Press "Enter" to skip to content

Farsca-azərbaycanca lüğət

Hinduşah Naxçıvani “Təcarib əs-sələf” əsərində Naxçıvandan uzaqda yaşağını xatırlayaraq kədərlənir: “Ya Rəbb! Ey məkan və zamanı yaradan, Peyğəmbəri göndərən, Quranı göydən endirən Allah! Mən dərvişə güc bəxş et, mən ürəyi yaralıya şəfa göndər. Bir də arzum var ki, məni Naxçıvan torpağına çatdırasan”-deyir.

Elmə məlum olan bu ilk farsca-azərbaycanca lüğətin müəllifi naxçıvanlıdır!

Mənşəcə, Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, mütərcim, şair, katib, dövlət xadimi Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani 1245-ci ildə Giran şəhərində anadan olmuşdur. Hinduşah Naxçıvaninin ailəsi Azərbaycan elminə, mədəniyyətinə bir çox görkəmli şəxslər bəxş etmişdir ki, onlar “Naxçıvani” nisbəsi ilə tanınmışlar. Hinduşah Naxçıvani təhsilini Bağdadda məşhur “Müstansiriyyə” də almışdır. Burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənmiş, fars və ərəb dillərinə dərindən bələd olmuşdur. O, dövrünün məşhur bilicilərindən sayılan Əl-Cüveynidən dərs almışdır.

Hülakilər zamanında Hinduşah Naxçıvani maliyyə idarəçiliyində çalışmış və bir çox vilayətlərin hakimi təyin olunmuşdur. Eyni zamanda o, tarix, dilçilik və poeziya ilə də ciddi surətdə maraqlanmışdır. Azərbaycan və bir sıra qonşu ölkələrin ictimai-siyasi həyatından bəhs edən “Təcarüb üs-sələf” (“Sələflərin təcrübələri”) əsərinin, 1307-1308-ci illərdə ərəb dilində qələmə aldığı “Məvarid ül-ərəb” antologiyasının, fars dilində bir sıra məşhur şeirlərin, habelə “Əs-Sihah əl-Əcəmiyyə” adlı leksikoqrafik əsərin müəllifidir. Naxçıvaninin zəmanəmizədək bir neçə əsəri gəlib çatmışdır. Onun ərəb dilində yazdığı “Məvarid ül-ərəb” antologiyası, ərəb xəlifələrinin həyatından, Əməvilər, Abbasilər və Səlcuqilərin tarixindən bəhs edən və 1324-cü ildə tamamlanan “Təcarüb üs-sələf” (“Sələflərin təcrübələri”) əsəri dəyərli mənbələr hesab olunur. Sonuncu əsər Böyük Luristan atabəyi Yusifin oğlu Əhmədə (1295-1330) ithaf olunmuşdur. Belə hesab olunur ki, bu, əslində, ərəb tarixçisi Məhəmməd Əli Təxtəqinin “Məniyyətül-füzəlafi təvarixül-xüləfa vəl-vüzəra” (“Xəlifələr və vəzirlər dövründə fəzilət adamlarının taleyi”) əsərinin farscaya tərcüməsidir. Mütəxəssislər bu əsəri farscaya gözəl və ifadəli bir dillə tərcümə olunmuş ilk nəsr nümunələrindən biri hesab edirlər. Müəllif tərcümə etdiyi bu kitaba düzəlişlər vermiş, əlavələr etmiş və onun həcmini, az qala, üç dəfə artırmışdır. Bu mövzuda fars dilində yazılmış ən mükəmməl əsər hesab olunan “Təcarüb üs-sələf”də müəllifin nəsli, özü, Şəmsəddin Cüveyni və başqa görkəmli şəxsiyyətlərlə bərabər, Naxçıvan barədə də məlumatlara rast gəlinir. Müəllif Giranın Naxçıvan tüməninə, Vənənd kəndinin isə Girana aid olduğunu qeyd edir və Vənənddə Şəmsəddin Məhəmməd Cüveyni (1225-1283) tərəfindən layiqli xanəgah tikildiyini, ona əmlak vəqf olunduğunu göstərir. H.Naxçıvaninin Naxçıvana olan həsrəti onun həmin diyardan olduğunu bir daha təsdiqləyir. Allahdan qüvvət, şəfa diləyən müəllif özünün yenidən Nəşəva (Naxçıvan) torpağına yetirilməsini təvəqqe edir.

Onun yaradıcılığında “Əs-Sihah əl-Əcəmiyyə” adlı farsca-azərbaycanca lüğət mühüm yer tutur. Elmə məlum olan bu ilk fars və Azərbaycan dillərinin lüğəti 21 bab, 393 fəsildən ibarətdir. Bu lüğət 3 hissədən – müqəddimə (ərəb dilində), lüğət və fars dilinin qrammatikasından (ərəb dilində) ibarətdir. Birinci və üçüncü hissələr ərəbcə, lüğət özü isə farsca və Azərbaycan dilində yazılmışdır. Bundan başqa, kitaba frazeoloji birləşmələr və ayrı-ayrı ifadələr də daxil edilmişdir. Uzun müddət bu lüğət həm alimlər, həm də fars və ərəb dillərini öyrənənlər üçün faydalı olmuşdur. Lüğətin ən erkən köçürülmüş nüsxəsi XVI əsrin əvvəllərinə, ən sonuncusu isə XIX əsrin sonlarına aiddir.
Müəllif girişdə göstərir ki, kitab fars olmayanların (Azərbaycan türklərinin) bu dili öyrənməsi üçün nəzərdə tutulub. Hinduşah Naxçıvaninin “Əs-Sihah əl-Əcəmiyyə” əsəri Azərbaycan leksikoqrafiyasının əvəzsiz abidəsi kimi yüksək qiymətləndirilməlidir. Bu əsər bütün Şərq dünyasında lüğətçilik elminin inkişafında da böyük rol oynamışdır. Akademik İsmayıl Hacıyev və Şükür Məmmədovun müəllifi olduqları “Naxçıvan və naxçıvanlılar” adlı kitabda bu haqda deyilir: “Bu əsərdə, əslində, fars dilinin türk və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. “Əs-Sihah əl-Əcəmiyyə” lüğətinin Berlin, Kembric, Oksford, Tehran, Qahirə və başqa nüsxələri məlumdur. Fəxrəddin Hinduşah bu əsərində ilk dəfə olaraq türk və fars dillərinin morfoloji qanunlarını, leksikologiyasını hərtərəfli tədqiq etmiş, ümumiləşdirmiş və sistemə salmışdır”.

XIII əsr abidəsi olan,ən qədim lüğətlərdən biri kimi, “Əs-Sihah əl-əcəmiyyə” haqqında ilk məlumata Nemətullah ibn Əhməd ibn Mübarək ər-Ruminin “Lüğəti- Nemətullah” əsərində təsadüf olunur. Qeyd etmək lazımdır ki, XIII əsrə aid yazılı qaynaqlarımız yox dərəcəsindədir və lüğət üzərində aparılan tədqiqatlar ilk orta əsr Azərbaycan yazılı ədəbi dilinin xüsusiyyətlərini öyrənmək baxımından son dərəcə əhəmiyyətlidir. Lüğətin Leninqrad, Bodlean, Kembric, Qahirə, Bratislav, Dehxoda, Məşhəd Qüdsi Rəzəvi, Qərbi Berlin nüsxələri mövcuddur.

Hinduşah Naxçıvani “Təcarib əs-sələf” əsərində Naxçıvandan uzaqda yaşağını xatırlayaraq kədərlənir: “Ya Rəbb! Ey məkan və zamanı yaradan, Peyğəmbəri göndərən, Quranı göydən endirən Allah! Mən dərvişə güc bəxş et, mən ürəyi yaralıya şəfa göndər. Bir də arzum var ki, məni Naxçıvan torpağına çatdırasan”-deyir.

Tarix adlanan illər çələngi çox hadisələrə şahid olmuşdur, neçə-neçə dahi öz istedadı ilə bu çələngə naxış vurmuşdur. Naxçıvan torpağının yetirdiyi dahilərdən kimi qəhrəmanlığı, kimisi elmi və siyasəti, kimilərisə qələmi ilə tarix səhifələrinə adlarını yazdırmışlar. Azərbaycanın səfalı və dilbər guşələrindən olan Naxçıvan özünün zəngin və qədim tarixi, coğrafi mövqeyi, qiymətli abidələri ilə birlikdə görkəmli şəxsiyyətləri ilə də tarixin yaddaşına həkk olunmuşdur.

Nərgiz İSMAYILOVA

Filologiya üzrə fəlsəfə doktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Farsca-azərbaycanca lüğət

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Farsca-azərbaycanca lüğət: I cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Farsca-azərbaycanca lüğət

The Nutrition Society Textbook Series. Introduction to Human Nutrition. Introduction to Human Nutrition: a global perspe .

Rusca-azərbaycanca lüğət

338 Pages · 2011 · 99.56 MB · 7,860 Downloads · Turkish · New!
. —-4 ğ LÜĞƏT. Altıncı nəşr. ÜÇ CİLDDƏ. Rusca-azərbaycanca lüğət .

Rusca-Azərbaycanca lüğət. I cild (1/3)

366 Pages · 2016 · 107.39 MB · 3,850 Downloads · Turkish · New!
словарь. Шестое издание. В трех томах. Том І. Rusca-Azərbaycanca lüğət .

Azərbaycanca-İngiliscə lüğət

896 Pages · 2013 · 5.84 MB · 3,366 Downloads · Turkish · New!
Bu kitab “Azərbaycanca-ingiliscə lüğət” (Bakı, Azərbaycan Dövlət Dillər. İnstitutu, 1998) .

Azərbaycanca-rusca lüğət

896 Pages · 2007 · 5.95 MB · 2,607 Downloads · Turkish
494.36139171-dc21. AZE. Azərbaycanca-rusca Dördcildli “Azərbaycanca-rusca lüğət” Bakı .

İngiliscə-Azərbaycanca lüğət

661 Pages · 2016 · 129.96 MB · 2,541 Downloads · Turkish · New!
ixtisarlarIrregular verbs – qaydasız feller İngiliscə-Azərbaycanca lüğət Məmmədov Q.Q. .

Məktəblilər üçün azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca lüğət

286 Pages · 2016 · 1.71 MB · 744 Downloads · Turkish · New!
Bakı, Şərq-Qərb, 2006, 288 səh.ISBN10 9952-34-006-0Bu kitab İngiliscə-azərbaycanca lüğət (Bakı .

Almanca-azərbaycanca lüğət

327 Pages · 2016 · 70.28 MB · 2,102 Downloads · Turkish · New!
təxminən 40000-ə yaxın söz ve ifadəni əhəte edir. “Almanca-azərbaycanca lüğət“in ya .

Rusca-azərbaycanca lüğət

338 Pages · 2011 · 99.56 MB · 1,680 Downloads · Turkish · New!
. —-4 ğ LÜĞƏT. Altıncı nəşr. ÜÇ CİLDDƏ. Rusca-azərbaycanca lüğət .

Azərbaycanca-İngiliscə lüğət

451 Pages · 2016 · 83.84 MB · 1,119 Downloads · Turkish · New!

lüğətABCÇDEƏFGĞHXIİJKQLMNOÖPQRSŞTUÜVYZAzərbaycan coğrafi adlarCoğrafi adlarIrregular verbs – qaydasız fel .

Boundaries: When to Say Yes, How to Say No to Take Control of Your Life

357 Pages · 2001 · 1.9 MB · 890,805 Downloads
Dr__Henry_Cloud,_Dr__John_Townsend_Boundaries_W(zlibraryexau2g3p_onion).pdf Boundaries Henry Cloud .

Blink: The Power of Thinking Without Thinking

374 Pages · 2017 · 1.1 MB · 285,154 Downloads
Blink_-_Bilinmeyen.pdf Blink .
Load more similar PDF files

PDF Drive investigated dozens of problems and listed the biggest global issues facing the world today. Let’s Change The World Together

  • Editor’s Picks
  • Most Popular
  • Academic & Education
  • Art
  • Biography
  • Business & Career
  • Children & Youth
  • Environment
  • Fiction & Literature
  • Health & Fitness
  • Lifestyle
  • Personal Growth
  • Politics & Laws
  • Religion
  • Science & Research
  • Technology

Ask yourself: Are my beliefs about life, religion, my kids, my family, my spouse, or politics the absolute truth? Next

Comments are closed, but trackbacks and pingbacks are open.