Agirdlərin diqqətini dərsə yönəldən vasitə – OYUN-DƏRSLƏR
Oyun texnologiyalarından dərs zamanı istifadə şagirdlərin hamısının fəallaşmasına şərait yaradır. Zəif, utancaq, azdanışan uşaqlar belə oyun zamanı bacarıqlarını nümayiş etdirir, onların öz fikrini söyləmə, əməkdaşlıq etmə, özünün və yoldaşlarının fəaliyyətini təhlil etmə, şifahi nitq, oxuyub-anlama, dinləmə, fikrini düzgün ifadə etmə bacarıqları inkişaf edir. Beləliklə, oyun texnologiyaları tədris materialını əlçatan, maraqlı, obrazlı şəkildə öyrətməyə, biliklərin daha yaxşı mənimsənilməsinə kömək edir, şüurlu öyrənməyə maraq yaradır.
Oyunların təlimdə rolu
Məlumdur ki, əyləncəli oyun şəklində verilmiş bilik uşaqlar tərəfindən daha tez, möhkəm və asan qavranılır.
Oyun elə bir təlim növüdür ki, burada şagird aktiv və yaradıcı şəkildə cəmiyyətin davranış qaydalarını və normalarını, insanların əməyə, ictimai əmlaka münasibətini, insanlar arasında qarşılıqlı münasibətləri öyrənir. Bu, elə bir fəaliyyət növüdür ki, şagirdlərin sosial davranışına, onların həyata və bir-birinə olan münasibətlərinin formalaşmasına əsaslı təsir edir.
Məşhur pedaqoq A.S.Makarenko uşaq oyunlarının rolunu belə xarakterizə etmişdir: «Oyun uşaqlar üçün böyüklərin iş fəaliyyəti qədər dəyərlidir. Uşaq oyunda özünü necə aparırsa, gələcəkdə işləyəcəyi yerdə də bir çox hallarda özünü elə aparacaq. Beləliklə, gələcəyin lideri oyun oynayaraq təhsil alır. ».
Uşaqları oyun zamanı müşahidə edən P.F.Lesqaft «Uşaq oyunu əyləncə deyil» ifadəsini təkrar etməyi sevərdi. Oyun uşaqların iş fəaliyyətidir. Oyun uşaqların ən sevimli və təbii fəaliyyətidir.
K.D.Uşinski qeyd edirdi ki, uşaqların ümumi və psixi sağlamlığını müəyyən etmək üçün onların oyununun müşahidə edilməsi əhəmiyyətlidir. Əgər uşaq oyunlara maraq göstərmirsə və ya öz yaşına görə stereotip, passiv və ya bəsit oynayırsa, bu, böyüklər üçün ciddi siqnal olmalıdır: belə uşaq xüsusi diqqət tələb edir. Bu «xüsusi» uşaq ya istedadlıdır, ya da əqli geriliyə malikdir. Oyun həm uşağın psixoloji vəziyyətinin və şəxsiyyət kimi inkişafının diaqnostikasını aparmaq üçün bir vasitədir, həm də uşağın inkişafındakı ləngiməni və qüsurları aradan qaldırmaq üçün əla metoddur.
Oyunlar qaydalı və qaydasız olur. Yaradıcı oyunlar uşaqlar tərəfindən yaradılan qaydasız oyunlardır.
Qaydalı oyunlar uşaqların davranışlarını idarə etmək qabiliyyətini artırır, onların impulsivliyini azaldır və bununla da xarakterin formalaşmasına yardım edir. Qaydalı oyunlara didaktik, mütəhərrik, və rollu oyunlar aid edilir. Doyunca qaydalı oyunlar oynamış uşaqların məktəb intizamına uyğunlaşması daha rahat gedir.
Didaktik (öyrədici) oyunlar şərti olaraq 3 növə ayrılır: oyuncaqla (müxtəlif əşya) ilə oynanan oyunlar, şifahi və ya sözlü (tapmaca) oyunlar, loto (cüt şəkilli kart) oyunlar.
Dərs zamanı didaktik oyunlardan istifadə uşaqlarda yaddaş, diqqət və təfəkkürün inkişafına kömək edir.
Rollu oyun oynayarkən şagird hər hansı bir obrazı canlandırır, öz təəssüratlarını üzə çıxarır. Oyun vəziyyətinin xəyal olduğunu anlayan uşaqlar buna baxmayaraq, olduqca real hisslər və təcrübələr yaşayır və bununla da daxili dünyalarını zənginləşdirirlər. Psixoloqlar hesab edirlər ki, rollu oyun uşaq oyunlarının inkişafının ən yüksək formasıdır. Rollu oyun uşaqların idraki inkişafında böyük əhəmiyyət kəsb edir, onlarda diqqəti və yaddaşı inkişaf etdirir. Tərəfdaşlar ilə birgə oyun zamanı uşaqlar ünsiyyət qurmağı, başqalarının istək və fəaliyyətlərini nəzərə almağı, fikirlərini müdafiə etməyi, təkid etmə qabiliyyətini, həmçinin birgə planlar hazırlamağı və həyata keçirməyi öyrənirlər. Müxtəlif rolları yerinə yetirərkən, uşaq müxtəlif fəaliyyətlərin bütün aspektlərini əhatə etməyə başlayır ki, bu da öz növbəsində insanın düşüncə qabiliyyətini inkişaf etdirməyə, başqasının fikrini qəbul etməyə kömək edir.
Oyunların bu müxtəlifliyi fərqli məqsəd daşıyan fənlərin tədrisini şagirdlər üçün daha maraqlı və cəlbedici etməyə imkan yaradır. Adətən:
- didaktik oyunlardan riyaziyyat, ana dili;
- rollu oyunlardan ana dili, həyat bilgisi, tarix;
- mütəhərrik oyunlardan fiziki tərbiyə, həyat bilgisi fənlərində istifadə edilir.
Hazırladı: TİPİİ-nin baş mütəxəssisi Sevda Adıgözəlova
Mənbə: tipii.edu.az
- Teqlər:
- uşaq oyunları
- , oyunlar
- , oyun
- , oyun oynamaq
- , öyrədici oyunlar
- , sosial davranış
Şagirdlərin diqqətini dərsə yönəldən vasitə – OYUN-DƏRSLƏR
Məktəblilərin müasir dövrün tələblərinə cavab verən bilik, bacarıq, vərdiş və dəyərlərə yiyələnən, bu kompetensiyaları davamlı olaraq inkişaf etdirən gənclər kimi formalaşması təhsil ocaqlarımızda təlim-tərbiyə prosesinin necə qurulmasından, öyrədici mühitin təşkilindən, təlim zamanı istifadə olunan forma, üsul, vasitələrdən asılıdır. Müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi öyrətməkdir, yəni şagirdlər biliyi müstəqil əldəetmə bacarığına yiyələnməlidirlər.
Müasir təlim şagirdin maraq və tələbatlarına, bilik səviyyəsinə, imkan və qabiliyyətinə uyğun təşkil olunmalı, dərsdə problemli situasiya yaratmaqla idrak prosesi, təfəkkür fəallaşdırılmalıdır. Müəllimin bələdçi, istiqamətləndirici rolu, düzgün qurulmuş şagird-müəllim, şagird-şagird münasibətləri təhsilalanın özünə inamını artırır, onu fəallaşdırır. Qrup işlərinin lazımi səviyyədə aparılması ilə şagirdlər fikirlərini bölüşür, qarşılıqlı faydalanır, biliklərini dərinləşdirir, daha dolğun nəticə, şəxsi keyfiyyətlər (bir-birini dinləmə, digərinin fikrinə hörmətlə yanaşma və s.) əldə edirlər. İnteraktiv təlim prosesində sinifdə yaradılan işgüzar, psixoloji şərait, tədqiqat prosesinin təşkili, biliklərin müstəqil “kəşfi”, sosial bərabərlik, şagird biliyinin obyektiv qiymətləndirilməsi və s. təlimdən gözlənilən nəticənin alınmasına müsbət təsir edir.
Bu gün hər bir uşağın dərsə marağını müxtəlif yollarla formalaşdırmaq və artırmaq vacib məsələlərdən biri hesab olunur. Kiçik yaş dövründə şagirdlərin dərs öyrənməyə müsbət münasibəti ardıcıl, davamlı olmur. Əgər uşaqda öyrənməyə həvəs yaranmışsa təbii ki, onu öyrətmək asan olacaq. İbtidai sinif şagirdləri ilə işləyənlərin hər biri yaxşı bilir ki, şagirdin bu və ya digər fənni böyük maraq və istəklə öyrənməsinə nail olmaq asan iş deyil. Kiçikyaşlı uşaqlar çox hərəkətli, diqqəti yayınıqdırlar. Buna görə də şagirdlərin intizamı ilə bağlı çoxlu problemlər yaranır.
Bəs, nə etməli? Belə şagirdlərə necə yanaşmalı? Hansı metod və vasitələrdən istifadə etməklə tədrisi əyləncəli etməli?
Bunun yeganə cavabı var: Mümkün qədər çox oyun-dərslərdən istifadə etmək!
Məktəbəqədər yaş dövründə oyun uşaqların aparıcı fəaliyyətidir. Uşağın məktəbə gəlişi ilə onun sosial mövqeyi köklü şəkildə dəyişilir. Onun əsas fəaliyyəti artıq oyun yox, dərsöyrənmə olur. Buna görə də ibtidai sinif şagirdlərində dərsöyrənmə fəaliyyətinin əsasları formalaşdırılır. Bu proses kiçikyaşlıların yaş xüsusiyyətlərinə diqqətin, yaddaş və mühakiməyürütmə qabiliyyətinin dayanıqsızlığına görə bir qədər mürəkkəbləşir. Oyun və oyun dəqiqələrindən istifadə etmək bu çətinliklərin aradan qaldırılmasına çox kömək edir.
Kiçikyaşlı uşaqlar üçün rəngarəngliyi sevmək, qeyri-ardıcıl qəbul etmə, asanlıqla obraza daxil olma və s. kimi xüsusiyyətlər xarakterikdir. Uşaqlar hər hansı fəaliyyətə, xüsusilə oyuna asanlıqla cəlb olunurlar. Oyun onlar üçün tədris, əmək, ciddi tərbiyəedici formadır. Buna görə də uşaqların oyun oynamaq həvəsindən, tələbatından istifadə etməklə onları müəyyən tədrisyönümlü məsələlərin həllinə yönəltmək məqsədəuyğundur.
Dərs prosesində oyunlardan istifadə olunması aşağıdakı məqsədlərin reallaşmasına imkan yaradır:
-Didaktik məqsədlər: dünyagörüşünün genişlənməsi, dərketmə qabiliyyətinin artması, qazanılmış bilikləri təcrübədə tətbiq etmə bacarığı, praktik fəaliyyət üçün zəruri olan bacarıq və vərdişlərin, həyati bacarıqların formalaşması, əmək bacarıqlarının inkişafı.
-Tərbiyəedici: müstəqilliyin, möhkəm iradənin, əməkdaşlığın, kollektivçiliyin, kommunikativliyin, ünsiyyət qurma, bir-birinin fikrinə hörmətlə yanaşma, dinləmə bacarığının tərbiyə edilməsi, formalaşması.
-İnkişafetdirici: diqqətin, yaddaşın, nitqin, mühakimə yürütmə qabiliyyətinin (müqayisə etmə, analogiyaları tapma, qarşı-qarşıya qoyma), məntiqi, tənqidi, yaradıcı təfəkkürün, optimal qərarların tapılması bacarığının, motivasiyanın inkişafı
-Sosiallaşma: cəmiyyətin norma və dəyərlərinə uyğun özünü aparma, mühitin şərtlərinə uyğunlaşma, gərginliyin (stresin) idarə olunması, özünənəzarət, unsiyyət qurmağı öyrənmək.
Oyun prosesində şagirdlər özləri də hiss etmədən müxtəlif tapşırıqları yerinə yetirir, tədqiqatçı rolunda olur, nələrisə müqayisə etməli, müxtəlif hərəkətləri yerinə yetirməli, şifahi hesablamalar aparmalı, məsələlər həll etməli olurlar. Oyun şagirdlərdə qələbə qazanmaq həvəsini, marağını oyadır, uşaqlar oyunun qaydalarına əməl etməklə daha cəld, hazırcavab olmağa, tapşırığı dəqiq həll etməyə çalışırlar. Tədrisyönümlü oyunlardan istifadə bu gün ən aktual məsələlərdən biri olan şagirdlərin oxuyub-anlama bacarığının daha da inkişaf etdirilməsinə kömək edir.
Oyunlardan istifadə şagirdlərin intizamlı olmasına çox kömək edir. Belə ki, hər bir oyunda müəyyən qaydalara riayət olunmalıdır. Oyun zamanı uşaqlar yoldaşlarının istəkləri və maraqlarını nəzərə almağı, təmkinli, daha məsuliyyətli olmağı öyrənirlər. Oyunlar özünənəzarət və özünüqiymətləndirmə bacarıqlarını formalaşdırır. Məsələn, dərs prosesində bəzi şagirdlər müəllim, bəziləri isə şagird rolunda olur. Bu cür oyunları cütlərlə, qruplarda da keçirmək olar. “Kim daha cəlddir” oyununu qruplararası keçirdikdə uşaqlar təkcə özləri üçün narahat olmur, qrup yoldaşlarının da fəal olmasına kömək edirlər.
Oyun texnologiyalarından dərs zamanı istifadə şagirdlərin hamısının fəallaşmasına şərait yaradır. Zəif, utancaq, azdanışan uşaqlar belə oyun zamanı bacarıqlarını nümayiş etdirir, onların öz fikrini söyləmə, əməkdaşlıq etmə, özünün və yoldaşlarının fəaliyyətini təhlil etmə, şifahi nitq, oxuyub-anlama, dinləmə, fikrini düzgün ifadə etmə bacarıqları inkişaf edir. Beləliklə, oyun texnologiyaları tədris materialını əlçatan, maraqlı, obrazlı şəkildə öyrətməyə, biliklərin daha yaxşı mənimsənilməsinə kömək edir, şüurlu öyrənməyə maraq yaradır.
Oyunlardan istifadə etməklə öyrətmək və oynayaraq öyrənmək o qədər də sadə məsələ deyil, amma dərs prosesi ilə əyləncəni birləşdirərək hər bir dərsdə bayram əhvali-ruhiyyəsi yaratmaqla onun unikallığını artırmaq olar. Buna görə də şagirdlərin biliklərinin ümumiləşdirilməsi və sistemləşdirilməsi formalarından biri kimi müxtəlif tədrisyönümlü oyunlardan istifadə olunması həmişə müsbət nəticə verir.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
25 Şubat 2016 Perşembe
Fəal/interaktiv təlimin mexanizmləri
Paylaşıldı 10:12 by Leyla Bayramova
Aşağıda göstərilən prinsipləri diqqətlə oxusanız görəcəksiniz ki, idrak fəallığının həm yaradılması, həm də saxlanılması üçün xüsusi psixoloji mexanizmlər mövcuddur.
Mexanizm №1. Problemli vəziyyətin yaradılması
Yuxarıda qeyd etdiyimiz şəxsiyyətə yönəlmiş təlim prinsipinə uyğun olaraq təlim prosesi yalnız şagirdin tədqiqatçı mövqeyinə, onun idraki maraqlarına əsaslananda səmərəli olur. Bu mövqeyi yaratmaq üçün mərkəzi təlim prosesi – tədqiqat olmalıdır. Hər tədqiqat isə ilk növbədə problemin qoyulmasından başlanır.
Fəal(interaktiv) təlim metodu təqdim edilən informasiyanın ziddiyyətli və yarımçıq olması səbəbindən əqli cəhətdən gərgin (problemli) vəziyyətin yaradılmasına əsaslanır. Bu cür vəziyyətin yaradılması şagirdləri qarşıya qoyulmuş məqsədə nail olmaq yollarını axtarmağa sövq edir və bununla da onların təfəkkürünü fəallaşdırır. Bu da öz növbəsində şagirdlərdə idrak fəallığı yaradır, onların tədqiqat fəaliyyətini artırır.
Problemli vəziyyət – məsələnin həllində ziddiyyətlərin, müxtəlif nöqteyi-nəzərlərin və variantların mövcudluğunu ehtiva edən vəziyyətdir.
Mexanizm №2. Dialoqun və əməkdaşlığın zəruriliyi
Problemin həlli zərurəti müxtəlif fərziyyə və baxışların nəzərdən keçirilməsini və ən optimal metodun tapılmasını tələb edir. Bu isə məhz təlim prosesinin digər iştirakçıları ilə fəal əməkdaşlıq prosesində ən effektiv şəkildə əldə oluna bilər. Buna görə mövcud təlim metodunu ifadə etmək üçün “problem” və ya “problem – dialoji” təlim kimi anlayışlardan istifadə olunur.
Mexanizm 3. Şagird – tədqiqatçı, müəllim – fasilitator.
İdrak fəaliyyətinin fəallaşdırılmasının ən başlıca mexanizmlərindən biri – ənənəvi təlim sxeminin dəyişdirilməsidir, yəni:
ona tədqiqat xarakteri verilməsi; şagirdin biliklərin mənimsənilməsi prosesinin başlıca simasına, bərabər hüquqlu subyektinə çevrilməsidir.
Bu da təlim prosesində şagirdlərin və müəllimin mövqelərinin və onların funksiyalarının dəyişdirilməsi hesabına əldə oluna bilər.
Şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Bu zaman təlimin mühüm şərti qismində uşağın təlimin məqsədlərini şüurlu surətdə tərkib hissələrinə bölə bilməsi zərurəti çıxış edir: nəyi dərk etməli, nə üçün dərk etməli, nəyi öyrənməli, nə üçün öyrənməli, necə öyrənməli və bu hansı nəticələrə gətirib çıxara bilər (təlimin bəhrəsi necə olmalıdır).
Müəllimin mövqeyi – ”bələdçi” (fasilitator) , “aparıcı” (istiqamət verən) mövqeyidir. Fəal təlim prosesində müəllimin biliklərə aparan yolda bir bələdçi kimi əsas funksiyası, təyinedici rolu fasilitasiya (ingilis dilində facilitation –əlverişli şərait yaratma) adlanır. Bu müəllim liderliyinin yeni tipidir və o, müəllimlə şagirdin təhsil məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Bu zaman müəllim şəksiz nüfuz sahibi kimi sinif üzərində “ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur. Əksinə o, sistemli, ardıcıl və məqsədyönlü şəkildə şagirdlərlə əməkdaşlıq edir: problem-vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyuluşunda şagirdlərə istiqamət verir, bunların həllində metodik köməklik göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir. Müəllimin vəzifəsi – öyrənməyi öyrətməkdir, yəni: təlim fəaliyyətinin əsas tərkib hissələrini mənimsəməkdə uşağa kömək edir, eyni zamanda özü biliklərin əldə edilməsinə və tətbiqinə dair zəruri əqli üsul və vasitələrə praktik cəhətdən yiyələnir.
Təlim prosesinin mövcud sxemi fəallıq keyfiyyətinə malikdir və hər bir şagirdin ona lazım olan bilikləri müstəqil əldə etməsinə və bütün həyatı boyu öyrənməyə qadir olan bacarıqlı, müstəqil tədqiqatçı kimi yetişməsinə kömək etmək üçün nəzərdə tutulub.
Lakin bu cür təlim sxemini həyata keçirmək üçün müəllim biliklərin qazanılması yolunda öz bələdçi roluna yiyələnməklə kifayətlənməməli, həm də öz konkret funksiyalarını bilməli və bunları həyata keçirməyi bacarmalıdır. Bunun üçün o, ilk növbədə fasilitasiya prosesinin mahiyyətini aydın başa düşüb dərk etməlidir.
Fasilitasiya bir proses kimi yönəldici, köməkçi sualların effektli tətbiqinin köməyi ilə diskussiyaların təşkili və şagirdlərin fəallaşdırılması prosesindən ibarətdir. Fasilitasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yeni bilgi müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır. Fasilitatorun mövqeyi, onun əsas funksiyası düşüncəni inkişaf etdirmək və onu lazımı məcraya yönəltməkdən ibarətdir. Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata keçirə bilməsi üçün şərait yaratmaqdır.
Mexanizm 4. Psixoloji dəstək: hörmət və etibar.
Şagirdlərin fəal idrak mövqeyinin lazımi səviyyədə qalmasının zəruri şərti: müəllimin hər bir şagirdə mərhəmətli, hörmətcil, fərdi münasibətindən, sinifdəki mühiti xüsusi həssaslıqla duymasından ibarətdir.
Müəllimin xeyirxah münasibəti, hörməti, şagirdləri olduğu kimi qəbul edilməsi, onları daim dəstəkləmək meyli, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə belə bir inamı möhkəmləndirə bilər ki, qarşıya qoyulmuş problemin həllində onun istənilən cəhdi yaradıcı fikir kimi qiymətləndiriləcək, ona ciddi və hörmətlə yanaşılacaqdır. Təlimin psixoloji mühitinin məhz bu şəkildə dəyişdirilməsi halında uğursuzluq qorxusu, inamsızlıq hissi aradan götürülə bilər və şagirdlərin idrak fəallığı dərs boyu lazımi səviyyədə qoruna bilər.
Şagirdə hörmətlə yanaşma, ona etibar etməsi, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən imtina edilməsi onda həm özünə inam hissini, həm də müəllimə hörmət və etibarı daha da artırır.
Comments are closed, but trackbacks and pingbacks are open.