Fiziki coğrafi rayonlaşdırma
Kiçik Qafqaz vilayəti fəal seysmik zonaya daxildir. Maqmatik süxurların səthə çıxdığı ərazilər filiz faydalı qazıntıları ilə zəngindir. Ərazidə tikinti materialları və mineral sular geniş yayılmışdır.
Azərbaycan fiziki-coğrafi rayonları YENİ
Hər bir ölkə coğrafi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən, yaxud oxşar ərazilərdən ibarətdir. Bu ərazilər iqlimin, relyefin, geoloji quruluşun, təbii landşaftların oxşarlığına görə qruplaşdırılır və xüsusi ərazi vahidlərinə – rayonlara ayrılır. Bu, fiziki-coğrafi rayonlaşdırma adlanır. Rayonlaşdırma aşağıdakı vahidlər üzrə aparılır: ölkə, vilayət, yarımvilayət, rayon. Bu bölgü vahidləri siyasi-inzibati bölgü ilə əlaqəsi olmayan və müəyyən təbii sərhədlər daxilində yerləşən ərazilərdir.
Azərbaycanın ərazisi 2 fiziki-coğrafi ölkənin – Qafqaz və Ön Asiya ölkələrinin daxilində yerləşir. Bu fiziki-coğrafi ölkələr daxilində 5 fiziki-coğrafi vilayət ayrılır: Böyük Qafqaz, Kiçik Qafqaz, Kür dağarası çökəkliyi, Lənkəran (Qafqaz ölkəsi) və Orta Araz (Ön Asiya ölkəsi). Vilayətlər (Orta Araz və Lənkərandan başqa) yarımvilayətlərə bölünür. Vilayət və yarımvilayətlərin daxilində isə 19 fiziki-coğrafi rayon ayrılır
BÖYÜK QAFQAZ VİLAYƏTİ
Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Bu vilayət Xəzər sahillərindən mütləq yüksəkliyi 4466 m olan Bazardüzü zirvəsinə qədər ucalır. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Vilayət zəngin faydalı qazıntı yataqlarına (neft, təbii qaz, yanar şist, polimetal və s.) və mineral su mənbələrinə malikdir.
Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Bu vilayət Xəzər sahillərindən mütləq yüksəkliyi 4466 m olan Bazardüzü zirvəsinə qədər ucalır. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Vilayət zəngin faydalı qazıntı yataqlarına (neft, təbii qaz, yanar şist, polimetal və s.) və mineral su mənbələrinə malikdir.
Böyük Qafqaz təbii vilayətində düzənliklərdən yüksək dağlığa doğru yarımsəhra və quru çöl iqlimindən başlayaraq dağ-tundra iqliminə qədər bütün iqlim tipləri yayılmışdır. Orta illik temperatur +14°C ilə 0°C arasında, yağıntıların orta illik miqdarı isə 100 mm – 1600 mm arasında dəyişir.
Böyük Qafqaz sıx çay şəbəkəsinə malikdir. Çayların əksəriyyəti öz mənbəyini Baş Suayırıcı silsiləsindən götürərək Kür çayına və birbaşa Xəzərə tökülür. Düzənliklərdə, əsasən, şorsulu, dağlıq ərazilərdə isə şirinsulu göllər yayılmışdır.
Böyük Qafqaz dağlarında torpaq-bitki örtüyü, heyvanlar aləmi, təbii landşaftlar yüksəklik qurşaqları üzrə paylanmışdır. Düzənliklərdə yarımsəhra və quru çöl landşaftı, hündür ərazilərdə isə dağ landşaftları üstünlük təşkil edir. Yarımsəhralarda boz, boz-qonur, Samur – Dəvəçi ovalığının şimalında düzən meşə-çəmən torpaqları yayılmışdır. Dağlıq ərazilərdə qara, şabalıdı, dağ-çəmən, qəhvəyi və qonur dağ-meşə torpaqları formalaşmışdır.
Böyük Qafqazın zəngin təbii şəraiti və ehtiyatları burada müxtəlif təsərrüfat sahələrinin yaradılmasına imkan verir.
Xəzər dənizinin Nabrandan Abşerona qədər ecazkar qızılı qumlu sahilləri, bol günəşli çimərlikləri Azərbaycanın əsas sağlamlıq və istirahət zonasıdır. Abşeronda, Nabranda, Qəbələdə, Şəkidə, Zaqatalada iri turist bazaları fəaliyyət göstərir. Qalaaltı, Şıx mineral bulaqları böyük müalicəvi əhəmiyyətə malikdir.
- Neft ehtiyyatları ilə zəngindir
- Şirin qrunt suları səthə çıxaraq düzən meşələri yaradır (introzonal landşaft) Torpağı çəmən-meşədir.
- İqlimi yarımsəhra və quruçöldür.
- Laqun mənşəli Ağzıbirçala gölü burada yerləşir.
- Ön Qafqaz tektonik çökməsində yerləşir.
- Böyük Qafqazın şimal-şərq yamacı çaylarının mənsəbi bu rayonda yerləşir. (Qusar, Qudyal, Vəlvələ, Qara və s).
- Şimalda Rusiya ilə sərhəddir.
- Xəzər sahillərində yerləşdiyinə görə çox hissəsi okean səviyyəsindən aşağıda yerləşir.
- Süxurları düzənlikdə yerləşdiyi üçün Kaynazoyun IV süxurlarıdır.
- Dağlıq fiziki-coğrafi rayondur.
- Rusiya sərhəddə yerləşir. Qonaqkənd Böyük Qafqaz vilayətində ki bütün fiziki-coğrafi rayonlar ilə sərhəddə malikdir.
- Çox hissəsi dağ meşələri ilə örtülüdür. Torpağı qəhvəyi və qonurdur.
- Xaltan, Xaşı, Cimi, Qalaaltı kimi mineral bulaqlar bu fiziki-coğrafi rayonda yerləşir.
- Dağ meşələrindən yuxarıda dağ çəmən qurşağı yayılıb, torpağı çimli, torflu, ibtidaidir. Dağ çəmən qurşağı yay otlaqları kimi istifadə edilir.
- Mülayim istidən tutmuş dağ tundraya qədər bir çox iqlim tipi yayılıb. Qusar maili düzənliyində yağıntıları bərabər paylanan mülayim, Yan silsilədə isə qışı quraq keçən soyuq iqlim, 2700 m-dən yüksəkdə isə dağ tundra iqlim tipi hakimdir.
- Dağlıq rayon olduğu üçün əsas süxurları Yura və Tabaşirdir.
- Ərazisində böyük Şahdağ milli parkı yerləşir
- Rusiya ilə sərhəddə yerləşən bu fiziki –coğrafi rayon Böyük Qafqazın cənub yamaclarını təşkil edir
- Dağlıq relyef nəqliyyat şəraitini çətinləşdirir
- İqlimi yağıntıları bərabər paylanan mülayim-isti, il boyu bol yağıntılı soyuq və dağ-tundradır
- Orta dağlıqda meşə landşaftları yayılıb. Torpağı qəhvəyi və qonurdur. Yüksək dağlıqlar isə dağ-çəmən lanşdaftı ilə örtülüb torpağı çimli, toflu, ibtidai. Dağ çəmən qurşağı yay otlaqları kimi istifadə edilir.
- Zaqatala –Lahıc fiziki-coğrafi rayonundna başlayan çaylarda güclü daşlı-palçıqlı sellər müşahidə edilir.( Şin, Kiş, Kürmük). Bu zonanın çayları əsasən yeraltı sularla qidalanır.
- Bu fiziki –coğrafi rayonda Zaqatala (Zaqatala-Baləkən), İlisu (Qax) qoruqlarında dağ landşaftları və nadir heyvanlar qorunur.
- Yura və tabaşir yaşlı süxurlar üstünlük təşkil edir.
- Azərbaycanda Lənkəran təbii vilayətindən sonra ən çox yağıntı bu fiziki-coğrafi rayona düşür.
- Böyük Qafqaz vilayətində yegane polimetal filizi yatağı bu fiziki-coğrafi rayonda yerləşir (Filizçay, Katexçay)
- Böyük Qafqazın cənub-şərq yamaclarını təşkil edir.
- 8-9 bal gücündə zəlzələ zonasında yerləşir.
- Yayı quraq –keçən mülayim isti iqlim tipi hakimdir.
- Faydalı qazıntılarından yanar şist ehtiyyatları burada yerləşir.
- Şabalıdı, qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ –çəmən torpaqları bir-birini əvəz edir. Şamaxı, İsmayıllı da qara torpaqlar geniş yayılıb.
- Heç bir xarici ölkəyə çıxışı yoxdur.
- Süxurları alçaq dağlıq hissələrdə Paleogen, orta və yüksək dağlıq hissələrdə isə Tabaşirdir.
- Pirqulu dövlət qoruğunda “Qaraçöhrə” ağacı qorunur.
- Sumqayıtçay, Pirsaat, Ağsu, Girdman kimi çayların mənbələri burada yerləşir
- Xəzərin sahillərində yerləşən bu fiziki-coğrafi rayonda arid-denudasyon relyef formaları geniş yayılıb (yarğan, qobu, bedlend torpaqlar). Xəzər sahillərində isə abrazyon relyef formalarına rast gəlinir.
- Çayları yay aylarında quruyur və azsuludur, Xəzərə gəlib çatmır. Palçıqlı sellər gətirir (Pirsaat, Sumqayıtçay, Ceyrankeçməz)
- Torpaqları boz, boz-qonurdur. Qış otlaqları geniş yayılıb.
- Neogen, Paleogen və 4-cü süxurları daha geniş sahəni əhatə edir.
- Abşeron qoruğunda Xəzər suitisi qorunur.
- Fiziki-coğrafi rayon da neft ehtiyyatları ilə bütün Azərbaycanda tanınır. Buna görədə torpaqları çirklənib və onların rekultivasiyasına ciddi ehtiyac vardır. Bundan başqa Abşeron-Qobustanda texnogen landşaftlara daha çox rast gəlinir.
- Masazır, Böyükşor, Binəqədi kimi şor göllərindən duz və yod –brom əldə edilir.
KÜR ÇÖKƏKLİYİ VİLAYƏTİ
Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında, Acınohur-Ceyrançöl alçaq dağlığından (1100 m) Xəzər sahillərinə (-27 m) qədər uzanan geniş əyilmə zonasını əhatə edir. Vilayətin relyefi və tektonik quruluşu çox sadədir.
Ərazi, əsasən, hamar düzənliklərdən ibarətdir. Səthi Kaynozoyun IV dövr çöküntüləri ilə örtülmüşdür, Acınohur-Ceyrançöl alçaq dağlığında isə Neogen süxurları yayılmışdır. Vilayətin qərbində çay gətirmələri, şərqində isə dəniz çöküntüləri üstündür. Əsas təbii sərvətləri neft və qaz, müalicə palçığı (palçıq vulkanlarında), müalicə nefti (Naftalan), tikinti materialları və s.-dir.
Kür dağarası çökəkliyinin əsas iqlim tipi qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimidir. Qanıx-Əyriçay vadisində isə qışı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Vilayətin daxilində ən çox yağıntı da bu əraziyə düşür (1000 mm-ə qədər). Kür çökəkliyində orta illik temperatur +14,5°C, yağıntıların orta illik miqdarı 200-400 mm, buxarlanma qabiliyyəti 1200 mm, rütubətlilik əmsalı isə 0,3-dür.
Vilayətdə çay şəbəkəsi seyrəkdir. Əsas çayları Kür, Araz və onların qollarıdır. Ərazidə artezian və minerallaşmış qrunt suları çoxdur. Suvarma tələb olunduğu üçün su anbarları və kanallar yaradılmışdır.
Əsas gölləri çay-dərə (axmaz) mənşəli Sarısu, Hacıqabul, Ağgöl, Mehmangöl, Candargöldür. Acınohur gölü tektonik mənşəlidir. Kür dağarası çökəkliyində boz, boz-qonur, boz-çəmən, açıq-şabalıdı, şoran və şorakət torpaqlar yayılmışdır. Bu torpaqların üzərində yarımsəhra və quru çöllərin kəngizli, yovşanlı, efemerli bitkiləri (quraqlığadavamlı birillik ot bitkiləri) inkişaf edir. Vilayətdə yarımsəhra, quru çöl və intrazonal landşaftlar yayılmışdır. İnsanlar bu əraziləri hələ qədim zamanlardan mənimsəməyə başlamışlar. Suvarılan torpaqlarda taxılçılıq (Küdrü-Şirvan, Mərkəzi Aran, Qazax-Qarabağ), üzümçülük, pambıqçılıq, quru subtropik bitkiçilik inkişaf etmişdir. Kür boyunca uzanan tuqay meşələri qırıldığı üçün sahəsi kəskin azalmışdır. Bu meşələr Qarayazı qoruğunda mühafizə olunur. Saqqızağacından ibarət Sultanbud meşəsi Qarabağ düzündə, Eldar şamı meşələri isə Ceyrançöldə Eldar oyuğunda qorunur. Qanıx-Əyriçayda yeraltı suların səthə yaxın olması burada düzən meşələrinin yaranmasına gətirib çıxarmışdır. Təbii vilayətin landşaftlarından və onun sərvətlərindən səmərəli istifadə, ekoloji problemlərin həlli məqsədilə bir sıra tədbirlər görülür. Belə tədbirlərə şoran torpaqların duzlardan təmizlənməsi, susuz ərazilərə yeni suvarma kanallarının çəkilməsi, tuqay meşələrinin bərpası və s. aiddir.
- Şirvan düzünün şimal hissəsini əhatə edir. Şirvan çaylarının gətirmə konusu bu fiziki-coğrafi rayonda geniş yayılıb.
- Torpağı boz-çəmən, açıq şabalıdır. Bu torpaqlarda suvarma şəraitində quru subtropik meyvəçilik inkişaf etdirilir.
- Süxurları kaynazoy erasının 4-cü dövr süxurlarıdır.
- İqlimi yarımsəhra və quru-çöldür.
- Kür çökəkliyinin mərkəz hissəsini əhatə etməklə, cənubdan İran, şərqdən isə Xəzər dənizi ilə sərhəddir.
- Qərbdən şərqə doğru ərazisi genişlənir, hamçinin şərqə doğru alçalır. Çox hissəsi okean səviyyəsindən aşağıda yerləşir
- İqlimi qışı mülayim keçən yarımsəhra və quru-çöldür. Torpağı əsasən boz-çəmən, boz qonur, açıq şabalıdır. Bu torpaqlarda suvarma (irriqasiya) ilə pambıqçılıq, quru subtropik bitkiçilik, bostan bitkiləri əkilir.
- Torpaqları şoranlaşmaya məruz qalıb, ona görə də, torpaqların meliorasiyasına ciddi ehtiyac vardır. Bunun üçün kollektor drenaj şəbəkəsi yaradılıb, qrunt sularının səviyyəsi aşağı salmaq, şor torpaqları duzdan təmizləmək lazımdır.
- Kür-Araz akkumliyativ düzənlikdir, səthi başdan-başa 4-cü dövrün çökmə süxurları ilə örtülmüşdür.
- Kür-Arazda ən yüksək temperatur Cənub-Şərqi Şirvandadır. Yağıntılar ümumi 200-400 arası dəyişir.
- Ərazisində Ağgöl, Şirvan, Qızılağac qoruq və milli parkları var. Bu qoruq və milli parklar okean səviyyəsindən aşağıda olmaqla ceyran və su quşlarının qorunduğu ərazilərdir.
- Kür çayının sol sahilində Şirvan, Cənub-Şərqi Şirvan, sağında isə Qarabağ, Mil, Muğan, Səlyan düzləri yerləşir. Bu düzlər Kür-Arazın ən iri oroqrafik vahidləri hesab edilir.
- Kür-Arazda çökmə süxurlara görə neft və təbii qaz yataqları geniş yayılıb.Muradxanlı, Mollakənd, Salyan, Neftçala və s rayonlarda neft yataqları, Neftçala da isə yod-brom vardır.
- Ərazisində bir sıra axmaz göllər yerləşir. Məsələn: Ağgöl (Ağcabədi), Sarısu (İmişli), Hacıqabul və s. Bu göllər kürün axmazları və yaxud çay dərə mənşəli göllər adlanır. Hamısı okean səviyyəsindən aşağıda yerləşir
- Kür-Arazda əkin olmayan hissələri qış otlaqları kimi istifadə edilir (qışın yumşaq keçdiyinə görə).
- Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Muğan, Baş Mil kanalları 100 minlərlə ha əraziləri suvarır.
- Şabalıdı torpaqlarda quru çöllər bütöv zolaq əmələ gətirir.
- Xarici ölkəyə çıxışı var və ərazisində tranit çaylar keçir (Tovuzçay, Ağstafaçay)
- Ərazisində kurort şəhərlər yerləşir (Naftalan)
- Yarımsəhra və quru çöl iqlim tipi hakimdir, süxurları 4-cü dövr süxurlarıdır.
- Kiçik Qafqazdan başlayıb Kürə tökülən çayların gətirmə konusları bu fiziki-coğrafi rayonda geniş yayılıb.
- Kür çökəkliyi vilayətinin yeganə mülayim-isti iqlim tipi yayılan rayonudur. İqlimi qışı quraq keçən mülayim-istidir
- Ərazisində şirin qrunt suları səthə yaxın yerləşib, düzən meşələri yaradır, torpağı çəmən-meşədir. Torpaqlarında suvarma aparılır.
- Xarici ölkəyə çıxışı vardır.
- Səthi 4-cü dövrün çökmə süxurları ilə örtülüb.
- Xarici ölkəyə çıxışı var. Kür çökəkliyi vilayətinin ən hündür nöqtəsi burada yerləşir (Çobandağ)
- İqlimi yarımsəhra quru-çöldür. Torpağı şabalıdıdır.
- Ərazisində həm şirin (Candar), həm də şor göllər var (Acınohur)
- Arid denudasyon relyef formaları geniş yayılıb (Yarğan, qobu, bedlend)
- Ərazisi ən mühüm qış otlağıdır ( qışın mülayim keçməsi, təbii yem bazasının olması ilə)
- Ərazisində tektonik mənşəli Acınohur (107 m), axmaz mənşəli Candar göl (380 m) var.
- Qarayazı (tuqay meşələri qorunur), Eldar şamı (Eldar şamı qorunur), Türyançay (ardıc, saqqız) qorunur.
- Ceyrançöl-Acınohurda neogen süxurları geniş yayılıb.
- Buradan axan çaylar palçıqlı sellər yaradır.
- Gəyən, İncə, Hərəmi düzləri, Mil-Muğan su qovşağı yerləşir.
- Torpağı boz-çəmən, iqlimi yarımsəhra və quru-çöldür.
- Araz çayının sahilində yerləşən bu fiziki-coğrafi rayon qərb hissədən Kiçik Qafqzla sərhəddir.
- Gəyən, İncə, Hərəmi düzələri yerləşir, Köndələn çayın mənsəbi bu fiziki-coğrafi rayondadır
KİÇİK QAFQAZ VİLAYƏTİ
Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz dağ sisteminin cənub- şərq hissəsini əhatə edir. Ərazinin ən yüksək zirvəsi Murovdağ silsiləsində yerləşən Gamışdağdır (3724 m). Ən alçaq yeri isə Zəngilan rayonunda Araz sahilindədir (300 m).
Enlik istiqamətində uzanan Murovdağ silsiləsi bu vilayəti şimal-şərq və cənub-şərq hissələrinə ayırır. Murovdağdan şimal-qərbdə Şahdağ, cənub-qərbdə Şərqi Göyçə, cənubda isə Qarabağ silsiləsi uzanır.
Qarabağ silsiləsindən qərbdə Qarabağ vulkanik yaylası yerləşir. Yaylada sönmüş vulkanların hündür zirvələrinə rast gəlinir.
Kiçik Qafqazda Alt Paleozoy, Mezozoy və Kaynozoyun IV dövrünün vulkanik süxurları geniş yayılmışdır.
Kiçik Qafqaz vilayəti fəal seysmik zonaya daxildir. Maqmatik süxurların səthə çıxdığı ərazilər filiz faydalı qazıntıları ilə zəngindir. Ərazidə tikinti materialları və mineral sular geniş yayılmışdır.
Kiçik Qafqaz vilayətində iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Havanın orta illik temperaturu 10°C – 0°C, yağıntıların orta illik miqdarı isə 400-1000 mm arasındadır.
Vilayətdə çay şəbəkəsi sıxdır. Çaylar Kür və Araz hövzələrinə aiddir. Vulkanik yayladan axan çaylar (Tərtər, Həkəri və s.), əsasən, yeraltı sularla, digər çaylar isə qar və yağış suları ilə qidalanır.
Kiçik Qafqaz füsunkar dağ gölləri ilə məşhurdur. Vulkanik yaylada Böyük və Kiçik Alagöllər, Qaragöl, Murovdağda Maralgöl dağ-çəmən landşaftında, Göygöl isə meşə landşaftında yerləşir.
Kiçik Qafqaz vilayətində şabalıdı, qara, qəhvəyi meşə, qonur meşə və dağ-çəmən torpaqları geniş yayılmışdır. Bu torpaqların üzərində çöl bitkiləri, meşə və kolluqlar, subalp və alp çəmənlikləri əmələ gəlmişdir. Ərazidə dağ-çöl, dağ-meşə, dağ-çəmən və subnival landşaft tipləri formalaşmışdır.
Münbit torpaqlardan kartof əkinlərində, üzümçülükdə, maldarlıqda istifadə edilir. Yüksək dağ çəmənlikləri yay otlaqları və biçənəklər kimi böyük əhəmiyyətə malikdir. Hazırda vilayətin xeyli hissəsinin Ermənistanın işğalı altında qalması burada olan təbii landşaftların pozulmasına gətirib çıxarmış və təsərrüfat işlərinin aparılmasını çətinləşdirmişdir.
1. Gəncə fiziki-coğrafi rayonu dağlıq rayondur. Bu ərazi faydalı qazıntılarla zəngin olduğu üçün “Azərbaycanın Uralı” adlanır.
2. Daşkəsəndə dəmir filizi, alunit, ağ mərmər; Gədəbəydə mis, qızıl və s kimi faydalı qazıntılar yerləşir.
3. İqlimi ardıcıl olaraq qışı quraq keçən mülayim-isti, qışı quraq keçən soyuq, dağ tundradır.
4. qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ çəmən, torpaqları bir –birini əvəz edir. Ərazisində dağ-qara torpaqlar yayılıb (Gədəbəy, Daşkəsən)
5. Tovuzçay, Zəyəmçay, Əsrikçay, Gəncəçay, Şəmkirçay, Qoşqarçay, Kürəkçay və s çaylar Kürün sağ qollarını təşkil edir. Qoşqar çay Daşkəsənin zərərli tullantıları ilə çirklənmişdir.
6. Azərbaycanın ən qədim alt paleozoy yaşlı süxurları buradadır (Tovuzda Zəyəmçay, Əskiçay)
7. Uçqun mənşəli – Göygöl, Maralgöl burada yerləşir. Göygöl meşə qurşağında, Maralgöl ilə subalp qurşaqda yerləşir.
8. Göygöl qoruğunda qarmaqvari şam və xallı maral qorunur.
- Dağlıq ərazi olduğu üçün iqlimi qışı quraq keçən mülayim-isti, qışı quraq keçən soyuq, dağ tundadır.
- Qarabağ Kiçik Qafqaz vilayətindəki bütün fiziki-coğrafi rayonlar ilə sərhəddə malikdir
- Ərazisində “Mehmana” polimetal filiz yatağı yerləşir
- Şirlan və Türşsu mineral bulağı (Şuşada) bu fiziki-coğrafi rayondadır.
- Qarabağ silsiləsinin ən hündür zirvəsi Böyük Kirsdir (2725 m). Bu silsilədən Qarqar, Xaçın, Köndələn çayları balşanır. Dağlıq ərazi olduğundan yura və tabaşir süxurları geniş yayılıb.
- Qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ çəmən torpaqları bir-birini əvəz edir.
- Dağlıq ərazini əhatə edir, Ermənistanla sərhəddə yerləşir.
- Ən hündür zirvəsi Dəlidağdır (3616 m). Bundan başqa bir sıra sönmüş vulkanlar var. Qızılboğaz (3581 m), Böyük İşıqlı (3550 m), Gəlinqaya (3335), Pəriçınqıllı, Ayıçınqıllı, Qırmızıdağ və s.
- Vulkanik yaylda süxurların inversiyasi baş verir. Hündürlüyə doğru süxurların geoloji yaşı azalır. Belə ki, vulkanik yayla 4-cü dövrün vulkanik süxurlarından təşkil olunub.
- Püskürülmüş süxurlar üstünlük təşkil etdiyinə görə buradan başlayan çaylar yealtı sularla qidalanır (Tərtər, Həkəri).
- İqlimi qışı quraq keçən soyuq və dağ tundradır.
- Vulkanik yayla subalp və alp çəmənlik qurşağı olduğundan qiymətli yay otlaqları hesab edilir. Torpağı çimli, torflu, ibtidaidir.
- Burada həm tektonik (Böyük Alagöl- 2729 m, Kiçik Alagöl- 2729 m) həm də, vulkanik göllər var ( Qaragöl 2400 m). Göllər şirinsulu və axarlı göllərdir. Göllər meşə qurşağından yuxarıda subalp və alp çəmənliyi qurşağında yerləşirlər.
- Vulkanik yaylada Qaragöl qoruğu var.
- Kiçik Qafqazın cənub hissələrini əhatə edir, cənubdan İran, Qərbdən Ermənistan ilə sərhəddir.
- İqlimi qışı quraq keçən mülayim isti, torpağı isə şabalıdı və dağ meşə torpaqlarıdır.
- Ərazisindən Bəsitçay, Oxçuçay Həkəri, çayları keçir. Oxçuçay Tranzit ən çox çirklənmiş çay hesab edilir.
- Həkəri fiziki-coğrafi rayonunda Bəsitçay qoruğu yerləşir. Bəsitçay Zəngilan rayonu ərazisində Şərq çinarının qorunduğu qoruqdur.
- Yağıntıların miqdarı 400-600 mm arasıdır.
ORTA ARAZ və LƏNKƏRAN VİLAYƏTİ
Lənkəran vilayəti Azərbaycanın cənub-şərqində, Xəzər dənizi sahilləri ilə Talış dağlarının suayırıcısı arasında yerləşir. Vilayətin ən hündür nöqtəsi Kömürköy zirvəsidir (2493 m).
Lənkəranda Kaynozoy yaşlı süxurlar üstünlük təşkil edir. Talış dağlarında, əsasən, Paleogenin vulkan mənşəli süxurları geniş yer tutur. Lənkəran vilayəti faydalı qazıntılarla zəif təmin olunmuşdur. Burada, əsasən, tikinti materialları və mineral sular yayılmışdır. Onlara Donuzütən, Ərkivan, Qotursu, Aşağı Ağkörpü, İstisu, Meşəsu və s. aiddir.
Orta Araz (Naxçıvan) vilayəti respublikamızın cənub-qərbində yerləşir. Ərazi Araz çayı ilə Zəngəzur və Dərələyəz dağlarının suayırıcısı (600-3904 m) arasındadır. Vilayətin ərazisi dağlıq və düzənlik relyefdən ibarətdir və geoloji quruluşunun mürəkkəbliyi ilə seçilir. Orta Araz vilayətindəərazinin 60%-dən çoxu 1000 m-dən yüksəkdə yerləşir. Zəngəzur və Dərələyəz dağlarından başlayaraq Araz çayına doğru Dəmirli, Duzdağ, Küküdağ, Vəlidağ silsilələri uzanır. Bu silsilələr kəskin parçalanmış erozion və arid-denudasion relyef formaları ilə fərqlənir. Orta Araz vilayətində Kaynozoy yaşlı süxurlar üstünlük təşkil edir. Naxçıvanın dağlıq ərazilərində Paleogenin vulkan mənşəli süxurları geniş yer tutur. Azərbaycanda ən qədim süxurlar bu vilayətdə aşkar edilmişdir. Zəngəzur dağları fəal zəlzələ zonasına daxildir. Orta Araz vilayəti müxtəlif filiz, qeyri-fıliz və tikinti materialları ilə zəngindir. Vilayəti mineral suların muzeyi adlandırırlar.
Lənkəran vilayətində rütubətli subtropik iqlim hakimdir. Havanın orta illik temperaturu 14°C-dir. Azərbaycanda ən çox yağıntı bu vilayətdə müşahidə edilir. İllik yağıntıların miqdarı 400-1800 mm arasında dəyişir və onun 80%-i ilin soyuq dövründə düşür. Ona görə də ilin isti dövründə çaylarda su azalır və suvarmada ciddi çətinliklər yaranır. Çay şəbəkəsi sıxdır. Çayları birbaşa Xəzərə tökülür və onların qidalanmasında yağış və qismən yeraltı sular əsas yer tutur. Lənkəran ovalığı qrunt suları ilə zəngindir.
Orta Araz vilayətinin iqlimi kontinentaldır. Ən çox ümumi günəş radiasiyası, ən aşağı və ən yüksək temperatur bu vilayətdə müşahidə edilir. Yağıntıların orta illik miqdarı 200-900 mm arasında dəyişir. Orta Araz vilayətində iqlimin kontinentallığı çay şəbəkəsinə də öz təsirini göstərir. Ərazinin çayları, əsasən, qar, yağış, yeraltı sularla qidalanır və palçıqlı sellər yaradır. Çaylardan suvarmada geniş istifadə olunur. Naxçıvanda göllər uçqun mənşəli olub (Batabat, Qanlıgöl, Göygöl) dağ-çəmən landşaftında yerləşir.
Lənkəran vilayətində ovalıqda və dağətəyində sarı torpaqlar üzərində meşələr geniş yer tutur.
*İnversiya – dağlarda temperaturunun, yağıntıların, landşaftların və s.-nin yüksəklik qurşaqlığı qanunauyğunluğuna zidd olaraq (tərsinə) paylanması.
Meşələrdə çoxlu endemik və relikt bitkilər vardır. Digər vilayətlərdən fərqli olaraq Talış dağlarının ətəklərində meşələr, onlardan yuxarıda isə dağ çölləri və kserofit kolluqlar kimi quraq lanşaftları yayılmışdır. Bu, landşaft inversiyası * adlanır. Bunun səbəbi Talış dağlarında hündürlüyə doğru yağıntıların azalmasıdır. Dağların alçaq hissələrində qonur-meşə, yuxarı hissələrində qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Orta Araz vilayətində torpaq, bitki örtüyü, landşaft qurşaqları yüksəklik qurşaqlığı üzrə dəyişir. Dağlıq ərazilərdə arid iqlim yayıldığı üçün meşə landşaftı zəif inkişaf etmişdir. Meşələr yalnız çay dərələrində talalar şəklində yayılmışdır. Yarımsəhra landşaftında boz, boz-çəmən, şoran və şorakət torpaqlar, dağlıq ərazilərdə şabalıdı, qəhvəyi-meşə, dağ-çəmən torpaqları üstünlük təşkil edir. Naxçıvanda yarımsəhra, çəmən-kol, bozqır və kserofit bitkilər yayılmışdır. Naxçıvanın yüksək dağ çəmənləri yay otlaqları və biçənəklər kimi istifadə olunur. Lənkəran vilayətinin sarı torpaqları sitrus meyvəçiliyi, çayçılıq və faraş tərəvəzçilik üçün əlverişlidir. Hər iki vilayətdə taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq və maldarlıq inkişaf etmişdir.
Orta Araz vilayəti Ön Asiya fiziki-coğrafi ölkəsinə daxildir. İki fiziki-coğrafi rayona bölünür.
- Şərur-Ordubad
- Günnüt Qapıcıq
Şərur Ordubad
- Arazboyu düzənlikləri əhatə edir. Qərbdən şərqə doğru bu düzənliklərin ardıcıllığı. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad. Bu düzənliklərin hündürlüyü 600 m-dən başlanır.
- İqlimi qışı soyuq, yayı isti və quru keçən yarımsəhra və quruçöldür.
- Torpaqları boz-çəmən, şabalıdıdır.
- Suvarma olmadan əkinçilik mümkün deyil.
- Arid denudasiya relyef formaları geniş yayılıb (yarğan, qobu, bedlend)
- Şərur-Ordubad düzənliyində illik temperatur amplitudu yüksək, yağıntıların miqdarı 200-400 mm arası düşür. Culfa da mütləq minimum (-33°C) və mütləq maksimum +44°C temperatur qeydə alınıb. Şərur-Ordubad quraq olduğu üçün rütubətlik əmsalı vahiddən azdır. Günəş radiasiyası və günəşli saatların miqdarı çoxdur.
Günnüt Qapıcıq
- Dağlıq əraziləri əhatə edir. Burada ən hündür nöqtə Qapıcıq dağıdır (3904m)
- Şimaldan Zəngəzur (Qapıcıq 3904 m) və Dərələyəz silsiləsi (3120 m Küküdağ) yerləşir.
- Azərbaycanın ən qədim alt paleozoy yaşlı süxurları bu fiziki-coğrafi rayonda səthə çıxır. Bundan başqa mezozoyun trias yaşlı süxurları yalnız Dərələyəzdə səthə çıxır. Qalan bütün dağlıq hissələr paleogen yaşlı süxurlarla örtülüb.
- İqlimi yayı quraq keçən soyuq, dağ tundradır.
- Torpağı boz, qəhvəyi dağ, dağ çəmən torpaqlar
- Meşə qurşağına rast gəlinmir. Onun yerinə rütubət çatışmazlığından yaranan kserofit kolluqlar yayılıb. Yüksək hissələrdə dağ çəmən, yalnız Qapıcıq dağı ətrafında isə subnival və nival landşaftlara rast gəlinir.
- Faydalı qazıntılarla zəngindir. Ordubadda molibden (Parağaçay), Şərurda polimetal (gümüşlü) və s filiz faydalı qazıntılar var.
- Qərbdən şərqə doğru çayları: Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay. Yeraltı və qar suları ilə qidalanırlar, palçıqlı sellərə malikdir.
- Zəngəzur və Dərələyəz silsiləsi Kiçik Qafqaz tektonik zonasına daxil olmaqla 9 ballıq zəlzələ zonasına daxildir.
- Badamlı, Sirab, Vayxır, Darıdağ mineral sular burada yerləşir.
- 11. Günnüt Qapıcıq da uçqun mənşəli Batabat və Qanlı göl yerləşir. Batabat dan Naxçıvança, Qanlı göldən isə Küküçay başlanır. Rayonda Arpaçay, Sirab, Vayxır və s kimi su anbarı vardır.
LƏNKƏRAN VİLAYƏTİ
Lənkəran vilayəti iki fiziki-coğrafi rayona bölünür.
- Talış dağları
- Lənkəran ovalığı
Lənkəran ovalığı
1.. Xəzər sahilləri ilə Talış dağları arasında yerləşir.
- Səthi 4-cü dövrün dəniz və çay çöküntülərindən təşkil olunmuşdur.
- İqlimi yayı quraq keçən mülayim-istidir. Yağış ilin soyuq dövründə düşdüyündən ilin isti dövründə çaylarından suvarmada istifadə olunur
- Ovalıqda şirin qrunt suları səthə yaxındır, düzən meşələri formalaşdırır. Torpağı çəmən-meşə və sarıdır.
- Çox hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir
- Faraş tərəvəzçilik, çayçılıq, subtropik meyvəçilik, çəltikçilik yayı quraq keçən mülayim iqlim tipində əkilir.
- Yağış çox düşdüyündən buxarlanma çoxdur. Rütubətlənmə əmsalı vahiddən böyükdür.
Talış dağları
- Qərbdən və cənubdan İranla sərhəddir.
- Ən hündür zirvəsi Kömürköy-2493 m, Qızyurdu- 2433 m.
- İqlimi yağıntıları bərabər paylanan mülayim-isti, yayı quraq keçən mülayim-isti, quru –çöldür.
- Azərbaycanda ən çox yağıntı Talış dağlarının ətəklərinə düşür (1400 mm)
- Talış dağlarında azonallıq müşahidə olunur. Hündürlüyə doğru yağıntıların miqdarı azalır, temperatur artır. Bunun səbəbi İran dağlıq yaylasından isti və quru hava kütlələrinin gəlməsidir.
- Talış dağlarının ətəkləri meşə, sonra quru çöl və dağ kserofit meşə və kolluqlar təbii zonası gəlir.
- Çayları Bolqarçay, Viləş, Lənkərançay, Astaraçay, Təngərud və s kimi çaylar birbaşa Xəzərə axır (Bolqarçay istisna). Çaylar əsasən yağışla qidalanır və ilin soyuq dövründə düşür.
- Talış dağları paleogen yaşlı süxurlarla örtülüb. Faydalı qazıntılar baxımıdan kasıbdır. Tektonik baxımdan Kiçik Qafqaz tektonik zonasına aiddir.
- Hirkan milli parkında dəmirağac və şabalıdyarpaq palıd qorunur.
Fiziki coğrafi rayonlaşdırma
Respublikanın ərazisində müxtəlif relyef formalarına uyğun landşaft kompleksləri vardır. Ona görə də burada bir-birindən fərqlənən fiziki-coğrafi vilayətlər ayrılır. Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Lənkəran və Orta Araz ölkədə ayrılan fiziki-coğrafi vilayətlərdir. Onlara bəzən təbii vilayətlər də deyilir.
Azərbaycanın fiziki-coğrafi vilayətlərə ayrılması, onların rayonlara bölünməsi zamanı geomorfolojı strukturlar və landşaft elementlərinin ümumiliyi əsas amil kimi nəzərə alınır. Onların əsasında burada Böyük Qafqaz və Kür-Araz fiziki-coğrafi vilayətlərinin daxil olduğu Qafqaz ölkəsi, Kiçik Qafqaz, Lənkəran və Qrta Araz (Naxçıvan) fiziki-coğrafi vılayətlərinin aid edildiyi Ön Asiya ölkəsi ayrılır. Onlar isə fiziki-coğrafi rayonlaşmada daha kiçik bölgülər sayılan 5 fiziki-cografi viıayətə və 19 fiziki-coğrafi rayona bölünür.
Fiziki-coğrafi vilayətlər və rayonlar.
I. Böyük Qafqaz fiziki-coğrafi vilayəti.
1. Samur-Dəvəçi rayonu,
2. Qonaqkənd rayonu,
3. Zaqatala-Lahıc rayonıı,
4. Dağlıq Şirvan (Şamaxı) rayonu,
5. Qobustan-Abşeron rayonu
II. Kür çökəkliyi fiziki-coğrafi vilayəti.
1. Acınohur-Ceyrançöl rayonu,
2. Alazan-Əyriçay rayonu,
3. Qazax-Qarabağ rayonu,
4. Küdrü-Şirvan rayonu,
5. Arazboyu maili düzənliklər rayonu,
6. Mərkəzi Aran rayonu
III. Kiçik Qafqaz fiziki-coğrafi vilayəti.
1. Gəncə dağları rayonu,
2. Qarabağ dağları rayonu,
3. Qarabağ vulkanik yaylası rayonu,
4. Həkəri rayonu
IV. Lənkəran fiziki-coğrafi vilayəti.
1. Lənkəran rayonu,
2. Talış dağları rayonu
V. Orta Araz (Naxçıvan) fiziki-coğrafı vilayəti.
1. Şərur-Ordubad rayonu,
2. Naxçıvan dağları (Günnüt-Qapıcıq) rayonu
Böyük Qafqaz fiziki-coğrafi vilayəti
Böyük Qafqaz dağları respublıkanın şimal və şimal-şərq hissələrini əhatə edir. Vilayətin daxilində aşağıdakı fiziki-coğrafi rayonlar ayrılır.
Samur-Dəvəçi fiziki-coğrafi rayonu.
Böyük Qafqazın şimal-şərqində yerləşən fiziki-coğrafi rayon Samur-Dəvəçi ovalığına uyğun gəlir. O, şərqdə Xəzər dənizi ilə, şimalda Samur çayı ilə əhatə edilir. Cənubda Gilgilçayın mənsəbinə, qərbdə 200 m yüksəkliyə qədər olan ərazilər rayona daxildir. Dənizin sahilləri okean səviyyəsindən 26 m-ə qədər alçalır və dəniz çöküntüləri ilə örtülür. Qərbdə çay çöküntüləri və gətirmə konusları çoxdur. Samur və Qudyal çaylarının arasında Şollar düzü yerləşir.
Samur-Dəvəçi rayonu qışı mülayim keçən yarımsəhra va quru çöl iqlimi zonasına daxildir. İldə 300-400 mm yağıntı düşur. Samur-Dəvəçi rayonunun ərazisi tam mənimsənilmişdir və əkin sahələrinə çevrilmişdir.
Qonaqkənd fiziki-coğrafi rayonu.
Fiziki-coğrafı rayon Baş Qafqaz dağlarının suayrıcısından Samur-Dəvəçi ovalığına qədər sahəni tutur. Dağlarda aşağıdan yuxarıya doğru cənub-şərqdə yayı quraq keçən mülayim-isti iqlim və qışı quraq keçən mülayim-isti iqlim, şimal-şərqdə yağıntıları bərabər paylanan mülayim-isti iqlim, qışı quraq keçən soyuq iqlim və dağ-tundra iqlimi bir-birini əvəz edir. Bu istiqamətdə yağıntıların miqdarı 400 mm-dən 1200 mm-ə qədər artır.
Zaqatala-Lahıc fiziki-coğrafi rayonu.
Ərazi Baş Qafqaz dağlarının cənub yamaclarında yerləşir. Fiziki-coğrafi rayon qərbdə Mazımçaydan şərqdə Girdiman çayına qədər uzanır. Cənubda onun sərhədləri Alazan-Əyriçay vadisindən, şimalda Suayrıcı silsiləsindən (Baş Qafqaz dağları) keçir. Bu ərazilər daxilində rayonun relyefi 600 m-dən 4000 m-ə qədər yüksəlir.
Şamaxı (Dağlıq Şirvan) fiziki-coğrafi rayonu.
Böyük Qafqaz dağlarının cənub-şərq kənarları rayona daxildir. Rayon şimalda Baş Qafqaz silsiləsinin suayrıcısından cənub və cənub-qərbdə Şirvan düzünə qədər uzanır. Dağlıq Şirvan şərqdə Qobııstandan qərbdə Girdiman çayına qədər bir ərazini əhatə edir.
Dağlıq Şirvan rayonu yayı quraq keçən mülayim-isti iqlimə malikdir. İl ərzində 400-900 mm yağıntı düşür.
Qobustan-Abşeron fiziki-coğrafi rayonu.
Böyük Qafqaz təbii vilayətinin şərqində yerləşən Qobustan-Abşeron Xəzər dənizinin sahillərindən şimal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-qərbdə Şirvan düzünə qədər, cənubda Cənub-Şərqi Şirvan düzünə qədər uzanır. Burada qışı mülayim keçən yarımsahra və quru çöl iqlimi hakimdir. Qobustanın cənub-şərq kənarlarını külək tutmadığına görə respublikada ən az (150 mm) yağıntı alan sahədir.
Qobustan-Abşeronun boz-qonur VƏ şorakətli boz-qonur torpaqlarında yovşan, şoran, dəvətikanı və efemerlər bitir. Onlar yanmsəhra landşaft qurşağına daxildir və ərazini başdan-başa əhatə edir. Rayonun şərqində açıq şabalıdı tor-paqlar inkişaf edir. Xəzərin sahillərində qumluqlar vardır.
Kür çökəkliyi fiziki-coğrafi vilayəti
Azərbaycan ərazisinin ⅓ hissəsini tutur.Qarayazıdan Xəzərə qədər davam edir.Vilayət aşağıdakı fiziki-coğrafi rayonlara bölünür:
Acınohur-Ceyrançöl fiziki-coğrafi rayonu.
Kür çayının sol sahilləri boyu Gürcüstanla dövlət sərhəddindən Girdiman çayına qədər ərazini Acınohur-Ceyrançöl rayonu tutur. Rayon şimalda Böyük Qafqaz dağları ilə cənubda Kür-Avaz ovalığı arasında yerləşir.
Acınohur-Ceyrançöl qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi, şimal-şərq hissəsi qışı quraq keçən mülayim-isti iqlim şəraitində yerləşir. Ərazidə yağıntıların illik miqdarı 300-400 mm-dir. Ceyrançöl qışda, Acınohur yayda quraq olıır,
Burada yovşanlı-gəvərli yarımsəhra bitkiləri, ağ ot, topal, şivyə və xırda kolluqlardan ibarət dağ kserofit bitkiləri geniş yayılır. Meşələrdə Eldar şamı, ardıc, saqqız ağacı əsas flora elementləridir.
Alazan-Əyriçay fiziki-coğrafi rayonu.
Bu fiziki-coğrafi rayon eyni adlı vadidə yerləşir. Onun sərhədlərini şimalda Baş Qafqaz dağlarının cənub ətəkləri, cənubda Acınohıır alçaq dağlığı, qərbdə Mazun çayı, şərqdə Girdiman çayı təşkil edir.
Ərazinin qışı qıraq keçən mülayim-isti iqlimi şəraitində 400-600 mm-dəıı 1000 mm-ə qədər yağıntı düşür.
Alazan-Əyriçay vadisində çəmən-meşə və çəmən torpaqlan yaranmışdır. Yeraltı suların səthə yaxın olması ilə əlaqədar burada palıd, vələs, qovaq və qızılağacdan ibarət düzənlik meşələri vardır. Cənub hissələrdə, daha yuxarı sahələrdə müxtəlif otlu çöl bitkilərinə rast gəlinir. Qazax-Qarabağ fiziki-coğrafi rayonu.
Gəncə-Qazax və Naftalan maili düzənlikbrlə Qarayazı, Qarabağ və Mil düzlərinin bir hissəsi Qazax-Qarabağ rayonuna daxildir. Bu ərazilər cənubda və qərbdə Kiçik Qafqaz təbii vilayətinə birləşir və burada onun hündürlüyü 400 m-ə qədər artır.
Küdrü-Şirvan fiziki-coğrafı rayonu.
Rayon qərbdə Türyan çayından şərqdə Ləngəbiz silsiləsinin ətəklərinə qədər uzanır. Onun şimal sərhədləri Ağdaş-Göyçay-Ağstafa şəhərlərini birləşdirən xətt üzrə, cənub sərhədləri Ağdaş-Ucar-Kürdəmir-Şirvan şəhərlərini birləşdirən xətt üzrə keçir.
Küdrü-Şirvan qışı mülayim, quru, yarımsəhra və quru çöl iqlimi zonasında yerləşir. Şimalda, kiçik sahədə qışı quraq keçən mülayim-isti iqlim hakim olur. İl ərzindo 300-400 mm yağıntı düşür.
Arazboyu maili düzənliklər fiziki-coğrafi rayonu.
Fiziki-coğrafi rayon Kiçik Qafqaz dağları ilə Araz çayı arasında yerləşir. O, Zəngilan rayonundan Qarabağ kanalına qədər geniş bir ərazini əhatə edir. Araz çayı boyu ərazilər Arazboyu maili düzənliklərə daxildir. O, Gəyən, İncə və Hərəmi düzlərinə bölünür.
Bura daxil olan ərazilər yarınisəhra və quru çöl iqlimi zonasında yerləşir. İl ərzində 400-600 mm yağış yağır.
Mərkəzi Aran fiziki-coğrafi rayonu.
Kür-Araz ovalığının mərkəzi və şərq hissələrində, 0 m hiindürlüyü olan horizontallarla haşiyələnən ərazilər Mərkəzi Aran rayonuna daxildir.
Mərkəzi Aranda qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Burada havanın orta illik temperaturu 14,5°S-dən yuxarı qalxır. Mütləq minimum temperatur il ərzində -22°S, mütləq maksimum temperatur 43°S-dir. Yağıntıların miqdarı qərbə doğru azalsa da, ən az yağıntılar Cənub-Şərqi Şirvanda müşahidə edilir.
Kür çayı boyu allüvial-çəmən torpaqlarda tuğay meşələri bitir. Bərdədən cənub-şərqdə saqqız ağaclarından ibarət Sultanbud meşələri vardır. Respublikanın düzənliklərində for-malaşan yarımsəhra landşaft qurşağının əsas hissəsi Mərkəzi Aran fiziki-coğrafi rayonuna aiddir.
Kiçik Qafqaz fiziki-coğrafi vilayəti
Əsasən Kiçik Qafqaz dağlarını əhatə edir. Kiçik Qafqaz aşağıdakı fiziki-coğrafi rayonlanı bolünür:
Gəncə dağları fiziki-coğrafi rayonu.
Gəncə dağları rayonu şərqdə Tərtər çayının dərəsinə qədər uzanır. Rayonun şimal sərhədləri Qazax-Tovuz-Şəmkir-Goranboy-Tərtər şəhərlərini birləşdirən xətt üzrə keçir.
Fiziki-coğrafi rayonun alçaq va orta dağlıq sahdhrində qışı quraq keçən mülayim-isti iqlim, yüksək dağlıq sahəbrində qışı quraq olan soyuq iqlim hakimdir. Murovdağ silsiləsinin daha yuxan hissəbri dağ-tundra iqlimi şəraitində yerləşir. Burada il ərzində 400-900 mm yağıntı düşür.
Dağların yamacları şabalıdı, dağ-meşə, dağ-qara və dağ-çəmən torpaqları ilə örtülür. Bu torpaqlarda müvafıq olaraq dağ çölləyi, meşələr, dağ çəmənlikləri inkişaf edir. Gəncə dağları fıziki-coğrafı rayonunda dağ çölləri, dağ meşələri, subalp çəmənlikləri, alp çəmənlikləri və qayalıq-daşlıq landşaft qurşaqları formalaşır.
Qarabağ dağları fiziki-coğrafi rayonu.
Qarabağ silsiləsinin yerləşdiyi ərazilər eyni adlı rayona uyğun gəlir. O, şimalda Mudovdağ silsiləsi ilə, şərqdə Qarabağ va Mil düzləri ilə əhatələnir. Cənub-qərbdə sərhəd Qarabağ silsiləsinin suayrıcı boyu aparılır.
Regionun cənub-şərq kənarlarında yayı quraq keçən mülayim-isti iqlim, dağətəyi zonalarda qışı quraq keçən mülayim-isti iqlim formalaşır. Yüksək dağlıq ərazilərdə qışı qııraq keçən soyuq iqlim hakimdir. Hündürlüyün artması ilə yağıntılann miqdan 600-1000 mm arasında dəyişir.
Qarabağ vulkanik yaylası fiziki-coğrafi rayonu.
Qərb tərəfi Ermənistanla sərhəddən, şərq tərəfi isə Qarabağ silsiləsinin suayrıcısından keçir. Vulkanik yayla qışı quraq keçən soyuq iqlim zonasmda yer-bşir. Yüksək dağhq sahələrdə dağ-tundra iqlimi hakimdir. Yağıntıların miqdarı 600 mm-dən 900 mm-ə qədərdir. Rayonun ərazisində mütbq hündürlüyün çox olması ilə əlaqədar burada yüksək dağlıq ərazilər üçün səciyyəvi olan torpaq-bitki örtüyü formalaşır.
Həkəri iqtisadi-coğrafi rayonu.
Həkəri və Oxçu çayları boyu yerləşən Həkəri fiziki-coğrafi rayonu qərbdə Ermənistanla, cənubda İranla olan dövlət sərhədlərinə qədər uzanır.
Qışı quraq keçdiı mülayim-isti iqlim, Araz çayı boyu yarım-səhra və quru çöl iqlimi burada əsas iqlim tipləridir. Yağıntıların miqdan 300-600 mm arasmda dəyişir. Burada olan düzənliklərdə bitki örtüyü yovşan, efemerlər və kolluqlardan ibarətdır.
Lənkəran fiziki-coğrafi vilayəti
Azərbaycanın cənub-şərq kənarları Lənkəran fıziki-coğrafi vilayətinə daxildir. Vilayət şərqdən Xəzər dənizi ilə, cənubdan va qərbdən İran itə əhalə olunur.
Lənkəranda dağlıq və düzənlik relyef formalanna uyğun olaraq iki fıziki-coğrafi rayon aynlır.
Lənkəran fiziki-coğrafi rayonu.
Xəzər dənizi ilə Talış dağları arasında Lənkəran rayonu yerləşir. Bu ərazilər Lənkəran ovalığına uyğun gəlir. Onun şimal sərhədləri Bolqar çayı boyu, cənub sərhədləri Astara çayı üzrə keçir. Fiziki-coğrafı rayonun mütləq hündürlüyü 40-50 m-ə qədər qalxır.
Lənkəranda rütubərli subtropik iqlim mövcuddur.
Tahlış dağları fiziki-coğrafi rayonu.
Talış dağlarına aid olan silsilələr eyni adlı fiziki-coğrafi rayonun ərazisinə aiddir. Rayon cənubda və qərbdə İranla olan dövlət səvhədlərinə qədər uzanır.
Fiziki-coğrafi rayonun şərqində, alçaq dağlıq ərazilərdə yağıntıları il boyu bərabər paylanan mülayim-isti iqlim, qərbində isə yayı quraq keçən mülayim-isti iqlim hakimdir.
Orta Araz (Naxçıvan) fiziki-coğrafı vilayəti
Naxçıvan fıziki-coğrafı vilayəti Naxçıvan Muxtar Respublikasını (NMR) əhatə edir. Vilayət iki fiziki-coğrafı rayona bölünür:
Şərur-Ordubad fiziki-coğrafi rayonu.
Şərur-Ordubad rayonuna Araz çayının sol sahilləri boyunca uzanan maili düzənliklər daxildir.
Düzənliklərdə qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. İl ərzində havanın mütləq minimum tempevaturu -32°S, mütləq maksimum temperatum 43°S-dir.
Naxçıvan dağları (Günnüt-Qapıcıq) fiziki-coğrafi rayonu.
Naxçıvan Muxtar Respublikasında (NMR) 1200 m-dən Qapıcıq zirvəşinə qədər yüksələn dağlar Naxçıvan dağları rayonuna aid edilir. Naxçıvanm dağları yayı quraq keçən soyuq iqlimı zonasmda yerləşir. Yağıntıların miqdarı alçaq dağlıq ərazilərdə 300 mm, orta dağlıq zonalarda 400-600 mm, yüksək dağlıq ərazilərdə 800-900 mm-dir.
Fiziki-coğrafi rayonlaşdırma əsasında nədir. Coğrafi abadlıq: məqsəd, metod və prinsiplər
Planetimizin səthi çox heterogen edir. Territories relyef, geoloji quruluşu, bitki və torpaq örtüyünün xarakteri bir-birindən fərqlənir. elə təbii “xaos” aerodinamik, alimlər abadlıq ilə gəlmişəm. polad Geographers şərti kəmər, qrup, region və ölkə üzrə yerin səthinə bölün.
fiziki-coğrafi rayonlaşdırılması əsasında nədir? onun əsas məqsədləri hansılardır? nə prinsipləri və həyata keçirilir nə üsulları ilə əsasında? Bu suallara cavab bizim məqalədə bilər.
abadlıq fiziki-coğrafi: müəyyən və mahiyyəti
(- GRF qısaldılmış) – Coğrafi abadlıq bölmə sistemi yer müəyyən edilir. Bu müəyyən homojenliği fərqli bir coğrafi əhatə hissələri, qeyd etmək imkan verir. Bu eyni əsasən, ilk növbədə ərazi, topoqrafiya, iqlim, torpaq, flora və fauna ümumi geoloji quruluşu nəzərdə tutulur.
Bundan əlavə, belə bir abadlıq siz coğrafi zərflərin bu hissələri arasında aydın sərhədləri çəkmək üçün imkan verir.
Fiziki abadlıq bir çox elm, coğrafiyaşünaslar və tədqiqatçılar məşğul. Onların arasında: A. Radishchev, HA Çebotaryov çıxışında, AI Voeikov, LS Berg, VP Semenov-Tyan-Şan, FN Mielke, NA Günəş və digər. müxtəlif abadlıq sxemləri inkişaf indiki mərhələdə Moskva Dövlət Universitetinin mütəxəssisləri çalışır. Lomonosov.
fiziki-coğrafi rayonlaşdırılması inkişaf qısa tarixi
abadlıq sahələrdə ilk cəhdləri geri XVIII əsrə aiddir. Lakin, onlar elmi təməl olmadan idi və hər hansı bir xüsusiyyət həyata keçirilir. Bu simptomlar ən tez-tez ən bariz şey idi ki, siyasi sərhədləri, və ya landforms.
XIX əsrin ikinci yarısında sürətlə xüsusi coğrafi elmlərin inkişaf başlayır (Klimatoloji, torpaq elm, və s.). Bununla əlaqədar müvafiq ixtisaslaşdırılmış sxemlərin təbii abadlıq inkişafı intensiv. sonra muxtar sahədə az təcrid və iqtisadi rayonlaşdırılması üçün.
Bu hesab edilir ki, XIX əsrin sonunda böyük rus alimi Vasili Dokuchaev əsərlərində xas fiziki-coğrafi rayonlaşdırılması nəzəri əsasları. Sonra fikir LS onun inkişafı ilə seçilmiş edilib Berg və GI Tanfiliev. fiziki-coğrafi rayonlaşdırılması son əsrin əvvəllərində ciddi və xarici coğrafiyaşünaslar (məsələn, Amerika İngilis və Alman elm adamları) danışmağa başladı.
Sovet elm bu məsələdə ciddi 20 geri diqqət başladı. Və artıq 1940-cı ildə SSRİ fiziki-coğrafi rayonlaşdırma ilk versiyasını yaradılmışdır.
Biz bu məsələ ilə bağlı, Rusiya və digər ölkələrin bir çox ağıl iş görə bilərsiniz kimi. fiziki-coğrafi rayonlaşdırılması əsasında nədir? Bu suala cavab üçün cəhd edək.
fiziki-coğrafi rayonlaşdırılması əsasında nədir?
GRF – Bir sahələrdə ərazi (və ya su) bölünməsi prosesi, həm də ətraflı komponent-müdrik və kompleks xüsusiyyətləri hazırlanması daxildir onların ətraflı öyrənilməsi deyil. Amma fiziki-coğrafi rayonlaşdırılması əsasında nədir? Bu sualın cavabı olduqca aydın və sadədir.
rayonlaşdırılması fiziki əsasları ayrı komponentləri inhomogeneity edir coğrafi shell. o komponentləri daxil edilməlidir:
- geoloji quruluşu;
- relyef;
- iqlim xüsusiyyətləri;
- torpaq örtüyü;
- bitki;
- və fauna.
Bu ən müasir coğrafiyaşünaslar müəyyən təbii sahələrdə real etiraf ki, qeyd etmək lazımdır. Lakin onların arasında sərhədləri həmişə aydın və birmənalı deyil. qonşu fiziki və coğrafi ərazilərdə adətən müəyyən keçid zonalarında mövcud arasında olan həm qonşu rayonların müşahidə xüsusiyyətləri (məsələn, meşə meşə və çöl klassik arasında müəyyən keçid zonası) çərçivəsində.
əsas məqsədləri və GRF prinsipləri
abadlıq Bu cür təmiz tədqiqat və tətbiqi tədqiqat kimi qol bir sıra aparır. Amma fiziki-coğrafi rayonlaşdırma əsas məqsədi Earth coğrafi zərflərin səlahiyyətli və dəlil-based məkan fərqləndirmə edir.
Meyvə GRF fəal bir çox sənaye və sahələri insan fəaliyyətinin istifadə: kənd təsərrüfatı, meşə təsərrüfatı, şəhər planlaşdırma, tibbi coğrafiya, təbiəti mühafizə və digər.
bir ərazisində coğrafi sahələrin ayrılması prosesi çünki xüsusi prinsipləri və müəyyən qanunauyğunluqları əsasında baş verir. fiziki-coğrafi rayonlaşdırılması aşağıdakı (əsas) prinsipləri aşağıdakılardır:
- obyektivlik;
- ərazi bütövlüyü;
- abadlıq və azonal;
- uniformity kompleksi komponentləri;
- abadlıq nəticələrinin müqayisə.
Yəqin ki, bu ən əhəmiyyətli obyektivlik prinsipidir. Biz bu kimi təbii komplekslərin obyektiv mövcudluğu haqqında gedir. onunla razılaşır və demək olar ki, bütün coğrafiyaşünasları və (DL Armand istisna olmaqla) landshaftovedy razıyam. No daha az abadlıq mühüm və ərazi bütövlüyü prinsipi. Bu abadlıq ədəd ayrı-ayrı və coğrafi parçalanmış ərazi daxil ola bilər ki, var.
GRF növləri
Coğrafi abadlıq fərqli ola bilər. yalnız bir əlamətləri (landşaft komponentlər) sahələri qeyd etmək məqsədi, bu, xüsusi (və ya sənaye) kimi baxılacaq. Məsələn, torpaq və ya ərazisinin iqlim abadlıq ola bilər.
Məqsədi GRF üçün deyil tamamilə bütün ərazi (iqlim, topoqrafiya, torpaq, və s.), o, hərtərəfli (və ya landşaft) adlanacaq komponentləri təhlil.
Bundan əlavə, təbii abadlıq ola bilər:
Bu təsnifat əsasında müxtəlif taksonomik vahidləri GRF müəyyən edir.
fiziki rayonlaşdırılması üsulları
“Top” abadlıq rayonlaşdırma və “aşağıdan” Və böyük, GRF üçün iki əsas yolu var. Bu üsulların hər iki geniş landşaft istifadə və mükəmməl bir-birini tamamlayır olunur.
Aşağıdakı kimi “Aşağıda” təbii abadlıq baş verir. kiçik inteqrasiyası vasitəsilə təbiət komplekslərinin daha böyük və daha mürəkkəb ərazi komplekslərinin ayrılır. Bu böyük miqyaslı landşaft xəritələri istifadə edir. “Yuxarıdan” abadlıq zaman hər şey əksinə olur. Əvvəlcə böyük təbii regionlarda ayrılan və sonra mövzu xəritələr bir plüralizmi analiz, onlar kiçik təbii komplekslərinin daxil “qədər sınıq” olunur.
fiziki və coğrafi rayonlaşdırma tətbiq klassik elmi metod və üsulları bir sıra edir. Onların arasında:
- kartoqrafiya;
- aerokosmik;
- geokimya;
- paleocoğrafi;
- math;
- kompüter simulyasiya üsulları.
Taksonomik vahidləri GRF
Zonal təbii abadlıq aşağıdakı taksonomik vahidləri müəyyən edir:
- coğrafi zona;
- sahəsi;
- subzones.
azonal abadlıq ayrılması qərar:
- Ölkənin fiziki coğrafiya;
- sahəsi;
- il;
- sahələri;
- massivi;
- podurochischa;
- factors.
ərazi fərqləndirmə ən yüksək səviyyədə bölmələri var: coğrafi örtüyü və qitələr. Amma GRF ən əsas bölmələri factors və yolları sayılır.
GRF marjinal bölmənin factors
factors hesab coğrafi sistemləri iyerarxiyasının (yəni, ibtidai və bölünməz) vahid Limit. Bu nədir?
Hər həyatı sürülmüş sahəsində görüldü, və ya sulu yaşıl çəmənlikləri ortasında bir BIRCH GROVE olmalıdır. Bu maddələr yalnız factors baş nümunələridir.
Termini “factors” Latın kökləri var və söz factors gəlir – “üz”, “image”, “üz”. Bu botaniklərinin, geoloqlar və biocoğrafiya tərəfindən istifadə olunur. bu müddət verilmiş Sovet alimi D. Nalivkin ən uğurlu müəyyən. Onun sözlərinə görə, factors – eyni təbii şəraiti, flora və fauna ilə xarakterizə olunur yer səthinin bir parça. Başqa sözlə, bu, ibtidai və vahid ekoloji komplekslər var.
Factors həmişə bir biosenozların içərisində və bir valideyn material, eyni iqlim, su rejimi və torpaq örtüyü ilə xarakterizə olunur. baxımdan ərazi geosistemlərinin iyerarxiya, bu əsas struktur hissəsidir və podurochisch stows.
factors üç əsas növü var:
- Continental.
- Marine.
- Keçid (sahil lagoons, deltaları və s.)
nəticə
iqlim, topoqrafiya, flora, fauna və torpaq: İndi fiziki-coğrafi rayonlaşdırma əsasında fərdi coğrafi əhatə komponentlərinin heterogenliyi olduğunu bilirik. obyektivlik, birnövlülük, ərazi bütövlüyü, abadlıq (və azonal) və nəticələrinin abadlıq müqayisə: Bu proses beş əsas prinsiplərinə əsaslanır.
zonal və azonal, hərtərəfli və sənaye: GRF müxtəlif ola bilər. Coğrafi abadlıq kəmərlər, zonaları və subzones, təbii ölkə, region, il, və factors yollarının üzərində yer səthi ayırır.
Comments are closed, but trackbacks and pingbacks are open.