Feyziyev riyaziyyat
– təhsil, tərbiyə və təlimin inkişafetdirici funksiyalarını həyata keçirən fənlərin tədrisinin vəziyyətini;
Feyziyev riyaziyyat
Alimlər bu suala həm bir-birinə oxşar, həm də müxtəlif cavab vermişlər. Məsələn: görkəmli riyaziyyatçı olan, A.A. Markov; “Riyaziyyat odur ki, onunla Qaus, Çebışev, Laplov, Steklov və bir də mən məşğul oluram”. ABŞ riyaziyyatçısı Hörner bu fikri ümumiləşdirərək demişdir: “Riyaziyyat- o şeydir ki, onunla yalnız riyaziyyatçılar məşğul olur.” Başqa fikirlərdə mövcuddur.
Məsələn : “Bütün təbiət Riyaziyyatdır” , “Riyaziyyat elmlərin şahıdır” , “Riyaziyyat insan təfəkkürünun musiqisidir” və s.
Riyaziyyat- Q ə dim Yunan s ö z ü olub , mathema s ö z ü nd ə n g ö t ü r ü l ü b dilimizd ə h ə rfi m ə nas ı bilikl ə nm ə, eliml ə nm ə, d ə rk etm ə elmi kimi ba ş a d üşü l ü r .
Lomonosov t ə sdiq edirdi ki , Riyaziyyat ı ö yr ə nm ə k laz ı md ı r ki , o insan zehnini nizama sal ı r . Riyaziyyat elminin inkişaf tarixini əsasən dörd mərhələyə bölürlər.
Birinci m ə rh ə l ə: Riyaziyyat ı n yaranmas ı d ö vr ü: zaman etibar ı il ə b . e .ə IV – V ə sr ə q ə d ə r olan d ö vr ü ə hat ə edir . Bu mərhələ praktik hesablama və ölçmələrlə bağlı olub ədəd və fiqur anlayışının yaranmasına gətirib çıxarır. Bu dövr riyazi sadə hesablama və ölçmələrlə bağlı olub, fiqurların perimetirlərinin, sahələrinin və s. hesablanması ilə xarakterizə olur. Bu dövrdə hesab həndəsənin əsası qoyulmuşdur ki, bu da praktik məsələlərin həlli üçün müəyyən olunmuş, empirik qaydaların mövcudluğunda özünü biruzə verir. Hesab: ədəd və onlar üzərində dörd əməldən ibarət olan elmi əməldir.
İkinci mərhələ: b.e.ə V-VI əsrlərdə b.e. başlanğıcına qədər olan dövrü əhatə edir. Bu dövrlərdə Riyaziyyat atıq bir elim kimi, onun öz tədqiqat üsulları və metodları yaranıb. Bu dövr sabit kəmiyyətlər Riyaziyyatı dövrü adalnır. Bu dövrün riyaziyyatını Aristotel kəmiyyət haqqında elim kimi xarakterizə edirdi. Bu dövr Evkilidin, Arximedin əsərlərindədə inkişaf etmiş dedektif metodun yaranması ilə müşahidə olunur. Ikinci dövr riyaziyyatının yeni sahəsi Cəbr yaranır və inkişaf edir. Xüsusi simvollar yaranır.
Üçüncü mərhələ: Dəyişən kəmiyyətlər dövrüdür. Bu dövr XVIII-XIX əsrləri əhatə edir. Dekartın dəyişən kəmiyyətlər anlayışını riyaziyyata daxil etməsi bu elmin böyük dərəcədə inkişafına səbəb oldu. Dəyişən kəmiyyətlər anlayışından sonra riyaziyyata funksiya, kəsilməzlik, törəmə, inteqral və s. anlayışlar daxil edildi. Riyazi analizin yaranması bu dövrdə riyaziyyatın təbiəti dərketməyə güclü təsir edir.
Dördüncü mərhələ: XIX əsrdən sonrakı dövrü əhtə edir. Bu dövr abstrak riyaziyyatın yaranması, riyazi modellərin formalaşması kimi xarakterizə olunur. Klassik riyaziyyat həm elmin özü, həm də tətbiq sahəsi üçün çox darlaşır və onların həqiqi vəziyyəti ilə zidiyyət təşkil etməyə başlayr. Riyaziyyatın tətbiq sahəsinə onu idarə edən, aksiomlar sistemi olaraq müxtəlif riyazi struktur təşkil edən ixtiyari təbiətli elementlər çoxluğunda təyin olunmuş əməliyyat və münasibətlər yararanır. Bununla bağlı olaraq, müasir riyazi struktur təşkil edən ixtiyari təbiətli elementlər çoxluğunda təyin olunmuş əməliyyat və münasibət yaradır. Bununla bağlı olaraq müasir riyazi srukturla və onların modelləri haqqında elim kimi təyin olunmağa başlayır.
Feyziyev riyaziyyat
Çər. axşamı 19 iyun 2018 14:26:34
Kərimov meşələri TUMLARI İLƏ YEYİR. – Bir də baxıb görəcəyik ki.
AAK rəsmən BAZARA çevrilib. – İTTİHAM VAR!
Sertifikasiyadan keçməyən tibb işçisi çalışdıran “Yeni Naftalan Hotel”inin sahibi kimdir? – ŞOK İSİM q
Oliqarxın əkinini sulamağa milyonlar, kəndliyə kanalizasiya suyu. – Saatlıda REAL MƏNZƏRƏ VİDEO
5 günlük şirkət Lənkəran İcra Hakimiyyətinin 267 minlik tenderini necə udur? – Müəmma
Geofizika və geologiya idarəsində TƏFTİŞ ZƏRURƏTİ – KİMLƏR NARAHATDIR?
Universitet AQTA-nı tənqid etdi – Prorektor töhmət aldı, adminstrator işdən çıxarıldı
Deputat Cavanşir Feyziyev 3 il QEYBƏ çəkilib və …- Müğənniyə 10 milyonluq obyekt alan Cavanşir Feyziyev
7-06-2021, 00:12
45 yaşında fəlsəfə üzrə dissertant olub.
1980-1983-cü illərdə harada olmusan, cənab deputat ?
Bu adam 1963-də Şəkidə doğulub. 1970-1980-cı illərdə əvvəl Şəkinin Dəhnə kənd orta məktəbində, sonra Turan riyaziyyat məktəbində orta təhsil alıb. Və. sonradan.
Bu adamın 3 il harada olduğu bilinmir. Bu adam 3 il yerə girib, göyə çıxıb, harada olub bilinmir. Amma sonradan yəni 43 yaşında dissertant, özü də FƏLSƏFƏ ÜZRƏ olmağını düşünəndə dedik yəqin həmən periodda Cavanşir müəllim QEYBƏ çəkilibmiş.
Qeybdən qayıdandan sonra, 1983-cü ildə Cavanşir müəllim Sovet Ordusunda xidmətə gedib. Düz 1985-ci ildə Qazaxstanda əsgəri borcunu başa vurub. Yenə 1 il yoxa çıxıb.
Bir də 1986-cı ildə, yəni bunun tayları aspiranturaya girəndə, Cavanşir Feyziyev 1-ci kursa qəbul olub və övladı yaşda cavanlarla bir partada əyləşib.
Əziz oxucular, yəni söhbətin kimdən getdiyi bəlli oldu.
Və bu “bizim Lomonosov” birdən universitetdə müəllim kimi peyda olub.
Məşhur tamaşadakı, orta məktəbi 20 yaşında bitirən Nuruşbala yada düşür.
Cavanşir Feyziyev sonra bir neçə il ABŞ-ın məşhur Philip Morris siqaret şirkətində çalışıb.
Və ordan “vertolyotla” Milli Məclisə düşüb, olub deputat.
Sonra deputat olmaqla yanaşı Elmlər Akademiyasında “Yastı balabanın gənclərin tərbiyəsində rolu” mövzusunda alim olub.
Cavanşir Ferziyev həm Azərbaycan Jurnalistlər, həm də Yazıçılar Birliyinin üzvüdür.
Bu boyda avtobioqrafiyadan sonra nə yazmaq olar. Ki, oxucular üçün maraqlı olsun.
İndi isə.. cənab jurnalaist-yazıçı-filosof-deputat Cavanşir Feyziyevin biznes ələminə nəzər salaq.
Bu adam da “Avromed” dərman firmasının rəhbəri olaraq ölkəyə ancaq keyfiyyətsiz, müddəti keçmiş dərmanlar gətirərək milləti zəlil gününə qoyur və milyonlar qazanır. Dərmanlarla bərabər ölkəyə nə gətirilir, qəlyan-zad.
Təsəsvvür edirsiniz, bu adam dəyəri 10 MİLYON olan obtekti alır və.
Həmən obyek müğənni xanımlardan birinin adına rəsmləşdirir. 10 milyonluq obyekti isə məşhur “Quska”dan alıb.
Bu məsələ mətbutda yayılan kimi Cavanşir Feyziyev mətbuatı böhtan və iftirada günahlandırdı.
Yenə mətbuatı ittiham edin.
Rəhmətlik Arif Quliyev deyirdi ee.
Divar qurtaranda sonra nədən yapışassan, Cavanşir Feyziyev ?
gundelik baki.com
C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi
Seçmə qruplar (selektiv) modeli. Bu modeldə təlimin ilk dövrü (bir həftədən bir ilə qədər) şagirdlərin qabiliyyətlərinə görə seçilməsi işi aparılır. Son illərdə məktəbə qəbul edilənlər (V-X siniflərdə) testlər vasitəsi ilə seçilərək müxtəlif səviyyəli şagirdlərdən sinif (potok) qruplaşdırılır. Şagirdlərin yüksək səviyyəli siniflərdən aşağı səviyyəli sinifə keçidi asan, əksinə isə praktik olaraq çətin həyata keçirilir. Müxtəlif siniflərdə tədris proqramları müxtəlif olur. Yüksək səviyyəli siniflərin proqramı daha çətin və mürəkkəbdir. Elə fənlər (məsələn: dil, riyaziyyat, tarix) var ki, müxtəlif səviyyəli siniflərin hamısında tədris olunur. Fənlərin bəziləri isə yalnız aşağı səviyyəli siniflərdə keçirilir. Yüksək səviyyəli siniflərdə təhsil alan və yeddi fəndən dövlət imtahanı verən məzunlar universitetlərə imtahansız qəbul olunurlar.
Modelin xarakterik cəhətləri bunlardır:
- fənlər üzrə tədris materialının öyrənilməsi uzunmüddətli olmur;
- siniflərdə təlimin metodları və yolları müəllim tərəfindən seçilir;
- şagird qruplarının seçilməsi və siniflərdə birləşdirilməsinin tənzimlənməsi qabiliyyətləri maksimum dərəcədə yaxın olanların müəyyənləşdirilməsi prinsipi ilə aparılır;
- bilik səviyyəsinə görə qiymətləndirilərək şagirdlərin siniflərdə qruplaşdırılması dövründən sonra seçmədə buraxılan nöqsanları aradan qaldırmaq üçün üfüqi yerdəyişmələr aparmağa yol verilir.
Seçmə qruplar modeli ilə işləyən Almaniyada “Vahid məktəb”, İngiltərədə “Hərtərəfli” və ya “Universal məktəb” və Hollandiyada gimnaziya (illik), HAVO (orta təhsilin yuxarı pilləsi –İllik), MAVO (peşə təhsilinə hazırlıq pilləsi – illik) adlanan məktəblər mövcuddur.
Birləşmiş qruplar modeli. Belə modellə işləyən məktəblərdə həm “müxtəlif qabiliyyətli”, həm də “eyni qabiliyyətli” şagird qrupları təhsil alır. Müxtəlif qabiliyyətli şagirdlərdən təşkil olunan qruplarda ictimai elmlər, ana dili, bəzi dəqiq elmlər üzrə fənlər və fiziki mədəniyyət fənni öyrənilir. Eyni qabiliyyətli (və ya yaxın qabiliyyətli) şagirdlərdən təşkil olunan qruplarda isə yuxarıda göstərilən fənlərdən başqa riyaziyyat, ingilis dili və fransız dili də öyrənilir. Müxtəlif qabiliyyətli (və ya “qarışıq”) qruplar təşkil edərkən bir çox hallarda şagirdlərin intellektual qabiliyyətləri ilə bərabər, sosial vəziyyəti və cinsi də nəzərə alınır.
“Eyni qabiliyyətli” qrupları təşkil etmək üçün müəyyən fənlər üzrə test yoxlamaları aparılır. Bu qruplarda fənlər müxtəlif səviyyəli proqramlar əsasında tədris olunur. Hər bir şagird hansı fənni hansı səviyyədə öyrənmək istədiyini özü seçir, sonralar əldə etdiyi nailiyyətlərdən asılı olaraq qrupunu dəyişdirə bilir. “Qarışıq” qruplarda fənlərə ayrılan həftəlik saatlar bir neçə il dəyişmir, onun tərkibi isə dəyişir, yəni şagirdlər daha yaxşı oxuduqca, daha yüksək səviyyəli “eyni qabiliyyətli” qruplara keçə bilir. “Qarışıq” qruplarda şagirdlərə müəllimlərdən məsləhət almağa və əlavə məşğələ keçməyə icazə verilir.
- idraki təlimdə yaxşı nəticələr əldə olunur;
- “eyni qabiliyyətlilər” üzrə qruplarda riyaziyyat və dillər uzun müddət öyrənilir;
- ənənəvi təhsilin məzmunu dəyişməz qalır;
- fənlərin öyrənilməsi “şaquli” aparılır və sonda imtahan vermə ilə nəticələnir.
Bu modeldən Avropanın bir çox ölkələrində istifadə edilir. Berlin şəhərinin FEQA adlanan məktəbində bu model tətbiq edilir. Məktəbdə şagirdlər birinci yarım ildə “qarışıq” qruplarda oxuyur, yoxlamadan keçdikdən sonra “eyni qabiliyyətli” müxtəlif qruplarda təhsilini davam etdirirlər.
“ Müxtəlif qabiliyyətlilər” modeli. Belə modeldə bütün fənlərin öyrənilməsi sonadək “qarışıq qabiliyyətlilər” qruplarda aparılır. Bəzi fənlərin (riyaziyyat, xarici dillər, təbiət fənləri) tədris materialı müxtəlif müddətdə öyrədilir. Siniflərdə bütün şagirdlər baza təhsil planları və proqramları əsasında təhsil alırlar. Baza tədris kurslarının öyrənilməsi başa çatdıqda şagirdlərin bilikləri diaqnostik testlərlə yoxlanılır. Baza proqramlarını yaxşı mənimsəyən şagirdlərə əlavə materialları da öyrənməyi təklif edirlər. Baza kurslarını mənimsəyə bilməyənlərə, kurs materialını təkrar etmək, bir qədər korrektə edilmiş material və tapşırıqların öyrənilməsi təklif olunur. Qısa müddətdə təkraretmə qurtardıqdan sonra şagirdlərin hamısı birlikdə yeni bölmənin materialını öyrənirlər. Burada əlavə tapşırıq alan və kurs materiallarını təkrar edən şagirdlər qruplara ayrılmır, eyni sinifdə fəaliyyət göstərirlər.
- təlim kursları, tədris materialları, kursların məzmunu ənənəvi təlimdə olduğundan fərqlənir;
- burada müəllimlər üçün yeni fəaliyyət imkanı yaranır;
- onların tədris kursunun məzmununu hər bir şagirdin tələbatına uyğunlaşdırmaq imkanları vardır.
İnteqrativ təlim modelinin aparıcı xüsusiyyətləri aşağıdakılardır:
- şagirdlər yüksək üstünlüklərə (fərdi inkişaf, cəmiyyətdə öz mövqeyini anlama, müstəqillik) malikdirlər;
- alternativ təlim üsullarından və müxtəlif tədris situasiyalarından istifadə şagirdlərin fərdi inkişafı üçün əlverişli şərait yaradır;
- şagirdlərin idarə edilməsi şəxsiyyətə hörmət və sosial dəyərlərə əsaslanır;
- seçilmiş təlim üsulları fərdin tələbatları əsasında aparılır;
- şagirdlərin fənn sahələrinin (humanitar və texniki) seçməsində tələskənliyə yol verilmir, gözləmə müddəti o vaxta qədər davam edir ki, hansı peşənin onları daha çox cəlb etdiyini tam dərk etsinlər;
- bu modellə təhsildə hansı pedaqoji məqsədin yerinə yetirilməsi aydın dərk edilir;
- bir-biri ilə dostluq əlaqələrinə görə;
- müəllimi “sevməsi” və ya “sevməməsinə” görə;
- marağına və motivasiyasına görə;
- didaktik düşüncələrə görə.
- müəllimlər izolə edilmiş sinif otaqlarında işləyirlər;
- müəllimlər arasında əlaqələr zəifdir;
- tədris kurslarının məzmunu və tədris metodikası sahəsində müəllimlər arasında kooperasiya çox zəifdir;
- idarəetmə prosesi fənlərin tədrisi prosesindən ayrılmışdır;
- müxtəlif fənlər arasında əlaqələr zəifdir;
- məktəb daxilində müəllimlərin ixtisasının artırılması (daxili treninq) pis təşkil olunmuşdur;
- məktəb üçün ümumi pedaqoji konsepsiya yoxdur;
- müəllimlər fənni tədris edə bilir, lakin şagirdləri idarə etmək vərdişləri yoxdur, çünki onlar bu sahədə təhsil almırlar;
- müəllimlər kifayət qədər diaqnostik biliklərə malik deyil və pedaqoji ustalıqları çatışmır, buna görə də onlar korrektiv müşahidələr aparıb, şagirdlərin davranışı barədə düzgün nəticə çıxara bilmirlər;
- böyük məktəblərdə şagirdlərin əməkdaşlıq etmək və stabil sosial əlaqələr qurmaq imkanları çox azdır.
İnnovasion təlim modelində fərdi və sosial məqsədlərə xüsusi diqqət verilir. Bütün fənlərə aid kursları müəllimlər komandası tədris edir, şagirdlər permanent qruplarda (4-6 nəfərlik) təhsil alırlar. Bir müəllim bir neçə fəndən dərs deyir. Bu isə müxtəlif fənlər arasındakı maneələri zəiflədir, təhsilin məzmunu həm şagirdlər, həm də müəllimlər üçün real məna kəsb edir. 5-8 nəfərdən təşkil edilən “müəllimlər komandası” eyni yaşda olan 60-100 uşağın təlimini tam əhatə edə bilir.
Şagirdlər kiçik permanent qruplarda bütün fənləri öyrənirlər. Bir neçə qrupun tərkibi sabit qalır. Müəllimlər komandası təlim prosesində belə kiçik qruplarda layihələrlə iş, məsləhətvermə, korrektiv tədris metodlarını uğurla tətbiq edirlər. Fənlərin tədris materialının həcmi və məzmunu məhdudlaşdırılmır və ciddi olaraq müəyyənləşdirilmir. Qruplarda təlim üsulları vəziyyətin diaqnostikası əsasında komandanın özü tərəfindən seçilir. Hər komandanın öz dərs cədvəli olur və bu cədvəl qarşıya qoyulan məqsəddən asılı olaraq tərtib edilir. Şagirdlərin idarə edilməsi tədris kurslarının öyrənilməsi ilə sıx əlaqələndirilir. Hər bir müəllim eyni zamanda yönəldici, məsləhətverici, hami rəhbər olur. Burada məqsəd kiçik qrupların fəaliyyətinə, onların sosial proseslərə yönəldilməsinə lazımınca dəstək verməkdir.
Kiçik permanent qruplarda oxuyanlar qarışıq qabiliyyətli uşaqlardan təşkil olunduğundan, qruplarda yerdəyişmələr, dəqiqləşdirmələr 6-9 ay ərzində aparılır, bu müddətdən sonra isə tərkib təxminən sabit qalır.
- öyrənilən müxtəlif fənlərin tədris metodikası bir-birindən ciddi surətdə fərqlənmir, ona görə də seçilmiş müəyyən mövzuların, layihələrin öyrənilməsində müxtəlif fənlərin materiallarından, müxtəlif bilik sahələrindən istifadə olunmasına cəhd edilir;
- şagidlərin daxil olduğu kiçik permanent qruplarda gedən sosial proseslərə tədris kurslarının bir hissəsi kimi baxılır;
- şagirdlərin idarə edilməsi və tədris planları bir-biri ilə sıx əlaqələndirilir, buna görə də məktəbdə xüsusi məsləhətçilər olmur və buna ayrıca vaxt verilmir;
- komandaların avtonomluğuna icazə verilir, buna görə də hər komandanın təlimə yanaşması müxəlif olur;
- müxtəlif fənlərin məzmununu məntiqi şəkildə əlaqələndirməyə cəhd edilir;
- müəllimlərin permanent qrupları ilə şagirdlərin permanent qrupları arasında sıx bağlılıqlar mövcuddur.
- seçmə qruplar-seqment tipli idarəetmənin modeli;
- birləşmiş qruplar-üfüqi məsləhətvermə strukturlu xətti idarəetmə modeli;
- “qarışıq qabiliyyətlər” qrupu- kollegial idarəetmə modeli;
- İnteqrativ təlim-matris tipli idarəetmə modeli;
- İnnovasion təlim-modul tipli idarəetmə modeli.
Unudulmamalıdır ki, məktəbin dəyişib inkişaf etməsi üçün aşağıdakı proseslərin də getməsi vacib sayılır:
- pedaqoji yenilikləri qəbul etməkdə, onlara uyğunlaşmaqda və tətbiqində məktəbin kollektivinin yaradıcı qabiliyyətlərinin, bacarığının olması;
- məktəbdə innovasion dəyişikliyə meyl və istiqamətlənmə yaratmaq üçün siyasi, sosial-iqtisadi, texniki və digər xarici amillərlə təsir edilməsi;
- məktəbi əhatə edən mühitin təsiri ilə onun daxili motivasiyasının qarşılıqlı uyğunlaşdırılması prosesinin aparılması.
3. Pedaqoji sistemləri idarəetmənin
mahiyyəti və əsas prinsipləri
Azərbaycan Resoublikasının təhsil sahəsində İslahat Proqramında təhsil sisteminin idarə olunması problemlərinə xüsusi münasibət bildirilmiş və demokratik cəmiyyətin təhsil sisteminin idarə olunması, ona rəhbərlik və nəzarətin həyata keçirilməsinin humanistləşmə və demokratikləşmə prinsiplərinə uyğun şəkildə qurulması məqsədəuyğun sayılmış və keyfiyyətin təmin olunmasında onların rolu xüsusi qeyd olunmuşdur. Təhsil sisteminin idarə olunmasının dövlət-ictimai prinsiplər əsasında həyata keçirilməsi, pedaqoji prosesin iştirakçılarının fəaliyyəti üçün ən əlverişli şəraitin yaradılması, onların sosial müdafiəsi və perspektivdə ictimai-dövlət idarəetmə sisteminə keçirilməsi proqramda qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Bazar iqtisadiyyatı şəraitində Azərbaycan təhsil sistemində şəxsiyyətin, cəmiyyətin təhsilə olan tələbatlarını ödəmək üçün dövlət-ictimai xarakterli idarəetmənin elə yeni modeli yaradılmalıdır ki, təhsil sahəsində dövlət siyasətinin, strategiyasının həyata keçirilməsini, təhsilin yeni dövlət standartlarının hazırlanması və tətbiqini, yeni standartın tələbinə uyğun keyfiyyətin qiymətləndirilməsi və nəzarət sisteminin işlənilməsini, mütəxəssis hazırlığına dövlət sifarişinin formalaşdırılmasını, təhsilin maliyyələşdirilməsinin yeni işlək mexanizminin qurulmasını təmin etsin. Bunun üçün birinci növbədə təhsil müəssisələrinə müstəqillik verilməli, idarəetmə ağırlıq mərkəzinin aşağılara ötürülməsinə nail olmalı, demokratik idarəetmə prinsipləri əsas götürülməli, idarəetmənin çevik mexanizmi formalaşdırılmalıdır.
İdarəolunan müxtəlif sosial sistemlər içərisində ölkə, bölgə, şəhər (rayon) miqyasında fəaliyyət göstərən təhsil sistemi mürəkkəbliyi və çoxparametrliyi ilə seçilir. İdarəetmə-müxtəlif sistemlər üçün uyğun planlaşma və təşkilati məsələlərin işlənməsi, bu işlərin həyata keçirilməsinin təşkili, ona nəzarət olunması əsasında alınmış nəticələrin həqiqi informasiyaya müvafiq təhlil edilib, uyğun qərarların çıxarılmasına dair fəaliyyət sahəsidir.
Xüsusi halda təhsil müəssisəsinin idarə edilməsi- planlaşdırma, təşkiletmə, rəhbərlik, monitorinq (nəzarət) vasitəsi ilə təlim-tərbiyə prosesinin iştirakçılarının (şagird, valideyn, müəllim) və köməkçi heyətin fəaliyyətini təhsilin və müəssisənin inkişaf məqsədlərinin həyata keçirilməsinə inteqrativ şəkildə yönəldilən fəaliyyət sahəsidir. Deməli, təhsil müəssisəsinin müasir tələblərə uyğun idarə edilməsi planlaşdırma, təşkiletmə, rəhbərlik (motivləşdirmə) və monitorinq (nəzarət) funksiyalarının həyata keçirilməsini tələb edir (10).
Planlaşdırma – təhsil sahəsinin və ya müəssisəsinin əsas istiqamətlərini müəyyənləşdirmək və onlara nail olmaq üçün təhsil müəssisələrində çalışanların fəaliyyət sahələri haqqında müvafiq nəticələrin alınmasına dair uyğun qərarların qəbul edilməsidir.
Təşkiletmə – təhsil müəssisəsi qarşısında qoyulmuş məqsədə çatmaq üçün planlaşdırılmış işlərin yerinə yetirilməsinə dair mümkün işlək strukturun yaradılmasıdır.
Rəhbərlik (motivləşdirmə) – hər bir təhsil müəssisəsinin fəaliyyətinin əsas məqsədə çatması üçün mövcud planlaşdırmaya və real struktura müvafiq effektiv qərarların qəbul edilməsidir.
Monitorinq (nəzarət) – təhsil müəssisəsi qarşısında qoyulmuş məqsədə çatmaq üçün məlumatların mütəmadi toplanması və təhlilidir. Monitorinq (nəzarət) planlaşdırma ilə birbaşa əlaqədə olub, nəticə etibarilə təhsil müəssisəsində qarşıya qoyulmuş məqsədin təmin olunmasına xidmət edir (10)
Mürəkkəb, dinamik, sosial sistem olan ümumtəhsil orta məktəbi məktəbdaxili idarəetmənin obyektidir. Məktəbdaxili idarəetmə optimal nəticələr əldə etmək üçün tam pedaqoji prosesin iştirakçılarının məqsədyönlü, şüurlu, qarşılıqlı təsiridir. Tam pedaqoji prosesin iştirakçılarının qarşılıqlı təsiri aşağıdakı ardıcıl, qarşılıqlı əlaqəli fəaliyyətlərdən və ya funksiyalardan yaranır: işin təhlili, işin məqsədi və planlaşdırılması, işin təşkili, ona nəzarət, nizamasalma və təshihetmə.
Məktəb idarəetmə nəzəriyyəsi məktəbdaxili menecment nəzəriyyəsi ilə əhəmiyyətli şəkildə tamamlanır. Menecerin (məktəb idarəedənin) fəaliyyəti öz əməkdaşlarına hörmət və etibar, işdə uğur qazanmaq üçün onlara şərait yaratmaq əsasında qurulur.
İdarəetmənin mahiyyətini aşağıdakı prinsiplər tam və hərtərəfli əks etdirir:
– kollegiyalıqla vahid rəhbərliyin əlaqələndirilməsi;
– idarəetmədə dövlət və ictimai əsasların əlaqələndirilməsi;
– idarəetmədə elmilik, nəzəriyyə ilə praktikanın qırılmaz qarşılıqlı əlaqəsi;
– idarəetmədə sistemlilik və komplekslilik;
– idarəetmədə səmərəliliyə, yekun nəticələrə nail olmaq meyli;
– idarəetmədə mərkəzləşdirmənin və desentraziasiyanın rasional əlaqələndirilməsi;
– idarəetmədə demokratikləşdirmə və humanistləşdirmə (9).
- idarəetmə sisteminin səmərəliliyinin idarəetmənin subyekti və obyekti arasında struktur- funksional əlaqələrin səviyyəsindən asılılığı;
- təhsil tərbiyə işinin idarəetmənin məzmun və metodlarının, məktəbdə pedaqoji prosesin təşkilinin məzmun və metodlarının xarakterindən asılılığı;
- idarəetmənin analitik, məqsədəmüvafiq və demokratik xarakterdə olmasının məktəb rəhbərlərinin müxtəlif növ idarəetmə fəaliyyətinə hazırlığından asılılığı.
Ümumtəhsil məktəbi mürəkkəb dinamik sistem olmaqla məktəbdaxili idarəetmənin obyekti kimi götürülməli, məktəbin və onun ayrı-ayrı komponentlərinin və ya hissələrinin idarə olunması ilə ümumilikdə çoxprofilli ümumtəhsil məktəb şəbəkəsinin idarə olunması kimi qəbul edilməlidir. Belə ümumtəhsil məktəblərinin altsistemlərinə pedaqoji prosesi, sinif-dərs sistemini, məktəbin tərbiyə işləri üzrə iş sistemini, peşəyönümlü iş sisteminin, məktəbin ayrı-ayrı pillələri arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsini və digərlərini daxil etmək olar. Məktəbin ayrı-ayrı altsistemlərinin idarə olunması məktəbdaxili idarəetmənin mənasını və məzmununu müəyyən etməlidir. Deməli, məktəbdaxili idarəetmə pedaqoji prosesin bütün iştirakçılarının məqsədyönlü, qarşılıqlı əlaqələri əsasında prosesin obyektiv qanunauyğunluqlarını nəzərə alaraq nəticənin təmin olunması məqsədini həyata keçirir.
Məktəbdaxili nəzarətin növ, forma və metodlarının nəzəri və təcrübi işlərdə aktuallığını və hazırda bunların mübahisəli xarakter daşıdığını nəzərə alaraq, bu işlərin optimal həllinin tapılmasına dair qabaqcıl ölkələrdə aparılan işlərin təhlilinə və alınmış nəticələrin Azərbaycan təhsil sistemində tətbiqi yollarının işlənməsinə böyük ehtiyac vardır. Bir çox pedaqoji ədəbiyyatda nəzarətin növlərinin təsnifatı-ilkin, icbari, yekun; digərlərində ilkin-icmal, şəxsi, tematik, frontal və sinif-ümumiləşdirmə kimi verilmişdir.
Aparılmış müşahidələrin və tədqiqatların nəticəsi göstərir ki, məktəbdaxili nəzarətin məzmununa aşağıdakı əsas istiqamətləri daxil etmək olar:
– ümumi təhsilin təşkilati-pedaqoji məsələlərinin öyrənilməsini;
– dövlət təhsil standartlarının və ümumtəhsil proqramlarının keyfiyyəti və yerinə yetirilməsinin gedişini;
– şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətini;
– təhsil, tərbiyə və təlimin inkişafetdirici funksiyalarını həyata keçirən fənlərin tədrisinin vəziyyətini;
– dərsdənkənar tərbiyə işlərinin təşkilini;
– pedaqoji işçilərlə işin qoyuluşu və icra vəziyyətini;
– şagirdlərin tərbiyə işinin təşkilində məktəbin, ailənin və ictimaiyyətin birgə işinin effektliliyini;
– normativ sənədlərin və qəbul olunmuş qərarların yerinə yetirilməsini.
Məlumdur ki, təhsil sisteminin demokratik prinsiplər əsasında idarə olunması və geniş tətbiqi üçün əsas tələblərdən biri onun dövlət–ictimai xarakterinin nəzərə alınmasıdır. Təhsil sisteminin dövlət-ictimai idarəolunmasının məqsədi, dövlətin və ictimaiyyətin səylərini birləşdirərək təhsilin müxtəlif problemlərinin keyfiyyətli həlli üçün təlim-tərbiyə prosesinin məzmunu, forma və metodlarının müəyyənləşdirilməsində, müxtəlif tip tədris müəssisələrinin seçilməsində müəllimlərə, şagirdlərə, valideynlərə daha çox hüquq və azadlıqların verilməsinin təmin olunmasıdır. Pedaqoji prosesin iştirakçılarının tələb olunan hüquq və azadlıqlar qazanması, onları nəinki təlim-tərbiyə prosesinin obyekti edir, eyni zamanda təhsilin aktiv subyektinə çevirir, geniş spektrli təhsil proqramlarını, təhsil müəssisəsini, müəllimləri sərbəst seçməyə imkan yaradır. Təhsil sahəsində dövlət siyasətinin əsasını Təhsil Qanunu və təkamül yolu ilə uzun müddətə həyata keçirilməsi nəzərdə tutulmuş “Təhsil sahəsində İslahat Proqramı” təşkil etdiyindən, təhsil sisteminin dövlət xarakterli idarəolunmasının əsasında aşağıdakı əsas prinsiplər durur:
– təhsilin humanist xarakterli, insanların həyat və sağlamlığı, şəxsiyyətin azad inkişafı, ümuminsani keyfiyyətlərin üstünlük təşkil etməsi, vətənə sevgi, sədaqət və vətəndaşlıq hisslərinin tərbiyə olunması;
– təhsil və tərbiyə prosesinin birliyini nəzərə alaraq milli mədəniyyətlərin qorunması;
– təhsilin kütləviləşməsinin, təhsil sisteminin təhsil alanların səviyyəsinə və xüsusiyyətlərinə uyğunluğunun təmin olunması;
– təhsildə azadlıq və plüralizm;
– təhsilin idarəolunmasının demokratik, dövlət-ictimai xarakter daşıması, təhsil müəssisələrinin muxtariyyətinin təmin olunması;
– təhsilin idarəolunmasında bəzi funksiyaların və səlahiyyətlərin yuxarı təşkilatlardan alınıb aşağı təşkilatlara verilməsi, başqa sözlə, idarəetmənin əks mərkəzləşməsi.
Təhsil sisteminin idarəolunmasının ictimai xarakterini idarəolunmanın dövlət xarakteri ilə yanaşı, idarəetmədə ictimai qurumların, müəllim və şagird kollektivlərinin, valideynlərin, ictimaiyyətin nümayəndələrinin daxil olduğu ictimai təşkilatların yaradılması və prosesdə iştirakının təmin olunması müəyyən edir. İctimai təşkilatların idarəetmədə iştirakı, təhsil müəssisəsinin kollektivində elmi yaradıcılıq və müsbət psixoloji mühitin yaranması üçün real şəraiti formalaşdırır, təhsil müəssisəsi dövlət və özünüidarə prinsipləri əsasında idarə edilir, onun fəaliyyəti müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Məktəbin idarəolunmasında ən azı iki qrup şərtlər vardır: ümumi və spesifik.
Comments are closed, but trackbacks and pingbacks are open.