Press "Enter" to skip to content

Hobbim – çıxılmaz vəziyyətdən çıxış yolu tapmaqdır – Cavanşir Feyziyevlə söhbət

Fətəliyev Məmməd Böyükxan oğlu. Türkiyə, Yunanıstan və Böyük Dövlətlər Lozan konfransında [Mətn] M.Fətəliyev; elmi red. S.T.Hacıyev, M.C.Qasımlı.- B.: Elm, 2013.- 234, [2] s.

Feyziyev riyaziyyat kemiyyetler

Faber Adel. Necə danışmalı ki, uşaqlar qulaq assınlar və necə dinləməli ki, uşaqlar danışsınlar [Mətn]: [Valideynlər! Uşaqlarınızla düzgün ünsiyyət üçün vasitə!] /A.Faber, E.Mazliş; rus dil. tərc. A.Qasımova; rəssam Kimberly Ann Coe.[Bakı]: [Qanun], [2014].255 s.: portr., ill., cədv., [1] əlfəçin.

Faxralı Rəşid. Müharibə nə vaxt qurtaracaq? [Mətn]: ( Publisistik məqalələr) /R.Faxralı; Sponsor. E.Məmmədova.- Bakı: Azərbaycan, 1994.- 88 s.

Faxralı Rəşid. Ömrün üfüqləri [Mətn] / Rəşid Faxralı.-B.: Azərbaycan, 1996.- 128 s.

Faiq Kərim. Balaca bənna. [Mətn] Azərnəşr, 1964.- 20 s.

Fars dili: (IV-X siniflər üçün) AzSSR Maarif Nazirliyi, Proqram-metodika idarəsi; tərt. ed. T. Seyidov.- B.: [s.n.] 1984.- 66 s.

Farsca-Azərbaycanca lüğət lüğətə təxminən 35000 söz və söz birləçməsi daxil edilmişdi r /tərt. ed. M. Nağısoylu, Ə. Bağırov, A. Ramazanov, Ş. Abdullayeva; red. və ön söz. M. Nağısoylu. – Bakı: Şərq-Qərb, 2007. – 636, [4] s.

Faruq Abdulla. Sahilsiz qəlbimin dalğaları [Mətn] : şerlər və poemalar /Abdulla Faruq; tərt.ed. və ön söz yazanı. M.A. Teymurov.- B.: Yazıçı, 1989. -106, [3] s.

Fasiləsiz milli təhsil konsepsiyası və şagirdlərin peşəyönümünün aktual problemləri [Mətn]: tematik məcmuə /Red. H.M.Əhmədov və b.; N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti.- B.: 1992.- 81s.

Fatimə Ağanisə. Qadınların qürur tacı [Mətn] Ağanisə Fatimə; Red. İ.Əsədova; Rəssam. T.Qasımov.- B.: Qorqud, 2002.- 160 s.

Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı [Mətn] : ali məktəblər üçün dərslik /V.M.Babazadə və b.; [red. S.Ə.Bəktaşi; rəyçilər. D.M.Əhmədov, Ş.D.Musayev]Bakı: [BDU], 2007.- 395, [1] s.

Fayql Erix. İpək yolu üzərində odlar yurdu – Azərbaycan tarixi [Mətn] : /E.Fayql; elmi red. F.Vahabov, K.Şükürov; red. D.İsmayılov, T.Nuriyeva.- Bakı: 2009.- 183, [1] s.

Fazili Abdulla Həsənalı oğlu. Atropatena er. əv. IV-er VII əsri Ulusunu tanımayan tanrısını tanımaz /A.H.Fazili; elmi red. S.M.Onullahi; AEA, Tarix İn-tu.- Bakı: Elm, 1992.- 216 s. , 8 v. şəkil, portr. ; 21 sm.

Fedotova L.N. Kommunikasiya prosesində reklam [Mətn]: dərslik: [rus dilindən tərcümə] L.N.Fedotova; rus dilindən tərc. M.Q.Əkbərov [və b.]; elmi red. K.P.Paşayev.- B.: [İqtisad Universiteti] 2008.- 471, [4] s.

Fel İ.İ. Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə və əməyin elmi təşkili [Mətn]: mühazirələr /İ.İ.Fel, A.Ə.Əliyev, Q.L.Truman; red. Ə.T.Ağayev; N.Nərimanov ad. Azərb. Döv. Tibb İn-tu.- Bakı: [s.n.], 1978.- 58, [2] s. ; 19 sm.

Felthem Ralf Corc. Diplomatın stolüstü kitabı [Mətn]: [sorğu kitabı] /R.C.Felthem; Azərb. dilinə tərc. red. A.Qırxıyev; tərc. Ə.Əliyev, V.Rzayev.- B.: Çıraq, 2008.- 283, [5] s.

Feodosyev Vsevolod İvanoviç. Materiallar müqaviməti ali texniki məktəblər üçün dərslik / V.İ.Feodosyev; [tərc. ed. A.Vəliyev; elmi red. İ. Bəxtiyarov].- Bakı: Maarif, 1965.- 563, [1] s.

Feyziyev Fikrət Güləli oğlu. Diskret riyaziyyatın bəzi fəsilləri [Mətn]: dərs vəsaiti /F. G. Feyziyev; elmi red. K. B. Mənsimov; rəy verən. K. Ş. Məmmədov, H. V. Şimiyev.- B.: Təhsil, 2008.- 241, [1] s. , portr., cədv., şək.

Feyziyev Həsən Qulu oğlu. İstilik təchizatı [Mətn] : Dərslik /H.Q.Feyziyev, M.F.Cəlilov; Elmi red.: N.Y.Məmmədov; Rəy verənlər: F.İ.Kəlbəliyev, İ.Q.Əliyev.- Bakı: Yurd NPB, 2007.- 584 s.

Feyziyev Sərxan Aslan oğlu. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları: Dərs vəsaiti II hissə /S.A.Feyziyev, R.Y.Şükürov; İxtisas red.: Ə.M.Məmmədov.- Bakı: Şirvannəşr, 2003.- 438 s.

Feyziyev Sərxan Aslan oğlu. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları [Mətn] : ali məktəb tələbələri üçün dərslik /S. A. Feyziyev, R. Y. Şükürov ; red. B. Cəbrayılov. B.: Apostroff, 2014. 565, [3] s.: şək., cədv

Feyzullabəyli İsmayıl Əli oğlu. Beynəlxalq ticarət işi: Ali məktəblər üçün dərslik /İ.Ə.Feyzullabəyli, E.İ.İbişov, H.A.İsrafilov; Elmi red.: Ə.İ.Bayramov; Red.: T.Məmmədov. B.: Zaman , 2001. -370 s.

Feyzullabəyli İsmayıl Əli oğlu. Real bazara doğru [Mətn] /İ.Ə.Feyzullabəyli; Rəyçi. N.Novruzov; Red. T.Məmmədov.- Bakı: Azərnəşr, 1993.- 174 s.

F eyzullayev İsmayıl Əli oğlu. Ticarətin iqtisadiyyatı [Mətn]: ali məktəblər üçün dərslik /İ.Ə.Feyzullayev.- B.: Maarif, 1973.- 359, [1] s.

Feyzullayeva F.R., Q.H.Əliyev. Bitkilərin ekologiyası [Mətn]: dərs vəsaiti F.R.Feyzullayeva, Q.H.Əliyev; Red. Y.K.Əhmədov; Azərbaycan Dövlət Pedaqoji Universiteti. Feyzullayeva, F.R.- B.: 1991.- 85 s. 20 sm.

Feyz üllahzadə, Şıxəli (hacı) Təzkirətül-Övliya [Mətn] : on dörd mə`sumun tərcümeyi-halı /Hacı Şıxəli Feyzullazadə ; kitabı nəşrə haz. Hacı Rauf Şeyxzamanlı [ön söz] ; red. Hacı Müqəddəs Payızova.Bakı: Ecoprint, 2018.51, [1] s.: 19 sm.

Feyzullazadə Vəcihə. Füzulinin ömür yolu [Mətn] /V.Feyzullazadə; Elmi red. R.Azadə, A.Bağırov; Rəssam. A.Hüseynov.- B.: Azərnəşr, 1951.- 52 s.

Fəcri Fətulla Abdulla oğlu. Od oğullar [Mətn]: [Bədii – sənədli – publisistik roman] /F.Fəcri; Red.: Nisəxanım Mirzə.- Bakı: Mütərcim, 2004.- 144 s.

Fədai. Bəxtiyarnamə [Mətn] /Fədai; Tərtib və ön sözün müəllifi. Q.Məmmədli.- B.: Şərq-Qərb, 2004.- 168 s.

Fəhmi İlqar. Aktrisa [Mətn]: roman /İ.Fəhmi.- B.: Adiloğlu, 2006.- 160 s.

Fəxri xiyaban [Mətn]: [soraq kitabı] /Heydər Əliyev Fondu .-Bakı , 2007.- 208 s.

Fəlsəfə [Mətn]: Ali məktəblər üçün dərslik /F.F.Ramazanov və b.; Məsləhətçi və elmi red. F.Ramazanov.- B.: Azərbaycan, 1997.- 374 s.

Fəlsəfə ensiklopedik lüğəti [Mətn] /M.Ə.Babayev, Y.A.Qaraməmmədli, G.K.Qocayeva və b.; Baş red.: İ Vəliyev; Red.: İ.Ə.Rüstəmov, Ə.F.Abbasov və b.- B.: Azərbaycan Ensiklopediyası NPB, 1997.- 520 s.

Fəlsəfə və həyat: Elmi məqalələr toplusu /Redaksiya heyəti: Yusif Rüstəmov, Əbülhəsən Abbasov, Afaq Rüstəmova, Dilqəm İsmayılov Həlimə Məmmədova; Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. “Sosial fəlsəfə” şöbəsiI buraxılış.- B.: Təknur, 2005, 244 s.

Fəlsəfənin gender aspektləri kursu üzrə tədris proqramı : Ali məktəblərin müəllim və tələbələri üçün Qərb Universiteti, Gender Tədqiqatları Mərkəzi; Müəllif – tərt.: A.B.Əzimov; Elmi red.: E.Ş.Hüsey.- B.: 2001.- 12 səh.

Fənlərin inteqrasiyası [Elektron resurs]: [metodik vəsait] /M.Həsənov, Ş.Ağayev, V.Məmmədova, Y.Fərzəliyeva; elmi red. A.Həsənov.- B,: MM-S müəssisəsi, 2013.- 64 s.

Fərdi kompüterlər və proqramlaşdırma [Mətn] /S.Q.Kərimov, Ə.Y.Babanlı, Ə.Ə.Pənahov və b.; Rəyçilər. T.A.Əliyev, T.M.Əsgərov.- Bakı: Maarif, 1992.- 242 s.

Fərəcov Ə. Müxtəsər dilçilik lüğəti /Ə.Fərəcov; [red. S.Cəfərov, T.Babayev].- Bakı: Azərtədrisnəşr, 1960.- 159, [1] s. ; 17 sm.

Fərəcov Əli Abbas oğlu. Azərbaycan dili [Mətn]: üçillik ibtidai məktəbin 3-cü sinfi üçün dərslik /Ə.A. Fərəcov, M.S.Həsənov; elmi red. Y.Kərimov.- B.: Maarif, 1989.- 168 s.

Fərəcov Əli Abbas oğlu. Qrammatik məfhum və onun mənimsənilməsinin bəzi məsələləri / Ə.A.Fərəcov; [elmi red. B.Əhmədov].- B. Maarif; 1970.- 132, [4] s.

Fərəcov Əli Abbas oğlu. Qrammatik məfhumların mənimsənilməsi /Ə.A.Fərəcov; [xüs. red. B.Əhmədov].- B.: Maarif.� 1967.� 120, [3] s.

Fərəcov Rzabala Hüseyn oğlu. Elektron hesablama maşınları və proqramlaşdırma [Mətn]: Ali məktəblər üçün dərs vəsaiti /R.H.Fərəcov, R.T.Paşayev, C.K.Kazımov.- Bakı: Bakı Dövlət Universiteti, 1992.- 296 s.

Fərəcov Yalçın. XXI əsrin parlaq günəşi [Mətn] /Y.Fərəcov, İ.Əzizxanoğlu; Red. V.Süleymanov, S.Orucov.- B.: Azərbaycan, 2007.- 192 s.

Fərəcova Məlahət Novruz qızı. Qobustan Çalaları [Mətn] /Elmi red. Q.S. İsmayılzadə; Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası; Qobustan Dövlət tarixi-bədii qoruğu.-B.: 2007.-128 s.

Fərəcullayeva M. Akademik Yusuf Məmmədəliyev [Mətn] /M.Fərəcullayeva; red. S.Məmmədəliyeva; foto R.Bağırov.- B.: TUTU; 2005.- 96 s.

Fərhadi Püstə Oruc qızı. Bakalavr hazırlığı üçün “Kommersiya fəaliyyətinin əsasları” fənnindən metodik vəsait [Mətn] P.O.Fərhadi; tərt. ed. P.O.Fərhadi; red. R.F.Sadıqov; rəy. A.Əhmədov, A.Səmədov; Azərb. Respub. Təhsil Nazirliyi, Bakı Biznes Un-ti.- B.: [Bakı Biznes Un-ti] 2012.- 317 s.

Fərhadi Püstə Oruc qızı. Marketinqin kommunikasiya sistemi fənnindən metodik vəsait :bakalavr hazırlığı üçün [Mətn] tərt. ed. P.O.Fərhadi; red. R.F.Sadıqov; rəyçi A.Əhmədov, A.Səmədov; Azərb. Resp. TəhsilNazirliyi, Bakı BiznesUn-ti.- B.: [Bakı BiznesUnivesiteti] 2012.- 363 s.

Fərhadi Püstə Oruc qızı. Meyvə-tərəvəz yarım kompleksində inteqrasiya əlaqələrinin təkmilləşdirilməsi [Mətn]: [monoqrafiya] /P.O.Fərhadi; elmi red. R.Balayev.- Bakı: Elm və təhsil, 2010.- 225, [3] s., [4] v. portr., fotoşək., şək.: portr., cədv

Fərhadoğlu İsgəndər.(Səklikov İsgəndər Fərhad oğlu).Arı kəşfi [Mətn]: [Təmsillər] /İ. Fərhadoğlu; Red. Z. Şahsevənli. Bakı: Gənclik, 1993.72 s.: 1portr., 20 sm.

Fərhadoğlu Kamil. İçərişəhər Bakı [Mətn] /Kamil Fərhadoğlu; [Elmi red. F.Ə.İbrahimov]; Ön söz. Bünyadov Teymur; Rəyçi. Məşədixanım Nemət; Kitabda rəssam Mir-Teymurun fotoarxivindən istifadə olunub.-Bakı: Çinar-Çap: Ş-Q, 2006.- 256 s.

Fərhadoğlu Maqsud. Fəlsəfənin əsasları [Mətn]: [Dərs vəsaiti] /M.Fərhadoğlu; Elmi red.: Ə.R.Bayramov, Q.Talıbov.- B.: Maarif, 1998.- 440 s.

Fərhadoğlu Maqsud. Fəlsəfənin əsasları [Mətn]: Dərs vəsaiti /M.Fərhadoğlu; Elmi red. Ə.Bayramov, Q.Talıbov.- B.: Nurlan, 2002.- 392 s.

Fərhadoğlu Maqsud. Fəlsəfənin əsasları [Mətn]: dərslik /M. Fərhadoğlu; elmi red. Ə.Bayramov; rəyçi A. Şükürov, V. Paşayev.- B.: Nurlan, 2006.-400 s.

Fərhadoğlu Maqsud. Tərəqqi, insan və şəxsiyyətin dünya görüşü /M.Fərhadoğlu; Elmi red.: Q.Talıbov.- B.: Qanun, 2001.- 400 s.

Fərhadzadə Eldar Mehdi oğlu. Komplekt elektrik intiqalları [Mətn]: Dərs vəsaiti /E. M. Fərhadzadə, Z. Ə. Həsənov, F. X. Vəzirov; Red.: E. S. Əliyev; Rəy verənlər: R. İ. Mustafayev, E. S. Əliyev; Azərbaycan Dövlət Neft Akademiyası. B.: ADNA, 1999. 56 s.: ill., cədv, sxem

Fəridə Hacıyeva biblioqrafiya : 60 illik yubileyi münasibətilə /tərt.-müəl. Ş. İ. Nağıyeva ; red. M. Ə. Vəliyeva.-Bakı : Nərgiz , 2013.-113, [1] s.

Fərrux Zahid. Maliyyə, pul tədavülü, kredit [Mətn]: Dərs vəsaiti /Dr.Z.Fərrux, V.Zeynalov B.: Azərnəşr, 2007. -400 s.

Fərrux Zahid. Pul, kredit, banklar, qiymətli kağızlar və valyuta [Mətn] /Dr. Z. Fərrux, H. Z. Zeynalov. B.: Nasir, 2005.- 198 s.

Fərzəli Əjdər Qorqud. (Fərzəliyev Əjdər Əliş oğlu) Dədə Qorqud sözü [Mətn] /Ə.F.Qorqud; ön söz müəllifi və elmi red. Q. Məşədiyev; rəssam A. Ələkbərov, B. Qasımov:üçüncü kitab.- B.: Maarif, 1999.- 348 s. portr.Seriya Kitabi-Dədə Qorqud – 1300

Fərzəli Əjdər. “Gəmiqaya-Qobustan mədəniyyəti”nin işığında [Mətn] /Ə. Fərzəli ; red. A. Seyidov ; AMEA, Nəsimi ad. Dilçilik İn-tu. Bakı: Şəms, 2010.- 117, [1] s.: fotoşək., ill., cədv., 20 sm.

Fərzəli Əjdər Qorqud. (Fərzəliyev Əjdər Əliş oğlu) Hamı yenidən doğulmalıdır [Mətn]: şeirlər və poemalar /Ə.Fərzəli; Red.: O.Rza.- B.: Ozan, 1997.- 208 s.: 1 portr., 20 sm.

Fərzəliyev Məzahir Həmzə oğlu. Toxuculuq, yüngül sənaye, məişət xidməti maşınlarının təmiri və təmir sexlərinin layihələndirilməsi [Mətn]: dərslik /M.H.Fərzəliyev (elmi red.), E.N.Cəfərov; Azərb. Resp. Təhsil Nazirliyi, ADİU.Bakı: İqtisadUniversiteti, 2012.237, [1] s.: portr., şək., cədv.

Fərzəliyev S.A. 100 sual – 100 cavab [Mətn]: hüquqlar, güzəştlər, imtiyazlar S.A.Fərzəliyev, F.İ.Şivəxanov.- Sumqayıt: [s. n.] 2001.- 102, [1] s.

Fərziyeva Səadət İbrahim qızı. Azərbaycanın Cənub-Şərq bölgəsinin “Halay” rəqs-mahnıları [Mətn]: dərs vəsaiti /S. İ. Fərziyeva; elmi red. G. Abdullazadə; Azərb. Resp. Təhsil Nazirliyi, Ü. Hacıbəyli ad. Bakı Musiqi Akademiyası.- B.: Mütərcim 2014.- 214, [2] s., [2] v. şək. portr., fotoşək., not.

Fərziyeva Səadət İbrahim qızı. Doğma elin halayları [Notlar]: dərs vəsaiti / S. İ. Fərziyeva; elmi red. G. Abdullazadə; Azərb. Resp. Təhsil Nazirıiyi, Ü. Hacıbəyli ad. Bakı Musiqi Akademiyası.- B.: Mütərcim 2014.- 191, [1] s. notlar, portr., cədv.

Fərzəlibəyli Şahin Fazil. Azərbaycan və Osmanlı imperiyası [Mətn] : XV-XVI əsrlər /Şahin Fazil Fərzəlibəyli; Elmi red.: O.Əfəndiyev; Red.: E.Fərəcov; Rəssamı: S.Ağayeva.- Bakı: Azərnəşr, 1995.- 200 s.

Fərzəlibəyli H.M. Üzvü aləmin təkamülü haqqında Çarlz Darvin təlimi fəslinin tədris üsulü [Mətn]: qiyabiçi üçün metodik göstəriş /H.M.Fərzəlibəyli; Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İn-tu; [red. K.M.Əkbərov]Kirovabad: [s. n.], 1974.- 36, [2] s.

Fərzəliyev Çingiz Əbdülməcid oğlu. Natürmort janrı haqqında [Mətn] : metodik vəsait /Ç.Fərzəliyev; red. N.D.Həbibov; Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası.- B. [s.n.]; 2003.- 118, [2] s.

Fərzəliyev Elsevər Baba oğlu. Balıq emalı müəssisələrinin texnoloji layihələndirilməsi [Mətn]: ali məktəblər üçün dərslik /E.B.Fərzəliyev; red. G.A.Abbasbəyli; rəyçi. R.A.Əliyev [və b.]Bakı: İqtisad Universiteti, 2011.- 290, [1] s.

Fərzəliyev Elsevər Baba oğlu. Qida məhsullarının müasir tədqiqat üsulları [Mətn]: Ali məktəblər üçün dərslik.- B.: “İqtisad Universiteti” 2014.- 365[1] s. 21 sm.


Fərzəliyev Elsevər Baba oğlu. Yeyinti məhsullarının ümumi texnologiyası: Ali məktəblər üçün dərslik /E.B.Fərzəliyev, Ə.Y.Əliyev; Red.: M.Ə.Məhərrəmov.- Bakı: İqtisad Universiteti, 2005.- 392 s.

Fərzəliyev M.H. Tərsimi həndəsə [Mətn] : dərs vəsaiti /M.H.Fərzəliyev, T.M.Əsədov, E.Ç.Sultanov; red. M.H.Fərzəliyev; rəy verənlər. N.R.Məmmədov, O.Ş.Şamxalov, Z.Q.Quliyev, Z.S.Qələndərov.- Bakı: İqtisad universiteti, 2010.- 150, [1] s.

Fərzəliyev Mahir Neman oğlu. Daxili yanma mühərriklərinin ekoloji təhlükəsizliyi [Mətn]: Dərslik /M.N.Fərzəliyev, F.M.Həsənov; Elmi red. M.Ə.Talıbov; Məsləhətçi. R.M.Zeynalov; Rəyçi. H.O.Ocaqov və b.- B.: Təhsil, 2007.- 360 s.

Fərzəliyev Məzahir Həmzə oğlu. Əyricilik istehsalatının texnoloji maşınları və avadanlıqları [Mətn]: dərslik / M.H.Fərzəliyev.- Bakı: İqtisad Universiteti, 2008.- 350, [1] s. , şək., cədv. ; 21 sm.


Fərzəliyev Məzahir Həmzə oğlu. Maşın hissələri [Mətn]: Dərs vəsaiti /M.Fərzəliyev.- Bakı: “İqtisad universiteti”, 2004.- 72 s.

Fərzəliyev Məzahir Həmzə oğlu. Toxuculuq istehsalatının texnoloji maşınları və avadanlıqları[Mətn]: [dərslik] /M.H.Fərzəliyev; rəy. Ə.Əzizov, Ə.Hüseynov, V.Hüseynov, H.Hacıbalayev.- Bakı: İqtisad Universiteti, 2010.- 529, [1] s.

Fərzəliyev Məzahir Həmzə oğlu. Toxuculuq, yüngül sənaye və məişət xidmətinin texnoloji maşınlarının və avadanlıqlarının layihələndirilməsi [Mətn] : dərslik /M.H.Fərzəliyev; elmi red. F.Ə.Vəliyev; rəyçilər Ş.Əliyev, Ə.Hüseynov, V.Hüseynov, H.Hacıbalayev.- Bakı: İqtisad Universiteti, 2011.- 359, [1] s. , şək., cədv., portr. ; 21 sm.

Fətəliyev Xəlil Qənimət oğlu. Ailədə milli tərbiyə [Mətn] /X.Fətəliyev; Elmi red. V.C.Xəlilov; N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universiteti.- Bakı: 1996.- 187 s. ; 22 sm.

Fərzəliyev Şahin Fazil oğlu. Azərbaycan XV-XVI əsrlərdə [Mətn]: Həsən bəy Rumlunun Əhsənüt-təvarix əsəri üzrə. /Ş.Fərzəliyev; red. O.Ə.Əfəndiyev; Azərbaycan SSR, Elmlər Akademiyası Tarix İn-tu.- Bakı: lm, 1983.- 150, [2] s.

Fərziyev Teymur Füzuli oğlu. İnformatika [Mətn]: magistraturaya hazırlaşanlar üçün vəsait T.Fərziyev; elmi red. S.Fərziyev; ixt. red. T.Əliyev; rəyçi Ə.Nuriyev; dizayn M.Əliyeva.- B.: Hədəf Nəşrləri, 2012.- 322, [6] s.

Fərzullayev Mehman. Şərəfli ömür yolu [Mətn] /Hacı M. Fərzullayev ; red. Hacı Q. Piriyev.-Bakı: Vətən, 2011.- 79, [1] s.

Fətəli Xan Xoyski [Elektron resurs]: həyat və fəaliyyəti: sənəd və materiallar Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət Komissiyası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Baş Arxiv İdarərsi.- B.: Azərbaycan, 1998.- 124 s.

Fətəli qızı Gülxanım. Məmməd Arazlı günlərim [Mətn] : Xatirələr /G.Fətəliqızı; Red. Q.Əzizxanlı.- Bakı: Zəkioğlu, 2008.- 216 s. , fotoşək. ; 21sm.

Fətəliyev Hasil Kəmaləddin oğlu. Alkoqollu içkilərin texnologiyası [Mətn]: Dərslik /H.Fətəliyev; Elmi red.: M.İ.Cəfərov, F.N.Cəfərov; Rəy verənlər: S.Q.Verdiyev, M.M.Cəfərov.- Bakı: Elm, 2007.- 516 s.

F ətəliyev Hasil Kəmaləddin oğlu. Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası fənnindən praktikum dərs vəsaiti /H. K. Fətəliyev ; elmi red. V. Ş. Mikayılov ; rəy verənlər Ə. Ə. Nəbiyev [və b.].-Bakı : Elm , 2013.-227, [1] s.

Fətəliyev Hasil Kəmaləddin oğlu. tex. e. d-ru, prof. Biotexnologiya [Mətn] : dərslik /H. Fətəliyev, Ş. Əliyeva, T. Musayev ; elmi red. P. Z. Muradov ; [naşir C. Əliyev ; dizayner İ. Əhmədova].- Bakı: [Ecoprint], 2019.- 359, [1] s.: cədv., şək., 21 sm.

Fətəliyev Hasil Kəmaləddin oğlu. İçkilərin ekspertizası [Mətn] : dərslik /H. K. Fətəliyev ; elmi red. V. Ş. Mikayılov.- B: [Elm], 2015.- 442, [2] s.: şək., cədv., 21 sm.

Fətəliyev Hasil Kəmaləddin oğlu. Meyvə və tərəvəzlərin emalı texnologiyası [Mətn] : dərs vəsaiti /H. K. Fətəliyev, A. Əsgərova, İ. Əsgərova ; elmi red. F. N. Cəfərov. Bakı: [Ecoprint], 2017.- 366, [2] s.: cədv., şək., 21 sm.

Fətəliyev Hasil Kəmaləddin oğlu.Meyvə-giləmeyvə şərablarının texnologiyası [Mətn] : dərs vəsaiti /H. Fətəliyev, T. Musayev, G. Əliyeva ; elmi red. V. Ş. Mikayılov.Bakı: [Ecoprint], 2018.311, [1] s.: şək., cədv., portr., 21 sm.

Fətəliyev Hasil Kəmaləddin oğlu. Süfrə şərablarının müasir texnologiyası [Mətn] : Dərs vəsaiti. Bakı: Ecoprint, 2017.- 335, [1] s.: 21 sm.

Fətəliyev Hasil Kəmaləddin oğlu. Şərabçılıq [Mətn]: dərslik /H.Fətəliyev. I hissə.- B.: İrşad, 1995.- 258 s. şək., cədv

Fətəliyev Hasil Kəmaləddin oğlu. Şərabçılıqdan praktikum dərs vəsaiti /; elmi. /Hasil Fətəliyev ; elmi red. S. X. Həsənova ; rəyçi E. M. Mövsümov, M. M. Cavadov.-Bakı : Elm , 2013.- 326, [2] s.

Fətəliyev Hasil Kəmaləddin oğlu. Şərabın mikrobiologiyası [Mətn]: dərslik /H.K.Fətəliyev; elmi red. F.N.Cəfərov. Bib-ID. vtls000484387.- Bakı: Elm, 2016.- 340, [2] s.: cədv., şək

Fətəliyev Hasil Kəmaləddin oğlu. Şərabın texnologiyası [Mətn] : dərslik /H. Fətəliyev ; elmi red. Ə. Ə. Nəbiyev ; rəyçi. F. Y. Əliyev, B. M. Bağırov, Ş. A. Əliyev, H. Y. Quliyev.-Bakı : Elm , 2011.-595, [1] s.

Fətəliyev Xəlil Qənimət oğlu. Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsi [Mətn] X.Fətəliyev.- B.: Maarif, 1987.- 146, [1] s.

Fətəliyev Məmməd Böyükxan oğlu. Avropa və Amerika ölkələrinin müasir tarixi [Mətn]: ali məktəblər üçün dəslik: 2 hissədə /M.Fətəliyev, M.Qasımlı; elmi red. M.Fətəliyev; rəyçi E.Hüseynova; F.Yusifzadə 2 hissə.- Bakı: Adiloğlu, 2008.- 338, [1] s.

Fətəliyev Məmməd Böyükxan oğlu. Türkiyə diplomatiyası və Balkanlar [Mətn] /Məmməd Fətəliyev; Red.: M. Əsədova.- B.: Azərnəşr, 1995.- 128 s.

Fətəliyev Məmməd Böyükxan oğlu. Türkiyə və Balkan dövlətləri 1929-1938-ci illərdə [Mətn]: Türkiyənin Balkanlarda xarici siyasət problemləri /M.Fətəliyev; elmi red. S.T.Hacıyev, rəyci. E.Ə.Hüseynova, F.Q.Yusifzadə, R.X.Hüseynov.- B.: Elm, 2010.- 207, [1] s.

Fətəliyev Məmməd Böyükxan oğlu. Türkiyə, Yunanıstan və Böyük dövlətlər Birinci dünya müharibəsi ərəfəsində və illərində . /�.Fətəliyev; Elmi red.: Y.Mahmudov.- Bakı: Bakı Universiteti, 2005.- 359 s.

Fətəliyev Məmməd Böyükxan oğlu. Türkiyə, Yunanıstan və Böyük Dövlətlər Lozan konfransında [Mətn] M.Fətəliyev; elmi red. S.T.Hacıyev, M.C.Qasımlı.- B.: Elm, 2013.- 234, [2] s.

Fətəliyev Məmməd Böyükxan oğlu. Yunanıstan, Türkiyə və böyük dövlətlər 1919-1922-ci illərdə [Mətn] /M. B.Fətəliyev; Elmi red.: H.Əlibəyli.- Bakı: BDU, 2005.- 177 s. ; 20 sm.

Fətiyev Yaşar Qurban oğlu. Dolub, boşalan Qubadlı [Mətn] /Yaşar Fətiyev.B.: [Ziya-Nurlan], 2004.- 294 s. portr., fotoşək

Fətiyev Yaşar Qurban oğlu. Qubadlı, görüşünə gəlmişəm [Mətn]: Xatirələr, düşüncələr Y.Q.Fətəliyev B.: Zaman, 2002.- 516 s.

Nüsrət Fətullayev [İzomaterial] /Azərbaycan Teatr Cəmiyyəti.- Bakı: Elm, 1974.- [1] qat. v. , portr., fotoşək. ; 19 sm.

Fətullayev Ş. Gəncə abidələri [Mətn] Ş.Fətullayev; red. M.Nəcəfov.- B.: Gənclik, 1969.- [10] s.

Fətullayev Şamil. Şəki abidələri [Mətn] /Ş.Fətullayev; red. M.Nəcəfov.- B.: Gənclik, 1970.- 18 s.

Fəzilət yolu 60 [Mətn] Red. və tərt. ed. T.Əlibəyli.- B.: Nasir, 2002.- 284 s.

Fikirlərin vəhdəti [Mətn]: [Müdrik kəlamlar] /Toplayan və tərtib ed.: Bəxşeyiş Ələmşahov, Nizami Bəxşeyiş oğlu; Red.: N. Xudiyev; Buraxılışına məsul: Ş. Abuşov; Ön sözün müəll.: F. Maqsudov I kitab.- Bakı :Azərbaycan Ensiklopediyası NPB ,1998.- 95 s.

Fikrət Tofiq. Seçilmiş əsərləri [Mətn] /T. Fikrət.- Bakı: Şərq-Qərb, 2006.-176 s.

Fikrətoğlu Orxan. Şirvan Şəşəngisi [Mətn]: [Hekayələr, kinossenarilər və povest] /Orxan Fikrətoğlu.- B.: Hərbi nəşriyyat, 1998.- 96 s.

Fikrətoğlu Orxan. (Sadıqov Orxan Fikrət oğlu) Vaxt [Mətn]: Hekayələr. Povestlər. Kinossenarilər /O.Fikrətoğlu; ön söz müəl. Ş.Alışanlı; red. F.Sadıq.- B.: Elm, 2008.- 373, [3] s. portr

Filialların vergiləri haqqında (qaydalar): Azərbaycan Respublikasının qanunvericiliyi Buraxılışa məsul: İ.Vlasova, Ş.Quliyeva.- B.: 2001.- 4 səh.

Filologiya məsələlərinə dair tematik toplu /N.Tusi adına Azərb. Dövlət Pedaqoji Un-ti; red. B.Xəlilov; red. hey. H.Mirzəyev [və b.] � 2,- Bakı: [s.n.], 1996.- 98, [2] s.

Filologiya məsələlərinə dair tematik toplu [Mətn ] �1 /Red.: Buludxan Xəlilov; N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti.- Bakı: APİ, 1998.- 189 s.


Filologiya məsələlərinə dair tematik toplu [Mətn] /red. B.Xəlilov; red. hey. H.Mirzəyev və b.; N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti �1.- B.: 1999.- 182 s.

Filologiya məsələlərinə dair tematik toplu [Mətn] / red. B.Xəlilov; Azərb. Dövlət Pedaqoji Un-ti. N1-2 (13-14)Bakı: Nurlan, 2001.- 252 s.


Filologiya məsələlərinə dair tematik toplu [Mətn]: � 1-2 (20-21 ) /
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dədə Qorqud Elmi-TədqiqatLab�ratoriyası (Mərkəzi); Red. B.Xəlilov.- B��ı: Adiloğlu, 2002.- 192 s.

Filoloji araşdırmalar [Mətn]: [Toplu] /elmi red. Vaqif Sultanlı. Ədəbi axtarışlar VIII kitab.- B.: Şirvannəşr, 1998.- 100 s.: 20 sm.

Firdovsi Əbdülqasim Həsən ibn Əli Tusi. Şahnamə [Mətn] /Əbülqasim Firdovsi; Tərcümə edən, ön sözün və izahlarin i: M. Əlizadə; Red.: B. Azəroğlu, M. Sultanov, A. Sarovlu.- B.: Öndər, 2004.- 432 s.

Firidun bəy Köçərli [Mətn] : biblioqrafiya /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad. Resp. Uşaq Kitabxanası ; tərt. N. Tahirova, L. Qafarova ; red. G. Səfərəliyeva ; ixtisas red. və burax. məsul Ş. Qəmbərova ; ön söz. müəl. Z. Əsgərli. Uşaq ədəbiyyatı xəzinəsindən.- Bakı: [F. Köçərli ad. Respublika Uşaq Kitabxanası ], 2014.- 174, [2] s.: portr., 22 sm.

Fitopatogen göbələklərin eksperimental öyrənilməsi üsulları [Mətn] : (metodik göstəriş) /C. T. Ağayev, S. F. Cabbarov, A. A. Hüseynova, N. K. Ağayeva. Bakı: Müəllim, 2017.- 43, [1] s.: rəngli şək., 20 sm.

Fitopotologiya fənni üzrə tədris proqramı AOYU-nin biologiya və aqronomluq fakültəsinin tələbələri üçün.- Bakı : Qanun , 2011. – 12[] s.

Fizika [Mətn]: testlər toplusu: bakalavrlar üçün vəsait /E.M.Qocayev, A.Ə.Əhməd, Ş.M.Əfəndiyev, N.Y.Səfərov; elmi red. A.Ə.Abbasov. H. 1Bakı: [Təhsil], 2013.- 303, [1] s. şək

Fizika: 7 [Mətn]: ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik /M.İ.Murquzov, S.Q.Abdullayev, R.R.Abdurazaqov, N.A.Əliyev; elmi red. N.Qocayev; rəyçi. K.Rəhimov.- B.: Bakınəşr, 2008.- 256 s.

Fizika 7 [Mətn]: ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik M.İ.Murquzov, S.Q.Abdullayev, R.R.Abdurazaqov, N.A.Əliyev; elmi red. M.Murquzov; rəyçi N.Ağayev, L.Yusifova.- B.: [Azərb. Resp. Təhsil Nazirliyi], 2011.- 192 s.

Fizikadan nümayiş eksperimenti [Mətn]: Orta məktəbin yuxarı sinifləri üçün 1 cild, Mexanika, istilik. Müəllimlər üçün vəsait. Bakı: Maarif, 1976.- 361 s.

” Fiziki-coğrafi rayonlaşma” kursunun proqramı [Mətn]: Coğrafiya ixtisası Tərtib ed.: M.Ə.Süleymanov; məsul red. M.A.Müseyibov; Azərb/ SSR, Ali və Orta İxtisas Təhsili Nazirliyi, S.M.Kirov ad. Azərb. Dövlət Un-ti.- B.: ADU, 1983.- 4 s. 20 sm.

Fiziki kimya kursu dərs vəsaiti /Y.İ.Gerasimov [və b.]; tərc. ed. S.Ələkbərova, C.Zülfüqarlı; red. A.Muxtarov I.-cild.- Bakı: Maarif, 1968.- 620 s. , cədv., şək. ; 22 sm.

F iziki-kimyəvi analiz praktikumu [Mətn] : Ali məktəblər üçün dərs vəsaiti /İ.H.Əliyev, A.Ə.Fərzəliyev, A.Ç.Mirzəyev və b.; Elmi red.: A.N.Məmmədov; Rəyçilər: N.X.Rüstəmov, İ.İ.Əliyev; Azərbaycan Milli Elmlər Akademiyası Kimya Problemləri İnstitutu.- Bakı: Elm, 2007.- 227 s.

F iziki şəxslər tərəfindən malların gömrük məntəqəsindən keçirilməsi [Mətn] /Red. heyəti: Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: BİZNESMENİN BÜLLETENİ, 1997.- 12 s. , cədv. ; 21 sm.

Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin gətirilməsi və çıxarılması (Qaydalar): Azərbaycan Respublikasının qanunvericiliyi Buraxılışa məsul: �.Kuzmina, Ş.Quliyeva.- B.: 2002.- 12 səh.

Fiziki şəxslərdən gəlir vergisinin tutulması haqqında [Mətn]: Yardımçı vəsait Red. hey. F.Əbdüləzimli, T.Kuzmina, K.Şükürov; [Nəşred. Azərbaycan birgə müəssisə, beynəlxalq birlik və təşkilatların assosiasiyası].- B.: BİZNESMENİNBÜLLETENİ.- 1995.- 20 s.

Fiziki şəxslərin əmlakına verginin hesablanması və ödənilməsi [Mətn] Red. hey. F.Əbdüləzimli, T.Kuzmina, K.Şükürov; [Nəşr ed. Azərbaycan birgə müəssisə, beynəlxalq birlik və təşkilatların assosiasiyası]B.: BİZNESMENİNBÜLLETENİ 1995.- 8 s.

Fiziki şəxslərin gömrük məntəqələrindən mallarının keçirilməsi [Mətn] Red. hey. F.Əbdüləzimli, T.Kuzmina, K.Şükürov; [Nəş red. Azərbaycan birgə müəssisə, beynəlxalq birlik və təşkilatların assosiasiyası]Bakı BİZNESMENİNBÜLLETENİ, 1995.- 12 s.

Fizkolkimyadan yoxlama işlərinə dair metodik göstəriş [Mətn]: Pedaqoji institutların biologiya, biologiya-kimya və kimya-biologiya ixtisasları üzrə əyanivə qiyabişöbələrinin tələbələri üçün /AzSSR Xalq Təhsili Nazirliyi. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu; tərt. ed. N.Q.Xəlilova, T.Ə.Ağdamski, N.A.Verdizadə, A.Q.Babazadə; rəyçilər. K.Y.Əcəmov, Ə.N.Qurbanov.- B.: V.İ.Lenin adına APİ, 1989.- 77, [1] s.

Fokus-qrupların siyasi fəaliyyətində istifadəsi [Mətn] /Tərtibatçı müəllif: R.Quliyev; “İnam” Prüalizm Mərkəzi.- B.: Azərbaycan, 1998.- 24 s.: cədvəl., 20 sm.

Folklor terminləri [Mətn] /hazırlayan A. Xəlil (rus dilindən tərc. ed.); red. H.İsmayılov, M.Cəfərli; nəşrinə məs. Ə.Ələkbərov; rus dilindən tərc. ed. T.Quliyev; AMEA Folkor İnstitutu.- Bakı: Nurlan, 2010.- 140 s. ; 20 sm.

Folklor və yazılı ədəbiyyat [Mətn] AMEA, Folklor İn-tu; tərt. K.Əliyev, F.Qasımova; elmi red. M. Kazımoğlu I Kitab.- B.: [Nurlan] 2013.- 235, [1] s.

Folklorşünaslıq : Filologiya, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri [Mətn]: XXX toplu Red. heyəti. T.Bünyadov və b.; Məsul red. Ə.Ələkbərli; AMEA Folklor İnstitutu.- B.: Səda, 2006.- 404 s.

Fonvizin Denis İvanoviç. Seçilmiş əsərləri [Mətn] /D. İ. Fonovizin; Burax. məsul: Ə. Güləliyev.- B.: Şərq-Qərb, 2006. -160 s.

Forumdan foruma [Mətn]: Azərbaycan Respublikası gənclərinin II forumuna həsr olunur /Buraxılışa məsul: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti. B.: Azərbaycan, 1999. 32 s

Fortepiano üçün seçilmiş etüdlərin ifaçılıq təhlili [Mətn] : “ümumi fortepiano” fənni üzrə Üz. Hacıbəyli adına BMA-nın tələbələri üçün metodik vəsait /Azərb. Resp. Təhsil Nazirliyi, Ü. Hacıbəyli ad. Bakı Musiqi Akad. ; tərt. Z. Ə. Kəzimova ; elmi red. O. H. Abasquliyev ; rəy. M. H. Dilbazi [və b.] B,: [s. n.], 2014. 32, [9] s.: not

Fövqəladə geoloji hadisələr: Respublika-seminar müşavirəsi. Bakı: 2000. 111 səh

Fövqəladə hallar və Mülki müdafiə haqqında sənədlər toplusu [Mətn]: 2007-ci ilin 25 oktyabrına qədər olan əlavə və dəyişiliklərlə /Tərtibçi və naşir. Ş.Xuduoğlu.- Bakı: Qanun, 2007.- 572 s.

“Fövqəladə hallarda təhlükəsizliyin idarə olunması”, beynəlxalq simpozium (IV; 2007-ci il; Bakı). IV Beynəlxalq Simpozium “Fövqəladə hallarda təhlükəsizliyin idarə olunması” 15-16 noyabr, 2007-ci il [Mətn] /Nəşrə məsul: G.H.Məmmədova və b.; Ümumi red. H.�.Ocaqov. B.: 2007.- 258 s.: cədvəl., ill., 29 sm.

Fransız dili [Mətn]: Ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin 7-ci sinfi üçün dərslik /A. Həsənova (red.), S. İsazadə, S. Nəcəfova, M. Şükürova.- B.: “XXI” Yeni Nəşrlər Evi, 2004. -128 s.

Fransız ədəbiyyatı antologiyası [Mətn]: iki cilddə /tərt. ed. H.Qoca, C.Bəydili I cild.- Bakı: Şərq-Qərb, 2007.- 430, [2] s.

Fransız ədəbiyyatı antologiyası [Mətn]: iki cilddə /tərt. ed. H.Qoca, C.Bəydili II cild.- Bakı: Şərq- Qərb, 2007.- 397, [3] s.

Fransız ədəbiyyatı antologiyası [Mətn] /[burax. məs. Ə.Güləliyev] III cild.- Bakı: Şərq-Qərb, 2007.-406, [2] s.

Fransızca-Azərbaycanca, Azərbaycanca-fransızca müasir lüğət [Mətn] /Azərb. Kitab Araşdırmaları Mərkəzi; red. N.Əliyev; tərtibatçı R.A.Əkbərov.- B.: [s. n.], 2009.- 588, [3] s. ill., cədv

Fransızca-azərbaycanca lüğət [Mətn]: A-Z. Lüğətə təxminən 30000 söz və söz birləşmələri daxil edilmişdir /Red. R. Cabbarov. – Bakı: Şərq-Qərb, 2007. – 464 s.

Frazeologiya lüğəti [Mətn] : Azərbaycan dastan və nağıllarının dili əsasında /N.F.Seyidəliyev; Red. İ.O.Məmmədov.- Bakı: Çıraq, 2004.- 272 s.

Freyd Z. Fromm E. Bir illüziyanın gələcəyi. Psixoanaliz və din. [Mətn]: Bakı Universiteti nəşriyyatı, B.: 2004.- 157 s.

Freyd Ziqmund. Yuxuların yozumu [Mətn] Z.Freyd; tərc. N.Qocabəyli; red. S.Şahbazov[Bakı] [Qanun] [2014].- 578 s.

Friş Sergey Eduardoviç. Ümumi fizika kursu Mexanikanın fiziki əsasları. Molekulyar fizika. Rəqslər və dalğalar : ali məktəblər üçün dərslik /S.E.Friş, A.V.Timoreva; [tərc. ed. A.Muxtarov, S.Məmmədxanlı, Z. Mustafayev ; red. T.Həmidov, İ.Tağıyev] I cild.- Bakı: Azərtədrisnəşr, 1964.- 516 s. , şək., cədv., sxem. ; 22 sm.

Friş Sergey Eduardoviç. Ümumi fizika kursu [Mətn] Optika atom fizikası /S.E.Friş, A.V.Timoreva; tərc. ed. M.Haşımzadə, K.Köçərli; red. Y.Məmmədov III cild.- Bakı: Azərnəşr, 1960.- 820 s.

Fuad Esmira. Azərbaycan xalça sənətinin Kamili [Mətn] /E.Fuad; Elmi red.: A.Dadaşov, T.Əhmədov Red.: Z.Abdullayeva; Dizayner: Z.Abdullayeva; Dizayner: E.Qurbanov.- Bakı: Altun kitab, 2006.- 128 s. , portr., fotoşək. ; 26 sm.

Fuad Esmira. S öz sərrafı Şəhriyar [Mətn] /E.Fuad; ideya müəl. Ə.Vəliyev; elmi məsləhətçi. B.Nəbiyev; elmi red. T.Əhmədov; red. Ş.Əlibəyli; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: Avrasiya Press, 2010.- 301, [3] s.

Funksional analiz və inteqral tənliklər kursunun proqramı [Mətn]: dövlət universitetləri üçün ixtisas 2013-riyaziyyat /SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi; tərt. ed. A.Q.Kostyuçenko; tərc. ed. H.Hacıyev, M.Əlizadə.- B.: ADU, 1982.- 4, [1] s.

Futbol-1989 [Mətn]: Soraq kitabı. təqvim /tərt. və müəl. O.Atayev, P. Savin; çevr. E. Əliyev; red. A. Qəmbərov.- B.: İşıq, 1989.- 147,[3]s.

Füyuzat (1906-1907) /Transliterasiya edəni, çapa hazırlayanı və ön sözün müəllifi: O.Bayramlı; Red.: B.Nəbiyev, T.Kərimli; ARMEA, Nizami adına Ədəbiyyat İnstitutu.- B.: Çaşıoğlu, 2006.- 672 s.

“Füyuzat” jurnalı [Mətn] : Biblioqrafiya /Tərt. ed.: A. Xəlilov; Elmi red.: N. Q. Cəfərov, M. M. Adilov; Azərbaycanda Atatürk Mərkəzi; AMEA Füzuli adına Əlyazmalar İnstitutu. B.: AzAtaM, 2002. 34 s

Füzuli dünyası rəsmlərdə [Mətn] /Tərt. edən. və ön sözün müəllif. K.Kərimov, N.Həbibov; Red. İ.Xəlilov.- B.: Azərbaycan Ensiklopediyası, 1995.- 80 s.

Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. I cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.- .- B.: �Şərq-Qərb�, 2005.- 400 s.

Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. II cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 336 s.

Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. III cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 472 s.

Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. IV cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 344 s.

Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. V cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 224 s.

Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. VI cild [Mətn] /M. Füzuli; Tərtib edəni: Ə. Səfərli; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 384 s.

Füzuli Məhəmməd Süleyman oğlu. Heyrət, ey büt [Mətn] /M. Füzuli; tərt. ed. və red. F. Sadıqzadə.- B.: Gənclik, 1989.- 218,[3] s.

Füzuli Məhəmməd Süleyman oğlu . Hədiqətüs-süəda [Mətn] / M. Füzuli; tərtibçi Ə. Səfərli, M. Nağısoylu, N. Göyüşov.- B.: Gənclik, 1993.- 368 s.

Füzuli Məhəmməd Süleyman oğlu. Mətlə”əl-etiqad [Mətn]M.S.Füzuli; tərc. ed, ön söz, qeyd və şərh. müəl. Z.M.Bünyadov; red. T.B.Həsənov, Z.C.Məmmədov.- B.: Yazıçı, 1987.- 100, [4] s.

Füzuli Məhəmməd Süleyman oğlu. Seçilmiş əsərləri [Mətn] M.Füzuli; tərt. ed. və ön söz. Ə.Cəfər; red. M.Sultanov.- B.: Yazıçı, 1984.- 268, [4] s.

Füzuli Məhəmməd Süleyman oğlu. Seçilmiş əsərləri [Mətn] M.Füzuli; tərt. ed. M.Sultanov; red. H.Araslı.- B.: Şərq-Qərb, 1992.- 384 s.

Füzuli Məhəmməd Süleyman oğlu. Türkcə divanın dibaçəsi [Mətn] /F. Məhəmməd; Çağdaş azərbaycan türkcəsində hazırlayanı və ön sözün müəllifi: K. V. Nərimanoğlu; Red.: İ. Əhmədov; Ş. Əhmədova; Rəssam: A. Ələkbərov. B.: Yurd, 1999. 36 səh.: 1portr

“Hobbim – çıxılmaz vəziyyətdən çıxış yolu tapmaqdır” – Cavanşir Feyziyevlə söhbət

Müsahibim Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı olmuş, son seçkilərdə yenə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən lider namizəd olaraq seçilən (inanırıq ki, Konstitusiya Məhkəməsi bunu təsdiqləyəcək) Cavanşir Feyziyevlə ötən ilin yayında, Belqradda tanış olmuşduq. Səfirimiz Eldar Həsənovun dəvəti ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubiley tədbirlərinə qatılmışdıq.

“Nəsimi” filminə baxışdan sonra film təqdim olunan teatrın foyesində serb dilində Nəsiminin qəzəlləri kitabının təqdmatı keçirilirdi. Əsas çıxışlardan birini Cavanşir Feyziyev edirdi. Doğrusu, həmin çıxış və Cavanşir müəllimin davranışı diqqətimi çəkdi, tez-tez rastlanmayan yüksək peşəkar səviyyə və bacarıq sezdim.

Azərbaycanın bir qrup aliminə, ictimai xadim və ədibinə, o cümlədən, Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfələrə görə Cavanşir müəllimə də Serbiya Kral Akademiyasının “İvo Andriç” medalı təqdim olunurdu.

Geri qayıdanda uçuşlararası gözləmə zamanı yeni və nəhəng İstanbul hava limanında itmiş eynəyimi bərabər axtardığımız Bəxtiyarla çox şeylərdən, o cümlədən millət vəkillərimizdən və Cavanşir Feyziyevdən də danışdıq. Uzun müddət parlament müxbiri kimi fəaliyyət göstərdiyindən Cavanşir müəllimi də kifayət qədər yaxşı tanıyan jurnalist-yazar Bəxtiyar Səlimov daha çox şey danışdı, mənim ilk və xoş təəssüratımdan başqa bölüşəcək bir şeyim yox idi. İlk təəssüratımda yanılmadım, parlament buraxılsa da, Cavanşir Feyziyev yenidən millət vəkili seçildi.

Səfərdən sonrakı 8-9 ay ərzində biz Cavanşir Feyziyevlə bir neçə dəfə yazışdıq və Azərbaycan ədəbiyyatının xaricdə təbliği ilə bağlı fikir mübadiləsi apardıq. Onun dəstəyi ilə İstanbulda dərc edilən “Təmrin” dərgisinin Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi sayını hazırladıq. Bir necə belə nəşr isə, inşAllah, tezliklə işıq üzü görəcək. Məhz ilk bərabər işimizin təqdimatı günü ona “Ədəbiyyat qəzeti” üçün söhbət etməyi təklif etdim.

Səlim Babullaoğlu: Cavanşir müəllim, müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. Azər Turanla belə bir söhbət rubrikası barədə çoxdan düşünmüşdük. Sizi “Ədəbiyyat qəzeti”ndə bu rubrikanın ilk qonağı kimi görmək çox xoşdur.

Cavanşir Feyziyev: Çox sağolun, mənə də “Ədəbiyyat qəzeti” üçün söhbət etmək çox xoşdur. “Ədəbiyyat qəzeti” bizim fasiləsiz çap olunan ən qocaman qəzetimizdir.

Səlim Babullaoğlu: Elədir. İcazə verin həm öz adımdan, həm də qəzetin kollektivi adından sizi Milli Məclisə seçkilərdə lider olmağınız münasibətilə ürəkdən təbrik edim. Hesab eləyirəm ki, növbəti 5 il üçün Şəkinin, şəkililərin bəxti gətirəcək.

Cavanşir Feyziyev: Minnətdaram. Çalışacağıq ki, əlimizdən gələni, mümkün olanı edək və seçicilərimiz seçimlərindən peşman olmasınlar.

Səlim Babullaoğlu: Uşaq vaxtı filmlər və kitablardan aldığım təəssüratlar əsasında, iki peşəyəmi deyim, işə, vəzifəyəmi deyim xüsusi maraqla yanaşırdım. Biri vəkillik idi, biri deputatlıq, yaxud millət vəkili olmaq. Sizə görə millət vəkili olmaq nə deməkdir?

Cavanşir Feyziyev: Millətin vəkili olmaq, millətin daxilində mövcud olan potensialı, arzu və istəklərindəki idealları öz fəaliyyətində və əməlində əks etdirmək bacarığıdır. Biz hüquq sahəsindəki vəkillərdən danışanda prosesdəki hər iki tərəfin öz vəkilinə arxalandığını görürük. Elə millət vəkili olmaq da təxminən bunu özündə ehtiva edir. Seçicilər də özlərinə vəkil seçir və növbəti 5 ildə öz arzu və istəklərinin reallaşması perspektivində öz vəkilinə arxalanırlar, ona ümid edirlər. Sən onların ümidini doğrultmalısan. Əgər bir insanın, bir millətin, bir toplumun vəkili olmaq istəyirsənsə, nə qədər böyük və ali bir məsuliyyətin altına girdiyini yaxşı anlamalısan.

Səlim Babullaoğlu: Bir qayda olaraq məsuliyyət xüsusi hallarda daha qabarıq hiss etdirir özünü. Bir neçə dəfə millət vəkili olmusuz. Millət vəkili kimi çıxılmaz vəziyyətlə tez-tezmi rastlaşmısız?

Cavanşir Feyziyev: Mən 3-cü dəfə millət vəkili seçildim, əvvəl də, indi də o məsuliyyəti bütün ağırlığı ilə dərk edərək seçkilərə getmişəm və düşünürəm seçicilərimin də əksəriyyəti bilir ki, millət vəkili olduğum əvvəlki illərdə mən o məsuliyyəti layiqincə daşımışam. Qaldı sualınızın ikinci hissəsinə, mənim aləmimdə çıxılmaz vəziyyət yoxdur və heç zaman olmur. Mən əminəm ki, çıxılmaz hesab olunan istənilən vəziyyətdən də həmişə çıxış yolu var. Millət vəkilinin məsuliyyəti də məhz burada özünü göstərir. Yəni çıxılmaz vəziyyətlərdən çıxış yolunu tapmaq elə məhz milləti təmsil etməyə və ya idarə etməyə iddialı olan adamların, o cümlədən millət vəkillərinin məsuliyyətidir. Bu onların vəzifə borcudur.

Səlim Babullaoğlu: Bioqrafiyanızda orta məktəbi Şəkidə, Böyük Dəhnədə oxuduğunuz yazılıb, sonra riyaziyyat təmayüllü məktəbdə oxumusuz.

Cavanşir Feyziyev: Bəli.

Səlim Babullaoğlu: Riyaziyyatla aranız necədir və bugünkü həyatınızda, ictimai fəaliyyətdə, parlament fəaliyyətinizdə riyaziyyat karınıza gəlirmi?

Cavanşir Feyziyev: Riyaziyyat mənim üçün həmişə çox maraqlı olub. Məktəb yaşlarımda riyaziyyatdan ən çətin məsələləri həll etməyi sevərdim. Daha sonralar bir daha əmin oldum ki, təhsilimi riyaziyyat təmayüllü məktəbdə davam etdirməyim o zaman ən düzgün seçim idi. Riyaziyyat insanın analitik düşüncə qabiliyyətini cilalayır. Mən, ümumiyyətlə, təbiətən mürəkkəb işləri, mürəkkəb məsələləri həll etməyi xoşlayıram. Uşaq yaşlarımdan elə vərdiş etmişəm ki, qarşıma biri asan və biri mürəkkəb olmaqla iki sual çıxsa, mən mütləq mürəkkəb sualın cavabını tapmağa cəhd edərəm. Qarşıma çıxan işlərin ən ağırından yapışmağa üstünlük verirəm.

Səlim Babullaoğlu: Bu nə ilə bağlıdır: seçim stimulunuzu artırır, yoxsa belə olan təqdirdə özünüzü daha dolğun hiss edirsiz?

Cavanşir Feyziyev: Ola bilər ki, məktəbdə riyaziyyatı çox sevdiyimdən, çətin məsələləri həll etməyi xoşladığımdan həyatımın sonrakı mərhələlərində də həmişə çalışmışam ətrafımda çətin görünən məsələlərlə məşğul olum. Hər dəfə çətin bir məsələnin həllinə nail olanda başqa heç bir şeydən ala bilməyəcəyim bir zövqü alıram. Sanki növbəti bir çətinliyin üzərinə getmək üçün stimul artır, motivasiya artır. Bu isə az öncə dediyimiz çıxılmaz vəziyyətdən çıxış yolu tapmağa çox ciddi kömək edir. Həyatda hərənin bir hobbisi olur, mənim də birinci hobbim həlli çətin olan məsələlərlə məşğul olmaqdır. (gülümsünür). Məhz çətinlik sənin kim olduğunu sənin özünə ən yaxşı şəkildə başa salır. Çətinlik – ən yaxşı müəllimdir.

Səlim Babullaoğlu: Dillər Universitetini “fərqlənmə” diplomu ilə bitirmisiniz. “Tərcüməçi-müəllim” diplomu almısınız, hətta bir müddət orada işləmisiniz də. Sizə görə müəllim kimdir? Suala həm öz müəllimlərinizi xatırlayaraq, həm də öz müəllimlik təcrübənizi nəzərə alaraq cavab verməyinizi istərdim.

Cavanşir Feyziyev: Əvvəla ordan başlayım ki, mən müəllim ailəsində böyümüşəm, o üzdən müəllimlik peşəsi mənim aləmimdə ən ali peşədir. Bu mənə bütün zəhmətlərilə, əziyyətlərilə çox tanış və doğma bir peşədir. Çox yaxşı xatırlayıram, aşağı siniflərdə oxuyurduq, anam bizi yatağa uzandırıb gedirdi. Bəzən olurdu ki, gecənin bir vədəsində ayılırdım və görürdüm ki, otağın küncündə, yalnız masanın üzərini işıqlandıran lampanın işığında anam şagirdlərinin dəftərlərini yoxlayır. Ədəbiyyat müəlliməsi idi və çox vaxt uşaqlara yazdırdığı imla, inşa və ya ifadə yazılarını gecələr yoxlayırdı. Yorğan altından boylanıb baxdıqca öz-özümə fikirləşirdim ki, biz yatdıq, amma anam yatmır. Səhər açılanda yenə görəcəyik ki, o, hələ də ayaq üstədir və məndə belə bir təsəvvür yaranmışdı ki, müəllimlər heç vaxt yatmır, həmişə işləyirlər. Əslində elədir. Müəllimlik – fədakarlıqdır, ilk növbədə. Atam da, anam da müəllim olduqlarından məndə ola bilər ki, irsi olaraq bu peşəyə sözün əsl mənasında bir məhəbbət vardı. Məktəbdə oxuduğum illərdə də müəllimlərimi çox sevmişəm. Müəllimlərim də məni həmişə fərqləndiriblər, hələ aşağı siniflərdə oxuyarkən onlar mənimlə daha ciddi söhbətlər edir, mənimlə böyük adam kimi davranırdılar.

Səlim Babullaoğlu: Bu, yəqin, xarakterinizlə bağlı olub, yox?

Cavanşir Feyziyev: Ola bilər. Xatırlayıram, hər hansı bir mövzunu öyrənəndə, kitabda yazılanlarla kifayətlənmirdim. Həmin mövzu ilə bağlı nəsə əlavə bir şeylər də oxumağa cəhd edirdim və bəzən müəllimlərimlə də bölüşürdüm oxuduqlarımı. Yadımdadır, 13-14 yaşım olardı, kitabxanada kitab rəflərinin arası ilə gəzirdik. Kitabxanaçı mənə deyirdi ki, heç bilmirəm sənə hansı kitabı verim, burdakı kitabların hamısını oxumusan. Bir Leninin seçilmiş əsərləri qalıb, bir də Stalinin. Onlar da sənin üçün hələ tezdir. Sonuncu rəfə çatanda narazı şəkildə deyinirdi: “Burdakılar isə sənin üçün deyil”. Sonralar başa düşdüm ki, sovet dövründə məktəblilər üçün tabu hesab olunan müəyyən əsərlər var – sevgi-məhəbbət hekayələri və sair. Kitabxanaçı “Dekameron”u nəzərdə tuturdu.

Səlim Babullaoğlu: Covanni Bokkaçço.

Cavanşir Feyziyev: Bəli. Kitabxanaçının sözləri bu gün mənə gülməli gəlsə də, onun səsi, tonu, bu günə kimi qulağımdadır, deyim tərzi və üz mimikasını çox aydın xatırlayıram. Kitab oxumağı çox sevirdim və bunu mənə heç kim məcbur etmirdi. Dillərə maraq da elə o vaxtdan yaranmışdı. Çox kiçik yaşlarımdan valideynlərim mənə düzgün istiqamət vermişdilər. Məsləhət görmüşdülər ki, Azərbaycan və rus dillərini eyni vaxtda bərabər səviyyədə öyrənim. Ona görə də eyni dərsi mən əvvəlcə öz dərsliyimdən, sonra isə rus dili bölməsi üçün olan dərsliklərdən oxuyub öyrənirdim. Atam deyirdi ki, neçə dil bilsən o qədər adamsan. Məktəbi qurtarandan sonra, əvvəl fikrimdə jurnalistikaya daxil olmaq vardı, amma o fakültəyə qəbul olunmaq üçün 2 illik fəhlə stajı tələb olunurdu. Odur ki, əvvəlcə əsgərliyə getdim. Qayıdandan sonra fikrimi dəyişdim. 80-ci illərin əvvəlləri idi və artıq həyatımızda baş verə biləcək dəyişiklikləri hiss edirdim. Mənə elə gəlirdi ki, nə jurnalist, nə də hüquqşünas olmaq gələcək üçün xarici dilləri bilmək qədər maraqlı və səmərəli olmayacaq. Ona görə o vaxtkı Xarici Dillər İnstitutuna sənəd verdim və qəbul olundum. Əlbəttə, daha sonralar bu seçimimdən çox razı qaldım. Xarici dil bilmək adamı nə qədər zənginləşdirə bilər, mən bunu sonradan öz təcrübəmdə daha yaxşı anladım.

Səlim Babullaoğlu: İ nstitut illərindən danışaq.

Cavanşir Feyziyev: Müəllimlərimizin bir neçəsi Fransadan gəlirdi və onlar Sovet ərazisində alternativ xidmət keçmək istəyən fransızlar idi. Onlarla ünsiyyətdə olduqca özümüz üçün çox şeylər kəşf edirdik. Fransa ədəbiyyatını, məsələn, Mopassanı həm Azərbaycan dilində, eyni zamanda orijinaldan da fransızca oxuyurduq. Və tamam başqa dünyalar kəşf edirdik.

Səlim Babullaoğlu: Söhbətimiz çox maraqlı məqama gəldi. Bir az o məqamlardan danışaq.

Cavanşir Feyziyev: Buyurun.

Səlim Babullaoğlu: Mopassandan danışdınız, təəssüf ki, fransız dilini bilmirəm, amma məsələn, mən Mopassanın hekayələrini rusca və ana dilimizdə oxumuşam, tutalım “Gonbulça” hekayəsini, “Pışka” adlanır rusca. Məşhur hekayədir. Necə bilirsiniz, fransızca Mopassan və deyək ki, rusca Mopassan və yaxud Azərbaycan dilində Mopassan. fərqlər. sizə görə. nə qədər böyükdür.

Cavanşir Feyziyev: Mopassanın hər hansı bir romanını, hekayəsini Azərbaycan dilində oxuyanda, əlbəttə, xoş gəlir adama, çünki müəllif usta yazıçıdır və dil də doğmadır. Rusca oxuyanda da təxminən eyni şeyləri hiss edirsən. Amma fransızca oxuyanda, xüsusən də ilk dəfə, tamam başqa hisslər yaşayırsan.

Belə təsəvvür edin ki, evdə bir filmə baxırsız. Yəni filmdə baş verən hadisələri, sanki kənardan seyr edirsiniz. Bu, Mopassanı və ya hər hansı bir xarici ədəbiyyatı Azərbaycan dilində oxumağa bənzəyir. Amma o əsəri orijinaldan oxuyanda özünüzü, sanki həmin filmin içində hiss edirsiz. Həm də seyrçi kimi yox, orada baş verən hadisələrin iştirakçısı kimi hiss edirsiniz. Çünki yazıçının hadisələri, əşyaları hiss etdiyi, adlandırdığı, təsvir etdiyi dil qatına girmiş olursunuz. Fərq bu qədər böyük olur – eyni hadisənin seyrçisi və ya canlı iştirakçısı olmaq qədər böyük bir fərq.

Səlim Babullaoğlu: Maraqlıdır, çox maraqlı müqayisədir. Qayıdaq müəllimlərə.

Cavanşir Feyziyev: Mənim üçün həm real həyatda, həm də təxəyyülümdə müəllim və ata-ana obrazları arasında bir bərabərlik işarəsi var. Bilirsiz də, bəzən uşaqlar valideynin dediyini eləməyə bilər, amma bir qayda olaraq, müəllimin dediklərinə əməl edirlər. Mənim üçün belə seçim yox idi. Mən anamı-atamı müəllim gördüyüm kimi, bütün müəllimləri də ata-ana gözündə görürdüm. Ümumən, hər birimiz müəyyən mənada, həm də müəllimlərimizin yaratdıqları insanlarıq.

Səlim Babullaoğlu: Müəllim kimi fəaliyyətiniz boyu tələbələrlə münasibətinizdən danışın, zəhmət olmasa. Nəyisə fərqli etməyi düşünürdünüzmü?

Cavanşir Feyziyev: Əlbəttə. İlk sözüm bu olurdu ki, uşaqlar, gəlin biz öncə bir-birimizi tanıyaq, mən filankəsəm, bu dərsi, bu fənni sizə tədris edəcəm, amma bəzi tələblərim var: birincisi, mən istəmirəm siz mənə cavab verəndə ayağa qalxasınız, gəlin oturmuş vəziyyətdə söhbət etməyi öyrənək. Yeri gəlmişkən, Sovet dövründə belə bir metodika yox idi və bunu deyəndə uşaqlar çaşır, bəzən, hətta qrupun ən əlaçı tələbəsi yaxşı bildiyi cavabı belə oturaraq söyləməyə çətinlik çəkirdi.

Səlim Babullaoğlu: Vərdişlər mane olurdu.

Cavanşir Feyziyev: Tələbələri buna alışdırmaq üçün bir-neçə həftə lazım olurdu. 2-3 həftədən sonra hamı bu vərdişə yiyələnirdi, sonradan biz dərslərimizi çox rahatlıqla və səmərəli şəkildə keçirdik. Mənim bir müəllimim vardı – Rauf Qasımov. O, indi İsraildə yaşayır. Rauf müəllim fransız dilinin tərcüməsi üzrə ixtisas müəllimimiz idi və özü də Moskvada Moris Torez adına Dillər Universitetində oxumuşdu. Çox intellektual və çox sadə bir insan idi. Bu metodu ondan öyrənmişdim, institutda bizdən başqa, digər qrupların bu metoddan xəbərləri yox idi və Sovet dövründə bu, heç kimin ağlına da gəlməzdi. Çünki sovet təhsilində hesab edirdilər ki, tələbə də, şagird də hərbiçi kimi ayağa qalxmalıdır, ayaq üstə cavab verməlidir və sonra oturmalıdır. Bu, sovet ideologiyasının, insanların hamısını eyni şəkildə yönləndirmək, yəni zombiləşdirmək arzusundan irəli gəlirdi.

Səlim Babullaoğlu : Totalitarizmin keyfiyyətiydi bu, bəli.

Cavanşir Feyziyev: Mən isə öz müəllimimin praktikasında başqa şey gördüm, onu öz tələbələrimə ötürdüm. Digər bir məsələ: tələbələrimə demişdim ki, istəsəniz hamınıza 5 qiymət yaza bilərəm, heç bir çətinlik çəkmədən, amma əsas məsələ odur ki, siz burada 5 il vaxt itirirsiniz. Bu 5 ili ya itirəcəksiz, ya da qazanacaqsız – bu ikisindən birini seçmək lazımdır. Əgər siz oxumayacaqsınızsa, heç nə öyrənməyəcəksinizsə, daha yaxşı deyilmi bəri başdan vaxt itirməyəsiniz.

Səlim Babullaoğlu: Effekt verirdi?

Cavanşir Feyziyev: Əlbəttə. İndi bəzi tələbələrimlə rastlaşanda mənə deyirlər ki, “.. siz bizə dərs deməsəydiniz biz tamamilə başqa cür formalaşacaqdıq”.

Səlim Babullaoğlu: Elmi fəaliyyətinizdən danışaq.

Cavanşir Feyziyev: Buyurun.

Səlim Babullaoğlu: Ən məşhur, “Türk dövlətləri Birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli” əsərinizdən danışaq. Kitab Türk Dövlətləri Birliyinin yaradılması zərurətinə həsr olunub. Siz, yəqin, bizdən daha tez eşitdiniz, həm də həssaslıqla izlədiniz, İngiltərə Avropa Birliyini tərk elədi. Belə bir dövrdə türk dövlətlərinin birliyi, sizcə, nə qədər realdır? Bu bir sualdır. İkinci sual budur ki, mən bəzən Rusiyada da, xüsusən Putin Rusiyasında və xüsusən, Duginin moderatorluğunda ümumiyyətlə avrasiyaçılıq ideyaları barədə nəzəriyyəyə tez-tez rast gəlirəm. Bu kontekstdə, o avrasiyaçılıq ilə türk dövlətləri birliyinin Avrasiya modeli arasında fərqlər və eyniyyətlər nə qədərdir?

Cavanşir Feyziyev: Çox böyük fərqlər var, amma qayıdaq əvvəlki sualınıza. Demək, “türk” anlayışı ilə mənim ilk tanışlığımın tarixi uşaqlıq yaşlarıma təsadüf eləyir. Səhv etmirəmsə 5-ci sinifdə idim, ya da 6-cı sinifdə. “SSRİ tarixi” adlı bir dərslik kitabı vardı.

Səlim Babullaoğlu: Bəli, vardı, xatırlayıram.

Cavanşir Feyziyev: Bir axşamüstü anam nəsə bir iş görürdü və baxdı ki, sakitcə oturmuşam, heç nə ilə məşğul deyiləm. Soruşdu ki, sabaha hansı dərsləriniz var? Saydım. “Tarixdən nə keçmisiz?”, – deyə soruşdu. “İmperialist və sosialist dövlətləri” – dedim, təxminən mövzunun adı belə idi. Sosialist və imperialist dövlətlərini saymağımı istədi. İmperialist dövlətlərin sırasında dərslikdə yazılanlara müvafiq olaraq Amerika, İngiltərə, Fransa, Almaniya və Türkiyəni sadaladım. Türkiyəni deyəndə gördüm ki, anam dayandı, əlindəki işi saxladı. “Türkiyə?” – deyə soruşdu. Təsdiqlədim. Soruşdu ki, bu, dərslikdə yazılıb? Dedim ki, bəli. Dedi, get, gətir o kitabı. Mən də gətirib həmin səhifəni açdım. Anam gözucu oxudu və burada da söhbət bitdi. Daha başqa sual vermədi. Təxminən bir-iki saat sonra axşam yeməyi yeyirdik və uşaqlar bir-bir masanın arxasından qalxdı. Anam, atam və mən qaldıq. Anam atama dedi ki, bilirsən, sənin oğlun Türkiyəni imperialist dövlət hesab edir. Atam mənə elə baxdı ki. onu heç vaxt belə baxan görməmişdim. Bir az təəccüblə, bir az da, sanki acıqlı kimi. Dedim, kitabda belə yazılıb. O da kitaba baxdı və dedi ki, hə, belə yazılıb, amma bu düz deyil. O zamanlar mənim üçün, elə hamı üçün bir kitab kultu vardı. Kitab səhv yaza bilməzdi. Atamdan bu sözləri eşidəndə, sanki daxilimdə bir üsyan qalxdı: yəni necə ola bilər, kitab səhv yazır. Atam soruşdu ki, səncə, türklər hansı dildə danışır? Dedim, əlbəttə, ingiliscə. Anam və atam bir-birinə baxdılar. Mən sonradan anladım ki, onlar həm izah vermək istəyir, həm də bunu necə edəcəklərini bilmirdilər.

Səlim Babullaoğlu: Ki, siz bu haqda kənarda danışmayasınız.

Cavanşir Feyziyev: Bəli. həm də yəqin ki, kitaba olan inamımı sarsıtmaq istəmirdilər. Atam dedi ki, oğul, elə şeylər var, kitab onu düz yazmaya bilər. Dedi, bax, türklər elə sən necə danışırsansa, elə danışırlar. Doğrusu, mən onda bir az daha da həyəcanlandım, axı necə ola bilərdi ki, imperialist bir xalq mənim dilimdə danışırdı!? Belə çıxırdı ki, hansısa bir şəkildə mənim imperialistlərə aidiyyatım vardı.

Səlim Babullaoğlu: Olduqca maraqlı detaldı.

Cavanşir Feyziyev: Dedim, ola bilməz, sən Türkiyədə olmusan? Çində, Mancuriyada olduğunu bilirdim.

Səlim Babullaoğlu: Müharibədə olmuşdu, yəqin?

Cavanşir Feyziyev: Bəli, atam 41-ci ildə könüllü olaraq müharibəyə gedib, yalnız 49-cu ildə tərxis olunmuşdu. Avropa istiqamətindən sonra, onları yapon cəbhəsinə göndərmişdilər. O zaman Mancuriyada SSRİ-nin “məhdud hərbi kontingenti” deyilən ordusu vardı. Dedi, yox, Türkiyədə olmamışam, amma sən düzünü bilməlisən. Sən türksən. Amma bunu müəllimlərinlə müzakirə eləmə, mübahisə də eləmə. Kitabda yazılanı kitabdan soruşana da de, amma özün türk olduğunu unutma. Bu söhbət elə belə də bitdi. Daha sonralar, tədricən hər şeyi anlamağa çalışırdım. Nazim Hikməti oxudum. Ziddiyyətli şəxsiyyət olduğunu anladım. Hərçənd bir şübhəli məqam da qaldı ki, bəlkə elə türklər də bizim kimi sosialistdirlər, amma nəyə görəsə onları imperialist adlandırırlar. O zaman bizim məktəbdə bir müəllim vardı, ona “türk Niyazi” deyirdilər, fərqli ləhcə ilə danışırdı, sonralar bildim ki, Axıska türklərindən imiş. Deportasiya olunmuşdular. Sonra, görünür, hansısa şəkildə gəlib çıxmışdı bizim kəndə. O adamın varlığı mənim üçün ən böyük təsdiqləyici arqument oldu. Bu hadisədən çox sonralar mən bu mövzunu araşdırmaq istədim və özüm üçün çox böyük yeniliklər kəşf elədim. Tarixdən, nəinki bizim tarixdən, dünya ölkələrinin və xalqlarının tarixindən çox şeylər öyrəndim. Məhz bu mövzunun arxasınca gedə-gedə sonda anladım ki, insanlıq yaranandan, bütün insan cəmiyyətləri formalaşmağa başlayan zamandan insanda xüsusi bir arzu-istək, “dünyanı idarə etmək” istəyi olub.. Və biz əsrlər boyunca tarixə diqqətlə baxa-baxa gələndə görürük ki, tarixdə yalnız bircə dəfə belə bir hal olub, bir etnos dünyanı idarə edib və o da türklər olub.

Səlim Babullaoğlu: Siz hansı dönəmi deyirsiniz? Attila dönəminimi deyirsiz?

Cavanşir Feyziyev: Hunlardan başlamış, Attiladan başlamış Göy Türklərə qədər zaman-zaman türklər o zaman üçün məlum olan dünyanı, yəni indiki dünyanın böyük bir hissəsini idarə eləyiblər. Bu böyük bir tarixdir, bizim fəxr etməli olduğumuz bir tarixdir. Bu tək bizim fikrimiz deyil, mən Findi soyadlı bir türkşünas amerikan alimi ilə məktublaşıram. O, türk tarixi ilə bağlı çox böyük araşdırmalar aparıb, onun da fikri belədir ki, dünyanı bir dəfə və yalnız türklər idarə ediblər. Bu, hər cəhətdən – həm siyasi nöqteyi-nəzərdən, həm tarixi nöqteyi-nəzərdən, həm də özümüzün milli kimliyimizi dərk etmək baxımından çox qiymətli tarixdir.

Səlim Babullaoğlu: Elə isə qayıdaq sualımıza, bu birlik nə qədər mümkündür?

Cavanşir Feyziyev: Siz soruşdunuz, Böyük Britaniyanın “Avropa İttifaqı”ndan çıxması səhvdirmi, düzdürmü? Mən ingilislərin bu birliyi tərk etməsini qanunauyğun hesab edirəm. Çünki ingilislər bir mədəniyyətin nümayəndələridir, avropalılar isə tamam başqa bir mədəniyyətin. Roman mədəniyyəti ilə anqlo-sakson mədəniyyəti fərqli etnik köklərə malikdir. Bu dediyimin təsdiqini Sovet İttifaqının misalında da görə bilərik. Sovet İttifaqında iddia edirdilər ki, sosializm, kommunizm ideologiyası fərqli milli kimliyə malik, fərqli irqə, cinsə və dinə sahib olan insanları öz çətiri altında uzun müddət, hətta əbədi saxlaya bilər, hətta bu birlik bütün millətləri əhatə eləyə bilər, bir bayraq altında birləşdirə bilər. Həyat göstərdi ki, bu mümkün deyil.

Səlim Babullaoğlu: Yəni hesab edirsiz ki, hökmən etnik zəmin olmalıdır.

Cavanşir Feyziyev: Hər bir mədəniyyətin öz sivilizasiya kodu var, sadə insanları müşahidə edərkən də biz bunu görə bilərik. Eyni etnik kökə mənsub olan 2 nəfər bir-birilə qarşılaşanda, onlar istər danışıqda, istər jestikulyasiya zamanı, çox cüzi mimika ilə, hətta göz hərəkətləri ilə bir-birini çox yaxşı başa düşürlər. Bunun üçün onlara 3 saniyə lazım gəlirsə, başqaları üçün eyni fikirləri anlatmağa bəzən 3 dəqiqə də bəs etmir.

Səlim Babullaoğlu: Belə başa düşdüm ki, Türk dövlətlərinin birliyini mümkün hesab edirsiz.

Cavanşir Feyziyev: Bəli, bu nəinki mümkündür, həm də labüddür. Digər tərəfdən, bunu zəruriləşdirən məqam da var ki, o da qloballaşmadır.

Səlim Babullaoğlu: Yəni?

Cavanşir Feyziyev: Yer kürəsi qloballaşır. Əvvəllər bu daha çox işğallar vasitəsilə olurdusa, indi bu texnologiyalar, iqtisadi əlaqələr vasitəsilə, həm də sürətlə baş verir. Ona görə də dövlətlər gah birləşir, gah da ayrılırlar: Məsələn, İngiltərənin Avropa Birliyindən çıxması, məncə, qanunauyğundur. Ancaq mən həmişə Türkiyənin Avropa Birliyinə getməsinin əleyhinə olmuşam. Ta o vaxta qədər ki, biz bir böyük etnos kimi əvvəlcə öz aramızda birləşə bilək. Çünki qloballaşma paralel olaraq özüylə assimilyasiyanı da aktivləşdirir.

Səlim Babullaoğlu: Bəs Rusiyada vaxtaşırı səslənən avrasiyaçılıq barədə fikriniz nədir?

Cavanşir Feyziyev: Aleksandr Duginin irəli sürdüyü ideyanı qloballaşma prizmasından baxanda perspektiv və ya pozitiv ideya kimi qəbul eləmək olar. Yalnız ideya kimi. Amma onun yetkin bir ideologiyaya çevrilməsi üçün hələlik münbit şərait yoxdur. Çünki Duginin Avrasiya Birliyi ideyası da eynilə Sovet dövründə olduğu kimi, güclü dövlətlərin digər xalqları öz iradəsinə tabe etməsini özündə ehtiva edir. Bu, ciddi bir səhvdir.

Səlim Babullaoğlu: Yenə də istismar.

Cavanşir Feyziyev: Bu şəkildə birliklər özünü doğrultmaz və həmişəyaşar ola bilməz. Bu ideya nəinki köhnə sovet respublikalarını, hətta Türkiyəni, İran və Hindistanı da bura cəlb etməyi nəzərdə tutur, üstəlik, rusların dominantlığı altında. Hətta Çini belə. bu yaşarı ideya deyil, çünki hansısa bir birliyə kimisə cəlb etmək üçün ideya və ya ideologiya kifayət deyil. Bunun üçün həm də resurslar olmalıdır. Həm siyasi-iqtisadi, həm də mədəni-mənəvi bazis olmalıdır ki, bu əsaslarda xalqlar birgə yaşayışa meyilli olsunlar. Bu isə sivilizasiya eyniliyinin zəruriyyətini ortaya çıxarır.

Səlim Babullaoğlu: Sizcə, türk dövlətləri belə resurslara malikdirmi?

Cavanşir Feyziyev: Hərçənd Avropa alimləri bu kəlməni işlətməyi sevmirlər, amma əcdadlarımız möhtəşəm türk sivilizasiyasını yaradıblar. Digər xalqların alimləri – Çin, ərəb, roman, yunan sivilizasiyası haqqında danışırlarsa, biz niyə uzun əsrlər boyunca mövcud olmuş və dominant olmuş sivilizasiyamızı görməzliyə vuraq? Bizim də öz sivilizasiya mənsubiyyətmiz var. İlk növbədə biz türklər o sivilizasiya çərçivəsi daxilində birləşməyi bacarmalıyıq. Bizim qloballaşma proqramımız bundan ibarət olmalıdır. Biz öncə türklər olaraq qloballaşmalıyıq və bunun üçünsə elə indi, tarixin bu dönəmində bu birliyin tarixi, mədəni, siyasi, iqtisadi qurumunu yaratmalıyıq. Əminəm ki, başqa bir formatda qloballaşmaya qoşulmaq sivilizasiyon özgürlüyün itirilməsinə gətirib çıxaracaq. Məsələn, özbək, qırğız, türkmən və qazaxlar Çinlə inteqrasiyaya meyillənsələr, yaxud Türkiyə Avropa İttifaqına, Azərbaycan da Avrasiya Birliyinə inteqrasiyaya meyillənsə, yaxın 100 il ərzində bütün türklər türk milli-mədəni kimliyini itirəcək.

Səlim Babullaoğlu: 2009-cu ilin oktyabr ayında “Etno-siyasi münaqişələrin mənəvi aspektləri” mövzusunda dissertasiya müdafiə etmisiniz. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi adını almısınız. Ümumiyyətlə, siyasi münaqişələrin mənəvi aspekti ola bilərmi? Buna bir az izah verərdiniz.

Cavanşir Feyziyev: Etnosiyasi münaqişə öz-özlüyündə təbii şəkildə ortaya çıxan ziddiyyətlərin nəticəsi deyil.

Səlim Babullaoğlu: Yəni süni surətdə baş verir hər şey?

Cavanşir Feyziyev: İstənilən etno-siyasi münaqişə hansısa siyasi ideyanın və ya ideologiyanın işə salınması ilə başlayır. Münaqişələrin tipinə nəzər salsaq görərik ki, hamısında bir məntiq var. Amma etno-siyasi münaqişənin məntiqini biz münaqişə tərəflərinə baxarkən görə bilmirik. Yəni iki xalqın nümayəndəsi ayrı-ayrılıqda danışanda onların hər ikisi bu münaqişənin əleyhinə çıxış edirlər. Amma bir-birilə qarşılaşanda bu münaqişə baş verir və davam edir. Burda bir paradoks var. Bundan çıxış edərək səbəb axtarsaq görərik ki, bütün bu münaqişələr siyasi xarakter daşıyır və həmişə münaqişə ərazisinə kənardan idxal edilir. Mən bu baxımdan ərəb-yəhudi münaqişəsini, Avropada katolikləri ilə protestantları arasındakı münaqişələri öyrənmişəm. Əslində, bəzi hallarda münaqişə tərəflərinə baxanda onların etnik yaxınlığını da görmək olur. Bəs onları bir-birini cismən məhv etməyə vadar edən nədir?

Səlim Babullaoğlu: Elə yəhudilər və ərəblər kimi. İkisi də semitdilər.

Cavanşir Feyziyev: Bəli, onların kökündə də bir birlik var. Bunları antaqonist vəziyyətə gətirən nədir? Təbii, yalnız siyasi ambisiyalar və siyasi məqsədlər. Bu baxımdan münaqişənin mənəvi aspektlərini araşdırıram ki, buna necə bəraət qazandırıla bilər. Məncə, beynəlxalq siyasətə elə bir yanaşma olmalıdır ki, siyasətçilər və yaxud dövlətlər öz siyasətlərini müəyyənləşdirərkən, o siyasətin həyata keçirilməsində özləri üçün mənəvi baryerlər müəyyən etsinlər. Və bu baryerləri keçməsinlər. Çünki bu baryerlərin keçilməsi digərlərinin faciəsinə çevrilir. Milliyyətindən asılı olmayaraq hamı bir dəfə yaşayır. İnsan ömrü ortalama 70 ildir. Bəs Fələstin münaqişəsi artıq 70 ildir davam edirsə, deməli, on minlərlə insanın ömrü həlli tapılmayan bir prosesdə məhv olur. Hamı bunu bilirsə və qarşısı alınmırsa, deməli, bu siyasəti yönəldən üçüncü maraqlı qüvvə var. O qüvvəyə qarşı çıxılmalıdır. Bu, mənəvi məsələdir. Amma kim və necə buna qarşı çıxmalıdır. Mən çalışmışam bu əsərdə “siyasətdə mənəviyyatdan danışıla bilməz” düşüncəsinə əks arqumentlər tapım. Bəlkə də bir zaman gələcək və biz hamılıqla anlayacağıq ki, siyasət də mənəvi yük daşıyan bir məfhumdur, bu qədər dağıdıcı olan yox.

Səlim Babullaoğlu: Yəni makiavellist baxışı rədd edən.

Cavanşir Feyziyev: Bəli. Makiavellist baxışın meydana çıxmasından xeyli zaman keçib, siyasətdə yeni paradiqmalar yaradılmalıdır.

Səlim Babullaoğlu: Cavanşir müəllim, qayıdaq bizim görüşümüzün bəlkə də əsas məqsədinə, əsas məğzinə. Bayaq dediniz ki, hal-hazırda bir roman tərcümə edirsiz. Hansı romanı, kimin əsərini?

Cavanşir Feyziyev: Hal-hazırda Jan Kristof Rufenin “Böyük Kör” romanını tərcümə edirəm, bu, Fransanın Orta əsrlər tarixinə aid bir romandır. Maraqlı romandır. Bir neçə əsr bundan əvvəl baş vermiş hadisələri bir fransız romanında oxumaq həm də onunla maraqlıdır ki, insanlığın yer üzündəki ümumi əlamətlərini müəyyənləşdirə bilirsən və anlayırsan ki, millətindən asılı olmayaraq insanlar hər yerdə eynidir. Fransız cəmiyyətində də, Azərbaycan cəmiyyətində də. Bir neçə həftə qabaq Fransada nəqliyyatçılar tətil edirdilər, bir-iki həftə ərzində metro işləmədi, şəhərdaxili nəqliyyat vasitələri işləmədi, insanlar çətinliyə düşdülər. Çoxmilyonlu şəhər üçün nəqliyyat vacib bir məsələdir və insanlar başladılar işə piyada gedib-gəlməyə. Parisdə, XXI əsrdə insanlar işə piyada gedirlər. Bəzi şəhərarası avtobuslar tətilə qoşulmadılar və işlədilər. Fransa telekanallarında göstərirdilər ki, insanlar avtobusa necə basılırlar, bir-birini itələyərək necə avtobusa birinci girməyə cəhd edirlər. 90-cı illərin əvvəllərindəki Bakı yadıma düşdü. Sonra da Hindistan vağzallarındakı vəziyyət. Baxın, biz deyirik ki, fransızlar çox qədim, yetkin və zəngin bir mədəniyyətin daşıyıcılarıdır. Amma şəraitə görə düşdükləri vəziyyət onların davranışlarını necə dəyişdirir.

Səlim Babullaoğlu: Teatr və kinoda, daha doğrusu, dramaturgiyada təklif olunmuş situasiya anlayışı var. İnsanların həqiqi kimliyi onda bilinir. Bir şeyi də dəqiqləşdirim. Rufenin romanını özünüzmü seçdiniz?

Cavanşir Feyziyev: Bəli. Hər dəfə Fransaya gedəndə, son bir ildə çıxmış və mükafatlandırılmış kitabları axtarıram, alıram. Ondan əvvəlki il mən Patrik Modianonun kitabını almışdım və onu tərcümə etmişdim. O yazıçının çox keşməkeşli həyatı olub, inanılmaz çətinliklərdən keçib, tək, yetim böyüyüb və sonda şedevrlər yaradıb, məhz bu romandan sonra Nobel mükafatı alıb.

Səlim Babullaoğlu: Hansı romandır?

Cavanşir Feyziyev: “ Məhəllədə azmamaq üçün”. Həmin romanı tez bir zamanda Azərbaycan dilinə çevirdim. İstədim ki, azərbaycanlı oxucular da onu oxuya bilsin.

Səlim Babullaoğlu: Modianonun belə bir fikri var: “Bəzən tale inadkarlıq edib bir neçə dəfə eyni adamla danışmaq imkanı yaradır sənə, yararlanmasan özünə pis olacaq. “. Sizcə, bu, nə qədər doğru müşahidədir?

Cavanşir Feyziyev: Əlbəttə, həyat sürprizlərlə doludur. Həyatını dəyişəcək ən xoş təsadüflər və ya ömür boyu lənətlə xatırlayacağın arzuolunmaz qarşılaşmalar. Bir-birinə zidd olsalar da hər ikisi həyatdır, hər ikisindən öyrənməli və ibrət götürməli mənalar var.

Səlim Babullaoğlu: Müdriklərdən biri deyir ki, Allah hadisələrin dili ilə insanlarla danışır, amma hər insan hadisələrin dilini oxuya bilmir. Həyatın işarələrini oxuya bilirsinizmi?

Cavanşir Feyziyev: Tamamilə doğru fikirdir, razıyam. Əslində, bütün suallara cavablar ətrafımızdadır, gözümüzün qarşısındadır, amma onu dərk etmək, xalq, toplum miqyasında da görə bilmək həmişə mümkün olmur. Bu, eyni zamanda, bizim fərdi və ictimai şüurumuzdan asılıdır. Hesab edirəm ki, çox hallarda həyatın işarələrini başa düşürəm və hadisələrin dilini anlayıram. Düzdür, mənim indi belə söyləməyim təvazökarlıqdan uzaq kimi görünə bilər. Amma mən həyatda işarələrin əksəriyyətini düzgün anladığımın təsdiqini çox tapmışam. Bəzən olur ki, mən bir şey haqqında düşünürəm, arzulayıram və o şey mənim iradəmdən asılı olmayaraq baş verir. Uşaq vaxtı mən buna təəccüblənirdim, düşünürdüm ki, elə bil, kimsə mənim ürəyimi oxuyur. Amma böyüdükcə başa düşürəm, baş verənlər yalnız o demək deyil ki, kimsə mənim ürəyimi oxuyur və mənə sürpriz edir. Həyatın öz qanunauyğunluğu var, biz söhbətimizin əvvəlində riyaziyyatdan danışdıq. Riyaziyyat, əslində, qanunauyğunluqlar elmidir. Bax, bu qanunauyğunluqları insan nə qədər düz dərk edirsə, həyat işarələrini də o qədər tez başa düşür.

Səlim Babullaoğlu: Bəs onda həyat işarələrini düz və tez başa düşmək üçün nə etməliyik, bu bacarıq hardan gəlir?

Cavanşir Feyziyev: Bu, insanın körpəlik yaşlarından formalaşır, təhsillə bağlıdır. Sovet təhsil sistemində uşaqlar 7 yaşından məktəbə qəbul olunurdular və tələblərdən biri bu idi ki, bağçada uşaqlara oynamaq öyrədilsin, oxumaq və yazmaq öyrədilməsin. Halbuki, Avropada uşaqların məktəbə gələnə qədər əlifbanı öyrənməsi, yazması və oxuması stimullaşdırılırdı. Fizioloqlar hesab edirlər ki, insanın bir varlıq olaraq ən çox öyrənə bildiyi dövr 7 yaşına qədərki dövrdür. Böyük Britaniyada məsələn, 5-6 yaşlı uşaqlar, yaza da, oxuya da bilirlər, müstəqil mühakimələr yürüdür, internetdən istifadə edirlər. 5-6 yaşında uşaqlar İngiltərədə sənə qalaktikadan danışa bilirlər, planetlərdən danışa bilərlər. Hətta, Yupiterin torpaqdan deyil, qazdan ibarət olduğunu söyləyərlər. Amma bütün bunları sovet məktəbi bizə 17 yaşımızda öyrədirdi.

Səlim Babullaoğlu : Sizcə, niyə?

Cavanşir Feyziyev: Məncə, bu bir siyasət idi. Sovet-rus ideoloqlarının və metodistlərinin hazırladığı təhsil mexanizmi ona əsaslanırdı ki, az bilən cəmiyyət daha asan idarə olunar. Təhsilin prioritet sahə olmadığı Şərq ölkələrinin bugünkü durumuna baxmaq kifayətdir. “Ərəb baharı” kimi faciəvi bir ideyanı yaxşı təhsil almış, savadlı cəmiyyətə sırımaq olardımı? – Əlbəttə, yox.

Səlim Babullaoğlu: Ötən ilin ortaları belə bir informasiya oxudum. Londonda fəaliyyət göstərən kitab araşdırmaları mərkəzlərindən biri açıqlama vermişdi ki, 18 və 19-cu illərdə İngiltərədə kağız mətbuata, yəni internet mətbuatdan kağız mətbuata, kağız kitaba qayıdış sezilib. Siz daha çox kağızda oxuyursunuz, yoxsa monitorda? Və bunun fərqi varmı? Bir də, sizcə, kağız kitabın aradan çıxma qorxusu necə?

Cavanşir Feyziyev: Bu informasiyanı xatırlayıram. Mən, adətən, işimlə bağlı olan materialları, mənə ömürlük lazım olmayan, birdəfəlik istifadə üçün lazım olan materialları elektron variantda oxuyuram. Amma o bilikləri ki, mən özümdə saxlamaq istəyirəm, özümdə yaşatmaq istəyirəm, onları daha çox kitabdan oxuyuram. İnsanlar var ki, artıq bədii kitabları da elektron variantda oxumağa vərdiş ediblər. Amma mən kitabları, xüsusən bədii kitabları kağızdan oxumağı sevirəm. Bu prosesin özü də adama bir zövq verir. Başqa cür ürəyimə yatmır. Mən işimlə bağlı olaraq uzun uçuşlar həyata keçirirəm, amma mütaliə vərdişim olmasaydı bu uçuşlara necə səbr edəcəyimi təsəvvür etmirəm. Bəzən 5-6 saat, hətta 12 saat uçmaq lazım gəlir. Kitab olmasa bu mənə çox çətin olardı.

Səlim Babullaoğlu: Daha əvvəl toxundunuz, jurnalist olmaq, jurnalistika təhsili almaq arzunuz olub. Bioqrafiyanızda bir məqam var ki, “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın həm təsisçisi, həm baş redaktoru olmusuz, yəqin, bu, həmin arzu ilə bağlıdır. İndi, deyəsən, jurnalın nəşrində pauza yaranıb, yox?

Cavanşir Feyziyev: Bir az ləngimə var, bəli.

Səlim Babullaoğlu: Jurnal nəşr etmək ideyası necə yaranıb? Köhnə jurnalistika həvəsi idi bu?

Cavanşir Feyziyev: Yox-yox, onun da çox maraqlı tarixçəsi var. Uşaqlarımın 10-12 yaşı vardı, bir gün onlarla gəzməyə çıxdım, Nizami küçəsində idik, “Torqovıy” dediyimiz ərazidə. Fikirləşirdim onlar elə yaşa gəlib çatıblar ki, dərsliklərdən əlavə kitablar oxumalıdılar. Onları mütaliəyə meyilləndirmək barədə düşünürdüm. O zamanadək də müəyyən kitabları oxutdurmuşdum, amma oxuyacaqları mətnləri özlərinin seçmələrini istəyirdim. Qəzet köşklərinin birinə yaxınlaşdıq. Bir xeyli jurnallara baxdıq, hərçənd ki, mənim kitabxanamda 3000-ə qədər kitab var, uşaqların kitab sarıdan çətinlikləri yoxdur.

Səlim Babullaoğlu: Zəngin kitabxanadır. Yeri gəlmişkən, son suala da qabaqcadan cavab verdiniz. Buyurun, davam edin.

Cavanşir Feyziyev: Hə, kitabdan boldular, amma istəyirdim ki, maraqlı jurnal da olsun onların mütaliə rasionunda, eyni zamanda özlərinin seçim vərdişləri formalaşsın. Jurnallara yaxınlaşıb bir-bir vərəqləməyə başladım, daha çox xarici jurnallar vardı və onların da hamısı spesifik mövzularla bağlı idi. Məsələn, avtomobillərə aid təxminən on cür fərqli jurnal vardı. Amma hamı avtomobilə maraq göstərə bilməz ki.

Səlim Babullaoğlu: Əlbəttə.

Cavanşir Feyziyev: Qalanları da moda, mətbəx və ya iqtisadiyyat mövzulu jurnallar idi. Fikirləşdim ki, asan oxuna bilən, elmi-kütləvi məziyyətli, öyrədici bir jurnal yoxdu ki, uşaqlara verim oxusunlar. Heç nə tapa bilmədim, çox məyus oldum. Gəldim evə, xeyli fikirləşdim. Mündəricatında maraqlı mövzular olan, amma qısa və eyni zamanda ən vacib biliyi verən yazılarla zəngin bir jurnal nəşr etdirmək haqda qərar verdim. Oxucuları yormayan, oxuyarkən çox qiymətli informasiya verən bir jurnalın ideyası belə yarandı. Sonra onu bir az da turizm mövzusuna istiqamətləndirdim. Onda ölkəmiz turizm üçün yenicə açılmışdı. Hətta, daxili turizm yox dərəcəsində idi. Beləcə, “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnal yarandı. Öz yaradıcı kollektivi, eksklüziv fotoları ilə.

Səlim Babullaoğlu: Onda belə çıxır ki, yaxın zamanlarda təzədən davam eləyəcəksiz.

Cavanşir Feyziyev: Bəli.

Səlim Babullaoğlu: Kitabxananızı xatırlatdınız. Müstəqil şəkildə, ilk oxuduğunuz kitab yadınızdadır?

Cavanşir Feyziyev: Bəli, yadımdadır. O kitabı bu gün də axtarıram..

Səlim Babullaoğlu: Hansı kitab idi?

Cavanşir Feyziyev: Onda çox güman ki, 1-ci sinfi qurtarırdım. O yaşlarda idim. Atam mənə bir kitab gətirdi. Böyük deyildi, 30-40 səhifə arasında bir kitab idi. Üz qabığı çox maraqlı idi, indiyə kimi gözümün qabağındadır, “Nələri etmək olmaz” adlanırdı.

Səlim Babullaoğlu: Azərbaycan dilində idi?

Cavanşir Feyziyev: Bəli. Adətən, biz kitabdan “nələri etmək olar” gözləyirik. Amma bu kitabın adı tərsinə idi, qadağalardan danışırdı.

Səlim Babullaoğlu: “Olmazlar” azdı axı. Amma “olmalılar” çoxdu.

Cavanşir Feyziyev: Orta məktəbdə təhsil aldığım müddətdə, xüsusən də ilk siniflərdə, bu kitabı bəlkə də bir 50 dəfə təkrar-təkrar oxumuşdum. İndi də bəzən seçim qarşısında qalanda, müxtəlif situasiyalarla rastlaşanda bu kitabda oxuduqlarımı fikirləşirəm.

Səlim Babullaoğlu: Həmin kitabdakı “olmazlar”dan birini xatırlaya bilərsiz?!

Cavanşir Feyziyev: Əlbəttə, məsələn, belə bir şey vardı: Yaşca özündən böyüklərlə rastlaşanda, böyük sənə əlini uzatmamış, salamlaşmaq üçün ona əl uzatmaq olmaz, bu düzgün deyil. İndi hərdən fikirləşirəm ki, belə bir kitabın olması çox faydalı olardı, valideynlər belə bir kitabı hələ erkən yaşlarında öz uşaqlarına oxusaydı çox faydalı olardı. Avropada bu sahədə tədqiqatlar və ədəbiyyatlar çoxdur. Məsələn, orada müəllimlər uşaqları tərifləyərək yönləndirirlər, tərifləyərək səhvlərini başa salırlar.

Səlim Babullaoğlu: Yəni təqdir eləyə-eləyə.

Cavanşir Feyziyev: Bəli, ona görə onlarda uşaq məktəbdən yorulmur, ürəkli və həvəsli böyüyür. Məsələn, orada uşağın “məktəbə getmək istəmirəm” deməsini eşidə bilməzsiz. Əksinə, mənə öz uşağım deyib ki, səlahiyyətim olsaydı, məktəb tətillərini ləğv eləyərdim. Soruşmuşam “niyə?”, deyib ki, evdə oturmaq darıxdırıcıdır, məktəb maraqlıdır. Saat 4-dən 9-a qədər məktəbdə oturan uşaq tətili darıxdırıcı hesab edir, məktəbə can atır. Deməli ki, avropalılar doğru tədris üsulunu tapıblar və uşaqları asanlıqla tədrisə cəlb edə bilirlər.

Səlim Babullaoğlu: Elədir. Təəssüf ki, müqayisələr bizim xeyrimizə deyil. O kitabı axtarırsınız demək?

Cavanşir Feyziyev: 1977-ci il idi. Evdə təzə kitablar üçün yer çatmırdı, ona görə kitablarımın çox hissəsini kitabxanaya hədiyyə etdim. Yadımdadır, kitabxanaya bağışladığım kitbların sayı 444 idi. Görünür, bütün başqa kitablarla bərabər o kitabı da vermişdim kitabxanaya. Bir neçə il bundan qabaq bu kitab yadıma düşdü, fikirləşdim harada ola bilər, axı bu məndə yoxdur. Şəkidə olanda getdim həmin kitabxanaya. Kitabxanaçı Şükufə xanım rəhmətə gedib, indi başqası işləyir. Dedim mən o vaxt bura kitablar vermişəm, onların arasında belə bir kitab da vardı. 30-cu illərin latın qrafikası ilə yazılmış başqa kitablar da vardı ki, atam mənə hədiyyə etmişdi. Xahiş etdim ki, o 6 kitabı axtarsınlar və tapsalar mənə qaytarsınlar. Söz verdim ki, tapsalar kitabxanaya əlavə olaraq 400 kitab hədiyyə edəcəm. İnanıram ki, tapacam. Əgər mən o kitabı tapsam, onu bir daha gözdən keçirərəm, bəlkə bir az işləyər, əlavələr edər, təkrar çap edərəm. çox lazımlı kitabdır. Mən o kitab vasitəsilə həmişə müstəqil olaraq özüm-özümü istiqamətləndirirdim. Anam həmişə deyirdi ki, insan hər günün sonunda öz-özünə hesabat verməlidir, nə etdi, necə etdi, düz və ya səhv etdi, deyə bütün gününü bir daha nəzərdən keçirməlidir. Mən bu kitabdakı “olar”lar və “olmaz”lara əsasən günün axırında özümə hesabat verməyə hələ erkən yaşlarımdan vərdiş etmişdim.

Səlim Babullaoğlu: Tomas Sternz Eliotun misrasıdır, siz ola bilsin orijinaldan oxumusuz, yazır ki, hanı həyatda itirdiyimiz həyat? Hanı informasiyada itirdiyimiz bilik? Hanı bilikdə itirdiyimiz müdriklik? Sizcə, biz informasiyada çoxmu bilik itiririk? Həqiqi qiyməti olan şeyləri çoxmu gözardı edirik?

Cavanşir Feyziyev: İndi çox tez-tez istifadə edilən ifadə var: “Biz informasiya cəmiyyətində yaşayırıq”. Amma insana hansı informasiya lazımdır? Bu informasiya nə dərəcədə faydalıdır, nə dərəcədə səhih və lazımlıdır? Bu sualların doğru-dürüst cavabını bilmirik. Ona görə bəli, biz bəzən informasiyanın ardınca qaçdıqca, yanlış təsəvvürlər əldə edirik, həqiqətdən, faydalı olandan uzaqlaşırıq. Belə də ola bilir. Ona görə anlamalıyıq ki, informasiya çəmiyyətində yaşamağın üstünlükləri ilə yanaşı, fəsadları da çoxdur. Amma istənilən halda, müdriklik – informasiyanın, informasiya axtarışında qazandığın əsl biliyin və təcrübənin sintezindən əmələ gələn bir şeydir.

Səlim Babullaoğlu: Müsahibə üçün təşəkkür edirəm.

Sonda Cavanşir müəllim söz verdi ki, mərkəzin nəşrlərindən birini Şəkidəki məktəblərin birinə hədiyyə edəcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Məşhur riyaziyyat alimləri

Bir alman riyaziyyatçısı olan David Hilbert, 1862 ilində Königsberqdə anadan olmuşdur.1895 və 1929-cu illər arasında Qottingen Universitetində professor olmuşdur.XX əsrin əvvəlində Alman riyaziyyat məktəbinin başçısı hesab edilir.1897ci ildə cisim anlayışını və cəbri rəqəmlər qurmuşdur.1890cı illərdəki ilk çalışmaları sırasında,cəbri həndəsə və müasir cəbrdə əhəmiyyətli bir rol oynayan invariantlar nəzəriyyəsinin əsas qanunlarını ortaya çıxarmağı bacarmışdır.

Qodel (1906 – 1978)

Kurt Qodel Avstriya əsilli bir Amerikan məntiqçisi və riyaziyyatçısıdır.Buğün Brno deyilən şəhərdə 1906-cı ildə anadan olmuşdur.1938-ci ildə Amerikaya gəlmişdir.1948-ci ildən Amerikan vətəndaşı olmuşdur.1953-cü ildə Princeton Universitetində professor olmuşdur.”Principia Mathematica”-nın “Bənzəri sistemlərin formal hökmə bağlana bilməyən mülahizələri barədə” məqalələr yazmışdır.Burada,o,iki teoremin müəllifidir.Bu mülahizələrə görə,arifmetika xətasız ola bilməz.Çünki,xətasızlıq bu sistemdə qərarsızlığa yol açan bir mülahizədir.Müasir məntiq nəzəriyyəsinin qurucusudur.

Godfrey Hardi (1877 – 1947)

Bri ingilis riyaziyyatçısı olan Godfrey Hardi, 1877-ci ildə Cranley,Surreydə anadan olmuşdur.Oxford Universitetində həndəsə professoru olub.Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi.Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir.

Qalua (1811 – 1832)

Fransız riyaziyyatçısı olan Qalua, 1811-1832 illəri arasında yaşamışdır.Abelin müasiri olan bu riyaziyyatçının doğum və ölün tarixlərinə baxdıqda 21 illik bir həyat yaşadığını görür və bu işdə bir səhvlik olduğunu fikirləşirsiniz.Amma heç bir səhvlik yoxdur.Qalua 21 yaşında dueldə öldürülmüşdür.Qalua cəbri funksiyaların inteqralı haqqında əsas teoremləri ifadə etmişdir.

Furye (1768 – 1830)

Bir dərzinin oğlu olan Jan Baptista Jozef Furye 21 Mart 1768ci il tarixində Fransanın Oser şəhərində anadan olmuşdur.Hələ 9 yaşında olarkən həm anasını,həm də atasını itirmişdir.Xeyriyyəçi Madam Moiton və Oser qəsəbəsinin baş rahibinə nə qədər təşəkkür edilsə yenə də azdır.Çünki bu xeyriyyəçi şəxslər yetim və kimsəsiz qalan Furyeni şəhərdəki hərbi məktəbə göndərdilər.Furye özünü bu məktəbdə çox yaxşı şəkildə inkişaf etdirdi.Riyaziyyatla ilk dəfə tanış olduqda sehrlənmiş kimi olmuşdur.

Dedekind (1831 – 1916)

Bir hüquq professoru olan Ulrix Dedekindin 4 övladından ən balacası olan Riçard Dedekind Qaussun anadan olduğu yerdə 6 oktyabr 1831-ci il tarixdə Brunsviçdə anadan olmuşdur.Riçard yeddi yaşından on altı yaşına qədər şəhərdə gimnaziyada oxumuşdur.Cavan yaşlarında riyaziyyat dühası çox da bilinmirdi.Onun ilk sevgisi kimya və riyaziyyat olmuşdur.Riyaziyyata elmlərin xidmətçisi gözü ilə baxırdı.Əsil yolunu aşkar etməkdə də heç ləngimədi.Daha 17 yaşında olarkən fizikanın istifadə etdiyi bir çox qaydalarda səhvlər aşkar etdi və riyaziyyata qayıtdı.Çünki onun atdığı hər addım sağlam olmalı idi.

De Lopital (1661 – 1704)

De Lopital həvəskar Fransa riyaziyyatçısıdır.1661-ci ildə Parisdə anadan olmuşdur.Ailəsi fransız zadəganlarından idi.İohan Bernullinin rəhbərliyi altında işləmiş və özünü inkişaf etdirmişdir. De Lopital çox qabiliyyətli bir riyaziyyatçı idi və brachystochrone adı verilən məsələni həll etmişdir. De Lopitalın ən məşhur əsəri 1692-ci ildə yazdığı “Analyse des infiniment petits pour l’intelligence des lignes courbes” əsəridir.Bu əsər eyni zamanda differensial analiz haqqında yazılmış ilk dərs kitabıdır.

Kramer (1704 – 1752)

İsveçrəli bir riyaziyyatçı olan Qabriel Kramer,1704-ci ildə Cenevrədə anadan olmuşdur.Cenevrədə riyaziyat və fəlsəfə professoru olmuşdur.Berlin akademiyasına və İngiltərə Kraliyyət Akademiyasına üzv seçilmişdir.”Cəbri əyrilərin analizinə giriş” adlı kitabı 1750-ci ildə nəşr olunmuşdur.Kramerin bu kitabı,analitik həndəsə sahəsində yazılan ilk kitablardan biridir.Kramerin ən böyük xidmətlərindən biri də,Jan və Jak Bernullilərin bütün kitabları ilə,Leybnitsin “Commerciu Epistolcum” adını daşıyan məktublarını bir araya gətirərək toplu halda nəşr etdirməsi olmuşdur.Bu gün tənlik sistemlərinin həll edilməsində istifadə edilən Kramer qaydası riyaziyyatçılara olduqca çox kömək edir.

Kristoffel (1829 – 1900)

Bir alman riyaziyyatçısı olan Elvin Bruno Kristoffel 1829-ci ildə Reynlandda anadan olmuşdur.Əvvəllər Zürih Politexnikumunda,sonralar isə Berlin və Strasburq Universitetlərində riyaziyyat professoru olaraq işləmişdir.Xüsusilə,Abel funksiyaları,cəbri funksiyalar,törəməli tənliklər və differensial həndəsə üzərində çalışmaları vardır.Reymann ilə birlikdə riyaziyyata tensor anlayışını gətirdilər və tensor hesabı üzərində şalışdılar.

Koşi (1789 – 1857)

İlk böyük fransız riyaziyyatçısı olan Auqusto Luis Koşi Bastiliyanın işğalından sonra Parisdə 21 avqust 1789-cu ildə anadan oldu.Koşi hürriyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödədi.Yarı aclıq içində ancaq atasının hesabına yaşadı.Atası parlamentin vəkili idi.

Kartan (1869 – 1951)

Bir fransız riyaziyatçısı olan Elie Kartan,1869-cu ildə Dolomiyada anadan olmuşdur.1912-ci ildə SorbonUniversitetində professor olmuşdur.1924-1940-cı illəri arasında ali həndəsədən dərslər vermişdir.İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir.Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır.1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.

Borel (1871 – 1956)

Feliks Eduard Emil Borel 7 dekabr 1871 günü Fransada Saint Affrique deyilən kiçik bir qəsəbədə anadan olmuşdur.Atası əhalisi protestant olan bu şəhərin keşişi idi.Anası tacir ailəsindən idi.Borel ilk dəfə 1889-cu ildə Ecole Normale məktəbində təhsil almışdır.Bu məktəbi bitirincə Linne Universitetində,Ecole Normale-də və Sorbonda riyaziyyat müəllimi olmuşdur.Analiz və ehtimal nəzəriyyəsində çox önəmli kəşfləri vardır.

Boole (1815 – 1864)

2 noyabr 1815-ci ildə Linkolnda anadan olan Corc Boole sadə bir dükançı oğlu idi.O vaxtın İngiltərəsində dükançılıq olduqca səviyyəsiz bir peşə idi.Öz-özünü yetişdirən bu dahinin yüksək zəkası ən aşağı xalq təbəqəsinə verilmişdi.Qaydalara görə bu dahi insan yüksək təbəqələrin oxuduğu məktəblərdə oxuya bilməzdi.

Bolzano (1781 – 1848)

Bernhard Bolzano,Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur.Atası bir italyan köçkünü idi.Anası Praqada mədəncilik ilə məşğul olan bir ailənin qızı idi.Bolzano, Praqa Universitetində fəlsəfə,fizika,riyaziyyat və ilahiyyat oxumuşdur.1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı.1816-ci ilə qədər bu univeristetdə dərslər keçdi.1816-ci ildə Xirstian kilsəsincə mənimsənən inam,duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı.

Beyr (1874 – 1932)

Rene Beyr 1874-cü ildə Parisdə anadan olmuşdur.Ecole Normal məktəbində təhsilini tamamlamışdır.Daha sonra Dijon Fənn Fakultəsinin riyazi analiz dərslərini tədris etmişdir.Özü kimi fransız riyaziyyatçıları olan Henri Poincare,Emil Borel və Henri Lebeski ilə bərabər həqiqi dəyişənli funksiyalar üzərində yeni cığırlar açdı.Həqiqi analizə aid çox dəyərli kitablar yazmışdır.

Evklid (e.ə.325-e.ə.265)

Bizim eradan əvvəl yaşamış Evklid Afina qəbiləsindən olan Platonun şagirdi olmuşdur.Evklid Qədim Yunanıstanın ən böyük astronomu olan Klavdi ptolemeyin dəvəti ilə İsgəndəriyyə şəhərinə gəlmiş və orada riyaziyyat məktəbi təşkil etmişdir.Evklid “Başlanğıclar” əsərində planimetriya,stereometriya və ədədlər nəzəriyyəsinə aid bir çox məsələlərin həllini vermişdir.Onun “Fiqurların bölünməsi haqqında” və s. əsəri ərəb dilinə tərcümə edilmiş və günümüzə qədər gəlib çatmışdır.Evklidin paralellər aksiomunu teorem şəklində isbat etmək etmək istəyənlər çox olmuşdur,amma nəticəsiz qalmışlar.Yalnız 1826-cı ildə dahi rus alimi Lobaçevski bu ruyazi təklifin isbatının qeyri-mümkünlüyünü isbat etdi və onun həqiqətən aksiom olduğunu göstərdi.

Qauss (1777 – 1855)

Karl Fridrix Qauss görkəmli alman riyaziyyatçısıdır.O,Qottingen Universitetində oxuduğu müddətdə riyaziyyata aid ciddi tədqiqat işləri aparmış və universiteti qurtararkən “Ədədi tədqiqatlar” adlı əsərini yazmışdır.Bu əsərdə kvadratik çıxıq nəzəriyyəsi,kvadratik formaların qısa ifadəsi,n-dərəcəli tənliklər nəzəriyyəsi öz əksini tapmışdır.Qauss da başqa alimlər kimi paralel xətlərlə maraqlanmışdı.O,XVIII əsrin sonunda Evklid həndəsəsindən fərqli başqa həndəsələrin olmasının mümkünlüyü ideyasına gəlmidi.Qauss bu sahədə xeyli tədqiqat işləri apararaq varlığı mümkün olan həndəsəni anti-evklid həndəsəsi alandırmışdı.

Laplas (1749 – 1827)

Markiz Pyer Simon de Laplas fransız materialisti,astronomu,riyaziyyatçısı və fizikidir.O,Paris və Fransa Elmlər Akademiyasının üzvü olmuşdur.1766-cı ildə Jan Dalamberin təklifi ilə ona Paris hərbi məktəbinin professoru adı verilmişdir.Laplasın elmi irsi kainat mexanikasına,riyaziyyata və riyazi fizika sahələrinə aiddir.O,mexanikanın,diferensial tənliklər nəzəriyyəsinin,xəta nəzəriyyəsinin və ehtimal nəzəriyyəsinin əsasını qoyanlardan biridir.Riyazi fizikada Laplasın sadə elliptik tənliyi geniş mövqe tutmuşdur.Laplas Fransada ali təhsil sisteminin təkmilləşdirilməsində önəmli rol oynamışdır.

Lebesqyu (1875 – 1941)

Bir fransız riyaziyyatçısı olan Henri Leon Lebesqyu Fransada Bove şəhərində 28 iyun 1875-ci ildə anadan olmuşdur.Çox yaxşı bir təhsil alaraq 1897-ci ildə Paris Universitetində Ph.D. diplomunu aldı.Dirixle funksiyasının Reyman anlamında inteqralının olmadığı o zamanlar bilinirdi.Rasional funksiyalarda bir,irrasional funksiyalarda sıfır qiymətini alan funksiya riyaziyyatda Dirixle funksiyası adı ilə tanınır.Lebesqyu bu inteqralın olduğunu isbat etmişdir.

Leybnits (1646 – 1716)

“Məndə o qədər yaxşı fikir var ki,əgər məndən daha yaxşı görməsini bilənlər bir gün onları dərinləşdirəcək və mənim zehn əməyimə öz beyinlərinin gözəlliyini əlavə edəcəklərsə sonralar bəlkə nəyəsə lazım olar” deyən Qotfrid Vilhelm Leybnits 1 Tiyul 1646-cı ildə Leypsiqdə anadan olmuşdur.

Abel (1802-1829)

Nils Henrik Abel görkəmli Norveç riyaziyyatçısıdır,müasir cəbrin və cəbri funksiyalar nəzəriyyəsinin əsasını qoymuşdur.Abel beşinci dərəcəli tənliyin radikallarla həlli üzərində çalışmış və dərəcəsi dörddən böyük olan hərfi əmsallı cəbri tənliklərin ümumi halda həll olunmadığını isbat etmişdir.O,radikallarla həll edilən ixtiyari qüvvətdən tənliklər sinfi yaratmışdır.O,bir sıra inteqrallamanmayan funksiyalar tapmış və öz adını daşıyan “Abel inteqralları”nı tədqiq etmişdir.Abel elliptik funksiyalar nəzəriyyəsinin əsasını qoymuşdur.

Laqranj (1736-1813)

Jozef Lui Laqranj böyük fransız riyaziyyatçısı və mexanikidir.O,Berlin və Paris elmlər akademiyasının üzvü,Peterburq akademiyasının isə fəxri üzvü olmuşdur.Napoleon onu “Laqranj riyaziyyat elminin möhtəşəm ehramıdır” sözləri ilə ifadə etmişdir.laqranjın riyaziyyata aid əsas əsərləri variasiya hesabına,analitik və nəzəri mexanikaya həsr olunmuşdur. “Analitik mexanika” əsəri onun ən klassik əsəridir.Laqranj bir sıra araşdırmalar apararaq Teylor sırasının qalıq həddinin düsturu,sonlu artımlar düsturu,şərti ekstremumlar nəzəriyyəsi, simmetrik funksiyalar,kəsilməz kəsrlər nəzəriyyəsi və s. kimi kəşflər etmişdir.

  • Teqlər:
  • məşhur riyaziyyatçılar

Comments are closed, but trackbacks and pingbacks are open.