Press "Enter" to skip to content

Filologiya məsələləri omonimlər haqqında

hadəsəsinə məruz qalaraq fonodəyişikliyə uğramışdır: çi → is.

Omonimlər

Deyilişi və yazılışı eyni, lakin leksik mənaları müxtəlif olan sözlər omonimlər adlanır. Məsələn, «qaz balası» və «qaz iyi» ifadələrində fonetik tərkibi eyni olan qaz sözü müxtəlif leksik mənaları bildirir. Omoninlər bir-biri ilə heç bir əlaqəsi olmayan sözlərdir. Omonimlər həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid olur. Məsələn, qaz, xal sözləri bütün mənalarına görə isim, yaş sözü isə bir mənasına görə sifət (yaş paltar), digər mənasına görə isə isimdir. Omonimlik iki formada olur: leksik omonimlər, qrammatik omonimlər. Leksik omonimlər belə omonimlər müxtəlif leksik mənaları ifadə edir. Haqqında danışdığımız omonimlər məhz leksik omonimlərdir: yaş, yol, daş, şam və s. Qrammatik omonimlər leksik omonimlər kimi eyni cür yazılır, eyni cür tələflfüz olunur, lakin mənalarından biri əsas nitq hissəsi, digəri isə köməkçi nitq hissəsi olur. Bu sıraya həm söz, həm şəkilçi kimi işlənən sözlər də daxildir. Məsələn, – həm əvəzlik, həm bağlayıcı, həm də ədatdır. -ma 2 – həm inkar şəkilçisi, həm də feldən isim düzəldən leksik şəkilçidir və s. Dilimizdə zahirən omonimə bənzəyən, lakin omonim olmayan sözlər də var. Dilçilikdə belə sözlər omonimliyin müxtəlif formaları (omofon, omoqraf, omoform) olsa da, əsl leksik omonim kimi qəbul oluna bilməz. Deyilişinə görə bir-birinə oxşar olan, lakin yazılışları fərqli olan sözlərə paronim deyilir. Məsələn, mətn – mətin, atlaz – atlas, şahid – şəhid, xeyir – xeyr və s. Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər omoqraf adlanır. Məsələn, səp i n (isim) – s ə pin (fel), dondurm a (isim) – dond u rma (fel), dimd i k (isim) d i mdik (sifət – «dik» sifətinin çoxaltma dərəcəsi) və s. Tələffuzü və yazılışı eyni, lakin kökləri və ya başlanğıc formaları fərqli olan sözlər omonim deyil. Məsələn, «daşı» sözü həm «Məhsulu daşı», həm də «Daşı götür» kimi işlənə bilir. Bu zahirən omonimə bənzəyir, lakin omonim deyil. Çünki birinci cümlədəki «daşı» sözü kök formasındadır, ikinci cümlədəki «daşı» sözü isə kök for- masında deyil, sözün kökü «daş», «ı» isə qıammatik şəliçidir. Həm ümumi, həm də xüsusi ad kimi işlənən sözlər də omonim deyil. Məsələn, polad-Polad, çiçək- Çiçək, nərgiz – Nərgiz və s. Dilimizdə ən çox işlənən omonimlər: al, an, aş, aşıq, at, ağrı, az, ay, bağ, bel, bənd, bal, biz, bez, bar, çat, çap, çal, çaxmaq, çən, çay, dad, daş, don, doğru, dolu, divan, düz, dar, dan, dam, din, en, əqrəb, əsər, gül, göy, hava, xal, iç, it, inci, kök, kürək, köç, qala, qat, qaz, qır, qız, qaş, qurd, qol, qan, ləpə, mürəkkəb, min, nəticə, ov, oxşamaq, saç, sol, sağ, say, şam, şan, şor, tala, tək, tut, top, uçmaq, üz, var, vağ, yaş, yad, yay, yar, yal, yan, yara, yaz, yol və s. Omonimlər bəzi cəhətlərinə görə çoxmənalı sözlərə bənzəyir. Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək lazımdır. Çoxmənalı sözlərdə sözün müxtəlif mənaları bir- birilə bağlıdır. Omonimlərin mənaları arasında isə heç bir əlaqə yoxdur. Dilimizdə bəzi sözlər var ki, həm omonimlik, həm də çoxmənalılıq xüsusiyyətinə malikdir. Məsələn, kök, qol, üz, bel, dolu, yay, tut, at, aş, az, yar, düz, at, boğaz və s. İzahlı lüğətlərdə omonimlər ayrı-ayrı sözlər kimi verilir və onların üzərinə nömrələr qoyulur. Çoxmənalı sözlər isə mənaları sadalanmaqla bir söz kimi verilir. Məsələn: bağ1 – meyvə ağaclan əkilmiş sahə
bağ2 – bir şeyi bağlamaq üçün ip, kəndir qulaq:
1) eşitmə orqanı
2) bir şeyin kənarı (körpünün qulağı)

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Omonimlər

Deyilişı və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn:
Bağ — Meyvə ağaclari əkilmiş sahə
Bağ — Bir şeyı bağlamaq üçün ip (ayaqqabı bağı).

Şam — Yandırmaq üçün cisim (Şamı yandır).
Şam — Ağac adı (şam ağacı) və s.
Şam — Axşam yeməyi (Sizi şama dəvət edirlər).
Bu nümunələrdəki «bağ» və “şam” sözlərinin deyilişı və yazılışı eynı olsa da, onlar ayrı-ayrı anlayışları bildirir. Deməli, həmin sözlər omonimlərdir.
Dilimizdə ən çox işlənən omonimlər bunlardır: al, an,aş, asıq, at, ay, az, ağrı, bağ, bal, bar, bel, biz, bez, bal, dad, dağ, dan, dar, daş, din, don, doğru, dolu, divan, düz, en, iç, it, qaz, qat, qır, qız, qurd, qas, qan, qol, əqrəb, göy, gül ləpə, kök, köç, ov, oy, oxşamaq, mürəkkəb, nəticə, saç, say, tək, top, tut, uçmaq, yağ, yal, yan, yas, yad, yay, yar, yara, yaz, yol, çat, çap, çay, çən, çaxmaq, var, üz,

Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. «Bağ»“şam” omonimlərinin hər ikisi isimdir. Aşağıdakı omonimlər də eynı bir nitq hissəsinə (ismə) aiddir:
Ay — yerin peyki: Ay göründü.
Ay — 30 gün: Bu gün ayın beşidir.

Bal — qatı şirin məddə: Bal tutan barmaq yalar.
Bal — zəlzələnin. küləyin gücünü bildirən ölçü vahidi: Beş bal qüvvəsində zəlzələ oldu.
Bal- rəqs gecəsi,şənlik:Yeni il balı maraqlı keçdi

Əqrəb-saatin mili:Saatin əqrəbləri 12-ni göstərir.
Əqrəb — zəhərli həşərat: Çöldə əqrəb gördük və s

Dilimizdə fel kimi işlənən omonimlər də vardtr. Məsələn
Uçmaq-qanadlanmaq:Quş qanadlanıb uçdu.
Uçmaq-yıxılmaq,dağilmaq:Köhnə divar uçdu.

Oxşamaq-bənzəmək:Uşaq atasına oxşayır.
Oxşamaq-əzizləmək,nazlamaq:Ana körpəsini oxşayır.

Alışmaq-öyrənişmək,adət etmək:Uşaq yeni mühitə alışdi.
Alışmaq-yanmaq:Quru odun tez alışdı.

İsim və sifət kimi işlənən omonimlər:

Dilimizdə ayri-ayri nitq hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur.Bu cür omonimlərə aid bir neçə nümunə:
İsim və sifət kimi işlənən omonimlər:
Yaş — insan ömrünün müəyyən dövrü: Uşağın 5 yaşı var.
Yaş — nəm, islanmış: Yaş odun yanmadı.

Kök — tərəvəz: Kök dadlı idi.
Kök — yoğun, şişman: Kök adamdan xoşum gəlmir.

Mürəkkəb — yazı üçün maye: Qələmin mürəkkəbi qurtardı.
Mürəkkəb — çətin: İmtahana çatin suallar düsmüşdü.

Dilimizdəki «qarşı», «doğru», «başqa», “özgə”, «sarı» və s. sözləri sifət və qoşma kimi işlənən omonimlərdir: qarşı tərəf (sifət) — düşmənə qarşı (qoşma), doğrıı cavab (sifət) — kəndə doğru (qoşma), başqa adamlar (sifət) — səndən başqa (qoşma), özgə qapı (sifət) — səndən özgə (qoşma), sarı gül (sifət) — evə sarı və s.
Omonimlərin bir çoxu isim və fel kimi işlənə bilir.Belə sözlər fel kimi həm məsdər şəklində, həm də felin təsriflənən şəklində işlənə bilər. Məsələn:
Tüfəngin paslı çaxmağı (isim) — İldırım çaxmağı uşağı qorxutdu (fel).
Plovun qazmağı (isim) — Buranı qazmaq təhlükəlidir (fel).
Gül ətri (isim) — Ağlama, gül (fel).
Divarda çat var (isim) — Qaç, uşaqlara çat (fel) və s.

Omonimlər quruluşca düzəltmə də olur. Məsələn: «oynaq» (bədəndə sümük) ismi ilə «oynaq hava» birləşməsindəki «oynaq» sifəti düzəltmə omonimlərdir. «Buruq» ismi ilə «buruq» sifəti (buruq saç) və ya iki müxtəlif mənada işlənən «vergi» ismi (gəlir üçün dövlətə ödənilən məbləğ və «istedad» mənalarinda) düzəltmə omonimlərdir.
Səslənməsinə görə bir-birinə oxşar olanmətn — mətin, əmr — əmir, atlaz — atlas, əsr — əsir, şahid — şəhid, xeyr — xeyir, həyat — həyət, ahəng — əhəng və s. kimi sözlər omonim deyil. çünki yazılışları fərqlidir. Tərkibindəki bir hərfə görə fərqlənən belə sözlər paronim adlanır.
Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonim deyil. Məsələn:alma (isim) – alma (fel) — gəlin (isim), gəlin (fel), əkin (isim) — əkin (fel), səpi’n (isim) — sə’pin (fel), qovurma (isim) — qovu’rma (fel), dondurma’ (‘tsim) — dondu’rma (fel), süzmə’ (isim) — sü’zmə (fel), dimdik (‘ısim) — di’mdik (sifət -«dik» sifətinin çoxaltma dərəcəsi) və s. Bu cür sözlərin yazılışları eynı olsa da, tənəffüzləri bir-birindən fərqlənir. Belə sözlər omoqraf adlanır.

Tələffüzü və yazılışı eyni, lakin kökləri (və ya baslanğıc formaları) fərqli oian sözlər də omonim dəyilir. Məsələn:«Düşmən əsir alındı» və «Külək əsir» cümlələrindəki“əsir” sözləri köklərinə görə fərqlənir. Birinci cümlədəki“əsir” sözü kök formasındadır. Ikinci cümlədəki“əsir” sözünün kökü isə“əs” felidir.(«ir» qrammatik şəkilçidir). «Məhsulu anbara daşı» və «Daşı kənara qoy» cümlələrindəki«daşı» sözü da omonim deyil: birincicümlədəki«daşı»sözü kök formasındadır; ikinci cümlədəki«daşı» sözünün kökü isə«daş» ismidir (-ı qrammatik şəkilçidir). Qrammatik şakilçilərin köməyi ilə aralarında bu cür oxşarlıq yaradan sözlər omoform adlanır.
Dilimizdəki bəzi sözlər həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir. Məsələn: kök sözü insanın kökü, ağacın kökü, sözün kökü birləşmələrində çoxmənalıdır. Kök oğlanşirəli kök birləşmələrindəki kök sözü isə omonimdir.Qaş, qol, yol, dolu, düz,dil, yay, üz, tut, bel sözləri də həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir.

Sinonimlər

Yazılışı va deyilişı müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir.Məsələn: ürək — könül — qəlb, böyük — iri — yekə, odlamaq -alışdırmaq — yandırmaq və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalınsıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə), bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab.
Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.

Antonimlər

Bir — birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir.Məsələn: yer — göy. sülh — müharibə, işıq — qaranlıq, igid -qorxaq, gülmək — ağlamaq, oturmaq — qalxmaq, gecə — gündüz və s. Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.
Həmçinin oxuyun: Ümumişlək sözlər,alınma sözlər,neologizmlər haqqında

Filologiya məsələləri, №5, 2017

няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222.

Filologiya məsələləri, № 5, 2017

Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы

Ялйазмалар Институту вя «Елм вя тящсил» няшриййаты

РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим

Мяммядялийев, академик Теймур Кяримли, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д.,

проф. Низами Ъяфяров, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д., проф. Мющсцн

Наьысойлу, АМЕА-нын мцхbир цзвц, ф.ü.е.д., проф. Ябцлфяз Гулийев, ф.ü.е.д.,

проф. Вилайят Ялийев, ф.ü.е.д., проф. Fəxrəddin Veysəlli, ф.ü.е.д., проф. Гязянфяр

Казымов, ф.ü.е.д., проф. Рцфят Рцстямов, ф.ü.е.д., проф. Надир Мяммядли,

ф.ü.е.д., проф. İsmayıl Məmmədli, ф.ü.е.д., проф. Мясуд Мащмудов, ф.ü.е.д.,

проф. Buludxan Xəlilov, ф.ü.е.д., prof. Əzizxan Tanrıverdiyev, ф.ü.е.д., проф.

Мцбариз Йусифов, ф.ü.е.д., проф. Гязянфяр Пашайев, ф.ü.е.д., проф. Ябцлфяз

Ряъябли, ф.ü.е.д., проф. Nizami Xudiyev, ф.ü.е.д., проф. Ъялил Наьыйев, ф.ü.е.д.,

prof. Камиля Вялийева, ф.ü.е.д., prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa Kərimov,

фil.ü.f.d., dos. Нязакят Мяммядли

Бурахылыша мясул: академик Теймур Кяримли

Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли

Филолоэийа мясяляляри. Бакы, 2017, № 5

© ”Elm və təhsil” nəşriyyatı, 2017

Filologiya məsələləri, № 5, 2017

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru, dosent

QƏDİM TÜRK SÖZLƏRİNİN YAŞAM TARİXİNDƏN

Açar sözlər: Fonoforma, səs əvəzlənməsi, semantik yük, qədim oğuz qatı,

kök morfem, leksik vahid, morfoloji göstərici.

Ключевые слова: Фоноформа, чередование звука, семантическая зна-

чимость, древнеогузский пласт, морфема корень, лексическая единица,

Key words: Fonoforma, be substituted of voice (sound), semantic load,

ancient oghuz thick, root (carrot) morpheme, lexical unique, morphological

Hər insan bir ömür yaşayır. Bu müddət uzun da ola bilər, kiçik də ola

bilər. Amma real həqiqətə söykənsək, insan üçün ölümsüzlük deyilən bir şey

yoxdur. Bəzən sözün də yaşam tarixini bir insan ömrünə bənzədirlər. Düz-

dür, söz də müyyən müddət dildə varlığını göstərsə və ünsiyyətə xidmət etsə

də, dili tərk edir və arxaik qat deyilən bir yerdə qərar tutur. Bunların da ya-

şam tarixi müxtəlifdir. Məsələn, söz var ki, bir abidənin lüğət tərkibində qey-

də alınır, amma özündən sonra gələn ədəbi-bədii dil nümunələrində görün-

məz olur. Söz də var ki, tarixən də işlənib, bu gün də işləkliyini davam etdir-

məkdədir. Deməli, bu leksik vahidlərin heç bir insan ömrü ilə ölçülməyən

əsrlərə bərabər, məsələn deyək ki, XIV əsrə bərabər yaşam tarixi var. Amma

müddətə bağlı olaraq qısa və yaxud opta ömür tarixi yaşayan sözlər belə dili

tərk etsə də, ünsiyyətdən tamamilə yox olub getmir, sadəcə olaraq ədəbi dil

norması səviyyəsindən məhrum olur. Bu reallığı həmin sözlərin yaşam tari-

xindən sonrakı taleyini izləmə ortaya qoyur. Söz də özbaşına dili tərk etmir.

Məhz ümumxalq dili ilə əlaqə zəncirini itirməsi sayəsində onlar intensivli-

yindən məhrum olaraq epizodikliyə doğru istiqamətlənir, dili tərk etmək

məcburiyyətində qalır, nəticədə dildən uzaq düşür və ölüb getmiş sözlər sıra-

sında nizamlanır. Araşdırmalar isə müəyyənləşdirir ki, bu leksemlər ədəbi dil

faktı olmasa da, bu gün fonoforma müxtəlifliyi ilə bir-brindən fərqli məkan

Filologiya məsələləri, № 5, 2017

daxilində yaşam taleyini hələ də bəlli etməkdədir. Bu yaşam istiqamətləri

1. Ədəbi dildə qorunanlar

2. Onomastik vahid komponenti olaraq işlənənlər

3. Metamorfoz sözlər şəklində mühafizə olunanlar

4. Canlı danışıq faktı kimi yaşayanlar

5. Yeni məzmunla yüklənmiş şəkildə qeydə alınanlar

1. Ədəbi dildə qorunanlar.

Çox qədim türk sözləri var ki, bu gün onların bəziləri unudulmuş və ar-

tıq yaddan çıxmış sözlər sırasında cərgələnir. Bu sözlər müasir ədəbi dildə

yer alan sözün daxilində öz tarixi varlığını qoruyur. Hələ də tamamən dildə

yox olmayan sözlərdən biri çi leksemidir. Orta əsr yazılı abidələrində özünə

yer alan bu leksik vahid əslində tamamən ölüb getmiş dil vahidlərindən sa-

yılır. Nəsimi yazır:

Sübhdəm vəqtündə düşmüş cimi, ya dürdənmidir?

Əslində tamamən yaddaşları tərk edən sözlərdən sayılan ci lüğəvi dil nü-

munəsi heç də dildən yox olmayıb. O sadəcə olaraq vaxtilə mənsub olduğu

müstəqilliyindən uzaq düşüb. Amma bu sözün tarixi izinə düşmə göstərir ki, bu

leksik vahid sözlərin kök morfemində oturaraq hələ də özünün varlığını

mühafizə edir. Konkret olaraq, bu tarixi dil faktı gizli ömrünü çiskin, ciləmək.

leksik vahidlərində hələ sürməkdədir. Dilimizdə ədəbi dil faktı olan islanmaq

lüğəvi dil nümunəsi də həmin leksemin qoruyucusu olan sözlərdən biridir. Əbu

Həyyan da çiləndi sözünü təqdim edir, onun məna qarşılığı olaraq islandı sözü

verilir (6, s.32). Sadəcə olaraq söz həm səs keçidinə, həm də metateza

hadəsəsinə məruz qalaraq fonodəyişikliyə uğramışdır: çi → is.

Akademik T.Hacıyevin fikrincə, ç > s səs keçidi qədim oğuz qatının

məxsusiliyini özündə daşıyan səs əvəzlənmələrindən birirdir (7,s.77). Bu hə-

qiqətən də belədir. Nümunə olaraq yenə də tarixi lüğətlərimizə müraciət ets-

ək, İbn Mühənnanın «Hilyətül-insan həlbətül-lisan» əsərində çoğan dil vahi-

dini görə bilərik. Məhz bu söz (o cümlədən bir qisim bu tip sözlər) çağdaş

dilin lüğət tərkibində soğan, çoğanlıq leksik vahidinin soğanlıq şəklində

leksikona daxil olması həmin səs keçidini təsdiq edən reallıqdır. Onu da

deyək ki, lüğətin tərcüməçisi və tərtibçisi akademik T.İ.Hacıyev çoğanlıq

dil nümunəsinin semantik paraleli olaraq «soğan qabı» məna tutumunu təq-

Bizə görə, təkcə ç > s deyil, qədim oğuz qatının aparıcı səs keçid-

lərindən biri olaraq həm də ç > ş əvəzlənməsi qeyd edilməlidir.Tarixən sözün

müxtəlif mövqelərində yer alan [ç] samitinin dilimizin sonrakı tarixi inkişaf

mərhələlərində öz yerini [ş] samitinə verməsi bunun birbaşa sübutudur.

Məsələn, Əbu Həyyanın «Kitab əl-idrak li lisan əl-ətrak» adlı lüğətində

çaçırdı lüğəvi dil nümunəsinin bu gün şaşırdı şəklində, çəkər leksik

Filologiya məsələləri, № 5, 2017

vahidinin şəkər fonetik cildində, çəkər bərək sözünün şəkərbura fonofor-

masında işləklik qazanması fikrimizə söykənəcək olan fakt kimi qəbul

edilə bilər (6, s.32). Fikrimizcə, müasir dildə intensivlik nümayiş etdirən sis-

duman (məsələn: Dağın baçşnı sis-duman alıb.) mürəkkəb dil vahidinin

tərkib komponenti olan sis leksik vahidi də çi sözündəndir və burada da

həmin səs dəyişməsi özünü aydın şəkildə təzahür etdirir (çis → sis).

Müasir Azərbaycan ədəbi dilində qeydə alınan çiskin leksik vahidi

müxtəlif fonetik tərkiblə dialektlərimizdə də qeydə alınır. Sözün dialekt-

lərimizdə işlənən çisan, çisəx´, çişəngi fonoformaları buna nümunə ola bilər.

Hansı ki, müxtəlifliklə müşayiət olunan bu formaların hamısında ci leksik

vahidi qorunur. Bu dil faktı hal-hazırda «narın yağış» anlamında çisan

fonetik cildi ilə Dərbənd, çisəx´ fonoforması ilə Çənbərək, Oğuz, Şəmkir,

Tovuz [(Yazbaşı çox olur çisəx´(Şəmkir); Sə:rdən çisəx´ gəlir (Basarkeçər)],

çişəngi fonoforması ilə Ağdam (Bu çişəngi laf məni təngə:tirif) dialektində

qeydə alınmaqdadır (2,s.103).

Uz sözü də yaşam tarixi ilə bağlı maraq doğuran leksik vahidlərdən

sayılır. Tarixən «uzun», «çox» mənalarını özündə ehtiva edən bu söz Azər-

baycan türkcəsində qeydə alınmır, amma kök morfemlərdə onun tarixi izinə

rast gəlmək mümkündür. Müstəqil leksik vahid olan bu leksem tarixən nağıl

dilimizdə də işləklik nümayiş etdirib. Əsasən nağıl dili üçün trafaret xarak-

teri daşıyan qəliblərdə daha çox əksini tapan bu lüğəvi dil nümunəsi (Az

getdi, uz getdi, dərə-təpə düz getdi) bu gün arxaikləşmiş sözlər sırasındadır.

Amma dilimizdə qərarlaşan uzun, uzanmaq leksik vahidlərində yaşamını

hələ də davam etdirməkdədir.

Çayan sözü də dili tərk edib getmiş türk mənşəli leksik vahidlər sırasında

nizamlanır. Bu lüğəvi dil nümunəsi tarixən «əqrəb tipində zəhərli sürünən canlı»

mənasının ifadəçisi kimi ünsiyyətə daxil edilib (4, s.80). V.V.Radlov da bu

leksik vahidin müxtəlif məna çalarlarını təqdim edir: Əqrəb, qırxayaq (10,

s.1852). . Eyni məna tutumuna «Qədim türk sözlüyü»ndə də rast gəlirik (3,

s.136). Təbii ki, məna uyğunluqları göz qabağındadır. Müasir Azərbaycan ədəbi

dilinin lüğət tərkibində qeydə alınmayan çayan sözünün heç canlı danışıq

dilində də müstəqil şəklində işlənməsi qeydə alınmır. Amma hal-hazırda ilan-

çayan mürəkkəb sözünün komponenti kimi fəaliyyətinin davam etdirməkdədir.

Bizə görə, bu mürəkkəb quruluşlu lüğəvi dil nümunəsi «zəhərli sürünənlərin

çoxluq təşkil etdiyi yer» anlamını ifadə edir. Deməli, haqqında danışılan söz

ilan-çayan mürəkkəb lekseminin daxilində yaşayaraq öz tarixi mənasından uzaq

düşməyib. Əksinə, öz ilkin mənasına uyğun şəkildə yaşamaqda və öz tarixi

izini hələ də bəlli etməkdədir.

Qonum leksemi də tarixən dilimizin lüğət tərkibində oturqlıq təşkil

edən, bu gün isə müstəqilliyindən məhrum olan leksik vahidlərdən sayılır.

Tədqiqatçılar tərəfindən sözün tarixi mənası ilə bağlı variantlılıq təqdim

Filologiya məsələləri, № 5, 2017

olunur. Məsələn, «Qədim türk sözlüyü»ndə bu leksik vahidin «yaxın;

qohum» mənaları verilir (3, s.455). Bütün bunlardan başqa sözün

«vətəndaşım», gah da «bir düşərgədə, bir məskəndə məskun olan» mənalara

malikliyi haqqında məlumat verilir (4, s.114). Fikrimizcə, sonuncu semantik

tutum reallıqla daha çox uyuşur. Müstəqil işlənmə tezliyindən məhrum olan

bu lüğəvi dil nümunəsi müasir Azərbaycan ədəbi dilində varlığı qeydə alınan

qonum-qonşu lüğəvi dil nümunəsinin tərkibində komponent olaraq qeydə

alınır. Fikrimizcə, qonmaq, yəni məskən salmaq sözü ilə birbaşa bağlı olan

qonum sözü elə qonşu sözünün ekvivalentidir. Sözün hər iki komponentinin

kök morfemi «yerləşmək, məskunlaşmaq» anlamına söykənir.Deməli, bu

söz də əslində itib-batmamış, ədəbi dil səviyyəsi baxımından qeyri-

müstəqillik nümayiş etdirsə də, hələ də yaşamını davam etdirir.

Bu gün çal çalar; tay → dayça; süçiq → sucuq; qoç → qoçaq;

ban→ banlamaq; yed- → yedəkləmək; um → umud; san →ad-san, sana-

maq; keçim → geyim-keçim; tuş → tay-tuş. sözlərində, bitik → çadu bi-

tik. söz birləşməsi daxilində yaşamaqdadır.

2. Onomastik vahid kimi, eləcə də onomastik vahid komponenti olaraq

Elə türk mənşəli sözlər də var ki, leksik baxımdan ədəbi dil norması

səviyyəsindən düşərək sonradan arxaizm adını qazansa da, bəzi onomastik

vahidlərin daxilində hələ də qorunmaqda və tarixiliyini mühafizə etmək-

dədir. «Pis» mənasnı ifadə edən edən yablak sözü qədim türk, eləcə də orta

əsr yazılı abidələrinin dil materialında qeydə alınır:

Irak erser yablak ağı bürür, yağuk erser edqü ağı birür – tip, ança

boşğurur ermis / Uzaqdırsa, pis hədiyyə verər, yaxındırsa, yaxşı həriyyə

verər – deyib eləcə öyrədirmiş – K

Azərbaycanın Yevlax rayonunun adı bu sözlə bağlıdır. Sadəcə olaraq

söz aşağıdakı fonodəyişmələrin

aşağıdakı şəkli dəyişmə

Comments are closed, but trackbacks and pingbacks are open.