Hərbi xidmətkeçmə haqqında” Əsasnamə dəyişdirilir
Hazırda Azərbaycan Ordusuna və başqa silahlı birləşmələrə aid olmayan, lakin tərkibində hərbi qulluqçuların xidmət keçdiyi müəyyən qurumlar var ki, (məsələn, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları istisna olmaqla, digər müəyyən qurumlar – Hərbi Prokurorluq və s.) həmin qurumların hərbi qulluqçularının öz hərbi qulluqçu statusunu itirməməsi və onların maddi təminatının pisləşməməsi baxımından Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən (Azərbaycan Ordusu və siyahısı Fərmanla müəyyən ediləcək başqa silahlı birləşmələr) başqa hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) hərbi xidmət keçən şəxslərin də hərbi qulluqçu hesab olunması təklif olunur.
FHN-də koronavirusla bağlı tədbir keçirilib
Fevralın 12-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı FHN-in Bakı Regional Mərkəzinin akt zalında FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə proflaktik maarifləndirmə tədbiri keçirib.
APA FHN-in saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yeni koronovirus (2019-nCOV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” diqqətə çatdırılıb.
Maarifləndirmə tədbirində çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları, xüsusən əhali arasında bu xəstəliyin proflaktikası məqsədilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsində həmkarlar ittifaqının rolu və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Mehman İsmayılov hökumət tərəfindən təsdiq olunmuş “Fəaliyyət Planı”ndan irəli gələrək FHN-in qarşısında qoyulmuş vəzifələri diqqətə çatdırıb.
İttifaqın sədri tərəfindən FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinə tövsiyə olunub ki, hər bir həmkarlar komitəsi bu xəstəliklə bağlı proflaktik maarifləndirmə tədbirləri təşkil edərək ittifaqa üzv olan əməkdaşları vəzifə səlahiyyətləri çərçiivəsində yeni koronovirus xəstəliyi barədə məlumatlandırsınlar.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə dəyişdirilir
Sentyabrın 28-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
Oxu.Az xəbər verir ki, MM sədrinin birinci müavini, adıçəkilən komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib.
Əvvəlcə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Azərbaycan Konstitusiyasının 9-cu maddəsinin birinci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır.
Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Nəzərə alınmalıdır ki, artıq həm Azərbaycan Ordusu, həm də başqa silahlı birləşmələr Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkib hissəsini təşkil edir. Belə olan halda, çoxsaylı qanunvericilik aktlarında istifadə olunan “Silahlı Qüvvələr və başqa silahlı birləşmələr” sözlərinə ehtiyac qalmır.
Bildirilib ki, layihədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən (Azərbaycan Ordusu və siyahısı Azərbaycan Respublikası prezidentinin fərmanı ilə müəyyən ediləcək başqa silahlı birləşmələr) başqa hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) hərbi xidmət keçən hərbi qulluqçuların statusu ilə bağlı təkliflər mövcuddur.
Hazırda Azərbaycan Ordusuna və başqa silahlı birləşmələrə aid olmayan, lakin tərkibində hərbi qulluqçuların xidmət keçdiyi müəyyən qurumlar var ki, (məsələn, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları istisna olmaqla, digər müəyyən qurumlar – Hərbi Prokurorluq və s.) həmin qurumların hərbi qulluqçularının öz hərbi qulluqçu statusunu itirməməsi və onların maddi təminatının pisləşməməsi baxımından Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən (Azərbaycan Ordusu və siyahısı Fərmanla müəyyən ediləcək başqa silahlı birləşmələr) başqa hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) hərbi xidmət keçən şəxslərin də hərbi qulluqçu hesab olunması təklif olunur.
Diqqətə çatdırılıb ki, artıq cari il sentyabrın 1-dən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq, təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması nəzərdə tutulur.
Ali təhsil müəssisələrində hərbi kafedraların artıq mövcud olmadığı nəzərə alınaraq, qanunun ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ilə bağlı 11 maddəsinin ləğv edilməsi təklif edilir.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulan daha bir dəyişikliyə əsasən, hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq onlara verilmiş hərbi rütbədən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilər.
Eyni zamanda, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, həqiqi hərbi xidmətdən ehtiyata buraxılır.
İclasda Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Dəyişikliyə əsasən, törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti icra olunması üçün hərbi hissəyə daxil olduğu vaxtdan, ali hərbi rütbədən məhrumetmə hallarında isə bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır.
Hər iki qanundakı dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2017-ci il 10 fevral tarixli sərəncamının icrası ilə əlaqədar təklif edilir.
Sərəncamdan irəli gələrək cəza siyasətinin humanistləşdirilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə məcəllənin müvafiq maddələrində dəyişikliklər nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Sonda qanun layihələri MM-in plenar iclasına tövsiyə edilib.
Azərbaycanda həlak olan hərbçilərin dəfn qaydaları dəyişdirilir
Bakı. 7 dekabr. REPORT.AZ/ Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclası keçirilib. “Report”un məlumatına görə, iclasda əvvəlcə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib. Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov gündəlikdə duran məsələlər barədə məlumat verib. Əvvəlcə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxılıb. Ziyafət Əsgərov bildirib ki, dəyişikliyə əsasən, nizamnamənin 18-ci – “Dəfn mərasimlərinin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi” fəsli yeni redaksiyada verilir. Bu dəyişiklik hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili və keçirilməsi zamanı daha yüksək səviyyədə hərbi ehtiramın göstərilməsi məqsədini daşıyır. Eləcə də nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilir. Bu qaydalar nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimlərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Sonra “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Nizamnaməsi”ndə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Sərhəd qoşunları”, “Azərbaycan Respublikasının dövlət sərhədi” haqqında qanunlarda dəyişikliklərə baxılıb. Qeyd edilib ki, dəyişikliklər “Dəniz limanları haqqında” qanunun tətbiqi ilə əlaqədar edilir və redaktə xarakterlidir. “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklə bağlı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna da dəyişikliklər olunacaq. Dəyişikliyə görə, attestasiya olunan fövqəladə hallar orqanları əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.