Press "Enter" to skip to content

Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır

Təşəhüddə barmağı Peyğəmbərin tutduğu kimi tutmaq. “Rəsulullah (salləllahu aleyhi və səlləm) sol əlini sol dizi üzərinə qoyardı, sağ əlinin barmaqlarini büküb, işarə barmağını qiblə istiqamətində yönəldib həmin barmağa baxardı. (Səhih Muslim).
Başqa bir səhih rəvayətə görə isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) işarə barmağını qaldırandan sonra onu hərəkət etdirib dua edərdi.
Rəsulullah (salləllahu aleyhi və səlləm) deyərdi: “Bu, həqiqətən də şeytana qarşı dəmirdən də ağırdır, bununla O, işarə barmağını nəzərdə tutardı”. (İmam Əhməd).
Bu hədisdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bunun şeytanın vəsvəsəsinə qarşı güclü vasitə olduğunu bildirmişdir.

Fikri ciddidir, ya əylənir? – Əmin deyilsinizsə, oxuyun!

Demək olar ki, hər bir qız sevgilisindən əmin olmaq istəyir. “Görəsən, fikri ciddidir, yoxsa könül əyləndirir?”, – sualı qızları daim narahat edir.

Xüsusilə də, yeni tanışlıqlarda hər kəs qarşısındakı insanın fikrindən keçənləri, əsl niyyətini bilmək istəyir. Ancaq kişilərin ağlından keçəndən heç şeytan da baş çıxara bilməz. Hər fürsətdə qadınları başa düşməyin çətinliyindən, hətta mümkünsüz olduğundan dəm vuran kişiləri tanımaq elə də asan deyil.

Kişilərin qurduğu cümlələr çox vaxt insanı çaşbaş salır. Belə ki, təcrübəsiz və diqqətsiz qadın qarşı cinsin verdiyi siqnalları yanlış anlaya bilər. Odur ki, qarşı cinslə yaxınlaşmağa başlamadan öncə bəzi nüansları bilməlisiniz ki, onun sizə aşiq olub-olmadığından əmin olasınız. Burada söhbət təkcə həmin insanın sizinlə ailə qurmaq fikrində olub-olmamasından getmir. Unutmayın ki, münasibətə ciddi yanaşmaq sadəcə, ailə qurmaqla bağlı deyil. Sevdiyiniz adamla evlənə bilməsəniz belə, ən azından onunla keçirdiyiniz vaxta dəydiyini, onun da sizi sevdiyini bilib təsəlli alacaqsınız.

Yanlış qərarlar almaq istəmirsinizsə, sizi sevən kişini ilk baxışdan tanımalısınız.

Milli.Az publika.az-a istinadən fikrində ciddi olan oğlanların ortaq xüsusiyyətlərini təqdim edir:

Sizi tanımağa çalışır
Sizinlə birgə gələcək planları qurmayan oğlan arzularınızı, xəyallarınızı, hədəflərinizi öyrənməyə can atmaz. Ancaq sizi həqiqətən sevirsə, hansı janrdakı filmləri və ya musiqiləri sevdiyinizlə maraqlanacaq. Boş vaxtınız olanda nə ilə məşğul olduğunuz soruşacaq. Bir sözlə, yeni tanış olduğunuz insan mütəmadi olaraq çoxlu suallar verir və sizi daha yaxından tanımağa çalışırsa, bunu yaxşı əlamət kimi qəbul edin.

Sizi dostları ilə tanış edir
Sizinlə əylənmək istəyən oğlan həmişə tək qala biləcəyiniz məkanlara getməyə üstünlük verəcək. Yanınızda rəfiqənizi gətirməyinizi istəməyəcək. Dostlarınızla tanışlıq onu narahat edəcək. Əksinə, sizinlə birgə bir gələcək düşünürsə, sizi öz dostları ilə tanış edəcək. Bir də görəcəksiniz ki, tanışlığınızın üzərindən çox az müddət keçməsinə rəğmən dostlarının hamısını tanıyırsınız. Hətta onlarla birgə həftəsonu planları qurur, konsertə, teatra gedirsiniz. Uzun sözün qısası, sizinlə birlikdə olduğunu hamıya göstərirsə, sizi sosial həyatına daxil edirsə, deməli, onun sevgisinə inana bilərsiniz.

Ailəsi ilə tanış edir
Bir var, valideynlərindən zəng gələndə “dostlarımlayam” – deyən oğlan, bir də var adınızı çəkərək sizinlə birlikdə olduğunu utanmadan dilə gətirən oğlan. Sevgiliniz əgər sizi ailəsi ilə tanış edibsə, deməli, həyatınızda qalıcı olmaq istəyir.

İzahlı cavab
Sevgiliniz hər sualınıza ətraflı cavab verirsə, bu sizi sevdiyini göstərir. Çünki sevməyən oğlan suallardan təngə gəlib sizə qısa, lakonik cavab verə bilər. Halbuki, sizinlə ciddi münasibət arzulayan sevgili “Nə edirsən” kimi bəsit bir suala belə harada olduğu, kimlə olduğu, nə yediyi, nə içdiyi ilə bağlı geniş bir cavab yazacaq.

Ehtiyacınız olanda yanınızdadırsa.
Xəstə olanda və ya hər hansı bir çətinliklə üzləşəndə dərhal köməyinizə gəlirsə, deməli, sizə dəyər verir.

Unutmayın ki, ciddi münasibət qurmağa çalışan oğlan sizinlə sadəcə, sevgili deyil, həm də dost olmağa can atmalıdır.

Belə bir insanla qarşılaşmısınızsa, onu itirməməyə çalışın.

Sizdən kömək istəyirsə.
Qarşı cinsin eqosu çox yüksəkdir. Onlar kimdənsə kömək istəməyi özlərinə sığışdırmırlar. Sevgiliniz sizdən kömək istəyibsə, artıq onun eşqindən tam əmin ola bilərsiniz. Deməli o, sizi özünə çox yaxın bilir. Sizi ailəsinin bir fərdi kimi görür.

Fikirlərinizə əhəmiyyət verirsə.
Sizi sevirsə, təhsili, karyerası ilə bağlı məsələlərdə məsləhətləşməkdən çəkinməyəcək. Üstəlik, qərar verərkən fikirlərinizi nəzərə alacaq.

Bütün bu məqamları diqqətdə saxlayaraq doğru insanla birlikdə olub-olmadığınızı asanlıqla müəyyənləşdirə bilərsiniz.

Milli.Az

Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?

Və aleykum Salam.
Namazda fikrin qarışmasının səbəbi. Pey­ğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: “Namaz üçün azan ve­ri­ləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin, azan qur­tar­dıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə bit­dikdə isə ge­ri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona:n”Filan şeyi və filan şeyi yadına sal” – deyərək (namazı qurtarana qədər) onun yadına düş­mə­diyi şeyləri ona təlqin edir. Axırda o adam neçə (rükət) qıldığını (yadına sa­la) bilmir”. (əl-Buxari, 608).

Bu və digər hədislərdən aydın olur ki, namazda fikrin yayınması şeytandan irəli gəlir. Bundan xilas olmaq üçün namaz üçün isə aşağıdakıları etmək faydalıdır:

Namaz qılarkən Şeytan vəsvəsə edərsə. Osman ibn Əbu əl-Asdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) yanına gələrək belə dedi: “Ey Allahın Rəsulu! Şeytan qiraətimi və namazımı xuşu (Mütilik, Allahdan qorxaraq qəlbin Ona yönəlməsinə “xuşu” deyilir) ilə oxuyub qılmağıma mane olaraq məni çaşdırdı və şəkkə saldı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə ona belə cavab verdi: “O, Xinzəb adlı Şeytandır. Əgər onu hiss edərsənsə, “əuzu billəhi minəş-şeytanir-racim” deyərək ondan Uca Allaha sığın və üç dəfə sol tərəfinə yüngülcə tüpür (nəfəs ver!)”. Səhabə deyir: “Belə etdim və Uca Allah da onu məndən uzaqlaşdırdı”. (əl-Buxari, 3282; Muslim, 2610).

Namaza hazırlaşmaq və namaz üçün xüsusi vaxt ayırmaq. Buraya daxildir:
Namaz vaxtı girdikdə dünya işlərini kənara qoymaq, tələsmədən namaz qılıb, namazdan sonrakı zikrləri edəcəyi düşüncəsində olmaq.
Azan eşidərkən sözlərini təkrarlamaq. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: “Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin”.
Tələsmədən dəstəmaz almaq və dəstəmazdan sonrakı zikrləri etmək.

Namazda tələsməmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Oğurluğun ən pisi namazdan edilən oğurluqdur” deyildi ki: “Ya Rəsulullah, bir insan namazdan necə oğurluq edir?” – “Rüküsünü və səcdəsini tam olaraq yerinə yetirməyərək” deyə cavab verdi (İmam Əhməd: “əl-Musnəd” əsəri).

Allahın cavab verdiyini düşünmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki, Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında iki qismə böldüm. Yarısı Mənim, yarısı da qulum üçündür. Qulum da dilədiyini alacaqdır”. Qul: “əl-Həmdu lilləəhi Rabbi-l-A’ələmiin!” – (Həmd olsun aləmlərin Rəbbi Allaha!) – dedikdə, Allah: “Qulum Məni həmd-səna ilə təqdis etdi” – deyir. O: “ər-Rah’məəni-r-Rahiim” – (Mərhəmətli və Rəhmliyə) – dedikdə, Allah: “Qulum Məni təriflədi” – deyir. O: “Məəliki Youvmi-d-Diin” – (Haqq-hesab gününün Hökmdarına!) – dedikdə, Allah: “Qulum Məni mədh etdi” və ya “Mənə arxayın oldu” – deyir. O: “İyyəəkə Nə’budu Va İyyəəkə Nəstəi’in” – (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) – dedikdə, Uca Allah buyurur: “Bu, Mənimlə qulumun arasında iki hissəyə bölünəcək və o, dilədiyini alacaq”. O: “İhdinə-s-Siraata-l-Mustəqiim, Siraata-l-Ləziinə Ən A’mtə Aleyhim, Ğayri-l-Məğdubi Aleyhim Valə-d-Daaaalliin!” – (Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox) – dedikdə, Uca Allah buyurur: “Bu, quluma məxsusdur və o, dilədiyini alacaqdır!” (Muslim; Əhməd; İbn Hibbən; ət-Tirmizi; Əbu Dəvud).

Ölümü xatırlamaq. Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət edir ki, o demişdir: “Namazı son dəfə namaz qılan kimi qıl”.

Quran ayələrinin və namazdakı digər sözlərin mənasını düşünmək. Uca Allah buyurur: Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, insanlar onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ondan ibrət alsınlar!” (Sad, 29).

Quranı ağır-ağır və gözəl avazla oxumaq. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: “Həqiqətən Allah Təala Quranı nazil etdiyi kimi oxunmasını sevər”. (əl-Buxari və Muslim).
Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin qiraəti (oxumağı) barədə soruşulduqda belə demişdir: “Onun qiraəti hərf-hərf idi”. (Yəni, hərf-hərf sayıla biləcək qədər aydın idi)”. (Muslim).

Yeni surələr və ayələr əzbərləyərək namazlarda oxumaq. Quranda hər dəfə eyni ayələri təkrar-təkrar oxumaq insan üçün adiləşə bilər. Yeni ayələr əzbərləmək isə həm savab baxımından, həm də namazda diqqətin artması baxımından çox vacibdir. Həmçinin Quran oxumaq ən fəzilətli əməllərdəndir: “Quranı əzbər bilib oxuyan kimsənin misalı, vəhy daşıyan şərəfli və itaətkar mələklərin misalı kimidir. Çətinlik çəkərək Quran oxumağa davam edən kimsə üçün iki savab vardır”. (Səhih əl-Buxari və Səhih Muslim).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Quran oxuyan insana deyiləcəkdir: Dünyada etdiyin kimi aramla oxu və yüksəl. Həqiqətən sənin məqamın oxuduğun son ayə məqamında olacaqdır”. (ət-Tirmizi). Daha ətraflı: Quran oxuyarkən səhvə yol vermək günahdırmı?

Təşəhüddə barmağı Peyğəmbərin tutduğu kimi tutmaq. “Rəsulullah (salləllahu aleyhi və səlləm) sol əlini sol dizi üzərinə qoyardı, sağ əlinin barmaqlarini büküb, işarə barmağını qiblə istiqamətində yönəldib həmin barmağa baxardı. (Səhih Muslim).
Başqa bir səhih rəvayətə görə isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) işarə barmağını qaldırandan sonra onu hərəkət etdirib dua edərdi.
Rəsulullah (salləllahu aleyhi və səlləm) deyərdi: “Bu, həqiqətən də şeytana qarşı dəmirdən də ağırdır, bununla O, işarə barmağını nəzərdə tutardı”. (İmam Əhməd).
Bu hədisdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bunun şeytanın vəsvəsəsinə qarşı güclü vasitə olduğunu bildirmişdir.

Camaat namazlarında iştirak etmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilət­li­dir”. (Səhih Muslim, 1509).

Comments are closed, but trackbacks and pingbacks are open.