Firma iqtisadiyyatı test
15 Mart,09:00
Çox oxunanlar
Xaricdən maşın gətirmək istəyən şəxslərin hansı vergi öhdəlikləri var?
Səbuhi Xanlarov həbs olunub
Türkiyədəki zəlzələ Azərbaycan bazarına necə təsir göstərəcək? – İqtisadçıdan AÇIQLAMA
Təhsil işçilərinin yeni aylıq vəzifə maaşları – CƏDVƏL
Zəlzələ əmlak bazarına necə təsir edəcək? – Ekspertdən AÇIQLAMA
İşsizlərə 200 manat verilir? – FOTO – RƏSMİ AÇIQLAMA
Niyə dağıntılar altından daha çox uşaqlar sağ çıxır? – SƏBƏBLƏR AÇIQLANDI
Azərbaycanda 2800-dən çox iş yeri yaradılacaq – FOTO
“Trendyol”dan sifarişlər qadağan oluna bilər? – AÇIQLAMA
Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI – MƏBLƏĞ
“Tiktoker”lərə qarşı əməliyyat keçirilir? – RƏSMİ AÇIQLAMA
Azərbaycanda bahalaşma maaş artımını üstələyir – RƏSMİ
“WhatsApp”a yeni funksiya gəlib
Ölkədə orta aylıq əməkhaqqı 900 manata QALXACAQ
Avtomobillərdə pərdə və plyonkaların istifadəsi ilə bağlı SON QƏRAR
Yasamalda söküntü olacaq: Əhaliyə yeni mənzil və ya pul veriləcək
Rəşad Dağlının həbs müddəti uzadılır? – Təqdimat verildi
Zəlzələ yardımları – Hansı ölkə nə göndərib? – SİYAHI
“Polietilen torbalarla bağlı verilən qərarda SƏHV MƏQAM var” – AÇIQLAMA
Qadınların pensiya yaşının azaldılması təklif edilir
Amerikanın biznes sektoru “Amazon”a qarşı müharibə elan edib
Banklar kredit faizlərini qaldırır? – Mütəxəssislərdən AÇIQLAMA
Naxçıvanın fövqəladə hallar nazirliyinə YENİ TƏYİNAT
“Onsuz da marketlər torbaları müştəriyə havayı vermirdi” – İqtisadçı
Azərbaycanda tikintiyə icazə verilməsinin ümumi qaydaları dəyişdirilir
Sabah yağış yağacaq
Bu quruma yeni rəhbər təyin edildi
Reklam qurğularının tikintisi ilə bağlı tələblər dəyişdirilir
“Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib” – FOTO
Torpağı sənədsiz olanlara ŞAD XƏBƏR
15 Mart , 10:52
“Qaynar xəttə 43 336 müraciət daxil olub, onlardan 11 168-i təsdiqini tapıb”
15 Mart , 10:48
Bu gün nələr gözlənilir?
15 Mart , 10:18
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
14 Mart , 19:41
Əziz Ələkbərli: “Paşinyan Ermənistandan azərbaycanlıların qovulması faktını inkar etməyə cəhd göstərib”
14 Mart , 19:37
İlham Əliyev: “Biz 44 günlük Vətən müharibəsində sübut etdik ki, Qarabağ Azərbaycandır”
14 Mart , 18:48
İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü olub – YENİLƏNİB
14 Mart , 18:16
Azərbaycan Prezidenti və Almaniya Kansleri birgə mətbuat konfransı keçiriblər
14 Mart , 17:49
Azərbaycanda milli su strategiyası hazırlanıb
14 Mart , 17:14
“Togg” elektromobilinin rəsmi satış qiyməti MƏLUM OLDU
14 Mart , 16:39
Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün dağlar belə partladılır – VİDEO
14 Mart , 15:58
Əhali qazancının yarıdan çoxunu nəyə xərcləyib?
14 Mart , 14:53
Azərbaycan iqtisadiyyatı böyüyüb
14 Mart , 14:45
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
14 Mart , 14:27
Sosial ödənişlər Novruz bayramı ərəfəsində tam ÖDƏNƏCƏK
14 Mart , 14:24
Hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti AÇIQLANDI
14 Mart , 14:14
Suyun nizamsız istifadəsi ciddi problemlər yarada bilər – MST-dan HƏYƏCAN TƏBİLİ
14 Mart , 13:42
FHN əhaliyə müraciət edib
14 Mart , 12:30
Ölkədə çörək ucuzlaşıb – VİDEO
14 Mart , 11:46
Küləkli hava nə vaxta qədər davam edəcək? – AÇIQLAMA
14 Mart , 10:52
Ordumuzun mövqeləri atəşə tutulub – RƏSMİ
14 Mart , 10:17
İlham Əliyev: “Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var”
14 Mart , 09:37
Bu gün nələr gözlənilir?
14 Mart , 09:14
Prezident: Son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artması dünya rekordu hesab oluna bilər
14 Mart , 07:04
ATƏT-in tədbirində Ermənistan jurnalistlərinin iddialarına cavab verilib
13 Mart , 23:50
Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı açıqlanıb
13 Mart , 21:37
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub – YENİLƏNİB
13 Mart , 20:46
Xəbər lenti
Azərbaycanda tikintiyə icazə verilməsinin ümumi qaydaları dəyişdirilir
15 Mart,13:15
İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb
15 Mart,13:14
“Qarabağ” – “Qalatasaray” matçının biletləri satışa çıxarılır – TARİX AÇIQLANDI
15 Mart,12:34
Sabah yağış yağacaq
15 Mart,12:33
Dünya bazarında qızıl ucuzlaşıb
15 Mart,12:14
Bu quruma yeni rəhbər təyin edildi
15 Mart,11:58
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başladı
15 Mart,11:37
Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 20 % artıb
15 Mart,11:21
Reklam qurğularının tikintisi ilə bağlı tələblər dəyişdirilir
15 Mart,11:16
“Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib” – FOTO
15 Mart,11:10
Naxçıvan Dövlət Universitetində yoxlamalara başlanılıb
15 Mart,11:05
“Başakşəhər” “Gent”i qəbul edəcək
15 Mart,11:04
Məktəblərdə tətil günlərinin tarixi açıqlandı
15 Mart,11:00
Torpağı sənədsiz olanlara ŞAD XƏBƏR
15 Mart,10:52
“Qaynar xəttə 43 336 müraciət daxil olub, onlardan 11 168-i təsdiqini tapıb”
15 Mart,10:48
Şəki Regional Mədəniyyət İdarəsinə müvəqqəti rəis təyin edilib
15 Mart,10:40
Ötən il istehlakçıların hüquqlarının pozulması ilə bağlı 4436 müraciət daxil olub
15 Mart,10:22
Bu gün nələr gözlənilir?
15 Mart,10:18
Dünya rekordunu yenilədi, ağzından qan gəldi – FOTO
15 Mart,10:12
Azərbaycan nefti ucuzlaşıb
15 Mart,10:00
Məktəblərdə psixoloji xidmətlə bağlı monitorinq aparılır
15 Mart,09:41
Bu günə olan valyuta məzənnələri
15 Mart,09:31
Günün əsas oyunları – SİYAHI
15 Mart,09:16
Bakıda sıxlıq olan yollar açıqlanıb – SİYAHI
15 Mart,09:00
Çempionlar Liqası: Daha iki klub 1/4 final mərhələsinə yüksəldi
15 Mart,08:44
Xocalıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
15 Mart,08:33
“Beşiktaş”ın Bakıda yoldaşlıq görüşü keçirəcəyi klub müəyyənləşib
14 Mart,23:32
Xasay Həsənli finalda məğlub oldu
14 Mart,23:06
Almaniya Kansleri: “Bizim üçün vacibdir ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə sülh yolu ilə həllini tapsın”
14 Mart,22:05
“Meta” daha 10 min əməkdaşını ixtisar etməyi planlaşdırır
14 Mart,21:56
Paşinyan Ermənistan və Rusiya birgə qoşun qruplaşmasının komandirini istefaya göndərib
14 Mart,21:42
Aİ Ukraynaya dəstək fonduna 2 milyard avro ayırdı
14 Mart,21:28
Çavuşoğlu TDT-nin Fövqəladə Zirvə Toplantısını Baş katiblə müzakirə edib
14 Mart,21:19
Rusiya qırıcısı ABŞ PUA-sı ilə TOQQUŞDU
14 Mart,21:16
Almaniya Bundestaqında deputatların sayı 106 nəfər azaldıla bilər
Iqtisadi nəzəriyyənin tədqiqat metodları
Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərqlənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Makroiqtisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ayrı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda aparılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi problemlər makroiqtisadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərclərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.
Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sahələr, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailənin gəliri və s. göstəricilərdən istifadə olunur.
Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiyyəti aydınlaşdırıldıqdan sonra idrak prosesi başqa formada, təhlilin nəticələrinin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ayrılmış və təhlil olunmuş ünsürlərin yenidən vahid tam halında birləşdirilməsi sintez adlanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürəkkəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliyyatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ünsürlərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan sonra təhlil prosesində əldə edilmiş məlumatlar ümumiləşdirilməklə tədqiq olunan hadisə haqqında ümumi təsəvvür əldə edilir.
Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və deduksiya metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nəzəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hallarda isə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nəzəriyyədən başla-nır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yoxlanılır, nəzərdə tutulan, gözlənilən nəticə alındıqda tətbiq olunur, alınmadıqda isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) metodu deyilir. Beləliklə, iqtisadi hadisə və proseslər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşahidəyə, abstrakt müha-kiməyə, məntiqə, yaxud da intiusiyaya arxalanmaq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yürütmək olar ki, alıcılar ərzaq məhsullarını qiymətlər aşağı olduqda alsalar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – olmaması sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə dəfələrlə yoxlanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nəzəriyyədən faktlara doğru gedilir.
Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat metodlarıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırı-lan fərziyyədən empirik məlumatların toplanması və sistem-ləşdirilməsi üçün istifadə olunur. Faktlar isə öz növbəsində daha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.
Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar tədqiq edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün deyildir. Bunların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır».
«Abstraksiya» termini sözün hərfi mənasında «yayındırmaq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsələn, kapitalizm bütöv bir tam kimi iqtisadi münasibətlərin müxtəlif növlərinin toplusundan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sistemə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aşkara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapita-lizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin hamısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cəhətlərindən birini, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək lazımdır. Yalnız bu yolla kapitalizm haqqında konkret və tam təsəvvür əldə etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olunarkən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi daha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mühümlərini, başlıcalarını seçib ayırmağa, ikinci dərəcə-li, yaxud da tədqiqatı mürəkkəbləşdirən, çətinləşdirən, lakin onun mahiyyətinə xələl gətirməyən məsələlərdən sərfnəzər etməyə, onları nəzərə almamağa imkan verir. Bununla əlaqədar olaraq, iqtisadi hadisə və proseslər öyrənilərkən «başqa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Başqa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin dəyişməz qaldığı fərz edilir.
Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kəmiyyət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin keyfiyyət tərəfi onun mahiyyətini ifadə edir. Kəmiyyət isə hadisənin miqdar ölçüsüdür. Bunların dialektik vəhdətində keyfiyyət müəyyənedicidir. Kəmiyyət dəyişmələri isə öz növbəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru aparır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mülkiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli inkişafını təmin etmişdir.
Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iqtisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisadi hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələrinin xarakteri haqqında daha konkret təsəvvürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyətini aşkara çıxarmaq yox, həm də onun normasını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nəzəriyyədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsullardan, modelləşdirmədən geniş istifadə edilir.
Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metodlardan biri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olunmasıdır. Qrafiklər materialları daha yaxşı mənimsəməyə, aydın başa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifadə olunan qanunauyğunluqları sezməyə imkan verir, onların əyaniliyini, aydın və yadda qalan olmasını təmin edir.
- Teqlər:
- iqtisadi nəzəriyyə
- , tədqiqat metodları
“Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri
Presentation on theme: ““Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri”— Presentation transcript:
1 “Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri
Elşən BAĞIRZADƏ “Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri MBA proqramı, Azərbaycan Universiteti, Bakı
2 “Menecment iqtisadiyyatı”nın predmeti və metodları
1 “Menecment iqtisadiyyatı”nın predmeti və metodları
3 MÖVZUNUN ÖYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ
“Menecment iqtisadiyyatı” ilə tanış olmaq və onu şərh etmək; “Menecment iqtisadiyyatı”nın məşğul olduğu məsələlərin çərçivəsini müəyyən etmək; Pozitiv və normativ iqtisadiyyat arasındakı fərqi izah etmək; “Menecment iqtisadiyyatı”, iqtisadi nəzəriyyə və qərar elmləri arasındakı münasibətləri izah etmək; Marketinq və maliyyə kimi biznes sahələrində “Menecment iqtisadiyyatı”nın digər fənnlərlə necə əlaqəyə girdiyini şərh etmək; “Menecment iqtisadiyyatı”nın əsas öyrənmə sahələrini müəyyən etmək, onların bir-birilə necə əlaqədə olduğunu izah etmək və onların mətndə necə təşkil və təqdim olunmasını təsvir etmək; Elmi nəzəriyyələrin inkişafı çərçivəsində istifadə olunan metodları şərh etmək və onların “menecment iqtisadiyyatı” ilə əlaqəsini göstərmək; İqtisadi nəzəriyyənin pedaqoji baxımdan necə təqdim edilməsini və bunun mətndə materialın təşkili və təqdimi ilə necə əlaqəli olduğunu şərh etmək.
4 GİRİŞ Əsas başlanğıc suallar: “Menecment iqtisadiyyatı” nəyi öyrənir?
“Menecment iqtisadiyyatı” hansı problemlərlə məşğuldur? “Menecment iqtisadiyyatı” biznesdə və ya başqa sahələrdə daha yaxşı qərarlar qəbul etməyimiz üçün bizə necə kömək edə bilər?
5 “MENECMENT İQTİSADİYYATI”NIN TƏRİFİ
“Menecment iqtisadiyyatı” – iqitsadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə tətbiq edilməsidir. Sual: Menecerlər iqtisadi nəzəriyyə və metodları biznesin qərar qəbulu prosesinə nə üçün tətbiq edərlər? Cavab: Qarşılarına qoyduqları hədəflərə çatmaq üçün öz məhdud resurslarını ən səmərəli şəkildə bölüşdürmənin yolunu tapmaq məqsədilə… Tərifdəki “biznes” ifadəsini daha geniş mənada da işlətmək mümkündür: iki və daha çox tərəflər arasında transaksiyanın (əqd, əməliyyat, sövdələşmə) baş verdiyi istənilən situasiya.
6 “MENECMENT İQTİSADİYYATI”NIN ÖRƏNDİYİ ƏSAS MƏSƏLƏLƏR
Biznes qərar qəbulu prosesinin ardıcıl olaraq aşağıdakı məsələləri: Həll edilməli problem varmı? Həyata keçirilə biləcək strategiyalar və ya fəaliyyət istiqamətləri baxımından problemin həlli və ya həlləri varmı? Bu strategiyalar üçün hansı hədəfi və ya hədəfləri müəyyən etmək olar? Hər hansı strategiyanın reallaşdırılması baxımından hansı məhdudiyyətlər mövcuddur? Problemin həlləri kimi strategiyaları necə müəyyən edə bilərik? Bu strategiyaları, xüsusilə də onlar həyat və sağlamlıq məsələlərini əhatə etdikləri zaman, gəlirlər və xərclər baxımından necə qiymətləndirə bilərik? Müvafiq verilənlərin ölçülməsinin ən yaxşı yolu hansıdır? Təhlilimizdə hansı fərziyyələri irəli sürə bilərik? Gələcəkdə risq və qeyri-müəyyənlik problemi və strategiyaların effektlərinin öhdəsindən necə gələ bilərik? Müxtəlif ölkələr, istehlakçılar və istehsalçılar arasında mənafe konfliktləri problemlərinə necə yanaşa bilərik? Müxtəlif mümkün fəaliyyət istiqamətləri arasından strategiyaları seçmək üçün hansı kriteriyadan istifadə edə bilərik? Təcrübədə qərar qəbulu prosesinə siyasi meyllər və gündəliklər necə təsir göstərir?
7 “MENECMENT İQTİSADİYYATI”NIN DİGƏR FƏNLƏRLƏ ƏLAQƏSİ
Qərar qəbuluna yanaşma kimi “Menecment iqtisadiyyatı” aşağıdakılarla əlaqəlidir: İqtisadi nəzəriyyə Qərar elmləri Biznes funksiyaları
8 “MENECMENT İQTİSADİYYATI”NIN İQTİSADİ NƏZƏRİYYƏ İLƏ ƏLAQƏSİ
“Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyənin əsas qollarından olan mikroiqtisadiyyatla əlaqəlidir. “Menecment iqtisadiyyatı”ı mikroiqtisadi nəzəriyyənin əsasən aşağıdakı aspektləri ilə sıx bağlıdır: Firma nəzəriyyəsi; İstehlakçı davranışı nəzəriyyəsi (tələb); İstehsal və xərc nəzəriyyəsi (təklif); Qiymət nəzəriyyəsi; Bazarın strukturu və rəqabət nəzəriyyəsi. İki fənn arasında bir başlıca fərq vardır: Mikroiqtisadiyyat deskriptiv, “menecment iqtisadiyyatı” isə preskriptiv yanaşmaya əsaslanır. Başqa sözlə birincisi pozitiv, ikincisi isə normativ iqtisadiyyatdır.
9 “MENECMENT İQTİSADİYYATI”NIN QƏRAR ELMLƏRİ İLƏ ƏLAQƏSİ
Qərar elmləri “Menecment iqtisadiyyatı”nı təhlilin üsul və vasitələri ilə təchiz edir. Bununla bağlı ən mühüm aspektlər aşağıdakılardır: Rəqəmli və cəbri təhlil; Optimallaşdırma; Statistik qiymətləndirmə və proqnozlaşdırma; Risq və qeyri-müəyyənliyin təhlili; Diskontlaşdırma və zaman-dəyər-pul üsulları
10 “MENECMENT İQTİSADİYYATI”NIN BİZNES FUNKSİYALARI İLƏ ƏLAQƏSİ
Hər bir firma fəaliyyət funksiyalarına uyğun olaraq aşağıdakı bölmələrdən ibarət olur: İstehsal və əməliyyat; Marketinq; Maliyyə və mühasibat; İnsan resursları Qeyd olunan hər bir funksional sahənin özünəməxsus nəzəriyyə və metodları vardır. “Menecment iqtisadiyyatı” müvafiq funksional sahə üzrə qərarların qəbulunda həmin nəzəriyyə və metodlardan da istifadə edir.
11 “MENECMENT İQTİSADİYYATI”NIN ƏSAS ÖYRƏNMƏ SAHƏLƏRİ VƏ ƏLAQƏLƏRİ
12 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI
Metodların iki əsas aspekti vardır: Profesionalların fənni inkişaf etdirmək üçün istifadə etdiyi metodlar; Tələbələrə fənni öyrətmək üçün materialların təqdim edilməsində istifadə edilən metodlar.
13 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR
Elmi nəzəriyyə aşağıdakı iki əsas funksiyanı yerinə yetirir: Bizim müşahidə etdiyimiz fenomenlər arasında əlaqələri təsvir və ya şərh etmək; Test edilə bilən mühakimə və proqnozlar vermək. Elmi nəzəriyyənin formalaşma mərhələləri: 1. Hipotezlərin irəli sürülməsi; 2. Hipotezlərin empirik tədqiqatlarla test edilməsi (eksperiment və ya müşahidə yolu ilə); 3. Testlərin statistik təhlillərlə davam etdirilməsi (ekonometrika). 9
14 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR
Nəzəriyyənin inkişaf etdirilməsi prosesi Hipotez Qəbul / İnkar Dəyişdirmə / Düzəltmə Empirik tədqiqat Statistik təhlil
15 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR
Elmi nəzəriyyələrin daim inkişaf etdiyini nəzərə alsaq, onda menecerlərin daha yaxşı qərar qəbul etmələri üçün daha “yaxşı” nəzəriyyələrə ehtiyacı olduğunu söyləmək mümkündür. Bu baxımdan “yaxşı” nəzəriyyə aşağıdakı xüsusiyətləri daşımalıdır: Mövcud müşahidələri yaxşı izah edir; Düzgün proqnozlar formalaşdırır; Əhatə etdiyi dəyişənlər dəqiq və etibarlı ölçülə bilir; Çoxlu sayda müxtəlif situasiyalar üçün tətbiq oluna bilir; Mümkün qədər az miqdarda fərziyyələrə əsaslanır.
16 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: İQTİSADİYYATIN ÖYRƏNİLMƏSİ
İqtisadiyyat elmi ictimai həyatın çox mürəkkəb bir sahəsini öyrənir. Bunun üçün də həmin sahədəki mövcud münasibətləri sadə modellərlə təqdim etməyə çalışır. Bəs model nədir? Model öyrənilən sistemin əsas xüsusiyyətlərini və münasibətlərini özündə birləşdirməklə onun təmsilçisi rolunu oynayan nəzəri konstruksiyadır. İqtisadi modellər çox vaxt qrafiklər, diaqramlar və ya düsturlarla ifadə olunur. İqtisadiyyat elmində neoklassik yanaşmaya üstünlük verilməsi də bu yanaşmanın məhz belə modellərə əsaslanması ilə əlaqədardır. 10
17 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: TƏHLİLİN VASİTƏLƏRİ – TƏLƏB VƏ TƏKLİF
Tələb və təklif anlayışları bütün iqtisadi anlayışlar arasında ən mühüm olanlardır. Tələb və təklif təkcə iqtisadçının silah deposunda olan təhlil vasitələri deyil, eyni zamanda onlar müxtəlif iqtisadi situasiyaların təhlilində müvafiq faktorları müəyyənləşdirməyə və izah etməyə imkan verirlər.
18 Xülasə “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə tətbiqini öyrənir. Bu tərifdə biznes termini iki və daha çox tərəflər arasında istənilən transaksiyanı ifadə edən çox geniş mənada da işlədilə bilər. Bu “menecment iqtisadiyyatı” fənninin daha geniş tətbiq dairəsi olduğunu göstərir. Qərar qəbulu prosesi bir sıra mərhələləri əhatə edir: problemin dərk edilməsi, hədəflərin müəyyən edilməsi, məhdudiyyətlərin şərh edilməsi, strategiyaların seçilməsi, strategiyaların qiymətləndirilməsi və strategiyalar arasından seçimin kriteriyasının müəyyənləşdirilməsi. “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə, qərar elmləri və biznes funksiyaları ilə əlaqəlidir. İqtisadi nəzəriyyənin əhatə olunan əsas elementləri bunlardır: firma nəzəriyyəsi, istehlakçı və tələb nəzəriyyəsi, istehsal və xərc nəzəriyyəsi, qiymət nəzəriyyəsi və rəqabət nəzəriyyəsi.
19 Xülasə Neoklassik yanaşma iqtisadiyyatda fərdləri və firmaları ölçülə bilən hədəflərini optimallaşdıran rasional subyektlər kimi qəbul edir. Pozitiv açıqlamalar elə açıqlamalardır ki, onlar empirik və məntiqi yollarla test edilə bilir. Normativ açıqlamalar dəyər mühakimələrini ifadə edir. İqtisadi prinsiplərin tətbiqi yuxarıda göstərilən hər iki açıqlama tipinin formalaşdırılmasında faydalıdır. Nəzəriyyə müşahidə etdiyimiz fenomenlər arasındakı əlaqələri təsvir və ya şərh edən açıqlamadır və test edilə bilən mühakimə və proqnozlar yaradırlar.
20 Xülasə İqtisadi nəzəriyyələr empririk tədqiqatlar və ekonometrik metodlardan istifadə etməklə test edilə bilinməlidir. İqtisadiyyat fənni sadə modellər qurmaqdan ötürü ilk növbədə çoxlu fərziyyələr irəli sürür, sonra isə daha real şeylər əldə etmək və daha yaxşı nəzəriyyələr təmin etmək məqsədilə mərhələli olaraq bu fərziyyələri yüngülləşdirir. Təhlil edilən situasiyalar çox mürəkkəb olduğundan daha əhatəli və inkişaf etmiş təhlil metodlarına ehtiyac duyulur.
21 Özünü yoxlama sualları
Nə üçün “menecment iqtisadiyyatı” fənnindən çox müxtəlif problemlərin həllində istifadə etmək olar? Qərar qəbulu prosesi necə izah oluna bilər? Normal olaraq biznes transaksiyası kimi qəbul edilməyən bir neçə transaksiya nümunəsi göstərin. “Yaxşı” nəzəriyyə nə deməkdir? “Yaxşı” nəzəriyyələrin menecerlər üçün hansı səbəbdən əhəmiyyətli olduğunu misallarla izah edin. Nə üçün biz iqtisadiyyatı öyrənən zaman başlanğıcda daha yaxşı nəzəriyyələri öyrənməyə meyl etmirik?
22 TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR
Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005 Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011 Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008 Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010 İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009 Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010
Comments are closed, but trackbacks and pingbacks are open.