Kİ FİLİali
Cümlələr quruluşca sadə
Feli birləşmələr
Əsas tərəfi feillərdən ibarət olan birləşmələrə feili birləşmələr deyilir.
Feili birləşmə dedikdə, əsas tərəfi feili sifət, feili bağlama və ya məsdərdən ibarət olan birləşmələr nəzərdə tutulur. Məsələn: məktubu oxuyan, film izləyən; məktubu oxuyanda, film izləyəndə; məktubu oxumaq, film izləmək.
Göründüyü kimi feili birləşmə müstəqil sözlərin feili sifət, feili bağlama və ya məstərə tabe olur.
Feili birləşmələr cümlə daxilində tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç növə ayrılır:
Tərkiblərdə sözlərin miqdarı adətən çox olur. Birləşmə üçün iki, tərkib üçün çox söz səciyyəvi hesab olunsada, tərkib və birləşmə əslində sinonim terminlərdir.
Məsdər, feili sifət və feili bağlama tərkibləri
Məsdər tərkiblərinin əsas tərəfi məsdərdən ibarət olur. Məsələn: Sən olnara tatarca yazmaq öyrədirsən? – cümləsində tatarca yazmaq məztər tərkiblidir və tatarca sözünün yazmaq məstərinə tabe olması yolu ilə yaranmışdır.
Məsdər tərkibləri əksərən cümlənin mübtəda və tamamlığı vəzifəsində işlənir. Məsələn: Çox irəli getmək təhlükəli idi. İnsanı sevməyə ixtiyarım var – cümləsində çox irəli getmək mübtəda, insanı sevməyə birləşməsi tamamlıqdır.
- Feili sifət tərkibinin əsas tərəfi feili sifətdən ibarət olur. Məsələn: Onun yeri hər bahar qızıl lalələrlə örtülən düzənlik oldu – cümləsində hər bahar qızıl lalələrlə örtülən sözləri feili sifət tərkibidir və əsas tərəfi örtülən – feili sifətdir.
- Feili sifət tərkibləri cümlədə əksərən təyin vəzifəsində işlənir.
Məsələn: Meşəyə gedənlər geri qayıtdılar. Yarışda birincilik qazananları təbrik etdilər – cümlələrində meşəyə gedənlər mübtəda, yarışda birincilik qazananları tamamlıqdır. - Feili bağlama tərkibinin əsas tərəfi feili bağlamadan ibarət olur.
Məsələn: Məhəmməd atı dirəyə bağlayıb, ağanın yanına gəldi – cümləsində atı dirəyə bağlayıb feili bağlama tərkibində, bağlayıb əsas tərəf, atı dirəyə sözləri əsas tərəfdir. - Feili bağlama tərkibləri cümlədə əksərən zərflik (zaman, tərzi-hərəkət, səbəb zərflikləri və s.) vəzifəsində işlənir.
Məsələn: Akif həyətdən çıxanda anası dalınca su atdı – cümləsində Akif həyətdən çıxanda feili bağlama tərkibi zaman zərfliyidir.
ŞƏKİ FİLİali
2. Zaman əlaqəsi. Bu əlaqədə olan feli birləşmələrin
birinci tərəfləri zaman məzmunlu əsr, il, ay, həftə, gün, saat,
dəqiqə, saniyə, yaz, yay, payız, qış, vaxt, dövr, gecə, gündüz,
səhər, axşam, aprel, may və s. kimi isimlərlə, bəzən də saylarla
ifadə olunur. Məsələn, baharda açan (çiçəklər), qışda yağan
Gülarə Abdullayeva
160
(qar), payızda yığılan (məhsul), həmin vaxtda gəlmək, saat
beşdə oyanmaq və s.
Çıxışlıq hallı feli birləşmələr. Bu birləşmələrdə məkan
əlaqəsi əsas yer tutur. Asılı tərəf hərəkətin başlanğıc, çıxış
nöqtəsini bildirir. Bu birləşmələrin birinci tərəfi məkan bildirən
sözlərlə, ikinci tərəfi isə təsriflənməyən fellərlə ifadə olunur.
Məsələn, evdən çıxmaq, şəhərdən qayıtmaq və s.
Çıxışlıq hallı feli birləşmələrin komponentləri arasında
obyekt, səbəb, zaman və s. əlaqələr mövcuddur. Məsələn,
Qurbandan öyrənmək, Əlidən aldığım (məktub), acından
ölmək, gecədən qalan, payızdan əkilmiş və s.
Feli birləşmələrə tərkiblər də deyirlər. Bəzən feli
birləşmə və tərkib termini sinonim terminlər kimi işlədilir.
Lakin nəzərə almaq lazımdır ki, feli birləşmə əsas tərəfi felin
təsriflənməyən formaları ilə ifadə olunmuş bütün birləşmələrə
ümumi şəkildə verilmiş addır. Tərkib dedikdə isə feli
birləşmənin konkret olaraq bir növü, əsas tərəfi məsdər, feli
sifət, feli bağlama ilə ifadə olunmuş bir birləşmə nəzərdə
tutulur.
Qoşmalı feli birləşmələr. Feli birləşmələrin bir
qismində asılı söz əsas tərəflə qoşma vasitəsi ilə əlaqələnir.
Qoşma ilə onun əlaqələndiyi söz birləşmənin birinci
komponentini, təsriflənməyən fel isə birləşmənin ikinci, əsas
komponentini təşkil edir. Qoşma bu birləşmələrin tərəfləri
arasında əsas əlaqələndirici vasitə hesab olunur. Qoşmalar feli
birləşmələrdə çox fərqli məna çaları yaradır. Məsələn, at kimi
getmək, at ilə getmək, at üçün getmək və s.
Qoşmalar feli birləşmələrin tərəfləri arasındakı məna
əlaqələrinin daha qabarıq şəkildə düzgün və dəqiq ifadəsinə
yardım göstərir və eyni zamanda, tərəflər arasında məna
çalarlıqları yaradır. Məsələn, universitetə getmək – universitetə
sarı getmək, günortadan yatmaq – günortadan bəri yatmaq
və s.
Qoşmalı birləşmlərin birinci tərəfindəki sözlər ancaq
Müasir Azərbaycan dili
161
yiyəlik, yönlük və çıxışlıq hal şəkilçiləri qəbul edə bilir.
Qoşmalı feli birləşmələr birinci tərəfi heç bir şəkilçi qəbul
etmədən işlənən, birinci tərəfi yiyəlik, yönlük, çıxışlıq hal
şəkilçisi qəbul edən birləşmələr olmaqla dörd qrupa ayrılır.
Tərəflər arasında sintaktik əlaqə üsullarına görə feli
birləşmələri üç qrupa ayırmaq olar:
1. Koordinativ feli birləşmələr. Bu qrupa daxil olan
feli birləşmələrin asılı tərəfi adlıq halda olur və əsas tərəflə
prosodik vasitələrin və söz sırasının köməyilə əlaqələnir. Feli
birləşmələrin bu qrupu subyekt əlaqəli birləşmələri əhatə edir.
Məsələn, Sən oxuyan (kitab), biz görən hadisə və s.(4, səh.56 )
2. Yanaşma əlaqəli feli birləşmələr. Bu qrupa daxil
olan feli birləşmələrin asılı tərəfi qeyri-müəyyən təsirlik halda
olan isim və isimləşmiş sözlərdən, şəxssiz fellərdən və bəzi
zərflərdən ibarət olur. Məsələn, şeir yazmaq, tez cavab vermək,
qaçanda yıxılmaq, indi getmək və s. Bu əlaqə ilə qurulan feli
birləşmələrin asılı tərəfi qoşmalı sözlərlə də ifadə olunur, asılı
tərəf qoşmalar vasitəsi ilə əsas tərəflə əlaqələnir. Məsələn, daş
kimi yatan, şir kimi vuruşduqca, evə sarı yollanmaq, dağ havası
kimi saflaşmaq və s.
3. İdarə əlaqəli feli birləşmələr. İsmin yönlük, təsirlik,
yerlik və çıxışlıq hallarında olan adlar asılı tərəfdə durmaqla
idarə əlaqəli feli birləşmələr əmələ gətirir. Məsələn, dağlara
baxdıqca, gəzməyi xoşlayan, içəridə gözləmək,, meşədən
qayıdan, oxumağa getmək, dərs deməyi arzulamaq, danışanları
dinləmək, geriyə dönmək və s.
Feli tərkiblər və onların cümlədə rolu. Şəxsli fellər
kimi feli sifət, feli bağlama və məsdərlər də təsirli və təsirsiz
olur, növ kateqoriyası əlamətlərini qəbul edərək dəyişir, ona
görə də idarə və yanaşma əlaqələri ilə öz ətrafına çoxlu söz
toplayaraq çox geniş həcmli tərkib əmələ gətirir və cümlədə
bütöv şəkildə bir üzv olur. Məsələn, Arvad xeylağına çığırmaq,
bağırmaq, hətta hərdənbir üzünü şilləyə öyrətmək gərəkdir.
(N. Nərimanov) Qırmızı kərpicdən tikilmiş evə Nazlı özüylə
Gülarə Abdullayeva
162
hərarət gətirirdi. (İ.Məlikzadə) Kənddən tədarüksüz yola
düşənlər xəmir yoğurub, sac asdılar.(İ.Şıxlı)- cümlələrindən
birincisində məsdər tərkibi mübtəda, ikinci və üçüncüsündə feli
sifət tərkibi uyğun olaraq təyin və mübtəda yerində işlənmişdir.
Əsas tərəfin idarə vasitəsinə görə feli birləşmələr üç
qrupa bölünür: feli sifət tərkibləri, feli bağlama tərkibləri,
məsdər tərkibləri.
Feli sifət tərkibləri. Feli sifət tərkiblərinin əsas tərəfi
feli sifətdən ibarət olur. Məsələn, Burdan təsadüfən keçən bir
qoçu, Sınamaq istəmiş öz naqanını (S.Vurğun) və s.
Azərbaycan dilində bütün feli sifət şəkilçiləri ilə
(-dığı
4
,-mış
4
, -an
2
, -acaq
2
, -malı
2
, -ası
2
) tərkib yarana bilir.
Əksər feli sifət şəkilçilərinin yaratdığı tərkiblərin ayrıca
subyekti olur. Məsələn: Ot bitməyən səhralarda şəhərlər saldıq
(S.Vurğun). Salamovun sümükləri çıxmış yanaqları və bir də
qıyıq noğulu gözləri xəstənin gözləri qabağına gəldi
(Y.Səmədoğlu).
Feli sifət tərkiblərinin cümlədə əsas sintaktik vəzifəsi
təyindir. Məsələn, Atadan-babadan qalan yurdumuzu düşmən
əlindən qurtar. (N.Nərimanov) Adımı nəğməylə saldı dastana,
Muğan çöllərində ötən turaclar (S.Vurğun).
Feli sifət tərkibi də feli sifətlər kimi, isimləşdikdə
mübtəda, xəbər və tamamlıq vəzifələrində işlənir.
Mübtəda vəzifəsində: Şəhərdən gələnlər bu əhvalatı
şəhərdə,
kənddən gələnlər
kəndlərdə yayırdılar.
(N. Nərimanov) Öz qədrini bilən gərək özgənin də qədrini
bilsin. (Ə.Əyrisli)
Xəbər vəzifəsində: Məmurlara güllə atanlar meşəyə
qaçanlar idi. (B.Bayramov)
Tamamlıq vəzifəsində. Mən səhər çörək yeyəndə gecə
yuxuda yenə Zülfüqar əmini gördüyümü danışdım.
(Y.Səmdoğlu)
Feli sifət tərkibləri bir sıra başqa sözlərin köməyi ilə
cümlədə zərflik vəzifəsində də işlənir. Məsələn, Toğrul bəy
Müasir Azərbaycan dili
163
hökumət başına keçdiyi zaman bu acı təcrübənin nəticələrini
görmüşdür. (M.S.Ordubadi) Və bəlkə dünya-aləm hələ
qaranlıq olduğuna görə həyətlərdəki gilas ağacları da eləcə
hər yerdə çıraq kimi alışıb yanırdı. (Ə.Əylisli)
Feli bağlama tərkibləri. Bu qrupa daxil olan
tərkiblərin əsas tərəfi feli bağlamadan ibarət olur.
Bütün feli bağlama formaları bir işi, hərəkəti, başqa bir
işlə, başqa bir hərəkətlə bağlayaraq tərkib əmələ gətirir. Feli
bağlama və feli bağlama tərkibi əmələ gətirən şəkilçilər
aşağıdakılardır:
-ıb
4
, (-ma)mış
2
, -arkən
2
, -madan
2
, -dıqca
4
, -dıqda
4
,
-alı
2
, -a -a
2
, -ar -maz
2
, -ınca
4
, -caq
2
. Məsələn, Hökmdar
sərkərdəbaşının eşiyə çıxardığı taxta əyləşib, qollarını taxtın
söykənəcəyinə qoydu. (Y.Səmədoğlu) Mən kəndə çatar-çatmaz
işıqlar yandı və s.
-ıb
4
və -araq
2
şəkilçili feli bağlamalar müstəqil
subyektlə işlənə bilmir. Bu cür feli bağlamaların şəxsli fellə
müştərək subyekti olur. Məsələn, Uşaq qımıldanmadan durub
baxırdı – cümləsində uşaq sözü bir subyekt kimi həm şəxsli
felə (baxırdı), həm də feli bağlamaya (qımıldanmadan, durub)
aiddir.
Feli bağlama tərkibləri cümlədə, əsasən, zaman, tərz və
bəzən də səbəb zərfliyi vəzifəsində işlənir.
Zaman zərfliyi vəzifəsində: Mən gələndə şamamalar
gül idi (“Qaçaq Nəbi”)
Tərz zərfliyi vəzifəsində: Eyvaz dayı oturduğu yerdən
qalxıb uzun saçaqlı yapıncısını çiyninə saldı.(İ.Əfəndiyev)
Səbəb zərfliyi vəzifəsində: Savalan dağlarında
keçirdiyi həyatı xatırlayıb öz-özünə deyindi. ( İ.Əfəndiyev)
Feli bağlama tərkibləri az hallarda qarşılaşdırma zərfliyi
vəzifəsində də işlənir. Məsələn, Onun günahsız olduğunu bilə-
bilə, nə üçün danlayırsan?(İ.Əfəndiyev)
Məsdər tərkibi. Tərkiblərin bu növünün əsas tərəfi
–maq
2
şəkilçili məsdərdən ibarət olur.
Gülarə Abdullayeva
164
Məsdər tərkibləri cümlədə daha çox mübtəda və
tamamlıq vəzifələrində işlənir.
Mübtəda vəzifəsində: Başqa qız-gəlin kimi dəvəyə
minib yükün üstündə də oturmaq onun ürəyincə deyildi.
(İ. Əfəndiyev)
Tamamlıq vəzifəsində: Bu yerlərdə cavanlar sərvaxt
yatmağa öyrəniblər. (İ.Əfəndiyev)
Xəbər vəzifəsində: Məqsədimiz sizə kömək etməkdir.
Məsdər tərkibləri üçün, ötrü qoşmaları ilə işlənərək
məqsəd zərfliyi vəzifəsində çıxış edir. Məsələn, Gülgəz hamıya
eşitdirmək üçün bərkdən dedi. (İ.Əfəndiyev)
Məsdər tərkibləri çıxışlıq hal şəkilçisi qəbul edərək
səbəb zərfliyi vəzifəsində də işlənir. Məsələn, Dərdlərimi
danışmaqdan dilim qabar bağladı.
Zərf birləşmələri. Dilimizdə əsas tərəfi zərflə ifadə
olunan birləşmələrə də rast gəlinir ki, onlar azlıq təşkil edir. Bu
birləşmələrin ikinci tərəfi, əsasən, yer, zaman və tərz zərfləri ilə
ifadə olunur. Məsələn: evdən yuxarı, quş kimi tez, çox yavaş,
səninlə yanaşı və s.
Zərf birləşmələrinin əsas tərəfinin zərfin bu və ya digər
növü ilə ifadəsi birləşmənin ümumi xüsusiyyətinə təsir edir.
Asılı tərəfin ifadə vasitələrini nəzərə almaqla zərf birləşmələrini
aşağıdakı növlərə ayırmaq olar:
a) zərf + zərf modelli birləşmələr. Zərf
birləşmələrinin bu növündə asılı tərəf əsasən kəmiyyət zərfləri,
əsas tərəf isə tərz və bəzən də yer və zaman zərfləri ilə ifadə
olunur və əsas tərəf kəmiyyətcə izah edilir. Məsələn, çox
kəskin (danışmaq), olduqca yavaş (yerimək), bir qədər tez, bir
qədər ucadan, xeyli geridə (qalmaq), tamamilə yanaşı və s.
Göründüyü kimi, bu birləşmələrin tərəfləri arasında
yanaşma əlaqəsi olur və onlar da zərf kimi cümlədə zərflik
vəzifəsini daşıyır.
b) isim+zərf, əvəzlik+zərf modelli birləşmələr.
Dilimizdə işlənən zərf birləşmələrinin az bir qismi bu modelə
Müasir Azərbaycan dili
165
uyğun gəlir. Məsələn, dostlardan aralı (dolanmaq), qarışqadan
yavaş (getmək), təyyarədən iti, hamıdan tez və s. Əvvəlki
modeldən fərqli olaraq, belə birləşmələrin tərəfləri arasında
idarə əlaqəsi olur.
Zərf birləşmələri dilimizdə o qədər də çox deyil. Lakin
bu birləşmə növünün əsas təfərinin zərflə ifadə olunması ona
xüsusi keyfiyyət qazandırır və ayrıca bir ad altında
qruplaşdırılmasına səbəb olur.
1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q.
Müasir Azərbaycan dili. IV hissə. Sintaksis, Bakı,
1985.
2. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı,
1992.
3. Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II h.
Bakı, 2006.
4.Kazımov Q. Ş. Müasir Azərbaycan dili. Sintaksis.
“Təhsil” nəşriyyatı, Bakı, 2007.
5. Müasir Azərbaycan dili. III cild, Sintaksis. EA nəşri,
Bakı, 1981.
6. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
7.Seyidov Y.M. Azərbaycan ədəbi dilində söz
birləşmələri. Bakı, 1992.
166
Cümlə və onun təsnifi.
Mövzu № 5 Cümlə üzvləri.
Sadə cümlə
Mövzunun planı:
1.
Cümlə və onun əsas əlamətləri
2.
Cümlənin təsnif prinsipləri
3.
Cümlə üzvü anlayışı. Cümlənin baş üzvləri
4.
Cümlənin ikinci dərəcəli üzvləri
5.
Cümlə üzvlərinin həmcinsliyi, xüsusiləşməsi,
əlavəsi
6.
Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə
olmayan sözlər
7.
Sadə cümlə və onun təsnif prinsipləri
Cümlə və onun əsas əlamətləri
Sintaksisin əsas vahidlərindən biri də cümlədir. Cümlə
ünsiyyətin ilk və əsas vahididir. Cümlə fikrin formalaşması,
ifadəsi, başqasına ötürülməsi üçün əsas vasitə olduğundan
özünün çoxcəhətliliyi ilə səciyyələnir.
Cümlə fikir mübadiləsi və ən mühüm ünsiyyət
vasitəsidir.
Cümlə hər bir dilin qanunları əsasında qrammatik
cəhətdən formalaşan və bitmiş fikir ifadə edən nitq
vahididir. Məsələn, Payızdır. Yarpaqlar yavaş-yavaş saralır.
Quşlar isti ölkələrə uçur. Tarlalarda və məhsul bağlarında
qızğın iş gedir. və s.
Adətən cümlələr iki, üç, dörd və daha artıq sözün
birləşməsi nəticəsində əmələ gəlir. Bununla belə, yalnız bir
Müasir Azərbaycan dili
167
sözdən ibarət olan cümlələr də vardır. Məsələn, Səhərdir.
İstidir. və s.
Cümlə qurularkən sözlər həm məna, həm də
qrammatik cəhətdən bir-biri ilə əlaqələnir, biri digərini
aydınlaşdırır, izah edir. Məsələn, Nuru iki ildən sonra
müəllim olacaq.- cümləsində (Nuru müəllim olacaq
iki ildən sonra) sözlər
bir-biri ilə məna və qrammatik cəhətdən əlaqələnmişdir.
Cümlənin əmələ gəlməsində əsas vasitələrlə yanaşı,
yardımçı vasitələrdən: xitablar, ara sözlər, həmçinin köməkçi
nitq hissələrindən də istifadə olunur. Məsələn, Bahar,
istəklimsən, başdan, binadan, Ən gözəl qızısan sən təbiətin.
(S.Vurğun) Dövlətliyik, əlbəttə, şərafət də bizimdir.
(M.Ə.Sabir) Bu cümlələrdə bahar və əlbəttə sözləri uyğun
olaraq xitab və ara söz kimi işlənməklə cümlədəki digər
sözlərlə yalnız məna əlaqəsinə girmişdir.
Cümlə üçün dörd mühüm əlamətin varlığı vacibdir.
Bitkinlik, predikativlik, bitmə intonasiyası, modallıq. Bu
əlamətlər vəhdət təşkil edir və sözlərin, söz birləşmələrinin
cümləyə çevrilərək fikir ifadə etməsində həlledici rol
oynayır.
1. Cümlə üçün əsas əlamətlərdən biri bitmiş fikir
ifadə etməsidir. Lakin cümlənin bu xüsusiyyəti nisbi xarakterli
olub, həmişə özünü doğrultmur. Bəzən fikri ifadə etmək üçün
bir cümlə deyil, bir-biri ilə rabitəli əlaqədə olan cümlələrdən
istifadə olunur. Həmin cümlələrin hər biri nəzərdə tutulan fikrin
müəyyən hissəsini ifadə etməklə bir-biri ilə əlaqələnir və bütöv
bir fikir bu cür rabitəli cümlələr toplusu vasitəsi ilə ifadə
olunur. Rabitəli şəkildə əlaqələnən bu cümlələr bir-birindən
şifahi nitqdə intonasiya ilə, yazıda nöqtə və ya nöqtə
hüququnda durğu işarələri ilə (sual işarəsi, nida işarəsi,
üç nöqtə və s.) sərhədlənir.
“Biz cümləni mətndən ayırmaqla da mənasını dərk
edə bilərik. Bu, cümləni təşkil edən sözlərdən alınan
Gülarə Abdullayeva
168
mənadır. Lakin cümlənin həqiqi məzmunu yalnız mətn
daxilində düzgün anlaşıla bilər. Cümlənin ayrılıqda ifadə
etdiyi ümumi məna potensial sintaksisin tədqiq obyektidir,
mətnin gedişindən başa düşülən məzmunu isə aktual
sintaksisin obyekti olub, söyləmin ifadəsinə xidmət edir.
Fikrin bitməsi, qurtarması, tamamlanması makromətnlərdə
mümkündür”. (4, səh. 77)
Cümlə müəyyən bir fikrin ifadəsinə ehtiyac olanda
yaranır.
2.Cümləyə məxsus əlamətlərdən biri də predikativlikdir.
Predikativlik dedikdə müəyyən vasitələrdən (hal şəkilçiləri,
qoşmalar, bağlayıcılar, ədat, modal sözlər və bütün digər
qrammatik vasitələr) istifadə etməklə subyekt-predikat
əsasında müəyyən iş, hal, hərəkət, hadisə və ya hökm haqqında
məlumatın verilməsi başa düşülür. Predikativliyin əsas
daşıyıcısı xəbərdir. Buna görə də çox zaman predikativliklə
xəbər qarışdırılır və eyniləşdirilir. Cümlədə predikativliyin
təmin olunması üçün mübtəda və xəbər əlaqəsi vacibdir. Bu
zaman xəbər müəyyənləşdirən, mübtəda isə müəyyənləşən tərəf
kimi çıxış edir. Bu iki cümlə üzvünün bir-biri ilə əlaqələnməsi
nəticəsində fikir ifadə edilir. Xəbər, zaman, şəxs, modallıq
əlamətləri predikativliyin yaranmasına, sözün, söz
birləşməsinin cümlə şəklində formalaşmasına səbəb olur.
Predikativlik sözlərin varlıq haqqında müəyyən
məlumat verməsi deməkdir. Burada fikir ya təsdiq, ya
inkar edilir, ona münasibət bildirilir, müəyyən hadisə
haqqında məlumat vermək və ya məlumat almaq və s.
nəzərdə tutulur. Predikativlik sözlərin müəyyən qaydada
düzülüşündən və müəyyən qrammatik üsullarla
əlaqələnməsindən meydana gəlir; burada modallıq, zaman
və şəxs kateqoriyaları əsas rol oynayır. Bu kateqoriyalar
dildə danışanın həqiqətə münasibətini bildirir və
predikativliyin yaranmasında birinci dərəcəli rol oynayır.
Müasir Azərbaycan dili
169
3. Cümlənin mühüm əlamətlərindən biri də
intonasiyadır. Eyni bir söz və ya söz birləşməsi bitmə
intonasiyası qazanmaqla cümləyə çevrilə bilər. Predikativliyin
də ifadə olunması bilavasitə intonasiya ilə əlaqədardır.
Məsələn, Payızın ortaları. Şaxtalı bir qış gecəsi. Dənizin
kənarı. və s. kimi cümlələr məhz söz birləşmələrinin bitkin
intonasiya qazanması hesabına yaranmışdır.
Şifahi nitqdə hər bir cümlə intonasiya ilə müşayiət
olunur. İntonasiyasız cümlə olmaz. Cümlənin bitkinləşməsi,
predikativliyin yaranmasında intonasiyanın rolu əvəzsizdir.
Bunun üçün digər vasitələr olduqda da intonasiya özünü
göstərir. Cümlənin hansı məqsədlə işlənməsindən asılı olaraq
intonasiya da fərqli şəkildə müşahidə olunur. Adi intonasiya
ilə tələffüz edilən cümlələrdə ton tədricən yüksəlir,
xəbərdən əvvəlki söz məntiqi vurğulu deyilir və ton tədricən
alçalır. Digər cümləyə keçməzdən əvvəl bir qədər fasilə edilir.
Bu fasilə həmin cümlələr arasında sərhəd rolunu oynayır.
Predikativliyin
tamamlanmasında mühüm
əlamətlərdən biri də cümləyə məxsus intonasiyanın iştirak
etməsidir.
4. Cümlənin əsas əlamətlərindən biri də
modallıqdır. Hər bir cümlə müəyyən bitmiş bir fikir ifadə
etməklə yanaşı, həmin fikrin həqiqətə münasibətini də
göstərir. Buna görə də predikativlik və intonasiya kimi,
modallıq da cümlənin daimi əlamətlərindən hesab olunur.
Bəzi cümlələrdə heç bir əlavə münasibət olmadan
müəyyən fikir ifadə edilir. Həmin fikir həqiqətə uyğun bir
hadisəni ifadə etdiyindən, modallıq zəifləyir və özünü xüsusi
şəkildə göstərə bilmir. Məsələn, Bayırda itlər bir ağız hürüb
susdular.(İ.Şıxlı) Sonra bacadan atılan birinci güllə ağ
samovarın başındakı iri, güllü çaydana dəyib bomba kimi
partladı. (İ.Əfəndiyev)
Cümlədə modallıq müxtəlif vasitələrlə ifadə oluna
bilər. Bəzən bu, xüsusi sözlər vasitəsilə daha da
Gülarə Abdullayeva
170
qüvvətləndirilir və yeni məna çalarlıqları kəsb edir.
Məsələn, Namərd Bəhram yazıq qızı öldürdü. (C.Cabbarlı) Kür
qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki,
yoxdur. (M.P.Vaqif)
Azərbaycan dilində, demək olar ki, hər bir cümlədə
modallıq olur. Bu o deməkdir ki, hər bir cümlədə
obyektiv aləmə məxsus bu və ya digər hadisə haqqında
məlumat verilməklə, həmin hadisəyə, danışanın söylədiyi
fikrə münasibət də bildirilir. Yəni hər bir cümlə həm
kommunikativ, həm də ekspressiv funksiya daşıyır.
Modallığın mühüm ifadə vasitələri modal sözlərdir. Modal
sözlərlə yanaşı, müxtəlif söz və ifadələrin birləşməsi
əsasında çoxlu modal konstruksiyalar yaratmaq mümkündür.
Modallıq obyektiv və subyektiv olmaqla da
fərqlənir. Obyektiv modallıq verilən məlumatın obyektiv
reallıqla əlaqəsi, münasibətidir, yəni nə barədə danışılırsa,
indiki, keçmiş və gələcək zamanda onun reallığı düşünülür.
Belə cümlələrdə baş verən hadisələr, irəli sürülən hökmlər
reallığa tam uyğun olduğundan, modal sözlərin iştirakına
ehtiyac duyulmur. Məsələn, Xanmuradın dəstəsi getməmişdi
ki, qaçaq Məşədi Təhməzin dəstəsi gəldi. Bu, uzunsaqqallı,
ortaboylu bir qoca idi. Başı azca əsirdi, diaqonal çuxasının
altında iki patrondaş bağlamışdı. Ayaqlarında qısaboğazlı
çəkmə, başında iri, tüklü papaq vardı. (İ.Əfəndiyev)-
cümlələrində obyektiv reallığa tam uyğun olan fikirlər öz
ifadəsini tapmışdır.
“Subyektiv modallıq isə qeyri-real, arzu olunan,
mümkün ola bilən, tələb olunan hadisələrə münasibətlə
bağlı modallıqdır”.(4, səh.80) Məsələn, Dəlib deşir ürəyi dərd
ürəkdə qalanda, Dərdləşmək gözəl işdir, dərdini duyan ola,
Ürəyindən keçəni gözlərindən oxuyan, Sənə ömrünü verib,
vaxtını qıyan ola.(Z.Yaqub) Real, obyektiv modallıq
müəyyən zamanla – keçmiş, indiki və ya gələcək zamanla
bağlı olur. Obyektiv modallıqda morfoloji zamanla
Müasir Azərbaycan dili
171
sintaktik zaman əksərən uyğun olur, lakin bəzən danışıq
üsulunda uyğun olmaya da bilər. Məsələn, Gələn ay mən
Moskvaya yola düşürəm.
Subyektiv modallıq danışanın verdiyi məlumata
münasibəti olub, müxtəlif səpkidə ola bilər. Yəni danışanın
cümlədə ifadə olunan fikrə qəti və ya şübhəli münasibəti,
həmin fikirlə razılaşıb-razılaşmadığı və s. öz ifadəsini tapa
bilər. Məsələn, Görünür, baş verən hadisələr, yəqin ki,
anasının sözləri ona təsir etmişdi. (İ.Şıxlı) Obyektiv modallıq
cümlənin ümumi məzmunu ilə, subyektiv modallıq isə
onun ayrı-ayrı hissələri ilə bağlı olur.
Sintaktik əlaqələr
Tabelilik əlaqəsi ilə bağlanan birləşmələrdə isə sözlərdən biri müstəqil, digəri isə asılı olur.
Müstəqil söz asılı sözü özünə tabe edir. Asılı söz isə müstəqil sözə tabe olur və onu müəyyən
cəhətdən izah edir.
Sintaktik əlaqə
Tabelilik əlaqəsi
Tabesizlik əlaqəsi
Məna əlaqəsi
Müstəqil sözə tabeedici söz, asılı sözə isə tabe söz deyilir. Tabelilik əlaqəsi cümlənin ayrı-
ayrı üzvləri, söz birləşmələrinin, tabeli mürəkkəb cümlənin tərəfləri arasında, o cümlədən,
mübtəda ilə xəbər, təyinlə təyinolunan, tamamlıqla xəbər və zərfliklə xəbər arasında olur.
Qoşmalarla onun qoşulduğu sözlər arasında da tabelilik əlaqəsi olur.
Azərbaycan dilində tabelilik əlaqələsiin üç növü vardır:
Uzlaşma əlaqəsi sintaktik əlaqənin elə bir formasıdır ki, bu zaman tabe söz tabeedici
sözün qrammatik əlaqələrini qəbul edir, onun formasına düşür. Bu əlaqə növü ilə bağlanan
sözlərin hər ikisi eyni qrammatik formada olur. Əsas tərəfin tələbi ilə asılı tərəfin şəxsə və
kəmiyyətə görə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir. Uzalşma əlaqəsi aşağıdakı hallarda
Biz gəldi-gedərik, sən yaşa dünya. (
II növ təyini söz birləşmələrinin tərəfləri arasında: elektrik sobası, qəbul otağı və s.
III növ təyini söz birləşmələrinin tərəfləri arasında:
sərginin eksponatları, Xatirənin arzusu
Uzlaşma əlaqəsində əsas söz birinci, asılı söz ikinci olur. Mənsubiyyət və şəxs şəkilçiləri
uzlaşma əlaqəsinin əsas göstəriciləridir. Azərbaycan dilində mübtəda ilə xəbər arasında şəxsə
görə uzlaşma həmişə gözlənilir, lakin kəmiyyətə görə uzlaşma pozula da bilər.
Xəbərin mübtəda ilə kəmiyyətə görə uzlaşması birinci və ikinci şəxsin tək və cəmində
Mən yazıram, sən yazırsan, biz yazırıq, siz yazırsınız.
Yəni mübtəda təkdə
olursa, xəbər də təkdə olur, mübtəda cəmdə olursa, xəbər də cəmdə olur.
Azərbaycan dilində üçüncü şəxsdə xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşa da bilər,
uzlaşmaya da bilər. Bu, aşağıdakı qaydada olur:
İnsan anlayışı bildirən mübtəda üçüncü şəxsin təki ilə ifadə olunduqda xəbər həmişə üçüncü
şəxsin təkində olur:
Tahir soruşdu,
Gülşən cavab verdi
İnsan anlayışı bildirən mübtəda üçüncü şəxsin cəmi ilə ifadə olunduqda xəbər mübtəda ilə
kəmiyyətə görə uzlaşa da bilər, uzlaşmaya da bilər: Qızlar rəqs edir. Qızlar rəqs edirlər.
Mübtəda digər canlı varlıqlara aid sözlə ifadə olunduqda xəbər mübtəda ilə uzlaşa da bilər,
uzlaşmaya da bilər:
Atlar, öküzlər kotana güc vurur,
Gah yeriyir, gah yıxılır, gah durur. (M.Ə. Sabir)
Quşlar uçub dəstə-dəstə gedirlər.
Mübtəda cansız əşyalara aid sözlə ifadə olunduqda xəbər mübtəda ilə kəmiyyətə görə
Çiçəklər saraldı. Bütün qəzetlər “Xocalı soyqırımı”ndan yazırdı.
Uzlaşma əlaqəsi II növ təyini söz birləşmələrinin tərəfləri arasında yalnız üçüncü şəxsdə
Sinif otağı, pəncərə şüşəsi, dərs jurnalı və s.
III növ təyini söz birləşmələrinin tərəfləri
arasında bütün şəxslərə
görə uzlaşma olur:
Yuxarıda qeyd olunduğu kimi, mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma daimidir.
Lakin istisnalar da var. Xəbər şəxs əvəzlikləri ilə ifadə olunduqda şəxsə görə uzlaşma pozula
Oxuyan mənəm, danışan bizik, bu mənəm, o sənsən və s.
Xəbərin həmcins mübtədalarla şəxsə və kəmiyyətə görə uzlaşması
Xəbərin həmcins mübtədalarla şəxsə və kəmiyyətə görə uzlaşması aşağıdakı şəkildə olur:
Həmcins mübtədaların biri birinci şəxs (mən, biz), digəri ikinci (sən, siz) şəxs əvəzliyi ilə
ifadə olunarsa, xəbər birinci şəxsin cəmində
Sən də, mən də bu işin içindəyik
Həmcins mübtədaların biri birinci (mən, biz), digəri isə üçüncü şəxs əvəzliyi ilə (o, onlar)
ifadə olunarsa, xəbər birinci şəxsin cəmində olur:
Həmcins mübtədaların biri birinci (mən, biz), digəri isə ikinci (sən, siz) və üçüncü şəxs
əvəzliyi ilə (o, onlar) ifadə olunarsa, xəbər birinci şəxsin cəmində olur:
Sən, mən və o bu işə
tam cavabdehik.
Həmcins mübtədaların biri ikinci (sən, siz), digəri üçüncü şəxs əvəzliyi ilə (o, onlar) ifadə
olunarsa, xəbər ikinci şəxsin cəmində olur:
Sən və Gülçin bu məsələdə haqlı deyilsiniz.
I şəxs + II şəxs = I şəxs cəm
I şəxs + III şəxs = I şəxs cəm
I şəxs + II şəxs + III şəxs = I şəxs cəm
II şəxs + III şəxs = II şəxs cəm
Həmcins mübtədalar yalnız üçüncü şəxslərdən ibarət olarsa, xəbər həmişə üçüncü şəxsdə
Kərim, Şəfaqət, Arzu tələbədirlər.
Həmcins xəbərlərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması
Həmcins xəbərlərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması aşağıdakı kimidir:
Həmcins feili xəbərlər birinci və ya ikinci şəxsdə olan (tək və cəm) mübtədaya aiddirsə,
əvvəlinci xəbərlərdə bu əlamətlər atılır, sonuncu xəbərdə isə şəxsə və kəmiyyətə görə
Mən həm oxuyur, həm də işləyirdim.
Mübtəda üçüncü şəxsin cəmi ilə ifadə olunarsa, həmcins feili xəbərlər mübtəda ilə şəxsə
görə həmişə uzlaşır, kəmiyyətə görə isə yalnız sonuncu həmcins xəbər uzlaşır:
Onlar səliqə
ilə ölçür, biçir, sonra kəsirdilər.
Həmcins ismi xəbərlərdə bütün şəxslər üzrə şəxs və kəmiyyət şəkilçiləri yalnız sonuncuda
Fidan çox yaraşıqlı, gözəl və nəzakətlidir.
İdarə əlaqəsi
Əsas sözün tələbi ilə asılı sözün ismin adlıq halından başqa digər hallarına düşməsinə
idarə əlaqəsi deyilir. Uzlaşma əlaqəsindən fərqli olaraq, burada əsas tərəf asılı tərəfi öz formasına
uyğunlaşdırmır, yəni birləşmənin tərəfləri eyni qrammatik formada olmur. Dilimizdə idarə
əlaqəsi, əsasən, hal şəkilçiləri vasitəsilə yaradılır.
Asılı tərəf hal şəkilçisi qəbul etmiş hər hansı bir nitq hissəsi ilə ifadə olunur:
şəhərə çıxış,
gəmidə hadisə, jurnaldan oxumaq, kitabları sevən, yuvadan çıxaraq və s.
Buraya substantivləşmiş sözlər də daxildir:
gözələ baxmaq, şücaətlisini mükafatlandırmaq və
Birləşmənin əsas tərəfi isə əsasən fel və qoşmadan ibarət olur:
kəndə gələndə, buna əsasən,
sənə görə və s.
İdarə əlaqəsi digər sintaktik əlaqələrə nisbətən daha geniş yayılıb. İdarəedici sözlər
cümlədəki digər sözlərin əksəriyyətini öz ətrafına toplaya bildiyi üçün idarə əlaqəsi sözlərin
və söz birləşmələrinin bir-birinə bağlanmasında mühüm rol oynayır.
İdarə əlaqəsinin iki növü var:
Feillərlə idarə.
Adlarla idarə.
Feillər adlıq haldan başqa ismin bütün hallarını idarə edir. Adlarla idarə zamanı isimlər
isim, sifət, say, əvəzlik, zərf və qoşmalarla idarə oluna bilir.
Adlıq hal yalnız qoşmalarla idarə olunur:
müəllim kimi, tələbə üçün, Şərif qədər və s.
Yiyəlik hal isim, əvəzlik, məsdər və substantivləşmiş hər hansı sözün tələbinə görə işlənir:
sənin masan, çörəyin hamısı, qızın oxumağı, sümüyün sınığı, dabankeşin ikisi və s.
Yönlük hal, əsasən feil, bəzən isim, sifət, say və zərflərin tələbinə görə işlənə bilir:
çıxdı, yerə düşmək, şəhərə gələn, yuxuya gedib, insana sevgi, həyata bağlı, ona istidir, bizə yaxın
Təsirlik hal yalnız feil və feildən əmələ gəlmiş sözlərlə əlaqə yaradır:
sərəncamı imzaladı,
suyu içmək, kitabı oxuyan, qapını açanda və s.
Yerlik hal başqa hallara nisbətən zəif idarə olunur, feil, isim, sifət, sayların tələbinə görə
dükanda işləyir, çayda çimmək, kənarda dayanan, yerdə oturu, məktəbdə tədbir,
kənddə çoxdur və s.
Çıxışlıq hal əsasən feil, bəzən isim, sifət, sayların tələbinə görə işlənə bilir:
yoldan çıxdı,
kənddən gəlmək, kitab alan, küçədən keçəndə, Səlimədən məktub, səndən xəbərsiz, ondan bilikli,
beşdən üçü, ondan uzaq və s.
İdarə əlaqəsi II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında da qeyd olunur.
təyini söz birləşmələrinin tərəfləri arasında həm uzlaşma, həm də idarə əlaqəsi vardır.
birləşmələrində idarə əlaqəsi ikinci tərəfin birinci tərəfi özünə tabe etməsi və birinci tərəfin
qeyri-müəyyən yiyəlik halda işlənməsi ilə izah olunur:
Kənd uşaqları bulaqdan su gətirmək
III növ təyini söz birləşmələrinin tərəfləri arasında da həm uzlaşma, həm də idarə əlaqəsi
vardır. Uzlaşma əlaqəsinə görə hər iki tərəf eyni qrammatik formada olur. İdarə əlaqəsində isə
ikinci tərəf birinci tərəfi özündən asılı edir, onun müəyyən yiyəlik halda işlənməsini tələb edir:
Azərbaycan dilində qoşmalar da idarə edir. Onlar isim, əvəzlik, məsdər və substantivləşmiş
sözlərlə işlənərək qoşulduqları sözləri ismin bu və ya digər halında olmasını tələb edir. Qoşmalar
ismin təsirlik və yerlik hallarından başqa digər (adlıq, yiyəlik, yönlük və çıxışlıq) hallarında
olan sözlərlə əlaqəyə girir:
Aydın kimi, Şərəf üçün, Solmaz qədər, sənin kimi, bizim üçün, onlar
qədər, evə kimi, məktəbə qədər, şəhərəcən, bundan başqa, sizdən savayı, ikisindən qeyri, bizdən
ötrü, şənlikdən sonra və s.
Yanaşma əlaqəsi
Yanaşma tabelilik əlaqəsinin ən sadə formasıdır. Bu əlaqə formasında sözlər arasında
sintaktik əlaqə heç bir şəkli əlamətlərin iştirakı olmadan yaranır, yəni birinci tərəf öz şəklini
dəyişmədən ( heç bir qrammatik şəkilçi qəbul etmədən) ikinci – əsas tərəfə yanaşır. Asılı tərəf
yanaşdığı əsas tərəfdən əvvəl gələrək onu müxtəlif cəhətdən izah edir. Əsas tərəf də birinci tərəfi
özünə tabe edərək onu heç bir dəyişikliyə uğramağa qoymur:
yaxşı müəllim, çalışqan tələbə,
qayğıkeş insan və s.
Birləşmənin növü
Sintaktik əlaqə növü
Feli birləşmələr
Yiyəlik hal
II növ TSB, III TSB
Qeyri-təyini s.b
Feli birləşmələr
Təsirlik hal
Feli birləşmələr
Qeyri-təyini s.b
Feli birləşmələr
Çıxışlıq hal
Qeyri-təyini s.b
Feli birləşmələr
Yanaşma əlaqəsi ilə düzələn birləşmələrdə əsas tərəf başqa sözlərlə əlaqə girir və dəyişə
yaxşı müəllimin tələbəsi , çalışqan tələbəyə diqqət , igid döyüşçünü qarşılamaq və s.
Yanaşma əlaqəsi intonasiya və sözlərin sırası ilə ifadə olunur. Yanaşma əlaqəsi təyinlə
təyinolunan və zərfliklə xəbər arasında olur:
Gənc qadın otağı səliqəyə saldı.
Səlimə bütün qonaqları qarşıladı.
Onun çox səliqəli geyimi, səliqəli daran
mış saçları hamının diqqətini çəkdi.
Böyük Amerikaya yolu açıq idi.
Təyin ismi xəbər:
Bu, çox ibrətamiz məsəldir.
Təyin feili xəbər:
Savadlı mühəndis ol,elinə xidmət et.
Zərflik feili xəbər:
Aşıq ucadan söylədi. Arif xeyli danışdı. Zərifə axşam gəldi və
içəridə dincəldi.
Feli birləşmələrdə asılı tərəflə əsas tərəf arasında:
III növ təyini söz birləşmələrində tərəflər arasına daxil olan sözlə əsas tərəf arasında:
şagirdin təzə çantası və s.
Cümlə nitqin əsas vahididir. Biz öz fikirlərimizi söz və söz birləşmələri ilə deyil,
cümlələr vasitəsilə ifadə edirik. Cümlə insanlar arasında fikir mübadiləsi vasitəsi olub bitmiş
fikir ifadə edir. Cümlə vasitəsilə iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə
təhrik edilir. Cümlə sözlərdən və söz birləşmələrindən təşkil olunur. Sözlər qrammatik vasitələrlə
sintaktik əlaqə yolu ilə cümləni əmələ gətirir. Modallıq, intonasiya və predikativlik cümlənin
Modallıq cümlədə danışanın söylənilən fikrə, gerçəkliyə münasibəti, cümlədə ifadə edilən
məzmundur. Modallıq əşya, əlamət, keyfiyyət və s. haqqında məlumat verilməsidir.
İntonasiya sayəsində cümlədəki bütün sözlər vahid intonasiyaya tabe olur və cümlədəki
fikrin mənaca bitkinliyini təmin edir. İntonasiyadan asılı olaraq cümlənin məqsədə görə növləri
Predikativlik cümlənin əsasını təşkil edir. Predikativlik (xəbərlik) mübtəda ilə xəbər
arasındakı əlaqənin ifadəsidir. Predikativlik sözlərin müəyyən qayda ilə düzülüşündən və
qrammatik üsullarla əlaqələnməsindən meydana gəlir. Mübtəda ilə xəbər arasındakı qrammatik
əlaqə feili cümlələrdə şəxs, zaman, şəkil əlamətləri ilə, ismi cümlələrdə şəxs şəkilçiləri ilə ifadə
olunur. Təktərkibli cümlələrdə ayrıca mübtəda və xəbər olmur. Buna görə də belə cümlələrdə
predikativlik təktərkibli cümləni təşkil edən baş üzvdə ( ya mübtəda, ya da xəbərdə)ifadə olunur.
Cümlənin əsas xüsusiyyətləri:
Cümlənin baş üzvlərdən (mübtəda və xəbər) ibarət qrammatik əsası olur.
Cümlələr quruluşca sadə
və mürəkkəb olur.
Sadə cümlələrin yalnız bir qrammatik əsası olur. Məsələn:
Ailə cəmiy yətin kiçik formasıdır.
Mürəkkəb cümlələrin iki və daha çox qrammatik əsası olur. Məsələn:
Əli onları xoş dindirir,
Nazlı mərhəmət göstərir, Fateh onlara dərslərində kömək edirdi.
Cümlə yalnız bir sözdən də ibarət ola bilər:
Qəribədir. Səhərdir. Bu rəsmi Aytən çəkib? –
Cümlənin məqsəd və intonasiyaya görə növləri
Hər bir cümlə müəyyən məqsədlə söylənilir:
Məlumat vermək məqsədilə.
Məlumat almaq məqsədilə.
Bir şeyin tələb olunması məqsədilə.
Cümlələrin yaranmasında intonasiyanın rolu böyükdür. İntonasiya cümlədə rəngarənglik
yaradaraq məqsədi aydınlaşdırır. Bu cəhətdən cümlələr üç qrupa ayrılır:
Nəqli cümlə
Sual cümləsi
Əmr cümləsi
Cümlənin məqsəd və intonasiyaya görə
Nəqli cümlə
Nəqli cümlələr əşya, hadisə, əlamət və s. haqqında məlumat vermək məqsədilə işlənir:
Sevgidən şəfqət doğar. Günəş yavaş-yavaş qalxır. Hamı Əhmədi qorxaq tanıyırdı.
Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir. Xəbərdən əvvəlki sözün üzərində səs tonu bir
qədər yüksəlir. Məsələn:
Gülər özünü bulağa yetirdi. Qorxu insanı yalançılığa sövq edir.
Yazıda nəqli cümlələrin sonunda nöqtə (bəzən qoşa nöqtə, üç nöqtə, nöqtəli vergül) qoyulur.
Nəqli cümlə digər cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini
nəqli cümlələr vasitəsilə ifadə edirlər.
Nəqli cümlələr hiss-həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir və yazıda nida
işarəsindən ( ! ) istifadə edilir:
Ana torpağım, Azərbaycan!
Sual cümləsi
Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir: Nə xəbər var ? Hardan gəlirsən?
Sual cümlələri məlumat almaq və məlumatı dəqiqləşdirmək məqsədilə işlədilir: Sən bu
Bəzi sual cümlələri cavab tələb etmir.
Sözü neçə dəfə deyərlər?
Bu tipli cümlələr ritorik sual
Yazıda sual cümləsinin sonunda sual işarəsi ( ? ) qoyulur. Məsələn:
“Həqiqət” qəzetinin
redaktoru kim olub?
Sual cümlələri üç yolla yaranır:
1. Sual əvəzliklərinin köməyi ilə. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri iştirak edir.
Ölkəmizin paytaxtı hansı şəhərdir? Nadir şah haqqında nə bilirsiniz? Mehribanlıq
2. Sual ədatla
bəs, məgər, yəni, -mı
) köməyi ilə. Məsələn:
Bəs siz bu barədə bilirsiniz?
Məgər xəbərin yoxdur? Yəni bu belə vacibdir? Günəşin batmasını seyr etmisənmi? Bilmək
istəmirsən ki?
3. Sual intonasiyası ilə. Belə cümlələrin xəbərinin son hecası bir qədər uzun tələffüz olunur.
Yarışda iştirak edəcəksən? Oxumağı bilirsən? Kəndə gedəcəksən?
Ədatla və intonasiya ilə əmələ gələn sual cümlələrinin cavabında həmin cümlələri tam və ya
bir hissəsini təkrar etməklə, yaxud da
bəli, hə, yox, xeyr, heç, əsla
kimi təsdiq və inkar ədatları ilə
cavab vermək olar. Məsələn:
Bu sənin kitabındır?
Bu mənim kitabımdır.
kitabımdır. Bəli. Xeyir. Hə. Yox
və s. cavablarını vermək olar.
Hüseyn Cavid “Qız məktəbində”
Quzum, yavrum! Adın nədir?
Comments are closed, but trackbacks and pingbacks are open.