Nazirlik: “İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir”
Bununla əlaqədar, payız ağacəkmə mövsümündə ölkəmizdə meşələrin artırılması, baramaçılığın, arıçılığın inkişafı və iqlim dəyişmələri fonunda götürülmüş beynəlxalq öhdəliklərə uyğun olaraq karbon qazının udulması məqsədilə əsas tərəfdaş qurumlar, beynəlxalq təşkilatlar, Kənd Təsərrüfatı Nazirliyi, Ekoloji İctimai Şuranın üzvləri və ekokönüllülər ilə birlikdə meşəbərpa, meşəsalma tədbirlərinin həyata keçiriləcəyi bildirilib.
Fəlsəfə, onun predmeti və cəmiyyətin mənəvi inkişafı
İnsan biliyinin ən mürəkkəb və şətin sahəsi olan fəlsəfənin anlayış mənşəyi yunan dilindəki sözlərinin birləşməsi ilə əlaqədardır. «Fileo»-(sevirəm) və «sofia» (hikmət). Cəm halda «hikməti sevənlər». Bu anlayışı ilk dəfə qədim yunan riyaziyyatçısı və filosofu Pifaqor (e.ə. 580-500) işlətmişdir. Lakin bu anlayış Avropa elminə Platonun adı ilə daxil olmuşdur.
Platon özünün «Akademiya» məşğələlərində fəlsəfənin əbədi və mütləq həqiqətin dərk edilməsi yollarını göstərən elm adlandırmışdır. Aristotel isə fəlsəfənin vəzifəsini dünyada, varlıqda ən ümumini dərk etməkdən; predmetini isə varlığın ilkin başlanğıcları və səbəblərini öyrənməkdən ibarət saymışdır. Fəlsəfənin nədən ibarət olması haqqında müxtəlif izahatlar, aforizmlər və təriflər göstərmək olar. Xüsusilə XIX – XX əsrlərdə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın münasibətinin ən ümumi prinsipləri haqqında elm kimi tərif verilmişdir.
Fəlsəfə – insanın gerçəkliyə münasibətini ümumiləşmiş şəkildə əks etdirən ideyalar, prinsiplər və qanunauyğunluqlar haqqında, təbiətin, cəmiyyətin və təfəkkürün mövcudluğu və ən ümumi inkişaf qanunları haqqında elmdir. Fəlsəfə digər elmlərdən öz şıxış nöqtəsinə görə deyil, mühüm məqsədi və nəticəsi mövcud olanlar haqqında qanunlardan, ən ümumi müddəalardan, nəzəriyyələrdən ibarət olmasına görə fərqlənir. Aristotel demişkən: hisslərdə olmayan heş bir şey təfəkkürdə yoxdur.
Fəlsəfi biliyin bütün hallarda ümumini öyrənməsi və tarixi inkişafin müxtəlif dövrlərində qarşıya qoyduğu və həll etdiyi problemlərdən, dünyaya baxışda formalaşan fəlsəfi «paradiqmalardan» (nümunə) ibarətdir. Onlar isə insanın dünyaya münasibətinin, dünyabaxışının inkişaf səviyyəsini, insane idrakının nailiyyətlərinin göstəricisi olmuş, ümumiyyətlə fəlsəfə mədəniyyətini aşkar etmişdir. Bu cür baxışların məcmusu dünyagörüşü anlayışında öz əksini tapır.
Dünyagörüşü insanın dünyaya münasibətində onun təbiət və cəmiyyətə, habelə özünə dair əldə etdiyi, nail olduğu duyğuların, təsəvvürlərin, qavrayışların, ideya və nəzəriyyələrin, əsas prinsiplərin məcmusundan təşkil olunmuşdur.
Dini dünyagörüşünün müxtəlif formalarında gerşəkliyin inikası və insanların təcrübəsi müxtəlif səviyyələrdədir. Onun əhval ruhiyyələr və hisslərdən ibarət olan emosional psixoloji tərəfi dünya duyumunu və ya dünyanın seyr edilməsini təşkil edir. Dünyagörüşü özünün meydana gəlməsi və inkişafının tarixiliyinə, habelə dünyanın inikasının dərəcəsinə görə bir sıra tarixi formalardan ibarət olmuşdur. Onlardan mifoloji, dini, elmi və fəlsəfi dünyagörüşü tiplərini bir-birindən fərqləndirmək mümkündür.
Mifologiya (rəvayət) anlayışı dünyanın ilkin anlamaq üsulu olmaq etibarı ilə bütün xalqların mədəniyyətlərinin əsasını təşkil edən universal ictimai şüur forması olmuşdur.
Dini (pərəstiş) dünyanın bu dünyaya və o dünyaya (axirət) bolünərək ikiləşməsi vasitəsilə anlaşılmasından ibarətdir. Hər cür dini dünyagörüşünün əsasını bu və ya digər müxtəlifliyə malik olan fövqəltəbii qüvvələrə və onun dünyanın quruluşunda və insanların mövcud olmasında əsas rol oynamasına inam və ya etiqad təşkil edir.
Etiqad dini şüurun mövcud olması üsulu olmaqla onun xüsusi əhval-ruhiyyə, hiss – həyəcənlarda üzə çıxan daxili vəziyyətini göstərir. Etiqad və ya inamın xarici təzahürü bərqərqr olmuş ehkamlardan, mərasimlərdən və ayinlərdən ibarət olan sitayişdən ibarətdir. Dünyagörüşünün təbiəti mürəkkəbdir, o, strüktur etibarı ilə üç elementdən: – dini ideyalar və təsəvvürlərdən; dini hisslər və əhval – ruhiyyə tərzlərindən və dini fəaliyyət və ya ayinçilikdən təşkil olunmuşdur.
Fəlsəfədə ən mühüm problemlərdən biri onu əsl mahiyyət məxrəcinə gətirib çıxaran «azadlıq» problemidir.
Azadlıq dərk edilmiş zərurət olmaq etibarı ilə «insan – dünya» münasibətləri sistemində əbədi bir problemdir. Necə ki, insan və dünya mövcuddur, azadlıq da problem kimi, hər an, hər dəqiqə mövcud olacaqdır.
Nazirlik: “İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir”
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ilin ilk altı ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında geniş tərkibli kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 27 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı”ndan irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
İclas zamanı həmçinin çaylarda və su anbarlarında quraşdırılacaq hidroloji suölçmə məntəqələri, ölkə ərazisində hidrogeoloji planlama işlərinin davam etdirilməsi, yeraltı su hövzələrinin axtarışı, meşə ilə örtülü ərazilərin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyalarının keçirilməsi, nadir təbiət komplekslərinə beynəlxalq statusların verilməsi və xüsusi mühafizə olunan təbiət ərazilərindən səmərəli istifadə məsələləri ilə bağlı məruzələr dinlənilib.
Qeyd olunub ki, iqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir, bu baxımdan su ehiyatlarının formalaşmasında xüsusi rola malik olan meşələrin miqyasının artırılması əhəmiyyətli hesab olunur.
Bununla əlaqədar, payız ağacəkmə mövsümündə ölkəmizdə meşələrin artırılması, baramaçılığın, arıçılığın inkişafı və iqlim dəyişmələri fonunda götürülmüş beynəlxalq öhdəliklərə uyğun olaraq karbon qazının udulması məqsədilə əsas tərəfdaş qurumlar, beynəlxalq təşkilatlar, Kənd Təsərrüfatı Nazirliyi, Ekoloji İctimai Şuranın üzvləri və ekokönüllülər ilə birlikdə meşəbərpa, meşəsalma tədbirlərinin həyata keçiriləcəyi bildirilib.
Genişmiqyaslı aksiya zamanı meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq üçün açıq meşə ərazilərində əsasən meşəcinsli ağacların əkilməsinin mühüm rol oynayacağı vurğulanıb, təklif və tövsiyələr dinlənilib.
Daha sonra Hirkan meşələrinin YUNESKO-nun təbii irs siyahısına salınması və Zaqatala Biosfer Qoruğunun yaradılması istiqamətində görülmüş və görüləcək işlər barədə məlumat verilib.
Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.
Fesillerin deyismesi haqqinda melumat
İqlim baxımından ilin dörd fərqli hissəsinin hər biri fəsil adlanır. Dünyanın bir çox yerlərində dörd fəsil var: yaz, yay, payız və qış. Bunun səbəbi Yerin fırlanma oxunun əyilmiş olmasıdır. Yer Günəş ətrafında fırlandıqca günəş şüalarının düşmə bucağı onun oxunun əyilməsi səbəbindən tədricən dəyişir.
Yerin Günəş ətrafında fırlanması zamanı fəsillər yaranır . Bu fırlanma zamanı hava qızır və soyuyur. Fırlanan Yer Günəş ətrafında fırlanan zaman bucaq əmələ gətirir. Sözügedən bucaq fəsilləri yaradır. Beləliklə fəsillərin yaranması baş verir. Yay, qış, yaz və payız fəsilləri yaranır.
Fəsillərin dəyişməsi haqqında məlumat
Yerin Şimal yarımkürəsi sentyabr ayına qədər Günəş istiqamətində olur. Buna görə də Şimal yarımkürəsi daha çox qızır. Bu vəziyyət sentyabrın 23-dən martın 21-dək dəyişməkdədir.
Sözügedən dəyişiklik Şimal yarımkürəsində fəsillərin başlamasına səbəb olur. Martın 21-nə olan məlumata görə, fəsillər aşağıdakı kimi adlanır:
▶️Yaz mövsümü: 21 mart-20 iyun arası
▶️ Yay mövsümü: 21 iyundan 22 sentyabra qədər
▶️ Payız mövsümü: 23 sentyabr – 20 dekabr
▶️ Qış mövsümü: 21 dekabr – 20 mart
Cənub yarımkürəsində fəsillər bu tarixlərin əksi istiqamətində gedir.
Fəsillər necə yaranır?
Fəsillər Yer və Günəş arasındakı orbital düzülmə ilə əlaqədardır. Yerin öz ətrafında fırlanması Günəşin orbitinin orbiti ilə üst-üstə düşmür. Beləliklə, mövsüm yaranır.
Yerin Cənub yarımkürəsinin Günəşə baxdığı dövr Şimal-qış adlanır.
Bu dövrdə Şimal yarımkürəsi daha az günəş işığı alır və daha da istiləşir. Yerin Şimal yarımkürəsinin Günəşə baxdığı dövrə Cənub-qış deyilir.
Buna görə də Şimal yarımkürəsində qışın başlaması Cənub yarımkürəsində yayın başlamasına səbəb olur.
Qış fəslinin yaranması
Qış fəsli dörd fəsildən birini təmsil edir. Qütb və mülayim bölgələrin ən soyuq mövsümü hesab olunur. Hər il yazdan əvvəl və payızdan sonra gəlir. Qış fəslinin formalaşması Şimal yarımkürəsinin Günəşdən uzaqlaşması nəticəsində baş verir.
Dünyanın bir çox yerlərində qış mövsümü qar və dondurucu soyuq hava ilə əlaqələndirilir.
Qış gündönümü adlanan an Günəşin qütbdən ölçülməsinin üfüqün dibində göründüyü andır. Bu günlərdə ən qısa gündüz və ən uzun gecə yaşanır.
Qış gündönümündən sonra gecələr qısalmağa, günlər isə uzanmağa başlayır.
Yay fəsili necə yaranır?
Yay Yer Günəşin orbitinə yaxınlaşdıqda baş verir. Bu səbəbdən ən isti mövsüm adlanır.
Şimal yarımkürəsində ən uzun günlər bu mövsümdə yaşanır.
Yer yay mövsümündə Günəşdən aldığı bol işığı özündə saxlayır. İki aydan sonra saxlanılan işıq istiliyə çevrilir və ən isti günlər baş verir.
Şimal yarımkürəsində iyunun 21-dən sentyabrın 22-si isti günlərdir.
Sözügedən mövsümdə təbiətin gözəllikləri və faydaları sərgilənir. İnsanlar bu vəziyyətdən istifadə edirlər.
D vitamini günəş işığından əldə edilir. Ona görə də yay fəsli insan sağlamlığı üçün çox vacibdir. Günəş vannası deyilən şey revmatizmə yaxşı gəlir.
Meyvə və tərəvəzlər bu mövsüm böyüyür və çiçəklənir.
Yaz fəsili necə yaranır?
Qışla yay arasındakı mövsümə yaz deyilir.
Şimal yarımkürəsində yaz mövsümü martın 21-dən iyunun 21-dək baş verir. Yer qış mövsümündən çıxır və Günəşə daha yaxın orbitə yaxınlaşır. Verilən tarixlərdə günəş işığı Yeri isitməyə başlayır. Ağaclar çiçək açır və havanın temperaturu dəyişir.
Qış mövsümündən sonra baş verən yazda qarın əriməsi nəticəsində su yataqları doldurulur. Çoxlu yağıntılar olur.
Payız fəsli necə yaranır?
Yay fəslindən sonra yaranan fəsil payızdır. Payız, qızıl və xəzan adları ilə tanınır.
Şimal yarımkürəsində sentyabr, oktyabr və noyabr aylarında payız fəsli yaranır. Payızda günlər qısalır, gecələr uzanır.
Yer Günəşin orbitindən getdikcə uzaqlaşdıqca daha az isinir. Təbii ki, bu Şimal yarımkürəsinə aiddir.
Comments are closed, but trackbacks and pingbacks are open.