Press "Enter" to skip to content

FİRMANIN İQTİSADİYYATI

Öncəliklə, məsləhətim İqtisadi Ədəbiyyatla təlim və ideologiya fərqləndirməli, həm Rus ədəbiyyatı həm də Qərb ədəbiyyatını gözdən keçirməlisiniz. Terminlərin Azərbaycanca qarşılıqlarından əlavə ingiliscə qarşılıqlarını da öyrənin. Bundan başqa dil olaraq ingilis dilini ən az intermediate səviyyədə bilməlisiniz.( əgər həvəs olarsa Çin və ya İspan dilinidə dəyərləndirməlisiniz). ACCA, CFA kimi sertifikatlar sizə böyük üstünlüklər qazandıracaq. İelts və Toefl isə sizə xaricə çıxış üçün ən əsas biletdir. İxtisasınıza uyğun kitablar,filmlər və sənədli filmlər sizin baxış bucağınızı dəyişdirəcək və ən əsası tarixdə olmuş iqtisadi prosesleri birdə özünüz təhlil edərək analitik bacarıqlarınızı artırmağa çalışın.

Firma iqtisadiyyatı

İqtisadiyyata sadə tərif vermək lazım gələrsə, ətrafımızda gördüyümüz və görmədiyimiz hər şeydir desək yanılmarıq. Bunu daha aydın və elmi tərifini verməyə gəlincə isə , gəlin o tərifi daha aydın anlamaq üçün biz quraq. İnsanın digər canlılardan ayıran cəhətlərdən biri onun sonsuz istəyidir. Ən sadə olaraq bir bitkini götürdükdə ona yaşamaq üçün lazım olan cəhətlər məhdud saydadır ( İqlimin əlverişli olması, Torpaq, Su, Karbon, Oksigen, az miqdarda Azot və Günəş işığı). Ancaq insanlarda bu ehtiyaclar hər keçən gün artır və bunun müəyyən bir miqdarı olmur. İnsanlara yaşamaq üçün elektrik enerjisi vacib olmasa da, bugün 25 min 551 terravatt ildə (2017) elektrik enejisi istehsal olunur və rəqəmlər hər gün artır. Bitkilər müəyyən limitdən artıq su istifadə etmədikləri halda, insanlar öz kvotalarından artıq suyu istifadə edirlər. Yəni insanların istəkləri və ehtiyacları sonsuzdur. Hamılıqla bilirik ki, dünyada olan resurslar (Neft,qaz,qızıl,taxıl və hətta su) məhdud saydadır. Burada belə bir sual yaranır ki, insanların sonsuz ehtiyacı olduğu halda məhdud resursları necə bölüşdürmək olar? Elə burada biz İqtisadiyyatın tərifini alırıq. İqtisadiyyat – məhdud resurslar şəraitində sonsuz ehtiyacları ödəmək və paylaşdırmaq haqqında elmdir.Yəni bu gün əlinizdəki pulun dəyərindən tutmuş geyindiyiniz malın keyfiyyətinə qədər, aldığınız maaş, təqaüd və s. gəlirlərin miqdarından tutmuş, sabah alacağınız çörəyin qiymətinə qədər, aldığınız telefonun qiymətindən telefonda gördüyünüz reklamların sayına qədər, hətta amnistiya qərarlarından, dərs ilinizin müddətinə qədər, bir ölkənin müharibə və ya danışıqlarda uğur qazanmasına qədər hər şey iqtisadiyyatdan birbaşa və ya dolayı yolla asılıdır.

İqtisad fənni digər fənlərdən ayıran önəmli cəhət quru nəzəriyyə ilə İqtisad fənninə hakim ola bilməməkdir. Fizika əsrlər keçsə də, Nyutonun 3-cü qanunu F= -F öz aktuallığını qoruyub saxlayır. Amma 20 il əvvəlki iqtisadi nəzəriyyələr bu gün öz aktuallığını qoruyub saxlamır (bax: 2008 böhranı). Dövrümüzdə İqtisadiyyat hər gün dəyişir yeni təlimlər meydana gəlir. Ona görə İqtisad fənni daim izlənilməklə öyrənilir. Məsələn, yeni dövrdə meydana gəlmiş Kriptovalyutalar və ya Çinin sosialist-kapitalizm siyasəti iqtisadiyyatda dəyişikliklər etmişdir. Onun üçün daim Dünya gündəminin izlənilməsi və iqtisadi təhlillərin oxunulması sizi önə daşıyacaq əsas addımdır. Bundan başqa, İqtisadiyyat analitik düşünmə tələb edən sahədir. Əlaqələr qurmağı bacarmaq özü sizi öz peşənizdə ustalaşmağa kömək edəcək maddədir. Məs: “İraqın İşid tərəfindən işğalı → İşidin İraqın neft quyularını ələ keçirtməsi → Neftin qara bazarda ucuz qiymətə satılması → Neftin Dünya bazarında təklifinin (istehsalının) artması → Neft qiymətinin aşağı düşməsi → Neftdən asılı dövlətlərin gəlirinin azalması → Azərbaycanda 2015 yanvar və fevral devalvasiyaları” Analitik düşünməyə misaldır. İqtisadi öncəgörücülük də İqtisadiyyatın əsaslarından biridir. Məs: “2020-ci ildə pandemiya halını almış Covid-19 virusu birjaları alt-üst etmişdi. Əslində, virusun adi qriplə (İnfluenza) eyni ölüm ortalaması göstərməsinə baxmayaraq iqtisadçılar istehsalın azalmasını, tibbi məsrəfləri hesablasalar da, “panika” faktorunu hesablamamışdılar. Amma yenə də rəqəmlər heç vaxt yalan söyləmir fikri də yadınızdan çıxmasın.” Əgər siz Nəzəri biliklərlə yuxarıdakı bacarıqlarınızı birləşdirsəniz uğurlu olacaqsınız.

Öncəliklə, məsləhətim İqtisadi Ədəbiyyatla təlim və ideologiya fərqləndirməli, həm Rus ədəbiyyatı həm də Qərb ədəbiyyatını gözdən keçirməlisiniz. Terminlərin Azərbaycanca qarşılıqlarından əlavə ingiliscə qarşılıqlarını da öyrənin. Bundan başqa dil olaraq ingilis dilini ən az intermediate səviyyədə bilməlisiniz.( əgər həvəs olarsa Çin və ya İspan dilinidə dəyərləndirməlisiniz). ACCA, CFA kimi sertifikatlar sizə böyük üstünlüklər qazandıracaq. İelts və Toefl isə sizə xaricə çıxış üçün ən əsas biletdir. İxtisasınıza uyğun kitablar,filmlər və sənədli filmlər sizin baxış bucağınızı dəyişdirəcək və ən əsası tarixdə olmuş iqtisadi prosesleri birdə özünüz təhlil edərək analitik bacarıqlarınızı artırmağa çalışın.

Əgər siz təhsilinizi xaricdə almaq istəsəniz, bu zaman seçiminizi düzgün aparmalısınız. Ali Təhsil olaraq universitetlərin sıralaması burda əsas rol oynayır. Bundan başqa universitetin şəraiti və dünyada nüfuzu da önəmli faktordur. Son zamanlar yayğın olan tanınmamış dövlətlərdə təhsildən uzaq durmağınız məsləhətlidir. Xaricdə magistr təhsilin İqtisadiyyatda önəmi mübahisəli məsələdir demək olar. Ancaq sizin qabağınızda iki yol var. Ya karyera yoluna özünüzü daha erkən atıb uzun staj yığaraq irəliləyəcəsiz, ya da təhsilinizi artırıb mütəxəssiz olaraq karyeraya başlayacaqsınız. Əsas olaraq bu ikisini gedəcəyiniz universitetin sizə qatacaqları ilə müqayisə edin.

Karyera planlaması çox vax son kurs və ya magistr təhsili zamanı aparılır. Amma daha əvvəl başlamaq üstünlükdür.Ona görə öncəliklə nəzəri biliklərinizi artırmağı, sonralar isə beynəlxalq sertifikatlar almaq yolunda irəliləməyiniz məsləhətli addım olar. Çalışın asudə vaxtlarınızı özünüzə dəyər qatacaq və ən əsası Cv-nizə yaza biləcəyiniz işlərlə məşğul olun. Könüllük proqramlarına qoşulun, ödənişli və ödənişsiz təcrübə proqramları, seminarlar karyeranızda önəmli rol oynayır. Çalışın beynəlxalq auditoriyada tanınan şirkətlərə və seminarlara qatılasınız. Əgər Startup proyektiniz varsa, çəkinmədən icra etməyə çalışın. Uduzsanız belə sizin üçün qazanc olacaq işlərdi.

Hər sektorda olduğu kimi bu sektorda da güclü əlaqələr önəmlidir. Sizə referans verə biləcək birilərini həyatınıza qatmağa çalışın. Unutmayın qrup yoldaşlarınız sizə həm iş verə biləcək kəslər, həm də potensial rəqiblərinizdir. Düzgün Cv yaratmaq, Linkedin də aktiv olmaq sizə bəzən həyat qurtarıcı vasitələr olaraq önə çıxacaqlar. Sosial şəbəkə və mail ünvanlarınızın sizin sosial statusunuzu öyrənmək üçün əlavə vasitələr olduğunu unutmayın. Təcrübə keçdiyiniz yerlərdə hətta ən adi işçi ilə belə münasibəti isti tutun. Yadda saxlayın ki ən əsası məqsəd və daim irəliləməkdir.

Yazan: Əlihəsənov Əlibaba

Mtc kolsultinq-də İqtisadçı.

FİRMANIN İQTİSADİYYATI

Dərslikdə sahibkarlığın və bazar iqtisadiyyatının əsas və ilkin subyekti, ölkənin sosial-iqtisadi inkişafında həlledici rolu olan firmanın iqtisadi məsələləri şərh olunmuşdur. Bununla bağlı istehsal firmasının iqtisadiyyatına aid olan anlayış, göstərici, kateqoriya, qanunlar və qanunauyğunluqların vasitəsilə onun fəaliyyəti öyrənilir və təhlil olunur. Firmanın təşkilatı formalarına (hüquqi, iqtisadi) baxılır, kompleks şəkildə resurs təminatı, innovasiya və qiymət siyasəti, istehsalın təşkili və ictimai təşkili formaları, onun idarəetmə mexanizmi, marketinq və investisiya fəaliyyəti, maliyyəsi və xarici iqtisadi əlaqələri şərh edilir.

Mikroiqtisadiyyatın mühüm tərkib hissəsi olan firma ilə makroiqtisadiy-yatın analoq təşkil edən məsələlərinə – zərurət yarandığı hallarda – birgə baxılmış, müqayisələr aparılmış və ümumiləşdirmələr edilmişdir.

Müəssisə və firmanın iqtisadiyyatı haqqında biliklərin tələbə tərəfindən mənimsənilməsinin onların yüksək ixtisaslı iqtisadçı-mütəxəssis kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiə­tin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi ha­mı­ya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məş­ğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mən­zilə və başqa nemətlərə malik olmaq la­zım­­dır. Buradan ay­dın olur ki, yaşamaq üçün ən zə­ru­ri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. La­kin bu nemətlər insanlara hazır halda verilmir. On­la­rı in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbə­tək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar möv­cud təbii və maddi ehtiyatlardan–mineral xam­mal eh­tiyatları, işçi qüvvə­si, idarəet­mə bacarığı, maşın və ava­dan­lıq­lar, torpaq və s.isti­fa­də edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, is­tehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mə­na­da nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.
Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoy­­malıdır.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tə­lə­ba­­tı­nın ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün mü­na­si­­bət­lər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir. O, hər şey­dən əv­vəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazi­si­dir. Iq­tisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun ana­­to­mi­yasını təşkil edir. Iqti­sadi münasibətlərin spesifikası nəinki məh­­sul­la­rın yaradıl­masını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də tə­sər­rüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimul­ların müx­tə­lif for­malarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi siste­min səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiy­yət­lə­ri­ni əks etdirir. Iqtisa­diyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəq­­liyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal tə­­sərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, is­teh­­salatların iqtisadiyyatlarını da fərq­lən­dirmək lazımdır. Buna kənd tə­sər­­rüfatında bitkiçilik və heyvandar-lı­ğın iqtisadiyyatlarını misal gös­tər­mək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və bir­­liklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı fir­ma­­ların, birliklərin, müəssisələrin, səhm­dar cəmiyyət­lərinin də iq­ti­sa­diy­­yatları vardır. Ev təsərrüfa­tının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrə­nən iq­tisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun ob­yek­tiv q­anunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sa­hə­lə­rində baş verən prosesləri, hadi­sələri nəzəri cəhətdən təhlil edir, müx­tə­lif tə­yi­nat­lı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr iş­lə­yib ha­zır­layır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bö­lü­nür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanun­la­rın dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsas­lan­­dır­maqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi ta­­ri­x, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.

Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrin­dən xüsusi və kon­kret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funk­sio­­nal (maliyyə və kredit, pul təda­vülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkə­lərin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsər­rüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamət­lərinə gö­rə təs­nif­ləşdirilir.
Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. La­­kin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunma­sın­da iqtisadçılar arasında yekdil fikir yoxdur.
Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanun­la­rı, fi­zio­kratlara görə həm mübadilə, həm də isteh­sa­lın idarə edilməsi ilə əla­q­ədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və is­teh­­sal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif si­­niflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm ol­du­­ğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi mə­sə­lə­lə­­rə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, böl­­gü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haq­qın­­da fikir formalaşmışdır.
Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sa­­də­cə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisa­d­çı­­sı, Nobel mükafatı laureatı Pol Samuelso­nun dərsliyi məhz bu ad al­tın­­da 20 dəfəyə qədər nəşr olun­muş­dur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində on­­dan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı al­tın­­da xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəy­­yən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bil­­məz və buna ehtiyac da yoxdur». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən tə­rif­lər­dən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uza­da bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul söv­də­ləş­­mələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elm­dir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşa­maq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öy­rən­­mələri haqqın­da elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sa­hə­­sində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bil­məsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə is­teh­­lak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bö­­­lüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyat­lar­dan məhsuldar is­ti­fa­də olun­ması haqqında elmdir.
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və əra­zi­lə­­rin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olma­yaraq, təsərrüfat­çı­lı­ğın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərc­lərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi prob­­lemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yox­­sulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hö­ku­mət tərəfindən tənzimlənməsi və xalqın həyat sə­viy­yə­si­­nin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan sə­­mərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məh­dud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, ya­xud da onların idarə edilməsi problemlərini öyrənir.

Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür:

M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.
M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK, aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
M E Q A İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.

  • Teqlər:
  • iqtisadi nəzəriyyə
  • , ekonomiks

Comments are closed, but trackbacks and pingbacks are open.