Fevral burjua demokratik inqilabı
Xalq Cəbhəsi.- 2016.- 24 fevral.- S14
Fevral burjua demokratik inqilabı
1917-ci il fevral burjua inqilabından sonrakı hadisələr və Azərbaycan
Cənubi Qafqazın siyasi ba � ımdan ən ço � inkişaf etmiş şəhərləri Bakı və Tiflis � üsusi əhəmiyyat kəsb edirdi
Birinci Dünya müharibəsinin davam etməsi (1914-1918-ci illər), Rusiyanın Qərb cəbhəsindəki hərbi uğursuzluqları imperiya ərazisində, � üsusən mərkəzi şəhərlərdə ərzaq çatışmazlığına və əhali arasında narazılıqlara gətirib çı � armışdı. Ölkədə kütləvi etiraz aksiyaları siyasi gərginliyin artmasını sürətləndirmişdi. � üsusən bolşeviklərin müharibə əleyhinə əks təbliğatı, fəhlələri etiraz aksiyalarına çağırmaları, insanları siniflərə bölərək, onlar arasında düşmənçiliyi təbliğ etmələri vəziyyəti daha da gərginləşdirmişdi. Bütün bunların nəticəsində 1917-ci il fevralın 27-də imperiyanın payta � tı Petroqradda baş vermiş burjua inqilabı 300 ildən artıq Rusiyada hökmranlıq etmiş Romanovlar sülaləsinin sonuncu nümayəndəsi II Nikolay hakimiyyətinin devirilməsinə səbəb olmuşdu.
Çürümüş nəhəng ağaca bənzər imperiyanın yı � ılması ilə Rusiyanın hər tərəfində anar � iya başlanmışdı. Bu böyük hadisədən sonra imperiya ərazisində qarmaqarışıqlıqlar baş vermiş və bu, sonradan Rusiya imperiyasının dağılmasına səbəb olmuşdu. Fevral burjua inqilabından sonra, 1917-ci ilin martın 1-də Dövlət Dumasının a � şam iclasında knyaz Q.Y.Lvovun başçılığı ilə yeni hökumət qurulmuşdu. Rusiyada müvəqqəti hökumətin yaranması ilə imperiya ərazisində baş verə biləcək hər hansı özbaşınalığın qarşısının alınmasına şərait yaratmış oldu.
Müharibə və fevral burjua inqilabının yaratdığı problemlərin həddindən artıq ço � luğu Müvəqqəti hökumətə Qafqazın idarə olunmasına � üsusi va � t ayırmağına imkan vermirdi. II Nikolay hakimiyyətdən salındıqdan sonra, imperiyanın ucqarlarında başıpozuğluq, qarışıqlıq yaranmasın deyə, yerli idarəetmə orqanları yaradılması zərurəti ortaya çı � mışdı.
Zaqafqaziyada da belə bir hakimiyyət forması � üsusi Cənubi Qafqaz (Zaqafqaziya) Komitəsi olmuşdu. 1917-ci il martın 9-da Müvəqqəti hökumətin sərancamı ilə Dövlət Dumasının 5 nəfər üzvündən ibarət � üsusi Zaqafqaziya Komitəsi və onun yanında İctimai Təşkilatların İcraiyyə Komitələrinin nümayəndələrindən ibarət Ölkə Şurası yaradılmışdı. � üsusi Cənubi Qafqaz Komitəsinin tərkibinə IV Dövlət Dumasının üzvləri A. � arlamov, M.Papacanov, M.Cəfərov, K.Abaşidze və P.Pereverzev (sonradan Pereverzevin yerinə menşevik A. Ç � engeli gəldi) da � il olmuşdu. Komitənin sədri A. � arlamov seçilmişdi. Adı çəkilən Komitəyə, Qafqaz cəbhəsindəki müharibə qaydalarına uyğun olaraq, Zaqafqaziya ölkəsində möhkəm qayda-qanun yaratmaq üçün Müvəqqəti hökumətin adından fəaliyyət göstərməyə icazə verilmişdi.
� üsusi Zaqafqaziya Komitəsinin Zaqafqaziya əhalisinə müraciətində (müraciəti � üsusi Zaqafqaziya Komitəsinin sədri B. � arlamov, üzvləri M.Papacanov, M.Cəfərov, A.Ç � enkeli, K.Abaşidze imzalamışdılar) deyilirdi: Əsrlərcə Rusiyanın bütün əhalisini əzən köhnə, dəhşətli rejim yı � ıldı. Vilayətlə rdə mülki idarəetmə yaratmaq üçün Dövlət Duması və Müvəqqəti hökumət tərəfindən 1917-ci il martın 9-da � üsusi Zaqafqaziya Komitəsi yaradıldı. � üsusi Cənubi Qafqaz Komitəsi Qafqaz cəbhəsində rusların nəzarəti altında olan ərazilərdə qayda-qanunu qoruyub sa � lamaq üçün Mülki İdarələr də yaratmağa başlamışdı. Bu İdarə bilavasitə Petroqraddakı Müvəqqəti hökumətə tabe idi və mülki işləri həyata keçirməliydi. Lakin bu yeni idarəetmə orqanı elə bir qanunverici və hərbi gücə malik deyildi. Yeni yaradılan qurum zəif iqtisadi � siyasi və hərbi gücə malik olmasına ba � mayaraq, 27 fevral burjua inqilabından sonra yaranan və hakimiyyətin bir neçə funksiyasını yerinə yetirən mü � təlif inqilabi təşkilatlarla rəqabət aparmalı idı.
Belə təşkilatların sırasına Tiflis və Bakıdakı fəhlə və əsgər deputatları Sovetini, İctimai Təşkilatların İcraiyyə Komitəsini, siyasi partiyaları, Milli şuraları və s. aid etmək olar. Əslində vilayətdə real hakimiyyət Qafqaz Ordusu Vilayət Sovetinin və fəhlə-əsgər-kəndli deputatları sovetinin əlində idi. Bu iki Sovetə də menşevik və eser partiyaları rəhbərlik edirdilər.
Fevral burjua inqilabından sonra bütün Rusiyada olduğu kimi, Bakıda və Azərbaycanın başqa şəhərlərində də (Gəncə, Şama � ı və sair yerlərdə) ikihakimiyyətlilik meydana gəlmişdi: onlardan biri – burjua Müvəqqəti hökumətin yerli hakimiyyət orqanları, o birisi isə proletariatla kəndlilərin inqilabi demokratik diktaturası olan fəhlə və əsgər deputatları Sovetləri idi. Petroqrad hadisəsindən sonra Bakıda əmin-amanlıq və başqa sahələrdə qayda-qanunu qorumaq üçün martın 5-nə keçən gecə yeni hakimiyyət orqanı olan Bakı İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil edilmişdi.
1917-ci ilin martında Bakıda eser partiyasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edilmişdi. Eserlər Almaniya ilə sülh bağlanana qədər müharibə aparmağa və Müvəqqəti hökumətə hər tərəfli kömək etməyə çağırırdılar. Sosial inqilabçılar Cənubi Qafqazda milli məsələdən danışarkən yalnız sosialist partiyaların timsalında millətlərin demokrat nümayəndələri ilə taktiki saziş bağlamağın mümkünlüyünü iddia edir və �panislamçı düşmən� obrazının yaradılmasında � üsusi rol oynayırdılar. Va � tilə çar hökuməti öz müstəmləkəçilik siyasətini həyata keçirərək � alqlar arasında milli ədavəti qızışdırır, milli ucqarların ruslaşdırılması siyasətini yeridirdi. Həmin siyasəti davam etdirən Müvəqqəti hökumət Azərbaycan � alqına, eyni zamanda Cənubi Qafqazın başqa � alqlarına demək olar ki, heç bir siyasi hüquq verməmişdi.
Hakimiyyət Müvəqqəti hökumətin əlinə keçdikdən sonra da çar mütləqiyyətinin milli zülm, müstəmləkəçilik və müharibə siyasəti davam etdirilirdi. Lakin bununla yanaşı, inqilab imperiyanın ucqarlarında əzilən millətlərə özlərinin siyasi hüquqlarından istifadə etmək, o cümlədən söz, yığıncaq, nümayiş, ictimai-siyasi proseslərdə iştirak etmək azadlığına geniş imkanlar yaratmışdı.
Çarizmin siyasi hakimiyyətdən uzaqlaşdırılması � əbərinin Azərbaycana çatması ilə burada siyasi vəziyyət daha da gərginləşmişdi. Rusiya imperiyasını � alqlar həbs � anasına çevirən çar rejiminin devrilməsi, bütün ölkələrdə, o cümlədən, Azərbaycanda da ruh yüksəkliyi ilə qarşılandı.
Qabaqcıl ziyalılar belə düşünürdülər ki, bu hadisədən sonra Rusiyada qurulacaq federativ və demokratik hökumət Cənubi Qafqazda milli ədavətin qızışdırılmasına imkan verməyəcək, milli ayrı-seçkiliyə son qoyacaqdı. Hətta Müsəlman fraksiyasının sədri F. � oyski Bakıda fəaliyyət göstərən 30 müsəlman ictimai təşkilatınının adından Rodzyankonun ünvanına göndərdiyi teleqramda bundan sonra Rusiyanın bütün vətəndaşlarına, o cümlədən müsəlmanlara da mülki, siyasi, milli və dini azadlıqların və bərabərliyin veriləcəyinə əminlik bildirmişdi. Yeni yaranan Müvəqqəti hökumətin Cənubi Qafqazda qurduğu � � üsusi Zaqafqaziya Komitəsi� Romanovlar sülaləsinin �parçala və hökmranlıq et �, eləcə də, ermənipərəst siyasətini aradan qaldıracağını zənn edirdi.
Ancaq erməni daşnaklarının türk torpaqlarında törətdikləri qırğınların və �Böyük Ermənistan� yaratmaq � ülyasının qarşısını almaq gücündə olmadı. Cənubi Qafqazda ərazisinin böyüklüyünə və əhalisinin sayına görə ço � luq təşkil edən azərbaycanlılar, yaranmış siyasi şəraitdən istifadə edərək, öz müqəddəratını azad, müstəqil həll etmək üçün fəaliyyətə başlamışdılar. Bəzi faktlara diqqət edək: 1917-ci ildə tərtib edilmiş Qafqaz təqviminə əsasən, hazırlanmış 1920-ci il təqvimində Bakı quberniyasının ərazisi (kv.km.-lə) 39.075.15, Gəncə üzrə 44.371.29, Zaqatala üzrə 3.992.54, İrəvan quberniyası üzrə 9.858.69, bundan əlavə İrəvan quberniyasında ermənilərlə mübahisəli ərazi hesab olunan (kv.km.-lə) 7.913.17 və Tiflis quberniyası üzrə 8.685.13 kv.km. göstərilir . Buradan aydın olur ki, Cümhuriyyət dövründə Azərbaycanın ərazisi 113.895.97 kv.km olub. Əhalinin sayı isə Bakı quberniyası üzrə 1.281.575 nəfər, Gəncə quberniyası üzrə 1.275.131 nəfər, Zaqatala dairəsi üzrə 92698 nəfər, İrəvan quberniyası üzrə 212458 nəfər və nəhayət, bütövlükdə, Azərbaycan Cümhuriyyəti üzrə 2.861.862 nəfərin yaşadığı qeyd olunur.
Belə bir faktı da qeyd etmək yerinə düşər ki, Rusiya imperiyasının dağılması ərəfəsində yalnız Qərbi Azərbaycanda, yəni indiki Ermənistanın ərazisində 1349 kənddən 608 kənddə (45 faiz) azərbaycanlılar, 560 kənddə (41,5 faiz) ermənilər, 115 kənddə (8,5 faiz) kürdlər, 66 kənddə (4,9 faiz) ruslar və başqa millətlərin nümayəndələri yaşayıblar. 1918-ci il ərəfəsində azərbaycanlılar yaşayan kəndlər ərazinin 50-55 faizini, ermənilər yaşayan kəndlər isə 30-35 faizini əhatə edib. Bu dövrdə Cənubi Qafqazın siyasi ba � ımdan ən ço � inkişaf etmiş şəhərləri olan Bakı və Tiflis � üsusi əhəmiyyat kəsb edirdi. Çünki bəhs olunan dövrdə siyasi qüvvələrin mərkəzləşməsi bu iki şəhərdə özünü daha qabarıq göstərməkdə idi. Tiflisdə Müvəqqəti hökumətin əsas dayağı olan � üsusi Cənubi Qafqaz Komitəsi rəsmi hakimiyyəti təmsil etdiyinə görə başqa təşkilatlara nisbəttə güclü görünürdü. Bakıda isə, siyasi hakimiyyət uğrunda, eləcə də, kütlələri öz tərəfinə çəkmək üçün ço � ciddi mübarizə gedirdi.
Azərbaycanın hər yerində, � üsusilə Bakıda siyasi şərait gərgin olaraq qalırdı. Bu gərginliyi, hər şeydən əvvəl birinci dünya müharibəsinin ən mühüm cəbhə � əttinin, Batum-Urmiya � əttinin Cənubi Qafqazdan keçməsi, Rusiya imperiyasında hakimiyyət böhranı, bolşeviklərin sinfi mübarizəyə çağırışı daha da artırırdı. Digər tərəfdən, bolşeviklərin sıralarında erməni şovinistlərinin ço � luğu və onların türklərə qarşı düşmənçiliyi, eləcə də Türkiyə və Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq � ülyası nəinki təkcə Bakıda, habelə regionda vəziyyəti gərginləşdirən əsas amillərdən idi. Vəziyyəti gərginləşdirən başqa bir amil isə Bakıdakı iqtisadi çətinliklərin getdikcə artması idi. 1917-ci ildə Bakıda 93 ,7 milyon puda qədər neft yığılıb qalmışdı. Müvəqqəti hökumət neft sənayesində artmaqda olan dağıntını aradan qaldırmaqda aciz olduğunu göstərdi. Azərbaycan sənayesinin başqa sahələri də ağır böhran keçirirdi. Bakıda və digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə və Əsgər Deputatları Sovetləri yaradılırdı. Onların içərisində nisbətən nüfuzlusu Bakı Soveti hesab edilirdi. Sovetin fəaliyyəti Azərbaycan � alqının tari � i taleyinə və milli mənafeyinə yabançı idi. Bakıda Fəhlə və Əsgər deputatları Sovetinin tərkibində azərbaycanlılar yo � dərəcəsində idi. Sovetin tərkibi və rəhbər heyəti bütünlüklə ermənilərdən və ruslardan ibarət idi.
Məlumdur ki, Bakı proletariatının tərkibində azərbaycanlı fəhlələr üstünlük təşkil edirdi. Belə ki, Bakı neft sənayesi fəhlələrinin 40 faizini azərbaycanlılar, 22 faizini ruslar, 19 faizini ermənilar, 11,7 faizini Dağıstan � alqı, 7,3 faizini isə başqaları təşkil edirdi. Bakı proletariatının tərkibində kifayət qədər azərbaycanlı fəhlələrin olmasına ba � mayaraq, Bakı Sovetində fəhlələrdən yalnız bir neçə azərbaycanlı deputat vardı.
Vaqif Abışov
Tarixçi-alim
Xalq Cəbhəsi.- 2016.- 24 fevral.- S14
Fevral burjua demokratik inqilabı
Birinci Dünya müharibəsi özünü bitərəf elan etməsinə baxmayaraq, hərb meydanına çevrilən İrana və onun bir hissəsi olan Cənubi Azərbaycana böyük zərbə vurdu. Sadə əhalinin yaşayışı son dərəcə pisləşdi və narazılıqları son həddə çatdı. Rusiyada çar hökumətinin devrilməsi və Şimali Azərbaycanda milli azadlıq hərəkatının qələbəsi Cənubi Azərbaycanda ruh yüksəkliyi yaratdı. Tezliklə burada başlayan demokratik hərəkat bütün İranda geniş əks-səda doğurdu.
Narazılıqların artmasının səbəbləri. 1917-ci ildə Rusiyada Fevral burjua-demokratik inqilabı qələbə çaldığı və çarizmin devrildiyi vaxt Cənubi Azərbaycan rus qoşunlarının işğalı altında idi. Buradakı demokratik qüvvələrin həm İran irticasının, həm də işğalçıların təzyiqi altında olması acı həqiqətlərdən biri idi. Odur ki Rusiyada çarizmin devrilməsi xəbəri İrandakı rus əsgərlərində inqilabi coşqunluq yaratmaqla yanaşı, Cənubi Azərbaycana da böyük ruh yüksəkliyi və ümidlər gətirdi. İran irticasının dayağı olan çarizmin süqutu, burada bütün demokratik qüvvələr tərəfindən Tehran hakimiyyətinin yerlərdə, o cümlədən Cənubi Azərbaycanda zəifləməsi kimi qəbul edildi.
Cənubi Azərbaycanda əhalinin çıxışlarına əsas siyasi orqan olan İran Demokratik Firqəsinin (Partiyasının) (İDP) Əyalət Komitəsi istiqamət verirdi. Fevral inqilabı baş verərkən Azərbaycan Əyalət Komitəsi İDP-nin nəzərəçarpacaq dərəcədə fəaliyyət göstərən yeganə təşkilatı idi. Komitəyə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi. Fevral inqilabının qələbəsi xəbəri İDP-nin Azərbaycan Əyalət Komitəsinin işini də canlandırdı.
Azərbaycan Əyalət Komitəsi təşkilatın mətbuat orqanı kimi “Təcəddüd” qəzetini nəşr etməyə başladı. Qəzetin ilk nömrəsi 1917-ci il aprelin 9-da çıxdı. Bu mətbuat orqanı fars dilində nəşr edilir, nüsxələri Tehrana və ölkənin başqa şəhərlərinə də göndərilirdi. 1917-ci il avqustun 24-də Təbrizdə İDP-nin Əyalət Komitəsinin konfransı açıldı. Konfrans Azərbaycan Demokratik Partiyasının yaradıldığını elan etdi. Xiyabani başda olmaqla onun Mərkəzi Komitəsi seçildi. ADP Azərbaycanın vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən tədbirlər görmək məcburiyyətində idi. İlk növbədə, başıpozuqluq, möhtəkirlik və aclıqla mübarizə məqsədilə bəzi qurumlar yaradıldı. Bu qurumlar aşağıdakılar idi:
- Ərzaq komissiyası imkanlı adamlardan taxıl alıb çörək bişirtdirir və onu çox ucuz qiymətə əhaliyə satırdı.
- Məhəllə komissiyası yaşlı insanlardan təşkil olunmuşdu və məhəllələrdəki yoxsul ailələri müəyyənləşdirib onlara çörək çatdırılmasında Ərzaq komissiyasına yardım edirdi.
- Yoxsullar evi yoxsul, kimsəsiz və qoca adamların yerləşdirilməsi üçün nəzərdə tutulmuşdu.
- Yardım (İanə) komissiyası yoxsullar üçün yardım toplamaqla məşğul olur, bu məqsədlə varlılardan pul (ianə) toplayırdı.
Azərbaycan Demokratik Respublikası
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hadisələrin xronologiyası
May 27, 2008 Admin tərəfindən
Azərbaycan Demokratik Respublikası dövründə hadisələrin xronologiyası
27 fevral 1917-ci il
– Rusiyada fevral burjua-demokratik inqilabının baş verməsi
mart 1917-ci il
– Rusiyada Müvəqqəti hökumətin təşkili
mart 1917-ci il
– Zaqafqaziyanın idarəsi üzrə Xüsusi Komitənin (Ozakom) yaradılması
mart 1917-ci il
– Bakıda Müvəqqəti hökumətin idarəçilik orqanı kimi İctimai Təşkilatların İcraiyyə Komitəsinin yaranması
mart 1917-ci il
– Bakıda Fəhlə və Əsgər Deputatları Sovetinin yaradılması
15-20 aprel 1917-ci il
– Qafqaz Müsəlmanlannın Bakı qurultayı
1-11 may 1917-ci il
– Ümumrusiya müsəlmanlarının Moskva qurultayı
25 oktyabr 1917-ci il
– Petroqradda bolşeviklərin hakimiyyətı zəbt etməsi
oktyabr 1917-ci il
– Türk ədəmi-mərkəziyyət partiyası ilə “Müsavat”ın birləşməsi
noyabr 1917-ci il
– Tiflisdə Zaqafqaziya Komissarlığının yaranması
05 dekabr 1917-ci il
– Zaqafqaziya Komissarlığı ilə Osmanlı dövləti arasında Ərzincan banşığının imzalanması
19 dekabr 1917-ci il
– Milli qoşun hissələrinin yaradılması haqqında Zaqafqaziya Komissarlığının qərarı
dekabr 1917-ci il
– S.Şaumyanın Rusiya Xalq Komissarları tərəfindən Qafqaza fövqeladə komissar təyin olunması
yanvar 1918-ci il
– Şamxorda rus əsgərlərinin tərksilah edilməsi haqqında Zaqafqaziya Komissarlığının qərarı
23 fevral 1918-ci il
– Zaqafqaziya Seyminin təşkili
03 mart 1918-ci il
– Rusiya ilə Almaniya arasında Brest-Litovsk sülh müqaviləsinin imzalanması
mart 1918-ci il
– Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığı arasında Trabzon danışıqları
29 mart – 2 aprel 1918-ci il
– Bakıda daşnak-bolşevik qüvvələri tərəfındən 12 mindən çox dinc əhalinin qırılması
aprel 1918-ci il
– Zaqafqaziya Komissarlığının Osmanlı dövlətinə müharibə elan etməsi
22 aprel 1918-ci il – Zaqafqaziya Federativ Demokratik Respublikasının elan olunması
25 aprel 1918-ci il
– Bakı Xalq Komissarlan Sovetinin yaradılması
11 may l918-ci il
– Zaqafqaziya Respublikası ilə Osmanlı dövləti arasında Batum danışıqlannın başlanması
26 may 1918-ci il
– Zaqafqaziya Seyminin dağılması
26 may 1918-ci il
– Gürcüstanın öz dövlət müstəqilliyini elan etməsi
27 may 1918-ci il
– Tiflisdə Azərbaycan müvəqqəti Milli Şurasının yaradılması
28 may 1918-ci il
– Azərbaycan Milli Şurasınm Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etməsi
30 may 1918-ci il
– Azərbaycanm öz müstəqilliyini elan etməsi haqqında dünyanın siyasi mərkəzlərinə radio-teleqrafla məlumatın verilməsi
28 may-17 iyun 1918-ci il – F.X.Xoyski başda olmaqla birinci kabinetin təşkili və fəaliyyəti
04 iyun 1918-ci il
– Osmanlı dövleti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında sülh müqaviləsinin bağlanması
10 iyun 1918-ci il
– Bakı Soveti qüvvələrinin Gəncə istiqamətində yürüşə başlaması
16 iyun 1918-ci il
– Azərbaycan Milli Şurasının və Müvəqqəti hökumətin Gəncəyə köçməsi
iyun 1918-ci il
– Gəncədə Qafqaz-İslam ordusunun təşkili
17 iyun 1918-ci il
– Azərbaycan Milli Şurasının müvəqqəti olaraq buraxılması
17 iyun – 7 dekabr 1918-ci il
– F.X.Xoyski başda olmaqla ikinci hökumətin fəaliyyəti
23 iyun 1918-ci il
– Azərbaycan ərazisində hərbi vəziyyətin elan olunması
24 iyun 1918-ci il
– Ağ rəngli aypara və səkkizguşəli ul duz təsviri olan dövlət bayrağınm qə bul olunması
26 iyun 1918-ci il
– Azərbaycan Milli ordusunun yaradılması haqqında xüsusi fərmanm verilməsi
27 iyun 1918-ci il
– Azərbaycan dilinin dövlət dili elan edilməsi
27 iyun – 1 iyul 1918-ci il
– Bakı Soveti qüvvələrinin Qafqaz-İslam ordusu tərəfindən Göyçay ətrafında darmadağın edilməsi
07 dekabr 1918-ci il
– Azərbaycan parlamentinin təntənəli şəkildə açılması
26 dekabr 1918-ci il – 14 mart 1918-ci il
– F.X.Xoyski başda olmaqla üçüncü kabinetin fəaliyyəti
28 dekabr 1918-ci il
– general V.Tomson tərəfindən Azərbaycan hökumətinin tanınması
15 yanvar 1919-cu il
Qarabağ general-qubernatorluğu vəzifəsinin təsis edilməsi haqqında Azərbaycan hökumətinin qərarı
18 yanvar 1919-cu il
– Paris sülh konfransının açılışı
28 fevral 1919-cu il
– Azərbaycan hökumətinin qərarı ilə Naxçıvan general-qubernatorluğunun yaradılması
14 mart – 22 dekabr 1919-cu il
– Nəsib bəy Yusifbəyli başda olmaqla dördüncü kabinetin fəaliyyəti
aprel 1919-cu il
– Bakıda ingilis general-qubernatorluğunun ləğv edilməsi
25 aprel 1919-cu il
– Tiflisdə Azərbaycan, Ermənistan, Dağıstan və Gürcüstan respublikalarının Qafqaz konfransının keçirilməsi
aprel 1919-cu il
– Denikinin Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi işğal etməsi
may 1919-cu il
– Ə.M.Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransına qatılması
28 may 1919-cu il
– Azərbaycan nümayəndə heyətinin Parisdə ABŞ prezidenti V.Vilsonla görüşü
may-iyul 1919-cu il
– İngilis komandanlığının razılığı ilə Naxçıvanda erməni idarəçiliyinin yaradılması
16 iyun 1919-cu il
– Gürcüstanla Azərbaycan arasında 3 illiyə hərbi müdafiə paktının bağlanması
25 iyul 1919-cu il
– Naxçıvan bölgəsində “erməni idarəçiliyi”nin iflasa uğraması
11 avqust 1919-cu il
– Azərbaycan vətəndaşhğı haqqında qanunun qəbul olunması
avqust 1919-cu il
– İngilis qoşunlannın Azərbaycanı tərk etməsi
yay 1919-cü il
– Azərbaycan Xəzər Donanmasmın yaradılması
01 sentyabr 1919-cu il
– Bakı şəhərində Universitet açmaq haqqında Azərbaycan parlamentinin qanunu
oktyabr 1919-cu il
– Mətbuat sahəsində senzuranm ləğv olunması haqqında Azərbaycan hökumətinin qərarı
15 noyabr 1919-cu il
– Bakı Universitetində ilk dərslərin başlanması
24 dekabr 1919-cu il -30 mart 1920-ci il
– N.Yusifbəyli başda olmaqla beşinci kabinetin fəaliyyəti
11 yanvar 1920-ci il
– Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası tərəfındən Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması
yanvar 1920-ci il
– Rusiya xarici işlər naziri G.Çiçerinin Azərbaycan hökumətinə birinci notası
fevral 1920-ci il
– Bakıda Azərbaycan Kommunist (bolşeviklər) partiyasınm təsis edilməsi
17 mart 1920-ci il
– Bakını işğal etmək haqqında V.İ.Leninin Smilqa və Orcenikidzeyə teleqramı
21 mart 1920-ci il
– Qarabağda və Gəncəbasarda erməni qiyamlannm başlanması
21 mart 1920-ci il
– İranla Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq haqqında müqavilənin imzalanması
31 mart 1920-ci il
– Azərbaycanda hökumət böhranmın başlanması
aprel 1920-ci il
– XI rus ordusunun Azərbaycan sərhədlərinə yaxınlaşması
1920-ci il aprelin
26-dan 27-nə keçən gecə
– XI rus ordusunun Azərbaycan ərazisinə daxil olub Bakı istiqamətində yürüşə başlaması
27 aprel 1920-ci il saat 12:00
– AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosunun hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatumu
27 aprel 1920-ci il saat 23:45
– Hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı
28 aprel 1920-ci il
– Azərbaycan Sovet Sosialist Respublikasının elan olunması
Comments are closed, but trackbacks and pingbacks are open.