Vətən Müharibəsində iştirak edən hərbi qulluqçular təltif edildi – SİYAHI
Əsədli Aqil Əlirza oğlu – polkovnik-leytenant
Azərbaycan elminə ağır itki üz verib
Tanınmış alim, Nizami adına
Ədəbiyyat İnstitutunda
Orta əsrlər Azərbaycan
ədəbiyyatı şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru,
AMEA-nın müxbir üzvü
Əliyar Qurbanəli oğlu Səfərli
2016-cı il yanvar ayının 4-də
79 yaşında vəfat edib.
AMEA-nın müxbir üzvü Əliyar Səfərli – 28 dekabr 1937-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Anabat kəndində anadan olmuşdur.
Ordubad şəhərindəki Pedaqoji məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır.
1960-68-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışmış, 1966-cı ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
1968-ci ildən Bakı Dövlət Universitetində müəllimlik etməyə başlamışdır. 1971-1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir.
1973-cü ildə yenidən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) əmək fəaliyyətini davam etdirmişdir.
1983-cü ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
BDU-nun professoru və kafedra müdiri olmuşdur.
Ə.Səfərli 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Alim Orta əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı əsərləri tədqiq etmiş, ilkin əlyazmalarını araşdıraraq mətn, lüğət və şərhlərlə çap etdirmişdir. «Şəhriyar», «Dastani-Əhməd Hərami» dastanlarını, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Əmani, Məsihi, Məhcur Şirvani, Məhəmməd Füzulinin «Hədiqətüs-süəda» əsərlərinin elmi-tənqidi mətnini hazırlayaraq nəşr etdirmişdir. İlk dəfə Məsihinin «Divan»ını aşkarlayaraq geniş ön söz, lüğət və şərhlərlə elmi ictimaiyyətə təqdim etmişdir. Son illərdə «Divan ədəbiyyatı sözlüyü» kitabı və «Kitabi Dədə Qorqud» abidəsi üzərində tədqiqatlar aparırdı.
1994-1998-ci illərdə İran İslam Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərmişdir.
1998-2002-ci illərdə BDU-da, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir.
2015-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən «İlin alimi» fəxri adına layiq görülmüşdür.
AMEA-nın müxbir üzvü Ə.Səfərli hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Azərbaycan elmində əvəzsiz xidmətləri olan AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin.
Ruhu şad olsun.
Müşfiq BORÇALI,
ZiM.Az
Foto-şəkillər AMEA-nın müxbir üzvü Əliyar Səfərli 1987-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyatı kafedrasında elmi-pedaqoji ezamiyyətdə olarkən çəkilmişdir.
Vətən Müharibəsində iştirak edən hərbi qulluqçular təltif edildi – SİYAHI
BAKU.WS xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:
“Zəfər” ordeni ilə
Həsənov Zakir Əsgər oğlu – general-polkovnik
Eyvazov Vilayət Süleyman oğlu – general-polkovnik
Quliyev Elçin İsağa oğlu – general-polkovnik
Nağıyev Əli Nağı oğlu – general-polkovnik
Sultanov Orxan Sedyar oğlu – general-polkovnik
Həsənov Ayaz Binyat oğlu – general-leytenant
Tahirov Ramiz Firudin oğlu – general-leytenant
Vəliyev Kərim Tofiq oğlu – general-leytenant
Kərimov Anar Təvəkkül oğlu – general-mayor
Məhərrəmov Aqşin Ramiz oğlu – general-mayor
Sultanov Ağamir Əzizxan oğlu – general-mayor
Tağıyev Rəsul Afiq oğlu – general-mayor
Dadaşov Haxverdi Xudaverdi oğlu – polkovnik
Həmidov Şükür Nəriman oğlu – polkovnik (ölümündən sonra)
Qapaqov Elşən Rafiq oğlu – polkovnik
Quliyev Mətin Ramiz oğlu – polkovnik
Məmmədov Baxşəli Musa oğlu – polkovnik
Məmmədov Samir Adil oğlu – polkovnik
Mirzəyev Nəsib Tahir oğlu – polkovnik
Nağıyev Məhəmməd Biladon oğlu – polkovnik
Pirverdiyev Akif Səməndər oğlu – polkovnik
Samidli Babək Mətləb oğlu – polkovnik (ölümündən sonra)
Qasımov Azər Əlövsət oğlu – polkovnik-leytenant
Rizvanov Anar Tofiq oğlu – polkovnik-leytenant
Süleymanov Rəsul Təvəkkül oğlu – polkovnik-leytenant
Şıxalıyev Nəsimi Yarməmməd oğlu – polkovnik-leytenant
Hacıyev Pərvin Aleksandr oğlu – mayor
İbrahimov Sahib Bayram oğlu – mayor
Mustafayev Bəxtiyar Əli oğlu – mayor
Rəhimov Zaur Şirinbəy oğlu – mayor
Babayev Şamil Baloğlan oğlu – kapitan (ölümündən sonra)
Mahmudov Anar Zahid oğlu – kapitan
Tağıyev Cavid Aydın oğlu – kapitan
“Qarabağ” ordeni ilə
Məmmədov Şahin İsgəndər oğlu – general-leytenant
Nağıyev Əfqan Vəli oğlu – general-leytenant
Osmanov Nizam Ramazan oğlu – general-leytenant
Rəhimov Arzu Yusif oğlu – general-leytenant
Abdullayev Cavid Mirhəmzə oğlu – general-mayor
Bağırov Ramin Sabir oğlu – general-mayor
Bərxudarov Mayis Şükür oğlu – general-mayor
Eminov Məmməd Şəmil oğlu – general-mayor
Həsənov Hikmət Hüseyn oğlu – general-mayor
Kazımov Vasif Ramiz oğlu – general-mayor
Abdullayev Rafael Kamil oğlu – polkovnik
Cəfərov Ceyhun Sədulla oğlu – polkovnik
Əlövsədov Həsən Əli oğlu – polkovnik
Quliyev Xaliq Qulu oğlu – polkovnik
Məmmədov Teymur Davud oğlu – polkovnik
Məşədiyev Taleh Vəliyət oğlu – polkovnik
Musayev Telman Qurban oğlu – polkovnik
Namazov Eldəniz Firuddin oğlu – polkovnik
Omarov Barat Bayram oğlu – polkovnik
Orucəliyev Mayis Mirzəyar oğlu – polkovnik
Pənahov Elşad İslam oğlu – polkovnik
Rəhimov Rəşad Manaf oğlu – polkovnik
Rüstəmov Zaur Zeynalabdul oğlu – polkovnik
Rzayev Gülməmməd Tofiq oğlu – polkovnik
Seyfullayev Cəbi Güləhməd oğlu – polkovnik
Şıxiyev Həbib Vələddin oğlu – polkovnik
Abduləzizov Elnur Abduləziz oğlu – polkovnik-leytenant
Abdullayev Vüqar Arif oğlu – polkovnik-leytenant
Ağagülov Elşən Etibar oğlu – polkovnik-leytenant
Ağcayev Bayram İlyas oğlu – polkovnik-leytenant
Aslanov Rəşad Əmirbəy oğlu – polkovnik-leytenant
Bağırov Ceyhun Əkbər oğlu – polkovnik-leytenant
Bayramov Teyyub Nurəli oğlu – polkovnik-leytenant
Bədəlov Firuz Əhməd oğlu – polkovnik-leytenant
Əmirov Zamiq Məhəmməd oğlu – polkovnik-leytenant
Əsədli Aqil Əlirza oğlu – polkovnik-leytenant
Fərmanov Reyhun Arif oğlu – polkovnik-leytenant
Haqverdiyev Qulam Fikrət oğlu – polkovnik-leytenant
Həziyev Şəmşir Bəxtiyar oğlu – polkovnik-leytenant
Hüseynov Elxan Kərim oğlu – polkovnik-leytenant
İbrahimov Pərviz Bəhram oğlu – polkovnik-leytenant
İsmayılov Samir Əlmusa oğlu – polkovnik-leytenant
Qənbərov Mehman Nərman oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Quliyev Anar Eldar oğlu – polkovnik-leytenant
Quliyev Ümüdvar Əzizalı oğlu – polkovnik-leytenant
Məmmədov Ehtiram Eldar oğlu – polkovnik-leytenant
Məmmədov Elçin Ziyadxan oğlu – polkovnik-leytenant
Məmmədov Elmir Ağamalı oğlu – polkovnik-leytenant
Məmmədov Zaur Alxan oğlu – polkovnik-leytenant
Mustafayev Babək Salman oğlu – polkovnik-leytenant
Müslümov Dəyanət Nuru oğlu – polkovnik-leytenant
Rəfiyev Elçin Mirzəxan oğlu – polkovnik-leytenant
Rizvanov Həbib Səməd oğlu – polkovnik-leytenant
Rüstəmov Teyfur Çərkəz oğlu – polkovnik-leytenant
Rüstəmov Zaur Tahir oğlu – polkovnik-leytenant
Rzayev Orxan Nüsrət oğlu – polkovnik-leytenant
Salahov Vüqar Nizami oğlu – polkovnik-leytenant
Səlimov Şamxal Naid oğlu – polkovnik-leytenant
Şadmanov Nəsimi Yunis oğlu – polkovnik-leytenant
Şəfiyev Famil Mirsahib oğlu – polkovnik-leytenant
Şirvanov Mehman Mirəziz oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Tağıyev Samir Nəsrəddin oğlu – polkovnik-leytenant
Ağayev Rövşən Eldar oğlu – mayor
Axundov Emil Aqil oğlu – mayor
Atakişiyev Rəşad Nazim oğlu – mayor
Babayev Mahir Tahir oğlu – mayor
Balıev Hüseynağa Salman oğlu – mayor (ölümündən sonra)
Bilalov Amil Adil oğlu – mayor
Cəfərov Azad Asif oğlu – mayor
Daşdəmirov Nail Təmraz oğlu – mayor
Eminov Elimdar Həsən oğlu – mayor
Əliyev Kəramət İbrahim oğlu – mayor
Əliyev Pərviz Həmzə oğlu – mayor
Əliyev Ramin Rizvan oğlu – mayor
Əliyev Rəvan Musa oğlu – mayor
Fərəcov Cavid Yaşar oğlu – mayor
Fərəcov Əliheydər İsrafil oğlu – mayor
Hacıyev Ramid Nəriman oğlu – mayor (ölümündən sonra)
Həsənov Əlişan Şakir oğlu – mayor
Həsənov Hümmət Fərrux oğlu – mayor
Hüseynov Rəhim Qədir oğlu – mayor (ölümündən sonra)
Kərimov Taleh Adil oğlu – mayor (ölümündən sonra)
Qənbərov İdris Dərya oğlu – mayor
Qəribov Sahib Xanlar oğlu – mayor
Qlinçev Anar Mirzəli oğlu – mayor
Qurbanov Səfər Qurban oğlu – mayor
Mehdiyev Rüstəm Süleyman oğlu – mayor
Məlikov Vüqar Telman oğlu – mayor
Məmmədov Elşən Tağı oğlu – mayor
Mikayılov Azər Əmrah oğlu – mayor (ölümündən sonra)
Muxtarov Ələsgər Faiq oğlu – mayor
Paşayev Elsevər Vaqif oğlu – mayor (ölümündən sonra)
Səfərov Elgün Elmar oğlu – mayor
Süleymanlı Elçin Səlimxan oğlu – mayor
Şükürov Mahmud Sabir oğlu – mayor
Zeynalov Rauf Çingiz oğlu – mayor
Ağayev Şamxal Elşad oğlu – kapitan
Aslanov Elmin Məhərrəm oğlu – kapitan
Babayev Xaliq Əli oğlu – kapitan
Baxşəliyev Nizami Füzuli oğlu – kapitan
Gülüyev Zaur Rusxət oğlu – kapitan
Hacımuradov Səbrulla Hacımurad oğlu – kapitan
Həsənov Vüsal Oktay oğlu – kapitan
Hüseynov Elşən Əli oğlu – kapitan
Hüseynov Ülvü Möhsün oğlu – kapitan (ölümündən sonra)
Hüseynzadə Həmidağa Bağı oğlu – kapitan (ölümündən sonra)
İbadov Tahir Allahverdi oğlu – kapitan
İbrahimov Abdal Rafiq oğlu – kapitan
Qurbanov Elman Xanlar oğlu – kapitan
Məmmədov Ceyhun İslam oğlu – kapitan
Məmmədov Əsgər Zaman oğlu – kapitan
Məmmədov Nurlan Qabil oğlu – kapitan
Rəşidli Tamerlan Elçin oğlu – kapitan
Rüstəmzadə Qalib Firdovsi oğlu – kapitan
Rzabəyli Eltürk Əli oğlu – kapitan
Şikarov Nəcəf Şikar oğlu – kapitan (ölümündən sonra)
Şirinov Kamil Əliş oğlu – kapitan (ölümündən sonra)
Tağıyev Elçin Ağaqulu oğlu – kapitan (ölümündən sonra)
Vəliyev Rəşad Elşən oğlu – kapitan
Həşimov Fərrux Mirzəmməd oğlu – kapitan-leytenant (ölümündən sonra)
Abbasbəyli Həmid Cavanşir oğlu – baş leytenant (ölümündən sonra)
Abbaslı Arif Firuz oğlu – baş leytenant (ölümündən sonra)
Abbaslı Cəlal Cəlil oğlu – baş leytenant
Abbaslı Cəsarət Ədalət oğlu – baş leytenant
Abbasov Eldar Adil oğlu – baş leytenant
Abdullayev İbrahim Habil oğlu – baş leytenant (ölümündən sonra)
Abdullayev Ramazan Səfəralı oğlu – baş leytenant
Ağayev Süleyman Əhəd oğlu – baş leytenant
Aslanov Ülvü Tahir oğlu – baş leytenant
Əhmədzadə Natiq Nadir oğlu – baş leytenant
Ələkbərov Əlisahib Selman oğlu – baş leytenant (ölümündən sonra)
Əliyev Faiq Fəyyaz oğlu – baş leytenant
Əsgərzadə Bəkir Zakir oğlu – baş leytenant
Feyzullayev Polad Taryel oğlu – baş leytenant
Həsənov Vüsal Vüqar oğlu – baş leytenant
Hüseynov Nəbi Hacıbala oğlu – baş leytenant (ölümündən sonra)
Kazımov Kamran Qurbanəli oğlu – baş leytenant (ölümündən sonra)
Quliyev Tural Adil oğlu – baş leytenant
Qüdrətli Elçin Yaşar oğlu – baş leytenant
Lətifov Lətif Nazim oğlu – baş leytenant
Mustafayev Rauf Əzizağa oğlu – baş leytenant
Nəcəfov Cəmil Nəcəf oğlu – baş leytenant (ölümündən sonra)
Rzazadə Həsən Vüqar oğlu – baş leytenant (ölümündən sonra)
Salmanov Həmzə Telman oğlu – baş leytenant
Zeynalov Elnur Elsevər oğlu – baş leytenant (ölümündən sonra)
Bayramov Emil Mürsəl oğlu – leytenant
Bədəlov Fərəc Simran oğlu – leytenant
Eyvazov Elvin Pərviz oğlu – leytenant
Əsədov Emil Balaqardaş oğlu – leytenant (ölümündən sonra)
Hüseynov Qarakişi Arif oğlu – leytenant
Qaraşov Məhəmməd İlham oğlu – leytenant
Qədirov Məhəmməd Valeh oğlu – leytenant
Mehdiyev Rəşad Faxrəddin oğlu – leytenant
Məmmədov Əhməd Qüdrət oğlu – leytenant
Mövlamov Sabir Rasim oğlu – leytenant
Rəsulov Samir Elxan oğlu – leytenant
Səmirov Baloğlan Nəriman oğlu – leytenant
Şirinov Pünhan Niyaz oğlu – leytenant
Cabbarov Yusif Yunsur oğlu – baş gizir
Cavadov Natiq Şahin oğlu – baş gizir
Fərəcov Famil Yavər oğlu – baş gizir
Yusifov Mehman Musa oğlu – baş gizir (ölümündən sonra)
Mehdizadə Mərdan Əhməd oğlu – baş miçman (ölümündən sonra)
Budaqov Rufiz Şirzad oğlu – gizir (ölümündən sonra)
Cavadlı Nemət Cavid oğlu – gizir (ölümündən sonra)
Ələsgərli Zaur Mübariz oğlu – gizir (ölümündən sonra)
Əliyev Tural Səfər oğlu – gizir
Əmənov Məhəmməd İltizam oğlu – gizir (ölümündən sonra)
Əsgərov Asəf İlqar oğlu – gizir (ölümündən sonra)
Həsənov Mustafa Elşad oğlu – gizir
Hüseynov Azər Fəxrəddin oğlu – gizir
İbrahimov Əlmuxtar Gülağa oğlu – gizir
Qarayev Əfsər Hafis oğlu – gizir
Qasımov Nuran Sabir oğlu – gizir
Quliyev Nəbi Tələt oğlu – gizir
Quliyev Şəhriyar Nəsib oğlu – gizir (ölümündən sonra)
Mirzəyev Zəka Kamal oğlu – gizir
Nağıyev Anar Sahib oğlu – gizir (ölümündən sonra)
Rəşidov Tural Fazil oğlu – gizir (ölümündən sonra)
Sadıqlı İbrahim Şahin oğlu – gizir (ölümündən sonra)
Zeynalov Xalid İltifat oğlu – gizir
Məmmədov Vüsal Qüdrət oğlu – miçman (ölümündən sonra)
Nəcəfov Fuad Taleh oğlu – miçman (ölümündən sonra)
Rəcəbov Ruslan Rəcəb oğlu – miçman (ölümündən sonra)
Səfərov Elvin Ramiz oğlu – miçman (ölümündən sonra)
Abdullayev Elcan Elçin oğlu – kiçik gizir
Cavadov Yelmar Elgiz oğlu – kiçik gizir
Dəmirov Siyahim Əlizamin oğlu – kiçik gizir (ölümündən sonra)
Əzizli Əziz Sabir oğlu – kiçik gizir
Xanzadə Elnur Yusif oğlu – kiçik gizir
Qardaşxanov İbrahim Səmid oğlu – kiçik gizir
Qasımov Mirağa Hafiz oğlu – kiçik gizir (ölümündən sonra)
Quliyev Pərviz Aydəmir oğlu – kiçik gizir
Quluzadə Orxan Elxan oğlu – kiçik gizir (ölümündən sonra)
Mənəfov Şahmar Vidadi oğlu – kiçik gizir (ölümündən sonra)
Mikayılov Nazim Namik oğlu – kiçik gizir
Musayev Ramil Aydın oğlu – kiçik gizir (ölümündən sonra)
Şıxəliyev Mehti Yalçın oğlu – kiçik gizir (ölümündən sonra)
Abdullayev Tural Şakir oğlu – baş çavuş (ölümündən sonra)
Allahyarov Vüsal Şakir oğlu – baş çavuş (ölümündən sonra)
Hüseynli Ələddin Zahid oğlu – çavuş
Cabbarov Elnur Şahmurad oğlu – əsgər (ölümündən sonra)
Məhərrəmov Əkbər Səyyaf oğlu – əsgər
Mənaflı Dursun Marif oğlu – əsgər.
Firəngiz ağayev azərbaycan elminin semasiologiyası
Tarix: 24.08.2016 10:21
Baxış sayı: 1411
Məlum olduğu kimi, Azərbaycan qədim astronomlar ölkəsi hesab olunur. Məşhur Qobustan və Gəmiqaya rəsmləri, çoxsaylı arxeoloji abidə və qazıntılar buna ən parlaq sübutdur.
Marağa rəsədxanası və onun banisi Nəsirəddin Tusinin elmi nailiyyətləri dünya astronomiyasının inkişafında əhəmiyyətli rol oynamışdır.
XX əsr elmin digər sahələri kimi, astronomiyanın da Azərbaycanda vüsət aldığı bir dövr olmuşdur. Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR), onun yüksək dağ müşahidə stansiyalarının, kosmosun tədqiqi ilə məşğul olan digər müəssisələrin yaradılması, onlarla yüksəkixtisaslı mütəxəssisin yetişməsi, sözün əsl mənasında, yüksək ənənələrə malik bir astronomiya məktəbinin formalaşması məhz bu dövrə təsadüf edir.
Azərbaycanda astrofizika rəsədxanasının yaradılması ideyası 1927-ci ildə ortaya çıxmışdır. Həmin il Leninqrad Astronomiya İnstitutunun qısamüddətli ekspedisiyası Azərbaycana gəlmiş və yerli mütəxəssis İ.A.Benaşvilinin də iştirakı ilə bir sıra zonaların iqlim və relyefi ilə tanışlıq baş tutmuşdur.
1939-1946-cı illərdə Azərbaycan Dövlət Universiteti və digər ali təhsil ocaqlarında astrofizikanın tədrisi həyata keçirilməyə başladı. Universitetdə astrofizika laboratoriyası yaradıldı və müşahidələr üçün xüsusi sahə ayrıldı. Eyni zamanda, burada xüsusi astronomiya təqvimləri buraxılırdı. Bütün bunlar respublikada rəsədxananın yaradılmasına doğru atılan ciddi addımlar idi.
Müharibədən sonrakı dövrdə rəsədxana tikintisi üçün yer seçilməsi yenidən ortaya qoyuldu və respublikanın ayrı-ayrı zonalarına ekspedisiyalar təşkil olundu. Bu işlərdə Leninqrad və Moskva astronomları da iştrak edirdi. 1963-cü ildə gələcək rəsədxananın yeri tam dəqiqləşdi. Azərbaycanın tanınmış alimləri Həsən Əliyev və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana Böyük Qafqaz dağının şimal-şərqində Bakıdan təqribən 150 km məsafədə yerləşir. Mütəxəssislərin yekdil qərarı ilə rəsədxana yaradılması üçün ən optimal yer Şamaxı rayonunun Pirqulu dağı hesab olundu. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 190-200-ə çatırdı.
Nəhayət, 1959-cu ilin noyabrında Astrofizika Sektorunun əsasında rəsədxana yaradılması barədə müvafiq qərar verildi. İlkin layihələrə görə, ŞAR-da 125 sm-lik reflektor, üfüqi Günəş teleskopu, şaquli Günəş teleskopu, Xromosfer teleskopu, Günəş tacını müşahidə etmək üçün Koronoqraf, 70 sm-lik Planet teleskopu və Radioteleskop qurulmalı idi. Bunlarla yanaşı, su xəttinin çəkilməsi, telefon və teleqraf rabitəsi, Şamaxı-Pirqulu yolunun əsaslı təmiri də nəzərdə tutulurdu.
Şamaxı Astrofizika Rəsədxanasının yaradılması barədə dövlət qərarı 1959-cu ilin sonlarında qəbul edilmişdir. Həmin il noyabrın 17-də Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı “Şamaxı Astrofizika Rəsədxanasının təşkili haqqında” qərarı imzalandı. Bu qərar əsasında Azərbaycan SSR Elmlər Akademiyasının 13 yanvar 1960-cı il tarixli 1 saylı “Azərbaycan SSR Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının təşkili haqqında” qərarı qəbul edildi. Faktiki olaraq, ŞAR-ın bir institut kimi fəaliyyəti həmin vaxtdan başlayır. Qərara əsasən, rəsədxananın yaradılmasında böyük xidmətləri olan şəxslərdən biri H.Sultanov rəsədxananın ilk direktoru vəzifəsinə təsdiq olundu.
ŞAR-da ilk teleskop 1957-ci ildə qurulmuşdur. Xromosfer-Fotosfer adlı Günəş teleskopundan 35 ildən çox Günəşin patrul müşahidələri üçün istifadə olunmuşdur.
1964-cü ilin dekabr ayında ŞAR-da yeni teleskop istifadəyə verildi. AST-452 adlı teleskop fotoqrafik müşahidələr üçün nəzərdə tutulmuşdur. Kompakt və qapalı olduğundan teleskopda alınan təsvir çox keyfiyyətli olur. Bu qurğu Kazanın optik-mexaniki zavodunda xüsusi sifarişlə hazırlanmışdır.
1970-ci ildə ŞAR-da güzgüsünün diametri 700 mm olan fotoelektrik teleskopun (AZT-8) inşası başa çatdırıldı. Teleskop səma cisimlərinin fotoelektrik, polyarimetrik və spektral müşahidələr üçün nəzərdə tutulurdu.
Rəsədxana ərazisində güzgüsünün diametrinin böyüklüyünə görə birinci yerdə dayanan 2 metrlik teleskop 1966-cı il sentyabr ayının 20-də istifadəyə verilmiş və 1967-ci ilin sonlarında müşahidəyə tam hazır vəziyyətə gətirilmişdir. Bu teleskopun inşasında dahi astronomlar iştirak etmiş və dəyərli məsləhətlərini vermişlər. Teleskop nəinki ŞAR-ın fəxri, eləcə də Azərbaycan eksperimental elminin bayraqdarı hesab olunurdu. Qurğunun inşasında Azərbaycan EA-nın o dövrkü Prezidenti, mərhum akademik Y.Məmmədəliyevin xüsusi rolu olmuşdur.
1981-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin Qərarı ilə ŞAR-a dahi Azərbaycanlı astronom Nəsirəddin Tusinin adı verilmişdir.
XX əsrin son otuz ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik bilavasitə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. ŞAR-ın fəaliyyətini daim diqqət mərkəzində saxlayan bu böyük şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi dövrlər ərzində rəsədxanada olmuş, alimlərlə görüş keçirmişdir. Qeyd etmək lazımdır ki, rəsədxanada elmi-tədqiqat işləri aparan alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 5 mərtəbəli 40 mənzildən ibarət olan bina məhz H.Əliyevin göstərişi ilə tikilmişdir.
Yarandığı gündən Azərbaycanda astronomiyanın inkişafı beynəlxalq elmi strukturların diqqətindən yayınmamış, bunun nəticəsində 1970-2007-ci illərdə yeni tapılmış asteroidlərə “ŞAR”, “Azərbaycan”, “Nizami”, “Сavid”, “Müslüm Maqomayev”, ”Tusi” adları verilmişdir. Hazırda kiçik göy cisimlərinə, eləcə də planetlərin kraterlərinə verilmiş adların 12-si Azərbaycanla bağlıdır. Qısa ömür sürmüş Azərbaycanlı müşahidəçi-astrofizik Nadir İbrahimov ŞAR-ın 2-m teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nəaliyyətlər əldə etmişdir. Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini almış və planetin xəritəsini tərtib etmişdir. ŞAR-ın tarixində eksperimental işlərlə yanaşı, ciddi nəzəri tədqiqatlar da aparılmış və mühüm elmi nəticələr əldə edilmişdir. Relyativistik astrofizika sahəsində prof. O.Hüseynovun, Günəş fizikası sahəsində prof. R.Hüseynovun aldığı nəticələr Azərbaycanın astrofizika elminə böyük töhfələr kimi qiymətləndirilir.
Sovetlər dönəmində Heydər Əliyevin Rəsədxanaya olan diqqət və qayğısı, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Ümumilikdə, Azərbaycanda elmin inkişafına böyük qayğı göstərən ölkə Prezidenti ŞAR-ın yenidən qurulması və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda sərəncam və tapşırıqlar vermişdir. Bu sərəncamlara əsasən, rəsədxananın yaşayış bölməsi tamamilə yenilənmiş, əsas bina, teleskoplar yerləşən binalar təmir olunmuş, 2 metrlik teleskopun idarəetmə sistemi tam modernləşdirilmiş və avtomatlaşdırılmış, böyük həcmdə abadlıq işləri aparılmışdır. Elmi işlər aparmaq məqsədi ilə ŞAR-da yaşayan əməkdaşlar üçün yeni mənzillər və bu elm ocağına xaricdən gələn alimlərin yaşayışını təmin etmək üçün rəsədxana ərazisində yüksək standartalara cavab verən qonaq evləri tikilib istifadəyə verilmişdir. Həmçinin bu elm ocağında müasir standartlara cavab verən yeni kommunikasiya xətləri çəkilmişdir.
Hazırda ŞAR-da elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem üzrə aparılır:
– Ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi (qeyri-stasionar proseslərin və onların təbiətinin tədqiqi);
– Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası (Günəş atmosferində fəal qurumların dinamika və fizikası, Günəş-Yer əlaqələri, planet atmosferlərinin və onların peyklərinin tədqiqi, komet, asteroid, Günəş sistemi cisimlərinin hərəkəti, onların quruluşu, fizikası və təkamülü).
Bunlardan əlavə, nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından (Günəş fəallığı, maqnit fırtınaları və s.) asılılığı, astronomiyanın tarixi və s. tədqiqatlar da aparılır. ŞAR Azərbaycanda astronomiya və kosmik elmi biliklərinin təbliğində və tədrisində mühüm rol oynayır.
Ötən əsrin 60-cı illərindən kosmik eranın başlaması ilə əlaqədar olaraq astrofizika elmində çox böyük sıçrayışla müşaiyət olunan inkişaf baş vermişdir ki, həmin proses indi də davam edir.
Bu dövr ərzində fizika üzrə alınmış 20-dən çox Nobel mükafatları astrofiziklərə verilmişdir. Yerüstü teleskoplarla optik diapozonda və süni peyklərdə digər diapazonlarda (infraqırmızı, rentgen, ultrabənövşəyi, radio və s.) aparılan kompleks tədqiqatlar gələcək yeni kəşflərə aparan yoldur. Bu gün Azərbaycanın da kosmik imkanları olduqca genişdir və Şamaxı Rəsədxanası bu imkanların reallaşdırılması üzərində inamla fəaliyyət göstərir. Əsas məqsəd isə kainatın yaranması, inkişafı və sonun nədən ibarət olacağını öyrənməkdir. Bu səbəbdən fizika və astrofizika elmi qarşısında görünməyən maddənin və qara enerjinin fiziki mahiyyətinin aydınlaşdırılması kimi çox vacib və fundamental problem qoyulmuşdur. Rəsədxana da zamanın bu çağrışına qoşulmağa və elmi-tədqiqatları məqsədli şəkildə aparmağa çalışır. ŞAR dünyanın aparıcı astronomiya mərkəzləri və təşkilatlarında çalışan elm adamları ilə mütəmadi olaraq əlaqələr yaradır. Rəsədxanada işə cəlb olunan gənc kadrlar təcrübə keçmək üçün tanınmış elm mərkəzlərinə ezam olunurlar.
Əminliklə demək olar ki, bu kimi addımlar Azərbaycanda astronomiya elminin gün keçdikcə daha da yüksələrək inkişaf etməsinə imkan yaradacaq.
Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Comments are closed, but trackbacks and pingbacks are open.