Qədim körpülər
Elm aləminə məlumdur ki, bu körpünü XVII əsrdə çar Rostom əsaslı təmir etdirmişdir. Sınıq körpüdən 95 metr aşağıda vaxtilə başqa bir körpü də olub. Həmin körpünün sol və sağ sahil bünövrələri hələ də qalmaqdadır. Sınıq körpü həmin körpü uçduqdan sonra XII əsrdə tikilib.
Azərbaycanın bütövlüyünün və birliyinin rəmzi: Xudafərin Körpüsü – VİDEO
Azərbaycanın şimalı ilə cənubunu birləşdirir Xudafərin körpüsü.
Körpü Cəbrayıl rayonunun Qumlaq kəndində yerləşir. Xudafərin bizim üçün təkcə körpü rolunu oynamayıb. Körpünün mənəvi dəyəri çox böyükdür. Xudafərin şimallı, cənublu Azərbaycanı birləşdirən simvolik bir abidədir. Tarixi körpümüz neçə il idi ki, erməni tapdağında idi. Rəşadətli ordumuz Cəbrayıl istiqamətində irəliləyərək körpünü azad etdi.
Körpü haqqında tarixi faktlara nəzər salaq.
Xudafərin Azərbaycanı və İranı birləşdirən, Cəbrayıl rayonunda yerləşən, Araz çayı üzərində salınmış iki körpüdən ibarətdir.
Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.
Körpüdən bir qədər aralı daha bir körpü də var ki, bu da Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olub və XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.
Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir. Birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.
Körpü tağlarının dayaqları təbii özüllər – qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir.
Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb.
Araz üzərində çoxlu körpülər atılsa da onlardan ən bəllisi Xudafərin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olub. Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir. Bu körpülər yüzillərcə transkontinental yollar üstündə yerləşib, təkcə ölkədaxili və ölkələrarası yollarda deyil, qitələrarası qarşılıqlı ilişgilərdə də yararlı olub.
Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən aparılıb ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir. Bu iki materialın uyarlığı körpüyə özümlü bədiilik və konstruktiv görkəm verir.
Bir neçə il idi ki, Xudafərin körpüsü həsrət körpüsü idi. Artıq körpüyə həsrət körpüsü yox, vüsal körpüsü deyə bilərik.
Bu gün Xudafərin adı gələndə o taylı, bu taylı azərbaycanlıların üzü gülür.
Fərid Zöhrabov
Qədim körpülər
Azərbaycanın qədim keçmişinə yol salan körpülər tarixi mədəniyyətimizin mühüm bir hissəsini təşkil edir. Tarixən Azərbaycanın mühüm ticarət mərkəzlərindən olan Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Qəbələ, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınmışdı.
Azərbaycandakı körpülər forma, quruluş və tikintisinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Qədim körpülərdən günümüzə qədər gəlib çıxan nümunələr bunu təsdiq edir. Həmin körpülərə Cəbrayıl rayonu ərazisində, Araz çayının üstündəki 11 və 15 aşırımlı Xudafərin körpülərini, Qazax rayonunda Xramçay üzərindəki Sınıq körpünü, Gəncə çayı üzərindəki Gəncə körpülərini, Əlincə çayı üzərindəki Naxçıvan körpülərini misal göstərmək mümkündür.
Xudafərin körpüləri
Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən Araz çayı üzərində inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.
Sınıq körpü
Qazax rayonundakı Sınıq körpü Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən sayılır. Bu körpü Bakı-Qazax-Gürcüstan sərhədi yolunda, Xramçayın üzərində salınmışdır. Körpü beş nəhəng dayaq üzərində dayanıb. Hər iki sahil dayaqlarının içində karvansara vardır.
Tarixi mənbələrdə bir çox alimlərin, səyyahların əsərlərində, yol qeydlərində bu abidə haqqında fikirlər var. Rus şairi A.S.Qriboyedov Tiflisdən İrana gedəndə bu körpüdən keçmiş və onun gözəlliyinə valeh olmuşdur. Körpünün neçənci ildə və kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur. Bəzi alimlər onun XI-XII, bəziləri isə XVII əsrdə tikildiyini deyirlər.
Elm aləminə məlumdur ki, bu körpünü XVII əsrdə çar Rostom əsaslı təmir etdirmişdir. Sınıq körpüdən 95 metr aşağıda vaxtilə başqa bir körpü də olub. Həmin körpünün sol və sağ sahil bünövrələri hələ də qalmaqdadır. Sınıq körpü həmin körpü uçduqdan sonra XII əsrdə tikilib.
Gəncə körpüləri
Bir zamanlar Gəncə çayının üzərində salınmış üç körpü Gəncəni ayrı-ayrı hissələrə ayırırdı. 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir. Bu körpülərin hər biri XII əsrdə inşa olunmuşdur ki, onlardan ikisindən bu gün də istifadədə edilir.
Əlincəçay körpüləri
Əzəmətli qədim körpülərdən biri də Naxçıvan ərazisindəki Əlincə çayı üzərindədir. Həmin körpüdən Ərəfsə və Ləkətan kənd sakinləri bu gün də istifadə edirlər. Körpülər tikilərkən dayaqların möhkəmliyinə xüsusi fikir verilmişdir. Ovulmanın qarşısını almaq məqsədilə körpülər üçün çay vadisinin əsasən düz və dar keçidini seçmişlər. Həmin dar keçidə malik, bir dayağı hündür qaya, digər dayağı sahildəki özülə birləşən körpünün möhkəmliyinə söz ola bilməz.
Naxçıvanın bu günədək qalan, XV-XVI əsrə aid olan Əlincə körpüsü bir aşırımlı tağ şəkilli, su səthindən 5 m hündürlükdə, qabariti 2 m olan tarixi bir qurğudur. Körpünü lay şəkilli, asan yonulan daşdan tikiblər. Əlincə körpüsünün tağ hissəsinin daşları yonulmuş, qalan hissəsi isə qismən yonulan daşlardır.
Aza körpüsü
Ordubad rayonunda Aşağı Aza kəndində olan qədim körpülərdən biri Gilançayın üzərindəki Aza körpüsüdür. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsünün Böyük Ipək Yolu ilə əlaqədar olduğu ehtimal edilir. Buradan quru meyvələr, sənətkarlıq malları, ipək ixrac olunurdu. Tarixi hadisələr nəticəsində dəfələrlə dağıdılmış, sonra təmir edilmişdir.
Behrud körpüsü
Buradakı Behrud körpüsü Behrud kəndinin yaxınlığında Gilançay üzərindədir. Üç aşırımlıdır. XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Behrud kəndi inşaat texnikasının müstəsnalığını, memarlıq simasını saxlamışdır.
Düylün çayı körpüsü
Başqa bir körpü Çənənəb kəndinin 12 km-də Düylün çayının üzərindədir. XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq səviyyəsini və möhkəmliyini qoruyub saxlamışdır.
Gilançay körpüsü
Dər kəndindəki Gilançay üzərindəki körpü də yonulmuş daşdan, beştağlı tikilmişdir. Culfa və Ordubad şəhərlərini birləşdirir. Eni 3,5 m-dir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağları arasındakı məsafə müxtəlif ölçüdə tikilmişdir. 3 orta dalğakəsən var. Dər körpüsü XVIII əsrə aid edilir.
Sultan körpüsü
Tovuzun qədim tarixi abidələri sırasında da Sultan körpüsü Axıncı adlanan çayın üzərindən qoyulub və kəndə gedən yol həmin körpüdən keçir. Deyilənə görə, tikintisi zamanı möhkəmliyini və müqavimətini artırmaq üçün yumurtalardan istifadə olunub. Hal-hazırda yeni körpü inşa edilib və istifadədədir.
Tağlı körpüsü
Keçmis mühəndis tikililərindən dövrümüzə qədər qorunub saxlanılan abidələr içərisində mühüm tarixi-memarlıq əhəmiyyətinə malik olanlardan biri də Tağlı körpüdür.
XIX əsrdə Quba qəzasında 7 körpü olmuşdur. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanmışdır. Körpünün salınması zərurəti XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranmışdır. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində taxta körpü tikilmişdir. Lakin bu körpünün ömrü uzun olmamışdır. Bu səbəbdən onun yerində yeni körpü salmaq zərurəti yaranmışdır. Yeni körpünün tikintisinə 1894-cü ildə başlanmışdır.
Top körpüsü
XII əsrə aid Top kəndindəki Top körpüsü Zəngilan ərazisindədir. Bu nadir memarlıq kompleksi orta əsrlər Azərbaycan körpüsalma sənətinin bariz nümunələrindəndir. Zəngilandakı digər Hacıalılar kəndindəki körpü XIX əsrə aiddir.
Sınıq, Laləzar və Hacı Bədəl körpüləri
Qubadlı ərazisində ən qədim körpünün Qarakişilər kəndində Sınıq körpü olduğu söylənilir.
Digər iki körpü – Laləzar və Hacı Bədəl körpüsü tarixin bir qədər sonrakı dönəmlərində inşa edilib. Maraqlı arxitekturası və qəribə taleyi olan Laləzar körpüsü 1867-ci ildə tikilib. Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü düz formada salınıb.
Hacı Bədəl körpüsü XIX əsrin nişanəsidir. Bu körpünü Dəmirçilər kəndinin sayılıb-seçilən el ağsaqqallarından olmuş Hacı Bədəl şəxsi vəsaiti hesabına tikdirib. Körpünün son dərəcə maraqlı arxitekturası var.
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır – Tarixçi
Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi əməliyyatlar nəticəsində Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır.
Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı deyib.
Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılmasını hərbi baxımdan da strateji uğur sayan tarixçi alimin sözlərinə görə, tarix boyu Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, bir neçə gün əvvəl erməni işğalından azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilib. Xudafərin körpüsü həmişə xalqımızın qədimlik və birlik rəmzinin təzühürü olaraq öz mənəvi dəyərini qoruyub saxlayıb.
M.Ağalarlı qeyd edib ki, Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Bu körpünü Azərbaycanın orta əsrlər dövrü inşaatçılıq-mühəndislik sənətinin ən gözəl nümunələrindən hesab etmək olar:
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.