Fiziki və kolloid kimya
ƏMƏK FƏALİYYƏTİ
Fiziki və kolloid kimya
Kimya müəllimliyi
Kimya müəllimliyi şagird və abituriyentlərə müəyyən kimyəvi bilik və bacarıqları çatdırmaq, gündəlik həyatımızda kimyəvi maddələr ilə istifadə qaydasını öyrətmək, sənayenin bir çox sahələrində (zavod və fabriklərdə) həm istifadə olunan, həm də alınan kimyəvi maddələr haqqında məlumat verən müəllimlik peşəsinin bir sahəsidir. Kimya müəllimi ixtisası bu gün xüsusilə nüfuzlu və aktualdır. Bu həm yeni bilik sahələrinin inkişafı (ekologiya, molekulyar kimya və s.), həm də bu elmin həllinə kömək edən sosial vəzifələrin vacibliyi ilə əlaqədardır. Kimyanın iilkin təməllərini bilmək hər birimiz üçün zəruridir, bu biliklər insanın ümumi mədəniyyətinin göstəricilərindən biridir. Kimya müəllimi ixtisasını seçmiş bir insanın kimyəvi istehsalın və hətta bəzi reaksiyaların həmişə zərərsiz olmadığını bilmələri lazımdır, buna görə kimya müəllimi peşəsi, allergik xəstəliklərdən əziyyət çəkən zəif ağciyərləri olan insanlar üçün tövsiyə deyil. Bu sahə kimya elminə maraq göstərənlər üçün uyğun sahədir.
Biologiya müəllimliyi
Biologiya müəllimliyi – Biologiya fənninin tədrisi deməkdir. Əvvəlki dövrlərdə Biologiyanın sırf canlıların tədrisi ilə bağlı olduğu deyilsə də, virusların kəşfi ilə və bəzi orqanizmlərin canlı və ya cansız olduğunu hələ də müəyyən etmək mümkün olmadığından hal-hazırda Biologiya canlı və cansız hesab olunan orqanizmləri öyrənir. Xarici ölkələrdə əsasən sırf “Biology” deyil, “Science” adlı fənn tədris olunur ki, bu da “Biology” və “Chemistry” bəzən də digər təbiət elmlərini əhatə edə bilir. Biologiya fənni orta məktəblərdə VI sinifdən başlayaraq XI sinifin sonuna qədər tədris olunur. Hazırki dövrdə yalnız VIII sinifdə sırf insan orqanizmi öyrədilir. Qalan siniflərdə isə bitki, heyvan, insan, mikroorqanizmlər bir-birilə əlaqəli formada tədris olunur. Bu sahə biologiya elminə maraq göstərənlər üçün uyğun sahədir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
- ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
- ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
- ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
- ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
- ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
- ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
- ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
- ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
- ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
- ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq, qoyulmuş əmək normalarını yerinə yetirmək;
- ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
- ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
- ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
- ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
- ➝ Özünü ləyaqətli aparmaq;
- ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
- ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə Rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora) məlumat verməyə borcludur;
- ➝ Kimya sahəsinin bir çox istiqamətləri ilə tanış olub, konkret bir istiqamət üzrə isə dərindən bilik və bacarıqlara malik olmalıdır (məs. Analitik Kimya, Kolloid Kimya, Fiziki Kimya və s.);
- ➝ Məktəbdə Biologiya güşəsinin təşkil edilməsi;
- ➝ Şagirdlərin xüsusilə ekoloji, estetik, cinsi, mənəvi tərbiyə olunması;
- ➝ Şagirdlərin laboratoriyada işləmək qabiliyyətinə malik olmasını təmin etməli.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
- ➝ Bakı Dövlət Universiteti
- ➝ Gəncə Dövlət Universiteti
- ➝ Sumqayıt Dövlət Universiteti
- ➝ Lənkəran Dövlət Universiteti
- ➝ Xəzər Universiteti.
Bu ixtisas üzrə harada çalışmaq olar?
Kimya müəllimliyi bakalavr təhsili üzrə:
- ➝ Ümumtəhsil məktəblərində
- ➝ Abituriyent hazırlığı mərkəzlərində
- ➝ Müəyyən şirkətlərdə laborant vəzifəsində
Magistr və doktorantura təhsili üzrə:
- ➝ Ümumtəhsil məktəblərində
- ➝ Abituriyent hazırlığı kurslarında
- ➝ Universitetlərdə (yalnız dokturantura)
- ➝ Müxtəlif müəssisələrdə (qida sənayesi, neft sənayesi, hərbi sənayedə)
Biologiya müəllimliyi
- ➝ Ümumtəhsil məktəblərdə
- ➝ Peşə-ixtisas təhsili müəssisələrdə
- ➝ Abituriyent kurslarında
- ➝ Təhsil Nazirliyində
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
Kimya müəllimliyi üzrə:
- ➝ Laboratoriyada işləmək;
- ➝ Cihazlardan istifadə;
- ➝ Analiz etmək;
- ➝ Pedaqoji yönümlü bacarıqlara sahib olmaq.
Biologiya müəllimliyi üzrə:
- ➝ İxtisası haqqında dolğun biliklərə sahib olmalı;
- ➝ Hər gün yenilənən bioloji, tibbi, elmi məlumatları izləməli;
- ➝ Laboratoriyada sərbəst işləmək qabiliyyətinə malik olmalı;
- ➝ Xüsusilə mikroskop və digər laboratoriya avadanlıqlarını istifadə edə bilməli.
Ümumi bacarıqlar:
- ➝ Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.
- ➝ Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
- ➝ Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
- ➝ Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
- ➝ Suqqestiv (təlqinedici ) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
- ➝ Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
- ➝ Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
- ➝ İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
Qeyd: Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.
İxtisasın gələcəyi
Sənayemiz inkişaf etdikcə bu ixtisas da inkişaf edir. Hal-hazırda sənayeni kimyasız təsəvvür etmək olmur, eləcə də Biologiya. Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır. Xüsusən, son illər bu peşə sahiblərinin əmək haqqındakı ciddi artım, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.
Əmək haqqı
Bu ixtisas üzrə maaşlar aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq, həftəlik dərs yükünə görə təyin edilir:
- ➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
- ➝ Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda- 496 AZN
- ➝ Pedaqoji təcrübə 8 ildən 13 ilə qədər olduqda 522 AZN
- ➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
- ➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.
- ➝ Ancaq özəl liseylərdə maaşlar daha yüksək ola bilər.
Fiziki və kolloid kimya
Starting in 1996, Alexa Internet has been donating their crawl data to the Internet Archive. Flowing in every day, these data are added to the Wayback Machine after an embargo period.
Collection: Alexa Crawls
Starting in 1996, Alexa Internet has been donating their crawl data to the Internet Archive. Flowing in every day, these data are added to the Wayback Machine after an embargo period.
TIMESTAMPS
The Wayback Machine – https://web.archive.org/web/20131213015338/http://chemistry.bsu.edu.az:80/az/content/hmdov_eldar_sa__363
Əhmədov Eldar İsa
Kimya elmləri doktoru, professor, “Fiziki və klloid kimya” kafedrasının müdiri
QISA BİOQRAFİK MƏLUMAT
1968-ci ildə Bakı şəhərində 99 №-li məktəbi bitirib, indiki Bakı Dövlət Universitetinə qəbl olunmşdur. 1973-cü ildə Universitet bitirərək M.V.Lomonosov adına MDU-nun kimya fakültəsində məqsədli aspiranturaya qəbul olunmuşdur. 1977-ci ildən BDU-nun kimya fakültəsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, assistent, dosent vəzifələrində işləmişdir. 2005-ci ildən “Fiziki və kolloid kimya” kafedrasının professoru və kafedra müdiridir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1973, Bakı Dövlət Universiteti.
1977,k.e.n., “Flüorlu alüminium oksid iştirakında parafin karbohidrogenlərinin çevrilməsi” .
2004,k.e.d, “Metalseolit katalizatorlarının alınması və onların doymuş karbohidrogenlərin aşağı temperaturlu çevrilmələrində katalitik təsirinin qanunauyğunluqları”.
ƏMƏK FƏALİYYƏTİ
1977, Bakı Dövlət Universiteti..
1991-ci ildən “Fiziki və kolloid kimya” kafedrası,BDU.
“Fiziki kimya”, “Kolloid kimya” və ixtisas fənlərini tədris edir.
50 məqalə
1 monoqrafiya
5 kitab
2 patent.
2 elmlər namizədi yetişdirmişdir.
TƏDQIQAT SAHƏSI
Heterogen kataliz. Seolitlər iştirakında kataliz.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı. Bakı 2008; «Цеолиты и мезопористые материалы-достижения и перспективы» Тезисы и докладов 5-ой всероссийской цеолитной конференции. Звенигород, 8-11 июня, 2008
Akademik M.F.Nağıyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans Bakı-2008.
SEÇILMIŞ ƏSƏRLƏRI
T.O.Qəhrəmanov, K.N.Orucova, Q.Z.Həsənzadə, E.İ.Əhmədov. Termodinamikanın I qanunu. Termokimya/ metodik göstəriş, Bakı 2007
С.Э.Мамедов, Э.И.Ахмедов, Н.И.Махмудова,А.М.Микаилова Получение селективных металлцеолитных катализаторов алкилирования и их применение в процессах нефтепереработки и нефтехимии// Бакы Университетинин Хябярляри, Тябият елмляри серийасы, 2005, №2, с.17-24
Ф.Ш.Керимли, С.Э. Мамедов, Э.И.Ахмедов, М.Х.Аннагиев Закономерности превращения ксилолов на модифицированном клиноптилолите// Доклады НАНА, 2005, Т.61, № 6, с.56-58
С.Э. Мамедов, Э.И.Ахмедов, Ф.Ш.Керимли, Н.И.Махмудова Влияние содержания фосфора на физико-химические и каталитические свойстве Н-пентасила в реакции изомеризации м-ксилола и метилирования толуола// Журнал прикладной химии 2006,T.79 вып.10, с 1741-1743
Ф.Ш.Керимли,С.Э.Мамедов, Э.И.Ахмедов Влияние лантана и термообработки на на каталитическую активность и селективность действия ВК-цеолита типа пентасила в превращении м-ксилола// Вестник Бакинский Университета, серия естественных наук, 2007, № 1, с.19-23
Х.М.Азмамедова, С.Э.Мамедов, Э.И.Ахмедов, Ф.Ш.Керимли Изомеризация м-ксилола на цеолитах типа ультрасила, модифицированных кадмием и цинком// Журнал химических проблем, 2008, №2
KITABLAR
Kolloid kimya
Kolloid kimya yüksək dispersliyə malik heterogen sistemlərin fiziki-kimyəvi xassələrini öyrənir. Kolloid hissəciklər böyük xüsusi səthə malik olduqlarından kolloid sistemdə səth hadisəsi böyük rol oynayır. Əgər hər hansı bir faza xırdalanmış şəkildə digər fazanın həcmində paylanarsa belə sistemlərə dispers sistemlər deyilir. Həcmdə paylanan faza dispers faza, həcmində paylanma baş verən faza dispers mühit adlanır. Dispers sistemlər dispersliyə görə fərqləndirilirlər:
Xüsusi səth hissəciyin səthinin sahəsinin onun həcminə olan nisbətidir. Aydındır ki, disperslik böyük olduqca xüsusi səth də böyük qiymətə malik olur. Dispersliyə görə dispers sistemlər 3 yerə bölünürlər:
- Kobud dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a>10-7 m
- Kolloid dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a=10 -710 -9m
- Molekulyar dispers sistemlər a
Kobud dispers sistemlər heterogendirlər, özbaşına əmələ gəlmirlər, termodinamiki davamsızdırlar. Heç bir süzgəcdən keçmirlər, dializə uğramırlar, adi mikroskopla, bəzən gözlə də görünürlər. Molekulyar dispers sistemlər özbaşına əmələ gəlirlər, termodinamiki davamlıdırlar, dializə uğrayırlar. Ultramikroskopda hissəciklər görünmür, bütün süzgəclərdən keçirlər. Bu sistemlər həqiqi məhlullar da adlanırlar. Onlar fiziki kimyada öyrənilir. Kolloid sistemlər ultramikroheterogendirlər. Bu sistemlərdə hissəciklər adi mikroskopda görünmürlər, ultramikroskopda görünürlər. Adi süzgəcdən keçirlər, ultrasüzgəclərdən keçmirlər. Termodinamiki davamsızdırlar, ancaq təbəqələşmə çox yavaş sürətlə baş verir. Kolloid sistemlərdə hissəciklər molekul, atom və ionlar kompleksindən ibarət olur ki, bu da mitsella adlanır. Hissəcikləri davamlı etmək üçün sistemə stabilizator əlavə olunur. Stabilizator hissəciyin səthində adsorbsiya olunaraq onların bir-biri ilə birləşməsinin qarşısını alır. Məs., bitki yağı ilə suyu qarışdırıb çalxalasaq alınmış dispers sistem tezliklə təbəqələşəcəkdir. Ancaq bu sistemə 2%-li sabun məhlulu əlavə etsək və çalxalasaq, alınmış dispers sistem davamlı olacaqdır. Burada sabun stabilizator rolunu oynayır. Sabun molekulunun qeyri-polyar hissəsi yağ hissəciklərində həll olur. Polyar hissə suyun həcminə doğru yönəlir. Dispers faza və mühitin aqreqat halına görə 8 cür dispers sistem fərqləndirilir. Qazın qazda dispers sistemi mümkün deyil. Çünki bu sistemlər həmişə homogendirlər. Dispers faza və mühitin qarşılıqlı təsirinə görə liofil və liofob sistemlər fərqləndirilir. Liofil sistemlərdə dispers faza ilə mühit arasında qarşılıqlı təsir güclü olur. Buna misal olaraq zülalın suda məhlulunu göstərmək olar. Liofob sistemdə dispers faza ilə mühit arasında qarışılıqılı təsir zəif olur. Misal olaraq qızılın, kükürdün suda zollarını göstərmək olar (dispers faza bərk, dispers mühit maye olan kolloid sistemlər zollar adlanır). Qeyd etmək lazımdır ki, irimolekullu birləşmələrin məhlulları termodinamiki davamlıdırlar, özbaşına əmələ gəlirlər, homogendirlər, lakin bunlara baxmayaraq bu məhlullar kolloid kimyada öyrənilir, çünki bu məhlullar molekulyar –kinetik xassələrinə görə kolloid məhlullara oxşayırlar. Kolloid sistemlər təbiətdə geniş yayılmışdır. Qan, onurğa beyni mayesi, seliklər, torpaq, çörək, əksər ərzaq məhsulları, bulanıq su və s. kolloid sistemlərdir
Mündəricat
- 1 Kolloid sistemlərin alınması və təmizlənməsi
- 2 Dispersləşmə üsulu
- 3 Kolloid hissəciyin quruluşunun mitsella nəzəriyyəsi
- 4 Koaqulyasiya
- 5 Ədəbiyyat
Kolloid sistemlərin alınması və təmizlənməsi Redaktə
Kolloid hissəciklərin ölçüsü kobud dispers və həqiqi məhlul hissəciklərinin ölçüləri arasında yerləşdiyindən kolloid sistemlərin alınmasının 2 ümumi üsulu vardır:
- Kondensləşmə
- Dispersləşmə
Kondensləşməni fiziki və kimyəvi yolla həyata keçirmək olar. Məs., su buxarı olan havanı soyutmaqla kolloid sistem-duman alınır. Qeyd etmək lazımdır ki, kondensləşmə zamanı ilkin kondensləşmə mərkəzlərinin ölçüsü çox kiçik olduğundan xüsusi səthi çox böyük olur. Ona görə də bunların səth enerjisi böyük olduğundan həmin kondensləşmə mərkəzləri yox olurlar. Kondensləşmə mərkəzlərinin böyüməsi üçün məhlulun qatılığı doymuş məhlulun qatılığından böyük olmalıdır. Kondensləşmə mərkəzlərinin sayı çox, onların böyümə sürətləri kiçik olduqda kolloid sistemlər alınır. Kondensləşmə mərkəzlərinin sayı az, böyümə sürətləri böyük olduqca, çökmə və ya təbəqələşmə baş verir. Müxtəlif kimyəvi üsullarla kolloid sistemlər almaq olar. Bu zaman elə reaksiya aparılır ki, dispers mühitdə həll olmayan faza alınsın. Məs, oksidləşmə reaksiyaları:
Kolloid sistemləri alarkən nəzərə almaq lazımdır ki, dispers fazanın çökməməsi üçün kondensləşmə mərkəzlərinin sayı çox, böyümə sürəti kiçik olmalıdır. Bunun üçün götürülən məhlulların qatılıqları kiçik olmalıdır. Məs., sonuncu reaksiyada AgNO3 və KJ-in 0,1 M məhlullarını götürsək çöküntü alınacaq. Əgər məhlulları 100 və 1000 dəfə durulaşdırsaq, onda kolloid sistem alınacaqdır. Kolloid sistemin davamlı olması üçün sistemə stabilizator əlavə olunmalıdır. Sonuncu halda stabilizator rolunu reagentlərdən biri oynaya bilir. Əgər AgNO3-ü artıq götürsək, onda reaksiyadan sonra məhlulda Ag+ ionları qalacaqdır. Ag+ ionları AgJ aqreqatlarının səthində adsorbsiya alınaraq onlara «+» yük verir və onların birləşərək çökməsinin qarşısını alır. Həlledicini dəyişməklə də həqiqi məhluldan kolloid məhlul almaq olar. Məs, S-ün spirtdə məhlulunu damla-damla suya əlavə etsək S-ün suda kolloid məhlulunu alarıq.
Dispersləşmə üsulu Redaktə
Müxtəlif üsullarla dispersləşmə mümkündür. Dispersləşməni mexaniki, fiziki, fiziki-kimiyəvi üsullarla aparmaq olar. Mexaniki üsulda hissəciklər müxtəlif dəyirmanlarda xırdalanırlar. Kolloid sistemlər almaq üçün kürə dəyirmanlarından istifadə olunur. Fiziki üsullara misal olaraq sistemdən ultrasəs keçməsini misal göstərmək olar. Mühitdən ultrasəs keçdikdə yerli sıxılma və genişlənmə baş verdiyindən hissəciklər xırdalanırlar. Fiziki-kimyəvi üsulla kolloid sistem alınmasına aşağıdakını misal göstərmək olar. Təzə çökdürülmüş Fe(OH)3 üzərinə FeCl3 məhlulu əlavə etsək kolloid məhlul alınar. Müxtəlif üsullarla alınmış kolloid sistemlər bu və ya digər dərəcədə digər maddələrlə çirklənmiş olurlar. Kolloid sistemləri təmizləmək üçün dializdən və süzgəcləmədən istifadə olunur.
Kolloid hissəciyin quruluşunun mitsella nəzəriyyəsi Redaktə
Kolloid hissəciyin quruluşunun mitsella nəzəriyyəsi ikiqat elektrik təbəqəsi nəzəriyyəsi əsasında əmələ gəlmişdir. Əvvəllər bu nəzəriyyə bütün kolloid sistemlərə, o cümlədən liofil zollara da aid edilirdi. Sonralar müəyyən edildi ki, liofil zollar (daha dəqiq irimolekullu birləşmələrin məhlulları) fərqli quruluşa malikdirlər. İstənilən liofob kolloid məhlul iki hissədən –mitsella və mitsellalar arası mayedən ibarətdir. Mitsella dispers fazanı, mitsellalar arası maye dispers mühiti təşkil edir. AgNO3+KJ→AgJ+KNO3 reaksiyası üzrə alınan (KJ artıq götürülür) gümüş- yodid hidrozolunun quruluşuna baxaq. Bu olacaq. Həllolmayan AgJ kristalı (aqreqat) səthində J – ionlarını adsorbsiya edərək nüvəni əmələ gətirir. Mənfi yüklənmiş nüvə K + ionlarının bir hissəsini adsorbsiya və elektrostatik qüvvələr hesabına özünə birləşdirir. Nüvə və onunla möhkəm birləşmiş əks ionlar kolloid hissəcik adlanır. Mitselladan fərqli olaraq kolloid hissəcik yükə malikdir. Verilmiş halda yükü mənfidir. Kolloid hissəciklə zəif birləşmiş əks yüklü ionlar mitsellanın diffuz təbəqəsini əmələ gətirirlər.
Koaqulyasiya Redaktə
Kolloid sistemlər böyük səthə malik olduğundan səth enerjisini azaltmaq üçün birləşərək iri aqreqatlar əmələ gətirirlər. Bu proses koaqulyasiya adlanır. Müxtəlif faktorların-temperaturun, uzunmüddətli dializin, elektrolitin, mexaniki təsirin, elektrik cərəyanının təsirindən və s. koaqulyasiya baş verir. Elektrolit təsirindən hidrofob zolların koaqulyasi daha mühümdür və daha yaxşı öyrənilmişdir. Koaqulyasiyanın baş verməsi üçün elektrolitin kifayət edən minimal qatılığna koaqulyasiya həddi deyilir. Müəyənləşdirilmişdir ki, yükü kolloid hissəciyin yükünün əksi olan ionlar koaqulyasiya törədirlər. Koaqulyator ionun yükü artdıqca onun koaqulyasiya edici təsiri çox sürətlə artır. (Şults-Gardi qaydası). Məs.: mənfi yüklənmiş As2S3 zoluna K+, Ba2+, Al3+ kationlarının xloridləri ilə təsir etdikdə ionların koaqulyasiya hədlərinin nisbəti belə olur: CKCl:C BaCl2:C AlCl3=49,5:0,69:0,093 (mmol/l). Şults-Gardi qaydası təqribi xarakter daşıyır. Elektrolitin koaqulyasiyaedici təsiri yalnız ionların yükündən asılı deyil. İonun adsorbsiya qabiliyyəti yüksək olduqca koaqulyasiyaedici təsiri böyük olur. Məs: böyük ölçülü üzvi ionlar güclü adsorbsiya olunduqlarından onların koaqulyasiya həddi kiçik olur. (Koaqulyasiya edici təsiri qüvvətli olur).
İonun hidratlaşması böyük olduqca koaqulyasiya edici təsiri kiçik olur. Məs. Qələvi metal kationlarının koaqulyasiya edici təsiri belə dəyişir: Cs+>Rb+>K+>Na+>Li+
Elektrolit qarışığı üçün 3 hal mümkündür.
- Elektrolitlərin koaqulyasiya edici təsiri cəmlənir
- Elektrolit qarışığının təsiri təmiz elektrolitlərin təsirləri cəmindən kiçikdir. Bu, ionların antaqonizmi adlanır.
- Elektrolit qarışığının təsiri təmiz elektrolitlərin təsirləri cəmindən
böyükdür. Bu, ionların sinergizmi adlanır. Müxtəlif hidrofob kolloidlərin qarışması da koaqulyasiya doğurur. Bu, o halda olur ki, qarışan kolloid hissəciklərin yükləri müxtəlif olsun. Verilmiş zol ona görə davamlıdır ki, onu təşkil edən kolloid hissəciklərin yükü eyni işarəlidir. Zol üzərinə elektrolit əlavə etdikdə diffuz təbəqədə olan əks ionlar adsorbsiya təbəqəsinə keçirlər. Nəticədə kolloid hissəciklər yükünü itirib neytrallaşır və birləşərək koaqulyasiya edirlər. İstənilən zolun koaliqasiyası ani olaraq baş vermir, müəyyən müddət tələb edir. Koaqulyasiya prosesinin zamandan asılı olaraq getməsini kolloid məhlulun xassələrinin dəyişməsinə görə müşahidə etmək olar. (Məs., rəngin dəyişməsinə görə, bulantının artmasına görə, Tindal konusunun parlaqlığının dəyişməsinə görə və s.). Koaqulyasiya prosesini müşahidə etmək üçün ən etibarlı üsul ultramikroskopda hissəcikləri saymaqdır. Koaqulyasiya sürəti adi II tərtib kimyəvi reaksiyaların kinetikası ilə müəyyənləşir. Fərq ondadır ki, adi kimyəvi reaksiyada iştirak edən molekullar sonradan reaksiyada iştirak etmir. Kolloid hissəciklər isə toqquşaraq birləşdikdən sonra yenə də koaqulyasıya prosesində iştirak edirlər və daha mürəkkəb komplekslər əmələ gətirirlər. Koaqulyasiyanın əvvəlində ikili, üçlü və s. hissəciklərin əmələ gəlməsi yavaş sürətlə gedir; sonra koaqulyasiya edici elektrolitin qatılığı artdıqca koaqulyasiya xeyli sürətlənir. Ona görə də yavaş və sürətli koaqulyasiya fərqləndirilir. (Bunu gizli və aşkar koaqulyasiya ilə qarışdırmaq olmaz). Koaqulyasiya sürətinin elektrolitin qatılığından asılılığı qrafikində OS xətti gizli koaqulyasiyanı göstərir. S nöqtəsi koaqulyasiya həddidir, bundan sonra aşkar koaqulyasiya başlayır. SK yavaş koaqulyasiyaya, KN sürətli koaqulyasiyaya uyğundur.
- Əhmədov E.İ., Məmmədov S.F., Rzayeva N,A.”Fiziki kimya” Bakı.2009.,
- Cəfərov Y.İ. “Fiziki və kolloid kimya” Bakı.2008.
- http://unec.edu.az
Comments are closed, but trackbacks and pingbacks are open.