Yezid necə bir şəxs idi və necə öldü
İranə Kərimova: Daha çox ssenaridə niyə Yarmətin belə vəfasız olduğunu tənqid edirdilər. Ən çox mənə bu haqda mesajlar yazırdılar.
Burclerin Tarixleri, Bürclərin ayları Siyahısı ✅
Burclerin tarixleri – Hamımız öz bürcümüzü, bürcümüzün, özəlliklərini, uğurlu günlərini yaxşı bilirik. Bürclər maraqlanmayan öz bürcünü bilməyən adam yəqinki yoxdur. Bürclərə görə xarakterləridə öyrənə bilərik. Hər insan özündə öz bürcünün xüsusiyyətlərini daşıyır. Elə insanlar varki gündəlik bürc proqnozlarına baxmadan heç bir iş görməzlər. Həyatlarını tamamən bürclər üzərinə qurarlar.
Hansı bürc hansı aya uyğun gəlir? Bunu əksəriyyət insan bilir. Amma yenədə bürclərin ayları haqqında dəqiq öyrənək. Bürclər haqqında daha çox məlumat.
♈️ Qoç bürcü
21 mart – 19 aprel.
Zodiakın ilk bürcü qoçdur. Enerjili və hərəkətli halları ilə diqqət çəkirlər. Öz səhvlərini qəbul eləməz və eqoist hərəkətlər edərlər. Maraqlandıqları mövzuda çox yaradıcıdılar.
Elədikləri işlərdə daima özlərini sübut eləmək istəyirlər. Dik başlı, eqoist, üsyankar hərəkətlərinə görə çətin vəziyyətə düşə bilirlər. Bu zaman başladıqları işi bitirməkdə çətinlik çəkirlər. Çox zamanda bitirmədən buraxarlar. Burclerin tarixleri haqqında digərlərini aşağıdan oxumağa davam edin.
♉️ Buğa bürcü
20 aprel-20 may
Buğalar maddiyyata çox önəm verirlər. “Sahib olma” onların yaşam fəlsəfəsidir. İşlərinə düşündülər və çox səbrlidilər. Risk almağı sevməzlər. Özlərini güvəndə hiss etmək istəyərlər. Güvənilir və mərhəmətlidilər. İnsanlara kömək etməyi sevirlər. Qərarlı, güvənilir və istiqanlı olduqlarına görə hər zaman ətrafları tərəfindən axtarılan insanlardır. Diqqətli olduqlarına görə elədə çox səhv etməzlər.
♊️ Əkizlər bürcü
21 may-20 iyun
Əkizlər bürcü insanı tez düşünüb tez hərəkət edərlər. Tez canlıdılar. Eyni zamanda bir neçə işlə məşğul ola bilərlər. Amma tez-tez fikir dəyişirlər. Buna görə də dəyişik xaraqterli tanınırlar. Əkizlər bürcünü anlamaq çətindir. Çox şən olduqları zaman anidən kefləri pozula bilər. Tez qavrayan zəkaya sahibdirlər. Çəkici və məntiqlidirlər. yuxuyozmalari.org
♋️ Xərçəng bürcü
21 iyun – 22 iyul
Həddindən artıq alınqan, həssas olan Xərçənglərin hissləri güclüdür. Məsuliyyətlidilar. Ətrafındakılardanda məsuliyyət tələb edirlər. Ayrıntılara fikir verdiklərindən işlərində uğurlu olurlar. Həddindən artıq duyqusal və duyarlıdılar. Səbrli və nazik olan Xərçənglər mübahisədən və tənqid olunmaqdan xoşlanmazlar. Hərəkətləri məntiqli deyil, duyqusaldır.
♌️ Şir bürcü
23 iyul – 22 avqust
Öndərlik və diktatorluq etməyi xoşlayan Şirlər ətrafındakı insanları da idarə etməyi xoşlayırlar. Hərşeyə qarışırlar. Məğrurdular və əmir almağı xoşlamırlar. Mərhəmətli,şən və sevimlidilər. Onlara qarşı səhv edilsə belə dostyana qarşılayırlar.
İşləməkdən xoşları gəlir və işdə uğurludular. Hərşeyin ən yaxşısını sevirlər.
♍️ Qız bürcü
23 avqust – 22 sentyabr
Detaycı, diqqətli, çalışkan olan Qız bürcü insanları iş həyatında olduqca uğurludular. Uğura çatmaq üçün əlindən gələni edərlər. Yaxşılıq eləməyi xoşlayırlar. Və yaxşılıq edərkəndə onlardan mükəmməllik gözləyirlər. Tənbəllik eləmək onlara çətindir. Münasibətlərində məsafəli olmağı sevirlər. Qaydalara bağlıdır. Heçkime onlardan istifadə etməyə icazə verməzlər.
♎️ Tərəzi bürcü
23 sentyabr – 22 oktyabr
Tərəzilər tarazlığa diqqət edirlər. Bir mövzu haqqında onu ölçüb-biçmədən tarazlıq qurmadan qərar verməzlər. Münasibətlərində də belədilər. Ədalətlidilər. Haqsızlığa dözmürlər, hərkəsə adil davranırlar. Asanlıqla hirslənməzlər.amma təkidi də xoşlamırlar. Çox maraqlı olduqlarından başqalarının həyatına girməkdən çəkinməzlər. Həyatlarındakı hərşeyin gözəl olmağını sevərlər və dostlarındakı gözəl şeyləri qısqanıb, onlara çatmaq üçün hər yola baş vurarlar.
♏️ Əqrəb bürcü
23 oktyabr-24 noyabr
Arzulu, qərarlı, enerjili və özlərinə güvənən insanlardır. Cəsurdular, tutduğunu qoparır və başladıqları işi yarımçıq qoymazlar. Güclərini baxışlarından anlamaq asandır. Məntiqlə hərəkət etsələrdə çox duyqusaldırlar və hisslərinə qapılsalar təhlükəli olurlar. Hərşeyə qarşı çox şübhəlidilər. Dürüstdülər,ikiüzlü, lovğa,özünü bəyənmiş insanları sevmirlər. İşlərində özənli və səbrlidilər. Məqsədlərinə çatmaq üçün əllərindən gələni edərlər. Yoldaşlarının güvənin qazanırlar,çünki sirr tutmağı bacarırlar. Amma yoldaşlarına qarşıda şübhəcidilər. Hissləri olduqca qüvvətlidir.
♐️ Oxatan bürcü
22 noyabr – 21 dekabr
Oxatanlar başqalarının çətinlik çəkdiyi mövzuları asanlıqla anlayar və yol taparlar. Anlama bacarıqları və qabiliyyətləri sayəsində asanlıqla hər işin öhtəsindən gəlirlər. Sərbəstliyə düşkün olan Oxatanlar məhdudiyyətlərdən və əmir almaqdan xoşlanmazlar. İnsanlarla asanlıqla münasibət qura bilirlər. Pul mövzusunda cömərtdilər. Eyni anda bir neçə mövzu ilə maraqlana bilərlər.
♑️ Oğlaq bürclərin ayları
22 dekabr – 19 yanvar
Oğlaqlar işləri ilə çox məşğul olurlar. Tənbəlliyi
sevməz, boş zamanlarında bilə eləməyə birşey taparlar. İşlərinin çoxluğundan və utancaq olduqlarından insanlarla asanlıqla münasibət qurmazlar. Ciddi, tutumlu, ciddi iradələri var. Pul məsələsində əli açıq və yardımsevər olsalarda tutumludurlar. Xəstəliyə qarşı dirənclidilər.
♒️ Dolça bürcü burclerin tarixleri
20 yanvar – 18 fevral
Həddsiz xəyal gücləri olsada Dolçalar gerçəkci, dünyagörüşlü və ağıllıdırlar. Eqoist olmayan dolçalar insanlara olan sevgiləri ilə tanınırlar. Humanist, idealist və intellektualdılar. Müasir düşüncələrinə rəğmən dikbaş, inadkar və sabitfikirlidilər. Bir insana bağlanmağı sevmirlər. Yeniliyə və dəyişkənliyə açıq olsalarda vərdişlərini asanlıqla dəyişmirlər.Maddiyyata önəm verməzlər.Dürüst və güvənlidilər.
♓️ Balıq bürclərin ayları
19 fevral – 20 mart
Balıqlar çox həssasdılar. Xəyalpərəst və incə ruhludular. Dostluğa önəm verərlər və edilən səhvləri bağışlamazlar. Çox xoşniyyətli və anlayışlıdılar və hərkəslə yaxşı keçinirlər. Hissləri güclüdür. Eyni səhvi təkrar edər, dərs almazlar. Vərdişlərə önəm verdiklərindən dəyişikliyə açıq deyillər. Ailə bağları güclü və sadiqdirlər. Maddiyyata önəm verməzlər.
Xəstəliyə və dərmana qarşı dayanıqsızdılar. Gücsüz bədənləri olduğundan tez xəstələnirlər.
Ümumi Olaraq burclerin tarixleri bir şəkildə toplanmışdır.
Burcelerin tarixleri haqqında daha çox məlumatı və bürclər haqqında yazıları digər paylaşımlarımızdan izləyə bilərsiniz.
Yezid necə bir şəxs idi və necə öldü?
Yezid ibn Müaviyə Əməvilər soyunun Süfyanilər qoluna mənsubdur. Hicri 25-ci ildə (miladi 645-ci il) doğulmuşdur. Anası Bəni-Kəlb qəbiləsindən Bəcdəlin qızı Meysun idi. Bəni-Kəlb qəbiləsi bədəvi qəbilələrdən sayılırdı.
Buna görə, Yezid anasının tərbiyəsi altında böyüyərək, bədəvilərə xas olan adət-ənənələrə (ov və şeirə meylilik, əyləncəyə aludəlik və s.) yiyələndi. Zahiri görünüşcə kök, bədəni tüklü idi.
Yezid cavanlığından eyş-işrətə, içkiyə, musiqiyə, zinaya, meymunbazlıq və itbazlığa həvəsli idi. Hətta xəlifə olduqdan sonra da bu adətlərindən əl çəkməmişdi. Tarix kitablarında yazırlar ki, o, öz meymununa insan kimi Əbu Qeys adını vermişdi. Meymuna bahalı paltarlar geyindirir, başına papaq qoyur, məclislərdə yanında saxlayır, onunla eyni qabdan içki içir, hətta öz qədəhinin dibində qalan şərabı meymuna içizdirirdi. Cıdır yarışlarında Əbu Qeysi bir vəhşi qatırın belinə mindirib yarışa buraxırdı. (Məsudi. Mürucüz-zəhəb, III, 67-68). Cıdır yarışlarının birində Əbu Qeys qatırın belindən yıxılıb atların tapdağı altında qalaraq öləndə Yezid onun üçün mərsiyə söyləyib ağladı. Yezid deyirdi ki, Əbu Qeys əslində Bəni-Israil qövmündən qoca bir kişi olub, sonra Allah onu meymuna döndərib (Bəlazuri. Ənsabül-əşraf, V, 300).
Yezidin zamanında günah və fisq açıq-aşkar edilən əmələ çevrildi, Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə haram məclislərə xas əyləncə səsləri eşidilməyə başladı. Məhz bundan istifadə edən Abdullah ibn Zübeyr Məkkədə qiyam qaldırdı və bütün Hicazın hakimiyyətini ələ keçirdi.
Yezid şair idi, əsasən, kef məclislərinə aid olan mövzularda şeir deyirdi. Bəzi şeirlərində Islam dinini, vəhyi inkar edir, Peyğəmbərlə və nəsli ilə düşmənçiliyini açıq-aşkar şəkildə dilə gətirirdi.
Həsən Bəsri deyirdi ki, camaatın taleyini iki nəfər zay etdi. Birincisi, Əmr ibn Asdır ki, Siffeyn savaşında Quran səhifələrini nizələrin ucuna taxmağı Müaviyəyə məsləhət gördü. Nəticədə xəvaric tayfası meydana çıxdı, həkəmeyn hadisəsi baş verdi və qiyamət gününə kimi bunun ziyanını çəkəcəyik. Ikincisi isə, Müğeyrə ibn Şöbədir ki, Müaviyəyə özündən sonra Yezidi vəliəhd etməyi məsləhət gördü. Müğeyrə Kufə valisi idi. Müaviyə ona məktub yazıb vəzifədən azad etdiyini bildirdi. Müğeyrə də Müaviyənin qəzəbini soyutmaq və vəzifədə qalmaq üçün bu hiyləni fikirləşdi, Şama gəlib Müaviyəyə məsləhət verdi ki, hakimiyyəti əldən buraxmamaq üçün camaatdan Yezidin adına beyət alsın. Müaviyə soruşdu ki, sən özün bu işə rəhbərlik edə bilərsənmi? Müğeyrə razılığını bildirdi və həqiqətən bu işin öhdəsindən uğurla gəldi. Həsən Bəsri deyirdi ki, məhz bu hadisədən sonra hakimiyyətin atadan oğula keçməsi adət halına keçdi və şura ənənəsi yaddan çıxdı (Süyuti. Tarixül-xüləfa, səh. 164).
Yezid atasının sağlığında hakimiyyət işlərinə qarışmadan, eyş-işrət içində gününü keçirirdi. Müaviyə onu dövlət işlərinə alışdırmaq üçün ardıcıl cəhdlər göstərirdi. Hətta Bizans yürüşlərinin birinə Yezidi sərkərdə təyin etmişdi. Bu missiya Yezidin ürəyincə olmasa da, atasının sözündən çıxa bilmədi. Bəzi böyük səhabələrin (məsələn, Əbu Əyyub Ənsarinin) də qatıldığı yürüş Konstantinopolun qala divarlarının qarşısında sona çatdı və müsəlmanlar şəhəri uzun müddət mühasirədə saxladıqdan sonra nəticəsiz halda geri qayıtmağa məcbur oldular.
Müaviyə can verəndə belə, Yezid sarayda deyildi, ova getmişdi. Atasının ölümündən sonra o, hakimiyyətə keçdi və ilk növbədə ona beyət etməmiş şəxsləri özünə ram etmək uğrunda tədbirlər görməyə başladı. Yezid təqribən 3 il yarım davam etmiş xəlifəlik dövründə üç böyük cinayətə imza atdı. Hakimiyyətə gəldikdən təqribən altı ay sonra Kərbəla səhrasında Peyğəmbərin əziz nəvəsi Imam Hüseyni (ə), ailə üzvlərini və yaxın silahdaşlarını görünməmiş qəddarlıqla qətlə yetirdi.
Bundan iki il sonra – hicri 63-cü ildə Yezid ona qarşı qiyam qaldırmış Mədinə əhalisini amansızlıqla cəzalandırdı. Mədinəlilər Şama nümayəndə heyəti göndərmişdilər ki, sarayda baş verən hadisələri izləyib xəbər gətirsinlər. Onlar Şamda olduqları müddətdə Yezidin və əlaltılarının dindən uzaq bir adam olduqlarını müşahidə etdilər, Əməvilər soyunun hakimiyyətə layiq olmadığı qənaətinə gəldilər. Şəhər əhalisi Hənzələ qəsilül-məlaikənin (yəni mələklərin qüsl verdiyi Hənzələnin) oğlu Abdullaha beyət etdi. Abdullahın atası Hənzələ Ühüd savaşında cənabətli halda şəhid olmuşdu. Peyğəmbər onun şəhadətindən sonra buyurmuşdu ki, indi behiştdə mələklər Hənzələnin cənazəsinə qüsl verirlər.
Abdullahın başçılığı altında mədinəlilər Yezidin valisini şəhərdən qovdular. Yezid hadisədən xəbər tutan kimi Müslim ibn Əqəbə adlı sərkərdəni böyük qoşunla Mədinə üzərinə yolladı. Şəhər kənarındakı Hərrə adlı daşlıq məkanda tərəflər arasında toqquşma baş verdi. Mədinəlilər şücaətlə savaşsalar da, qüvvələrin qeyri-bərabərliyi döyüşün taleyini həll etdi. Qalib gəlmiş Şam qoşunu Mədinəyə daxil oldu. Müslim ibn Əqəbənin əmri ilə Mədinə şəhərindəki hər şey – sakinlər də daxil olmaqla – əsgərlərə halal elan edildi. Tarixçilər yazırlar ki, Şam qoşunu Mədinədə misli görünməmiş qətlü qarət törətdi. Öldürülənlərin sayını minlə on min nəfər arasında qeyd edirlər. Hətta Peyğəmbər məscidinə pənah gətirənlərə də aman verilmədi. Qətlə yetirilənlərin arasında 700-dən artıq elm əhli və Quran qaresi vardı ki, bunların bir hissəsi səhabə idi. Peyğəmbərin əmisi oğlu Abdullah ibn Cəfəri-təyyarın iki oğlu, Peyğəmbərin əmisi Əbu Ləhəbin oğlu Abbas, Peyğəmbərin digər əmisi Harisin nəslindən olan bir neçə nəfər, o cümlədən, səksən nəfərə yaxın səhabə bu faciə zamanı şəhid oldular. Ibn Kəsir, Ibn Qüteybə kimi məşhur tarixçilər yazırlar ki, vaxtilə Bədr savaşında iştirak etmiş qocaman səhəbələrin hamısı Hərrə faciəsində qətlə yetirildilər. Əsgərlər Mədinə camaatını ya öldürür, ya da işgəncəyə məruz qoyurdular. Əbu Səid Xüdrinin evinə soxulan Şam ordusunun əsgərləri ələ keçirmək üçün qənimət tapa bilməyəndə qəzəblənib bu möhtərəm səhabənin saqqalını yolmuşdular.
Müslim ibn Əqəbənin əsgərləri Mədinədə üç gün rüsvayçıdıq etdilər. Qadınların və qızların namusu tapdalandı.
Sonra Yezidin əmri ilə Hüsayn ibn Nümeyrin başçılığı altında qoşun Məkkəyə sarı istiqamət aldı. Onun məqsədi Məkkədə hakimiyyət sürən və Yezidə meydan oxuyan Abdullah ibn Zübeyri məğlub etmək idi. Məkkəlilər şəhərə çəkilib müdafiə olunmağa başladılar. Şam qoşunu Məkkə kənarındakı Əbu Qübeys dağının üzərində mancanaqlar quraşdırdı. Bu mancanaqlardan şəhərə iri daşlar atmağa başladılar. Ucu yandırılmış oxlar da müqəddəs şəhəri hədəfə götürdü. Mancanaqlardan atılan daşlar Kəbənin divarlarına dəyib Allahın evini uçurdu. Kəbənin üzərindəki kisvə (örtük) yandı. Əgər bu minvalla davam etsəydi, Məkkədə daş üstə daş qalmayacaqdı. Ancaq bir neçə gündən sonra Şamdan Yezidin ölüm xəbərini gətirdilər. Qoşun Məkkənin mühasirəsindən əl çəkib Şama qayıtdı.
Ibn əl-Cövzi bunları nəzərdə tutaraq deyirdi: “Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sür¬müş, birinci il Hüseyn ibn Əlini qətlə yetir¬miş, ikinci il Mədinə əhalisini qorxudub ca¬maatın qanını halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuş¬dur?” (Sibt ibn əl-Cövzi. Təzkirətül-xəvass, səh. 291-292).
Yezidin aqibətinin nə ilə qurtardığı da maraqlı məsələlərdəndir. Tarix səhifələrini öz qanlı cinayətləri ilə bulamış əksər şəxslər kimi Yezidin də həyatının faciəli şəkildə və ağır əzablar içində bitdiyini gözləmək təbiidir. Onun ölüm tarixçəsi barədə bir neçə fərqli nəzəriyyə vardır. Əvvəla, bunu qeyd edək ki, Yezidin hicri 64-cü il 14 və ya 15 rəbiül-əvvəl tarixlərində (miladi 683-cü il), təqribən 39 yaşında öldüyünü yazırlar.
Mərhum Şeyx Səduq yazır ki, Yezid gecə sərxoş halda yatdı, səhər onu ölmüş vəziyyətdə gördülər. Bədəni qapqara qaralmışdı, sanki dərisinə qatran sürtmüşdülər.
Başqa bir rəvayətə görə, Yezid eyş-işrət məclisində içib sərxoş olmuşdu. Qalxıb rəqs etmək üçün taxtından endi, amma qəfildən ayağı büdrəyib yıxıldı, başı zərblə yerə dəyib yarıldı, hətta beyni kəlləsindən çölə töküldü (Zəhəbi. Siyərü əlamin-nübəla, IV, 37).
Yezidin zəhərlə öldürüldüyü haqqında da fikir vardır. Bu nəzəriyyəyə görə, vaxtilə Müaviyənin qətlə yetirdiyi Hücr ibn Ədiyyin qızı Səlma Hücrün qardaşı oğlu Əbdürrəhmanla köməkləşib Yezidi zəhərləməyə nail olurlar.
Yezidin ölümü haqqında daha bir nəzəriyyə ilə Seyyid ibn Tavusun “Lühuf” kitabında rastlaşırıq. Bu nəzəriyyəyə görə, Yezid öz adamları ilə Diməşqdən xeyli uzaqlarda, səhrada ova çıxır. Rastına çıxan bir ceyranı ovlamaq üçün dəstədən ayrılır və təkbaşına ceyranın dalınca düşür. Ceyranı qova-qova bir quyunun başına çatır. Görür ki, bir nəfər quyudan su çəkməklə məşğuldur. Yezid həmin adama yaxınlaşıb su istəyir, amma ondan xəlifəyə layiq təzim və ehtiram görmür. Qəzəblə deyir: “Yəqin mənim kim olduğumu bilmirsən. Bilsəydin, mənə layiq olan hörməti göstərərdin. Mən möminlərin əmiri Yezid ibn Müaviyəyəm”. O adam bu sözləri eşidən kimi qılıncını çəkib Yezidin üstünə hücum edir: “Sən mənim ağam Hüseyni səhrada susuz öldürtdürmüsən. Vallahi, mən də səni o şəkildə həlak edəcəyəm”. O adamın qılınc zərbəsi Yezidin atına dəyir. Hürkmüş at şaha qalxır, sonra sürətlə çapıb gedir. Yezid atın tərkində özünü saxlaya bilməyib yıxılır. Amma bir ayağı üzəngidə qaldığı üçün at onu səhra boyunca sürüdüb aparır. Bir neçə gündən sonra nökərləri səhrada Yezidin atını tapırlar. Atın üzəngisindən bir ayaq asılmışdı. Məlum olur ki, Yezidin bədəni yerə sürtünərək tikə-tikə olub dağılıb, yalnız üzəngiyə ilişmiş ayaq salamat qalıb. Onun cəsədinin qalıqlarını Şama gətirib, Babüs-səğir məntəqəsində dəfn edirlər. Hər bir halda, bu gün Yezidin qəbri kimi tanınan məzar Əməvilər məscidinin yaxınlığında, Bəni-Üməyyə soyunun mənsublarının basdırıldığı uçuq-sökük bir məqbərədə yerləşir. Atası Müaviyə kimi onun da dəfn yeri Dəməşq əhalisinin zibilxanasına çevrilib.
Əməvi sülaləsindən yeganə ədalətli xəlifə kimi tanınan Ömər ibn Əbdüləziz deyirdi ki, bir gecə yuxuda qiyamətin başlandığını gördüm.
Cəhənnəmdə əzab çəkənlərə baxanda gördüm ki, alovla dolu olan dərənin içində bir nəfər var, hər nə qədər dərədən çıxmağa çalışırsa da, cəhənnəm qoruqçuları atəşin gürzlərlə onu vurub yenə dərənin içinə qaytarırlar. O adamın kim olduğunu soruşdum, dedilər ki, Yezid ibn Müaviyədir (Məqtəlül-Xarəzmi, II, 86). Bir gün Ömər ibn Əbdüləzizin yanında bir nəfər Yezidin adını çəkəndə “əmirəl-möminin” ləqəbini işlətmişdi. Ömər o adama qəzəbləndi və iyirmi şallaq vurdurdu (Süyuti. Tarixül-xüləfa, səh. 167).
Bir çox müsəlman alimləri Yezidin tö¬rətdiyi zülmlərə əsaslanaraq, onun ruhuna lənət oxumağı icazəli bilmiş, hətta onu kafir saymışlar. Bunların sıra-sında Ibn əl-Cövzi, Təftazani, Qazı Əbu Yəla, Əllamə Süyuti, Imam Yafei, Cahiz, Şovkani kimi böyük alimlərin adlarına rast gəlirik. Lakin Qəzzali, Ibn Teymiyyə və sələfi görüşlü müasir alimlər onu küfrdə təqsirli bilməmiş, ruhuna lənət oxunmasını rəva görməmişlər. Bunu ya Yezidin Imam Hüseyni (ə) öldürmək niyyətində olmaması, bu işin onun razılığı olmadan baş verməsi, yaxud Kərbəla faciəsindən sonra Yezidin tövbə etməsi, ya da ümumiyyətlə qətl törətmiş şəxsi kafir adlandırmağın düzgün olmaması ilə izah etmişlər.
Şiə məzhəbinin isə məsələyə münasibəti birmənalıdır. Peyğəmbərin nəvəsini qətlə yetirmək üçün əmr verdiyinə, qeyri-islami və qeyri-əxlaqi həyat tərzi sürdüyünə, eləcə də, istər söhbətlərində, istərsə də yazdığı şeirlərdə açıq-aşkar küfr əqidəsini tərənnüm etdiyinə görə şiələr Yezidi kafir sayır və lənətə layiq bilirlər.
islam.az
“Soyuq Günəş” niyə ekranlara çıxa bilmədi? – “Evdə qadağan etdim. ”
“Soyuq Günəş” əsərində əsas hadisələr 1941-45 ci illərdə cərəyan edir. Qusarın ucqar kəndlərindən biri və dünyadan xəbərsiz bir-birlərini dəlicəsinə sevən iki gənc Yarmət və Yarqunat. Lakin iki sevgili taleyin onlara hazırladığı sürprizdən hələ də xəbərsizdirlər.
Bizim.Media “Soyuq Günəş” filminin əsas qəhrəmanları Yarqunat və Yarmətlə maraqlı müsahibə hazırlayıb.
Filmin Yarməti aktyor Sənan Kazımov bildirir ki, əsl sevginin yolunu ömrü boyu gözləməyə hazırdır. Əsərin Yarqunatı İranə Kərimova isə düşünür ki, Yarmət heç də vəfasız deyildi, ona geri dönməməyi yaşadığı hadisələr vadar edib.
Bizim.Media İranə Kərimova və Sənan Kazımov ilə müsahibəni təqdim edir.
Dosye: Aktrisa Kərimova İranə 1998-ci ildə anadan olub. Bakı Xoreoqrafiya Akademiyasında bakalavr təhsili alıb. Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında və “Bir səhnə” produser mərkəzində çalışır.
Aktyor Sənan Kazımov 1998-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr və magistır səviyyəsində bitirib. Hazırda Azərbaycan Gənc Tamaşaçılar Teatrında çalışır. Bundan başqa o populyar seriallarda da rol alır.
Sənan və İranənin fotolarının sosial şəbəkələrdə görən çəkiliş heyəti istedadlı gəncləri film üçün seçim turuna dəvət ediblər. Elə ilk görüşdən sonra onlar Yarmət və Yarqunat roluna təsdiqlənərək nakam gənclərin sevgisini efirdə canlandırırlar.
Sənan Kazımov bildirir ki, filmə çəkilməyinin ən əsas səbəblərindən biri ssenarini çox bəyənməsi olub.
Beləliklə, maraqlı söhbətimiz başlayır. Elə ilk sualım filmdə yaşanan sonsuz sevgidən olur.
– Həyatda bu cür sevgi ilə qarşılaşsaydınız Yarqunat kimi sona qədər sevginizi gözləyərdiniz?
İranə Kərimova: Güvəndiyim, inandığım biri olsa onu sona qədər gözləyərəm. Sevgi daha çox iç dünyamız ilə bağlı bir şeydir.
Sənan Kazımov: Sözsüz ki, gözləyərdim.
Kinonun hər iki ulduzunun fikrincə, ssenari çox mükəmməldir və orada heç bir hərfi belə dəyişməzlər. Bir də əgər sonluq nakam məhəbbətlə bitməsəydi film bu qədər yadda qalmazdı. Leyli və Məcnun və Romeo Culiyetta kimi.
– İstərdim çəkilişlərdən danışasız. Çəkilişlər zamanı başınza hər hansı bir qeyri-adi hadisə gəlibmi?
Sənan Kazımov: Elə hər günümüz demək olar ki, ekstrim idi. Filmə baxan tamaçaçılar elə bilirlər ki, film isti aylarda çəkilib, ancaq hər şey tam əksinə idi. Təsəvvür edin, oktyabrın ortaları və Azərbaycanın ən soyuq rayonu olan Qusarın ən ucqar kəndi. Biz nazik, kətan köynəklə kamera qarşısına keçirdik. Gündüz yenə bir az asan idi, gecə soyuqdan donurduq. Çəkiliş dayanan kimi hərəmizin üzərinə 2-3 dənə isti örtük atırdılar ki, bədənimiz qızışsın. Bundan başqa kənddə çox sayda çaqqal vardı. Hətta bir dəfə gecə vaxtı aktyorlardan birini az qala çaqqal parçalayacaqdı.
İranə Kərimova: Çox soyuq idi, donurduq. Amma ümumi olaraq, orada çox gözəl abu-hava vardı.
Aktyorlar bildirirlər ki, çəkimlər 2018-ci ilin oktyabr ayında başlayıb. “Nizami” kino mərkəzində keçiriləcək təqdimat mərasiminə 1 həftə qalmış isə ölkədə karantin elan olunub. Beləliklə, film ilk dəfə olaraq “Youtube”-da ləzgi dilində yayımlanır. Bu ilin aprel ayında isə filmin Azərbaycan dilində olan versiyası tamaşaçıların ixtiyarına buraxılıb.
– Filmin belə uğur qazanacağını gözləyirdiniz? Çünki son zamanlar çəkilən filmlərin əksəriyyəti tənqid olunurdu?
İranə Kərimova: Mən ssenariyə çox güvənirdim. Ancaq düzü bu qədər seviləcəyini heç gözləmirdim.
Hər bir işdə olduğu kimi “Soyuq günəş” filmi haqqında da bəzi tənqidi fikirlər dolaşmaqdadır. Bəs görəsən, aktyorlar bu barədə nə düşünürlər.
İranə Kərimova: Daha çox ssenaridə niyə Yarmətin belə vəfasız olduğunu tənqid edirdilər. Ən çox mənə bu haqda mesajlar yazırdılar.
– Bu tənqidlərin içində bir məqam məni narahat etdi. Tənqidlərə görə, filmdə cavan nəsil yaşlı nəsildən daha çox öz rollarının öhdəsindən gəlib. Baxmayaraq ki, orada professional aktyorlar yer alırdı. Siz bu barədə nə düşünürsüz?
Sənan Kazımov: Belə deyim, biz cavanıq bizim özümüzə görə prioritetlərimiz var. Efirdən baxanda insanlar daha çox cavan şəxslərə baxmaq istəyirlər. Bunun mən dəfələrlə şahidi olmuşam. Məsələn bir serialda cavan nümayəndələr çox olanda o gənc nəsil tərəfdən daha da çox izlənilir. Bu filmdə də həmçinin insanlarda belə bir tendensiya yaranıb. Onların fikrincə final mərhələsində biz özümüz oynamalı idik. Ancaq bu yanlış fikirdir.
İranə Kərimova: Bəlkədə bütün film boyu bizi görüblər, gözləri öyrəşib finalda da bizi görmək istəyiblər, ona görə də bu cür fikirlər formalaşıb.
– Bəzi məqamlarda rejissor işi də tənqid olunurdu.
İranə Kərimova: Qəti. Mən Elşən müəllimlə iş prosesindən çox böyük zövq alırdım. Elşən müəllimin məqsədi bir xalq filmi yaratmaq idi. Məncə o məqsədinə çatıb.
Sənan Kazımov: Bir söz deyə bilərəm, fimi Elşən Zeynallıdan başqa rejissor çəksə idi film belə uğur qazanmazdı. Bir çox vaxt Azərbaycanda film çəkməyə xarici rejissorlar dəvət olunub. Ancaq layihələr hər zaman uğursuz alınıb. Çünki o gələn əcnəbi rejissor Azərbaycan mentalitetinə, dəyərlərinə, tarixinə bələd olmayıb. Ona görə milli bir film ərsəyə gətirə bilməyib.
– İranə xanım, sizcə Yarmət həqiqətənmi vəfasız çıxdı, Yarqunatın sevgisinə layiq olmadı?
– Əsla, mən Yarmətə haqq qazandırıram. Onun başqa çıxış yolu yox idi. Yarmət 18-19 yaşlarında vətənini tərk edəndə Yarqunatı gəlinlik paltarında Osmanın həyat yoldaşı kimi görüb. Onun heç ağlına gələ bilməzdi ki, Yarqunat onu bu neçə illərdə gözləyib. Onun da taleyi Yarqunatın taleyi kimi acı idi. Sadəcə, Yarmətin ailə qurması tamaşaçıda bu obraza qarşı bu qədər aqressiya yaradıb.
– Filmin sonu sizə necə təsir etdi?
İranə Kərimova: Mən filmə hər dəfə baxanda hönkür-hönkür ağlayıram. Hətta ağladığıma görə evdəkilər filmə mənsiz baxırlar. O hissləri yenidən yaşamaq mənim üçün çox ağırdır. Mən hər dəfə özümə söz verirəm ki, filmə tamaşaçı qismində deyil, aktrisa kimi baxacam. Ancaq bu məndə alınmır.
Sənan Kazımov: Mən artıq evdəkilərə filmə baxmağa qadağa qoymuşam. Bir dəfə baxdılar filmə, sonra evdə nə baş verdiyini gördüm. (gülür) Xahiş etdim ki, bir daha baxmayın. Mən hələ ssenarini oxuyanda, bir-neçə səhnəyə kövrəlmişdim. Hətta son səhnəsində ağladım.
– Sizcə Yarmətlə Yarqunat niyə qovuşa bilmədi? Onlara nə mane oldu?
– İranə Kərimova: Onların sevgisi bəzi adət-ənənələrimiz, mental dəyərlərin qurbanı oldu. Hər şey Yarqunatın ailəsinin ona sevgisizliyindən, güvənsizliyindən irəli gəldi.
Sənan Kazımov: Mental dəyərləri bir qırağa qoyaq. Burada əsas kasıb – imkanlı söhbətidir. Yarqunatın ailəsi düşündü ki, Yarmət kasıbdır ona qız vermək olmaz, Osman isə varlıdır. Çox təəssüf ki, müasir zamanda da bu tendensiya davam edir.
– Cəmiyyət arasında sizə obrazınızla müraciət edirlər?
İranə Kərimova: Çox olub. Yaxınlaşıb, şəkil çəkdiriblər, ürək sözlərini bildiriblər.
Sənan Kazımov: Olur, ancaq bu mənim heç xoşuma gəlmir. Çünki tamaşaçı bir aktyoru çox bəyənirsə, onun haqqında doğru məlumatı öyrənməyə tənbəllik çəkir. Elə xatırladığı obraz ilə ona səslənir. Mənə adımla müraciət edəndə daha çox xoşuma gəlir, nəinki obrazlarımla.
Söhbətimiz bitir. Sənan və İranə ilə ayrılırıq. Ancaq məni yolboyu bir sual düşündürür. Yarmətlə Yarqunat qovuşsa idi bu tarixçənin sonu necə bitərdi.
Vüsalə Balayeva, Bizim.Media
Comments are closed, but trackbacks and pingbacks are open.