 77
qrinti: dərslik
Fizika -10 ; 20140116 ; AF ; dərslik ; Mirqəli Novruzov ; 15000
nüsxə: 316
şöbə: 373:53
nişan : F 77
qrinti: 14
Fizika 11 ; 20150206 ; DF ; dərslik ; Abdulla Mehrabov ; 94000
nüsxə: 512
şöbə: 373:53
nişan : F 77
qrinti: 14
HAQQIMZDA
Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) Azərbaycan KP MK-nın və Azərbaycan Respublikası Nazirlər Sovetinin “Azərbaycan SSR-də xalq maarifinin inkişaf etdirilməsi haqqında ” 24 iyun 1982-ci il tarixi 335 №-li birgə qərarına əsasən 1983-cü ildə 4 şöbədən ibarət, 39 ştat vahidi ilə yaradılmışdır.
KEÇİDLƏR
Copyright by 2016-2017 © All right reserved.
PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT
Gələcək müəllimlərin hazırlamasında onlarda pedaqoji ustalığın formalaşdırılması ən vacib məsələlərdən biridir. Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyətinin bütün növlərini optimallaşdırmaq, onları şəxsiyyətin hərtərəfli inkişafına və təkmilləşməsinə yönəltmək, onun dünyagörüşünü, qabiliyyətlərini, ictimai fəaliyyətindəki tələbatlarını formalaşdırmağı yüksək professional səviyyədə bacarmaqdır. Ustalıq fəaliyyətdə təzahür edir.
Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin – müəllim və tərbiyəçilərin professional ustalığıdır. O pedaqoji fəaliyyətin yüksək səviyyəsi və ya ən uca və daim təkmilləşən təlim-tərbiyə sənətidir. Metodiki ustalığın elmi biliklər, bacarıqlar, vərdişlər və müəllimin şəxsi keyfiyyətlərinin sintezidir. Bu işin əsas mahiyyəti müəllimin şəxsiyyətində, onun mövqeyində, fəaliyyətini yüksək professional səviyyədə idarə etmək qabiliyyətindədir. Bundan ötrü isə müəllim pedaqoji fəaliyyətdən baş çıxarmalı, onun məqsədini, vasitələrini, obyektini, subyektini yaxşı bilməlidir, bu işə yaradıcı yanaşmalı, uşağın maraqlarını nəzər almalıdır. Müəllimin işinin məqsədi cəmiyyət tərəfindən müəyyənləşdirilir.
Çünki, müəllim öz əməyinin son nəticələrini seçməkdə azad deyil, onun hərəkətləri məktəbli şəxsiyyətinin hərtərəfli inkişafına doğru yönəlməlidir. Lakin məqsəddən doğan konkret vəzifələri pedaqoji şəraitlə əlaqələndirməkdə müəllim özü işini qurmağı bacarmalıdır.
Müəllimin fəaliyyəti başqasının fəaliyyətini idarəetmə mahiyyəti, bir növ şagirdin fəaliyyətinə uyğunlaşdırmaq xarakteri daşıyır. Orada həm müəllimin, həm də uşağın istəyi öz ifadəsini tapmalıdır, hər iki istək üst-üstə düşməlidir. Məhz bu zaman əməkdaşlıq pedaqogikası özünə yol tapır. Sonra pedaqoji fəaliyyətin mürəkkəbliyi onun şagirdin gələcəyinə inamın obyektivləşməsində, ifadəsində özünü göstərir. Bu məqsəd müəllimə yaxın və aydlndır. O şagirddən tələb edir:
“Sən bilməlisən, bacarmalısan, etməlisən”.
Beləliklə, pedaqoji fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini şəxsən qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara verilmiş vəzifəni başqa şəkilə salmaği bacarmaği tələb edir,.Tərbiyənin əsas vasitələri əmək, ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu fəaliyyət növlərində müntəzəm iştirak edirlər.
Pedaqoji əməyin obyekti təkrarolunmaz fərdi keyfiyyətləri, baş verən hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal varlıqlar – canlı insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış tələb edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə yanaşı, ona əhatə olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və müxtəlif istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa olunan bütün təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə yanaşı yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə tutur. Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası məktəblərdə münasibətlərin demokratikləşməsinə doğru yönəlmişdir və məktəbliləri pedaqoji prosesin iştirakçısına, həmməsləkinə çevirmək üçün onları fəallaşdırmağa çalışır.
Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə edilənə təsir göstərən müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti isə müəllimin şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin şəxsiyyətini qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi yanaşacaq, təsirinə qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız düzgün əxlaqi təsir göstərən şəxs əsil tərbiyəçi ola bilər. Bu isə pedaqoqun mütamadi olaraq özünütəkmilləşdirməsi şərti ilə mümkündür.
Comments are closed, but trackbacks and pingbacks are open.