Müasir təlim texnologiyaları
Yeni texnologiyalar bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənir: şagirdlərin tədqiqat fəaliyyətinə cəlb edilmələri, müəllim tərəfindən problemli şəraitin yaradılması, biliklərin şagirdlər tərəfindən müstəqil əldə edilməsi və s. Qeyd edilən xüsusiyyətlər bəzi ənənəvi təlim metodlarında da olmuşdur, lakin yeni təlim metodları bütövlükdə göstərilən xüsusiyyətlərə əsaslanır.
Ta’lim texnologiyalari fanining predmeti, maqsad va vazifalari
Ta’lim-tarbiya mazmuni, maqsad va vazifalari davrlar o’tishi bilan kengayib taraqqiy etib borishi natijasida uning shakl, usul va vositalari ham takomillashib bormoqda. Hozirgi inson faoliyatining asosiy yo’nalishlari shu faoliyatdan ko’zda tutilgan maqsadlarni to’liq amalga oshirish imkoniyatini beruvchi yaxlit tizimga, ya’ni texnologiyalarga aylanib bormoqda. Xuddi shu kabi ta’lim-tarbiya sohasida ham so’nggi yillarda ta’lim texnologiyalari faol tarzda amal qila boshladi.
Ma’lumki, ta’lim-tarbiya jarayoni katta avlod tomonidan o’z bilim va tajribalarini o’sib kelayotgan avlodga o’rgatishdan iborat bo’lib, bu jarayonda, asosan, inson hayoti uchun zarur axborotlarni avloddan- avlodga uzatish amalga oshiriladi. Inson hayoti axborotlar bilan chambarchas bog’liq. Insonning har bir harakati axborot olish va uzatish yoki undan foydalanish, o’rganish, o’zlashtirish, saqlash va boyitishdan iborat. Shuning uchun ham hozirgi insoniyat sivilizatsiyasi axborot sivilizatsiyasi deb ataladi. XXI asrni ham bejizga axborot asri deb atashmagan. “Sivilizatsiya – axborotni to’plash, tahlil qilish va undan foydalanish hamda atrof-muhit va o’zi haqida axborot yaratish uchun eng ko’p ma’lumot olishga qodir bo’lgan moddaning yuqori turg’un holatidir”. Bu ta’rifdan axborotni avloddan-avlodga uzatishning, ya’ni ta’lim- tarbiya ishining ahamiyati qanchalik muhim ekanligi ko’rinib turibdi. Ya’ni, ta’lim-tarbiya sivilizatsiyaning mavjudlik sharti hisoblanadi. Texnologiya so’zi (yunon. “texno” – san’at, mahorat, malaka, “logos” – fan, ta’limot, tushuncha, fikr, ma’no) so’zi ishlab chiqarishda yangi sifat va miqdor o’zgarishlariga olib keluvchi samarali usullar yig’indisi, tizim ma’nosida qo’llaniladi. Ta’limni texnologizatsiyalashtirish – ta’limni rivojlantirish masalalarini sifatli hal qilish, ta’lim maqsadlariga erishishda o’qitish jarayonini o’qituvchining shaxsiy mahoratiga bog’liqbo’lmagan holda universal tarzda loyihalashtirishni bildiradi. Ta’lim texnologiyasining turli xil ta’riflari mavjud bo’lib, larning ayrimlarini ko’rib chiqamiz: Texnologiya – biror ishda, mahoratda, san’atda qo’llaniladigan usullar, yo’llar yig’indisi (Izohli lug’at). Texnologiya – ishlov berish, holatni o’zgartirish san’ati, mahorati, qobiliyati va metodlar yig’indisi (V.M.Shepel). Pedagogik texnologiya – o’qitishning, ta’limning shakllari, metodlari, usullari, yo’llari, tarbiyaviy vositalarning maxsus yig’indisi va komponovkasi (joylashuvi)ni belgilovchi psixologik va pedagogik tartiblar (ustanovka)lar majmuasi; u pedagogik jarayonning tashkiliy- uslubiy vositalaridan iborat (B.T.Lixachev). Pedagogik texnologiya – rejalashtiriladigan ta’lim natijalariga erishish jarayoni tavsifi (I.P.Volkov). Ta’lim texnologiyasi – didaktik tizimning tarkibiy jarayonli qismi (M.Choshanov). Pedagogik texnologiya – o’quvjarayonining o’quvchilar va
o’qituvchi uchun so’zsiz qulay sharoitlar ta’minlashni loyihalash, tashkil qilish va o’tkazish bo’yicha hamma detallari o’ylab chiqilgan birgalikdagi pedagogik faoliyat modeli (V.M.Monaxov). Pedagogik texnologiya – bu butun o’qitish va bilimlarni o’zlashtirish jarayonida o’z oldiga ta’lim shakllarini samaradorlashtirish vazifasini qo’yuvchi texnik hamda shaxs resurslari va ularning o’zaro aloqasini hisobga olgan holda bilimlarni yaratish, qo’llash va belgilashning tizimli uslubidir (YuNeSKO). Pedagogik texnologiya – pedagogik maqsadlarga erishish uchun foydalaniladigan barcha shaxsiy imkoniyatlar, jihozlar va metodologik vositalarning tizimli yig’indisi va ularning amal qilish tartibini bildiradi (M.V.Klarin).
Pedagogik texnologiya– bu tizimli fikr yuritish usulini pedagogikaga singdirish, boshqacha qilib aytganda, pedagogik jarayonni muayyan bir tizimga keltirishdir (T.Sakomoto). Pedagogik texnologiyaning mohiyati didaktik maqsad, talab etilgan o’zlashtirish darajasiga erishishdan iborat bo’lib, uni tatbiq etishni hisobga olgan holda ta’lim jarayonini ilgaridan loyihalashtirishda namoyon bo’ladi (U.Nishonaliev). Ushbu aytilganlar asosida ta’lim texnologiyasining keng ko’lamli, serqirra tushuncha ekanligini hisobga olgan holda quyidagi umumlashtirilgan ta’riflarini keltirish mumkin: Ta’lim texnologiyasi axborotlarni o’zlashtirish, ulardan amalda foydalanish, ulardagi yangi ma’no-mazmunlarni hamda axborotlar orasidagi turli bog’liqliklarni ochish orqali yangi axborotlar yaratishga o’rgatish jarayonidan iborat. Aniq ilmiy loyihalashtirilgan, samarali natijani kafolatlovchi, takrorlana oluvchi, ma’lum vaqt va shart- sharoitlarda tashkil etiluvchi pedagogik harakatlar tizimidir. Pedagogik texnologiya – ta’lim metodlari, usullari, yo’llari hamda tarbiyaviy vositalar yig’indisi; u pedagogik jarayonning tashkiliy- uslubiy vositalari majmuidir. Ta’lim texnologiyalari nazariy fan sifatida pedagogika fanlarining alohida yo’nalishini tashkil etib, o’z maqsadi, vazifalari, muammolari, metodologiyasi va boshqa nazariy asoslarga ega.
Ta’lim texnologiyalari fanining maqsadi – ta’lim-tarbiya tizimida yangi ilg’or g’oyalarni, ta’lim innovatsiyalarini tatbiq etish, pedagogik jarayonni tashkil qilish va boshqarishga nisbatan noan’anaviy yondoshgan holda uning sifatini yanada oshirishning strategik yo’llarini izlashdan iborat. Ta’lim texnologiyalari qisqa vaqt mobaynida, talabaning kuchini iqtisod qilgan holda erishish lozim bo’lgan natijalarni ta’minlashni, sohaga oid innovatsiyalarni kirita oluvchi novator mutaxassislarni shakllantirishni o’z oldiga maqsad qilib qo’yadi. Bunday maqsad bugungi kun shart-sharoitlaridan kelib chiqqan holda belgilangan. Talabaning yelkasiga tushayotgan katta axborot yuki va bo’lajak mutaxassislarga qo’yilayotgan talablar tizimini kengayib borishi aynan shunday maqsadni ilgari surishni taqazo etmoqda. Ushbu maqsaddan kelib chiqqan holda fanning vazifalari belgilanadi, ular ta’lim maqsadlari va ularni amalga oshirish shartlari bilan bog’liq bo’lgan pedagogik vazifalardan kelib chiqadi: – ta’lim oluvchilarning fikrlash qobiliyatlarini, bilish faoliyatini, ijodiy qobiliyatlarini rivojlantirish; – ularda mustaqil ishlash, izlanish hamda o’z-o’zini rivojlantirish ko’nikma va malakalarini shakllantirish; – ta’lim oluvchilarning individual qobiliyatlarini rivojlantirish uchun imkon yaratish va individual ehtiyojlariga ko’ra ta’limni tashkil etish; – o’z-o’zini anglash, aniq maqsad qo’yish, faoliyatga va kasbga ongli yondoshuvni shakllantirish; – muammolarni hal qilish yo’llarini aniqlash malakalarini rivojlantirish; – jamoada ishlash malakalarini shakllantirish; – maqsadga muvofiq holda AKT, internet bilan ishlashni o’rganish; – yangi samarali texnologiyalarni ishlab chiqish; – texnologik jarayon mexanizmlarini yanada takomillashtirish; – o’quv jarayonini optimallashtirish yo’llarini aniqlash; – pedagogik texnika usullarini tanlash va qo’llash, pedagogik mahorat asoslarini egallashdan iborat.
Ta’lim texnologiyalari fanining predmeti – yangi pedagogik tizimlarni loyihalashtirish va ta’lim-tarbiya amaliyotiga tatbiq etishning pedagogik asoslarini yaratish, ularni boshqarish hamda muvaffaqiyatli amalga oshirish shartlarini aniqlash.
Müasir təlim texnologiyaları
Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarakteristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.
Hazırkı dövrdə Azərbaycanın təhsil sistemində zəruri islahatın aparıldığı bir şəraitdə tədris proqramlarının təkmilləşdirilməsinə, yeni dərsliklərin yazılmasına böyük ehtiyac duyulur. Dünyada gedən qloballaşma və Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası təhsil sistemində yeni təlim texnologiyalarından, fəal və interaktiv təlim metodlarından, yeni texnologiyalardan istifadə edilməsini tələb edir. Bu baxımdan, “Müasir təlim texnologiyaları” fənni üzrə hazırladığımız dəsr vəsaiti (mühazirə xülasələri) aktuallığı ilə seçilir. Bu vəsait “Məktəbəqədər və ibtidai təhsilin pedaqogika və metodikası”, “Pedaqogika və psixologiya” ixtisasları üzrə təhsilin bakalavr pilləsi üçün hazırlanmışdır.
Vəsaitdə müasir təhsil metod və texnologiyalardan istifadənin nəzəri və təcrübi məsələlərindən geniş bəhs olunmuşdur. Burada pedaqoji texnologiyalara tarixi-nəzəri baxış, təlim texnologiyaları haqqında anlayış, təlim texnologiyalarının struktur və funksional komponentləri, təlim texnologiyalarının yaradılması və tətbiqi prinsipləri, fəal və interaktiv təlim metodları, habelə tərbiyə texnologiyaları kimi aktual problemlərin təhlilinə xüsusi diqqət yetirilmişdir. Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarakteristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır. Həmçinin, vəsaitdə pedaqoji texnologiyalarla təlim prosesinin idarə olunmasına, təlim texnologiyalarnın spesifik əlamətlərinə diqqət yetirilmişdir. Ən nəhayət, vəsaitdə nəzərdə tutulmuş hər bir ayrı-ayrı mövzunun sonunda istifadəsi zəruri sayılan ən vacib pedaqoji-psixoloji ədəbiyyatın siyahısı verilmişdir.
Dərs vəsaitindən bakalavr təhsili alan tələbələrlə yanaşı magistrlər, habelə pedaqoji ictimaiyyət də faydalana bilər.
Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik
2. Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik.
İnkişaf etmiş Qərb dövlətlərinin təhsil sistemində istifadə edilən aktiv və ya interaktiv təlim metodlarından respublikamızın təhsil müəssisələrində yüksələn xətlə istifadə edilməkdədir.
Bu metodların şagird şəxsiyyətinin formalaşdırılmasında xüsusi yeri vardır. Təlimi humanistləşdirmədən, humanitarlaşdırmadan, demokratikləşdirmədən şagird şəxsiyyətini formalaşdırmaq olmaz. Təlimin humanistləşdirilməsi prinsipi sosial, bəşəri və mədəni ideyalara xidmət edir. “Məlum olduğu kimi islahatın əsas mahiyyətini təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokratikləş- dirilməsi, diferensiallaşdırılması və inteqrasiya kimi prinsiplər təşkil edir. Bu prinsiplər isə milli zəminə, bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasının, təhsil alanın şəxsiyyət kimi formalaşdırılması üçün onun təlim-tərbiyə prosesinin bərabər hüquqlu subyektinə çevrilməsini bir vəzifə kimi qarşıya qoyur”. Yeni təlim texnologiyalarında şagirdlərin intellektual, mənəvi cəhətdən inkişaf etdirilməsi ön plana keçirilir. Yeni texnologiyaların təlimdə tətbiqi şagirdlərin öz fikirlərini aydın, məntiqi ardıcıllıqla ifadə etmələrinə şərait yaradır. Bu metodlar şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafını təmin etməklə, onlarda yüksək ünsiyyət mədəniyyəti formalaşdırır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya iclasınınn materiallarında göstərilir: “Fasiləsiz təhsil konteksində şəxsiyyətin, kamil insanın hazırlığı üzrə dünya təcrübəsinə inteqrasiya prinsipi zəruri faktor kimi qəbul edilməli, həmin istiqamətdə konkret fəaliyyət həyata keçirilməlidir“ (3,səh.4-52). Bu şagirdləri müəyyən qədər fəallaşdıran, təlimdə müvəffəqiyyət qazanmağa imkan verən ənənəvi təlim metodlarından bütövlükdə imtina etmək demək deyildir. Ənənəvi metodların müsbət cəhətlərindən istifadə edərək yeni yanaşmanın, yeni təlim texnologiyalarının, innovasiyaların pedaqoji, psixoloji əsaslarını işləmək və nəticəyönümlü, şagirdə istiqamətlənmiş təlim-tərbiyə prosesinin elmi əsaslarının müasir tələblərə uyğun araşdırmaların aparılması təhsil sisteminin qarşısında duran ən aktual problem kimi qiymətləndirilir.
Təlim metodlаrı təlimdə müəyyən məqsədə nail olmaq üçün müəllim və şagirdlərin fəaliyyətinin nizama salınması qaydasıdır. Təlim metodları dedikdə, məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür. Pedaqoji ədəbiyyatda metod anlayışı müəllimin və ya şagirdlərin fəaliyyətinə aid edilir. Müəllimin fəaliyyəti ilə bağlı olan metodlar tədris metodları, şagirdlərin fəaliyyəti ilə bağlı olan metodlar isə öyrənmə metodları adlanır. Müəllim və şagirdlərin birgə fəaliyyəti ilə bağlı olan metodları təlim metodları kimi işlətmək lazımdır. Təlim metodları strukturunda priyomları (tərzləri) da fərqləndirmək lazımdır. Priyom metodun elementidir, onun tərkib hissəsidir, metodun tətbiqində ayrıca addımdır.
Təlim metodu mürəkkəb, çoxparametrli bir anlayış olmaqla, təlimin məqsədini, məzmununu, qanunauyğunluqlarını, prinsiplərini səmərəli həyata keçirmək üçün istifadə olunur. Təlimin məqsədinin, məzmununun keyfiyyətlə icrası seçilmiş metodların praktik imkanlarından asılıdır. Bu imkanları məhz metodlar təmin edir və didaktik sistemin inkişaf sürətinə təkan verir. Təlimdə tətbiq edilən metodlar inkişafa nə qədər çox şərait yaradarsa, təlimin səmərəsi də bir o qədər yüksək olаr.
Bu mənada interaktiv təlim metodları üstünlük təşkil edir.
İnkişafetdirici, nəticəyönümlü təlim əsas üç funksiyanı yerinə yetirdiyindən, bunlar təlim-tərbiyə prosesində nəzərə alınmalıdır:
- pedoqoji – buraya şagirdin təlimlə bağlı inkişafına təsir göstərən amilləri: mikromühiti, kommunikasiyaları, şəxsi təcrübə və metodları;
- psixoloji – buraya təlim nəticələrinin mənimsənilməsini təmin edən şagirdlərin psiхoloji imkanları: səyi, marağı, xarakterik xüsusiyyətləri;
- sosial – buraya əxlaq, əmək, elm, incəsənət, din və s. ilə əlaqədar bilik və bacarıqların verilməsi daxildir.
Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı yeni təlim metodlarından, təlim texnologiyalarından istifadənin elmi, pedaqoji – psixoloji əsaslarının işlənilməsini əsas problem kimi qarşıya qoymuşdur. Təhsil sistemində yeni təlim texnologiyalarının tətbiqi təlim prosesinin səmərəliliyini, keyfiyyətini yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki:
– tədris prosesi nəticəyönümlü proses olduğundan, məqsədi əvvəlcədən müəyyənləşdirilmiş və şagirdə istiqamətlənmiş təlim həyata keçirilməlidir;
– tədris və təlim bir-biri ilə sıx bağlı olduğundan daim qarşılıqlı əlaqədə götürülməlidir;
– tədris prosesi hər birinin öz rolu və statusu olan bir neçə fərdlərin əməkdaşlığından irəli gələn sosial bir proses olub inkişaf rejimində fəaliyyət göstərməlidir;
– tədris prosesi qarşılıqlı əlaqələrin xarakterindən, mühitin xüsusiyyətlərindən, təhsil müəssisələrinin əhatəsindən asılı olub onların daxili quruluşundan irəli gələn verbal və sensor davranışların məcmusunu özündə birləşdirməlidir (22, səh.3-52).
Müəllimlər yeni texnologiyalardаn istifаdə еtməklə dərsləri daha maraqlı edən, şagirdləri, əsasən, sağlam mühakimələr irəli sürməyə, sonradan real həyata tətbiq edəcəkləri məzmunu başa düşməyə yardım edən mühüm vasitələrə çevirə bilərlər. Deməli, yeni təlim metodları təhsilin məzmununu daha yaxşı mənimsəmək və şagirdlərin müstəqil cavab vermək məqsədi ilə tələb olunan təfəkkür prosesini inkişaf etdirmək üçün çox faydalıdır.
Yeni təlim texnologiyalarının üstün cəhətlərini prof. Ə.Ağayev belə göstərir: “. dərs tam fəallıq şəraitində keçir, təkcə müəllim deyil, şagirdlər də yaradıcılıq axtarışında olurlar, müstəqil düşüncə tərzi formalaşır, təşəbbüskarlıq, yeniliyə meyllilik güclənir” (4, səh.39-47).
Təlim prosesini aktivləşdirmək üçün düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək və öyrənməyə maraq yaratmaq məqsədini güdən müəllim, şagirdi təlimə cəlb edəcək müəyyən metod, texnika və proseduralardan istifadə etməlidir. Şagird təliminin fəal iştirakçısı olmaq üçün hazırlanmalıdır. Müəllim şagirdə dünyanı başa düşməkdə və qazandığı bilikləri real həyat şəraitinə tətbiq etməkdə yardım göstərməlidir. Yeni texnologiyalar tədris strategiyasının yerinə yetirilməsinə istiqamətləndirildiyindən, onlar nəzərdə tutulmuş təlim məqsədlərinə nail olmaqda əsas alət rolu oynayır.
Yeni texnologiyalar bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənir: şagirdlərin tədqiqat fəaliyyətinə cəlb edilmələri, müəllim tərəfindən problemli şəraitin yaradılması, biliklərin şagirdlər tərəfindən müstəqil əldə edilməsi və s. Qeyd edilən xüsusiyyətlər bəzi ənənəvi təlim metodlarında da olmuşdur, lakin yeni təlim metodları bütövlükdə göstərilən xüsusiyyətlərə əsaslanır.
- təfəkkürün inkişafına səbəb olacaq konstruktivizmə;
- şagirdlərin sosial inkişafına səbəb olacaq kooperativ təlimə;
- biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına;
- bilik və bacarıqların müstəqil şəkildə əldə edilməsinə;
- müəllimin təşkilatçı, koordinator, bəzi hallarda arbitr rolunda çıxış etməsinə.
Yaradıcı (konstruktiv) mühitin təmin edilməsi üçün müəllim aşağıdakılara əməl etməlidir:
– bilik vermək yox, biliyi əldə etməyə həvəs yaratmalı;
– hazır cavablı suallar yox, problemli suallar verməli;
– öyrənənin gələcək inkişafını təmin etməli ;
– informasiya verməkdənsə, öyrənəni biliklərin əldə edilməsi prosesinə cəlb etməli;
– öyrənmə prosesini düzgün planlaşdırmalı.
Kooperativ (əməkdaşlıq əsaslı) təlimdən fərqli olaraq ənənəvi didaktikada təlim tapşırıqlarının üç formada verilməsi göstərilir: frontal, qrup, fərdi.
Yeni təlim texnologiyalarının tətbiq edildiyi dərslərdə qrup forması üstünlük təşkil edir. Burada mahiyyət də dəyişir, qrupu təşkil edən şagirdlər qarşılıqlı ünsiyyət, mülahizə zəminində verilmiş tapşırığı icra edirlər.
Kooperativ təlim zamanı şagirdlər yalnız birgə fəaliyyət göstərdikləri digər şagirdlərlə eyni vaxtda öz məqsədlərinə çata bilərlər.Kooperativ əsaslı öyrənmə təlim tapşırığının elə təşkilini tələb edir ki, şagirdlər dərsin məqsədinə özünün və kiçik qruplardakı yoldaşlarının səyləri nəticəsində nail olsunlar. Kooperativ təlimə aid öyrənmə modeli D.Conson və R.Conson tərəfindən yaradılmışdır. Onlar kooperativ öyrənməyə daxil edilməli beş komponent müəyyən etmişlər:
- müsbət qarşılıqlı asılılıq (şagirdlər səmərəli nəticələrə nail olmaqla digər qrup üzvlərindən eyni dərəcədə, qarşılıqlı şəkildə asılı olduqlarını bilməli və buraya məqsəd, tapşırıq, ehtiyat (material, məlumat), rol, mükafat, qarşılıqlı asılılıqlar daxil edilməlidir);
- şagirdlərin üz-üzə qarşılıqlı fəaliyyəti;
- fərdi məsuliyyət (hər qrup üzvü məsuliyyət barədə aydın təsəvvürə malik olmalıdır);
- şagirdlərin müvafiq şəxsiyyətlərarası və kiçik qrup bacarıqları ilə təlimatlandırılması (qrupdaxili davranış qaydaları);
- qrupun fəaliyyəti (şagirdlərin qrupun necə işləməsini qiymətləndir- mək, üzvlərin işlərinin faydalı olub-olmamasını müzakirə etmək üçün vaxtı olmalıdır).
Yeni təlim texnologiyaları əsasında tədris edilən dərslərdə müəllimin rolu texnologiyaya aşağıdakı sxemdə göstərilən funksiyaların yerinə yetirilməsi ilə bağlı daxil edilə bilər (sxem 1.2.):
Sxemdən görünür ki, müəllimin funksiyalarına dizayner anlayışı da daxil edilmişdir. Burada dizayner müəllimin təhsil prosesinin məzmunu ilə bağlı kurikulumlara uyğun mövzu və onun məzmununun müəyyənləşdirməsi, onu şagirdlərin imkanlarına uyğunlaşdırması mənasında başa düşülməlidir.
Müəllimin fasilitasiya bacarıqlarına aşağıdakılar daxildir:
- müəllim və şagirdlərin birgə əməkdaşlığı,
- onların qarşılıqlı hörmət və etibarı,
- şagirdlərin olduqları kimi qəbul edilməsi və müəllim tərəfindən onların daim dəstəklənməsi,
- şagirdlərin qaqbiliyyətlərinə inam,
- təfəkkürün stimullaşdırılması,
- şagirdlərdə öyrənmə stimulunun və motivasiyasının yaradılması,
- onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması.
Portfolio – şagirdlərin təlim müvəffəqiyyətini və inkişafını öyrənməkdə portfoliosuna diqqət yetirmək vacibdir. Portfolio müəyyən vaxt ərzində şagirdlərin öyrənmə müvəffəqiyyətlərini sənədlərlə sübut etmək və nümayiş etdirmək üçün onun işlərinin toplusudur. Digər peşə sahibləri portfolio hazırladıqları kimi şagirdlərdən də öz bilik və vərdişlərinin müxtəlif aspektlərini nümayiş etdirən portfolio hazırlamaq tələb olunur. Bəzi müəllimlər şagirdlərin seçməli olduğu məsələləri təfsilatı ilə göstərir, digərləri isə şagirdlərin müstəqil qərar qəbul etməsinə icazə verirlər. Portfolioları düzgün yoxlamaq və qiymətləndirmək müəllimlər üçün çətindir, lakin ideyanın tərəfdarlarının əqidəsinə görə onlar şagirdləri düşünməyə sövq edir. Bu test qiymətlərinə nisbətən daha əyani və dəqiqdir.
Ənənə və müasirlik.
Ənənəvi təlim metodları müxtəlif pedaqoqlar tərəfindən müxtəlif cür təsnif edilmişdir.Aşağıdakı nümunələrə diqqət yetirək:
I. Q.Şukinaya görə: a) Məlumatverici – inkişafetdirici təlim metodları: şifahi şərh (nəql, izah, məktəb mühazirəsi); müsahibə, kitab üzərində iş.
b) Evristik (axtarış xarakterli) təlim üsulları: Evristik müsahibə, disput, müsahibə, problemli təlim, tədqiqatçılıq.
c) reproduktiv təlim üsulları (təkrar, nümunə üzrə iş, və s.)
II. Ü.Lerner və M.N.Skatninə görə:
3. problemli şərh,
4. qismən axtarış (evristik)
Yeni təlim texnologiyalarının təxminən, aşağıdakı növləri vardır: Blok fənlər, müzakirə xəritələri, kub, əqli hücum, klaster, Venn dioqramı, karusel strategiyası, dəyirmi masa, ziqzaq, insert metodu, t-sxem, sementik əlamətlərin təhlili, BİBÖ və s.
Pedaqoji ədəbiyyatda mövcud olan təlim metodları ilə yeni təlim texnologiyalarının müqayisəsi, müqayisə nəticəsində aparılmış analiz deməyə imkan verir ki, ənənəvi təlim metodları ilə interaktiv təlim metodları arasında fərqli və oxşar cəhətlər vardır. Oxşar və fərqli cəhətləri yeni təlim texnologiyası olan Venn dioqramı ilə aşağıdakı kimi vermək olar (Cədvəl 1.1):
Ənənəvi təlim metodları ilə yeni təlim texnologiyaları arasındakı oxşar və fərqli cəhətlər:
Fərqli
2.Bu metodlar əsasında təşkil edilən dərslərdə müəllim aktiv, şagirdlər passiv olur.
3.Şagirdlərin təlim fəaliyyəti müəllim tərəfindən qiymətləndirilir.
4.Müəllim-şagird, şagird-şagird arasında ünsiyyət yüksək səviyyədə olmur.
5.Şagird şəxsiyyətinin formalaşdırılmasına diqqət yetirilmir.
6.Müəllim avtoritar funksiya daşıyır.
2.Mövzuların tədrisi eyni proqram tələblərinə istinadən həyata keçirilir.
3.Şagirdlərin təlim fəaliyyəti qiymətləndirilir.
4.Dərsin davam etmə müddəti eynidir (əsasən)
2. Belə dərslərdə şagirdlərin müstəqil bilik əldə etmələri üçün şərait yaradılır.
3. Yeni təlim texnologiyaları əsasında keçilən dərslərdə şagirdlər aktiv (fəal), müəllim passiv olur.
4. Şagirdlərin təlim fəaliyyəti onların özləri tərəfindən qiymətləndirilir.
5. Belə dərslərdə humanizm və demokratiya bərpa olunur.
6. Şagirdlər təlim-tərbiyənin subyektinə çevrilirlər.
7. Şagirdlərin vətəndaş kimi formalaşdırılmasına şərait yaranır.
8. Şagirdlərin yaradıcılıq qabiliyyətini formalaşdırmaq mümkün olur.
Yeni təlim texnologiyaları ənənəvi texnologiyalardan fərqli məzmuna malik olduğu kimi fərqli təşkili formalarına da malikdir. Yeni təlim texnologiyaları qrup (müxtəlif tərkibli), cütlərlə iş, dəyirmi masa və s. kimi təşkil etmə formalarına malikdir. Hər bir dərs üçün seçilən forma veriləcək biliyin məzmunu ilə müəyyən edilir.
Yeni təlim texnologiyalarına əsasən təşkil edilən dərslər etaplarına (və ya mərhələlərinə) görə də ənənəvi dərslərdən fərqlənir (Cədvəl 1.2).
- Motivasiya
- Təqdimetmə (öyrənmə)
- İzahetmə.
- Nəticənin çıxarılması.
- Təkmilləşdirmə (və ya tətbiqetmə).
- Qiymətləndirmə.
Tədqiqetmə(öyrənmə). Bu mərhələdə şagirdlər mövzunun və ya fikrin tədqiq edilməsinə cəlb edilirlər. Şagirdlər problemlə əlaqədar birlikdə müzakirə aparıb fikirlər irəli sürürlər. Müəllim bu zaman fasilitator (köməkçi) və müşahidəçi rolunda çıxış edir. Zəruri hallarda, anlayışlara aydınlıq gətirmək üçün suallar verir, şagirdləri problemin mahiyyətinə doğru istiqamətləndirir.
İzahetmə. Bu mərhələdə anlayışlar, onların məzmunu ortaya çıxarılır, bunlara uyğun söz bazası formalaşır.
- Mövcud olan biliklərdən öyrənilməli biliklərə keçid formalaşır.
- Konkretdən abstrakta və ya ümumi nəticə çıxarmağa səy edilir.Bu mərhələdə müəllim müşahidəçi olur.
Təkmilləşdirmə ( və ya tətbiqetmə). Bu mərhələdə şagirdlər tədqiq etdikləri mövzunun tətbiq edilməsi istiqamətində fəaliyyət göstərirlər. Yekunda müəllimin rəhbərliyi ilə şagirdlərin fəaliyyətinin öyrədilməsi bilik və ya anlayışlar ilə bağlılığı müzakirə edilir.
Qiymətləndirmə. Qiymətləndirmə təsviri, formativ (prosesdaxili), summativ (yekun və ənənəvi qiymətləndirmələr) elementlərdən ibarət ola bilər. Qiymətləndirmə fasiləsiz olaraq tədris boyu davam edir.
Ənənəvi təlim metodları və yeni təlim texnologiyaları əsasında tədris edilən
dərslərin analogiyası, fərqli cəhətləri:
2.Evə verilmiş tapşırıqların soruşulması.
3. Keçilmiş mövzu ilə yeni keçilməli mövzu arasında əlaqənin yaradılması.
4. Yeni mövzunun şərhi.
5.Yeni mövzunun möhkəm-ləndirilməsi.
6. Şagird biliyinin qiymətlən-dirilməsi və ev tapşırıqlarının verilməsi.
2. Şagirdlərin tərkibi dəyişmir.
3. Dərslər üçün ayrılmış vaxt eynidir ( əsasən).
4. Şagirdlərin təlim fəaliyyəti qiymətləndirilir.
2. Tədqiqatın təşkili.
3. Tədqiqatın mübadiləsi.
4. Nəticənin çıxarılması.
5. Nəticənin tətbiqi.
6.Refleksiya və ya qiymət-ləndirmə
3. Yeni təlim texnologiyalarının prinsipləri.
Təlim prosesi mürəkkəb prosesdir. Onun məqsədəuyğun şəkildə təşkili vacibdir. Təlimin məqsədəuyğun təşkilində prinsiplər mühüm rol oynayır.
Didaktika təlim nəzəriyyəsi olmaqla təlimin obyektiv qanunlarını, qanunauyğunluqlarını aşkara çıxarır, onlardan istifadə yollarını müəyyənləşdirir. Təlim prinsipləri təlim qanunlarından irəli gəlir.
Prinsip didaktikanın qanunlarına uyğun təlim fəaliyyətini təşkil etmək üçün qəbul edilmiş ideyalar toplusudur. Prinsip dedikdə həmçinin didaktikada mövcud olan qanunlardan istifadə etmək, fəaliyyəti həmin qanunların tələblərinə uyğun şəkildə təşkil etməkdir.
Təlim prinsipləri didaktikanın mühüm vəzifələrinin həyata keçirilməsinə xidmət edir. Prinsiplər müəllimin qarşısına elə vəzifələr qoyur ki, o bunlara əməl etməklə şagirdlərin yüksək tədris uğuruna nail olur.
Təlim zamanı müəllimin fəaliyyətinin ümumi istiqamətini müəyyən edən prinsiplər pedaqoji ədəbiyyatda müxtəlif cür təsnif edilir.
V.A.Slasteninin digər müəlliflərlə birgə yazdığı “Pedaqogika ” dərsliyində təlim prinsiplərinin aşağıdakı kimi təsnifi verilmişdir: Elmilik; tərbiyəedici təlim; təlimin tətbiqi; təlimin ardıcıllığı və sistemliyi; təlimdə fərdi yanaşma; təlimdə yaşauyğunluq; təlimdə yaradıcı inkişafın təmin edilməsi; təlimin çətinlik dərəcəsinin nəzərə alınması; əyanilik; mürəkkəblik dərəcəsindən asılı olaraq mövzunun imkana uyğunlaşdırılması prinsipi (36,səh 169).
Y.K.Babanski təlim prinsiplərinin aşağıdakı kimi təsnifini vermişdir: elmilik; təlimin həyatla əlaqələndirilməsi; sistematiklik və ardıcıllıq; əyanilik; təlim prosesində müxtəlif metodlardan istifadə etmə, təlimin asan (anlaşılıqlı) mənimsədilməsi prinsipi (35,səh 215).
B.Əhmədova görə təlimin aşağıdakı prinsipləri vardır: təlim materialının onun məqsədi zəminində seçilməsi; təlim vasitələrinin onun məzmunu zəminində seçilməsi; təlim metodlarının onun vasitələri zəminində seçilməsi; təlimdə şagirdin imkanının nəzərə alınması; elmilik; şüurluluq; fəallıq və müstəqillik; sistematiklik və ardıcıllıq; fənnin daxili məntiqinin gözlənilməsi; biliyin möhkəm mənimsədilməsi; reproduktiv və produktiv təfəkkürün vəhdəti; biliklə fəaliyyətin birliyi və s.
Prinsiplərin təsnifatı ilə əlaqədar göstərdiyimiz nümunələr əsasında onu demək olar ki, istər ənənəvi, istərsə də müasir pedaqoji ədəbiyyatda təlim prinsipləri öz həllini tam tapmışdır. Ona görə ki, pedaqoqlar prinsiplərə müxtəlif aspektlərdən yanaşırlar. Mütləq olanı odur ki, təlim prosesində müəyyən mexanizm vardır, onu bilməsək bu prosesdə məqsədə nail ola bilmərik, bilsək də keyfiyyətli təlim ola bilməz. Təlimdə müvəffəqiyyət qazanmağa imkan verən mexanizm təlim prinsipləridir. Təlim metodları və ya texnologiyaları dəyişsə də bunlara uyğun prinsiplər həmişə olacaqdır.
Yeni təlim texnologiyaları əsasında həyata keçirilən təlim prosesinin də özünə məxsus prinsipləri vardır. Bu prinsipləri iki yerə qruplaşdırmaq olar:
- Şagirdi rəqabətəqabil , sosial, hərtərəfli inkişaf etdirməyə xidmət edən təlim-tərbiyə prinsiplərinə;
- İnteraktiv təlim zamanı rəhbər ideyalar kimi qəbul edilməli prinsiplərə.
tərbiyə prinsipləri “Azərbaycan Respublikasında Təhsil İslahatı Proqramı”nda öz əksini tapmışdır. Bunlar aşağıdakılardır.
- Demokratikləşdirmə – təhsil prosesinin demokratikləşdirilməsində maraqlı olan bütün tərəfləri, dövlət strukturları və ictimaiyyət nümayəndələrini (müəllimləri, şagirdləri, valideynləri) təhsil prosesinə fəal iştirak etməyə cəlb etmə deməkdir; tədris müəssisəsinin “şəffaflığı” prinsipinin həyata keçirilməsidir.
- Humanistləşdirmə – təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişilməsini nəzərdə tutur, o cümlədən yaradıcı inkişaf qabiliyyətli və humanist yönümlü şəxsiyyətin formalaşdırılması; əqli və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olmayaraq şagirdin şəxsiyyəti- nə hörmətlə yanaşma; şagirdin qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin yaradılması.
- Diferensiallaşdırma – təlimin diferensiallaşdırılması şagirdlərin imkanlarının nəzərə alınması ilə qurulur.
- Fərdiləşdirmə – təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi maraq və tələbatlar- ının nəzərə alınmasıdır.
- İnteqrasiya – təhsilin inteqrasiyası fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vəcibliyini nəzərdə tutur.
- Humanitarlaşdırma – təhsilin humanitarlaşdırılması şəxsiyyətin yaradıcı inkişaf prosesininşərti kimi çıxış edir və təhsilin məzmununun formalaşma- sına yeni yanaşmanı nəzərdə tutur. Bu ümumbəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artmasını, öz xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin dəyərləri ilə tanışlığı ifadə edir(31,səh.141).
Comments are closed, but trackbacks and pingbacks are open.