Press "Enter" to skip to content

Fikrət Qocanın şeirləri

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Xalq şairi Fikrət QOCA.Seçmə şeirlər

Aprel şəhidləri

Bizi ilk qarşılayan
Aprel şəhidləriydi,
Bu Cocuq Mərcanlının
Ən müqəddəs yeriydi.
Ayağına gül qoyduq
Şəklinə baş əydik.
Ay oğul, təki belə
Toyunuza gələydik.
Daim gənc qalarsınız
Göz aydın, üzü gülər,
Daim ayağınızı
Öpəcək qızılgüllər.
Əsgər gedən oğullar
Burdan gedər döyüşə.
Sevən yaşıdlarınız
Bura gələr görüşə.
Gələnlər gedəcəklər
Kimi ucalacaqdı,
Kimi qocalacaqdı,
Kimi zəfər çalacaq!
Düşməndən intiqamı
Dönə-dönə alacaq!
Aprel döyüşçüləri
Belə cavan qalacaq.
Onlar zamandan güclü,
Dövrandan üstündülər.
Onlar gecə aydılar.
Gündüzlər də gündülər…
Eh… Bunlar hamısı sözdü,
Şəhidlər ölümsüzdü!

Şuşa Məscidi

Cocuq Mərcanlıya
Şuşadan qonaq gəlib.
Cocuq Mərcanlının ağ gününə.
Geyinib dümağ gəlib.
Şuşanın məscidi namaza durub.
Əllərini Allah dərgahına qaldırıb.
Qarabağa azadlıq diləyir.
“Allahım, köməyimiz ol” – deyir.
Azanın səsi
Haqqın qapısını döyür.
Məscid onun üzüdü,
İçi insan içidi.
Bu Şuşadakı Məscidin özüdü,
Əsgərlərimizə gəlmiş elçidi.
Gəlin bizi alın! – deyir.
Gəlin zəfər çalın! – deyir.
Azərbaycanın ən uca Şuşa səhnəsindən,
“Qarabağ Şikəstəsi”nin səsindən
Ən uca zənguləsindən
Yadları salın!
Qarabağı alın! – deyir.
Məsciddə görüş
Ruhu titrədən bir görüşdü.
Ordumuz ayağa qalxsa
Şimşək kimi çaxsa
Ordumuz üçün ən asan iş döyüşdü .
Qalanını tarix yazır.
Hər azərbaycanlının içində
Bir əsgər var
Döyüşə hazır!

Son Yazılar

  • “Tesdergi” gösteri ve yazı dünyası 1. sayısı yayında
  • Xalq yazıçısı ANAR.Yeni şeirlər (2023)
  • Pərvindən yeni kitab
  • «Qobustan» dərgisinin Ümummilli lider Heydər Əliyevin xatirəsinə ithaf olunmuş yaz sayı işıq üzü gördü
  • Türk Ədəbiyyatı Vəqfində Xalq yazıçısı Anar haqqında iki kitab işıq üzü görüb

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • “Tesdergi” gösteri ve yazı dünyası 1. sayısı yayında 14 Mart 2023
  • Xalq yazıçısı ANAR.Yeni şeirlər (2023) 14 Mart 2023
  • Pərvindən yeni kitab 14 Mart 2023
  • «Qobustan» dərgisinin Ümummilli lider Heydər Əliyevin xatirəsinə ithaf olunmuş yaz sayı işıq üzü gördü 14 Mart 2023
  • Türk Ədəbiyyatı Vəqfində Xalq yazıçısı Anar haqqında iki kitab işıq üzü görüb 14 Mart 2023
  • Azərbaycan Yazıçılar Birliyindən “Heydər Əliyev İli”nə töhfə 14 Mart 2023
  • Bu gün İlaxır çərşənbədir 14 Mart 2023
  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü” 14 Mart 2023
  • Azərbaycanlı gənc xanım yazar Banu Muharremin şeiri “Kardeş Kalemler” dərgisində dərc olunub 14 Mart 2023
  • Mədəniyyət Nazirliyinin “Heydər Əliyev ili” çərçivəsində həyata keçirdiyi “Mədəniyyətə bağlı ömür” layihəsi 14 Mart 2023
  • “Arşın mal alan” operettası Marionet Teatrının səhnəsində 14 Mart 2023
  • “Hece Taşları” dergisinin 97. sayısı yayında 13 Mart 2023
  • “Hece Taşları” dergisinin 96. sayısı yayında 13 Mart 2023
  • Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur 13 Mart 2023
  • “Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində bölmə istifadəyə verilib 13 Mart 2023
  • Uşaq Filarmoniyasında konsert 13 Mart 2023
  • Xalq şairi Cabir Novruzun 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb 13 Mart 2023
  • Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib 13 Mart 2023
  • Oscar-2023: “Hər şey hər yerdə və dərhal” filmi “Ən yaxşı film” mükafatını qazanıb 13 Mart 2023
  • “Qafqazlı qardaşqızı” operettası yenidən səhnədə 13 Mart 2023

Fikrət qoca susa şeirləri

Fikrət Qocanın şeirləri

Mən kiməm

Mən ayaq açıb anamın yanından
məzarıma kimi gedən bir yolçuyam.
Atamın məsləkinə, anamın laylalarına
qarovulçuyam.
II

Məni yandırıb-yaxan
ən böyük hicranımın səbəbi
görüşlərimdir.
Böyük, kiçik, yaxşı, pis
bütün əməllərim
yolüstü gördüyüm işlərimdir.

lll

Evim-avtobuslar, vaqonlar, təyyarələr.
Kəndlər, şəhərlər, səyyarələr-
dayanacağım.
Milyon kilometrlərlə ömür yaşamışam.
Kim bilir,
harada dayanacağam.

Xəstə və həkim

– Bir az ömür istəyirəm,
bir az, bir az da.
Bir əsr də azdır, beş əsr də,
On əsr də azdır.

Həkim heyrətlə
xəstənin nəbzindən
çəkdi əlini.
Bəs nə qədər?
– Beş gün də olsa,
bilməyim qədərini.

Səkilər

Çalın-çarpaz küçələr,
düyün-düyün səkilər.
Sinənizdə quş kimi
döyündüyüm səkilər.
Çox da öyünməyin siz,
dağılardı səkiniz,
Küçələrdən keçsəydi
qəlbimizdən keçənlər.

İnfarkt

Ürək doğuldu,
böyüdü, yaşa doldu,
İnfarkt oldu.
Yüz yana yozdular səbəbini,
Axtardılar çarəsini də.
Əsl səbəbi
ani intizar idi
“hə” ilə “yox” arasında.

Gecə yaman uzundur

Gözümün işığına
hər kirpik bir yük olur.
Gecə yaman uzundur.
Bəzən bir ömürdən də
bir gecə böyük olur.
Gecə yaman uzundur.
Qəlb vüsalın möhtacı,
Göz yuxunun möhtacı,
Gecə yaman uzundur.
İndi yəqin yuxuda
Xumar-xumar gülürsən,
Eh. sən hardan bilirsən
Gecə yaman uzundur.

İnsanam

Ömrümün sonuna doğrudur
atdığım hər addım.
Hələ üstəlik,
Atom bombası, böhtan, nüvə silahı, tənə
Bunları da
özümü öldürmək üçün yaratdım.

Bu dövrdə yazdığım bütün şeirləri Prezidentimizə həsr etmişəm – Fikrət Qoca

Xalq şairinin Publika.az-a müsahibəsini təqdim edirik:

– Fikrət müəllim, səhhətiniz, sağlığınız necədir?

– Mən yaşda olan adamın səhhəti necədirsə, eləyəm. Yaşım 85-dən yuxarıdır. Nə çox yaxşıdır, nə də çox pisdir.

– Vətən müharibəsindəki qələbəni necə qarşıladınız?

– Qələbəni hələ də qarşılayıram. Tarix boyu yaşamadığımız sevinci yaşadıq. Bu qələbəni illərlə gözlədik. Qələbə üzünə həsrət idik. Sağ olsun Ali Baş Komandanımız, ordumuz. Bizə böyük qələbə bəxş etdilər. Neçə əsrlərdən sonra ilk dəfə torpaqlarımızı azad etdik. Qələbə qazandıq. Bu, böyük bir tarixi hadisədir. Böyük sevinc yaşadıq. Bayrağımız da sevindi, xalqımız da. Bayrağımız layiq olduğu ən uca zirvələrə sancıldı.

– Qələbəmizə şeir həsr etmisinizmi?

– Bəli. Müharibənin ilk günündən bu günə kimi qələbəyə həsr olunan şeirlər yazmışam. Müharibə günlərində də hər gün şeir yazırdım. Çünki başqa cür özümü ovuda bilmirdim. Ordumuz vuruşurdu, çarpışırdı, mən yerimdə dura bilmirdim. Onların qəhrəmanlığını tərənnüm edirdim. Mən də öz içimdə döyüşürdüm. Hisslərimi, yaşantılarımı, qələbə sevinclərimizi şeirə köçürürdüm. Onların bir qismi mətbuatda çap olunub. Bir hissəsi isə hələ çapa getməyib. Bu şeirləri müharibə gündəliyi də adlandırmaq olar.

– Şuşada Vaqif poeziya günləri keçiriləcək. İştirak edəcəksinizmi?

– Sağlıq olsun, çalışacağam ki, iştirak edim. Çünki bu, çox gözəl gündür, əvəzsizdir. Orada ab-hava da başqa olur. Əlbəttə, Vaqif poeziya günlərinə qatılmaq istəyərəm.

– Ötən il yubileyiniz keçiriləcəkdi. Amma deyəsən qaldı.

– Mənə ən böyük yubiley hədiyyəsi qələbəmiz oldu. Ondan o tərəfə nə yubiley?! O qələbədən mənə də, yubileyimə də pay düşür. Çünki bu torpaq həm hamımızın vətənidir, həm də ayrı-ayrılıqda hər birimizin vətənidir. Bu qələbədən hamıya sevinc və yubiley payı düşür.

– AYB-nin katibisiniz. Yazıçılar Birliyinin qurultayı da ildən-ilə yubanır. Səbəbi nədir?

– Demək olar ki, biz qurultaya hazır idik. Hər şey hazırlanmışdı. Amma bu pandemiya məsələsi gəlib araya düşdü. Ona görə də yubandı. Hər şey yarımçıq qaldı. Çox yaxşı hazırlaşmışdıq, bir şey qalmamışdı. Pandemiya hücum çəkdi bütün dünyaya. Hər şeyi dondurdu. Qurultay da elə-belə şey deyil, çox ciddi məsələdir. Gərək yaxşı hazırlaşasan. Xaricdən qonaqlar dəvət edirsən, onları yaxşı qarşılamalısan, yerləşdirməlisən. Pandemiya dövründə də 10 nəfərdən artıq qrupun bir yerdə toplaşmasına icazə verilmir. Sarılmağa, qucaqlaşmağa da icazə yoxdur. Şairlər də zəif adamlardır. Qorunmasalar, tez yoluxa bilərlər. Həm də istiqanlı olur şairlər. Öpüşüb-görüşməsələr alınmaz (gülür). Ona görə də gözləmək lazımdır. Xaricdən qonaqlar da gələcək. Yollar, sərhədlər açılmalıdır. Yəqin ki, ilk fürsətdə, imkan olan kimi qurultay baş tutacaq.

– Fikrət müəllim, Yazıçılar Birliyinin qurultayının Şuşada keçirilməsi məsələsi var idi. Siz buna necə baxırsınız?

– Qurultayın Şuşada keçirilməsi çox yaxşı olardı. Vəziyyətə baxacağıq. Orada qurultay keçirilməsi üçün imkanlar məhduddur. Ermənilər işğal dövründə hər şeyi, infrastrukturu dağıdıblar. İndi sürətli iş gedir. Şuşa yenidən bərpa olunur. Amma onda da turistlərin, səyyahların əlindən bizə imkan olmayacaq. Yollar, sərhədlər açılan kimi turistlər Şuşaya axışacaq. Müharibə hələ təzə bitib. Dünya ölkələri, turistlər Qarabağı indi-indi tanıyır. Çünki uzun illər idi ki, biz dünyaya Qarabağımızı göstərə bilmirdik. Ona görə də yollar açılan kimi xarici qonaqlar ilk növbədə Qarabağı, Şuşanı görməyə tələsəcəklər. Xarici qonaqlar ölkəmizə gəlir, işğaldan azad olunmuş ərazilərimizə gedirlər. Dağıntıları, ermənilərin vandallıqlarını görürlər. Dünya indi-indi başa düşür ki, biz illərdir kimlərlə, hansı millətlə müharibə aparmışıq. Bunlar faşist toxumlarıdır. Qarabağ faşizmin nəticələrinin əyani sərgisidir. Azərbaycana, Qarabağa gələn səyyahlar, turistlər bunu əyani şəkildə görəcəklər. Mən istərdim ki, ermənilərin vəhşiliklərinin dünyaya çatdırılması üçün dağıntıların bir qismini olduğu kimi saxlasınlar. Eyni zamanda, yenidənqurma ilə dağıntıları da müqayisə etmək üçün ermənilərin “əl işlərinin” bir qismini saxlamaq lazımdır.

– Qələbə ilə bağlı Prezidentə də şeir yazdınızmı?

– Müharibə və ondan sonrakı dövrdə yazdığım bütün şeirlərdə Prezidentimiz, onun fəaliyyəti öz əksini tapıb. Müharibəni Ali Baş Komandan kimi o aparırdı. Rəhbərliyi o edirdi. Bütün şeirlərimdə qələbənin memarı kimi Prezidentimizdən və qəhrəman əsgərlərimizdən bəhs etmişəm. Prezident müharibə dövründə bütün cəbhələrdə mübarizə aparırdı və qalib gəlirdi. Jurnalistlərə müsahibə verirdi. Hərəsi ilə öz dilində danışırdı. Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. O da ayrı müharibə idi. Hər ölkədən ən sırtıq, ən azğın jurnalist göndərirdilər, cənab Prezident onları faktlarla susdururdu. Fakt qarşısında qoyurdu. Dövlət başçımız dünyanın aparıcı ölkələrinin prezidentləri ilə söz müharibəsindən də qalib çıxdı. Bu, prezidentlərin müharibəsi, mübarizəsi sayılır. Bu, Prezidentimizin dünyanın ən inkişaf etmiş ölkələrlə mübarizəsi idi. Biz qələbə çaldıq. Bir daha deyirəm ki, bu sevinc mənə uzun illər bəs edəcək. Hələ də qələbəmizin sevincini yaşayıram.

Tural Turan

Comments are closed, but trackbacks and pingbacks are open.