Press "Enter" to skip to content

Bakıda ajiotaj yaradan gündüz cinayətləri. Silahlar necə əldə edilib? FOTO

Alimlər qeyd edirlər ki, dərmanların qalıqları kanalizasiya ilə birlikdə çay sularına düşür. Bu, antibiotiklərin daimi təsiri altında mikroorqanizmlərin mutasiyaya uğrayaraq “superbakteriyalara” çevrilməsi ilə nəticələnir ki, bu da öz növbəsində 2050-ci ilə qədər milyonlarla insanın ölümünə səbəb olacaq.

ƏL FALINA BAXAQ! QAYDASI, İZAHATLA!

Əllə fal baxma sənəti insanlara antik dövrlərdən məlumdur. El falını qədim Roma, Hindistan, Misir, Tibet, İçində tətbiq etmişlər. Lakin, əllə fala baxma mövzusunda ən əhəmiyyətli payı Yunanıstan yerləşir, onlar əllə fal baxmadan qəti bir elm olduğunu söyləmiş və onu dərindən və ciddi şəkildə öyrenmişlerdir. Elle fala hər kəs baxa bilər, yalnız bir az təcrübə və məlumatı olmalıdır.

Əlinin içinə baxaraq insanın həyatını, gələcəkdə başverecek olanları, xəstəlikləri v.s izah etməkdədir. Qadınların ən çox marağını çəkdiyi konu- evlilik və uşaq falına baxmaqdır.

Əl falına necə baxılır

1. Ürək xətti
2. Ağıl xətti
3. Həyat xətii
4. Qismət xətti (evlilik xətti)

Əl falı baxmağa ana xəttdən başlanması lazımdır və buda həyat xəttidir. Bu əl falında ən əhəmiyyətli yeri tutmaqdadır. Venera dağı (baş barmağı altında) örtməkdədir, insanın həyat potensiyalini ifadə etməkdədir. O ən əsas və əhəmiyyətli olanıdır. Onunla insanın sağlamlığını, xroniki xəstəliklərini V. Ş öğrenilmektedir.

Fal baxanda onun harada olduğunu dərhal müəyyən etmək lazımdır. Xəttin başparmağa yaxın yerləşməsi ehtimalına adam sinir xəstəliyindən, depressiyadan və istəklərini etmə enerjisinin qeyri-kafiliyindən əzab çəkir. Əgər ki, çizgi Venera dağında aralıysa, bu kəslər çox hayatsever və dayanıqlıdırlar.

Unutmamaq lazımdır ki, ana xəttin qopması ölümün və ya bəlanın yaxınlaşması mənasını vermir. Bəzi hallarda bu həyat baxışının dəyişməsi ifadə etməkdədir.

Çox vaxt xəttlərin qopduğu yerlərdə bir xətt daha görülməkdədir – bu yaxşı əlamətdir. O pis xəstəliklərdən qoruyur.

Çox insanlarda Venera dağında kiçik xəttlər görülməkdədir, bu adamın tez əsəbiləşdiyini, lazımlı və ya gerksiz yerə həyəcan, çaxnaşma etdiyini ifadə edir.

İkinci ana xətt insanın ümumi məlumatlarını təsvir edən – ürək xəttidir. O, kiçik barmağın altında yerləşir və əyri formada orta və işarə barmağına doğru uzuyordur. Ürək xəttinin bitdiyi yer diqqət edilməlidir, əgər ki:

iki barmağın arasında isə (orta və işarə barmağı) bu kəslər ətrafa açıq, yoldaşlıq etməyi sevən, hər vəziyyətdə həll tapmağa qadirdir.
Düz və qısadırsa – bu kəslər özlərinə bağlı insanlardır və hər şeyi gizlədir.
Ortancı barmağın altında biterse- bu kəslər özlərindən başqa kimsəni düşünməzlər, həmişə öz egolarıyla yaşayarlar.
Işarə barmağının altında bitsə, bu kişiler- hər şeyi idealleştirmeyi sevirlər.

Ağıl xətti
Adamın ona verildiyi ağıl və məntiqin necə istifadə etdiyini ifadə edir. Bəzi hallarda bu daha dəqiq görünür, lakin bu çətin olsa adamın məntiq gücünün az olduğu mənasını geliyordur.

Ağıl xəttinin başlanğıcı əl bükümünde, işarə barmağının dərhal altında və sonu hər hansı bir yerdə görülməkdədir.

Əgər xətt daha dəqiq və uzundursa bu adamın bizneslə maraqlandığını ifadə etməkdədir, lakin kiçik detalları belə gözündən kaçırmıyordur.

Əgər xətt düz və qısadırsa, bu kəslər öz məntiqlərinə inanırlar, fantaziya və xəyallara diqqət etməməkdələr.

Qismət-evlilik xətti
Evliliyin xeyirli olub – olmayacağını əllə fala baxaraq öyrənmək mümkündür. Evlilik xətti kiçik barmağın yan tərəfindədir. Tekçe dəqiq şəkildəki xəttlər evliliyin beklenildiğini ifadə etməkdədir, qısa olanlar isə bağlanacağınız mənasını verməkdədir. Əgər evlilik xətti ürək xəttinə yaxınsa, bu, yaxın zamanda evliliyin baştutacağını ifadə edir. Əgər bu kiçik barmaqla ürək xəttinin arasındadırsa evlilik 26- 28 yaş arasında baştutacaktır.

Evlilik xətti yuxarıya doğru üzürsə, bu adam heç bir zaman evlenmeyecektir. Çizgi catalan doğru gedərsə cütlərin boşanacağına işarə etməkdədir. Avucun mərkəzindən uğur xəttinə doğru uzanan xətt xoşbəxt evliliyin olacağını ifadə etməkdədir.

Bakıda ajiotaj yaradan gündüz cinayətləri. – Silahlar necə əldə edilib? – FOTO

Cəmiyyətdə bir hadisə nə qədər tez-tez baş verərsə, o şey insanlar üçün adiləşir. Təəssüf ki, kriminal xəbərlərin ölkə gündəmində yetərincə böyük pay sahibi olduğu gerçəkdir. Hətta bəzən nəticəsində ölüm olmayan pis xəbərlərə sevinəcək hala gəlirik. Təsəlli oluruq ki, bıçaqlandı, ən azından ölmədi. Lakin görünən odur ki, artıq cinayətkarlar işini yüz faiz “zəmanət” altına almaq istəyir. Belə olmasa, son iki həftədə Bakıda bıçaqları odlu silahlar əvəz etməzdi.

İki həftədə iki fərqli ünvanda iki silahlı insident yaşandı. Bir nəfər öldü, üç nəfər isə yaralandı. Martın 4-də hipermarketdə kütlə arasına avtomat və tapança ilə girən dəstə üzvləri bir nəfəri öldürdü, birini ölümcül yaraladı. Onlar bankomata qoyulmalı olan pulları götürüb qaçdılar. Cəmiyyətdə ciddi ajiotaja səbəb olan bu hadisənin xofu keçməmiş Bakı Dövlət Sirkinin yaxınlığında daha bir silahlı insident yaşandı. İki sadə vətəndaş kriminal qruplar arasındakı hesablaşmanın qurbanı oldu. Sabah daha bir insidentin baş verməyəcəyindən heç kim əmin deyil.

Bəs satışı qadağan olunan silahlar vətəndaşların əlinə haradan keçir?

Son hadisələr Azərbaycanda odlu silah əldə etməyin asan olduğuna dair şübhələr yaradıb. Baxmayaraq ki, qanun ov üçün nəzərdə tutulan silahlardan başqa Azərbaycanda odlu silah əldə etməyi qadağan edir.

Xidməti və mülki silah haqqında Qanuna görə, Azərbaycanda 18 yaşına çatmış istənilən şəxs mülki silah əldə edə bilər. Mülki silah isə özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahlara deyilir. Özünümüdafiə silahı – yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı – idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.

Mülki silahın alınmasına həm icazə verən, həm də nəzarət edən qurum Daxili İşlər Nazirliyidir. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazinin polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər:

“Mülki silahın alınmasına xüsusi icazə verilir. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş silahı iki həftə ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Silahın sahibinə onun saxlanılması və təyinatı üzrə istifadəsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən müvafiq rüsum ödənilir.

Bundan başqa, ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadəsinə icazə verilmiş ov silahları əldə edə bilər. Bu silahlar da rəsmi qeydiyyatdan keçirilir, bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun”.

DİN əməkdaşının sözlərinə görə, mülki silahın istifadəsi bir sıra şəxslər üçün qadağandır:

“Şəxsin mülkiyyətində yeddi ədəddən artıq odlu silah olduqda, haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı əks göstərişi olduqda, ağır cinayətlərə görə, silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda, digər hüquqpozmalar törətdikdə, polis orqanlarında profilaktik, əməliyyat uçotunda olduqda və s. hallarda vətəndaş mülki silah ala bilməz”.

Bəs istifadə necə tənzimlənir? Silahı aldıqdan sonra istənilən yerdə istifadə etmək olarmı?

Nurlan Əliyev deyir ki, aşağıdakı hallardan başqa mülki silahdan istifadə qadağandır:

“Mülki silahın istifadəçisi onu həyatı, sağlamlığı, mülkiyyəti və ya mənzil toxunulmazlığını cinayətkar qəsdlərdən qorumaq, digər şəxs tərəfindən silahın ələ keçirilməsinin qarşısını almaq, insana hücum edən və ya əhaliyə təhlükə yaradan heyvanı məhv etmək, yardım çağırmaq üçün tətbiq edə bilər. Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır.

İnsanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə, qadınlara, yanında azyaşlı uşaqlar olan şəxslərə, açıq-aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa odlu silahın tətbiq edilməsi qadağandır”.

Fotoda: Mülki silah növlərindən biri – pnevmatik tapança

Nəzərə alsaq ki, hipermarketdəki hücum zamanı istifadə olunan silahlardan biri “Kalaşnikov” tipli avtomat, eləcə də mülki silah kateqoriyasına aid olmayan tapançalar (“Makarov”, “Colt”, “Blow TR 92D”), eyni zamanda sirkin yaxınlığındakı insidentdə də eyni tapança idi, onların bu silahları haradan əldə etməsi maraq doğurur.

Hərbi ekspert Üzeyir Cəfərlinin fikirləri bu suala cavab tapmağa yardımçı olur. Ehtiyatda olan polkovnik deyib ki, Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdən müəyyən silah-sursatların digər bölgələrə, xüsusilə də Bakıya sızması böyük ehtimaldır:

“Düşünürəm ki, Bakıdakı silahlı insidentlərdə istifadə edilən silahların oradan gətirilib-gətirilmədiyini hüquq-mühafizə orqanları müəyyənləşdirə bilər. Hətta keçən dəfə mediada pulemyota da rast gəldim. Böyük ehtimalla savaş günlərində kimsə həmin silahlardan ələ keçirib. Silah əldə qalırsa, o, mütləq bir gün özünü göstərəcək. Xüsusilə də cinayətkarlar üçün bu, fürsət yaradır. Hüquq-mühafizə orqanları işi gücləndirməlidir. Bu hadisələr ard-arda oldu deyə, insanlarda ajiotaj yaratdı. Amma milyonluq şəhər üçün bu şeylərin yaşanması təəccüblü olmamalıdır. Çünki bəzən xırda qarətlər silahlı insidentlə nəticələnə bilir”.

Mövzu ilə əlaqədar Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbasın da mövqeyini öyrəndik. Millət vəkili bildirib ki, o, hər iki Qarabağ Müharibəsini görmüş biri kimi bu cür silahlanmanın adətən düşməndən götürülən qənimət silahlar hesabına artdığını güman edir:

Hipermarketdəki hadisə sırf planlaşdırılmış terror hadisəsi idi. Sirkin qarşısındakı insident isə kriminal qruplar arasındakı mübahisə idi. Qaldı ki, bütün müharibələrdən qənimət kimi götürülən silahlar olur. Görünür ki, I Qarabağ müharibəsindən sonra olduğu kimi, II Qarabağ müharibəsindən sonra da götürülən həmin silahlar kimlərinsə əlinə keçib, satıblar. DİN bu adamlara qarşı mübarizə aparır.

Düzdür, DİN mütəmadi silah tapılmasına dair məlumatlar açıqlayır. Amma istənilən halda diqqətdən yayınmağı bacaran şəxslər var”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, bu cür hadisələr dünyanın hər yerində, ən inkişaf etmiş ölkələrində belə baş verir. Bizdə ona görə xüsusi gərginlik yaradır ki, bu, bir-birinin ardınca baş verib:

“İki silahlı hadisənin bir-birinin ardınca baş verməsi təbii ki, cəmiyyətin psixologiyasına təsir edən, gərginlik yaradan faktorlardan biridir. Dünyada silahların gəzdirilməsinə icazə olmadığı üçün Azərbaycanda da yalnız ov tüfənglərini gəzdirmək mümkündür. Amma digər silahların əldə olunması Azərbaycanda başqa ölkələrdən daha asandır. Çünki Azərbaycan 30 il ərzində iki Qarabağ müharibəsi aparıb. Hər iki müharibədə canlı itkilərlə yanaşı, hər iki tərəf həm də silahlar itirib. Bura həm avtomat silahlar, həm də tabel silahları daxildir. Azərbaycan tərəfdə bu silahlar tapılanda hamı gətirib onları dövlətə təhvil verməyib. Bəziləri hansısa məqsədlər üçün saxlayıb. Yəni başqa ölkələrə nisbətən, Azərbaycan müharibə aparan dövlət olduğuna görə, silah əldə etmək problem olmayıb”.

Ekspertin sözlərinə görə, artıq bu məsələlər Daxili İşlər Nazirliyinin əsas hədəflərindən olmalıdır. Bu, həm ictimai təhlükəsizlik baxımından, həm də insanların qorxu içərisində yaşamaması üçün lazımdır:

“Perspektivdə silahların qanunsuz olaraq əldə olunması mütəşəkkil cinayətkarlığa keçə bilər, mütəşəkkil cinayətkar dəstələr yarana bilər. Maddi vəziyyət gərginləşdikcə, bahalaşma getdikcə, bunlar müəyyən təhlükə yarada bilər. DİN bu sahədə müəyyən işlər görür. Çox istərdik ki, bunun mütəşəkkil cinayətkarlıq formasına keçidinin qarşısı alınsın. Əməliyyat tədbirləri keçirilib kimdə qanunsuz silahlar varsa, tapılıb təhvil verilsin. Xalqa müraciət də etmək olar ki, kimdə silahlar varsa, nə vaxtsa tapıblar və indi istəyirlər dövlətə təhvil versinlər, elə bilməsinlər ki, onları cinayətkar kimi qəbul edəcəklər. Əksinə, onlar könüllü təhvil verdiklərinə görə heç bir məsuliyyət daşımırlar. Profilaktika, maarifləndirmə işləri bu baxımdan çox vacibdir”.

Dünya təcrübəsinə gəlincə, ABŞ dünyada silah gəzdirən vətəndaşların sayına görə ilk yerdədir. Amerikada yaşayan ailələrin 44 faizinin evində ən azı bir silah var. Burada bəzi ştatlarda hətta heç bir sənəd göstərmədən sadəcə mağazaya girib silah almaq mümkündür. Orada hər il orta hesabla 50 min nəfər silahlı insidentlər zamanı həyatını itirir.

ABŞ-dən sonra mülki silahlanmaya görə, sonrakı yerləri isə Hindistan, Çin, Pakistan, Rusiya tutur. Azərbaycana qonşu olan ölkələrdən ilk onluqda Türkiyə də var. Bununla belə silahlı cinayətlərin statistikasına görə, Salvador (91%), Braziliya (72%) və Honduras (59%) dayanır. Bu ölkələrin əksinə, İslandiya və İrlandiyada əhali silah almaqda sərbəst olduğu halda polislər silahsız fəaliyyət göstərirlər.

Yenidən milyonlarla insan ölə bilər – DƏHŞƏTLİ PROQNOZ

Planetin demək olar ki, bütün çaylarının sularını çirkləndirən antibiotiklər “superbakteriyaların” yaranmasına səbəb ola bilər.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, alimlər çay sularının yüksək səviyyədə antibiotiklərlə çirklənməsini aşkar ediblər. Bu, bütün dünyada insanların kütləvi ölümünə səbəb ola bilər.

Tədqiqatçılar 72 ölkədən axan çayların suyunu sınaqdan keçiriblər. Məlum olub ki, onlardan 65-də ən populyar 14 antibiotikin izləri aşkarlanıb.

Ən çox antibiotik Asiya və Afrika çaylarında tapılıb. Eyni zamanda Banqladeşdə çayda dərmanların konsentrasiyası yol verilən həddi 300 dəfə keçib.

Alimlər qeyd edirlər ki, dərmanların qalıqları kanalizasiya ilə birlikdə çay sularına düşür. Bu, antibiotiklərin daimi təsiri altında mikroorqanizmlərin mutasiyaya uğrayaraq “superbakteriyalara” çevrilməsi ilə nəticələnir ki, bu da öz növbəsində 2050-ci ilə qədər milyonlarla insanın ölümünə səbəb olacaq.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.