Press "Enter" to skip to content

Microsoft Word firidun met doc

və tapmacaları, misal və nəğmələri “bizi keçmişimizlə aşina edir,

Firidun bəy Köçərli

Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872-1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879-1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır.

Fəaliyyəti

1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885-1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələri verilmişdir. 1893-1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının “tatar şöbəsi”-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 1916-1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüşdür. Siyasi proseslərə qoşularaq, “Müsavat” partiyasına üzv olmuşdur.

1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayır. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 may tarixində Azərbaycan Milli Şurasının üzvü seçilir, və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.

Yaradıcılığı

1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən “Təlimi-Sokrat” əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” adlı dərslik tərtib etmişdir. 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur. 1890-cı ildə isə İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoyub. 1891-ci ildə “Təlimi-Sokrat” adlı kitabı Bağçasarayda “Tərcüman” mətbəəsində 1892-ci ildə isə A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxmışdır. M.Y.Lermontovun “Üç xurma ağacı” və A.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir. “Tatar komediyaları” adlı ilk elmi məqaləsi “Novoye obozreniye” qəzetində dərc olunmuşdur. 1898-ci ildə “Ərəb əlifbası və onun qüsurları” silsilə məqaləsi “Qafqaz” qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilir. 1903-cü ildə Tiflisdə “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabı rus dilində çap edilir. Elə həmin ildə M.F.Axundovun “Aldanmış kəvakib” povestini rus dilinə çevirir. 1904-cü ildə A.P.Çexovun “At familiyası” hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə “Şərqi-Rus” qəzetində dərc etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflisskiy listok” qəzetində dərc etdirir. “İrşad” qəzetində “Bir darülmüəllimin kifayətdir” adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır. Cəlil Məmmədquluzadənin “Usta Zeynal” kitabçası haqqında eyni adlı məqaləni “Znaniye” qəzetində çap etdirir. 1911-ci ildə M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. “Mirzə Fətəli Axundov” adlı kitabı çap olunub. 1912-ci ildə uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Bakıda “Kaspi” mətbəəsində çap olunur. 1913-cü ildə yazdığı “Azərbaycan ədəbiyyatı tarixi” adlı üç cildlik əsərini tamamlamışdır. 1920-ci ildə “Vətən dili”nin I hissəsinin yenidən işlənməsində xidmətləri olmuşdur. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir. Ölümündən sonra 1925-ci ildə “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilmişdir. Uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilmişdir.

Ölümü

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər “Müsavat” funksionerlərini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə”, “torpaq və mülk zəbt etməkdə”, general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir .

Güllələnmə haqqında çıxarılmış qərar:

Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman

Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov.

Mükafatları

1899-cu ildə III dərəcəli “Müqəddəs Anna” ordeni ilə 1902-ci ildə isə II dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilmişdir.

İrsi

Firudin bəyin irsinin araşdırılması, Azərbaycan Milli Hərəkatı ilə əlaqəsinin olmasına görə sovet dövründə xüsusən də Stalinin hakimiyyəti dövründə demək olar ki mümkünsüz idi. İlk dəfə 1957-ci ildə Bəkir Nəbiyev onun irsini araşdırmışdır. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 12 sentyabr 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi keçirilmişdir. .

Firudin bəy Köçərlinin fikirləri

Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz.
Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin.
Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin.
Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır.
Mən, balalara hədiyyə olmaq üçün xalqımızın yaratdığı nağıl və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələri toplayıb bu kitabı tərtib etdim ki, onlar unudulub xatirələrdən çıxmasın.
Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir.
Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cəmiyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qisim fədakarlığa və cannisarlığa şövqmənd etməlidir.
Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin.
Ey qardaşlar, həyatın qədrini biliniz, oyanınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur.
Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars və ərəbə meyil və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz dilimizin şivəsinə uydurmayıb eyni halı ilə dilimizə qarışdırmışıq və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza yamamışıq. Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram tərcümələri, hətta elanlar o qədər dolaşıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzetə oxumaqdan rəğbətləri kəsilir. Dilin şivəsini itirmək və üslubunu pozmaq böyük fəsaddır. Mərhum Həsənbəy Məlikovun “Əkinçi” qəzetinin nömrələri əlinizə düşsə, oxuyub bu mətləbin barəsində bir az fikir eləyin.

Microsoft Word firidun met doc

L.Qafarova; ixt. red. və burax. məsul Ş.Qəmbərova; red.

G.Səfərəliyeva; Firidun bəy Köçərli adına Respublika Uşaq

Kitabxanası.- Bakı, 2014- 176 s.

vər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy

Əhmədağa oğlu Köçərlinin həyat və fəaliyətinin bütün dövrlərini əhatə

edən biblioqrafiya iki hissədən ibarətdir. I hissədə F.Köçərlinin əsərləri;

II hissə isə onun haqqında olan materiallar toplanmışdır.

Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraf-

lar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

ISBN 978 9952 460 47 6

© F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2014

Firidun bəy Köçərlinin 150 illik yubileyi

haqqında Azərbaycan Respublikası Prezidentinin

2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi,

tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və

tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin anadan olması-

nın 150 illiyi tamam olur.

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf

yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və

çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə

mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli

əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi

apardığı işlər böyük əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-

nin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan mədəniyyətinin

inkişafı naminə xidmətlərini nəzərə alaraq, Firidun bəy Köçərli-

nin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Res-

publikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan

Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçı-

lar Birliyinin təklifləri nəzərə alınmaqla, Firidun bəy Köçərlinin

150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərən-

camdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2013-cü il

Ôèðèäóí áÿé Êþ÷ÿðëè

Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən

biridir. Onu böyüklü, kiçikli hamı sevir. Mütəxəssislərin də təs-

diqlədikləri kimi, folklorşünaslığın yaranması, şifahi xalq ədəbiy-

yatının toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy

Köçərlinin böyük xidmətləri olmuşdur.

“Azərbaycan ədəbiyyatı”nın müəllifi Firidun bəy Köçərli öz

xalqının bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri sərraf kimi

tapıb qiymətləndirməyi bacarmış, Azərbaycan ədəbiyyatının bö-

yük ideallarla, sağlam və yüksək hisslərlə zəngin olduğunu ifti-

xarla təhlil və sübut etmişdir. Bu görkəmli şəxsiyyət ədəbiyyat ta-

riximizi yazmaqla bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi

Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik

və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı,

habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri

ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur.

Firidun bəy belə bir həqiqəti təsdiqləyirdi ki, “bir qövm və

tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər ədəbiyyatı zəif və bi-

məzmun olacaqdır. Xalqın sərvət və dövləti, şan və şövkəti

artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır və

bir məqama çatır ki, millət qisim-qisim nağıl və hekayələr düz-

məyə, sinədən sözlər və mahnılar toxumağa başlayır.”

Bu böyük şəxsiyyət M.F.Axundzadə və M.Şahtaxtinskidən

sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı

aparılması yolunda çalışan xadimlərdəndir.

Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və vətənpərvər

tədqiqatçısı bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nü-

munələrini yazıya almaqla başlamışdır. Şifahi xalq ədəbiyyatının

növ və janr zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas alim

qeyd edib ki, keçmişdə şan və qüvvət sahibi olan türk milləti öz

məişətinə, ayin və adətinə dair yaratdığı nağıl və hekayələr, gözəl

mənzumələr, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı

müəmma və tapmacalar, körpələrin qəlbini açan düzgülər və ya-

nıltmaclar, heyvanat qisminə məxsus sayaçı sözləri unudulmaq-

dadır. Böyük maarifpərvər bu unudulmaq təhlükəsini duyaraq

folklorumuzu toplamağa başlamışdı. O dövrlərdə məktəblərdə

çalışan soydaşlarına yazdığı məktublarda toxunduğu məsələyə o,

bir daha qayıdaraq göstərirdi: “O millət ki, öz tarixini, dolanaca-

ğını, vətənini və dilini sevir – bu qism əsərləri kəmali şövq və

diqqətlə cəm edib sərmayə kimi saxlayır və uşaqların ilk təlim-

tərbiyəsini onları öyrətməklə başlayır.”

F.Köçərlinin fikrincə uşaq dünyası çox zəngindir. Uşaqlarda

poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünə

uyğundur. Firidun bəy Köçərli gənc nəsli düzgün tərbiyə etmək,

onda vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün

uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə

tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə

məsləhət görürdü. Heç təsadüfi deyil ki, o, çap etdirdiyi şifahi

xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı

olan “Balalara hədiyyə” adı vermişdir.

1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabçası min-

lərlə oxucu tərəfindən rəğbətlə qarşılanır. “Balalara hədiyyə” haq-

qında Əli Sultanov yazırdı ki, “bu kitabdan vətən qoxusu, dağla-

rın ətri, köçərilərin tüstüsü gəlir”. Kazımoğluya görə, bu kitabda-

kı nağıl və hekayələr azərbaycanlıların ata-babadan qalma düzgü

və tapmacaları, misal və nəğmələri “bizi keçmişimizlə aşina edir,

bizi kəndimizə tanıtdırır və keçmişimizə qarşı bizdə milli bir

Abdulla Şaiq belə hesab edirdi ki, “bizim el ədəbiyyatımız o

qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil.

Millətimizin istedad və məharəti – fitrilərinə və əhvali-ruhiyyə-

sinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin

“Balalara hədiyyə” kitabçasından istifadə edə bilərlər. O, ca-

maatımızın arasındakı nağıl, məsəl, tapmaca və şeirləri bir yerə

toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir”.

Firidun bəy köçərlinin maarifçilik fəlsəfəsi

Paytaxt məktəbində “Firidun bəy Köçərli – Azərbaycan təhsil tarixi” adlı elmi – praktik konfrans təşkil olunub.

AzEdu.az xəbər verir ki, konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri Sadiq Qurbanov, Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi Vasif Qafarov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, F.B.Köçərli adına uşaq kitabxanasının direktoru Şəhla Qənbərova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Elnur Qasımov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva İrəvan Müəllimlər Seminariyasından, burada ilk pedaqoji fəaliyyətə başlayan və Azərbaycan ədəbiyyatına böyük töhfə verən görkəmli ziyalı Firidun bəy Köçərli barədə danışıb.

BŞTİ müdiri Mehriban Vəliyeva Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi” haqqında Sərəncamını əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirib. Bildirib ki, bu, İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.

M.Vəliyeva İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı BŞTİ-nin müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, təhsil müəssisələrində “Dəyirmi masa”, seminar, görüş, sərgi və disputların təşkil edildiyini diqqətə çatdırıb. O, görkəmli maarifpərvər, ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyətindən də bəhs edib.

Digər çıxış edənlər elmi-praktik konfransın ümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini söyləyiblər. Bildiriblər ki, qədim İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan Müəllimlər Seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik ideyalarının, milli mədəniyyətimizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərli də bu parlaq ideyaların carçılarından biri olub.

İrəvan Müəllimlər Seminariyası və görkəmli ziyalı Firidun bəy Köçərlidən bəhs edən videoçarxlar nümayiş olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.