Press "Enter" to skip to content

Kurikulum. Nəzəriyyə və tətbiq

Azərbaycanda təhsil islahatının ilk günlərindən bu məsələlərə xüsusi əhəmiyyət verilmiş, təhsildə “. bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm şərt kimi qarşıya qoyulmuşdur. «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanarkən tələbyönümlülük əsas prinsiplərdən biri kimi nəzərə alınmışdır. Bunun üçün aşağıdakı tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülmüşdür:

Fizika 10 proqram kurikulum

· təbiət hadisələrini xarakterinə görə qruplaşdırır və onların başvermə səbəblərini fiziki qanunlar əsasında izah edir;

· təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir;

· fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqında mülahizələrini təqdim edir;

· fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir;

· fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizika alimlərinin yaradıcılığı barədə təqdimatlar edir.

Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
· fiziki qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini izah edir;
· fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh edir;
· nəzəri biliklərin həyatda reallaşdırılması imkanlarını nümayiş etdirir.
1.2. Məzmun xətləri

Məzmun xətti – fənn üzrə ümumtəlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hesab edilən tərkib hissəsidir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsəvvür etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır. Fizika fənninin məzmun xətləri təhsilin bütün mərhələləri üçün təlimin məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı kimi təyin edilmişdir:

1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər .
3. Eksperimental fizika və müasir həyat.
Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar

Bu məzmun xətti şagirdlərə mexaniki, istilik, elektromaqnit, işıq, atom və nüvə hadisələrini dərk etməyə, onları xarakterizə edən kəmiyyətlər arasındakı əlaqələrə dair məsələlər üzərində müstəqil işləmək fəaliyyətini və yaradcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan verir. Şagirdlərə müxtəlif mexaniki, atom və molekulların xaotik istilik hərəkəti, yüklü zərrəciklərin atom və nüvə daxili

zərəciklərin hərəkətlərinin qanun və qanunauyğunluqlarını mənimsəməyə şərait yaradır.

Tam orta təhsil səviyyəsində fundamental saxlanma qanunlarının köməyi ilə hadisənin, prosesin necə baş verməsini qabaqcadan anlamaq və tənzimlənməsində praktikada istifadəsinin əhəmiyyətini dərk etməyə imkan yaradır. Təbiətdə baş verən hadisələrin mahiyyətini şərh etməyə, onlardan həyati məqsədlər üçün istifadə etməyə, şagirdlərin tədqiqatçılıq meylinin inkişafına zəmin yaradır.

Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.

Bu məzmun xətti materiyanın maddə və sahə formaları, onların vəhdəti və qarşılıqlı çevrilməsi, maddənin quruluşu, aqreqat halları, qravitasiya, elektromaqnit sahələri, fundamental qarşılıqlı təsirlərin (qravitasiya, elektromaqnit, güclü və zəif) maddələr arasında fiziki sahə vasitəsi ilə ötürülməsi əsaslandırılır, müxtəlif pillələrdə əlaqəli sistemlərin yaranmasında qarşılıqlı təsirin rolu göstərilir, təbiətin vəhdəti, kainatın yaranması, əlaqəli sistemlərin ierarxiyası (pilləliyi) haqqında təsəvvürlər, həmçinin zaman və məkan anlayışları əsasında fəza təsəvvürləri formalaşdırılır. Bu təsəvvürlərin formalaşdırılması şagirdlərdə maddi aləmi dərk etmək, dünyanın vahid fiziki mənzərəsini təsvir etmək, məişət və istehsalatda istifadə üçün tələb olunan xassəli materialları seçmək və gündəlik həyatda onlardan istifadə etmək bacarıqlarının yaranmasına imkan verir.

Eksperimental fizika və müasir həyat

Eksperimental fizika və müasir həyat məzmun xətti şagirdlərdə elmi-texniki tərəqqidə, cəmiyyətin sosial-iqtisadi inkişafında, digər təbiət fənlərinin öyrənilməsində fizikanın rolu haqqında təsəvvürlərin yaradılmasına, fiziki hadisə və prosesləri müşahidə etmək, onların elmi-nəzəri əsaslarını dərk etmək, alınan biliyi sistemləşdirmək və praktikaya tətbiq etmək bacarıq və vərdişləri formalaşdırmaqla texniki yaradıcılıq qabiliyyətinin və tədqiqatçılıq meylinin inkişafına zəmin yaradır.

Məzmun xəttinin köməyi ilə fiziki hadisələr müşahidə edilir, müxtəlif təcrübələr aparılır, müəyyən fiziki kəmiyyətlər təhlükəsizlik qaydalarına uyğyn olaraq ölçülür, nəticələri cədvəl və qrafiklərdə təsvir edilir, kəmiyyətlər arasındakı qanunauyğunluqlar müəyyənləşdirilir, məişət və istehalatda istifadə olunan cihaz və avadanlıqların iş prinsipi öyrənilir, onlarda təhlükəsiz işləmək bacarıqları formalaşır.

Kurikulum. Nəzəriyyə və tətbiq

Tədqiqat sualları :
Biz gələcəyə yeni nəsli hazırlamaq üçün birinci
növbədə onlarda hansı bilik, bacarıq, vərdiş və
dəyərləri formalaşdırmalıyıq? Onların hansıları daha
vacibdir?
Bu məqsədlərə çatmaq üçün təlimdə hansı
dəyişmələr baş verməlidir?

6. Kompetensiyalar

Hər hansı bir fəaliyyəti səmərəli həyata
keçirmək üçün vacib olan
Biliklər
Bacarıqlar
Dəyərlər
Keyfiyyətlər
KOMPETENSIYALA
R
Vərdişlər

7.

TƏLİM YANAŞMALARI
ƏNƏNƏVI YANAŞMA
MÜASİR YANAŞMA
1. Proqramın tələblərinə yönəlib
1. Şagirdin tələblərinə yönəlib
2. Müəllimə yönəlib
2.Şagirdə yönəlib
3. Fənnin məqsədlərinə yönəlib
3. Təlim nəticələrinə yönəlib
4. Biliklərə yönəlib
4. Kompetensiyalara yönəlib

8.

Kompetensiya nə deməkdir?
1.Hər hansı bir fəaliyyəti həyata keçirmək üçün vacib olan və praktikada
səmərəli tətbiq edilən biliklər + bacarıqlar + vərdişlər + dəyərlər +
keyfiyyətlər =kompetensiyalar adlanır.
2.”Açar” kompetensiyalar öz imkanlarının həyata keçirilməsi və
inkişafını, fəal vətəndaşlığını, sosial fəallığını, əmək məşğulliyətini
təmin edən hər bir insana vacib olan kompetensiyalardır.
3. Kompetensiya yanaşmasının məqsədləri:
“Açar” kompetensiyaları elə səviyyədə inkişaf etməlidir ki, cavan nəslin
müstəqil həyata hazır olmasını təmin etsin, gələcək təlim və əmək
fəaliyyəti üçün bazanı yaratsın . Bu baza onlara müstəqil həyatda
ömürboyu inkişaf etməyi və öz kompetensiyalarını təkmilləşdirməyi təmin
edir.

9. Əsas kompetensiyalar (Avropa Şurası, 2006)

Əsas kompetensiyalar
Metakompetensiyalar
Ana dilində ünsiyyət kompetensiyası
Xarici dillərdə ünsiyyət kompetensiyası
Riyazi savad, elm və texnologiyada əsas
kompetensiyalar
Kompüter savadı kompetensiyası
Müstəqil öyrənmə kompetensiyaları
Sosial və vətəndaşlıq kompetensiyaları
Yenilik və sahibkarlıq kompetensiyası
Məlumatlılıq və mədəni sahədə özünü ifadə
etmək kompetensiyası
tənqidi təfəkkür,
yaradıcı yanaşma,
təşəbbüskarlıq,
problemlərin həlli,
riskin qiymətləndirilməsi,
qərarların qəbul edilməsi
hislərin konstruktiv idarə edilməsi

10.

Tədqiqat sualları :

11.

Kurikulum islahatını
zəruri edən səbəblər
Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
Dünya təhsil sisteminə inteqrasiya
İnformasiya əsrinin tələbləri
Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və
yanaşmaların formalaşması
Mövcud ümumi təhsil proqramlarının müasir
tələblərə cavab verməməsi

12.

“Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”

13.

DƏRS 2
Kurikulumun tarixi

Azərbaycanda kurikulum islahatı
(1 saat)

14.

Kurikulumun tarixi
“Kurikulum” (curriculum) latın sözü olub,
lügəvi mənası “kurs”, “elm”, “yol”, “qaçış”
deməkdir.
Bu söz ingiliscə-rusca lügətlərdə “təlim kursu”,
“tədris planı”, “proqram” kimi izah olunur.
Curriculum sözünə ilk dəfə Leyden (1582-ci il)
və Qlazqo (1633-cü il) şəhərlərinin universitetlərinin sənədlərində rast gəlir.

15.

1876-cı ildən etibarən ondan bir termin kimi
istifadə olunmağa başlanmışdır.
İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da
meydana gəlmışdir.
1970-ci illərindən sonra kurikulum nəzəriyyəsi
formalaşmışdır.
Azərbaycanda bu termindən keçən əsrin 90-cı
illərinin axırlarından başlayaraq istifadə olunur.

16.

Azərbaycanda kurikulum
Kurikulum islahatları Azərbaycan hökuməti ilə
Dünya
Bankının
Beynəlxalq
İnkişaf
Assosiasiyası arasında bağlanmış ilk Kredit
Sazişi əsasında başlayıb.
15 iyun 1999-cu il tarixdə “Azərbaycan
Respublikasının
təhsil
sahəsində
İslahat
Proqramı” təsdiq olunmuşdur.

17.

Təhsil islahatlarının mərhələləri
Mərhələ
Dövr
Məzmunu
I mərhələ
1999-2003
öyrədici-innovativ
II mərhələ
2004-2007
hazırlıq
III mərhələ
2008-2013
tətbiqetmə

18.

Təhsil islahatları ilə bağlı dövlət sənədləri
İl
Sənədin adı
Təsdiqi
2006
Azərbaycan Respublikasının ümumi təhsilin konsepsiyası ARNKQ. 3 iyun
(Milli Kurrikulumu)
2010. № 103
2009
Azərbaycan Respublikasının ümumi təhsil sistemində
Qiymətləndirmə Konsepsiyası.
ARNKQ. 13
yanvar 2009. № 9
2009
Təhsil haqqında Azərbaycan Respublikasının qanunu.
ARP. 19 iyun 2009.
2010
“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları
(kurikulumları)”nın təsdiq edilməsi haqqında
ARNKQ. 3 iyun
2010. № 103
2011
Ümumi təhsil məktəblərində və ilk-peşə ixtisas təhsili
müəssisələrində təhsilalanların qiymətləndirilməsi və
yekun dövlət attestasiyasının aparılması qaydaları
ARTNQ. 3 may
2011. № 736

19.

Kurikulumlar necə hazırlanır?
Təhsil kurikulumlarının hazırlanması ağır bir
prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən olan
insanlar (mütəxəssislər, müəllimlər, valideynlər,
şagirdlər və b.) cəlb edilirlər.
Dünyada kurikulumların yaradılması işi ilə xüsusi
qurumlar məşğul olur. Həmin qurumlar öz ətrafına fəal
qüvvələri toplayaraq cəmiyyətin tələbatlarına uyğun
məzmun və texnologiyalar sistemi hazırlayırlar.

20.

Kurikulum hərəkatı
2005-ci ildə Təhsil Problemləri İnstitutunun strukturunda
Kurikulum Mərkəzi yaradılmış, həmin vaxtdan
respublikada kurikulum hərəkatı başlanmışdır. Yüzlərlə
müəllim, təhsil işçisi bu hərəkata qoşularaq
kurikulumların hazırlanması istiqamətində müzakirələrin
iştirakçısına çevrilmiş və 400-ə qədər üzvü olan 23 işçi
qrupunun ətrafında birləşərək kurikulumların hazırlanması
prosesinə qoşulmuşdur.
Hollandiyanın “CİTO QROEP” təşkilatı kurikulumların
hazırlanmasında məsləhətçilik xidmətləri göstərmişlər.

21.

Beynəlxalq təcrübə
Kurikulumlar hazırlanarkən, ilk növbədə, dünyanın
ABŞ, Rusiya, Hollandiya, Avstraliya, İngiltərə,
Finlandiya, İsveç, Türkiyə, Kanada, Moldova, Qazaxıstan
və başqa ölkələrin bu sahədə təcrübələri diqqətlə
öyrənilmiş, təhlillər aparılmışdır. İşçi qruplarında
müzakirələr keçirilmişdir.
Eyni zamanda kurikulumlar ABŞ, Avstraliya,
Hollandiya kimi xarici ölkələrdəki bu işlə məşğul olan
qurumlara, mütəxəssislərə rəyə göndərilmiş, onlar
tərəfindən müsbət qiymətləndirilmişdir.

22.

DƏRS 3
Kurikulumun xüsusiyyətləri
(1 saat)

23.

Tədqiqat sualları :
1.Kurikulumu və ənənəvi təlim proqramlarını
fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
2.Bu yanaşmaların həyata keçirilməsi üçün
müəllimin qarşısına hansı vəzifələr qoyulur?

24.

Ənənəvi proqram
Kurikulum

25.

26.

Şagird mərkəzli təlim
Kurikulumun
“şəxsiyyətyönümlülük”,
“şagirdyönümlülük”
və “nəticəyönümlülük”
yanaşmaları təlimin mərkəzində şagirdin
olmasını göstərir. Bu yanaşmalar xüsusən
təlim məqsədlərinin yazılışında da əks
olunur.

27. Kurikulum və təlim-tərbiyə

Kurikulum xüsusiyyətlərinin təlim-tərbiyə
prosesində böyük faydası var:
təlim-tərbiyə prosesini daha səmərəli edir,
təcrübə yönümlü bacarıqlar formalaşdırmağa imkan yaranır.
Bununla əlaqədar müəllimin qarşısında
yeni tələblər qoyulur.

28.

Kurikulum və ənənəvi tədris proqramı

Ənənəvi tədris proqramı
Kurikulum
1
Bilikyönümlüdür
Şəxsiyyətyönümlülük
2
Müəllimyönümlüdür
Şagirdyönümlülük
3
Fənyönümlüdür
Nəticəyönümlülük
4
Təklifyönümlüdür
Tələbyönümlülük
5
Fəndaxili və fənlərarası əlaqə
məqsədyönlü və sistemli xarakter daşımır
İnteqrativlik əsas prinsip kimi qəbul
olunub
6
Bəzi fənlər üzrə qiymət normaları
müəyyən edilib.
Qiymətləndirmə standartları və
mexanizmləri müəyyən edilib.

Kurikulum nədir?

«Kurikulum» latın sözü olub, mənası «kurs», «yol» deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.

Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar «təhsil planı» kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: «Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir» (Ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, «Təhsil», 2005). Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi”(“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı, ”Hüqüq ədəbiyyatı”,2009). Göründüyü kimi, kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur. Hazırda müstəqil Azərbaycan Respublikasının təhsil sistemi digər prinsiplərlə yanaşı, həm də demokratik və humanist prinsiplər üzərində qurulur. Onun nəticəsidir ki, Azərbaycanda tələbyönümlü kurikulumların yaradılması istiqamətində iş aparılır. Artıq ölkəmizin tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-çı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir. Azərbaycanda hazırlanmış kurikulumlar təhsilin məqsəd və məzmununu, təlim strategiyalarını, qiymətləndirmə mexanizmlərini əhatə edir. Maraqlı tərəflərdən biri olan valideynlərin də tələbatlarına, arzu və istəklərinə uyğun qurulur
Milli Kurikulumun hazırlanmasında nəzərə alınmış tələbyönümlülük prinsipinin mahiyyətini necə başa düşmək olar?

Dünyanın təhsil quruculuğu təcrübəsində iki mühüm prinsipin olduğu məlumdur. Bunlardan birincisi təklifyönümlülükdür. Bu prinsipə əsasən, təhsil sahəsində görülən işlər yuxarıdan verilən tapşırıq və göstərişlər əsasında qurulur. Bu zaman təhsildə maraqlı olan, daha çox ictimaiyyəti təmsil edən tərəflərin ehtiyacları arxa planda qalır. Belə yanaşma qeyri-demokratik xarakter daşıdığından təhsildə şagird marağının aşağı düşməsi, valideyn-məktəb münasibətlərinin formal qurulması ilə nəticələnir.

İkincisi isə tələbyönümlülükdür. Bu prinsip təhsildəki bütün fəaliyyətlərin tələbatlar əsasında qurulmasını zəruri şərt kimi qarşıya qoyur. Bu zaman cəmiyyətin, o cümlədən marağı olan insanların ehtiyac və tələbatlarının öyrənilməsi ön plana çəkilir. Təhsilin məzmun və strateji cəhətdən qurulmasında ona istinad edilir.

Azərbaycanda təhsil islahatının ilk günlərindən bu məsələlərə xüsusi əhəmiyyət verilmiş, təhsildə “. bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm şərt kimi qarşıya qoyulmuşdur. «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanarkən tələbyönümlülük əsas prinsiplərdən biri kimi nəzərə alınmışdır. Bunun üçün aşağıdakı tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülmüşdür:

•ilkin olaraq, təhsilin bütün sahələrinin, o cümlədən ümumi təhsilin vəziyyəti öyrənilmiş, onun hazırkı durumu müəyyənləşdirilmişdir;

•qloballaşma şəraitində Azərbaycan cəmiyyətinin inkişaf istiqamətləri öyrənilərək ümumiləşdirilmiş, yeni kurikulumlardakı standartların hazırlanmasında onlar nəzərə alınmışdır

•cəmiyyəti, xüsusən təhsildə maraqlı olan tərəfləri təmsil edən işçi qrupları yaradılmış, yeni kurikulumların hazırlanmasında onların qüvvəsindən istifadə olunmuşdur;

•kurikulumların hazırlanmış layihə variantlarının daha geniş miqyasda müzakirə olunmasına diqqət yetirilmişdir.Milli Kurikulumda tələbyönümlülük müəyyənləşdirilərkən Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında təsbit olunmuş demokratikləşdirmə və humanistləşdirmə prinsiplərinə istinad edilmişdir.

Mənbə:Kurikulum.az
KuriKulum Dərslikləri:

Comments are closed, but trackbacks and pingbacks are open.