Fizika fakültəsi
Vidadi Orucovun hazırladığı, yuxarıda adıçəkilən vəsaitin müsbət cəhətlərindən biri fizikanın tədrisi metodikası üzrə respublikada aparılan tədqiqatların qrafik şəkildə ardıcıllıqla göstərilməsidir. Fikrimizcə, adıçəkilən qrafik cədvəl təkcə fizikanı tədris edən müəllimlər üçün deyil, eyni zamanda gənc tədqiqatçılar üçün də çox faydalı mənbədir. Bu cədvəldə müdafiə olunmuş 4 doktorluq, 72 namizədlik dissertasiyasının adları ardıcıllıqla göstərilir ki, bu da istər müəllim, istərsə də tədqiqatçı üçün tutarlı mənbədir.
Fizikanın tədrisi metodikası
28 məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifi olub. Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
Daha bir marşrut xətti “BakuBus”a verildi
Bakıda marşrut xəttində nöqsanlar aşkarlanıb. Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən xəbərə görə, “Monella” MMC-nin müvəqqəti .
Ramazan ayının təqvimi AÇIQLANDI – FOTO
Ramazan ayının təqvimi açıqlanıb. Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron.
Azərbaycanda hər kəsin mülkiyyət hüququ var
Hüquqi dövlət quruculuğunun əsas təzahürlərindən biri insanların mülkiyyət hüququnun tanınması və onun təmin edilməsidir. Mülkiyyət hüququ insan azadlığının, in.
Ailələrin aylıq ticarət xərci 1600 manatı ötüb
Azərbaycanda orta statistik ailənin (4 nəfərdən ibarət) aylıq ticarət xərcləri 1600 manatı ötüb. Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki.
Sabah bəzi yerlərdə yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeoro.
XII Çağırış Kubokunun seçim turları yekunlaşıb – FOTOLAR
Azərbaycan Gənclər Fondunun dəstəyi və «Xəzər İntellektual Gənclər Klubu»-nun təşkilaçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə XII Ça.
Fizika fakültəsi
2016/2017-cü tədris ilində keçiriləcək Yekun Dövlət İmtahanının sualları
Asan
1. Maddi nöqtənin kinematikası. Yerdəyişmə, sürət və təcil. Əyrixətli hərəkətdə təcil.
2. Fırlanma hərəkətinin kinematikası.Müstəvi-paralel hərəkət. Ani fırlanma oxu.
3. Nyutonun I qanunu. Qalileyin nisbilik prinsipi. Qaliley çevirmələri.
4. Nyutonun II və III qanunları.
5. Kütlə mərkəzi. Kütlə mərkəzinin hərəkəti.
6. Hərəkət miqdarının saxlanma qanunu.
7. Dəyişən kütləli cismin hərəkəti. Meşerski tənliyi.
8. Potensial və kinetik enerji. Enerjinin saxlanma qanunu.
- Kürələrin toqquşması.
- Qüvvə momenti və ətalət momenti. Fırlanma hərəkətinin əsas tənliyi.
- Diskin, bütöv silindirin, kürənin və çubuğun ətalət momentlərinin hesablanması.
- İxtiyari oxa nəzərən ətalət momenti.(Hüygens-Şteyner teoreminin tətbiqi).
- Tərpənməz ox ətrafında fırlanan bərk cismin kinetik enerjisi.
- Hərəkət miqdarı momenti və onun saxlanma qanunu.
- İş və güc. Agırlıq qüvvəsinin gördüyü iş.
- Ümumdünya cazibə qanunu. Kepler qanunları.
- Cazibə sahəsində görülən iş. Kosmik sürətlər.
- Düzxətli hərəkət edən qeyri-inersial hesablama sistemi. Ətalət qüvvəsi.
- Elastik qüvvə. Qüvvə və deformasiya arasında əlaqə. Huk qanunu.
- Real mayenin laminar axını. Puazeyl düsturu.
- Harmonik rəqs. Riyazi və fiziki rəqqas. Gətirilmiş uzunluq.
- Bir düz xətt üzrə baş verən rəqslərin toplanması.
- Sönən rəqslər. Sönmənin loqarifmik dekrementi.
- Məcburi rəqslər.
Fakültə dekanı prof. Ramazanov M.Ə.
Metodiki Şuranın sədri prof. Abdinov Ə.Ş.
Kafedra müdiri prof. Qasımova R.C.
Fizika fakültəsi
Fizika müəllimliyi ixtisası üzrə “Molekulyar fizika” fənnindən
- Molekulyar kinetik nəzəriyyənin əsas tənliyi.
- .İdeal qazın hal tənliyi. İdeal qaz qanunları.
- 3Barometrik düstur. Bolsman paylanması.
- Perren təcrübəsi.
- Molekulların sürətinin təcrübi təyini. Ştern təcrübəsi.
- Molekulların sürətlərin qiymətlərinə görə paylanması. Maksvel paylanması.
- Termodinamikada iş, istilik miqdarı və daxili enerji
- Termodinamikanın I qanunu.
- İstilik tutumu. Sabit təzyiq və sabit həcmdə istilik tutumu
- .İdeal qazın daxili enerjisi. İdeal qazın istilik tutumu.
- .Enerjinin sərbəstlik dərəcələrinə görə bərabər paylanma qanunu
- .Adiabatik proses. Adiabat tənliyi
- İdeal qazın müxtəlif proseslərdə gördüyü iş
- Karno tsikili və onun faydalı iş əmsalı (FİƏ)
- .Entropiya. Dönən və dönməyən proseslərdə entropiyanın dəyişməsi
- Real qazın hal tənliyi. Van-der-Vaals tənliyi
- Van-der-Vaals izotermləri. Böhran hal
- Real qazın daxili enerjisi
- Mayelərdə səthi gərilmə
- Mayelərdə kapilyarlıq hadisəsi
- Köçürmə hadisələri.
- .Qazlarda istilikkeçirmə. Qərarlaşmış istilikkeçirmə.
- Qazlarda diffuziya. Stasionar diffuziya.
- Qazlarda daxili sürtünmə. Özlülük.
Metodiki Şuranın sədri prof. Abdinov Ə.Ş.
Kafedra müdiri prof. Qasımova R.C.
Fizika fakültəsi
Fizika müəllimliyi ixtisası üzrə “OPTİKA” fənnindən
2016/2017-cü tədris ilində keçiriləcək Yekun Dövlət İmtahanının sualları
Asan
1.Fotometrik kəmiyyətlər və onların ölçü vahidləri.
2.İşığın elektromaqnit təbiəti. Elektromaqnit dalğalarının enerjisi. Poyntinq vektoru.
3.Elektromaqnit dalğalarının yayılması. Faza və qrup sürəti.
4. Işiğin udulması. Buger və Beer düsturu.
5.Tam daxili qayıtma və onun tətbiqləri.
6.Koherentlik. İşıq dalğalarının interferensiyası.
7.İnterfernsiya zolaqlarının eni və onun hesablanması.
8. Nyuton həlqələri.
- Ferma prinsipi, ondan sınma və qayıtma qanunlarının alınması.
- İşığın difraksiyası. Hüygens-Frenel prinsipi. Yekun amplitudun hesablanması.
- Paralel şüaların difraksiyası. Bir yarıqdan Fraunhofer difraksiyası.
- İşığın iki və çox yarıqdan difraksiyası. Difraksiya qəfəsi.
- İşığın sferik səthdən sınması.
- Linzalar. Nazik linza düsturu.
- Qoşasüasınma. Adi və qeyri-adi şüalar.
- Xətti polyarlaşmış işıq. Malyus qanunu.
- Elliptik və dairəvi polyarlaşmış işıq.
- İşığın dispersiyası. İşığın dispersiyasının elektron nəzəriyyəsi.
- Dalğa cəbhəsinin bölmə yolu ilə koherent dəstələr alma üsullаrı.
- İkişüalı interferometrlər.
- Cisimlərin şüalanma və udma qabiliyyətləri. Kirxhof qanunu.
- İstilik şüalanması qanunları.
- Fotoelektrik hadisəsi. Fotoeffekt qanunları.
- Optik kvant generatorları (lazerlər) və onların iş prinsipi.
Metodiki Şuranın sədri prof. Abdinov Ə.Ş.
Kafedra müdiri prof. Qasımova R.C.
Fizika fakültəsi
“Fizika müəllimliyi-050104” ixtisası üzrə “Elektromaqnetizm” fənnindən
2016/2017-ci tədris ilində keçiriləcək Yekun Dövlət İmtahanının sualları
- Електрик йцкü, Kulon qanunu, eлектрик сащясинин интенсивлийи (суперпозисийа принсипи, сащянин гцввя хятляри).
- Електрик сащясинин потенсиалы və potensiallar fərqi.
- Електрик тутуму, конденсаторларын ardıcıl və paralel birləşdirilməsi.
- Sabit cərəyan qanunları.
- Müxtəlif mühitlərdə elektrik cərəyanı.
- Maqnit sahəsi.Amper və Lorens qüvvələri.
- Гаусс теореми. Puasson tənliyi
- Електромагнит индуксийа щадисяси. Ленс гайдасы.
Orta
1. Kirxhof qaydaları.
2. Вакуумда електрик ъяряйаны
3. Газларын електрик кечириъилийи. Газларда гейри-мцстягил вя мцстягил бошалма
4. Юз – юзцня индуксийа. Индуктивлик. Магнит сащясинин енержиси.
5. М агнит сащясинин индуксийасы. Суперпозисийа pринсипи. Био-Савар-Лаплас
гануну вя онун тятбиги.
6. Ампер гануну. Лоренс гцввяси. Щярякятдя олан йцкцн сащяси.
7. Магнит сели. Магнит сащясиндя механики иш .
8. Рягс контуру. Сярбяст рягсляр.
Çətin
1. Диелектрикляр електростатик сащядя. Диелектриклярин полйарлашмасы
2. Дяйишян ъяряйан дюврясиндя мцгавимят, тутум вя индуктивлик. Дяйишян
ъяряйан цчцн Ом гануну.
3. Ъяряйанлы контурлар магнит сащясиндя. Магнит моменти.
4. Магнетикляр вя онларын нювляри. Диа-,пара- вя ферромагнетиzm.
5. Бурульанлы електрик сащяси. Dяйишмя ъяряйаны.
6. Максвелл тянликляринин интеграл вя дифференсиал formaları
7. Електромагнит дальалары вя онларын ясас хассяляри. Далğа тянлийи.
- Fotoeffekt.
- Hidrogen atomunun spektrlərindəki qanunauyğunluqlar və Ritsin kombinasiya prinsipi.
- Dairəvi orbitlərin kvantlanması.
- Hidrogenəbənzər atomlar üçün Bor nəzəriyyəsi.
- Nüvənin rabitə enerjisi. Veyszekker düsturu.
- Nuklon və nüvələrin izospini.
- Radioaktivlik. Radioaktiv parçalanmanın qanunauyğunluqları.
- Fundamental qarşılıqlı təsirlər.
- Atomun maqnit momenti. Larmor teoremi.
- Lui de-Broyl hipotezi. De-Broyl dalğasının faza və qrup sürəti.
- Momentlərin toplanması. (LS)-(jj) əlaqələri.
- Kvant ədədləri və onların fiziki mənası.
- Heyzenberqin qeyri-müəyyəınlik prinsipi.
- Nüvənin elektrik kvadrupol momenti
- Elementar zərrəciklər və onların təsnifatı.
- Atom xarici maqnit sahəsində, Normal Zeyeman effekti (klassik).
- Şredinger tənliyi və hal funksiyasının üzərinə qoyulan şərtlər.
- Elektronun spini və maqnit momenti.
- Mendeleyevin dövrü sistemi. Pauli prinsipi.
- Atomun əsas termi. Hund qaydası.
- α-parçalanma.
- β-çevrilmə.
- Nüvə reaksiyaları və saxlanma qanunları.
- Nüvə qüvvələri və mübadilə nüvə qüvvələri.
Fakültə dekanı prof. M.Ə.RAMAZANOV
Metodiki Şuranın sədri prof. Ə.Ş.ABDİNOV
Kafedra müdiri prof. E.Ə.MƏSİMOV
Fizika fakültəsi
“Fizika müəllimliyi – 050104” ixtisası üzrə “Fizikanın Tədrisi Metodikası” fənnindən 2016/2017-ci tədris ilində keçiriləcək
- Təlim metodlarının təsnifatı
- Fizikanın tədrisində şifahi şərh metodu
- Fizikanın tədrisində illüstrativ metodlar
- Fizika məşğələlərində məsələ həlli şagirdlərin təlim və tərbiyə vasitələri kimi
- Mexanikanın əsas qanunları və onlardan çıxan nəticələr.
- MKN-in əsaslarının öyrənilməsi metodikası
- Elektrostatikanın əsas anlayışlarının formalaşdırılması metodikası
- İşığın dalğa xassələrinin öyrənilməsi metodikası
- Tədris metodları və elmi idrak metodlarının qarşılıqlı əlaqəsi
- Fizikanın tədrisində dərs materiallarının problemli izah metodu
- Nyuton qanunlarının verilməsi ardıcıllığı və onların tədrisi metodikası
- Qaz qanunlarının öyrənilməsi metodikası
- Fizika məsələlərinin təsnifatı
- Kəmiyyət məsələlərinin həlli metodikası
- Həndəsi optika qanunlarının öyrənilməsi metodikası
- Atomun quruluşunun öyrənilməsi metodikası
- Fizikanın tədrisində eksperimentin növləri və təşkili metodikası
- FTM-in tədqiqat metodları
- Keyfiyyət məsələlərinin həlli metodikası
- Elektrodinamika bölməsinin əsas anlayışlarının formalaşdırılması metodikası
- Məsələ həlli dərslərinin növləri. Dərslərdə məsələ həlli.Sinifdən kənar məşğələlərdə məsələ həlli
- Məktəb fizika kursunda fiziki nəzəriyyələr və məktəb fizika kursunun quruluşu
- Atomun nüvəsinin öyrənilməsi metodikası
- Dərs – tədris məşğələlərinin əsas növü kimi. Dərsdənkənar məşğələlərin təşkili
Fakültə dekanı: prof. M.Ə.Ramazanov
Tədris Metodiki Şuranın sədri: prof. Ə.Ş. Abdinov
Ümumi fizika və FTM kafedrasının müdiri: prof. M.M. Pənahov
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Fizikanın tədrisi metodikası
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI
Azərbaycan məktəblərində fizikanın tədrisi tarixinə dair maraqlı və faydalı tədqiqat əsəri
Elmi-tədqiqat institutlarında əsas iş istiqamətlərindən biri gənc tədqiqatçılara elmi məsləhət verməkdir. Həmin müəssisələrdə müxtəlif səviyyəli ixtisas sahibləri tədqiqat aparır. Sevindirici haldır ki, onlardan bəziləri dünyagörüşü, bilik səviyyəsi ilə alimləri və ümumiyyətlə müsahiblərini heyran edir. Belə tədqiqatçılardan biri Vidadi Orucovdur. Vidadi Orucov ali təhsil aldıqdan sonra müxtəlif təhsil müəssisələrində çalışmaqla yanaşı, elmi-tədqiqat sahəsində də fəaliyyət göstərməyi qarşısına məqsəd qoymuş, fizikanın tədrisi prosesində qarşıya çıxan çətinlikləri müəyyənləşdirmək və onların aradan qaldırılması yollarını göstərməklə, ümumtəhsil məktəblərində çalışan fizika müəllimlərinə metodik məqalələrlə kömək etmiş, təlimin keyfiyyətini yaxşılaşdırmaq işində yardımçı olmuşdur.
O, professor A.Mehrabovun rəhbərliyi altında namizədlik dissertasiyasının müvəffəqiyyətlə müdafiəsindən (1999) sonra da elmi axtarışlarını davam etdirmək arzusunda olmuşdur. “Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı” mövzusu üzrə tədqiqat aparmağı, doktorluq dissertasiyası yazmağı nəzərdə tutmuş və həmin mövzu üzərində iş aparmaq arzusunu Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun rəhbərliyinə bildirmiş, mövzu institutun Elmi Şurasında müzakirə edilərək bəyənilmiş və təsdiq edilmişdir. Eyni zamanda Elmi Şura fizikanın tədrisi metodikası üzrə tanınmış mütəxəssis, pedaqoji elmlər doktoru, professor Z.Qaralovu elmi məsləhətçi kimi təsdiq etmişdi (2003). O vaxtdan etibarən Vidadi Orucov bizim şöbə ilə əlaqə saxlamış, elmi araşdırmalardan aldığı nəticələr haqqında məlumat vermiş və sonra görəcəyi işi müəyyənləşdirmişdi. Beləliklə, tədqiqat əsərini tamamlayıb şöbənin müzakirəsinə təqdim etdi. Bu əsərin müzakirəsində metodist, pedaqoq alimlərlə yanaşı, nəzəri fizik alimlərdən (elmi məsləhətçisi professor Z.Qaralov metodist alim kimi tanınmasına baxmayaraq, nəzəri fizikanın kamil bilicisidir) professorlar A.Mehrabov, E.Qocayev, T.Pənahov, A. Abbaszadə, Z.Orucov və başqaları iştirak edirdilər. Alimlər əsərin mövzusunun aktuallığını qeyd etməklə yanaşı, eyni zamanda onun işlənmə tərzini (problemin düzgün planlaşdırılaraq, tarixi-elmi aspektdə işlənməsi) də yüksək qiymətləndirdilər.
Doğrudur, fizika problemləri tarixi aspektdə araşdırılır, lakin nəzəri məsələlər tarixi inkişafda verilir, nəzəri anlayışlar tarixin ayrı-ayrı dövrlərində tədris prosesi ilə əlaqələndirilir. Haqqında danışılan tədqiqat əsərinin praktik əhəmiyyəti də bundan ibarətdir: keçmişi, dünəni yaxşı bilmədən, bu günü dəyərləndirmək, sabaha – gələcəyə düzgün istiqamət götürmək olmaz.
Təxminən min il bundan əvvəl böyük şair Nizami Gəncəvi demişdi ki, məni görmək istəsən, əsərimə bax. Həmin fikri bu tədqiqat işinə də şamil etmək olar. Belə ki, əsərdə müəllifin yüksək elmi təfəkkürə malik olduğu aydınlaşır. İstifadə olunan mənbələr Vidadi Orucovun tədqiqatının əhatə dairəsi haqqında aydın təsəvvür yaradır. Başqalarından fərqli olaraq, tədqiqat əsəri haqqında deyilənləri diqqətlə dinləyir, lazım gəldikdə fikrini elmi dəlillərlə izah edir.
Müzakirə prosesində N.Gəncəvinin “İskəndərnamə” əsərində şairin fizika haqqında fikirlərinə nəzər salmağı doktoranta məsləhət gördük. Növbəti gəlişində əsəri oxuduğunu dedi və şairin fizikaya dair fikirlərinə heyranlığını bildirdi, eyni zamanda Nizaminin bu barədə fikirlərinə aid xüsusi məqalə ilə mətbuatda çıxış edəcəyinə də söz verdi və yazdı da.
Doğrudur, müdriklər “Elmin nəzəriyyəsi olmadan tarixi yoxdur” deyirlər. Fikrimizcə, hər hansı elmi bilmək üçün onun tarixinin öyrənilməsi də zərurət təşkil edir. Nəzəriyyə tarixi inkişaf prosesində yaranır, formalaşır, kamilləşir.
Müzakirə zamanı aydın olur ki, əsərin mövzusu fizikanın tədrisi tarixinə həsr olunmasına baxmayaraq, ayrı-ayrı dövrlərdə fizika anlayışlarının şagirdlərə çatdırılması metodikasına da nəzər salınır. Belə nəticə çıxarmaq olar ki, bu tədqiqat əsərində tarixlə metodika əriş-arxac kimi bir-birilə bağlıdır.
Müzakirə iştirakçıları əsəri yüksək qiymətləndirərək, onun çap olunmasını fizika mütəxəssisləri üçün faydalı hesab etdilər.
Nəhayət, əsər müzakirə iştirakçıları tərəfindən dərin tədqiqatın nəticəsi kimi dəyərləndirilərək, AAK-ın fizikanın tədrisi metodikası üzrə pedaqoji elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaya verilən tələbləri tam ödədiyi fikrinə gəlirlər.
Vidadi müəllim ixtisasca fizikdir, onun başqa bir keyfiyyəti haqqında da söz deməyə ehtiyac yaranır. O, müsahibi ilə yerindəcə, poetik dillə də danışmağı bacaran alimlərdəndir.
Əlli il əvvəl müdrik bir şəxsdən eşitdiyim, müəllifinin adını unutduğum bir fars beyti ( iki misra) yadıma düşdü:
Səyyad əz peyi seyd dəvidən əcəbi nist,
Seyd əz peyi səyyad dəvidən məzə darəd.
(Ovçunun ov dalınca qaçması təəccüblü deyil, ovun ovçu dalınca qaçmasının məzəsi var). Beyti xatırlamaqla, bizə görə, hər ziyalıya nəsib olmayan, geniş erudisiyalı şəxslər haqqında söhbət açıb, digərlərinin ondan nümunə götürməli olmalarını nəzərə çatdırmaqdır.
İctimai elmlər üzrə mütəxəssislər poeziya dili ilə danışırsa, bu, çox yaxşıdır, belə də olmalıdır, təəccüb doğurmur. Digər elm sahələrində elə mütəxəssislər var ki, öz sevdiyi ixtisaslarını gözəl bilməklə yanaşı, ədəbiyyatımıza, poeziyamıza da dərindən bələddir, onu yaxşı bilir, təhlil edir, aydın nəticə çıxarır, dinləyicinin diqqətini nəinki özünə cəlb edir, hətta onu heyrətə gətirir. Belə adamların geniş kütlə, xüsusilə ziyalılar arasında böyük nüfuza malik olduqları məlumdur. Bu barədə istənilən qədər misal gətirmək mümkündür. Nümunə kimi şahidi olduğumuz bəzi faktları demək yerinə düşər:
Mərhum Əli Fəhmi (Allahın min rəhməti olsun onun ruhuna) ixtisasca həkim idi, müxtəlif yerlərdə baş həkim, həkim işləməsinə baxmayaraq, poeziya vurğunu, klassik şeir ölçüsü olan əruzun yaxşı bilicisi idi, Bakı Dövlət Universitetində Füzuli mövzusu üzrə xüsusi kurs aparır, klassik şeirin ən mahir şərhçilərindən sayılırdı.
Yaxud, başqa bir nümunə. Bir nəfər yaxın dostum fəlsəfə üzrə doktorluq dissertasiyası müdafiəsindən sonra ziyafət təşkil etmişdi. Məclisi Azərbaycanın tanınmış filosofu F.Köçərli aparırdı. Məclisin gedişində təklif olundu ki, Fürudin müəllim, burada bir nəfər var, onu dilləndirin!
– Adı Mircəfərdir, Siz ona söz verin. Fürudin müəllim qəfildən sözü Mircəfərə verdi. Mircəfər diksinmiş halda ayağa durdu.
– Axı mən sizdən söz istəməmişəm deyərək, S.Ə.Şirvanidən bir qəsidə deməyə başladı. Bu vaxta qədər səs-küylü məclisə bir sükut çökdü, hamı Mircəfərin şeir demək tərzinə heyran qalmışdı. Fəlsəfə ixtisasına malik olan məclis üzvlərindən bir nəfər məclisdəkilərdən heç kəsin tanımadığı Mircəfərə xitabən: bir az da Füzulidən deyin. Söz ona (Mircəfərə) xoş gəlmədi, cavabında: Füzulidən elə qəzəl deyərəm ki, eşitməmiş və heç bir nəşrində oxumamış olarsan. Qəzəli dedi və məclisə müraciətlə: kim eşidibsə, desin. Hamı heyrətə gəlmişdi. Məclisdəki filosoflardan biri “Füzulinin fəlsəfəsi” mövzusunda namizədlik dissertasiyası yazmışdı (Rəşid). Yoldaşları çox istədilər ki, o, Füzulidən bir qəzəl desin, lakin Rəşid – bunun qarşısında şeir söyləmək çətindir, – deyə imtina etdi. Xalqımız arasında bu cür söz xiridarları az deyildir. Belə ziyalılardan biri bacarıqlı təhsil işçisi kimi tanınan Vidadi Ömər oğlu Orucovdur.
Vidadi Orucov həmin tədqiqatın əsasında “Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı” adlı kitab hazırlayıb nəfis şəkildə çap etdirmişdir. Kitab dərs vəsaiti kimi işlənmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 dekabr 2010-cu il tarixli 1680 saylı əmri ilə təsdiq edilmişdir. Kitabın annotasiyasında deyilir: “Vəsaitdə fizikanın tədrisi metodikası elminin yaranması və Azərbaycanda onun təşəkkülü göstərilmişdir. Fizikanın tədrisi metodikası üzrə müxtəlif dövrlərdə aparılan elmi-tədqiqat işləri araşdırılmış və onların istifadə imkanları açıqlanmışdır. Fizikanın tədrisi metodikası sahəsində əməyi olan Azərbaycan alimlərinin elmi-pedaqoji fəaliyyətləri haqqında məlumat verilmiş və məktəb fizika kursunun tədrisinin müasir metodoloji əsasları açıqlanmışdır.
Vəsaitdə məqsəd ali pedaqoji məktəblərdə fizikanın tədrisi metodikası kursunun əsas vəzifəsini, onun inkişaf yollarını tələbələrə çatdırmaq, fizika müəllimlərinə metodiki kömək göstərməkdir”.
Yüksək poliqrafik tələblər əsasında 260 səhifə həcmində çap olunmuş bu tədqiqat əsəri ön söz, dörd fəsil, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Ön sözdə müəllif müasir dövrdə insanlığın rahatlığına xidmət edən elmi-texniki tərəqqidə fizikanın əvəzolunmaz rola malik olduğunu, məktəbdə onun öyrədilməsinin vacibliyini qeyd edir. O, eyni zamanda tədqiqat obyektinə tarixilik baxımından yanaşaraq, bütün zamanlarda məktəbdə fizikanın tədrisi keyfiyyətinin eyni səviyyədə olmadığını, lakin zaman keçdikcə məktəblərdə bu fənnin tədrisi sahəsində də nailiyyətlərin əldə olunduğunu deyir. Müəllif “Ön söz”də fikrini respublikada aparılan təhsil islahatı ilə əlaqədar olaraq fizikadan proqram və dərsliklərin yeniləşdirilməsi ilə tamamlayır.
Kitabın birinci fəsli “Fizikanın tədrisi metodikası elminin inkişaf yolları” adlanır. Müəllif bu fəsildə, haqlı olaraq, Azərbaycanda fizika tədrisi metodikası elminin inkişafı haqqında aydın təsəvvür yaratmaq üçün, mövzudankənar görünsə də, Rusiyada fizikanın tədrisi metodikasına nəzər salır, bir sıra müəlliflərin əsərlərinin adını çəkir.
Bu fəsildə müəllif professor Abbasqulu Abbaszadənin Azərbaycanda fizika elminin ilkin inkişaf dövrünü, şərti olaraq ayırdığı mərhələləri əsas götürür və onlara yeni münasibət bildirir, nəzərəçarpan yenilikləri qeyd edir, hər inkişaf mərhələsində fəaliyyət göstərən alimlərin adını göstərir ki, bu da oxucuda elmin dinamikası haqqında aydın təsəvvür yaradır. Müəllif haqlı olaraq, yeri gəldikcə, respublikada fizika elminin nəzəri cəhətdən inkişafına nəzər salır, sonra onun tədrisi məsələlərini tədqiq edərək münasibət bildirir.
Vəsaitdə Azərbaycanda fizikanın tədrisi metodikası elminin inikşaf tarixi iki mərhələyə bölünür: 1) Azərbaycanın müstəqilliyə qədərki – 1991-ci ilə qədər olan mərhələ, 2) Azərbaycan Respublikası müstəqillik qazandıqdan – 1991-ci ildən sonrakı mərhələ. Birinci mərhələ də özlüyündə dövrləşdirilir. Aydın olur ki, Azərbaycanda fizikanın tədrisi metodikası üzrə tədqiqat işləri keçən əsrin 30-cu illərindən diqqət mərkəzində olub. Müəllif əsərdə bu sahədə çalışan alimlərin, onların hər birinin tədqiqat əsərinin adını çəkir və münasibət bildirir. Tədqiqatdan aydın olur ki, keçən əsrin 30-cu illərindən etibarən fizikanın tədrisi metodikası sahəsində çalışan alimlər arasında Abbasqulu Abbaszadə aparıcı mütəxəssis olmuş, aparılan tədqiqat işlərinə rəhbərlik etmiş, fizik alimlərin yetişməsində, əgər demək mümkündürsə, müstəsna rolu olmuşdur.
Vəsaitin ikinci fəsli “Azərbaycanda fizikanın tədrisi metodikası sahəsində aparılan elmi-tədqiqat işləri” adlanır. Bu başlıq altında respublikada fizikanın tədrisinə dair aparılan tədqiqat işlərinin hər biri ayrılıqda nəzərdən keçirilir və alınan nəticə oxucunun nəzərinə çatdırılır. Fikrimizcə, bu, olduqca səmərəli yoldur. Bu baxımdan da vəsait, fikrimizcə, çox böyük əhəmiyyətə malikdir. Nümunə kimi bəzilərinə nəzər salmaq olar. Məsələn, orta məktəbin fizika kursunda əhatə edilməsi mümkün olan qanunların, sayının, yerinin, onların tədrisi sisteminin işlənib hazırlanması, nəticələrinin şagirdlərin bilik və bacarıqlarının keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməsi, onların tərbiyəsinə, dünyagörüşünün inkişafına təsirinin öyrənilməsi fizikanın tədrisi metodikasında çox aktual problem olduğunu əsaslandırmağa ehtiyac yoxdur. Bu problemin həlli baxımından professor Zahid İbrahim oğlu Qaralovun tədqiqatı maraq doğurur. Bu tədqiqat işi Vidadi Orucovun hazırladığı vəsaitdə geniş təhlil olunur, faydalı vəsait kimi qiymətləndirilir. Və yaxud, fənlərarası əlaqə problemi ilə bağlı: Azər Abbasqulu oğlu Abbaszadə “Orta məktəblərdə fizikanın tədrisi prosesində fizikanın kimya ilə əlaqələri haqqında” adlı tədqiqat işində fizikanın kimya ilə əlaqəli tədrisinin yollarını axtarır, pedaqoji eksperiment keçirir, nəticələri ümumiləşdirir (nəticələr vəsaitdə öz əksini tapır). Həmin fəsildə fizikanın tədrisi metodikası sahəsində aparılan bütün tədqiqatlar haqqında belə ətraflı məlumat verilir.
Vəsaitin “Fizikanın tədrisində Azərbaycan alimlərinin elmi-pedaqoji fəaliyyətinin öyrənilməsi” adlı üçüncü fəslində bu sahədə ardıcıl tədqiqat işi aparan tanınmış alimlərin elmi fəaliyyəti daha ətraflı tədqiq olunur.
Vəsaitin dördüncü fəsli “Məktəb fizika kursunun tədrisinin müasir metodoloji əsasları”na həsr olunmuşdur. Bu bölmədə Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası ilə əlaqədar fizika tədrisinin qarşısında duran vəzifələr müxtəsər şəkildə şərh olunur, fizika tədrisinin metodoloji əsası müəyyənləşdirilir, bu istiqamətdə aparılan işlərin məzmunu nəzərdən keçirilir, təhsil islahatı ilə əlaqədar aparılan fizikadan hazırlanmış proqram və dərsliklərin müəyyən üstünlüklərə malik olduğu qeyd edilir.
Vidadi Orucovun hazırladığı, yuxarıda adıçəkilən vəsaitin müsbət cəhətlərindən biri fizikanın tədrisi metodikası üzrə respublikada aparılan tədqiqatların qrafik şəkildə ardıcıllıqla göstərilməsidir. Fikrimizcə, adıçəkilən qrafik cədvəl təkcə fizikanı tədris edən müəllimlər üçün deyil, eyni zamanda gənc tədqiqatçılar üçün də çox faydalı mənbədir. Bu cədvəldə müdafiə olunmuş 4 doktorluq, 72 namizədlik dissertasiyasının adları ardıcıllıqla göstərilir ki, bu da istər müəllim, istərsə də tədqiqatçı üçün tutarlı mənbədir.
Vəsait tədqiqat prosesində istifadə olunmuş ədəbiyyat siyahısı ilə tamamlanır. Bu siyahı Vidadi Orucovun bir tədqiqatçı kimi mütaliə dairəsinin aydın ifadəsidir. Bütün bunlar Vidadi Ömər oğlu Orucovun fizikanın tədrisi metodikası sahəsində bir alim kimi yetişməsindən, püxtələşməsindən, kamilliyindən xəbər verir.
Şəmistan MİKAYILOV,
pedaqoji elmlər doktoru, professor,
Asya BƏKİROVA,
pedaqogika üzrə fəlsəfə
doktoru, dosent
Comments are closed, but trackbacks and pingbacks are open.