Azərbaycanın bütövlüyünün və birliyinin rəmzi: Xudafərin Körpüsü – VİDEO
Sovet imperiyası dövründə körpü ilə Arazın o tayına keçmək yasaq idi. Həmin vaxtdan da yerli əhali körpüyə Sınıq körpü adını vermişdir. 1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəkləri vətəndaşlarımız tərəfindən dağıdıldı. Xudafərin körpüsü bizim üçün təkcə körpü rolu oynamayıb. Artıq 200 ildən çoxdur şimallı, cənublu Azərbaycanı birləşdirən Xudafərin körpüsü həm də bizim üçün simvolik abidədir.
Xudaferin korpusu haqqinda melumat
Xudaferin korpusu haqqinda melumat ilə maraqlanan doğru ünvandadırlar. Azərbaycanın tarixi keçmişindən xəbər verən, mənəvi irsi abidələrindən biri olan bu körpü haqqında nələr bilirsiniz? Gəlin, Xudaferin korpusu haqqinda melumat ilə tanış olaq.
Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi.Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Tarixlər boyu Azərbaycanın quzeyi ilə güneyini birləşdirən körpü Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilmişdir. Mərhum yazıçı “Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanı Şah İsmayıl Xətayinin həyatı və dövlətçilik uğrunda mübarizəsinə həsr olunsa da, Xudafərin körpüsü qədimlik və türkün tarixi hünərlərinə şahidlik rəmzi kimi əsərin adını təşkil edib. Körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (XIII əsr) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr irəli sürülür.
Bişmiş kərpicdən və çay daşından tikilən on beş aşırımlı körpünün uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Bundan təxminən 750 metr aralıda tikilmiş ikinci Xudafərin körpüsü isə on bir aşırımlıdır. Bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmiş bu körpünün XIII əsrdə, Elxanilər dövründə inşa olunduğu güman edilir. Vaxtı ilə uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metr olan on bir aşırımlı körpüdən dövrümüzə yalnız üç aşırımı gəlib çatmışdır. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub. Həmçinin bu körpülər Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır. Araz üzərində çoxlu körpülər atılsa da onlardan ən bəllisi Xudafərin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olmuşdur. Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir. Hər iki körpünün özüllərinin antik dövrlə bağlılığı ehtimal edilir. Zaman-zaman hücumlara məruz qalan Xudafərin körpüləri 1797-ci ildə – Ağa Məhəmməd şahın Qafqaza ikinci hərbi yürüşündən öncə də dağıdılmışdı.
Sovet imperiyası dövründə körpü ilə Arazın o tayına keçmək yasaq idi. Həmin vaxtdan da yerli əhali körpüyə Sınıq körpü adını vermişdir. 1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəkləri vətəndaşlarımız tərəfindən dağıdıldı. Xudafərin körpüsü bizim üçün təkcə körpü rolu oynamayıb. Artıq 200 ildən çoxdur şimallı, cənublu Azərbaycanı birləşdirən Xudafərin körpüsü həm də bizim üçün simvolik abidədir.
Xudafərin körpüləri nələrin şahidi olmayıb? Orta əsrlər feodal müharibələrinin, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün, Rusiya-İran müharibələrinin, sovet rejimi repressiyalarının və daha bir çox faciələrə. XX əsrin sonlarında Cəbrayılın Ermənistan tərəfindən işğalının və 2020-ci ilin oktyabrında Cəbrayılın işğaldan azad olunması ilə artıq bu körpü bizim üçün əlçatan olmağı bacardı. 27 il əvvəl ermənilər tərəfindən işğal olunan Xudafərin körpüsü bu gün azadlığına qovuşub. Artıq o qədim abidənin üstündə üç rəngli bayrağımız qürurla dalğalanır.
Azərbaycanın bütövlüyünün və birliyinin rəmzi: Xudafərin Körpüsü – VİDEO
Azərbaycanın şimalı ilə cənubunu birləşdirir Xudafərin körpüsü.
Körpü Cəbrayıl rayonunun Qumlaq kəndində yerləşir. Xudafərin bizim üçün təkcə körpü rolunu oynamayıb. Körpünün mənəvi dəyəri çox böyükdür. Xudafərin şimallı, cənublu Azərbaycanı birləşdirən simvolik bir abidədir. Tarixi körpümüz neçə il idi ki, erməni tapdağında idi. Rəşadətli ordumuz Cəbrayıl istiqamətində irəliləyərək körpünü azad etdi.
Körpü haqqında tarixi faktlara nəzər salaq.
Xudafərin Azərbaycanı və İranı birləşdirən, Cəbrayıl rayonunda yerləşən, Araz çayı üzərində salınmış iki körpüdən ibarətdir.
Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.
Körpüdən bir qədər aralı daha bir körpü də var ki, bu da Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olub və XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.
Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir. Birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.
Fərman Kərimzadə “Xudafərin Körpüsü” PDF
“Xudafərin körpüsü” romanında XV əsrin axırı XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb. Romanda, həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilib, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılıb.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Fərman Kərimzadə “Xudafərin Körpüsü” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Mir.az-f_-kerimzade-xudaferin-korpusu.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.