Press "Enter" to skip to content

Firngiz ağayev azrbaycan elminin semasiologiyası

Məlum olduğu kimi, keçmiş sovet cəmiyyəti dövründə mövcud olan marksist-leninçi ideologiya Sovetlər İttifaqına daxil olan xalqların, o cümlədən Azərbaycan xalqının tarixi keçmişinin, böyük şəxsiyyətlərinin, milli ənənələrinin arxa plana keçirilməsinə və unutdurulmasına xidmət etmiş, əvəzində vahid sovet ailəsi, son onillikdə isə ümumi sovet xalqı anlayışı diktə olunmuşdur. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov xalqların soykökünün, tarixinin və milli dəyərlərinin zorla unutdurulması proseslərini “manqurtlaşdırma” kimi qiymətləndirmiş və özünün “Əsrə bərabər gün” adlı məşhur romanında kəskin tənqid etmişdi. Uzaq və yaxın tarixdə xalqların tarixi taleyində mühüm rol oynamış böyük şəxsiyyətlər çox vaxt istismarçı, dinçi, yaxud millətçi və ya müsavatçı adı ilə damğalanırdılar. Bundan başqa, müəyyən olunmuş dövlət nəzarəti vasitəsilə arxivlərdə tarixi hadisələrə və şəxsiyyətlərə aid mühüm sənədlər “tam məxfidir” qrifi ilə saxlanılır, istifadəsinə xüsusi icazə tələb olunur, demək olar ki, qadağa qoyulurdu. Ona görə də sovet dövrünün Azərbaycan ictimai düşüncəsi tarixi gerçəkliyi göstərmək əvəzinə, müəyyən edilmiş hazır ideoloji sxemlər əsasında dəyərləndirmə yolu ilə getməli olmuşdur.

Firngiz ağayev azrbaycan elminin semasiologiyası

Tarixin bütün inkişaf mərhələlərində elmin cəmiyyətin inkişafında ən mühüm faktorlardan biri olduğu həmişə etiraf edilmişdir. Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinin ölkəmizin inkişafında xüsusi tarixi mərhələlərə çevrilmiş illərində (1969-1982 və 1993-2003-cü illərdə) cəmiyyətin bütün yönləri ilə yeniləşdirilməsi, daha da möhkəmləndirilməsi yollarında elm faktoruna böyük diqqət göstərməsi obyektiv reallıqların isbat olunmuş ifadəsi olduğunu bir daha sübut etmişdir. Bu mənada Heydər Əliyev: müasir cəmiyyətin inkişaf etdirilməsi və elm amilinin sintezi vəhdəti modeli ümummilli dirçəlişin və yüksəlişin mükəmməl modelidir. Heydər Əliyevin ölkəmizdə dövlət hakimiyyətinə rəhbərlik etdiyi illərin məsuliyyətli və şərəfli təcrübəsi bu gerçəkliyin əməli ifadəsindən ibarətdir.

Məlum olduğu kimi, keçmiş sovet cəmiyyəti dövründə mövcud olan marksist-leninçi ideologiya Sovetlər İttifaqına daxil olan xalqların, o cümlədən Azərbaycan xalqının tarixi keçmişinin, böyük şəxsiyyətlərinin, milli ənənələrinin arxa plana keçirilməsinə və unutdurulmasına xidmət etmiş, əvəzində vahid sovet ailəsi, son onillikdə isə ümumi sovet xalqı anlayışı diktə olunmuşdur. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov xalqların soykökünün, tarixinin və milli dəyərlərinin zorla unutdurulması proseslərini “manqurtlaşdırma” kimi qiymətləndirmiş və özünün “Əsrə bərabər gün” adlı məşhur romanında kəskin tənqid etmişdi. Uzaq və yaxın tarixdə xalqların tarixi taleyində mühüm rol oynamış böyük şəxsiyyətlər çox vaxt istismarçı, dinçi, yaxud millətçi və ya müsavatçı adı ilə damğalanırdılar. Bundan başqa, müəyyən olunmuş dövlət nəzarəti vasitəsilə arxivlərdə tarixi hadisələrə və şəxsiyyətlərə aid mühüm sənədlər “tam məxfidir” qrifi ilə saxlanılır, istifadəsinə xüsusi icazə tələb olunur, demək olar ki, qadağa qoyulurdu. Ona görə də sovet dövrünün Azərbaycan ictimai düşüncəsi tarixi gerçəkliyi göstərmək əvəzinə, müəyyən edilmiş hazır ideoloji sxemlər əsasında dəyərləndirmə yolu ilə getməli olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi mərhələlərdə xalqımızın adlı-sanlı görkəmli ziyalıları, tanınmış alimləri və yazıçıları ilk növbədə respublika daxilində geniş təbliğ olunur, təltif edilir, fəxri adlara layiq görülür, seçkili orqanlarda yer tutmaq hüququ qazanırdılar. Beləliklə, Azərbaycan xalqı böyük xidmətləri olan görkəmli övladlarını daha yaxından tanıyır, yeni nəsillər milli iftixar hissi ilə tərbiyə olunurdular. İkincisi isə ulu öndər Heydər Əliyevin Sovetlər İttifaqında qazandığı böyük nüfuzu və onun ciddi təşəbbüsləri sayəsində xalqımızın istedadlı, qabiliyyətli nümayəndələrinin mühüm xidmətləri SSRİ miqyasında dövlət səviyyəsində qiymətləndirilir, onlar bu yolla sovet dövlətində və tədricən dünyada tanıdılırdılar. Böyük xalq yazıçıları Mirzə İbrahimova və Süleyman Rəhimova, xalq şairləri Rəsul Rzaya və Süleyman Rüstəmə, xalq artisti Rəşid Behbudova, xalq rəssamı Tahir Salahova, görkəmli alimlərdən Mustafa Topçubaşova və İsmayıl İbrahimova dövrün ən yüksək fəxri adının – Sosialist Əməyi Qəhrəmanı adının verilməsi nəinki Siyasi Büroda, keçmiş sovet respublikaları arasında da birmənalı qarşılanmamışdı. Eyni zamanda sovet hakimiyyəti illərində süni şəkildə millətçi kimi qələmə verilmiş Nəriman Nərimanovun Bakı şəhərində möhtəşəm abidəsini ucaltmaq da məhz Heydər Əliyevin siyasəti və iradəsi sayəsində mümkün olmuşdu. SSRİ Ali Sovetinə Azərbaycandan seçilmiş deputatların sıralarında da “fəhlə-kəndli hökuməti”nin ən yüksək qanunvericilik orqanında xalqımızın görkəmli elm xadimlərinin, ədəbiyyatımızı və incəsənətimizi təmsil edən adlı-sanlı ziyalıların olması da respublikanın uzaqgörən rəhbərinin böyük xidməti idi.

Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə Azərbaycan Elmlər Akademiyası özünün “altın dövrünü” yaşamışdır. Ölkəmizdə bu illərdə böyük elmi məktəblər yaranmış, görkəmli elmi simalar meydana çıxmışdır. Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə ölkəmizdə Elmlər Akademiyasının 30 illik yubileyinin keçirilməsi və akademiyanın “Xalqlar dostluğu” ordeni ilə təltif olunması elm tariximizin parlaq hadisələrindən biridir.

Azərbaycanda keçid dövründə yüksək ixtisaslı peşəkar kadrlar, elita əvəzinə, bolşevizmin hakimiyyətinin ilk dövründə olduğu kimi, “sıravilərin” ali hakimiyyət orqanlarında təmsil olunması halları yenidən üstünlük təşkil etmişdi. Buna görə də 1989-1992-ci illərin həm şərəfi, həm də xaosla dolu olan məsuliyyətli vaxtlarında sosializm quruluşunun dağılması fonunda Azərbaycan cəmiyyətində yeni hakimiyyətə gəlmiş qüvvələr Elmlər Akademiyasını dağıtmaq, Yazıçılar İttifaqını ləğv etmək şüarları ilə çıxış etməklə guya kütlələrin gözündə ucalmaq yolunu tutmuşdular. Lakin Mirzə Ələkbər Sabir demişkən “çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə tökmüş, ayranı ayranlıq olmuşdu”. Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycanda dövlət rəhbərliyinə qayıdışı ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən də ümumi inkişaf üçün xüsusi əhəmiyyətə malik olan elm və təhsil istiqamətində hər şey öz məcrasını tapmışdır. Heydər Əliyevin 12 noyabr 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi mərasimindəki nitqində dediyi uzaqgörən fikirlər hələ dövlət müstəqilliyinin bir ili yenicə tamam olmuş, sovet sosialist prinsiplərindən təzəcə qopmağa başlamış gənc Azərbaycan Respublikasında elm və təhsilin sonrakı inkişaf yoluna istiqamət vermək baxımından mühüm əhəmiyyətə malik idi. Həmin təntənəli mərasimdə ulu öndər Naxçıvan Dövlət Universitetinin qazandığı nailiyyətləri yüksək qiymətləndirməklə bərabər, həm də ümumiyyətlə, elmin və təhsilin müstəqillik şəraitindəki yeni inkişafı üçün çox zəruri olan aşağıdakı mülahizələrini də ictimaiyyətə çatdıraraq demişdi: “İndi Azərbaycan bir müstəqil dövlət kimi dünyanın hər bir dövləti ilə, hər bir ölkəsi ilə müstəqil əlaqə yaratmağa və bu əlaqələrdən öz ölkəsinin, öz dövlətinin gələcək inkişafı üçün istifadə etməyə malik olan bir ölkədir. Bu baxımdan Naxçıvan Dövlət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun … əlaqələrini inkişaf etdirməyə daha da əlverişli şərait var və eyni zamanda dünyanın bütün ölkələri ilə, orada olan ali məktəblərlə, elm mərkəzləri ilə, elm ocaqları ilə əlaqə saxlamağa imkanları çoxdur. Çox yaxşı haldır ki, artıq bu barədə müəyyən addımlar atılıb, qonşu İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin ali təhsil ocaqları ilə, elmi mərkəzləri ilə Naxçıvan Dövlət Universiteti arasında müəyyən əlaqələr yaranıb… İndi artıq siz keçmiş Sovet İttifaqının çərçivəsində olan təcrübəni yox, bütün dünya təcrübəsini gərək mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinin təşkilini daha müasir səviyyədə təşkil edəsiniz”.

Böyük uzaqgörənliklə bəyan edilmiş bu müdrik fikirlər və irəli sürülmüş tövsiyələr bu gün də bütövlükdə müstəqil Azərbaycan respublikasında elmin və müstəqillik dövrünün prinsipləri əsasında inkişaf edirilməsinin əsas tezislərini özündə əks etdirir. Azərbaycan elmi də, ali təhsil sistemi də həmin uzaqgörən direktiv ideyaların işığında fəaliyyətini davam etdirərək ölkəmizə uğurlar qazandırır.

Azərbaycanda qədim tarixi və böyük ənənələri olan elmin ölkəmizdə sistemli şəkildə inkişaf etdirilməsində XX əsr xüsusi mərhələ təşkil edir. Bütün ideoloji çətinliklərinə baxmayaraq, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olmuşdur. Böyük dövlət xadimi Heydər Əliyevin 23 sentyabr 1993-cü ildə respublika ziyalıları ilə tarixi görüşündə Azərbaycan Elmlər Akademiyasının əhəmiyyəti və xidmətləri haqqında söylədiyi fikirlər cəmiyyətin inkişafında elmin roluna dair obyektiv qənaətləri ifadə edir: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrlərdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, …ancaq ümumən götürdükdə, şübhəsiz ki, elminin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq çox asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi? Əlbəttə, yox! …Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir… Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər. Azərbaycan elmi inkişaf etməlidir… Biz bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən də ali təhsilimiz… inkişaf edəcəkdir”.

Müstəqilliyin sonrakı illərindən bu günə qədər Azərbaycan elminin, Elmlər Akademiyasının keçdiyi çətin və şərəfli yol ulu öndərin ideyalarının böyük uğurla həyata keçirildiyini və ölkəmizdə elmin inkişafına böyük töhfələr verdiyini bütün aydınlığı ilə təsdiq edir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin haqlı olaraq dediyi kimi, Elmlər Akademiyasını “müasir elmimizin təşəkkül və inkişafının parlaq göstəricisi” hesab etmək mümkündür.

Yeni quruluşun xarakterini, özünəməxsusluğunu nəzərə alan Heydər Əliyev Elmlər Akademiyasının müstəqil dövlətin prinsiplərinə uyğun statusda fəaliyyət göstərməsi üçün əhəmiyyətli addımlar atmışdır. Hər şeydən əvvəl, ölkə rəhbəri 15 may 2001-ci il tarixli Heydər Əliyevin fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilmişdir. Bu, akademiyanın fəaliyyətinin keçmiş sovet ideoloji prinsiplərindən tam uzaqlaşaraq, xilas olaraq ölkənin və bütünlüklə təmsil etdiyi xalqın milli mənafelərinə və dövlətçilik maraqlarına xidmət etməsinin təmin olunmasına geniş imkanlar açmışdır. Ölkəmizin əsas elmi qurumuna Milli Elmlər Akademiyası adının verilməsi Azərbaycanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyəti arasında olan nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir”. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 ynavar 2003-cü il tarixli fərmanı əsasında Milli Elmlər Akademiyasının statusu və əhatə edəcəyi fəaliyyət sahələri müəyyənləşdirilmiş, ölkə üzrə bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat işlərinin əlaqələndirilmə işi akademiyaya həvalə olunmuşdur. Həmin mühüm tarixi əhəmiyyətə malik olan fərmanla Milli Elmlər Akademiyasının çoxillik fəaliyyəti dövründə ilk dəfə olaraq bu quruma geniş səlahiyyətlərin verilməsi təmin edilmişdir. Qeyd edilən fərmanda deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respubilkasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır”.

Məhz bu fərmandan sonra ölkədə Azərbaycan Respublikası üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası təsis edilmiş və bu quruma bağlı olan Problem Şuralarda yalnız Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının deyil, bütövlükdə ali məktəblərdə və sahə elmi müəssisələrində aparılan tədqiqat işlərinin, xüsusən də fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə mövzuların müəyyənləşdirilməsi məsələləri müzakirə olunmuş və təsdiq edilmişdir. Bu, ölkə miqyasında aparılan elmi-tədqiqatların vahid qaydada əlaqələndirilməsinə, təkrarçılığın, paralel mövzuların işlənməsinin qarşısının alınmasına, aparıcı elmi istiqamətlərin müəyyən olunmasına və həyata keçirilməsinə şərait yaratmışdır. Əhəmiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə 14 iyun 2016-cı ildə geniş müzakirələrdən sonra qəbul edilmiş “Elm haqqında” Qanunun tətbiq edilməsi barədəki 9 avqust 2016-cı il tarixli fərmanında Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına daha geniş səlahiyyətlər verilməsi respublikamızda həmin siyasətin uğurla davam etdirildiyini göstərir. Azərbaycan Respublikasının “Elm haqqında” qanundakı “Elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi” adlandırılan 22-ci maddədə bu qurumun fəaliyyət dairəsinin aşağıdakı redaksiyada verilməsi həmin davamlı prosesin yeni tarixi mərhələdəki ifadəsidir: “Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir”. Funksiyalarının genişliyini və aparacağı işlərin məsuliyyəti nəzərə alınmaqla Prezident İlham Əliyevin “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsinə dair 9 avqust 2016-cı il tarixli 271-VQ nömrəli fərmanının 1.1.5-ci bəndində Elmi Tədqiqatların Əlaqələndirməsi Şurasının fəaliyyətinə dair Əsasnamənin Respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi müəyyən olunmuşdur. Bu fərmandan sonra Elmi Tədqiqatların Əlaqələndirmə Şurası və ona bağlı olan ayrı-ayrı elm sahələri üzrə Problem Şuraları daha yüksək statusla elmi fəaliyyətin istiqamətləndirilməsinə, təhlil edilməsinə və proqnozlaşdırılmasına cavabdeh olacaqlar. Milli Elmlər Akademiyasının bütün tarixi ərzində ilk dəfə olaraq, 2015-ci ildə ümumi yığıncaqda akademik elmi qurumlarla yanaşı, ölkəmizin, demək olar ki, bütün ali təhsil ocaqlarının və sahə elmi-tədqiqat institutlarının hamısının hesabatları tam halda təqdim olunmuşdur. Bununla bərabər, 2015-ci ildə illik ümumi yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan elmi-tədqiqati institutlarının və elmi mərkəzlərin rəhbər heyəti və elmi-təşkilati qurumlarının məsul şəxslərinin yaxından iştirakı ilə keçirilmiş geniş müzakirələr ölkədə uğurla davam etdirilən elm siyasətinin mühüm nəticələrini meydana qoymuşdur.

Müstəqillik illərində Azərbaycan elmi struktur-təşkilati cəhətdən də yeniləşir, təkmilləşdirilir və inkişaf edir. Azərbaycan Milli Elmlər Akademiyasının yeni bölmələrinin və elmi-tədqiqat institutlarının yaradılması və inkişaf etdirilməsi müstəqil dövlətçiliyin nailiyyətlərindəndir. XXI əsrdə Azərbaycan Milli Elmlər Akademiyasının yeni elmi bölmələrinin və regional elmi mərkəzlərinin yaradılması ölkəmizin inkişafında elm faktorunun daha da güclənməsinə təkan vermişdir. Naxçıvan Bölməsinin və Gəncə Bölməsinin təşkili, Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyətə başlanması, Humanitar və İctimai Elmlər Bölmələrinin müstəqil bölmələrə çevrilməsi müasir elmin ölkə miqyasında inkişaf etdirilməsinə, yeni ziyalı mərkəzlərinin formalaşdırılmasına meydan açır. Elmi potensialına və əldə etdiyi mühüm elmi nəticələrə görə ölkə rəhbəri Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı əsasında yaradılmış AMEA-nın Naxçıvan Bölməsi ölkəmizin əsas elmi mərkəzlərindən birinə çevrilmişdir. Naxçıvan Bölməsinin əhatə etdiyi elmi-tədqiqat institutlarında hazırlanan çoxcildlik nəşrlər, monoqrafik tədqiqatlar samballı ensiklopedik ədəbiyyatlar, antologiyalar və lüğətlər Vətən elminin daha da inkişaf etdirilməsinə və zənginləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 14 mart 2014-cü il tarixli sərəncamı ilə təsis edilmiş Gəncə Bölməsi elmin müxtəlif sahələri üzrə əldə etdiyi nəticələrlə yanaşı, Nizamişünaslığın əsas mərkəzlərindən biri kimi də diqqəti cəlb edir. Heydər Əliyevin siyasi fəaliyyətinin birinci dövründən – 1972-ci ildən fəaliyyət göstərən Şəki Regional Elmi Mərkəzində diyarşünaslıq və ipəkçilik üzrə aparılan tədqiqatlar regionun inkişafına kömək edir.

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında 2015-2016-cı illərdə yeni yaradılmış elmi-tədqiqat institutları ölkə elminin ən mühüm istiqamətlər üzrə inkişafında mühüm rol oynayır. Bu elmi-tədqiqat ocaqları: Molekulyar Biologiya və Biotexnologiya, Biofizika, Qafqazşünaslıq, Elm tarixi institutlarında aparılan tədqiqatlar həm ölkə elminin inkişafına yeni töhfələr verir, həm də dünya elmi ilə inteqrasiya şəraitində beynəlxalq elmi proseslərdə alimlərimizin fəal iştirakına yol açır. Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən elmi tədqiqat institutlarının, demək olar ki, mütləq əksəriyyətində yeni şöbələr, sektorlar təşkil olunmuş, elmi jurnallar təsis edilmişdir. Azərbaycan Respublikasının ali məktəblərində də müstəqillik dövrünün tələblərinə uyğun olaraq yeni açılmış ixtisaslar öz növbəsində təzə fakültələrin və kafedraların təşkil edilməsi ilə yüksək ixtisaslı mütəxəssis hazırlığı ilə birlikdə həm də elm sahələrinin genişləndirilməsinə, müasirləşdirilməsinə əhəmiyyətli dərəcədə təkan vermişdir. Bu gün müstəqil Azərbaycanda çevik və universal ali məktəb elmi inkişaf etməkdədir. Respublika səviyyəsində ayrı-ayrı nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutları da məzmunca olduğu kimi, struktur və forma etibarilə də dəyişir, yeniləşir və modernləşdirilir.

Hələ sovet hakimiyyətinin ən çətin dövrlərində görkəmli dövlət xadimi Heydər Əliyevin böyük dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında təsərrüfat hesablı tədqiqatların aparılmasına başlanılmışdır. Həmin dövrdə Elmlər Akademiyasında səmərəli şəkildə fəaliyyət göstərmiş Təcrübə Konstruktor büroları bu qurumda elm yönlü sahibkarlıq fəaliyyətləri ilə məşğul olmağa imkan yaratmışdır. Ölkə rəhbərliyinin yaratdığı bu yeni elm-istehsalat mühiti iqtisadi səmərə gətirməklə yanaşı, həm də əldə olunmuş mühüm elmi nəticələrin tətbiq olunmasına, sınaqdan çıxarılmasına imkan yaratmışdır. Təəssüf ki, bu proses akademiyada sovet hakimiyyətinin süqutundan sonra dağıdılmışdır. Lakin Elmlər Akademiyasında həmin ideyalar yaşadılmış, 2013-cü ildən etibarən bərpa edilməsi təşkil olunmuşdur. Artıq Milli Elmlər Akademiyasında Dövlət Neft Şirkəti ilə bağlanmış müqavilələr əsasında AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının qurudakı neft yataqlarının yenidən qurulmasına və istehsalın səmərəliliyinin artırılmasına dair elmi layihələrini və təkliflərini tətbiq etmək imkanı qazanmışdır. Bunun ardınca 2014-cü ildə Daşkəsən filiz yataqlarının yenidən istismarında Milli Elmlər Akademiyası alimlərinin iştirakına yol açan daha bir kompleks müqavilə imzalanmış, axtarış-kəşfiyyat və texnoloji proseslərin müasir elmi üsullarla yenidən qurulması işlərinə start verilmişdir. Sonrakı vaxtlarda Naftalan neftindən kimyəvi maddələrin və tibbi dərmanların alınmasına dair elmi ideyalar və layihələr də istehsalatda öz yerini tapmağa başlamışdır. Hazırda Milli Elmlər Akademiyasının ayrı-ayrı elmi-tədqiqat institutlarının alimləri Sumqayıtda yeni kimya kompleksinin yaradılmasında, respublika kənd təsərrüfatının inkişafına, aqrar sahədə nailiyyətlər qazanılmasına xidmət edən təbii gübrə istehsalının təşkil edilməsində elmi layihələrlə iştirak edirlər. Respublika üzrə yerli təbii xammal əsasında dərman bitkilərindən tibbi məqsədlər üçün istifadəyə aid elmi layihələr və təkliflər Səhiyyə Nazirliyinin ali təhsil və elmi-tədqiqat müəssisələri ilə birlikdə hazırlanıb həyata keçirilməkdədir. Bundan başqa, ölkəmizdə yüksək informasiya texnologiyalarının tətbiqi vasitəsilə avtomatik elektron idarəetmə sistemlərinin təşkili, istehsalın ayrı-ayrı sahələrinin proqram təminatı və təchizatı üzrə elmi layihələr də respublikamızın ayrı-ayrı dövlət qurumlarında və sənaye sahələrində, özəl şirkətlərində həyata keçirilir. Azərbaycan Milli Elmlər Akademiyası respublikamızda həyata keçirilməsi davam etdirilən “Elektron hökumət” proqramının əsas icraçılarından biridir. Milli

Elmlər Akademiyasında fəaliyyət göstərən Təcrübə-Sənaye zavodunda elmi işçilərin konkret olaraq ölkədə rəqabətə davamlı məhsul istehsalı ilə məşğul olmaları elmdə yeni innovasiya və sahibkarlıq mühitinin formalaşmasına kömək edir. Artıq Təcrübə-Sənaye zavodunun 30-dan çox adda məhsul istehsal etməsi, daxili bazara çıxarması, xaricə çıxmaq üçün müqavilələr bağlayıb razılaşdırmalar əldə etməsi akademiyada əsası vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş təsərrüfat müqavilələri işlərinin inkişaf etdirilərək hansı səviyyəyə gəlib çatdığını aydın surətdə göstərir.

Zamanın və müasir inkişafın tələbi kimi meydana çıxan bu ideyalar ümummilli lider Heydər Əliyev ideallarının işığında Azərbaycan elminin yeni cəmiyyətin daha da inkişaf etdirilməsi və modernləşdirilməsində daha yaxından və fəal surətdə iştirakına yol açır. Buna görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimindəki nitqində müasir cəmiyyətin yüksək inkişafında elm faktorunun roluna və əhəmiyyətinə xüsusi diqqət yetirərək demişdir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə ifadə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır.

…Bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük… Çox istərdim ki, alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər”.

Azərbaycan Respublikasının “Elm haqqında” qanunun 2016-cı ildə qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat verir. Bütövlükdə 7 fəsil və 40 maddədən ibarət olan “Elm haqqında” qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqaməti, yüksək ixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və sair kimi məsələlər öz əksini tapmışdır. Bu, müstəqillik dövrü Azərbaycan elminin mükəmməl nizamnaməsidir. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu Vətən elminin milli dövlətçilik maraqları və bəşəri meyarlar əsasında inkişaf etdirilməsinə geniş üfüqlər açır.

Hazırda Azərbaycan Respublikasında elmin ən müxtəlif sahələri üzrə 2495 nəfər elmlər doktoru, 11874 nəfər isə elmlər namizədi çalışmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasına keçirilmiş seçkilərdə akademiklərin və müxbir üzvlərin də yeni nəsli yaranmışdır. İndi Azərbaycan Milli Elmlər Akademiyasının 63 nəfər həqiqi üzvü və 113 nəfər isə müxbir üzvü müxtəlif elm sahələrində uğurla fəaliyyətlərini davam etdirirlər. Elmin ən yeni və müasir istiqamətləri üzrə də yüksək ixtisaslı, elmi dərəcələrə malik mütəxəssislərin hazırlanması Azərbaycanın dövlət müstəqilliyinin mühüm nailiyyətidir.

Ölkəmizin alimləri beynəlxalq miqyasda keçirilmiş elmi konfranslarda, simpoziumlarda, qurultaylarda Azərbaycan elmini layiqincə təmsil edirlər. Eyni zamanda Azərbaycan Respublikasında davamlı olaraq beynəlxalq səviyyəli elmi tədbirlər keçirilir, müasir dünyanın və respublikamızın, xalqımızın, regionun ən aktual problemləri müzakirə olunur. Azərbaycan alimlərinin elmin ən mühüm nəticələrini və nailiyyətlərini əks etdirən əsərləri dünyanın nüfuzlu nəşriyyatlarında və impakt faktoru jurnallarında çap olunur. Artıq Azərbaycanda da beynəlxalq standartlara cavab verən impakt faktorlu elmi jurnalların nəşrinə nail olunması son illərin mühüm elmi nailiyyətlərindən biridir. Bakı Dövlət Universitetində, Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunda və Xəzər Universitetində çap olunan impakt faktorlu elmi jurnallar ölkə elminin mühüm göstəriciləri sırasında dayanır.

Akademiyanın inkişaf tarixində ilk dəfə olaraq 2014-cü və 2016-cı illərdə Bakı Elm festivallarının təşkil edilməsi elmin nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır. Azərbaycan alimlərinin Birinci Qurultayının keçirilməsi elm tariximizin mühüm hadisəsi olmaqla bərabər, həm də müasir dövrdə elmin inkişafının yeni üfüqlərinə işıq salmışdır. “Akademiya marşı”nın yaradılması və ilk dəfə Bakı Elm Festivalında səsləndirilməsi də diqqəti cəlb edən addımdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi ölkəmizdə elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyən edir. Müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilib möhkəmləndirilməsinə, müasir elmi məktəblərin və yeni elmi nəsillərin formalaşdırılmasına, dünya birliyində xalqımızın və ölkəmizin tanıdılmasına xidmət etmək müasir Azərbaycan elminin şərəf işi və vəzifəsidir.

Azərbaycan elmi ulu öndər Heydər Əliyev ideallarının işığında böyük addımlarla inkişaf edir. Hazırda dövlət səviyyəsində göstərilən böyük diqqət Azərbaycan elmini və Milli Elmlər Akademiyasını sürətlə irəli aparır.

İsa Həbibbəyli,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin Elm və təhsil komitəsinin sədri

Firngiz ağayev azrbaycan elminin semasiologiyası

Tarix: 24.08.2016 10:21
Baxış sayı: 1410

Məlum olduğu kimi, Azərbaycan qədim astronomlar ölkəsi hesab olunur. Məşhur Qobustan və Gəmiqaya rəsmləri, çoxsaylı arxeoloji abidə və qazıntılar buna ən parlaq sübutdur.

Marağa rəsədxanası və onun banisi Nəsirəddin Tusinin elmi nailiyyətləri dünya astronomiyasının inkişafında əhəmiyyətli rol oynamışdır.

XX əsr elmin digər sahələri kimi, astronomiyanın da Azərbaycanda vüsət aldığı bir dövr olmuşdur. Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR), onun yüksək dağ müşahidə stansiyalarının, kosmosun tədqiqi ilə məşğul olan digər müəssisələrin yaradılması, onlarla yüksəkixtisaslı mütəxəssisin yetişməsi, sözün əsl mənasında, yüksək ənənələrə malik bir astronomiya məktəbinin formalaşması məhz bu dövrə təsadüf edir.

Azərbaycanda astrofizika rəsədxanasının yaradılması ideyası 1927-ci ildə ortaya çıxmışdır. Həmin il Leninqrad Astronomiya İnstitutunun qısamüddətli ekspedisiyası Azərbaycana gəlmiş və yerli mütəxəssis İ.A.Benaşvilinin də iştirakı ilə bir sıra zonaların iqlim və relyefi ilə tanışlıq baş tutmuşdur.

1939-1946-cı illərdə Azərbaycan Dövlət Universiteti və digər ali təhsil ocaqlarında astrofizikanın tədrisi həyata keçirilməyə başladı. Universitetdə astrofizika laboratoriyası yaradıldı və müşahidələr üçün xüsusi sahə ayrıldı. Eyni zamanda, burada xüsusi astronomiya təqvimləri buraxılırdı. Bütün bunlar respublikada rəsədxananın yaradılmasına doğru atılan ciddi addımlar idi.

Müharibədən sonrakı dövrdə rəsədxana tikintisi üçün yer seçilməsi yenidən ortaya qoyuldu və respublikanın ayrı-ayrı zonalarına ekspedisiyalar təşkil olundu. Bu işlərdə Leninqrad və Moskva astronomları da iştrak edirdi. 1963-cü ildə gələcək rəsədxananın yeri tam dəqiqləşdi. Azərbaycanın tanınmış alimləri Həsən Əliyev və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana Böyük Qafqaz dağının şimal-şərqində Bakıdan təqribən 150 km məsafədə yerləşir. Mütəxəssislərin yekdil qərarı ilə rəsədxana yaradılması üçün ən optimal yer Şamaxı rayonunun Pirqulu dağı hesab olundu. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 190-200-ə çatırdı.

Nəhayət, 1959-cu ilin noyabrında Astrofizika Sektorunun əsasında rəsədxana yaradılması barədə müvafiq qərar verildi. İlkin layihələrə görə, ŞAR-da 125 sm-lik reflektor, üfüqi Günəş teleskopu, şaquli Günəş teleskopu, Xromosfer teleskopu, Günəş tacını müşahidə etmək üçün Koronoqraf, 70 sm-lik Planet teleskopu və Radioteleskop qurulmalı idi. Bunlarla yanaşı, su xəttinin çəkilməsi, telefon və teleqraf rabitəsi, Şamaxı-Pirqulu yolunun əsaslı təmiri də nəzərdə tutulurdu.

Şamaxı Astrofizika Rəsədxanasının yaradılması barədə dövlət qərarı 1959-cu ilin sonlarında qəbul edilmişdir. Həmin il noyabrın 17-də Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı “Şamaxı Astrofizika Rəsədxanasının təşkili haqqında” qərarı imzalandı. Bu qərar əsasında Azərbaycan SSR Elmlər Akademiyasının 13 yanvar 1960-cı il tarixli 1 saylı “Azərbaycan SSR Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının təşkili haqqında” qərarı qəbul edildi. Faktiki olaraq, ŞAR-ın bir institut kimi fəaliyyəti həmin vaxtdan başlayır. Qərara əsasən, rəsədxananın yaradılmasında böyük xidmətləri olan şəxslərdən biri H.Sultanov rəsədxananın ilk direktoru vəzifəsinə təsdiq olundu.

ŞAR-da ilk teleskop 1957-ci ildə qurulmuşdur. Xromosfer-Fotosfer adlı Günəş teleskopundan 35 ildən çox Günəşin patrul müşahidələri üçün istifadə olunmuşdur.

1964-cü ilin dekabr ayında ŞAR-da yeni teleskop istifadəyə verildi. AST-452 adlı teleskop fotoqrafik müşahidələr üçün nəzərdə tutulmuşdur. Kompakt və qapalı olduğundan teleskopda alınan təsvir çox keyfiyyətli olur. Bu qurğu Kazanın optik-mexaniki zavodunda xüsusi sifarişlə hazırlanmışdır.

1970-ci ildə ŞAR-da güzgüsünün diametri 700 mm olan fotoelektrik teleskopun (AZT-8) inşası başa çatdırıldı. Teleskop səma cisimlərinin fotoelektrik, polyarimetrik və spektral müşahidələr üçün nəzərdə tutulurdu.

Rəsədxana ərazisində güzgüsünün diametrinin böyüklüyünə görə birinci yerdə dayanan 2 metrlik teleskop 1966-cı il sentyabr ayının 20-də istifadəyə verilmiş və 1967-ci ilin sonlarında müşahidəyə tam hazır vəziyyətə gətirilmişdir. Bu teleskopun inşasında dahi astronomlar iştirak etmiş və dəyərli məsləhətlərini vermişlər. Teleskop nəinki ŞAR-ın fəxri, eləcə də Azərbaycan eksperimental elminin bayraqdarı hesab olunurdu. Qurğunun inşasında Azərbaycan EA-nın o dövrkü Prezidenti, mərhum akademik Y.Məmmədəliyevin xüsusi rolu olmuşdur.

1981-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin Qərarı ilə ŞAR-a dahi Azərbaycanlı astronom Nəsirəddin Tusinin adı verilmişdir.

XX əsrin son otuz ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik bilavasitə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. ŞAR-ın fəaliyyətini daim diqqət mərkəzində saxlayan bu böyük şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi dövrlər ərzində rəsədxanada olmuş, alimlərlə görüş keçirmişdir. Qeyd etmək lazımdır ki, rəsədxanada elmi-tədqiqat işləri aparan alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 5 mərtəbəli 40 mənzildən ibarət olan bina məhz H.Əliyevin göstərişi ilə tikilmişdir.

Yarandığı gündən Azərbaycanda astronomiyanın inkişafı beynəlxalq elmi strukturların diqqətindən yayınmamış, bunun nəticəsində 1970-2007-ci illərdə yeni tapılmış asteroidlərə “ŞAR”, “Azərbaycan”, “Nizami”, “Сavid”, “Müslüm Maqomayev”, ”Tusi” adları verilmişdir. Hazırda kiçik göy cisimlərinə, eləcə də planetlərin kraterlərinə verilmiş adların 12-si Azərbaycanla bağlıdır. Qısa ömür sürmüş Azərbaycanlı müşahidəçi-astrofizik Nadir İbrahimov ŞAR-ın 2-m teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nəaliyyətlər əldə etmişdir. Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini almış və planetin xəritəsini tərtib etmişdir. ŞAR-ın tarixində eksperimental işlərlə yanaşı, ciddi nəzəri tədqiqatlar da aparılmış və mühüm elmi nəticələr əldə edilmişdir. Relyativistik astrofizika sahəsində prof. O.Hüseynovun, Günəş fizikası sahəsində prof. R.Hüseynovun aldığı nəticələr Azərbaycanın astrofizika elminə böyük töhfələr kimi qiymətləndirilir.

Sovetlər dönəmində Heydər Əliyevin Rəsədxanaya olan diqqət və qayğısı, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Ümumilikdə, Azərbaycanda elmin inkişafına böyük qayğı göstərən ölkə Prezidenti ŞAR-ın yenidən qurulması və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda sərəncam və tapşırıqlar vermişdir. Bu sərəncamlara əsasən, rəsədxananın yaşayış bölməsi tamamilə yenilənmiş, əsas bina, teleskoplar yerləşən binalar təmir olunmuş, 2 metrlik teleskopun idarəetmə sistemi tam modernləşdirilmiş və avtomatlaşdırılmış, böyük həcmdə abadlıq işləri aparılmışdır. Elmi işlər aparmaq məqsədi ilə ŞAR-da yaşayan əməkdaşlar üçün yeni mənzillər və bu elm ocağına xaricdən gələn alimlərin yaşayışını təmin etmək üçün rəsədxana ərazisində yüksək standartalara cavab verən qonaq evləri tikilib istifadəyə verilmişdir. Həmçinin bu elm ocağında müasir standartlara cavab verən yeni kommunikasiya xətləri çəkilmişdir.

Hazırda ŞAR-da elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem üzrə aparılır:

– Ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi (qeyri-stasionar proseslərin və onların təbiətinin tədqiqi);

– Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası (Günəş atmosferində fəal qurumların dinamika və fizikası, Günəş-Yer əlaqələri, planet atmosferlərinin və onların peyklərinin tədqiqi, komet, asteroid, Günəş sistemi cisimlərinin hərəkəti, onların quruluşu, fizikası və təkamülü).

Bunlardan əlavə, nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından (Günəş fəallığı, maqnit fırtınaları və s.) asılılığı, astronomiyanın tarixi və s. tədqiqatlar da aparılır. ŞAR Azərbaycanda astronomiya və kosmik elmi biliklərinin təbliğində və tədrisində mühüm rol oynayır.

Ötən əsrin 60-cı illərindən kosmik eranın başlaması ilə əlaqədar olaraq astrofizika elmində çox böyük sıçrayışla müşaiyət olunan inkişaf baş vermişdir ki, həmin proses indi də davam edir.

Bu dövr ərzində fizika üzrə alınmış 20-dən çox Nobel mükafatları astrofiziklərə verilmişdir. Yerüstü teleskoplarla optik diapozonda və süni peyklərdə digər diapazonlarda (infraqırmızı, rentgen, ultrabənövşəyi, radio və s.) aparılan kompleks tədqiqatlar gələcək yeni kəşflərə aparan yoldur. Bu gün Azərbaycanın da kosmik imkanları olduqca genişdir və Şamaxı Rəsədxanası bu imkanların reallaşdırılması üzərində inamla fəaliyyət göstərir. Əsas məqsəd isə kainatın yaranması, inkişafı və sonun nədən ibarət olacağını öyrənməkdir. Bu səbəbdən fizika və astrofizika elmi qarşısında görünməyən maddənin və qara enerjinin fiziki mahiyyətinin aydınlaşdırılması kimi çox vacib və fundamental problem qoyulmuşdur. Rəsədxana da zamanın bu çağrışına qoşulmağa və elmi-tədqiqatları məqsədli şəkildə aparmağa çalışır. ŞAR dünyanın aparıcı astronomiya mərkəzləri və təşkilatlarında çalışan elm adamları ilə mütəmadi olaraq əlaqələr yaradır. Rəsədxanada işə cəlb olunan gənc kadrlar təcrübə keçmək üçün tanınmış elm mərkəzlərinə ezam olunurlar.

Əminliklə demək olar ki, bu kimi addımlar Azərbaycanda astronomiya elminin gün keçdikcə daha da yüksələrək inkişaf etməsinə imkan yaradacaq.

Nərgiz Qəhrəmanova,

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şiddətli mədə ağrısının səbəbləri

Mədə ağrısı az qala hər kəsin başına gələn narahatlıqdır. Bununla bərabər qarın bölgəsində mədədən başqa da orqan daha var. Mədə ağrısının səbəbi mədə ilə yanaşı başqa orqanlar da ola bilər. Ağrı qısa müddətli və gəlib-keçici ola bilər və ya sadəcə yemək yedikdən sonra müşahidə oluna bilər. Ancaq daha uzun müddət davam edən, davamlı ağrılara səbəb olan mədə narahatlıqları da mövcuddur. Mədə ağrılarının səbəblərini bu cür sıralanıb: Qastroözofaqeal refleks xəstəliyi mənşəli mədə ağrısı: Mədədəki yemək və turşular qida borusuna gedir. Bu da xəstənin üst mədəsində və ya sinənin alt hissəsində mədə qıcqırması şəklində ağrılara səbəb olur. Çox yemək və ya səhv qidalanmaq (məsələn, çox yağlı) bu narahatlığı artıra bilər. Arıqlamaq, antiturşular və ya bəzi dərman müalicələri ağrıları xeyli dərəcədə azaldır.

Laktoza həssaslığı: Laktoza süd və süd məhsullarında olan bir şəkər növüdür. Narahatlıq bu şəkərin həzm olunmaması ilə ortaya çıxır. Dünyada milyonlarla insanda görülən xəstəlikdir. Hətta süd və süd məhsullarının tərkibində olan şəkər laktozanı həzm edə bilənlərin sayı, həzm edə bilməyənlərin sayından azdır. Xəstələrdə süd və süd məhsulları istehlakı sonrası qarın ağrısı, qaz, mədə pozğunluğu, gəyirmə və ishal görülə bilər. Süd və süd məhsullarının istehlakından uzaq dayanmaq bu xəstələr üçün problemi azaldan həll yoludur.

Stress: Stress yuxusuzluq, baş ağrısı və təzyiqə səbəb olduğu kimi mədə ağrılarına da səbəbi ola bilər. Çəki və iştaha itkisi, əsəbi bağırsaq sindromu stressdən yaranan qarın ağrılarının digər nəticəsidir. Diqqət edilməsi vacib olan bir məqam, bu problemlərin ikili istiqamətli olmasıdır. Yəni, stress qarın ağrılarına səbəb olduğu kimi, qarın ağrıları da stressə və depressiyaların səbəbi ola bilər.

Bəzi dərmanların mənfi təsirləri: Heç bir dərman mənfi təsirsiz ötüşmür. Bu mənfi təsirlər arasında qarın və mədə ağrıları da var. Məsələn, sümük çatlamasının (osteoporoz) qarşısını alan, sümük möhkəmliyini qorumağa köməkçi olan və ağız yolu ilə alınan bifosfonatlar yemək borusunun alt hissəsində şişkinlik və ağrıya səbəb olur. Yenə də ağrıları azaltmaq üçün qəbul edilən buprofen və aspirin kimi steroid quruluşda olmayan anti inflamatuar dərmanlar yemək borusunun alt hissəsində şişkinlik və ağrıya səbəb olur. Mədə divarında ağrıya səbəb ola biləcək bu dərmanları uzun müddətli istifadə etmək mədə yarasına belə səbəb ola bilər.

Qluten həssaslığı: Bəzi insanların orqanizmi buğda, arpa, çovdar və tərkibində zülal olan qlutenə reaksiya göstərir. Bu narahatlığa qluten intoleransı deyilir. Bu xəstələrdə qluten nazik bağırsaq yaralarına yol açır. Bu zaman qidalar nazik bağırsaqda sorula bilmir. Xəstələr buğda, arpa və ya çovdar yeyəndə onlarda qarın ağrısı, qaz, şişkinlik və yorğunluq əlamətləri müşahidə olunur. Nazik bağırsağın qidaları sormada uğursuz olması, xroniki ishal, çəki itkisinə səbəb ola bilər.
Tiroid problemləri mənşəli mədə ağrısı: Tiroid vəzi boyunda yerləşsə də, onunla bağlı narahatlıqlar bədənin qarın bölgəsində də ağrılara səbəb ola bilər. Tiroid vəzinin orqanizmdə nizamladığı sistemdən biri də həzm sistemidir. Əgər tiroid vəzi lazım olandan artıq hormon ifraz edərsə, bu hipertiroitizm deyilən və həzm sistemini sürətləndirən narahatlığa yol aça bilər. Qarın ağrısı və ishal bu narahatlığın simptomlarıdır. Əgər tiroid vəzi normal qaydada funksiyasını yerinə yetirməzsə, bu, hipotiroitizm deyilən başqa narahatlığa səbəb olur. Həzm sistemi yavaşıyır, qəbizlik və qaz mənşəli ağrılar ortaya çıxa bilər.

Parazit: Mədə ağrısının əlamətlərini parazitlərlə əlaqələndirən azdır, ancaq parazitlər də mədə ağrılarına səbəb ola bilər. Bu narahatlıqlara səbəb olan bakteriyalar çox müxtəlif olsa da, ən çox görülənlər: Giardiaand Cryptosporidiumdur. Çirkli suları içmə, ya da çirkli hovuz və ya göllərdə üzmək bu bakteriyalara yoluxmağa səbəb ola bilər. İshal və mədə, ürək bulanması parazit mənşəli xəstəliklərin simptomlarıdır. Digər bakteriyalar çirkli və ya az bişmiş qidalarla da yoluxa bilər.
Apendisit: Apendisitin iltihablanması nəticəsində yaranan və ağrlı qarın ağrısı ilə özünü müəyyən büruzə verən xəstəlikdir. Ağrı göbək dəliyi bölgəsində başlayır, ancaq daha sonra qarının sağ alt hissəsinə doğru yayılır. Yüngül qızdırma və titrəmə xəstəliyin digər əlamətləridir. Apendisit əməliyyat olunmadığı təqdirdə, hətta ölümlə nəticələnə bilər.

Xora: Mədə və ya incə bağırsağın üst hissəsində yerləşən qoruyucu divarda yaranan zədə və ya oyuq xora əmələ gəlməsinə səbəb olur. Nazik bağırsaq yarasına mədə xorasına görə daha çox rast gəlinir. Bu zaman orta və üst qarında yemək sonrası ağrılar müşahidə edilir. Ən əhəmiyyətli səbəbi helikobakteriya pilori deyilən bakteriya növüdür. Xoranın müalicəsində antibiotiklər və antiturşular istifadə edilir.
Həddindən artıq şəkərsiz saqqız çeynəmək: Əgər şəkərsiz saqqız olan sorbitol adlı maddə çox qəbul etsəniz, bu da qarın ağrısına və ishala səbəb ola bilər. Sorbital qəbul etməyinizə səbəb olan şəkərsiz saqqızı və ya buna bağlı ərzaqları kəssəniz, əlamətlər də aradan qalxacaq.

Qida zəhərlənməsi: Qida zəhərlənməsi ilə yayılan virus və bakteriyalar ishal və mədə, ürəkbulanmasıyla birlikdə, qarın ağrısına da səbəb ola bilər. Ümumiyyətlə, əlamətlər bir-iki gün ərzində keçsə də, çox ciddi hallarda qida zəhərlənməsi ölümlə nəticələnə bilər. Əgər mədənizdə iltihab varsa, qida zəhərlənməsi ilə bərabər gələn qarın ağrısı daha uzun müddət davam edə bilər.

Bağırsaq iltihabı: Nazik və ya yoğun bağırsağın daxili hissəsində iltihablanma yara və tıxanmalara səbəb ola bilər. Bağırsaq iltihablanması diqqətlə müayinə edilməlidir. Çünki irəliləyən yaşlarda bağırsaq xərçənginə səbəb ola bilər.

Xərçəng: Çox geniş olmamasına baxmayaraq, qarın bölgəsində yer alan hər hansı bir orqanda (mədəaltı vəzi, mədə, öd kisəsi, yumurtalıq) görülən xərçəng bir müddət sonra mədə ağrısına səbəb ola bilər. Ürəkbulanma, iştahanın azalması, çəki itkisi, bağırsaq hərəkətlərində görünən dəyişiklik digər əlamətləri arasındadır.

Comments are closed, but trackbacks and pingbacks are open.