ASCO evdən idarəetmə ilə fasiləsiz iş rejimini tam təmin edib
Artıq “işlərin evdən idarəedilməsi” sistemi ilə işçilərin mart ayı üçün əmək haqqı hesablanıb, bank əməliyyatları aparılaraq maaşlar sahil obyektləri və gəmi təmiri zavodları üzrə əməkdaşların kart hesabına köçürülüb, şirkət üzrə vacib əmrlər verilib, sənədləşmələr icra olunub. Bütün bunlar son illər gəmiçilik sahəsində tətbiq olunan SAP ERP və Elektron Sənəd Dövriyyəsi kimi qabaqcıl proqram təminatı, eləcə də müasir texnologiyaların hesabına mümkün olub.
Fasilə və fasiləsiz iş rejmi
ASCO-da evdən idarəetmə ilə fasiləsiz iş rejimi tam təmin olunub
Mətn ölçüsü
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) fəaliyyətini koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə ölkə üzrə aparılan sosial izolyasiya tədbirlərinə uyğun davam etdirir.
News24.az xəbər verir ki, hazırda ASCO-da əməkdaşların sağlamlığına olan təhlükənin aradan qaldırılması əsas götürülərək bütün struktur və təşkilatlarda “işlərin evdən idarə olunması” (work from home) sistemindən istifadə olunur. Başqa sözlə, növbəli rejimdə çalışan məhdud sayda işçilərdən və üzən heyətdən başqa əmək funksiyalarını evdə yerinə yetirmələri mümkün olan digər şəxslər vəzifələrini hər təqvim günü olmaqla evdən icra edirlər. Əməkdaşlar bir-birilə ünsiyəti sosial media, elektron poçt və digər onlayn vasitələrin imkanlarından istifadə etməklə qururlar.
Artıq “işlərin evdən idarəedilməsi” sistemi ilə işçilərin mart ayı üçün əmək haqqı hesablanıb, bank əməliyyatları aparılaraq maaşlar sahil obyektləri və gəmi təmiri zavodları üzrə əməkdaşların kart hesabına köçürülüb, şirkət üzrə vacib əmrlər verilib, sənədləşmələr icra olunub. Bütün bunlar son illər gəmiçilik sahəsində tətbiq olunan SAP ERP və Elektron Sənəd Dövriyyəsi kimi qabaqcıl proqram təminatı, eləcə də müasir texnologiyaların hesabına mümkün olub.
Hazırda dəniz yolu ilə daşımalar, müxtəlif təyinatlı gəmilərin neft-qaz sənayesində iştirakı da əvvəlki qaydada davam etdirilir. Bu istiqamətdə indiyədək hər hansı maneə və fasilə yaranmayıb.
ASCO rəhbərliyi bir daha əməkdaşlara sosial məsuliyyətli davranmağa, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməyə çağırır.
ASCO evdən idarəetmə ilə fasiləsiz iş rejimini tam təmin edib
ASCO evdən idarəetmə ilə fasiləsiz iş rejimini tam təmin edib “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) fəaliyyətini koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə ölkə üzrə aparılan sosial izolyasiya tədbirlərinə uyğun davam etdirir.
3 Aprel , 2020 13:46
https://static.report.az/photo/3cbce3d4-2fa8-4fbd-b3c5-9e22414f2a5e.jpg
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) fəaliyyətini koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə ölkə üzrə aparılan sosial izolyasiya tədbirlərinə uyğun davam etdirir. Bu barədə “Report” ASCO-nun məlumatına əsasən xəbər verir. Məlumatda bildirilir ki, hazırda ASCO-da əməkdaşların sağlamlığına olan təhlükənin aradan qaldırılması əsas götürülərək bütün struktur və təşkilatlarda “işlərin evdən idarə olunması” (work from home) sistemindən istifadə olunur. Başqa sözlə, növbəli rejimdə çalışan məhdud sayda işçilərdən və üzən heyətdən başqa əmək funksiyalarını evdə yerinə yetirmələri mümkün olan digər şəxslər vəzifələrini hər təqvim günü olmaqla evdən icra edirlər. Əməkdaşlar bir-birilə ünsiyəti sosial media, elektron poçt və digər onlayn vasitələrin imkanlarından istifadə etməklə qururlar. “İşlərin evdən idarəedilməsi” sistemi ilə işçilərin mart ayı üçün əmək haqqı hesablanıb, bank əməliyyatları aparılaraq maaşlar sahil obyektləri və gəmi təmiri zavodları üzrə əməkdaşların kart hesabına köçürülüb, şirkət üzrə vacib əmrlər verilib, sənədləşmələr icra olunub. Bütün bunlar son illər gəmiçilik sahəsində tətbiq olunan “SAP ERP” və “Elektron Sənəd Dövriyyəsi” kimi qabaqcıl proqram təminatı, eləcə də müasir texnologiyaların hesabına mümkün olub. Qeyd edək ki, dəniz yolu ilə daşımalar, müxtəlif təyinatlı gəmilərin neft-qaz sənayesində iştirakı da əvvəlki qaydada davam etdirilir. Bu istiqamətdə indiyədək hər hansı maneə və fasilə yaranmayıb. ASCO rəhbərliyi bir daha əməkdaşlara sosial məsuliyyətli davranmağa, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməyə çağırır.
Fasilə və fasiləsiz iş rejmi
Keyfiyyətli xidmət sahəsində müştəri münasibətlərinin təkmilləşdirilməsinə xüsusi önəm verən “Azərsığorta” Dövlət Sığorta Şirkəti bu istiqamətdəki yeniliklərini uğurla davam etdirir.
Şirkətin mətbuat katibliyindən Marja-ya verilən məlumata görə, “Azərsığorta” Dövlət Sığorta Şirkəti fasiləsiz iş rejiminə keçib.
Fasiləsiz iş rejiminin tətbiq edilməsində əsas məqsəd rahat və keyfiyyətli sığorta xidmətləri təqdim etməklə müştərilərin dəyərli vaxtına qənaət etməkdir.
İş günlərində sığorta xidmətləri üçün “Azərsığorta” Dövlət Sığorta Şirkətinə gələ bilməyən müştərilər, həftə içi nahar vaxtı saat 13:00-14:00-dək, şənbə günləri isə saat 10:00-dan 14:00-dək (C.Məmmədquluzadə küç. 102A – City Point Biznes Mərkəzi) ofisimizə yaxınlaşa bilər.
Xatırladaq ki, Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
“Azərsığorta” sığorta yığımları və sığorta ödənişlərinin həcminə görə bazarın qabaqcıl şirkətlərindəndir.
Comments are closed, but trackbacks and pingbacks are open.