Press "Enter" to skip to content

Fitopatologiya 2012 i brahim cəfərov

7.1. KARTOF BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 231
7.2. PAMBIQ BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 246
7.3. GÜNƏBAXAN BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 260
7.4. ŞƏKƏR ÇUĞUNDURU BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 275
7.5. TÜTÜN BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 293

Đ brahđm cəFƏrov

Đ
BRAHĐM CƏFƏROV

FĐTOPATOLOGĐYA

Azərbaycan Respublikası Təhsil Nazirinin 15 dekabr
2011-ci il tarixli, 2088 nömrəli əmri ilə dərslik kimi
təsdiq edilmiş və qrif verilmişdir.

Bakı – «Elm» – 2012

Elmi redaktoru:
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
bölməsinin Bioresurslar Đnstitutunun direktoru, biologiya elmləri
doktoru, professor, AMEA-nın müxbir üzvü
Talıbov Tariyel Hüseynəli oğlu

Rəyçilər: Amerika Birləşmiş Ştatları Đllinois Universitetinin
Bitki mühafizəsi üzrə professoru
Məhəmməd Babadost

V.M.Kokova adına Kabardin-Balkar Dövlət Kənd Təsərrüfatı
Akademiyasının rektoru, Rusiya Federasiyası Aqrar Akademiyasının
akademiki, Rusiya Federasiyasının əməkdar elm xadimi,
Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi,
kənd təsərrüfatı elmləri doktoru, professor
Jerukov Boris Xajmuratoviç

K.A.Timiryazev adına MKTA- Rusiya Dövlət Aqrar
Universitetinin Bitki mühafizəsi laboratoriyasının
müdiri, biologiya elmləri doktoru, professor
Cəlilov Fevzi Seidumeroviç

Qırğızıstan Respublikası Oş Dövlət Universitetinin Elmi işlər və
beynəlxalq əlaqələr üzrə prorektoru, biologiya elmləri doktoru, professor
Jumabayeva Taasilkan Tokdomamatovna

Đ
brahim Cəfərov. Fitopatologiya. – Bakı: “Elm”, 2012, -561 s.

Dərslik fitopatologiyanın ümumi və xüsusi hissələrini əhatə edir. Onun ümumi fitopatolo-
giya hissəsində bu elmin əmələ gəlməsi mərhələləri, elmdə praktik istiqamətin inkişafı, burada
azərbaycanlı alimlərin rolu ilə yanaşı, xəstəlik haqqında təlim, patoloji proses və onun mahiyyəti,
göbələklər, bakteriyalar, viruslar və digər mikroorqanizmlər haqqında müasir məlumatlar öz əksi-
ni tapmışdır. Bundan başqa ümumi hissədə xəstəlik törədicilərin müasir təsnifatda yeri, təsnifat
mövqeyindən asılı olaraq mədəni bitkilərdə törətdikləri patomorfoloji, fizioloji, biokimyəvi pro-
seslər və dəyişkənliklər haqqında məlumatlar onu daha da zənginləşdirir.
Dərsliyin xüsusi hissəsində tədris proqramına uyğun olaraq çoxlu sayda bitkilərin göbələk,
bakteriya, virus və s. mənşəli xəstəliklərinin yayılması, zərəri, bioloji inkişaf xüsusiyyətləri, habe-
lə xəstəliklərə qarşı mübarizə tədbirləri öz əksini tapmışdır.
Dərslik Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq, Torpaqşünaslıq və aqro-
kimya ixtisasları, eləcə də universitetlərin biologiya ixtisasları üzrə təhsil alan çoxsaylı tələbə,
magistrant, dissertant, doktorant, müəllim və bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutul-
muşdur. Kitab ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən fermerlər üçün də yararlı ola bilər.

MÜNDƏRĐCAT

GĐRĐŞ. 7

Fəsil 1
Bitki xəstəlikləri haqqında ümumi məlumat
1.1. FĐTOPATOLOGĐYANIN QISA ĐNKĐŞAF TARĐXĐ. 10
1.2. ELMDƏ PRAKTĐK ĐSTĐQAMƏTĐN ĐNKĐŞAFI. 13
1.3. FĐTOFATOLOGĐYANIN ĐNKĐŞAFINDA AZƏRBAYCANLI
ALĐMLƏRĐN ROLU. 14
1.4. XƏSTƏLĐK HAQQINDA ÜMUMĐ MƏLUMAT. 18
1.5. BĐTKĐ XƏSTƏLĐKLƏRĐNĐN TĐPLƏRĐ VƏ SĐMPTOMLARI. 25
1.6. BĐTKĐ XƏSTƏLĐKLƏRĐNĐN TƏSNĐFATI. 38

F ə s i l II
Göbələklər – kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləridir
2.1. FĐTOPATOGEN GÖBƏLƏKLƏRĐN BĐOLOGĐYASI. 40
2.2. GÖBƏLƏKLƏRĐN BĐOLOJĐ XARAKTERĐZƏSĐ. 42
2.3. GÖBƏLƏKLƏRĐN QĐDALANMASI VƏ ÇOXALMASI. 46
2.4. GÖBƏLƏKLƏRĐN ĐNKĐŞAF TSĐKLĐ VƏ ONLARIN
ĐNKĐŞAFINDA XARĐCĐ MÜHĐT AMĐLLƏRĐNĐN ROLU. 53
2.5. GÖBƏLƏKLƏRĐN TƏSNĐFATI. 54

Ə
SAS TAKSONOMĐK QRUPLARIN SƏCĐYYƏSĐ
2.6. ĐBTĐDAĐLƏR ALƏMĐ – PROTOZOA. 55
2.7. XROMĐSTA ALƏMĐ – CHROMISTA. 57
2.8. HƏQĐQĐ GÖBƏLƏKLƏR ALƏMĐ – MYCOTA VƏ YA FUNGĐ. 62

Fəsil III
Bakteriyalar – bitkilərinxəstəliktörədiciləridir
3.1. BAKTERĐYALARVƏONLARINTÖRƏTDĐKLƏRĐ
XƏSTƏLĐKLƏR. 87
3.2. BAKTERĐOZLARIN ÜMUMĐ SƏCĐYYƏSĐ. 88
3.3. BĐTKĐLƏRĐN BAKTERĐYALARLA YOLUXMASI
ZAMANI ƏMƏLƏ GƏLƏN FĐZĐOLOJĐ DƏYĐŞĐKLĐKLƏR. 90
3.4. BAKTERĐYALARIN BĐOLOGĐYASI. 93

3.5. BĐTKĐLƏRĐN BAKTERĐOZLARDAN MÜHAFĐZƏSĐ. 100
3.6. AKTĐNOMĐSETLƏR VƏ ONLARIN TÖRƏTDĐKLƏRĐ
XƏSTƏLĐKLƏR. 107
3.7. FĐTOPLAZMALAR (MĐKOPLAZMALAR). 109

Fəsil IV
Viruslar – bitkilərinxəstəliktörədiciləridir
4.1. VĐRUSLARVƏONLARINTÖRƏTDĐKLƏRĐXƏSTƏLĐKLƏR. 115
4.2. VĐRUSLARIN BĐOLOJĐ SƏCĐYYƏSĐ. 114
4.3. VĐRUSLARIN YAYILMASI. 117
4.4. VĐRUS XƏSTƏLĐKLƏRĐNĐN SĐMPTOMLARI. 119
4.5. VĐRUSLARIN PATOGENLĐK MEXANĐZMĐ. 122
4.6.FĐTOPATOGEN VĐRUSLARIN NOMENKLATURA VƏ
TAKSONOMĐYASI. 124
4.7. VĐRUS XƏSTƏLĐKLƏRĐNDƏN BĐTKĐLƏRĐN MÜHAFĐZƏSĐ. 125
4.8. VĐROĐDLƏR. 128

FəsilV
Bitkixəstəliklərivə onlara qarşı mübarizə üsulları
5.1. KƏNDTƏSƏRRÜFATIBĐTKĐLƏRĐNĐNXƏSTƏLĐKLƏRĐ
Đ
LƏMÜBARĐZƏÜSULLARI. 130
5.2. AQROTEXNĐKĐ MÜBARĐZƏ ÜSULU. 131
5.3. BĐOLOJĐ MÜBARĐZƏ ÜSULU. 134
5.4. KĐMYƏVĐ MÜBARĐZƏ ÜSULU. 137
5.5. FĐZĐKĐ-MEXANĐKĐ MÜBARĐZƏ ÜSULU. 139
5.6. SELEKSĐYA – TOXUMÇULUQ ÜSULU. 139
5.7. BĐTKĐ KARANTĐNĐ. 141
5.8. ĐNTEQRĐR MÜBARIZƏ ÜSULU. 143

F ə s i l VI
Dənli və dənli-paxlalı bitkilərin xəstəlikləri
6.1. BUĞDA BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 146
6.2. ARPA BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 172
6.3. QARĞIDALI BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 185
6.4. ÇƏLTĐK BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 198
6.5. DƏNLĐ-PAXLALI BĐTKĐLƏRĐN XƏSTƏLĐKLƏRĐ. 206
6.6. YONCA BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 221

F ə s i l VII
Texniki bitkilərin xəstəlikləri

7.1. KARTOF BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 231
7.2. PAMBIQ BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 246
7.3. GÜNƏBAXAN BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 260
7.4. ŞƏKƏR ÇUĞUNDURU BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 275
7.5. TÜTÜN BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 293

F ə s i l VIII
Tərəvəz bitkilərinin xəstəlikləri
8.1. KƏLƏM BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 310
8.2. POMĐDOR BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 329
8.3. TAĞLI BĐTKĐLƏRĐN XƏSTƏLĐKLƏRĐ. 343
8.4. BADIMCAN VƏ BĐBƏR BĐTKĐLƏRĐNĐN XƏSTƏLĐKLƏRĐ. 366
8.5. SOĞAN VƏ SARIMSAQ BĐTKĐLƏRĐNĐN XƏSTƏLĐKLƏRĐ. 383
8.6. KƏRƏVĐZ FƏSĐLƏSĐ (YERKÖKÜ, KƏRƏVĐZ, CƏFƏRĐ,
ŞÜYÜD VƏ CIR HAVUC) BĐTKĐLƏRĐNĐN XƏSTƏLĐKLƏRĐ. 402

F ə s i l IX
Meyvə və giləmeyvə bitkilərinin xəstəlikləri
9.1. TUMLU MEYVƏ BĐTKĐLƏRĐNĐN XƏSTƏLĐKLƏRĐ. 414
9.2. ÇƏYĐRDƏKLĐ MEYVƏ BĐTKĐLƏRĐNĐN XƏSTƏLĐKLƏRĐ. 440
9.3. ÜZÜM BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 474
9.4. ÇĐYƏLƏK BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 493
9.5. QARAĞAT BĐTKĐSĐNiN XƏSTƏLĐKLƏRĐ. 506
9.6. MORUQ BĐTKĐSĐNĐN XƏSTƏLĐKLƏRĐ. 512
9.7. SĐTRUS BĐTKĐLƏRĐNĐN XƏSTƏLĐKLƏRĐ. 519
9.8. SUBTROPĐK BĐTKĐLƏRĐN XƏSTƏLĐKLƏRĐ. 533

Ə
DƏBĐYYATLAR. 546
Xəstəlik törədicilərin latın adlarının göstəricisi. 550

Son onillikdə həyatın müxtəlif sahələrində ölkəmizin qazandığı nailiyyətlər
təhsilimizdən də yan keçməmişdir.
2010-cu ildən tamamilə Boloniya prosesinə qoşulan Azərbaycan təhsili
Avropanın ən ali dəyərlərinə inteqrasiya etməkdədir.Kredit təhsil sistemi ali mək-
təbdə çalışan hər bir müəllimdən keyfiyyətcə dəyişilməyi tələb etməklə, müasir
təhsil texnologiyaları və informasiya sistemlərindən layiqincə istifadə edə bilməyi
qarşıya bir məqsəd kimi qoyur. Təhsilin müasir müstəviyə keçidi tələbələrin ana
dilində yazılan dərsliklərə, dərs vəsaitlərinə, metodiki tövsiyələrə tələbatının ödə-
nilməsindən keçir. Elə bu baxımdan “Fitopatologiya” fənni üzrə müasir tələbat-
lara cavab verən dərsliyin yasılması məqsədə müvafiq hesab edilməlidir.
Fitopatologiya yunan sözü olub (phyton-bitki, pathos – xəstəlik, loqos – elm
deməkdir) bitki xəstəliklərindən bəhs edir. Đnsanları ta qədim zamanlardan yük-
sək məhsul almaq yolunda çaşdıran məsələlərdən biri də digər canlı orqanizmlər
kimi bitkilərin də xəstələnməyidir. Bitki xəstəlikləri mürəkkəb patoloji proses
olub, son nəticədə canlı orqanizmin zəifləməsi, onda patomorfoloji, patofizioloji
və biokimyəvi proseslərin posulması ilə xarakterizə edilir. Bu zaman məhsuldar-
lıq aşağı düşür, istehsal edilən kənd təsərrüfatı məhsullarının keyfiyyəti pisləşir,
ə
mtəəlik qabiliyyəti zəifləyir. Bəs bitki nədən xəstələnir? Burada çoxsaylı amillər
qarşısında dünyanın hətta inkişaf etmiş ölkələrinin alimləri və tədqiqatçıları belə
çaş-baş qalırlar. Son illər dünyada baş verən iqlim dəyişkənlikləri, katakilizmlər,
ekoloji tarazlığın pozulması və bəzən nəzarətdən çıxması, daha çoxlu sayda abio-
tik və biotik stress amilləri göstərilən prosesləri daha da sürətləndirir. Dünyanın
bir tərəfində yay aylarında leysan yağışları tökür, qar yağır, çaylar məcrasından
çıxır, digər tərəfində meşə yanğınları ara vermir, havanın gündəlik orta hərarəti
40-45
0
C-dən aşağı düşmür. Afrikada aclıqdır, Asiyanın bir çox ölkələrində ərzaq
qıtlığıdır, Amerika və Avropanın yüksək elmi bəzən təbiətin şıltaqlıqları ilə baca-
ra bilmədiyindən minlərlə hektar kənd təsərrüfatı sahələri ya yanır, ya da su altın-
da qalır. Bütün bu problemlər azmış kimi minlərlə mikroorqanizmlər öz qidalan-
malarını təmin etmək üçün kənd təsərrüfatı sahələrinə daim hücumlar etməkdədir.
Göbələklər, bakteriyalar, viruslar, viroidlər, aktinomisetlər, fitoplazmalar, rikket-
silər, ali çiçəkli parazitlər və s. xəstəliklərin baş verməsində birbaşa iştirak edir-
lər. Ədəbiyyat mənbələrinin məlumatlarına əsasən baş verən xəstəliklərin 70-
80%-i məhs göbələklərin payına düşür. Lakin son illər dünyanın müxtəlif ölkələ-
rindən daxil olan məlumatlar və şəxsi müşahidələrimiz göstərir ki, bakteriya və
virus mənşəli xəstəliklərin sayı artmaq tendensiyası ilə davam edir. Hazırda elə

yabanı və ya mədəni bitki tapmaq mümkün deyildir ki, onda 3-4, bəzən daha cox
bakteriya və virus mənşəli xəstəliklərə rast gəlinməsin. Bütün bununla yanaşı son
illər abiotik stress amillərinin təsiri altında da çoxlu xəstəliklər əmələ gəlmək-
dədir. Abiotik stress amilləri fiziki və kimyəvi olmaqla 2 böyük qrupa bölünürlər.
Đş
ıq çatışmazlığı, hədsiz işıqlanma, işıqlanmanın uzunluğu, ultrabənövşəyi və
ionlaşdırıcı şüalanmalar, buz qabığı, elektromaqnit şüaları, külək, dolu və c. kimi
fiziki, rütubət, oksigen və qida müddələrinin çatışmazlığı, duzların yüksək kəsa-
fətliyi, ağır metallar, torpaq məhlulunun reaksiyası kimi kimyəvi stress amilləri
də bitkilərin xəstələnməsinə, onların daim stress vəziyyətində qalmasına səbəb
olurlar. Bu nöqteyi nəzərdən fiziki və kimyəvi abiotik stress amillərinin təsiri
altında baş verən xəstəlikləri qeyri-parazit xəstəliklər adlandırırlar.
Biotik stress amillərinin qrupuna daxil olan göbələk, bakteriya, virus və s.
mikroorqanizmlərin törətdikləri xəstəlikləri isə parazit xəstəliklər kimi dəyərlən-
dirirlər. Parazit və qeyri –parazit xəstəliklər arasında kəskin sərhəd yoxdur. Tor-
paq, hava və suda hər hansı bir amilin çatışmazlığı və ya artıqlığı bütövlükdə
bitkini zəiflədir, bu zaman ətrafda olan çoxsaylı patogen orqanizmlər ona hücum
edir və nəticədə patoloji proses başlayır.
Fotopatologiyanın öyrənilməsi zamanı qeyri-parazit və parazit xəstəliklərin
dinamikası izlənməli, xəstəliyin inkişafına və ya onun depresiya getməsinə səbəb
olan amillər aydınlaşdırılmalı, patogenin inkişafının qarşısını alan tədbirlər kom-
pleksi həyata keçirilməlidir. Əks təqdirdə epifitotiyalar və ya xəstəliklərin kütləvi
inkişafı baş verir. Dünən bu və digər ərazi üçün yad olan xəstəlik törədici yayılma
arealını genişləndirir və tədqiq olunan ərazi üçün populyar bir növə çevrilir.
Bu baxımdan fitopatologiya digər praktiki və nəzəri elm sahələri kimi bir
sıra bölmələri özündə birləşdirir:
-simptomologiya;
-etiologiya;
-patoloji morfologiya, anatomiya, fiziologiya və biokimya;
-epifitotologiya;
-bitkilərin immuniteti;
-gigiyena, profilaktika və terapiya.
Fitopatologiyanın yuxarıda göstərilən bölmələri üç blok məsələləri özündə
birləşdirir:
1.Bitkinin fərdi xəstəlikləri ilə əlaqədar suallar məcmusu- xəstəlik törədici-
ləri, bitkidə onların inkişafı, həssas və davamlı bitkilərin yoluxmaya cavab
reaksiyası;
2.Populyasiyalarda bitki xəstəlikləri, təbii fitosenozlarda və aqrosenozlarda
epifitotiyaya təsir edən amillər;
3.Diaqnostika, hesabat, proqnoz və bitkilərin mühafizəsi ilə əlaqədar da-
vamlı sortların seleksiyası da daxil olmaqla tətbiqi tədqiqatlar bloku.

Bütün bunlara rəğmən bitki xəstəliklərinin zərəri həddindən artıq böyükdür.
Bəzən bu rəqəmləri təsəvvür etmək belə çətindir. Bu gün dünyada və ölkəmizdə
ə
rzaq təhlükəsizliyi birinci yerdə durur. Azərbaycan insanının təhlükəsiz ərzaq tə-
minatında birbaşa iştirakı olan bu günün tələbəsi, sabahın isə mütəxəssisi bütün
bunları unutmamalı, həm bioloji, həm də kənd təsərrüfatı elmi olan fitopatologi-
yanın öyrənilməsində öz səylərini əsirgəməməlidir.
Xəstəlik törədicilərin arealı daim genişlənir. Dünən iqtisadi baxımdan əhə-
miyyətsiz hesab edilən növlərin zərərvermə həddi yüksəlir. Torpaq- iqlim şəraiti,
bitkinin becərilmə texnologiyası, bu və ya digər xəstəlik törədiciyə qarşı sortun
həssaslığı və ya davamlılığı xəstəliyin arealının genişlənməsində, zərərvermə
həddinin artmasında, nəhayət simptomologiya və epifitotologiyada öz sözünü
deyir. Müxtəlif xəstəlik törədicilərin əmələ gətirdikləri oxşar simptomlar, bəzən
son nəticədə patogenin düzgün diaqnoz edilməməsi nəticə etibarı ilə mübarizə
tədbirlərinin də səmərəliliyini aşağı salır. Hələ qədim zamanlardan məlumdur ki,
min dərdin min bir də dərmanı da vardır. Bu baxımdan bitki xəstəliklərinə qarşı
mübarizə üsulları da çox şaxəlidir. Bitkilərin normal böyüməsi və inkişafını sti-
mullaşdıran aqrotexniki tədbirlər kompleksi nəticəsində müxtəlif mənşəli xəstəlik
törədicilərin inkişafını azaltmaqla, ekoloji təmiz məhsul alınmasına yardımçı ol-
maq günün ən aktual məsələlərindən biridir. Lakin onunla yanaşı bioloji, fiziki-
mexaniki, kimyəvi, karantin tədbirləri elmi əsaslarla tətbiq etməklə, inteqrir mü-
barizənin ümumi sistemə daxil olması yüksək bioloji səmərəliliyi təmin edə bilir.
Hörmətli oxucu ! Bu bir dərslikdir, fitopatologiyanın müxtəlif bölmələrini
özündə təcəssüm etdirir. Kitab 3 illikzəhmət nəticəsində ərsəyə gəlmiş, sahə üzrə
ə
n son yeniliklərin verilməsinə, onun oxunaqlı və məzmunlu olmasına səylər gös-
tərilmişdir. Kitabda əksər xəstəliklərin rəngli fotoşəkilləri verilmişdir. Bu fotoşə-
killərin bir qismi müəllif tərəfindən çəkilmiş, bir qismi isə internet saytlarından
götürülmüşdür. Hər bir şəkilin müəlliflik hüququna hörmət edilərək onların ya
soyadları, ya da saytın ünvanı göstərilmişdir. Hesab edirik ki, müxtəlif xəstəlik-
lərin simptomlarını əks etdirən bu rəngli fotoşəkillər fitopatologiyanı tələbələrə
daha asan başa düşməyə kömək edəcəkdir. Müəllif olaraq bütün fotoşəkilləri in-
ternet saytlarında yerləşdirən insanlara çox sağ ol deyir, gələcək fitopatoloqların
yetişməsi üçün göstərilən bütün səylərə görə mütəxəssislərə təşəkkür edirik. Onu
da qeyd etmək istəyirəm ki, dərsliyə rəy verən hörmətli professorların təklifləri və
göstərdikləri nöqsanlar kitab nəşrə hazırlanarkən nəzərə alınmışdır.
Dərslik ilə əlaqədar bütün təklif və iradlarınızı aşağıdakı elektron ünvana
göndərə bilərsiniz:
e-mail: cafarov_i@mail.ru

Fəsil 1

Bitki xəstəlikləri haqqında ümumi məlumat

1.1. FĐTOPATOLOGĐYANINQISAĐNKĐŞAFTARĐXĐ

Fitopatologiyanıninkişafıqədimzamanlaratəsadüfedir.
Đ
nsanlarhərvəcləəkibbecərdikləriməhsulunmüxtəlifamillərnəticəsindəitkiyəgetməs
ininsəbəb-lərinibaşadüşməyəçalışırdılar. Lakinbuelədəasanməsələdeyildi. Yal-
nızXVIIəsrinortalarındaRobertHukvəMarçelloMalpiqiilkdəfəgöbələyiböyütməklə
qızılgüldəpasxəstəliyinintörədicisinimüşahidəetdilər.
Sadəcəolaraqhəminalimləronusərbəstorqanizmkimiqəbuletməyərək,
bit-
kininhəyatfəaliyyətininməhsuluhesabedirdilər.
Göbələklərintəbiətialimlər,
tədqiqatçılarüçünqaranlıqolaraqqalırdı.
FransızbotanikiM.Tullet
1775-ciildətəsdiqetdiki,
sürmə-buğdatoxum-
larınınsürmətozuiləzibillənməsininnəticəsidir,
butozisə
-«yoluxdurucuzə-
hər»inötürülməsindəfəalagentdir,
eləonuntəsirialtındadasünbülqaraküt-
ləyəçevrilir.
1807-ciildədigərfransızbotanikiBenediktPrevoeksperimentlərləsübutetdiki,
sürməxəstəliyinininkişafınınsəbəbiparazitgöbələkdir.
Tədqiqatçıalimgöbələyinbitkiyədaxilolmasıprinsiplərini,
oradainkişafınıtəsəvvüretmədənhə-
minxəstəliyəqarşımübarizəməsələlərinidüşünürdü.
BenediktPrevobuğdato-
xumlarınınmiskuporosuvəmiskarbonatladərmanlanmasıiləəlaqədarbirsıratəcrübəl
ə
rqoyaraq,
müəyyənləşdirdiki,
toxumlarındərmanlanmasısürməiləmü-
barizədəsəmərəlidir.
Beləliklə,
Prevodeməkolarki,
buğdanınbərkvəyaiylənənsürməxəstəliyiiləmübarizəprobleminihəlletdi.
UzunmüddətmüxtəlifölkəbotanikləriAvstriyaalimiFransUnqerindün-
yagörüşününtəsirialtındaidilər.
Beləki,
Unqerhesabedirdiki,
bitkişirələrininxəstəlikvəziyyəti-
xəstəliyinsəbəbidir,
göbələkorqanizmləriisə-
onlarınnəti-cəsidir.
XəstəliklərintörənməsiiləəlaqədartədqiqatlardayarananmüəyyənxəttyalnızX
IXəsrinotuzuncuillərininaxırlarına,
qırxıncıillərinəvvəllərinətəsadüfedir.
Alimləribitkinininkişafınınfərdiliyivəhüceyrəviquruluşununproblem-
ləridahaçoxcəlbetməyəbaşladı.
Bubaxımdanyeniistiqamətfiziolojibotanikaadınıaldı.

Tədricənfiziolojitədqiqatlargöbələklərhaqqındaolanelmə-mi-
kologiyayadasirayətedirvəonaistiqamətlənirdi. Budövrdəikiistiqamətelm üçün
daha bö-
yükəhəmiyyətkəsbedirdi:
1) Göbələklərininkişaftsiklininöyrənilməsi;
2) Parazitnövlərintədqiqivəbitkixəstəlikləriningedişindəonlarınrolu.
ParisAkademiyasınınüzvi,
professor,
fransalıalimbotanikLuiReneTül-
yansürmə,
pas,
unluşehvəbaşqaxəstəliklərintörədiciləriolangöbələklərinin-
kişaftsikliniöyrəndi.
TədqiqatçıalimözqardaşıŞarlTülyaniləbirlikdəpleo-
morfizmhadisəsini

yənieynigöbələyinmüxtəlifsporvermətipləriniöyrəndilər.
Pleomorfizminkəşfinəqədərsporverməninhərbirformasısərbəstgö-
bələknövükimibaxılırdı.
Eləhallardasporverməformalarınınmor-
fologiyasıkəskinşəkildəfərqləndirilirdi,
onlarımüxtəlifcinslərə,
fəsilələrə,
həttasiniflərəaidedirdilər.
Tülyanqardaşlarınınənböyükxidmətiondanibarətol-
muşdurki,
onlargöbələk-lərininkişafprosesləriniməhzsporlarıncücərmə-
sindənbaşlamışdılar.
Alimlərunluşehxəstəliklərinitörədəngöbələklərinmisa-
lındasporverməninmüxtəliffor-malarıarasındaəlaqəolduğunumüəyyənetdilər.
Onlarsübutetdilərki,
oidiumgöbələyiunluşehxəstəliyinitörədən
Blumeria
graminis inkişafmərhələlərindənbiridir.
Tülyanqardaşlarınınişlərindənsonraqəbulolunduki,
pasgöbələklərininikisərbəstqrupumövcuddur:
piknidvəetsidədaxilolmaqlaetsisporverməmərhələsi,
uredinioiləteliomər-
hələləriözündəbirləşdirənuredinosporvermə.
LakinbuikiböyükqruparasındaolanəlaqələriaçmaqTülyanlaranəsibolmadı.
ElmifitopatologiyanınintensivinkişafıXIXəsrinortalarındanbaşlanmışdır.
Mikroskopunyaranması, ÇarlzDarvinin (1809-1882) təkamülnəzəriyyəsininkəşfi,
hüceyrəhaqqındatəlimvəs.
elmiinkişafabaşlanğıcverdi.
FransızalimiLuiPaster
(1822-1895),
almanmikrobioloquRobertKoxun
(1843-1910)
işlərixüsusiəhəmiyyətkəsbedirdilər.
Onlarmikroorqanizmlərinmayelərdəöz-
özünəəmələgəlməsikonsepsiyasınırəddedərək,
xəstəliklərinbaşverməsininpa-
razitarnəzəriyyəsinəbaşlanğıcvermişoldular. Lakinelmifitopatologiyanınformalaş-
masındahəlledicirolalmanmikoloquHenrixAntondeBariyəməxsusdur.
1861-ciildəAntondeBarikartofunfitoftorozxəstəliyihaqqındaelmi
ə
sə-rini
dərcetdirdi. BuxəstəliyininkişaftarixiAvropaüçünçoxağırdır. Fitoftorozxəstəli-
yinintəsirindənkartofbitkilərininkütləvisurətdəməhvolmasıhələXIXəsrin
30-
cuillərindənməlumdur.
1843-cüildəxəstəlikQərbiAvropadafəlakət
xarakteridaşıyırdı. 1845 və 1847-ciillərdəfitoftorozBöyükBritaniya, Belçika,
Fransa, Almaniyanınqərbhissəsi, Rusiyanınşimal-qərbindəbecərilənəksər kar-
tofsahələriniyoluxdurmuşdu. Bunuinsanlarbirbədbəxtlikkimiqəbuledirdilər.

AntondeBarinintədqiqatlarıxəstəliyinsəbəbləriniaçmağaşəraityaratdı,
o,
xəstəliyininkişafprosesinisəciyyələndirdi,
xəstəliktörədicini
[Phytophthora
infestans (Mont.) de B.]aşkaretdi. Alimxəstəliyininfeksiontəbiətiniaydınlaş-
dırmaqüçünilkdəfəbitkilərinsüniyoluxdurulmasımetodundanistifadəetdi.
Onuntəcrübələrigöbələyinbiologiyasınınöyrənilməsinəyardımçıoldu.
Tədqi-
qatlarlaxəstəliktörədicininbitkiyədaxilolmaxüsusiyyətləri,
orqanizmdəyayıl-
maxarakteri,
böyüməsivəinkişafıtəsdiqləndi.
AntondeBarisahibbitkinincanlısəthindəsporlarıcücərdərək,
mitselintoxumayadaxilolmasınıizlədi. Sonrakımərhələdəonunüzərindəkonididaşı-
yanlarlakonidiləridəmüşahidəetdi.
A.deBari,
M.S.Voronin,
onlarınşagirdlərivəardı-
cıllarıfitopatologiyanınelmiəsasınıyaratdılar.
Alim-
lərindiqqətmərkəzindəyalnızgöbələklər – bitkilərinxəstəliktörədiciləridururdular.
Yenixəstəliklərhaqqındaməlumatlartezbirzamandatoplandı.
Bunlarınhamısınıntörədicilərifitopatogengöbələkləridi
(kar-tofdafitoftoroz,
üzümdəmildyu,
kələmdəkila,
dənlitaxıllardasürməvəbirçoxbaşqaları).
Buxəstəliktörədicilərihaqqındaaparılantədqiqatlargöbələklərinpa-to-
genliyihaqqındabilikləridahadamöhkəmləndirirdi.
XIXəsrin
60-
cıillərindəfitopatoloqvəmikrobioloqlarsübutetməyəçalışdılarki,
bitkilərinfito-
patogenbakteriyalarlayoluxmasınımümkünsüzhesabedir,
beləbakteriyalarınvarlığınaetirazedirdilər. Lakin zaman öz sözünü deyirdi.
Bakteriozlarhaqqındatəlimvəonunyaradılma-
sındagərginzəhmətiolanamerikalıfitopatoloqErvinSmitdir
(1854-1927).
O,
nəinkiəksərbitkilərinbakte-riozmənşəlixəstəlikləriniöyrəndi,
həmdəfitopatolojitədqiqatlardabakteriolojimetodikalarıişlədi.
Beləliklə,
bakteriologiyafitopatologiyadasərbəstistiqamətkimiformalaşdı.
1915-ciilüçünartıq
144
cinsəmənsubbitkilərdəfitopa-
togenbakteriyalartapılmışdı.
XIXəsrin
20-
ciillərindəisəbitkilərdəqeydəalınanbakteriozlarınsayı,
heyvanvəinsanlardakıbakteriozlardanartıqidi.
XIXəsrinsonlarındafitopatolojitədqiqatlardadahabirobyekt-yenipato-
genlərqrupu – viruslarüzəçıxdı. 1892-ciildəRusiyadaD.Đ.Đvanoski (1864-1920)
tütününxəstəliyinininfeksiontəbiətinieksperimentlərləsübutetdivəqeydəaldıki,
həminxəstəliyintörədicisibakterialfiltrvasitəsiləötürülməqabiliyyətinəmalikdir.
Yənixəstəbitkininşirəsibakterialfiltrdənkeçdikdəinfeksiyalılığınısaxlayır.
D.Đ.Đvanovskinintəcrübələrini
1898-ciildəhollandmikrobioloquM.Beyer-
niktəkraretdi.
O,
tütününxəstəliyinintörədicisinifiltrləşənvirusadlandırdı.Bit-
kixəstəliktörədiciləriarasındaviruslarınrolununmüəyyənləşdirilməsifitopato-
logiyadadahabiristiqamətə

virusologiyaelminətəkanverdi.Bitkilərdərastgəlinənvirusmənşəlixəstəliklərinöyrə

nil-
məsindəməşhuramerikalıbiokimyaçıvəvirusoloqĐ.Stenlininxidmətləriəvəzsizdir.
Y.Stenlivirushissəcikləriniayır-
maqüçünfermentzülallarıntəmizlənməsindəkimyəvimetodlardanistifadəet-mişdir.
Artıq kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləri arasında yuxarıda
göstərilən mikroorqanizmlərlə yanaşı, viroidlər, fitoplazmalar, aktinomisetlər,
rikketsilər və s. də ayrıca bir qanad kimi patoloji proseslərin əmələ gəlməsində və
gedişatında iştirak edirlər.

Fitopatologiya 2012 i brahim cəfərov

İbrahim Cəfərov -65 Şərəfli ömür yolu illərin zəhmətinin bəhrəsidir

17-01-2021, 17:21

Xoş o insanlara ki, doğum günlərini bir ev deyil, bir el təbrik edir, ona can sağlığı, xoş günlər arzulayır

Yaxın günlərdə yeni yaşını, doğum gününü qeyd edəcək İbrahim Cəfərov da bu xüsusda seçilmiş şəxslərdəndir. Minlərlə tələbənin, eyni zamanda onların ailələrinin qəlbinə yol açan, adı gələndə gözlərdə minnətdarlıq hissi, üzlərdə təbəssüm yaradan İbrahim Cəfərov kimdir? Onu təhsil, elm, tədqiqat sahəsində çox adam tanısa da, geniş oxucu kütləsinin müxtəlif sosial təbəqələrdən olmasını nəzərə alaraq tanınmış ictimai xadim, görkəmli fitopatoloq alim, dəyərli pedaqoq, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim İbrahim müəllim haqqında qısa tanışlıq verim:

20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olan İbrahim Cəfərov 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutun tələbəsi olub. Həyatını Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə həsr edən alim 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 1993-cü ildən 2002-ci ilədək “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinin, sonra isə “Aqronomluq və torpaqşünaslıq” fakültəsinin dekanı, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru (2009-2013) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Görkəmli alim Azərbaycanda, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyə qəbul edilib. Professor İbrahim Cəfərov fitopatologiya sahəsində işlərin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndiriməsi üçün bir çox işlər görüb. Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 150-dən çox elmi əsərdə, o cümlədən dərslikləri, dərs vəsaitləri, fitopatologiya fənninin öyrənilməsinə dair metodik tövsiyələrdə öz əksini tapıb. İbrahim Cəfərovun yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də xidmətləri olub. Onun elmi rəhbərliyi ilə 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.

İbrahim Cəfərov tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran bacarıqlı müəllimdir, peşəkar pedaqoqdur, fəaliyyətinin ən önəmli hissəsi Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlıdır. Azərbaycan elmində, ictimai fikrində öz yeri, öz sözü olan alim İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafında, ölkəmizdə və dünyada tanınmasında böyük zəhməti olub. Elə buna görədir ki, ADAU adı gələndə ilk olaraq gözümüzdə İbrahim Cəfərov portreti canlanır. Bu gün onun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin təhsilə yiyələnmələri üçün hərtərəfli şərait mövcuddur. Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə qazandığı böyük hörmətlə tanınan, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. O, yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir rəhbərdir. O, həm rektor, həm də müəllim kimi istedadlı tələbələrə hər zaman mənəvi dəstək verib, onların sevimli müəllimi olub. Məhz buna görə də professor İbrahim Cəfərov 176 min istifadəçi arasında keçirilən “2018-ci ilin ən yaxşı rektoru” adlı sosial tələbə sorğusunda səslərin 53 faizini toplayıb, ən yaxşı rektor adına layiq görülüb. Professorun peşəkar rəhbərliyi sayəsində ADAU-da keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları təmin edilib.

Rektorun əməyi dövlət və xalq tərəfindən layiqincə qiymətləndirilib. Alim “Kənd təsərrüfatı işçilərinin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Həmçinin İbrahim Cəfərov 2016-cı ildə Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb.
İbrahim müəllimin peşəkar idarəetmə fəaliyyətinin nəticəsidir ki, ADAU-nun səsi həmişə yüksək tribunalardan eşidilib, cənab Prezident İlham Əliyevin hər zaman diqqəti bu qocaman təhsil ocağında hiss olunub.

Müasir standartlara cavab verən iki korpuslu yataqxana dünyanın tələbə yataqxanaları ilə müqayisə edilə bilər. Həyata yeni müstəqil qədəmlərini atan tələbələrin ətrafdakı zərərli vərdişdən qorunmaları üçün bu yataqxanalar əvəzedilməzdir. Valideynlərlə söhbət aparan zaman onlar övladlarını İbrahim Cəfərova və şəxsən nizam-intizamına nəzarət etdiyi yataqxanalara əmanət etdikləri üçün mənəvi cəhətdən özlərini çox rahat hiss edirlər. Sosial şəbəkələrdə videolarda da izləyirik ki, İbrahim müəllimin tələbələri ilə bufetdə birgə nahar etməsi, tələbələrin şad günlərində qol qaldırıb onlarla rəqs etməsi tələbələri tərəfindən sevilməsinin, səmimi rəhbər olmasının təzahürüdür.

Çətinliyə düşən, qəfil ailəsində xoşagəlməz hadisələr olanda öz vəsaiti ilə taksi tutub evinə yola saldığı tələbələr də az olmayıb, hərçənd ki, hörmətli İbrahim müəllim etdiklərini publik nümayiş etdirməkdən xoşlanmır.

Hər zaman dövlətindən diqqət və qayğı görən İbrahim Cəfərov da adekvat olaraq dar günlərdə həmişə dövlətinin yanında olub, əlindən gələni əsirgəməyib. Rəhbərlik etdiyi təhsil ocağının şəhərə atılan raketlərdən zərərçəkmişlərə öz qucağını açması, Pandemiya və Vətən Müharibəsində Fondlara etdikləri maliyyə dəstəkləri buna əyani sübutlardır.

İbrahim müəllim barədə çox yazmaq, çox danışmaq olar. Sadaladıqlarım onun şərəfli həyat yoluna sadəcə qısa bir nəzərsalma idi.

İbrahim müəllimin yeni yaşı – 65 yaşı tamam olur. Nümunəvu ailə başçısı, nümunəvi rəhbər İbrahim müəllim hər bir yüksəkliyə öz bacarığı, zəhməti sayəsində nail olub. Tələbələri ilə keçirdiyi günlər də onun şərəfli ömür yolunun ayrılmaz hissəsi olduğu üçün İbrahim müəllimi tezliklə tələbələri ilə auditoriyalarda görmək arzusu ilə ona can sağlığı, əzizlərinin əhatəsində xoş günlər arzulayıram.

Xəlil Xəlilov
Azadmedia.az Media Qrupunun rəhbəri

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.

Fitopatologiya 2012 i brahim cəfərov

İnsan ömrü cəmiyyətə, elmə, təhsilə, xeyirxah əməllərə həsr ediləndə mənalı olur, qürur doğurur. Xalq üçün, vətən üçün yaşanan ömür isə əsl insan ömrüdür. Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim İbrahim Cəfərov da belə insanlardandır.

Tanınmış ictimai xadim, görkəmli fitopatoloq alim, dəyərli pedaqoq, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərovun həyatı, fəaliyyəti xalqına, vətəninə xidmətə həsr olunub. Dəyərli alim İbrahim Cəfərovun 65-ci doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salaq.

İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə qədim və zəngin tarixi, mədəniyyəti və çoxəsirlik dövlətçilik ənənəsi olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutun tələbəsi olub. 1985-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Bitki mühafizəsi” fakültəsini fərqlənmə diplomu ilə bitirib. İbrahim Cəfərov 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası “Fitopatologiya” kafedrasının əyani aspirantı olub, 1989-cu ildə namizədlik, 2006-cı ildə isə “Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası (növ tərkibi, törədicilərin biologiyası, zərərlilik, mühafizə tədbirləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 2010-cu ildə professor elmi adını alıb. Həyatını Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə həsr edən alim 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Fitopatologiya və bitkilərin immuniteti” kafedrasında assistent (1989), dosent (1994), professor (2011) kimi fəaliyyət göstərib, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 1993-cü ildən 2002-ci ilədək “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinin, sonra isə “Aqronomluq və torpaqşünaslıq” fakültəsinin dekanı, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru (2009-2013) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Görkəmli alim Azərbaycanda, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyə qəbul edilib. Alim 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının həmsədri, 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən dissertasiya şurasının sədri təyin edilib. Professor İbrahim Cəfərov fitopatologiya sahəsində işlərin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndiriməsi üçün bir çox işlər görüb. Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 150-dən çox elmi əsərdə, o cümlədən dərslikləri, dərs vəsaitləri, fitopatologiya fənninin öyrənilməsinə dair metodik tövsiyələrdə öz əksini tapıb. İbrahim Cəfərovun yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də xidmətləri olub. Onun elmi rəhbərliyi ilə 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.

Alim keçən əsrin 80-ci illərinin sonunda Naxçıvan Muxtar Respublikası şəraitində üzüm bitkisinin əsas xəstəliklərini tədqiq edib, mildyu və oidium kimi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirlər sistemini bioloji cəhətdən əsaslandırıb, müxtəlif üsulların kombinasiyasında inteqrir mübarizə üsulunun elementlərini işləyib. Professor tərəfindən Azərbaycanın müxtəlif bölgələrində aparılan bioloji müayinələr, bitki xəstəlik törədicilərin növ tərkibinin öyrənilməsi, zərərli patogen növlərin aşkar edilməsi biologiya və kənd təsərrüfatı elmi üçün fundamental və praktik əhəmiyyət kəsb edib.
Professor bitki mühafizəsi sahəsində, xüsusilə üzüm, çəyirdəkli meyvə bitkiləri və şəkər çuğundurunun mikobiotasını öyrənib, əsas xəstəliklərə qarşı mübarizə tədbirlərini işləyib. Həmçinin İbrahim Cəfərov tərəfindən çəyirdəkli meyvə bitkilərində ən təhlükəli xəstəliklərdən hesab edilən klasterosporioz və ya deşikli ləkəlik, sitosporoz, monilioz və ya boz meyvə çürüməsi, kokkomikoz, unlu şeh və deformasiya mənşəli bir sıra xəstəliklərin bioloji inkişaf xüsusiyyətləri tədqiq edilib və onun əsasında mübarizə tədbirləri işlənib.

İbrahim Cəfərov tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran bacarıqlı müəllimdir. Proffessorun 30 ildən çox olan pedaqoji fəaliyyətinə “Fitopatogen göbələklər kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləridir”, “Buğda bitkisinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, “Tağlı bitkilərin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, “Açıq və örtülü qruntda becərilən pomidor və bibər bitkilərinin xəstəlikləri, onlarla mübarizə”, “Üzüm və çiyələk bitkisinin xəstəlikləri, onlara qarşı mübarizənin prinsipləri”, “Bitki xəstəliklərinin müqayisəli təhlili”, “Sitrus və subtropik bitkilərin əsas xəstəlikləri, onlarla mübarizə”, “Dənli-paxlalı bitkilərin xəstəlikləri, onlarla mübarizə”, “Pambıq və günəbaxan bitkilərinin əsas xəstəlikləri, onlarla mübarizə”, “Şəkər çuğunduru və kələm bitkilərinin xəstəlikləri, onlarla mübarizə”, “Fındıq və digər qərzəkli meyvə bitkilərinin əsas xəstəlikləri, onlarla mübarizə” və s. pedaqoji ustalıqla tədris etdiyi fənlər daxildir.

İbrahim Cəfərov, ilk növbədə, tanınmış pedaqoq, elm təşkilatçısıdır və onun fəaliyyətinin ən önəmli hissəsi Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlıdır. Azərbaycan elmində, ictimai fikrində öz yeri, öz sözü olan alim İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafında, ölkəmizdə və dünyada tanınmasında böyük zəhməti olub. Bu gün onun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi, aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə, kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin və süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, patoloji anatomiya muzeyi-auditoriyası tələbələrin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə şərait yaradır.

Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə qazandığı böyük hörmətlə tanınan, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir rəhbərdir. O, həm rektor, həm də müəllim kimi istedadlı tələbələrə hər zaman mənəvi dəstək verib, onların sevimli müəllimi olub. Məhz buna görə də professor İbrahim Cəfərov 176 min istifadəçi arasında keçirilən “2018-ci ilin ən yaxşı rektoru” adlı sosial tələbə sorğusunda səslərin 53 faizini toplayıb, ən yaxşı rektor adına layiq görülüb. Dəyərli alim, sözün həqiqi mənasında, tələbələri üçün yaşayan, çalışan, daim onların yanında olan rektordur. Professorun uğurlu rəhbərliyi sayəsində Azərbaycan Dövlət Aqrar Universitetində keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları təmin edilib.

Alimin gərgin və səmərəli əməyi dövlət və xalq tərəfindən layiqincə qiymətləndirilib. Alim “Kənd təsərrüfatı işçilərinin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Həmçinin İbrahim Cəfərov 2016-cı ildə Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb.

Qərib Məmmədov
AMEA Torpaqşünaslıq və
Aqrokimya İnstitutunun
direktoru, akademik

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Comments are closed, but trackbacks and pingbacks are open.