Press "Enter" to skip to content

Bakıdan dünyaya yayılan Xəlvətilik – ARAŞDIRMA

İnsanın Tanrıdan, Tanrının da insandan razı qaldığı məqamdır. Beşinci üsulun davamıdır. Adını da beşinci üsulda qeyd etdiyim ayənin davamından almışdır. Həmin ayə tam şəkildə belədir: “Dön Rəbbinə, sən Ondan, Rəbbin də səndən razı qalaraq”.

Noyabr november miras

|
11
tAnItIm PROMAtiON
deep traces to boast amidst the system of values found by mankind’
has a strong basis. These traces help us to exist among nations and to
be important in growing and spread of Islamic followers. Though we
lived in different systems and regimes as years passed, side impacts
could not separate us from these races. We confess that we were very
far from them, whereas did not get sad.
While reading ‘Shafaul-Asrar’ work (secrets of Sufism) written in
15th century by Seyid Yahya Bakuvi who is from honest and gener-
ous kin and our compatriot and who tried to give a capable per-
son model and taking as basis love, adornment, mercy, favour and
writing his works in sweet Azerbaijani Turkic language, we see how
great moral and cultural heritage we possess graphically.
Dear friends! Senior lecturer Dr. Mehmet Rihtim elaborating ‘Sha-
faul-Asrar’ work which was Seyid Yahya’s long-year labour present-
ed his translation and his comment to you. By keeping Seyid Yahya’s
style, extreme accuracy was observed in the work’s translation and
explanations. Mehmet Rihtim is main researcher of Azerbaijani
Sufism history, particularly Khalvatism Sufi School and had great
work in promotion of Seyid Yahya heritage not only in Azerbaijan
and also in the world. So, two editions of Seyid Yahya’s “Shafaul-
Asrar” work were published in Turkish languages and its translation
to Albanian and English languages was launched.
‘Shafaul-Asrar’ work is a unique work of Islamic philosophy. Seyid
Yahya as though left a way and regulation to direct a capable per-
son in his work. Seyid Yahya expressing as apprentice needs a mas-
ter and a person in search of courtesy needs a capable person and
teacher, noted science is urgent for gaining goal, eye is required for
a lesson and resource for reach of purpose. Seyid Yahya defined suf-
ficient moments for a skilled person and lined the moments up over
the course of his work.
The work is rich with ayes of Koran, their interpretation, Hz. Proph-
et’s hadith and aphorisms, and was used in elucidation of the ba-
sis of his wisdom and philosophy school. His work “Shafaul-Asrar’
which he wrote corresponding to Seyid Yahya time, spirit and mor-
als, occupied specific place in Sufism history of Azerbaijan and is in
special stage.
By taking a chance of this historical condition, I call on relevant state
bodies of Azerbaijan, non-governmental organizations, philanthro-
pists to increase their studies and unite over display, protection and
expansion of Khalvatiyy School, which is the material and moral
heritage of our ancestors and its remnants in Azerbaijan.
I want to summarize my article with this challenge and hope. All
religious books and sects have this challenge and hope!
Right challenge is responded and right way is chosen.
May God make us happy!
dığı dəyərlər sistemi içərisində Azərbaycan türklərinin öyünüləsi
dərin izləri vardır” fikri güclü əsaslara malikdir. Bu izlər bizi millətlər
içərisində var edən, İslam ümmətinin böyüməsində və yayılmasın-
da böyük önəm daşıyan izlərdir. Zaman-zaman fərqli quruluşlarda,
fərqli rejimlərdə yaşasaq da, yad təsirlər bu izlərdən bizi tam qopa-
ra bilməyib. Etiraf edirik ki, uzaq düşmüşük o dəyərlərdən, amma
üzülməmişik, necə deyərlər, “haqq nazilər, üzülməz”.
Pak və təmiz bir soydan gələn, özümüzdən olan, sevgini,
məhəbbəti, mərhəməti, şəfqəti əsas götürən, əsərlərinin bəzisini
şirin Azərbaycan türkcəsində qələmə alan Seyid Yəhya Bakuvinin
XV yüzildə yazdığı və kamil insan modelini işlədiyi “Şəfaül-Əsrar”
(“Sufiliyin sirləri”) əsərini oxuduqca necə böyük mənəvi-mədəni
irsə sahib olduğumuzu bir daha – belə deyək, kitabı ilə-dəftəri ilə
əyani şəkildə görürük.
Əziz oxucu, “Şəfaül Əsrar” kitabını uzun illərin əməyinin bəhrəsi
kimi nəşrə hazırlayan Dos.Dr. Mehmet Rıhtım əsərin çevirisi ilə
yanaşı, onun yorumunu da sizlərə təqdim edib. Seyid Yəhyanın
üslubu sax¬lanılmaqla əsərin çevirisi və izahlarda son dərəcə
dəqiqlik və səliqəliliyə əməl edilib. Mehmet Rıhtım Azərbaycan
təsəvvüf tarixinin, özəlliklə xəlvətilik sufi məktəbinin əsas
tədqiqatçılarından olub, Seyid Yəhya irsinin nəinki Azərbaycanda,
həm də dünyada tanıdılması üçün böyük əmək sərf edib,
etməkdədir. Belə ki, Seyid Yəhyanın “Şəfaül Əsrar” əsərinin
Türkiyə türkcəsində artıq iki nəşri işıq üzü görmüş, habelə alban
və ingilis dillərinə çevrilməsinə başlanmışdır.
“Şəfaül Əsrar” əsəri İslam fəlsəfəsinin nadir əsərlərindəndir. Se-
yid Yəhya sanki bu əsərində kamil insanı inşa etmək üçün yol,
nizamnamə qoyub getmişdir. Bu yolda, el ağzı ilə desək, şəyirdə
ustad lazım olduğu kimi mərifət axtarışında olana da, mütləq
kamil insan, mürşid lazımdır deyən Seyid Yəhya murada çat-
maq üçün elm, ibrət almaq üçün göz, yola girib məqsədə çatmaq
üçün isə vasitənin önəmini vurğulayır. Seyid Yəhya kamil insanın
yetişməsi üçün yetmiş məqam müəyyənləşdirmiş, onları bütün
əsəri boyunca sıralamışdır.
Əsər “Quran” ayələri və onların təfsirləri, Hz. Peyğəmbərin (s.a.s.)
hədisləri, hikmətli sözlər və kəlamlarla zəngin olub, onun ürfani-
fəlsəfi məktəbinin əsaslarının açıqlanmasında istifadə edilmişdir.
Seyid Yəhyanın zəmanəsinin ruhuna və ədəbinə uyğun qələmə
aldığı “Şəfaül-Əsrar” əsəri Azərbaycanın təsəvvüf tarixində
özünəməxsus yer tutmaqla yanaşı, həm də xüsusi mərhələdir.
Mən yaranmış bu tarixi şəraitdən istifadə edib, Azərbaycanın
uyğunprofilli dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını,
xeyirxah insanları babalarımızın maddi və mənəvi mirası olan
xəlvətilik məktəbi və onun Azərbaycandakı qalıqlarının üzə çıxa-
rılması, qorunması, yayılması yönündə çalışmalarını artırmağa və
birləşdirməyə çağırıram.
Yazımı da elə bu çağrı, bu ümidlə qurtarmaq istəyirəm. Necə ki,
bütün kitablı dinlərdə, təriqətlərdə də çağrı var, ümid var.
Haqq çağrıya cavab verilər, haqq yolda yürünər!
Aqibətimiz mübarək olsun!

Dostları ilə paylaş:

Bakıdan dünyaya yayılan Xəlvətilik – ARAŞDIRMA

Molla Qasım adındakı bir şəxs Yunus Əmrənin şeirlərini bir-bir oxuyur, əslində isə onu qısqandığı, ona həsəd apardığı üçün “şirk dolu sözlər” deyərək yandırır ya da çaya atırmış. Molla Qasım, Yunus-Əmrə ilə birlikdə Tapdıq Əmrənin təkkəsində dərs almış müridlərdən biri idi. Beləcə o illər sonra Yunus Əmrənin şerlərini yandırmaqla məşğul olur. Nəhayət səhifələrin birini əlinə alaraq oxuyanda dəhşətə qapılır və etdiyi səhvi bu zaman başa düşür. Həmin şeir misralarında belə yazılmışdı:
“Derviş Yunus bu sözü eğri büğrü söyleme
Seni sîgaya (hizaya) çeken bir Molla Kasım gelir”
Seyyid Yəhya Bakuvi də: “Ey Seyyid Yəhya qəbrinin, açdığın bu yolun, təriqətinin unutulacağından qorxma. Bir gün Mehmet Rıhtım gələr. Səni bu qəriblikdən qurtarar” demiş olsaydı hər halda yeri idi. Hərçənd Seyyid Yahya Bakuvi unudulmamışdı. Onu sadəcə dərgahının həmən yanındakı bizlər unutmuşduq. Ondan xəbərsiz idik. Məgərsə onun açdığı, sistemləşdirdiyi Xəlvətilik yolu səssiz-sədasız dünyanın bir çox ölkəsində davam edirmiş.
Yeniavaz.com bildirir ki, adətən hər hansı mütəfəkkiri öz həyatındakı hansısa hadisəyə görə iki hissəyə ayırırlar. Misal üçün Mövlananı Şəms Təbrizi ilə tanış olmadan əvvəl və Şəms Təbrizi ilə tanışlıqdan sonra olaraq iki hissəyə ayıra bilərik. Seyyid Yəhya Bakuvini isə günümüz üçün Mehmet Rıhtımdan əvvəl Seyyid Yəhya Bakuvi və Mehmet Rıhtımdan sonra Seyyid Yəhya Bakuvi olaraq iki hissəyə ayırmaq olar. Hər halda bu bölgüdə mübaliğəyə yer vermiş olmarıq.

Bir deyimdə: “Ay ən incə halında belə barmaqla göstərilərək, baxın ay oradadır” deyildiyi kimi Mehmet Rıhtımdan əvvəl də Azərbaycanda Seyid Yəhya haqqında alimlər tərəfindən müəyyən işlərin görüldüyünü söyləmək olar. Ancaq bunlar demək olar ki, kiçik miqyaslı tədqiqatlardır. Belə tədqiqatların müəllifləri kimi Abbasqulu Ağa Bakıxanovun, Firidun Bəy Köçərlinin, Əliəjdər Seyidzadənin, Məşədixanım Nemətin və Azadə Musayevanın adlarını çəkmək olar. Seyyid Yəhya Bakuvi mirası səmadakı ayın forması kimi idi. Mehmet Rıhtımın araştırmalarından sonra bu ay bədirlənmiş hala büründü, insanlar onu daha parlaq, daha işıqlı görməyə başladı.
Seyyid Yəhya Bakuvi kimi insanların dövründə yaşamağın da özünə məxsus imtahanları var. Hələ bu imtahanlar dövrün siyasi xadimləri üçün daha ağır keçə bilər. Peyğəmbər varisi bu kimi alimlərin ətrafında on minlərcə mürid toplamasını hər siyasi xadim həzm edə bilməzdi. Belə bir alimin mənəvi məqamını anlayıb dərk etmək, ən azından ona dəstək olmaq və ya müridliyinə girmək bir yana dursun, belə alimlərə heç olmasa köstək olmamaq dövrün siyasi xadimlərinin verdiyi ya da verə bilmədiyi bir imtahandır.
Tarixən bu kimi alimlərin nüfuzundan öz siyasi amalları, öz siyasi arzuları üçün istifadə etmək istəyən bir sıra siyasi xadimlər olmuşdur. Misal üçün Əhməd ibn Hənbəl və bir sıra alimlər məhz belə bir siyasi təzyiqə baş əyməmənin, hansısa siyasi xadimin istəklərini yerinə yetirməmənin bədəlini ömrünün bir hissəsini həbsxanalarda, qırbac altında keçirməli olmuşdu. Ancaq Seyyid Yəhya Bakuvinin müasiri Xəlilullah xanın bu mənada bir imtahandan üzü ağ çıxdığını görürük.
Xəlilullah xan Seyyid Yəhya Bakuvini sarayının həmən yanında tikdirdiyi xanəgahda fəaliyyətinə şərait yaradıb onu himayə etsə də, digər yandan xanın özünün də mənən Seyyid Yəhyanın himayəsinə girdiyini deyə bilərik. Xəlilullah xanın Seyyid Yəhya Bakuvinin müridlərindən saymaq doğru olsa da tarixən belə bir təcrübə ilə qarşılaşırıq ki, hər hansı xan, vəzir ya da xəlifə bir mürşidin müridliyinə girəndə buradakı mürid-mürşid münasibəti digər müridlərə görə biraz fərqli cərəyan edirdi.

Onu deyə bilərik ki, Şirvanda məhəlli bir təriqət olan Xəlvətilik Seyyid Yəhya Bakuvinin Bakıya gəlişi və digər ölkələrdən onun yanına gələn tələbələri vasitəsilə bir sıra ölkələrə yayılmış, dünya miqyaslı bir təriqət halına gəlmişdir. Bu minvalla Xəlvətilik Azərbaycanda qurulmuş, inkişaf etmiş və buradan Anadoluya, Anadoludan Balkanlar, Suriya, Misir, Şimali Afrika, Sudan, Həbəşistan və Cənubi Asiyaya yayılmışdır. Həmçinin bu təriqətin bir çox qolu günümüzdə də Türkiyə, Suriya, Misir, Balkanlar və Şimali Afrika ölkələrində fəaliyyatlərini davam etdirirlər.
Əfsuslar olsun ki, onun hər kəsə örnək ola biləcək həyatı və elmi-nəzəri irsi son vaxtlaradək ciddi elmi araşdırma obyekti olmamışdır. Bu sahədə hökm sürməkdə olan sükunəti yuxarıda qeyd edildiyi kimi hamıdan əvvəl çox görkəmli alim, Mehmet Rıhtım pozdu. Məlum olduğu kimi Mehmet Rıhtımın bu elmi çalışmalarından sonra UNESCO Seyyid Yəhya Bakuvinin vəfatının 550-ci ildönümü münasibətilə 2013-cu ili Seyid Yəhya Bakuvi (Şirvani) ili elan edib. Beləliklə, gec də olsa Seyyid Yəhya Bakuvi irsi beynəlxalq səviyyədə ona layiq olan maraq və diqqət obyektinə çevrildi.
Seyyid Yəhya Bakuvinin elmi və mənəvi şəxsiyyəti, Bakıdakı xanəgahı bir cazibə mərkəzi halına gətirmişdi. Minlərcə insan çox uzaqlardan Bakıya gəlib ondan irfan təlimini, mənəvi elmlərin sirlərini öyrənirdi. Seyid Yəhya Bakuvi öz dünyasında adi bir sufi deyildi. O öz sistemini qurmuş məktəb sahibi bir sufi mürşidi, mütəfəkkir bir müəllif və şairdir. Xəlvətilik onun adı ilə bağlı olmasa da bu məktəbin həqiqi qurucusu o idi.
Xəlvətilikdəki ərbəin və çilə də adlandırılan “Xəlvət” prinsipi sufinin yetişdirilməsində tətbiq edilən psixoloji və pedaqoji bir metod idi. Qırx günlük yalnızlıq daha çox xanəgahda, xüsusi dar bir hücrədə və sufi mürşidin nəzarəti altında gerçəkləşdirilirdi. Burada yemə, içmə, yatma, söhbət kimi nəfsin istəklərinə qoyulan məhdudiyyətlər ilə sufinin öz iradəsini nəzarət altına alması, zikr, təfəkkür və ibadətlə qəlb gözünün açılması, qəlbin mənəvi ilhamları qəbul etməyə uyğun hala gəlməsi məqsədi güdülürdü. Xəlvətilər bu prinsipin yerinə yetirilməsində böyük diqqət göstərər və bunu ildə bir dəfə tətbiq edərdilər. Seyid Yəhya qırx dəfə çilə çıxarmışdı.
Seyid Yəhya yaşadığı çağın gərəklərindən uzaq, xürafələrə boğulmuş, işsizliyi özünə peşə etmiş, boynuna kəşkül asıb dilənçilik edən, cadugərliklə məşğul olan, batini inanclarla ağıl və məntiqdən çıxan, elmi və ağlı təhqir edən mistik anlayışı qəbul etmir. O coşğun və dinamik bir ruh halına, eşq və cəzbəyə sahib olub, quru, ruhsuz bir zahid deyildir. İslam tövhid anlayışının ən inkişaf etmiş şəkli olan və Allahdan başqa bütün varlıqları həqiqətdə var olmayan kölgələr qəbul edən vəhdəti-vücud anlayışına sahib olsa da insanı tanrılaşdırmaq kimi ifratkarlıqlar onda görülməz. “Şəfaül-Əsrar” adlı əsərində müridlərini bunlardan çəkindirmiş, elmi əsaslara bağlı, qəlbi həyatı ilə yanaşı islam inancına görə düzgün yaşayan, ibadətlərini səmimiyyətlə yerinə yetirən və davamlı özünü inkişaf etdirən intellektual bir təsəvvüf anlayışı gətirmişdir. Şirvanşah ilə yaxın münasibətini dəyərləndirərək ona daima ədalət və doğru yol göstərmişdir.
XVI əsrdən etibarən təriqət nümayəndələrinə qarşı edilən təzyiqlərdən Xəlvətiyyə də nəsibini alaraq doğulduğu torpaqlardan uzaqlaşaraq, ona qucaq açan diyarlara getdi. XVI əsrdən sonra Azərbaycan Xəlvətiyyənin mərkəzi olma mövqeyini davam etdirə bilmədi. Zaman keçdikcə əhəmiyyətini itirərək, -Natali Klayerin dediyi kimi- Ömər Xəlvətinin və Yəhya Şirvaninin qəbirlərinin olduğu xanəgahlar, təəssüf ki, Mövlanənin, Hacı Bəktaş Vəlinin, Şeyx Səfinin, Əbdülqadir Gilaninin xanəgahlarında olduğu kimi davamçılarının ziyarət yerinə çevrilmədi.
Seyid Yəhyanın Bakıdakı xanəgah və məscidi Şirvanşahlar sarayı ilə birlikdə bir çox dəfə təxribata uğradı. XIX əsrin əvvəllərində rus işğalı zamanı şəhər ilə birlikdə yağmalanaraq rus ordusunun qarnizonuna çevrildi. Bu müqəddəs məkanda, əsrlər boyu əks-səda vərən Allah, Hay, Hu səsləri yerinə, bu tarixdən sonra rus əsgərlərinin sərxoş nərələri yüksəlməyə başladı. 1918-ci ildə erməni təcavüzkarları tərəfindən təxribata uğrayıb yandırıldı. Sovet dövründə məscid əsas divarlarına qədər tamamilə söküldü. Buradakı şeyx qəbirləri də sökülüb yox edildi. Yalnız Seyid Yəhyanın türbəsi salamat qaldı. Aşağıda verilən qəbr-sənduqə Seyyid Yahya Bakuviyə aiddir.

“Şəfaul Əsrar” kitabını uzun illərin əməyinin bəhrəsi kimi nəşrə hazırlayan tədqiqatçı alim Mehmet Rıhtım əsərin çevirisi ilə yanaşı, onun yorumunu da oxuculara təqdim etmişdir. Seyyid Yəhyanın üslubu saxlanılmaqla əsərin çevirisi və izahlarda son dərəcə dəqiqlik və səliqəliliyə əməl edilib. Mehmet Rıhtım Azərbaycan təsəvvüf tarixinin, özəlliklə Xəlvətilik sufi məktəbinin əsas tədqiqatcılarından olub, Seyyid Yəhya irsinin nəinki Azərbaycanda, həm də dünyada tanıdılması üçün böyük əmək sərf edib, etməkdədir. Belə ki, Seyyid Yəhyanın “Şəfaul Əsrar” əsərinin Türkiyə türkcəsində artıq iki nəşri işıq uzu görmüş, habelə alban və ingilis dillərinə çevirilməsinə başlanmışdır.
“Şəfaul Əsrar” əsəri İslam fəlsəfəsinin nadir əsərlərindəndir. Seyyid Yəhya Bakuvi sanki bu əsərində kamil insanı inşa etmək üçün yol, nizamnamə qoyub getmişdir. Bu yolda, el ağzı ilə desək, şəyirdə (vaxtilə sənətkarların, ustaların yanında işləyib, ona kömək edən və işi öyrənən şəxs) ustad lazım olduğu kimi mərifət axtarışında olana da, mütləq kamil insan, mürşid lazımdır deyən Seyyid Yəhya Bakuvi murada çatmaq üçün elm, ibrət almaq üçün göz, yola girib məqsədə çatmaq üçün isə vasitənin önəmini vurğulayır.
“Şəfaul-Əsrar” əsərində Qurаn аyələri, hədislər və bir sırа sufilərin sözlərinə dönə-dönə mürаciət edilmişdir. Əsərdə diqqət çəkən xüsusiyyətlərdən biri də kitabda yer alan miniatürlərdir. Zikr mövzusu qəlbin rəsmi ilə tamamlanır – beş miniatürdə tutuquşular təsvir olunur; hər ağacda yeddi quş oturur. Aşağıdakı şəkildə “Şəfaul-Əsrar” əsərinin Türkiyənin Süleymaniyyə kitabxanasında saxlanılan nüsxələrindən birinin miniatürlü səhifəsinə baxa bilərsiniz. Burada qeyd edilən yeddi ədəd tutuquşunun müxtəlif cümlələrlə zikr etdiyi göstərilir:

Seyyid Yəhya Bakuvinin təsəvvüfi şəxsiyyəti haqqında söylənəcək çox söz var. O Xəlvətiliyin qurucusu Pir Ömərin önünə keçmiş, təriqətin həqiqi qurucusu qəbul edilmiş, kamil bir murşiddir. Öz хələflərində və dаhа sоnrаkı Xəlvəti şeyхlərində müşаhidə оlunаn bir хüsusiyyət оnlаrın hаmısının intellektuаl təbəqədən аlim şəхsiyyətlər olmalarıdır. Ümumiyyətlə, elmi təbəqəyə mənsub оlаnlаr təsəvvüfə аz meyl göstərirdilər. Аncаq Xəlvətilik təriqəti nümаyəndələri içərisində elm əhli çохdur. Bu, Seyyid Yəhyа Bakuvinin elm sаhibləri üzərində хüsusi təsirini göstərir. Əsərlərində görüldüyü kimi, о, “elmsiz bu yоlа girilməz” – deyərək müridlərini elmi bахımdаn dа yetişdirmiş, təkkəsini mədrəsə hаlınа gətirmiş, əsərlər yazmışdır.
Seyyid Yəhyanın tez-tez vurğuladığı xüsuslardan biri də halal loğmadır. İnsanın mənəvi və ictimai mühitinin düzgün olması üçün halallığın böyük əhəmiyyəti olduğunu deyir. Bir möminin ibadət və dualarının qəbul olmasının, ancaq qazancının halal olmasına bağlı olduğunu qeyd edir və bunu da tez-tez təkrarlayır.
Seyid Yəhya haram yeyəni, tənbəllik edəni, iki günü bir olub, inkişaf etməyəni, olduğu kimi görünməyəni, ibadətini şüursuzca edən qafil abidi, həddini bilməyən cahili, təkəbbürlənib özünü bəyənəni, elmindən sui-istifadə edən alimi, zalım idarəçini, aldadan taciri, dinini satan zahidi, inancı çürük bidətçini, həvavü həvəsini ilah kimi qəbul edəni, dində zəifliyi qınayır və pisləyir.
O cəmiyyətin ancaq cəmiyyəti yönləndirən alimlərin, əmirlərin, din xadimlərinin, qazilərin və tacirlərin düzgün, doğru olacağı təqdirdə düzələcəyini demiş, haqsızlığın, yəni qanuni yoldan qazanılmayan sərvətin və ədalətsizliyin fəlakətlərə səbəb olacağını bildirmişdir.
Seyyid Yəhya Bakuviyə görə sufinin könlü aydın və təmiz ayna kimi olmalıdır ki, mənəvi təcəllilərə məzhər ola bilsin. Könlün bulanıq olma səbəbləri: dünya sevgisi, məqam və hörmət istəmək, əməlinə riya və göstəriş qatmaq, özünü bəyənmək, nəfsinin istədiyi tərəfə meyl etməkdir. Fikirində bunlardan biri olan sufinin könül gözü tutular, görməz olar.
“Şəfaul-Əsrar” Azərbaycan təsəvvüf ədəbiyyatının ən gözəl nümunələrindən biridir. Təsəvvüf sahəsində Azərbaycan dilində yazılmış ilk nəsr edilmiş əsər olmaqla yanaşı həm məzmun, həm də dil baxımından böyük əhəmiyyətə malikdir. Əsər Azərbaycan mədəniyyəti incilərindən biri kimi qəbul ediləcək keyfiyyətdədir. Bu baxımdan sufilik tədqiqatçıları üçün bu əsər mütləq müraciət edilməli olan əsas mənbə mövqeyindədir.

“Şəfaul-Əsrar” dərin bir təsəvvüfi təfəkkür vardır. Əsərdə mürşid‐mürid əlaqələrinə dair şəfqətli bir həkimin xəstəsinin şəfa tapması üçün çırpınışları müşahidə edilir. Xəstə mənəvi dərdlərə mübtəladır. Mürşid həkim onu şəfqətlə qucaqlayır və xəstə ruhunu mərhələ-mərhələ şəfa sirləri ilə müalicə edərək səhhətin zirvəsinə çatdırır. Seyid Yəhya bu əsərində Azərbaycan mədəniyyətinin keçmiş görkəmindən, insani dünyagörüşündən, sülh və rifah dolu keçmişindən xəbər verir.
XIV əsrin sonlarında Şamaxıda doğulan, ömrünün böyük bir hissəsini Bakıda yaşayan, 1463-cü ildə dünyasını dəyişən Seyyid Yəhya Bakuvi özündən sonra çox zəngin, həm də olduqca dəyərli bir elmi-ədəbi və mənəvi irs qoyub getmişdir.
Şair, ədib, dövlət adamı, hətta hökmdarlar kimi müxtəlif mərifət və peşə ərbabını sinəsində toplayan 40-dan artıq şöbəsi, minlərlə xəlifə, on minlərə çatan davamçı və sevənlərilə geniş Osmanlı coğrafiyasına yayılan; Ticaniyyə qolu ilə Sudan Xartum, Tunis, Əlcəzair və Fasa; Gülşəniyyə və Dəmirtaşiyyə qolları ilə Misir, Həbəşistan və Yəmənə; Rövşəniyyə qolu ilə Azərbaycan, İran, Türkmənistan, Əfqanıstan və Hindistana digər sayısız qol və şöbələrilə bütün Anadolu və Balkanlara yayılan Xəlvətilik təriqətinin türk cəmiyyəti və türk insanı üzərində dərin izləri mövcuddur.
Qeyd: Yazıda əsasən Mehmet Rıhtımın bu sahədəki elmi arştırma və məqalələrindən istifdə edilmişdir.

Mövzu ilə bağlı digər bir yazını buradan oxuya bilərsiniz.

Nazim Mustafayev

Şəfaül əsrar

Xəlvətilik öz adını ərəb sözü olan “xəlvət”dən götürüb.

Xəlvət – insanların görmədiyi, gizlin, yalnız qala biləcəyin yerdir. Xəlvətə çəkilmək, Yaradanla baş-başa qalmaq İslamdan öncə də mövcud olmuşdur. Hələ Məhəmməd peyğəmbərin gənc yaşlarında Hira mağarasına – xəlvətə çəkilərək saatlarla, bəzən günlərlə Tanrını düşünməsi haqqında qaynaqlar var. ünlü İslam filosofu və sufisi Muhyiddin ibn Ərəbi (1165-1245) xəlvətə çəkilməyi belə izah edir: “Xəlvətə çəkilmək, Tanrıdan başqa hər hansı bir varlığın – istər mələk olsun, istərsə də insan olsun – kimsənin olmadığı yerdə və zamanda ruhən Tanrı ilə söhbət etməkdi“. İslam təsəvvüfünün ilk qurucularından olan Zinnun Misri isə xəlvətə çəkilməyi belə mənalandırır: “Mən insanı Tanrı sevgisinə xəlvətdən daha gözəl qovuşduran bir şey görmədim. Kim xəlvəti sevərsə ixlasın sütunlarından yaxşıca yapışmış və doğruluq rüknlərindən birində zəfərə yetişmişdir deməkdir”. Xəlvətə çəkilmək bəzən 40 gün davam edərdi. Qırx gün müddətinə xəlvətə çəkilməyə ərbəin də deyilirdi. Ərbəin ərəbcə qırx deməkdir. Xəlvətə çəkilmə müddətinin 40 gün davam etməsi Məhəmməd peyğəmbərin söyləmiş olduğu bir hədisə əsaslanırdı: “Qırx gün bütün əməllərini səmimi sevgi ilə Allah üçün edən kimsənin ürəyindən dilinə doğru hikmət bulağı axar”. Bəzi qaynaqlar xəlvətə çəkilmənin tarixinin Musa peyğəmbərlə başladığını yazır. Musa peyğəmbər Tanrı ilə danışmazdan öncə qırx gün oruc tutmuş və Sina dağına xəlvətə çəkilərək ibadət etmişdi. Qırx gün xəlvətə çəkilməyə çilə də deyilmişdir. Lakin çilə sözü sonralar işlənmişdir. çilə sözü farsca çehel sözündəndir və bu sözün də anlamı qırx deməkdir. Xəlvətə çəkilən mürid sufi və ya dərviş öz istəyi ilə deyil, mürşidin göstərişi ilə xəlvətə çəkilirdi. Bəzən mürşidin göstərişi ilə eyni vaxtda bir neçə mürid xəlvətə çəkilərdi. Bu zaman xəlvətə çəkilən mürid haqqında “ərbəinə girdi” – deyilirdi. Bu da “qırx gün müddətinə xəlvətə çəkildi” – anlamını verirdi. Adətən Ramazan ayı başlamazdan on gün öncə xəlvətə çəkilirdilər. Həm Ramazandan öncə on günü, həm də Ramazan ayı boyunca ərbəini oruc tutmaqla keçirərdilər. Bu müddətdə dərviş dünyanı və dünya malını düşünməkdən tamamilə vaz keçər, yalnız Yaradanı düşünər və bütün gününü ibadətlə keçirərdi. Qırx gün xəlvətə çəkilən mürid bu müddətdə həm də özünü tanımağa, iç imkanlarını və mənəvi gücünü ortaya çıxarmağa çalışardı. Beləcə qırx günü tamam edərdi. Ərbəini uğurla tamamlayan müridlər mürşidin qarşısına çıxarılar və xəlvətin bitməsi xüsusi törənlə qeyd edilərdi. Xəlvət, xəlvətə çəkilmək Xəlvətiliyin bir təriqət kimi meydana çıxmasından min illər öncə və təriqət yaranandan sonra da bir çox təriqət mənsubları olan sufilər – təmizlənmək, saflaşmaq, kamilləşmək və Tanrıya yaxın olmaq istəyən insanlar – tərəfindən sıx-sıx işlənən və həyata keçirilən anlayış və metod idi. Qaynaqlarda İmam Qəzalinin on il insanlardan uzaq xəlvət həyatı yaşadığı, Mövlanə Cəmaləddin Ruminin dəfələrlə ərbəinə girdiyi, Əhməd Yəsəvinin 63 yaşında yer qazıb xəlvətə çəkildiyi qeyd olunur. Bizim eradan doqquz yüz il əvvəl yaşamış Zərdüştün də – Tanrı ilə baş-başa qalması üçün – on il müddətinə mağaraya-xəlvətə çəkilməsi haqqında bilgilər var. Göründüyü kimi xəlvətdə olmaq, xəlvətə çəkilmək adəti Xəlvətiliyin ayrıca bir cərəyan kimi meydana çıxmasından xeyli əvvəllər də mövcud olmuşdur. Məhz dini düşüncənin bu özəlliyinə əsaslanaraq 14-cü yüzillikdə Xəlvətilik İslamda xüsusi bir cərəyan kimi meydana çıxdı.

Xəlvətilik nədir?

Az əvvəl qeyd etdiyim kimi, Xəlvətilik dini düşüncədə və davranışda yüz illər öncədən var olan xəlvətə çəkilmə metoduna dayanaraq meydana gəlmişdir. Xəlvətiliyin ən böyük özəlliyi bu təriqətin bütünlüklə Azərbaycan türkləri tərəfindən yaradılması, inkişaf etdirilməsi və yayılmasıdır. Bu təriqətin Azərbaycan sınırlarını aşaraq bir çox ölkələrdə tanınması və yayılması da ünlü Azərbaycan sufisi Seyid Yəhya Bakuvinin çalışmaları sonunda gerçəkləşmişdir. Sırf Türk –İslam sufi cərəyanı kimi meydana gələn Xəlvətiliyin digər özəlliyi isə sünniliyin və şiəliyin sintezi kimi çıxış etməsi olmuşdur. Bu təriqətdə həm sünnə, həm də İmam Əli və əhli-beyt sevgisi təbliğ edilir.

Xəlvətiliyin əsasını təşkil edən 2 üsul və ya şərt var:

I.Kəlmeyi Tövhidin və “əsmayi səba”nın (Tanrının yeddi isminin) zikri;

Lailahə illəllah, Allah, Hu, Haqq, Hayy, Qayyum, Qahhar.

II. Nəfsin 7 mərtəbəsinin aşılması;

Əmredən nəfsdir. Nəfsi-əmmarə hər zaman pis işlər görməyi əmr edər. Adını Quranın Yusif surəsinin 53-cü ayəsindən götürmüşdür: “Nəfs pisliyi şiddətlə əmr edər”.

2.Nəfsi-ləvvamə

Peşiman olan nəfsdir. İnsanın pis işlər görüb sonra pis işindən peşiman olması anlamındadır. Adını Quranın Qiyamə surəsinin 2-ci ayəsindən almışdır: Həmin aydə “Ləvvamə (peşiman olan) nəfsə and olsun” – deyilir.

3.Nəfsi-mülhəmə

Nəyin xeyir, nəyin şər olduğunu bilən, cismani istəklərə qismən dirəniş göstərə bilən nəfsdir. Adını Quranın Şəms surəsinin 8-ci ayəsindən götürmüşdür. Həmin ayədə belə deyilir: “Sonra da o nəfsə pis əməllərdən çəkinməyi öyrədənə”.

4.Nəfsi-mütməinə

Pisliklərdən qurtulan, gözəl əxlaqa sahiblənmiş nəfsdir. Adını Quranın Fəcr surəsinin 27-ci ayəsindən götürmüşdür: Həmin ayədə “Ey arxayın nəfs” – deyilir.

5.Nəfsi-raziyə

Razı qalan nəfs deməkdir. Bu məqam sufinin və ya dərvişin Tanrının hökmlərinə və qədərinə razı olması və İlahi sirlərə vaqif olduğu məqamdır. Adını Quranın Fəcr surəsinin 28-ci ayəsindən almışdır. Həmin ayədə “Dön Rəbbinə, sən Ondan razı olaraq”– deyilir.

6.Nəfsi-mərziyə

İnsanın Tanrıdan, Tanrının da insandan razı qaldığı məqamdır. Beşinci üsulun davamıdır. Adını da beşinci üsulda qeyd etdiyim ayənin davamından almışdır. Həmin ayə tam şəkildə belədir: “Dön Rəbbinə, sən Ondan, Rəbbin də səndən razı qalaraq”.

7.Nəfsi-kamilə və ya Nəfsi-safiyə

Bu, mənəvi yolçuluğa çıxmış sufinin kamil nəfsə sahiblənməsi və irşad məqamına yüksəlməsidir…

Xəlvətiliyin yaranması ömər Xəlvətinin adıyla bağlıdır. Xəlvəti düşüncəsinə görə təriqət kimi xəlvətiliyin meydana gəlməsi ömər Xəlvətinin adıyla bağlı olsa da, bu yol Məhəmməd peyğəmbərdən başlamış və mürşiddən-mürşidə silsilə şəklində ötürülərək ömər Xəlvətiyə qədər uzun bir yol keçmişdir. Həmin silsilə isə bu şəkildə qəbul e
dilir:

1. Məhəmməd peyğəmbər

5. İmam Zeynal Abidin

6. İmam Məhəmməd Bağır

7. İmam Cəfər Sadiq

8. İmam Musa Kazım

9. İmam Məhəmməd Təqi

10. İmam Əliyyən Nəqi

11. İmam Həsən Əskəri

12. İmam Məhəmməd Mehdi

13. Həsən əl-Bəsri

14. Şeyx Həbib əl-Əcəmi

15. Şeyx Davud ət-Tai

16. Şeyx Məruf əl-Kərxi

17. Şeyx Sirri Səqəti

18. Şeyx Cüneyd əl-Bağdadi

19. Şeyx Şimşad Dinəvəri

20. Şeyx Məhəmməd Dinəvəri

21. Şeyx Məhəmməd əl-Bəkri

22. Şeyx Vəcihəddin

23. Şeyx ömər əl-Bəkri

24. Şeyx Əbu Nəcib Sührəvərdi

25. Şeyx Qütbəddin əl-Əbhəri

26. Şeyx Rüknəddin Məhəmməd Nəhhas əl-Buxari

27. Şeyx Şəhabəddin Təbrizi

28.Şeyx Seyid Cəmaləddin Şirazi

29. Şeyx İbrahim Zahid Geylani (Zahidiyyə təriqətinin qurucusu)

30. Şeyx Məhəmməd Nur Xəlvəti

31. Siracəddin ömər Xəlvəti

Bu məqamda qeyd etməliyəm ki, bu silsilədə adı çəkilən ilk

18 ad Qadirilik, Mövləvilik, Söhrəverdilik və digər bir neçə sufi təriqətindəki silsiləylə eynidir. Bu təriqətlərdə silsilə yalnız Cüneyd əl-Bağdadinin adından sonra fərqli mürşid adlarıyla davam edir. İbrahim Zahid Geylaninin adına qədər olan silsilə isə həm Xəlvətilikdə, həm də Səfəvilikdə eynidir. Şeyx Zahid Gilanidən sonra onun müridi Şeyx Səfiəddin Ərdəbili Səfəvilik təriqətinin əsasını qoyur. Az əvvəl qeyd etdiyim kimi Xəlvətilik bir təriqət olaraq ömər Xəlvətinin fəaliyyəti ilə bağlı meydana çıxmışdır. Siracəddin ömər Xəlvəti Şirvanda məşhur olan şeyx nəslindəndir. Əmisi Şeyx Məhəmməddən dərs almışdır. Əmisi rəhmətə gedəndən sonra irşad (yolgöstərən, mürşid) məqamına layiq görülmüşdür. 1397-ci ildə ölmüşdür. Sufilikdə ən geniş yayılmış metodlardan olan xəlvətə çəkilmə üsulundan sıx-sıx istifadə etmişdir. Bəzi araşdırmaçılar onun hər biri qırx gün olmaqla qırx dəfə ardıcıl xəlvətə çəkildiyini deyir. Bu özəlliyinə görə ona Xəlvəti, ardıcıllarına isə Xəlvətilər deyilmişdir. Xəlvətiliyin bir təriqət kimi ən sayılıb-seçilən və yayğın təriqətə çevrilməsi isə 15-ci yüzillikdə yaşamış ünlü sufi Seyid Yəhya Bakuvinin adıyla bağlıdır.

Seyid Yəhya Bakuvinin tam adı Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvidir. Onun həm Şirvani, həm də Bakuvi nisbəsi ilə tanınmasının səbəbi Şamaxıda doğulub böyüməsi və ömrünün qırx ildən çoxunu Bakıda yaşaması ilə bağlıdır. Seyid Yəhyanın uşaqlıq illəri 15-ci yüzilliyin əvvəllərinə düşür. Həmin dövrdə Şamaxı Xəlvətiliyin əsas mərkəzlərindən biri idi və burada Xəlvəti mürşidlərindən Şeyx Sədrəddinin təkyəsi vardı. Seyid Yəhya uzun illər Şeyx Sədrəddinin müridi olur. Şeyxinin ölümündən sonra Bakıya köçür. Bakıya köçməsinin əsas səbəbi Şeyx Sədrəddinin ölümündən sonra müridlər arasında baş verən qarşıdurma olur. Seyid Yəhya Bakıya köçəndə 15-ci yüzilliyin 20-ci illəriydi. Həmin illərdə Şirvanşahlığın paytaxtı Bakı idi. Həmin dönəmdə Şirvanşahlar dövlətinin başçısı olan Xəlilullah xanın sevgisini və sayğısını qazanan Seyid Yəhya, Şirvanşahlar sarayının yaxınlığında xanəgah qurur. Seyid Yəhya bütün ömrünü bu xanəgahda müridlər yetişdirməklə, xəlvətə çəkilərək ibadət etməklə və əsərlər yazmaqla keçirir. İsti aylarda çöllərə, xəlvətə çəkilərək günlərlə ac-susuz qalaraq ibadət etmək onun adəti idi. Seyid Yəhya Bakıda vəfat etmiş və burada Şirvanşahlar sarayının həyətində dəfn edilmişdir. Mürşidi Şeyx Sədrəddinin qızı ilə evlənən Seyid Yəhyanın Şeyx Fətullah, Əmir Güllə və Şeyx Nəsrullah adında üç oğlu olmuşdur. Şeyx Fətullah atasından sonra Bakıda, kiçik oğul Şeyx Nəsrullah isə Krımda şeyxlik etmiş, burada Xəlvətilik təriqətinin əsasını qoymuşdur.

Seyid Yəhyanın bir sıra əsərləri vardır. Bu əsərlərdən “Şəfaül-əsrar” (Sufiliyin sirləri) və “Virdü-səttar” (Eyibləri örtən, yox edən kitab, dua anlamındadır) əsərləri xüsusilə məşhurdur. Seyid Yəhya öz əsərləriylə sufi –Xəlvətiliyin Anayasasını, proqramını hazırlamışdır. Bundan əlavə Xəlvətiliyi uğurla və yüksək səviyyədə təqdim və təbliğ edə biləcək bir çox ünlü Xəlvəti sufilər yetişdirmişdir. Seyid Yəhyanın yetişdirdiyi ən ünlü Xəlvəti mürşidlər bunlardır:

1.Baba Qütb. Otuz ildən artıq Seyid Yəhyanın yanında mürid olmuşdur.

2. Hacı Həmzə

3. Şeyx Həbib Qaramani. Qaraman soyundandır. Məzarı Amasiyada “Mehmet Paşa camisi” yaxınlığındadır.

4. Seyid Əhməd Sünnəti. Seyid Yəhya tərəfindən Xəlvətiliyi yaymaq üçün Anadolu ərazisinə – Kastamonuya göndərilmişdi.

5. Pirzadə Nəsrullah. Seyid Yəhyanın kiçik oğlu və mürididir. Krımda Xəlvətiliyin əsasını qoymuşdur.

6. Pir Məhəmməd Ərzincani. Seyid Yəhyaya mürid olmaq üçün Ərzincandan Şirvana gəlmişdi. Ərzincanda, Amasiyada, Manisada və digər yerlərdə Xəlvətiliyin yayılmasında onun böyük xidmətləri olmuşdur.

7. Pirzadə Fətullah. Seyid Yəhyanın oğlanlarından biri və mürididir. Seyid Yəhyadan bir müddət sonra vəfat etmiş, Şirvanşahlar sarayının həyətində – atasının yanında dəfn edilmişdir.

8. Şeyx Sinan Rumi. Seyid Yəhyanın elmi ilə seçilən xəlifələrindən olmuşdur. İstanbul yaxınlığında ölmüş və orada dəfn edilmişdir.

9. Şeyx üveys Dədə.

10. Yusif Ziyaəddin Müsküri. Qarabağdan Şirvana gəlmiş, Seyid Yəhyanın müridi olmuşdur. Dövrünün ən böyük və tanınmış sufilərindən biri olmuşdur. 1485-ci ildə Şirvanda vəfat etmişdir. “Bəyanül-əsrar” adlı əsəri günümüzə qədər gəlib çatmışdır. ümumilikdə Seyid Yəhyanın minlərlə müridi olmuş, onlardan 360 nəfəri mürşid məqamına yüksəlmiş və irşadla görəvləndirilmişdir.

Xəlvətiliyin dörd əsas qolu var:

16-cı yüzillikdə Dədə ömər Rövşəni tərəfindən qurulmuşdur. Rövşəniyyə qolunun özünün də Şeyx Əbdürrəhman Məhəmməd Dəmirdaş tərəfindən qurulan Dəmirdaşiyyə və Şeyid İbrahim Gülşəni tərəfindən əsası qoyulan Gülşəniyyə qolları var.

2.Cəmaliyyə

15-ci yüzilliyin sonlarında Amasiyalı Şeyx Cəmaləddin tərəfindən qurulmuşdur. Bəzi qaynaqlarda bu şeyxin Sultan Süleyman Qanuninin mürşidi olduğu qeyd edilir.

Cəmaliyyə qolunun Şeyx Yusif Sünbül tərəfindən əsası qoyulan Sünbüliyyə, Şeyx Şaban Vəli tərəfindən yaradılan Şabaniyyə, Seyid Məhəmməd Baxşi tərəfindən əsası qoyulan Baxşiyyə və digər qolları var.

3.Şəmsiyyə

Şeyx Şəmsəddin Əhməd tərəfindən əsası qoyulmuşdur.

4.Əhmədiyyə

16-cı yüzillikdə Şeyx Əhməd tərəfindən qurulmuşdur.

Bir zamanlar Azərbaycanın bir parça
sı olan Şirvanda yaranan Xəlvətilik Seyid Yəhya Bakuvidən sonra İslamın ən geniş yayılmış təriqətlərindən birinə çevrildi. Xəlvətilik türk insanının həyatına, düşüncəsinə və sənətinə ən çox təsir edən təriqətlərdən biri olmuşdur. ümumilikdə Xəlvəti təriqətinin qırxdan çox qolu və bu qırx qolun özünün də iki yüzdən artıq qolları var. Misal üçün deyim ki, Xəlvətiliyin dörd əsas qolundan biri olan Cəmaliyyənin Şabaniyyə qolundan Qarabaşiyyə qolu yaranmış, Qarabaşiyyə qolundan isə Bəkriyyə, Xəliliyyə, İbrahimiyyə, Səmaniyyə, Nasuhiyyə, Ticaniyyə, Feyziyyə və digər bu kimi 10-dan artıq qol yaranmışdır. Bu özəlliyinə görə bəzən Xəlvətiliyi “Təriqət fabriki” adlandırırlar. Bu gün təkcə Azərbaycanda deyil, Türkiyədə, Misirdə, Əlcəzairdə, Mərakeşdə, Sudanda, İtaliyada, hətta uzaq Braziliyada və Amerika Birləşmiş Ştatlarında Xəlvətilik təriqətinin mənsubları var. 2013-cü ilin UNESKO tərəfindən “Seyid Yəhya Bakuvi ili” elan olunması heç də təsadüf deyildi.

İstifadə edilmiş əsərlər:

1. “Türkçe Sözlük” (Ankara 1988)

2. Rahmi Serin, “İslam Tasavvufunda Halvetiler ve Halvetilik” (İstanbul 1984)

3. Hayrani Altıntaş, “Tasavvuf Tarihi” (Ankara 1991)

4. F.Köprülü, “Türk Edebiyatında İlk Mutasavvıflar” (Ankara 1982)

5. Məmmədov Zakir, “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” (Bakı, 1978)

6. Seyid Yəhya Bakuvi, “Sufiliyin sirləri” (Bakı, 2010)

7. Uludağ Süleyman, “Tasavvuf Terimleri Sözlügü” (İstanbul, 1991)

8. Hacıyeva Maarifə, Rıhtım Mehmet. “Folklor və Təsəvvüf ədəbiyyatı sözlüyü” (Bakı, 2009)

9. Kara Mustafa, “Tasavvuf ve Tarikatler tarihi” (İstanbul, 1985)

10. “Sufi Araştırmaları” dərgisi (Eylül -2012 sayı)

Namiq Hacıheydərli

Comments are closed, but trackbacks and pingbacks are open.