Press "Enter" to skip to content

Fayl və qovluqlarla iş zamanı əlavə imkanlar

A qovluq bir qrup digər qovluq və faylları kapsülləmək və eyni başlıq altında təsnif etmək üçün istifadə olunur. İstənilən sayda qovluq yarada bilər və hər qovluğun qovluqda (yəni qovluqda) bir mövqe tutduğu yerdə yaradılan faylların sayına görə birdən çox giriş ola bilər. Eynilə, bir qovluqdan bir fayl silindikdə, giriş avtomatik olaraq qovluqdan silinir. Qovluq bəzi məntiqi ardıcıllıqla ayrı-ayrılıqda faylların saxlanılmasını asanlaşdırır, beləliklə bir sənədin axtarışı daha asandır.

MÖVZU 4.2 Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydaları. Windows əməliyyatlar sisteminin əlavələri və onların təyinatı

Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydalarını nəzərdən keçirək. İstənilən qurğuda yeni qovluğun yaradılması üçün «Мой компьютер» -də qurğunu seçib, «Файл» menyusunu açırıq. Həmin menyunun «Создать» əmrini verərək, ekranda yeni yaranan qovluq işarəsinin altındakı «Новая папка» sözünü silərək həmin yerə qovluğun adını yazırıq Enter düyməsini basmaqla yeni qovluğu yaratmış oluruq. Hər hansı faylı və ya qovluğu bir qurğudan digərinə köçürmək üçün MOUSE-un sol düyməsindən istifadə etməklə həmin fayl və ya qovluğu seçib, sağ düyməni basaraq kontekst menyusunu açırıq. Həmin menyuda olan «Отправить» düyməsini əmrini verdikdə kompüterdə olan qurğuların siyahısı əks olunur. Lazımi qurğunu seçərək MOUSE-un sol düyməni sıxırıq və beləliklə, fayl və ya qovluğu həmin qurğuya göndərmiş oluruq. Əgər faylı eyni qurğu daxilində bir yerdən digərinə köçürmək lazımdırsa, yaxşı olar ki, işçi stolun «Мой компьютер» elementinin «Проводник» bəndindən istifadə edərək ikitərəfli pəncərənin açılmasını təmin edərək, sağ tərəfdə köçürüləcək fayl və ya qovluğu seçib, MOUS-un sol düyməsini basılı saxlamaqla onu köcürüləcək və solda yerləşən qurğunun və ya qovluğun üzərinə gətirdikdən sonra düyməni buraxırıq. Əgər ekranda ardıcıl yerləşən bir neçə ardıcıl fayl və ya qovluğu köcürmək lazımdırsa onda ilk faylı seçirik, daha sonra sonuncu faylı SHİFT düyməsini sıxılı saxlamaqla seçərək yuxarıdakı prosesi yerinə yetiririk. Əgər pəncərədə fayllar müxtəlif mövqelərdə yerləşibsə, onları CTRL düyməsini sıxılı saxlamaqla seçib, lazımi əməliyyatı yerinə yetiririk.

Fayl və qovluqları ləğv etmək üçün onu seçdikdən sonra kontekst menyusunun «Удалить» əmrini veririk. Kontekst menyusunun «Переименовать» əmrindən istifadə edərək isə seçilmiş fayl və ya qovluğun adını dəyişmək mümkündür.

Ümumiyyətlə fayl və qovluqlar üzərində müxtəlif təyinatlı əməliyyatların yerinə yetirilməsini pəncərənin menyularının əmrləri və ya kontekst menyusunun əmrləri ilə həyata keçirmək mümkündür.

Windows əməliyyatlar sisteminin özünə məxsus olan əlavələri-proqramları mövcuddur. Bu əlavələr sistemin yüklənməsi ilə artıq kompüterdə işləmə qabliyyətinə malik olur. həmin əlavələrdən istifadə üçün «Пуск» düyməsini basdıqdan sonra açılan pəncərədən «Стандартные» bəndini seçirik. Yeni açılmış pəncərədə Windows sisteminin əlavələrinin siyahısı bəndlərlə verilir. Bu əlavələrin hər birinin təyinatı ilə tanış olaq.

1.«Развлечение»-əyləncə üçün qurğuların parametrlərinin müəyyənləşdirilməsi və onlardan istifadə imkanlarının əldə olunması.

«Громкость» səs qurğularında səsin nizamlanması (artırılıb, azaldılması) imkanınını verir.

«Звукозапись» kompüterə qoşulmuş qurğular vasitəsilə (mikrofonla) müxtəlif mənbəələrdən səsin yazılması parametrlərini müəyyənləşdirməyə imkan verir.

«Проигрыватель Windows Media Player» Windows-un proiqrıvatelinin işçi pəncərəsinin ekrana çağrılmasını və ondan istifadə imkanını verir.

  1. «Связь»- kompüterlə əlaqədar müxtəlif təyinatlı əlaqələrin qurulması və nizamlanması.

– Мастер беспроводной сети- Ev və ofis üçün simsiz şəbəkənin sazlanması;

– Мастер настройки сети- Ev və kiçik şəbəkənin qurulması;

– Мастер новых подключений- İnternetə, şəxsi şəbəkəyə ev və ya ofis şəbəkəsinə yeni qoşulmanı təmin edir.

– Подключение к удаленному рабочему столу- digər kompüterdə olan uzaqlaşdı­rılmış işçi stola qoşulmanı və həmin kompüterdəki proqramın işə salınmasını təmin edir;

– Сетевые подключение- Digər kompüterə, şəbəkəyə, İnternetə qoşulmanı təmin edir.

3. Служебные- sistemlə əlaqədar xidməti proqramlar.

– Активация Windows- Windows-un kompüterdə olan surətinin aktivləş­dirilməsi və əgər onun şəbəkə əlaqəsi varsa, bu surətin piratçılıqdan qorunması:

– Архивация данных- Kompüterdə olan verilənlərin təsadüfi itirilməsinin qarşısının alınması məqsədilə onların arxivləşdirilməsini təmin edir. Əmr verildikdən sonra yeni aşılan pəncərədə iki imkan təklif edilir. Bunlardan birincisi verilənlərin arxivləşdirilməsini, ikincisi isə artıq mövcud olan arxivdən verilənlərin çıxarılaraq lazımi yerə bərpasını təmin etmək imkanıdır. Lazımi imkan seçildikdən sonra hansı verilənlərin arxivləşdiriləcəyi müəyyən­ləşdirilir. Bu verilənlər “Мои документы» qovluğundakı fayllar və kompüterin sazlama parametrləri, kompüterdə olan və bütün istifadəçilərin verilənləri və sazlama parametrləri, kompüterdə olan bütün verilənlər, ya da istifadəçi istəyinə uyğun seçilmiş verilənlər ola bilər. Sonuncu variantda növbəti pəncərəyə kompüter qurğuları və həmin qurğulardakı fayllar və qovluqların siyahısı verilir. İstifadəçi tərəfindən lazım olanlar seçilir. Arxivləşdiriləcək ob­yekt­­lər müəyyənləşdirildikdən sonra növbəti mərhələdə arxivin saxlanacağı qurğu və arxivə veriləcək ad daxil edilir. Avtomatik olaraq arxiv yaradılır. Sonuncu pəncərədə proses haqqında məlumat verilir. Daha geniş hesabat almaq üçün sonuncu pəncərədəki «Отчет» əmrindən istifadə etmək olar. Əgər arxivləşdirilmiş verilənləri bərpa etmək lazım gələrsə prosesi analoji ardıcıllıqla lakin ilkin pəncərədəki ikinci imkanı seçməklə həyata keçirmək lazımdır.

– Восстановление системы- Sistemin əvvəlki vəziyyətinə bərpası. Bu əmr verildikdən sonra yeni açılan pəncərənin sağ hissəsində iki rejim verilir. Bunlardan biri kompüter tərəfindən qeyd olunmuş və hansısa dəyişikliyə və ya proqram təminatının əlavəsinə uyğun bərpa nöqtələrinə keçidə imkan verir. İkinci isə istifadəçinin özü tərəfindən bərpa nöqtəsinin yaradılması imkanını yaradır. Birinci imkan seçildikdə növbəti addımda ekrana təqvim verilir. Həmin təqvimdə xüsusi rənglənmiş xanada olan tarix bərpa tarixləridir. Təqvim pəncərəsinin başlığında verilən hərəkət etdiricilərlə daha əvvəlki bərpa nöqtələrinə keçmək mümkündür. Bu nöqtə seçildikdən sonra kompüter sistemi həmin tarixdəki vəziyyətə qaytarır.

– Дефрагментация диска- Diskin defraqmentləşdirilməsi. Adətən faylları diskə yazdıqda kompüter fayl verilənlərini diskin sektorlarında qalan boş yerlərə hissələr-fraqmentlər şəklində yazmaqla disk həcminə qənaət edir. lakin iri həcmli fayllarla işlədikdə bu cür fraqmentlərlə yazılış işin sürətini aşağı salır. Bunu aradan qaldırmaq məqsədilə disklərin defraqmentləşməsini aparmaq olar. Yəni fayllar bütöv şəkildə disk hissəsində yerləşdirilir. Qeyd edək ki, bu halda diskin tutumundan optimal istifadə edilməsə də disklə işin sürəti artır. Əmrin yerinə yetirilməsi zamanı açılmış pəncərədə yerinə yetirilən proses (təhlil gedir, defraqmentləşmə gedir və s.) haqqında, prosesin nəticəsi haqqında məlumat verilir.

– Мастер переноса файлов и параметров- Mənbə rolunu oynayan kompüterin parametrlərini və onda yerləşmiş faylların digər kompüterə keçirilməsi təmin olunur;

– Назначенные задания- Seçilmiş tapşırığın kompüter tərəfindən avtomatik yerinə yetirilməsini təmin edir. Əmr verildikdən sonra açılan pəncərədən «Добавить задания» rejiminin üzərində düyməni sıxaraq yeni pəncərəyə keçirik və lazımi proqram seçilir. Növbəti addıma keçilir. Bu addımda tapşırığa ad verilir. Bu ad proqramın öz adı da ola bilər. Həmin pəncərədə tapşırığın yerinə yetirilməsi və ya proqramın işə salınması parametri seçilir (hər gün, hər həftə, kompüter yüklənən kimi və s.) sonra «Готова» düyməsi ilə prosesin başa çatdığı bildirilir. Sonrakı mərhələlərdə tapşırıqla əlaqədar parametrlər sorğulara cavab şəklində müəyyənləşdirilir.

– Очистка диска- Seçilmiş diskin təmizlənməsi. Bu rejim verildikdən sonra ekranda açılmış yeni pəncərədə təmizlənəcək disk seçilir. Növbəti addımda açılan pəncərədə adətən silinməsi lazım olan qovluqlar və onlardakı məlumatların həcmi göstərilir. Əgər təmizləmədə əlavə imkanlardan istifadə etmək istəyirsinizsə, onda pəncərənin yuxarısında olan «Дополнительно» əmrini verməklə yeni açılan pəncərədə, lazımi rejimi (az istifadə olunan komponenetlərin silinməsi, lazımsız proqramların silinməsi və s.) seçib yeni mərhələyə keşmək olar. Lakin ilkin variant seçilibsə istifadəçi təmizləyəcəyi qovluğu müəyyəmləşdirir, lazımdırsa onun məzmununa baxır və yalnız təmizləmək gərək olan faylları seçir. Əks halda seçilmiş qovluqda olan bütün fayllar silinir. Bu əməliyyatın vaxtaşırı aparılması kompüterdə əlavə, lazımsız fayl və qovluqların olmamasına və iş üçün daha münbit şəraitin yaranmasına kömək edir.

– Сведения о системе- Sistem haqqında məlumatları verir. Bu əmrin köməyi ilə kompüterin aparat resursları, müxtəlif komponentlər, qurğular, proqramlar haqqında məlumat və onların mövcud vəziyyətlərinin səciyyəsini əldə etmək olar.

– Таблица символов- Kompüterdə olan sistemin malik olduğu simvolların cədvəlini ekrana verir və klaviaturada olmayan simvolların əlavə edilməsinə imkan yaradır.

– Центр обеспечения безопасности- Kompüterin təhlükəsizliyinin təmin olunması məqsədilə üç parametrin Brandmauerin (kompüterə daxil olma imkanlarının istifadəçinin müəyyənləşdirdiyi qaydaya uyğunluğun), avtomatik yeniləmənin və viruslardan qorunma üçün antivirus proqramlarının fəallığının müəyyənləşdirilməsini təmin edir.

4. Специальные возможности- İstifadəçiyə xüsusi imkanlar verir.

– Диспетчер служебных программ- Xüsusi imkanları təmin edən proqramların işə salınması və sazlanmasını təmin edir;

– Мастер специальных возможностей- eşitmə, görmə və hərəkət qabiliyyətində çatışmamazlıqlar olanlar üçün imkanların sazlanmasını təmin edir.

– Экранная клавиатура- Ekrana klaviaturanın təsvirini çıxararaq MOUS-dan və ya digər düyməli qurğudan istifadə edərək klaviatura düymələri ilə işləməni təmin edir.

– Экранная лупа- Ekranın götürülmüş fraqmentinin böyüdülməsini təmin edir.

5. Paint- rəngli təsvirlərin və qrafiklərin hazırlanması proqramıdır. Burada hazırlanmış təsvirlər Windowsun digər proqramlarında da istifadə oluna bilər. Bu məqsədlə mübadilə buferindən istifadə etmək lazımdır.

6. WordPad-kiçik qeydlər və sənədlərin hazırlanması üçün nəzərdə tutlmuş proqramdır. Bu mətn proqramı Windows əməliyyatlar sistemində işləyə bilən digər mətn proqramlarının imkanlarından daha aşağı imkanlara malikdir. Lakin hər halda burada istənilən uzunluqda mürəkkəb obyektləri olmayan sənədi hazırlamaq olar.

7. Адресная книга-Kompüter vasitəsilə xidməti kataloqlardan istifadə etməklə, şəxsi əlaqədar olduğunuz tərəfdaşları və müxtəlif insanlarla əlaqələrin idarə olunmasını təmin edir.

8. Блокнот- Sadə formatlı mətn fayllarının yaradılması və redaktəsini təmin edir;

9. Знакомство с Windows- Windows əməliyyatlar sisteminin imkanları və onlarla işləmə qaydalar ilə tanış olmağa imkan verir;

10. Калькулятор- Adi kalkulyatoru əvəz edərək onun yerinə yetirə bildiyi əməliyyatları aparmağa imkan verir. Burada kalkulyatorun sadə və bir çox mürəkkəb hesablama funksiyalarına malik olan qismən mürəkkəb variantları mövcuddur;

11. Командная строка- Hazır proqramların yerinə yetirilməsi sətridir (MS DOS əməliyyatlar sistemində olduğu kimi);

12. Мастер совместимости программ- Köhnə proqramların Windows-da işləməsi üçün uyğunluq yaradır;

13. Проводник-Kompüterdə olan fayl və qovluqların siyahısını verir və onlarla işləyərkən bələdçi rolunu oynayır;

14. Синхронизация-Avtonom rejimdə yenilənən verilənlərin (sənədlərin, təqvimlərin, elektron poçt məlumatlarının şəbəkə surətlərini yeniləyir (kompüter şəbəkəyə qoşuludursa);

15. Мастер работы со сканером или цифровой камерой- Təsvirlərin ckaner və ya kamera vasitəsilə götürülməsini təmin edir.

Mühazirə 5.1

Alqoritmləşdirmə və proqramlaşdirma. Alqoritmik dillər. Turbo Paskal dilinin əlifbasi, sabitlər və dəyişənlərin tipləri

1. Alqoritm,onun xassələri, verilmə üsulları, növləri

2. Proqramlaşdırma dilləri haqqında ümumi məlumat

3. Turbo Paskal dilinin əlifbası

4. Turbo Paskal dilinin standart funksiyalar

5. Turbo Paskal dilində sabitlər və dəyişənlərin tipləri
Alqoritm, xassələri, verilmə üsulları, növləri

Məsələnin həlli zamanı ilkin və aralıq verilənlərin emalı prosesini birqiymətli təyin edən yazılışların ardıcıllığına alqoritm deyilir.

Alqoritmlərin aşağıdakı 4 əsas xassəsi var. Bunlardan birincisi müəyyənlik xas­səsidir. Müəyyənlik dedikdə alqoritm elə tərtib olunmalıdır ki, onun təsvir etdiyi pro­ses tamlığı ilə aydın olmalıdır.

İkinci xassə alqoritmin diskretlik xassəsidir. Yəni, hər bir alqoritm ayrı-ayrılıq­da yerinə yetirilə bilən addımlardan ibarət olmalıdır.

Alqoritmin üçüncü xassəsi onun nəticəvilik xassəsidir. Belə ki, hər bir alqoritm son nəticənin alınmasını təmin etməlidir.

Dördüncü xassə alqoritmin kütləvilik xassəsidir. Yəni, tərtib olunan hər bir alqoritm eyni qəbildən olan məsələlərin həlli üçün istifadə olunma imkanına malik olma­lıdır.

Alqoritmin üç verilmə üsulu mövcuddur. Bunlar nəqli, qrafik və proqram üsu­ludur. Alqoritmin nəqli üsulla verilməsi məqsədilə adi danışıq dilindən və yazılış qaydalarından istifadə olunur. Alqoritmlərin qrafik üsulla verilməsi məqsədilə blok-sxemlərdən istifadə olunur. Proqram üsulu ilə alqoritmin verilməsi məqsədilə alqorit­mik dillərin hər hansı birində tərtib olunmuş proqramdan istifadə olunur.

Blok-sxem əvvəlcədən ciddi təyin olunmuş həndəsi fiqurların təsviri ardıcıl­lığıdır. Blok-sxemlə alqoritmi təsvir etmək məqsədilə bloklardan istifadə olunur. Bloklar aşağılakılardır:


    -prosesin başlanğıcı və sonu bloku;

  • v erilənlərin klaviaturadan daxil edilməsi bloku;

-şərti və ya məntiqi blok;

Blok- sxem tərtib edərkən ayrı-ayrı bloklar bir-biri ilə istiqmətlənmiş oxlarla prosesin gedişatı istiqamətində birləşdirilir.

Alqoritmin üç əsas növü vardır. Bunlar xətti strukturalı, budaqlanan strukturalı və dövri strukturalı alqoritmlərdir. Xətti strukturalı alqoritm elə alqoritmə deyilir ki, ondakı yazılışların ardıcıllığı ilə yerinə yetirmə ardıcıllığı qarşılıqlı birqiymətli uyğun olur.

Əgər alqoritmin yerinə yetirilməsi hər hansı şərtdən asılı olaraq şaxələnirsə, onda belə alqoritm budaqlanan alqoritm adlanır.

Bir çox proseslərin yerinə yetirilməsində eyni parametrin müəyyən qaydada təyin edilmiş müxtəlif qiymətlərdə hesablanması tələb olunur. Buna görə də dövrü proses əmələ gəlir. Dövrlər sadə və ya mürəkkəb olur. Yəni, yalnız bir parametrdən ası­lı və bir neçə parametrlərdən asılı olan bir-birinə daxil olan dövrlər ola bilərlər. Belə proseslərə uyğun olan alqoritmlər dövri alqoritmlər adlanırlar.

Proqramlaşdırma dilləri

Müxtəlif təyinatlı məsələlərin müasir kompüterlərdə həll olunması üçün standart proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı hazırda istifadəçi tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, istifadəçinin tərtib etdiyi proqramlar proqramlaşdırma dilləri­nin köməyi ilə həyata keçirilir.

Proqram- proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır. Qeyd etmək lazımdır ki, proqramlaşdırma dillərinin yaranma tarixi və inkişafı EHM-larının yaranma tarixi ilə sıx əlaqədar olmuşdur.

Kompüterə daxil ediləcək əmrlər danışıq dilinə yaxın xüsusi dillərdə yazılır. Belə dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərinin də adi dillərdə olduğu kimi əlifbası, lüğəti, tərkibi və sintaksisi var. Adi dillərdən fərqli olaraq proqram­laşdırma dilində ən çoxu bir neçə yüz söz olur, sözlərin çoxmənalı­lığına yol verilmir, yalnız bir məna daşıyır. Proqramlaşdırma dilləri çoxdur. Onlar aşağı və yüksək səviyyəli dillərə bölünür. Aşağı səviyyəli dillərə maşın dili və assembler dili aiddir. Bu dillər istifadə edildiyi maşının tipindən asılı olduğundan maşın yönümlü dillər adlanır. Maşın dillərindən istifadə hazırda geniş yayılma­mışdır. Belə ki, bu cür dillərdən istifadə edilməsi xüsusi hazırlıq və bacarıq tələb edir. Bu proqramlarla adətən peşəkar proqramçılar məşğul olurlar. Maşın dilində proqramın tərtibi olduqca çox zəhmət tələb edir, sonradan oxunması çətin olur. Başqa çatışmamazlığı ondan ibarətdir ki, eyni bir alqoritmin müxtəlif kompüter­lərdə yerinə yetirilməsi üçün müxtəlif proqramlar yaratmaq lazım gəlir.

Hal-hazırda maşın kodundan istifadə olunmur və kompüter üçün proqram hər hansı proqramlaşdırma dillərinin birində tərtib olunur. Proqramlaşdırma dilləri bir qayda olaraq, verilənlərin təsviri, hesabi operatorlar, dövrün təşkili və idarəedici vasitələr, informasi­yanın daxil və xaric olunma vasitələri ilə təmin olunub. Dillərin çoxunun proqramın tərtibində oxşar prinsipdən istifadə etməsinə baxmayaraq, onların sintaksisi müxtəlifdir.

Yüksək səviyyəli proqramlaşdırma dilləri (alqoritmik dillər) isə müxtəlif tipli maşınlarda istifadə edilə bilər. Alqoritmik dillər maşın dillərinə nisbətən daha sadə olub, geniş istifadəçi kütləsini əhatə edir. Proqramlaşdırma dillərində əmrlər operatorlar və ya təlimat adlanır. Hər hansı alqo­ritm üçün tərtib olunan bu cür əmrlər ardıcıllığı ilkin proqram və ya sadəcə ilkin mətn adlanır. Ilkin mətn çevirici proqram (translyator) vasitəsilə çevriləndən sonra icra olunur. Proqramlaşdırma dilləri də öz növbəsində interpretator və kompilyatorla işləyən dillərə bölünürlər. İnterpretatorla işləyən dillərdə proqram tərtib edildikdə hər yeni proqram sətrinin daxil edilməsi zamanı həmin sətirdə səhvin olub-olmadığı yoxlanılır və əgər səhv olarsa yerinə yetirmə avtomatik olaraq dayandırılır. Kompilyatorla işləyən dillərdə isə proqram mətni tam daxil edildikdən sonra mövcud səhvlər haqqında məlumat verilir. Səhvlərin göstərilən nömrə və izahatlarına əsasən onlar uyğun şəkildə aradan qaldırılır.

Alqoritmik dillərə FORTRAN, PL, Ada, C, Modula-2, COBOL, BASİC, Pascal və s. dillərini aid etmək olar. Maşın dillərinə isə ASSEMBLER tipli dilləri aid etmək mümkündür. Biz alqoritmik dillərdən biri olan Paskal dilinin Turbo Paskal 7.0 versiyası ilə tanış olacağıq. Bu dil 1984-cü ildə Borland İnternational şirkəti tərəfindən yaradılmışdır. Dilin Turbo Paskal 5.0 variantı 1988-ci ildə, Turbo Paskal 7.0 variantı isə 1992-ci ildən istifadə edilir.

Turbo Paskal dilinin əlifbası:

İndi isə Turbo Paskal 7.0 dilinin əlifbası ilə tanış olaq. Turbo Paskal dilinin əlifbasına hərflər, onluq say sisteminin rəqəmləri, onaltılıq say sisteminin rəqəm­ləri, xüsusi simvollar, açar sözlər və s. daxildir.

  1. 0-dan 9-a qədər ərəb rəqəmləri;
  2. 0. 9, A, B, C, D, E, F –onaltılıq say sisteminin rəqəmləri və onlardan düzəldilmiş ədədlər;
  3. Xüsusi işarələr: +, , *, /, =, ., ,, ;, :, , [ ], ( ), < >, ^, @, $, #, &, (* *), (. .).
  4. Münasibət işarələri:

= – böyükdür bərabərdir;

  1. Hesabi əməllər:
  1. Məntiqi əməllər:

or – iki tam ədədin bitləri üzrə məntiqi və ya əməliyyatı;

not – tam ədəin bütün bitləri üzrə unar inversiya əməliyyatı;

xor –iki tam ədədin bitləri üzrə istisnalı məntiqi və ya əməliyyatı.

Turbo Paskal dilində bir sıra açar sözlərdən istifadə edilir. Turbo Paskal dilində xidməti sözlər öz vəzifəsinə görə dəqiq təyin edilərək, dəyişdirilə bilməz. Buna görə də identi­fikatorların yazılışında açar sözlərdən istifadə edilə bilməz. Yəni, bu sözlərdən dəyişən və ya sabitlərin adlandırılmasında istifadə edilməməlidir. Bu sözlərdən bəzilərini qeyd edək: case, absolute, begin, const, div, do, downto, else, end, external, file, for, forward, function, goto, if, in, implemation, inline, interface, interrupt, label, mod, nil, not, of, packed, procedure, set, shl, shr, string, program, record, repeat, then, to, type, unit, until, uses, var, while, with, və s.

Turbo Paskal dilində sabit, dəyişən, nişan, tip, prosedur, funksiya, modul, proqram və yazı sahələrinin adlandırılması məqsədilə identfikatorlardan istifadə edilir. İdentifikator ixtiyari uzunluğa malik, ilk simvolu hərf olan simvollar ardıcıl­lığıdır. Proqram daxilində identifikatorun yalnız ilk 63 simvolu nəzərə alınır.

Turbo Paskal dilinin standart funksiyaları:

Turbo Paskal dilində digər alqoritmik dillərdə olduğu kimi standart funksiyalar da mövcuddur. Bu standart funksiyalar aşağıdakılardır:

Fayl və qovluqlarla iş zamanı əlavə imkanlar

Kompüterdə iş prosesində diskin məzmunu hər an dəyişir. Yəni yeni fayllar əlavə olunur, lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. Bu əməliyyatları yerinə yetirmək üçün fayllar arası dik yaddaşının paylanmasına fasiləsiz nəzarət olunmalıdır. Kompüterin faylları təşkil etməsi, adlandırması, saxlaması və idarə etməsi onun fayl sistemi ilə əlaqədardır. Əksər kompüterlərdə ən azı bir fayl sistemi var. Bəzi kompüterlər bir neçə müxtəlif fayl sistemindən istifadə etməyə imkan verir. Məsələn, Windowsun yeni versiyaları müasir Windows versiyaları üçün normal olan NTFS fayl sistemi ilə yanaşı MS DOS və Windows-un keçmiş versiyalarının FAT fayl sistemini də dəstəkləyir.

Fayl sistemi – kompüter fayllarının və onların verilənlərinin yaradılması və saxlanması metodlarıdır. Fayl sistemi faylları saxlamaq, qruplaşdırmaq, idarə etmək və əməliyyat sistemi tərəfindən axtarışı üçün verilənlər bazası şəklində təşkil edir. Fayl sistemləri sərt disk və CD-ROM kimi yaddaş qurğularında faylların fiziki yerləşməsinə xidmət etmək üçün istifadə edilir.

Diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan sahə verilənlər sahəsidir. Fayl sistemi verilənlər sahəsini bir və ya bir neçə (əsasən, 64-ə kimi) ardıcıl sektorlardan ibarət qruplara ayırır. Bu qruplara klasterlər (və ya bloklar) deyilir. Bu disk sahəsinin fayl saxlamaq üçün bölüşdürülə bilən ən kiçik miqdarıdır. Bir sektorun ölçüsü 512 baytdır. Klasterlərin ölçüsü, yəni sektorların sayı məntiqi disdən asılı olaraq ƏS tərəfindən təyin olunur. Məntiqi diskin ölçüsü böyük olduqda klasterin ölçüsü də böyük olur. Klasterin ölçüsünün kiçildilməsini sərt diski bir neçə məntiqi hissələrə bölməklə həyata keçirmək olar.

Fayl sistemləri üç tipdə klassifikasiya olunur: disk fayl sistemi, şəbəkə fayl sistemixüsusi məqsədli fayl sistemi.

Disk fayl sistemləri yaddaş qurğularında faylların saxlanması üçün hazırlanmışdır.

Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən, baş kataloq və altkataloqdan istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların yerləşmə cədvəli, baş kataloq və verilənlər sahəsi (boş yaddaş sahəsi) birlikdə diskin məntiqi strukturunun elementlərini təşkil edir. Yükləyici yazı (Boot record) hər bir məntiqi diskin 0 nömrəli sektorunda yerləşir. Burada diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc yüklənmə prosedurunu yerinə yetirən qısa proqram yerləşir.

FAT (File Allocation Table – fayl yerləşmə cədvəli) fayl sistemi Microsoft Windows-un bütün versiyaları tərəfindən dəstəklənir. FAT fayl sistemi diskin ölçüsü kiçik və kataloqların strukturu olduqca sadə olduqda yaranıb. Hər bir fayl üçün FAT-da klasterlərin zənciri yaradılır. FAT-ın klasterlərinin uzunluğu 12, 16 və 32 bir olur.

FAT cədvəlinin hər bir sətri bir klasterə uyğun gəlir və orada aşağıdakı əlamətlər qeyd olunur:

– İstifadə olunan klaster

– İstifadə olunmayan klaster

– Xarab olmuş klaster

– Faylın sonuncu klasteri

16 MB-dan kiçik ölçülü məntiqi disklər FAT12 ilə formatlaşdırılır.

FAT16 fayl sistemində məntiqi diskin ölçüsü 4 GB-a qədər olmalıdır. Bu disklərdə klasterlərin sayı 2 16 -ya kimi olur.

FAT fayl sisteminin köhnə versiyaları (FAT12 və FAT16) ad uzunluğu limitləri, fayl sisteminin kök direktorisində girişlərin sayına limit vermişdi və FAT-formatlaşdırılmış disklərin və ya hissələrin (partition) maksimal ölçülərində məhdudiyyətlərə malik idi. Xüsusilə, FAT12 və FAT16 fayl adı üçün 8 simvol (işarə) və genişlənmə üçün 3 simvol (.exe kimi) limitinə malik idilər. Bu adətən 8.3 fayl adı limiti adlandırılır.

FAT12 və FAT16-ya genişlənmə olub, Windows NT 3.5-də təqdim edilmiş və sonralar Windows 95-ə daxil edilmiş VFAT uzun fayl adlarına imkan verirdi. FAT32 həmçinin FAT12 və FAT16-dakı limitlərin çoxuna malik deyil, ancaq NTFS ilə müqayisədə məhdudlaşdırılmış qalır. FAT 32 2TB-a qədər ölçülü məntiqi diskləri dəstəkləyir. FAT32 65536 klasterdən az ola bilməz.

exFAT (həmçinin FAT64 kimi tanınır) yuxarıdakı fayl sisteminə nisbətən NTFS-ə uyğun müəyyən üstünlüklər ilə FAT-ın ən yeni versiyasıdır. exFAT yalnız daha yeni Windows sistemləri – Windows 2003, Windows Vista, Windows 2008, Windows 7 kimi və sonrakılar ilə uyğunlaşır, dəstəklənmə WinXP üçün də əlavə edilmişdir.

Windows NT əməliyyat sistemi ilə təqdim edilmiş NTFS (New Technology File System) ACL (Access control list – qoşulmaya nəzarət siyahısı) əsaslı icazə yoxlamasına imkan verir.

Məntiqi diskin NTFS üçün formatlaşdırılmasında faylların baş cədvəlini (MFT – Master File Table) özündə saxlayan fayl yaradılır. Cədvəldəki hər bir yazı ölçüsü 1 kB olan bir faylı təsvir edir. MFT-də fayllar haqqında saxlanılan informasiya ƏS-nin məhsuldarlığının artırılmasını təmin edir. NTFS tomu (məntiqi diski) haqqında əsas informasiya tomun yükləyici sektorunda (Partition Boot Sector) saxlanılır.

ü Verilənlərin mühafizəsində müasir texnologiyadan istifadə

ü Fayl və qovluqların şifrələnməsi, sıxılması və bərpası imkanı

ü Transaksiya texnologiyasının tətbiqi

ü Nasaz sektorlar meydana çıxdıqda klasterlərin əvəz olunması (cluster remapping)

ü Böyük ölçülü fayl və bölmələrin dəstəklənməsi

ü Fayl, qovluq və disklərin avtomatik sıxılması və açılmasının dəstəklənməsi

ü Diskin bölməsində faylların maksimal imkanla kəsilməz yazılması texnologiyası

ü Hər bir istifadəçi üçün ayrıca bərpaolunma səbəti (recycle bin)

Windows ƏS-də EFS (Encrypting File System) fayl sistemindən də istifadə olunur. Bu fayl sistemi NTFS fayl sisteminin bölməsində yerləşməklə fayl və qovluqları şifrələyir. Şifrələnmə işin sonunda aparılır və faylın açılması zamanı şifrə açılır. Bu zaman sistem faylları şifrələnmir.

Fayl və qovluqların şifrələnməsi açıq açarla yerinə yetirilir. DES (Data Encryption Standart) alqoritmi və onun olduqca etibarlı modifikasiyası olan Triple DES 56 bit uzuluqlu simmetrik açardan istifadə etməklə blokları 64 bit üzrə emal edir.

EFS ilə işdə hər bir istifadəçinin iki açarı olur: açıq (public key) və bağlı (private key). Birincidən məlumatı göndərən istifadə edir, bağlı açar isə yalnız məlumat sahibinə məlumdur. Açıq açarla şifrələnmədə şifrələnən və şifrədən açılan açarlar üst-üstə düşür.

Fayl və Qovluq arasındakı fərq

Videonuz: Windows 10 Dərs 4. File, Qovluq, Qısayol və onların kontekst menyuları.

MəZmun

  • Müqayisə qrafiki
  • Faylın tərifi
  • Bir sənədin xüsusiyyətləri
  • Bir fayl üzərində aparılan əməliyyatlar
  • Məlumat fayllarının kateqoriyaları
  • Fayl təşkilatı
  • Qovluq tərifi
  • Qovluq quruluşu
  • Nəticə

Əvvəllər fayl və qovluq şərtlərini çox tez-tez tapırıq və bunlar kompüter sahəsindəki ümumi şərtlərdir. Kompüterdəki bir sənəd, praktik olaraq, kiminsə masasında və ya sənəd kabinetinin içində mövcud ola bilən yazılmış bir sənədə bənzəyir. Digər tərəfdən bir qovluq, faylları saxlamaq üçün istifadə edilən bir qabdan daha çoxdur.

Bir neçə yüz və ya minlərlə kağız sənədləri masanın üstünə qoymaq praktik olaraq mümkün olmayacaqdı, çünki bu sənədlərdən müəyyən bir sənəd lazım olduqda onu tapmaq mümkün deyil. Beləliklə, kağız sənədləri sənədlər kabinetinin içindəki qovluqlarda saxlamağımızın səbəbi budur. Bir faylı asanlıqla axtarıla bilmək üçün, məntiqi qruplara bölünməlidir. Kompüterlərdə fayl və qovluq anlayışı tamamilə eynidir.

Müqayisə qrafiki

Müqayisə üçün əsas Fayl Qovluq
Əsas Məlumat toplusu Bir qrup əlaqəli fayl və qovluğu saxlamaq üçün yer
Əlavələr Fayllarda uzantılar ola bilər. Qovluqlarda heç bir uzantı yoxdur.
Yer istehlakı Bir sənədin müəyyən bir ölçüsü var. Qovluq yaddaşda yer istehlak etmir.
Təşkilatlar Serial, ardıcıl, indeksli ardıcıl və birbaşa fayl təşkilatları. Bir istifadəçi üçün tək bir kataloq və hər bir istifadəçi təşkilatı üçün birdən çox qovluq.
Başqa eyni varlığı da ehtiva edə bilər Yox Bəli

Faylın tərifi

Verilənləri bir kompüter sistemində saxlamaq istədiyimiz zaman, fayl olaraq bilinən bir varlıq təmin edilir. A Fayl ikincil yaddaş mühitində saxlanıla bilən əlaqəli məlumatlar və ya məlumatlar toplusu kimi təyin edilə bilər. Bu faylda saxlanılan məlumatlara görə bir neçə növ fayl mövcuddur və fayl uzantıları ilə seçilir.

Məsələn, bir fayl məlumat faylı və ya ədədi, alfasayısal və ya ikili ədəd şəklində məlumat və məlumat ehtiva edə biləcəyi bir proqram faylı ola bilər. Eyni şəkildə, proqram kodunu ehtiva edən və çox icra edilə bilən bir fayl bir proqram sənədidir.

Bir sənədin xüsusiyyətləri

  • Ad: Fayl adı, faylları bir-birindən ayırmaq üçün istifadə olunur. Bir dosyaya adını istifadə edərək daxil oluruq, lakin fərqli əməliyyat sistemlərində bir fayl adlandırmağın fərqli qaydaları var.
  • Daxili: Mətn, sənəd, şəkil, video, səs və ya başqa hər hansı bir növü olan sənədin növü nədir, sənədin növünü təyin etmək üçün bir uzantı istifadə olunur.
  • Tarix və saat: Bir məlumatın məlumatları ilə birlikdə saxladığı əlavə məlumat, yaradıldığı və ya dəyişdirildiyi tarix və vaxtdır.
  • Uzunluq: Bir sənədin uzunluğu ümumi bayt məzmunu ilə ifadə olunur və bu da fayl tərəfindən saxlanılır.
  • Qoruma xüsusiyyətləri: İstifadəçiyə hansı növ fayl girişinin verildiyini müəyyən etmək üçün yalnız oxunuş, arxiv, gizli və s. Kimi fayl qoruma atributlarından istifadə olunur.

Bir fayl üzərində aparılan əməliyyatlar

Bir sənəd üzərində bir neçə əməliyyat mümkündür, bəziləri aşağıda qeyd olunur:

  • Oxuyun: Bu əməliyyat faylda saxlanılan məlumatları oxuyur.
  • Yaz: Mövcud faylda bəzi yeni məlumatlar və ya məlumatlar əlavə etmək üçün bu əməliyyatı istifadə edirik.
  • Yenidən adlandırın: Faylın adını dəyişdirmək üçün adını dəyişmə əməliyyatından istifadə edirik.
  • Nüsxə: Kopyalama əməliyyatı, eyni zamanda orijinal faylı saxlayaraq sənədin bir kopyasını yaradır.
  • Növ: Bu əməliyyat faylın məzmununu müəyyən bir sıra ilə düzəldir.
  • Hərəkət: Bir mövqeyi digərinə bir fayl nəql edir.
  • Sil: Bir faylı silər.
  • Dəyişdirin: Bu əməliyyat bir faylın tərkibini dəyişdirmək üçün istifadə olunur.

Məlumat fayllarının kateqoriyaları

Məlumat faylları əsasən tətbiqetmə proqramının istifadə qaydalarına görə təsnif edilir. Məlumat faylı kateqoriyaları əməliyyat sənədləri, ana fayllar, çıxış sənədləri, hesabat sənədləri və ehtiyat sənədlərdir.

Fayl təşkilatı

Bir sənədin digər vacib cəhəti bunların necə təşkil edilməsidir. Fayl təşkilatı bir sənəddəki məlumat qeydlərinin fiziki təşkili ilə məşğul olur. Təşkilat məlumatların alınmasına və saxlama xüsusiyyətinə çox etibar edir. Fayl təşkilatının ümumi üsulları aşağıda göstərilmişdir:

  1. Serial fayl təşkili: Qeydləri ardıcıl olaraq ardıcıl olaraq saxlayır, müəyyən bir məntiqi ardıcıllıq istifadə olunmur. Lakin bunlar qeydlərin nə vaxt yarandığına görə xronoloji qaydada düzülmüşdür.
  2. Ardıcıl fayl təşkilatı: Bu təşkilatda qeydlər müəyyən bir qeyd sahəsinə aid müəyyən bir qaydada saxlanılır. Bu sahə sənədin açar və ya açar olmayan sahəsi ola bilər.
  3. Dizin faylı ardıcıl təşkilat: Bu tip təşkilatlarda qeydlər fiziki olaraq fayldakı axtarış düyməsinə uyğun olaraq düzəldilir. Bundan əlavə, eyni zamanda sənədin əsas indeksini saxlayır.
  4. Birbaşa və ya təsadüfi fayl təşkilatı: Faylın axtarış düyməsindəki xüsusi bir əməliyyatın köməyi ilə birbaşa bir sənədin qeydlərinə daxil olmağa kömək edir. Sürətlə qeydin yerini tapır.

Qovluq tərifi

A qovluq bir qrup digər qovluq və faylları kapsülləmək və eyni başlıq altında təsnif etmək üçün istifadə olunur. İstənilən sayda qovluq yarada bilər və hər qovluğun qovluqda (yəni qovluqda) bir mövqe tutduğu yerdə yaradılan faylların sayına görə birdən çox giriş ola bilər. Eynilə, bir qovluqdan bir fayl silindikdə, giriş avtomatik olaraq qovluqdan silinir. Qovluq bəzi məntiqi ardıcıllıqla ayrı-ayrılıqda faylların saxlanılmasını asanlaşdırır, beləliklə bir sənədin axtarışı daha asandır.

Qovluq quruluşu

Bütün inkişaf etmiş əməliyyat sistemi hiyerarşik və ya tərs istifadə edir ağaca bənzər qovluq (qovluq) quruluşu. Bu quruluşda fayl və alt qovluqlardan ibarət ola biləcək bir kök qovluğu var, bu alt qovluqlarda daha çox fayl və alt qovluq ola bilər və s.

Bunu aşağıda göstərilən diaqramla başa düşək. Nümunədə Study_material və Entertainment adlı alt qovluqları olan C sürücüsünün kök qovluğu var. Study_material alt qovluğu, yəni Sc_notes və Project sənədlərini ehtiva edir. Eynilə, alt qovluq əyləncəsində daha iki alt alt qovluq, yəni musiqi və video sənədləri olan səs və video yer alır.

Nəticə

Fayl və qovluq tamamilə fərqli şərtlərdir və heç vaxt bir-birinin əvəzinə istifadə edilə bilməz. Fayl məlumatları ehtiva edir, Qovluq isə sürücünün məntiqi bölgüsünü yaradan və içindəki faylları və qovluqları özündə cəmləşdirən bir qurumdur.

Comments are closed, but trackbacks and pingbacks are open.