Firmanın rəqabət statusu
rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması;
Firmanın rəqabət statusu
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-12-1995, Nəşr nömrəsi: 23-24, Maddə nömrəsi: 366)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Haqsız rəqabət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur.
Qanun Azərbaycan Respublikasının ərazisində (Ələt azad iqtisadi zonası istisna olmaqla) fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir. [1]
ÜMUMİ MÜDDƏALAR
Madd ə 1. Əsas anlayışlar
Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır;
haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri;
qanunsuz ödənişlər — rəqabət mübarizəsində əsassız (haqsız) üstünlüklər əldə etmək məqsədi ilə dövlət orqanlarının vəzifəli şəxslərini, siyasi partiyalarda rəhbər vəzifə tutan şəxsləri, kütləvi informasiya vasitələri işçilərini, bazar subyektlərinin rəhbərliyini və əməkdaşlarını öz tərəfinə çəkmək üçün nəzərdə tutulan maddi və ya qeyri-maddi xarakterli ödənişlər;
rəqib — müəyyən bir əmtəənin (qarşılıqlı əvəz oluna bilən əmtəələrin) bazarına əmtəə çıxara bilən bazar subyektidir.
Bu Qanunda istifadə olunan digər anlayışlar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edildiyi kimi tətbiq edilir.
Maddə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar
Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər.
HAQSIZ RƏQABƏT
Maddə 3. Haqsız rəqabətin formaları
Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir:
rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
haqsız sahibkarlıq fəaliyyəti;
haqsız işgüzarlıq davranışı;
Maddə 4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir:
rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi;
digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması;
eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. [2]
Maddə 5. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir:
digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması;
rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması.
Maddə 6. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə yol verilmir:
rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması;
rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi.
Maddə 7. Haqsız sahibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:
bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması;
rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;
əmtəələrin məcburi əlavə çeşidlə satışı;
müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması;
qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması.
Maddə 8. Haqsız işgüzarlıq davranışı
İşgüzarlıq davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:
müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması;
rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi.
Maddə 9. İstehlakçıların çaşdırılması
Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:
əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;
əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; [3]
əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması;
əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi;
əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
Maddə 10. Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişlərin yolverilməzliyi
Rəqabətdə birtərəfli üstünlük qazanmaq məqsədilə, həmçinin aşağıdakı hərəkətlərə görə qanunsuz ödənişlərə yol verilmir:
bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin müəyyən edilməsi;
müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması;
rəqiblə müqayisədə müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi.
QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT
Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə:
müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər;
qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; [4]
haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; [5]
bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.
2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri:
qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə;
qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə;
vurulmuş zərəri ödəməyə;
tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. [6]
Maddə 12. Maliyyə sanksiyaları [7]
1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları; [8]
bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası;
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları; [9]
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları.
3. Maliyyə sanksiyaları bazar subyektləri və vəzifəli şəxslər tərəfindən 30 gün ərzində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir. Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. [11]
Maddə 13. Qanunsuz əldə olunan mənfəətin geri alınması və vurulmuş zərərin ödənilməsi
Haqsız rəqabət fəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət məhkəmənin qərarı ilə dövlət büdcəsinə alınır. [12]
Haqsız rəqabət fəaliyyəti nəticəsində vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll edilir.
Maddə 14. Haqsız rəqabətə görə məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 15. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının göstərişlərindən və qərarlarından şikayət verilməsi
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının göstərişlərindən və qərarlarından Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 2 iyun 1995-ci il.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)
2. 12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 686)
3. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)
4. 03 aprel 2015-ci il tarixli 1251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 aprel 2015-ci il, № 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 370 )
5. 31 may 2017-ci il tarixli 694-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 12 iyul 2017-ci il , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1260 )
6. 28 dekabr 2018-ci il tarixli 1409-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 26 )
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28 dekabr 2018-ci il tarixli 1409-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 26 ) ilə preambulanın ikinci hissəsində “ərazisində” sözündən sonra “(Ələt azad iqtisadi zonası istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[2] 12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 686) ilə 4-cü maddəsinin dördüncü abzasında “xidmət nişanını” sözləri “coğrafi göstəricilərinin” sözləri ilə əvəz edilmişdir.
[3] 31 may 2017-ci il tarixli 694-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 12 iyul 2017-ci il , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1260 ) ilə 9-cu maddəsinin üçüncü abzasında “qanunsuz” sözü “haqsız, qeyri-dəqiq və gizli” sözləri ilə əvəz edilmişdir.
[4] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 11-ci maddənin 1-ci hissəsinin üçüncü abzasından “və cərimələr” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları və cərimələr tətbiq edə bilər;
[5] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 11-ci maddəsinin 1-ci bəndinin dördüncü abzasından “və ya arbitraj məhkəməsinə” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə və ya arbitraj məhkəməsinə iddia ilə müraciət edə bilər;
[6] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 11-ci maddənin 2-ci hissəsinin beşinci abzasından “və cərimələri” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
tətbiq edilmiş maliyyə sanksiyaları və cərimələri ödəməyə borcludurlar.
[7] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 12-ci maddədə maddənin adından “və cərimələr” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 12. Maliyyə sanksiyaları və cərimələr
[8] 03 aprel 2015-ci il tarixli 1251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 aprel 2015-ci il, № 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 370 ) ilə 12-ci maddənin 1-ci hissənin ikinci abzasda “bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin” sözləri və üçüncü abzasda “haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin” sözləri “haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilmişdir.
[9] 03 aprel 2015-ci il tarixli 1251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 aprel 2015-ci il, № 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 370 ) ilə 12-ci maddənin 1-ci hissənin dördüncü və beşinci abzaslarda “bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin” sözləri “bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilmişdir.
[10] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) 12-ci maddənin 2-ci hissəsi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
2. Bu Qanunun tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bazar subyektlərinin vəzifəli şəxslərinə aşağıdakı cərimələr tətbiq edilir:
bu Qanunun 4, 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verildikdə—aylıq əmək haqqının 3 mislinədək;
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumatlar verdikdə və ya lazımi məlumatı vermədikdə—aylıq əmək haqqının 3 mislinədək;
Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının bu Qanuna uyğun olaraq verdiyi göstərişləri yerinə yetirmədikdə və ya bu Qanunun tələblərinin pozulmasına 1 il ərzində təkrar yol verdikdə—aylıq əmək haqqının 5 mislinədək.
[11] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 12-ci maddənin 3-cü hissəsindən “və cərimələr” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
3. Maliyyə sanksiyaları və cərimələr bazar subyektləri və vəzifəli şəxslər tərəfindən 30 gün ərzində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir.
03 aprel 2015-ci il tarixli 1251-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 aprel 2015-ci il, № 091, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 370 ) ilə 12-ci maddənin 3-cü hissəsinə yeni redaksiyada ikinci cümlə əlavə edilmişdir.
[12] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 13-cü maddənin birinci hissəsindən “və ya arbitraj məhkəməsinin” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Haqsız rəqabət fəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı ilə dövlət büdcəsinə alınır.
Rəqabət
İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub( concurere) “toqquşma”mənasını verir. Rəqabin meydana gəlməsi tarixən mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir.Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlm k istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir.
Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakşıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir birini ötməyə, bir- birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, bir- birindən geri qalmamağa çalışır.
Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur. O elmi- texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqini, eyni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi müşahidə olunur. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır. Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən aşağı salınır və nəticədə həm istehsalın həm də bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir. Bu isə nəticə etibarı ilə istehlakçıların tələbatlarını mövcud resurslardan səmərəli istifadə etməklə daha dolğun ödənilməsinə şərait yaradır. Digər tərəfdən rəqabət təsərrüfat subyektlərini məcbur edir ki, istehsal güclərinin bir hissəsini ehtiyatda saxlasınlar. Daha əlverişli bazar şəraiti yaranan kimi həmin ehtiyatda olan resursları istehsala cəlb etməklə özləri üçün əlverişli istehsal və bazar şəraiti yaratsınlar. Qərb ölkələrinin təcrübəsi göstərir ki, istehsal güclərinin bir hissəsinin ehtiyatda saxlanılması rəqabət mübarizəsində məhv olmamaq zərurətindən irəli gəlir.
Rəqabət həmçinin istehsalçılarla istehlakçılar arasında təzahür edir. Bunun da məzmunu satıcının alıcı üzərində hökmranlığına, bazarın istehsalçıların inhisarına çevrilməsinə və s. yol verməməkdən ibarətdir.
Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlçəsinə baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitndə o, təkcə fərdi istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası rəqabət kimi də çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə məşğul olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi təzahür edir.
-
-
- rəqibin təsərrüfatının təqlidi;
- rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması;
- rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- haqsız sahibkarlıq fəaliyyəti;
- haqsız işgüzarlıq davranışı;
- istehlakçıların çaşdırılması.
Rəqabətin tipləri və modelləri
- satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və ya heç bir qrupu bazar proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər;
- bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi əmtəə nişanları və markalarını əks erdirməyən eyni əmtəə və xidmətlər- özünəməxsus, identik- standartlaşmış əmtəələr təklif olunur;
- bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya( qiymət, əmtəə, tələb, təklif və s.) malikdirlər;
- satıcılar və alıcılar hər hansı qanunvericilik, malyyə, texnoloji maneələin olmadığı halda bazara azad surətdə daxil olub, onu azad surətdə tərk edə bilirlər;
- bütün maddi, maliyyə və digər resurslar tam çevikdir, bazarın iştirakçıları azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı- ayrı subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil öz- özünə “ gözəgörünməz əl” ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad rəqabətli bazar- müəyyən dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud olmayıb.
-
-
- Mükəmməl rəqabətli bazar;
- İnhisarçı rəqabətli bazar;
- Oliqapolik bazar;
- Xalis inhisarçı bazar.
Yüksək rəqabətli bazarın zəif cəhətləri də vardır. Bir əmtəənin satıcıların sayının qeyri- məhdudluğu prinsipi, bazarın hər bir iştirakçısının kapitalının məlum ölçüsünün eyniliyinin cüziliyidir. Mükəmməl rəqabətli bazar iri istehsalının yaradılmasının, elmi- texniki inkişafın, iri miqyaslı problemlərin onsuz realizə edilməsinin mümkün olmamasından olan kapitalın mərkəzləşdirilməsinə qarşı hədlər qoyur. Bundan, əlavə göstərildiyi kimi praktik olaraq bütün şərtlərin eyni vaxtda yerinə yetirilməsi, azad bazarın kriteriyalarının gözlənilməsi imkanı qeyri- mümkündür.
Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri- mükəmməl rəqabətli bazarda ayrı- ayrı istehsalçılar və ya onların birlikləri satış şərtlərinə, xüsusən də onların qiymətlərinə təsir göstərmək vəziyyətindədir.Buna görədə bütün qeyri- mükəmməl bazarların hamısını “ qiyməti yaradan bazar” adlandırırlar. Onların əsas fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir.İnhisarçı rəqabət bazarında müxtəlif firmaların istehsal etdikləri əmtəələrin müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir. Əgər bu əmtəələr qarşılıqlı mübadiləyə, eyni tələbatın ödənilməsinə malikdirsə, onda bazar rəqabəti satıcıların( istehsalçıların)məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr arasındakı rəqabətə keçir. Daha ümumi görünüşdə inhisarçı rəqabəti özündə oxşar, lakin identik olmayan məhsulları satışa təklif edən, satıcıların sayının çox olduğu( onlarla) bir bazar strukturunu əks etdirir. Bu zaman inhisarçı rəqabət bazarında təmsil olunan hər bir firma başqa firmların hərəkətlərinə reaksiya, fikir vermədən özünü tam müstəqil hiss edə bilər.Bu cür sahələrə üst geyimləri, ayaqqabı, kosmetika mallarının istehsalını, kitab nəşrini, turizmi misal göstərmək olar.
İnhisarçı rəqabət şəraitində rəqabətin aləti nəinki qiymət, hətta bu və ya digər əmtəənin keyfiyyəti də çıxış edir.İnhisarçı rəqabət bazarında material, stil, işin keyfiyyəti cəhətdən fərqlənən geyim, daimi alıcılar güzəştlər, kreditə satılmaqla bağlı olan ticarət təklif olunur.
İnhisarçı rəqabət şəraitində istehsalçıların məhsulların qiymətlərinə nəzarət etməyə imkanları məhduddur. Çünki, alıcılar və satıcılar bir- birilərinə təbii bağlı deyillər, alıcılar özləri bu və ya digər məhsulun qiymətini müəyyən edirlər.
İnhisarçı rəqabəti xarakterizə edən cəhətlərdən biri də odur ki, bu şəraitdə sahəyə yeni firmanın daxil olması asandır, bu da praktiki olaraq firmalar arasında gizli danışıqların, sazişlərin yaranmasının qeyri- mümkünlüyünə səbəb olur.- bazarda əmtəəni yalnız bir satıcı satır, başqa sözlə, bütün sahə bir firma tərəfindən təmsil olunur;
- əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur.Alıcı ya bu əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidir;
- satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır;
- satıcı qiymət üzərində nəzarətin ona məxsus olduğundan qiyməti dikdə edir. Bu fakt isə böyük xərclər tələb etməyən və informasiya xarakteri daşıyan reklamın yerini əvvəldən müəyyən edir;
- sahəyə daxil olmaq imkanı yoxdur.
Rəqabətin metodları
- qiymət metodu
- qeyri- qiymət metodu.
- məhsulun texniki üstünlüklərinin təmin edilməsi;
- satış metodlarının təkmilləşdirilməsi;
- istehlakçılara xidmət göstərilməsi və güzəşt edilməsi;
- reklam və s.
- məhsulun keyfiyyətinin diferensiasiyası. Bu vaxt istehlakçılara eyni adlı məhsulun müxtəlif çeşidləri təklif edilir və onlar bunun içərisindən özlərinə lazım olanı seçirlər;
- möhlətlə satışın təşkili. Bu vaxt firmalar məhsulların kredit vasitəsilə satışını gücləndirir. Alıcılar ona görə də nəğd şəkildə pulları olmadığı halda buna üstünlük verirlər. Nəticədə möhlətlə satışı təşkil edən firmalar digər firmalar nisbətən daha çox məhsul sataraq çox gəlir əldə edirlər.
- təminatlı xidmət müddətinin uzadılması. Təminatlı xidmət müddətinin uzadılmasının əsasını yüksək keyfiyyətli məhsul istehsalı təşkil edir.Firmalar məhsulun keyfiyyətini yüksəltməklə təminatlı xidmət müddətini artıraraq daha çox məhsul satmağa səy göstərir. Alıcılar bazarlardan məhsul alarkən həmişə çalışır ki, təminatlı xidmət müddəti çox olsun.
- lizinq xidmətinin təşkili. Bu əsasən istehsal vasitələrinin satışı ilə məşğul olan firmalar aiddir, onlar lizinq xidməti vasitəsilə istehsal vasitələrini uzunmüddətli icarəyə verirlər. Bu metodun üstünlüyü ondan ibarətdir ki, istehsal vasitələrini istehsal edən firmalar lizinq xidməti vasitəsilə öz məhsullarını icarəyə verməklə onların mənəvi aşınmasının qarşısını alırlar.
- reklamlaşmanın təşkili.
- Teqlər:
- rəqabət nəzəriyyəsi
- , rəqabətli bazar
- , rəqabət
Bazar strukturunun növləri
Bazarda rəqabətin xarakterindəki fərqlər bu sahədə fəaliyyət göstərən firmaların ölçülərinə və sayına görə bir-birindən fərqlənən müxtəlif bazar strukturlarının mövcudluğuna, yeni firmaların bazara daxil olma və çıxma imkanlarına, həmin firmaların istehsal etdiyi məhsulların xarakterinə, həmçinin düzgün iqtisadi qərarların qəbul edilməsi üçün zəruri olan informasiyaların əlçatanlığına bağlıdır.
Bazar mexanizmi aşağıdakı əlamətlərlə səciyyələnən azad (mükəmməl rəqabət) şəraitdə maksimal effektiv fəaliyyət göstərir:
- satıcı və alıcı çoxluğu;
- bazara giriş və çıxış üçün maneələrin olmaması;
- istehsal amillərinin yüksək mobilliyi;
- bütün bazar iştirakçılarının informasiyaya bərabər çıxışı;
- satılan məhsulların vahidliyi (standart).
Beləliklə, mükəmməl rəqabət şəraitində, həm satış, həm də alış-verişdə bütün iştirakçıların payı əhəmiyyətsizdir. Buna görə nə satıcılar, nə də alıcılar müstəqil olaraq bazar qiymətinə təsir edə bilmirlər.
Təcrübədə mükəmməl rəqabət heç vaxt heç bir yerdə saf şəkildə mövcud olmamışdır. Yalnız bəzi bazarlar öz xüsusiyyətlərinə görə mükəmməl rəqabət şəraitinə yaxınlaşa bilər (məsələn, taxıl bazarı). Mükəmməl rəqabət müəyyən bir elmi abstraksiya kimi qiymətləndirilə bilər. Bazar mexanizmi prinsiplərini aydınlaşdırmaq üçün hələlik inkaredilməz olan təhlilə ehtiyac var.
- firma və sənayenin sərhədləri üst-üstə düşdüyü halda, məhsul və ya xidmətin yeganə satıcısı olan bir firmanın bazarda olması ilə xarakterizə olunan təmiz inhisar;
- sənayedə az sayda firma ilə xarakterizə olunan oligopoliya;
- fərqli məhsullar istehsal edən kifayət qədər çox sayda firmanın olması ilə xarakterizə olunan inhisarçı rəqabət.
Bazar quruluşunun növündən asılı olmayaraq aşağıdakı xüsusiyyəti vurğulamaq lazımdır, onların səmərəli fəaliyyət göstərməsinin əsas şərti iqtisadi agentlərin müstəqilliyi, yəni, başqa sözlə, iqtisadi azadlıq.
-
-
Comments are closed, but trackbacks and pingbacks are open.