FƏLSƏFƏ HAQQINDA
Fəlsəfə özündə 5 tədqiqat və mülahizə sahəsini birləşdirir:
Məntiq -təfəkkürdə və tədqiqatda ideal metodlar haqqında təlimdir. Müşahidə və intrespeksiya, deduksiya və induksiya, hipotez və eksperiment, analiz və sintez-bütün bunlar məntiqin başa düşmək və əldə əsas tumaq istədiyi insan fəaliyyətinin formalarıdır. Məntiq bizim çoxumuz üçün darıxdırıcı təlimdir və təfəkkür tarixində bu vaxta qədər baş verən böyük hadisələr insanın təfəkkür və tədqiqat metodlarını mütamadi olaraq yaxşılaşdırmaqdadır.
Estetika -ideal forma və yaxud gözəllik haqqında təlimdir; bu-sənətin fəlsəfəsidir.
Etika -ideal davranış haqqında təlimdir; Sokrat deyirdi ki, ən yüksək bilik, xeyir və şər, həyatın hikməti haqqında bilikdir.
Siyasətşünaslıq -cəmiyyətin ideal bir qaydada təşkilatlanması haqqında təlimdir. (bu, bəzilərinin düşündüyü kimi işğal etmə və hakimiyyəti qoruyub saxlama sənəti və elmi deyildir); monarxiya, aristokratiya, domekratiya, sosializm, anarxizm, feminizm-bütün bunlar siyasi fəlsəfənin, necə deyərlər, personajlarıdır.
Metafizika -hər bir şeyin “son reallığ”-ı haqqında təlimdir. Bu, fəlsəfənin digər formalarından fərqli olaraq heç də real olanın ideal işığında nizama salınmasından ibarət olmadığı üçün bir sıra çətinliklərə gətirib çıxarır. Metafizika, materiyanın real və son təbiətinin tədqiqi olmaqla antologiyadır; ruhun və son təbiətinin tətbiqi olmaqla isə fəlsəfi psixologiyadır; qavrayış və idrak prosesləri zamanı materiyanın və ruhun qarşılıqlı münasibətlərinin real və son təbiətini öyrənərkən isə epistemologiyadır (yunanca, mənası: idrak nəzəriyyəsi).
Fəlsəfə məntiq
Fəlsəfə – varlığın, insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elmdir. Fəlsəfə sözünün yunan əsli “philosophia”-dır və iki ayrı sözdür: “Philio” sevgi mənasını verər: “sophia” isə, “müdriklik” ya da ümumiyyətlə, “bilik” deməkdir. “Philosophia”, bilik və müdriklik sevgisi, eşqi mənasını verər”. Philosophos (filosof) da, “müdrikliyi sevən”, “məlumatı axtaran və ona çatmaq istəyən”dir. Fəlsəfənin beş bölməsi var:
- ➝ Ontologiya – varlıq haqqında təlim
- ➝ Qnosiologiya – idrak haqqında təlim
- ➝ Sosiologiya – cəmiyyət haqqında təlim
- ➝ Praksiologiya – insanın əməli haqqında təlim
- ➝ Aksiologiya – insanın gerçəklikdəki predmet və hadisələri qiymətləndirməsi haqqında təlim.
Fəlsəfə fakültəsində etika, ritorika, estetika, qədim dillər, məntiq və bir çox təbiət elmlərini öyrənirlər. Fəlsəfə kafedrasının müəllimləri tələbələrə elmin əsasları ilə tanış olmağa və analitik iş bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu gün filosoflar olduqca tələb olunandır, bu isə hərtərəfli inkişaf etdikləri və strateji düşünməyə qadir olduqları üçün. “Fəlsəfə”, əslində, universal bir ixtisasdır ki, bu da təhsil sistemindən tutmuş dövlət orqanlarına qədər müxtəlif sahələrdə karyera qurmağa kömək edir.
İxtisasın tarixi
Fəlsəfənin elm kimi yaranma tarixi miladdan öncə VI əsrə təsadüf edir. “Filosof” adını ilk dəfə Pifaqor (m. ö. 570-495) istifadə etmişdir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
Filosofun fəaliyyəti, iş mövqeyi və peşə sahəsindən asılı olaraq elmi-tədqiqat və ya praktiki ola bilər.
- ➝ Elmi əsərlər yazırması;
- ➝ Araşdırmalar aparmaq;
- ➝ Sosial – iqtisadi və ictimai – siyasi prosesləri izlənməsi və təhlili;
- ➝ İnsan dünyagörüşünü və fikir sistemlərini, dünyaya baxışını öyrənmək;
- ➝ Bəşəriyyətin əsas problemləri: mədəniyyət fəlsəfəsi, elm fəlsəfəsi, bilik fəlsəfəsi, varlıq və dil haqqında tədqiqatlar aparmaq;
- ➝ Təşkilati və idarəetmə: Elm, təhsil və sosial institutlar sahəsinin təşkilatı və idarəetməsində iştirak etmək;
- ➝ Təhsil (pedaqoji): orta ixtisas məktəblərində fəlsəfə, etika, məntiq və digər fəlsəfi fənlər tədris edir;
- ➝ Məsləhət və koordinasiya: sosial və mədəni işlər sahəsində əlaqələndirmələr etmək və məsləhət vermək, dövlət və ticarət strukturlarında sosial analitik fəaliyyət;
- ➝ Tədqiqat – müasir cəmiyyətin aktual problemləri üzrə tədqiqat layihələrində iştirak.
Harada bu ixtisasa sahiblənmək olar
- ➝ Bakı Dövlət Universiteti
- ➝ “Azərbaycan” Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
- ➝ Qərbi Kaspi Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
Fəlsəfənin ictimai – siyasi xarakterini nəzərə alsaq, bu ixtisası bitirənlər sosioloq, politoloq, peşəkar siyasətçi, psixoloq kimi fəaliyyət göstərməklə yanaşı, ali təhsil müəssisələrində fəlsəfə müəllimi kimi də işləyə bilər.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ Obyektivlik;
- ➝ Analitik düşüncə və məntiqi təfəkkür;
- ➝ Tənqidi yanaşma bacarığı;
- ➝ Güclü yaddaş;
- ➝ Erudisiya;
- ➝ Yüksək nitq qabiliyyəti;
- ➝ Dini və mədəni baxımdan tolerant olmaq;
- ➝ Empatiya;
- ➝ Pedaqoji bacarıqlar;
- ➝ Tədqiqat bacarığı;
- ➝ Liderlik bacarıqları;
- ➝ İnandırmaq qabiliyyəti.
İxtisasın gələcəyi
Fəlsəfə cəmiyyətin inkişaf və istehsal münasibətlərinin forma və məzmunundan biləvasitə asılıdır. Cəmiyyətin istər sosial, istərsə də hüquqi istiqamətdə inkişafını düzgün yönləndirmək üçün fəlsəfə elmi zəruridir.
Əmək haqqı
Fəaliyyət sahəsindən asılı olaraq əmək haqqı dəyişsə də, ortalama 300 – 1000 AZN aralığındadır.
FƏLSƏFƏ HAQQINDA
Fəlsəfə – Qədim Yunan dilində (philosophía φιλοσοφία) -“müdriklik sevgisi” mənasını verməkdədir. Filosof (Philósophos φιλόσοφος) isə “müdriklik sevən” deməkdir. Ümumi qənaətə görə, bu kəlimə “müdrik” sözünü şişirdilmiş görən Pifaqor tərəfindən ortaya qoyulmuşdur. Səbəbi, özünə müdrik deyilməsinə razı olmamağıdır. Bu təvazökarlıq, ancaq “müdriklik sevən” deyimi ilə aradan qaldırılar. Təvazökarlıq, kifayətlənmək, acgöz olmamaq fəlsəfə ilə məşğul olan adamın xüsusiyyətlərindəndir. Fəlsəfə ilə məşğul olmaq, Antik Yunanıstanda ümumi çərçivəsi çəkilmiş düşüncə fəaliyyətidir. Müdriklik kimi üstünlük kəsb edən bütün sifətlər daxil olmaqla, maddi dünyanın iştahlarından sıyrılmağı tələb edir. Maddi dünyadan sıyrılmaq, duyğulardan xilas olmaq, sadə bir iş deyil. Həyatın prioriteti bu fiziki ehtiyacları tamamlamaqdır. Ancaq maddi ehtiyacları tamamladıqdan sonra fəlsəfə ilə məşğul ola bilərik. Bu tamamlamaq, düşüncə ilə bu ehtiyacları aradan qaldırmaq şəklində də reallaşa bilər. Fərd, əvvəl fiziki gərəkləri sonra da ictimai gərəkləri aradan qaldıraraq (onlardan xilas olaraq) filosof ola bilər.
Fəlsəfəyə, müdriklikdən sonrakı mərhələdir, deyilə bilər. Müdrik olmağı aşmaq isə təvazökarlıq ilə reallaşar. İnsan müdrik/bilikli olduqdan sonra bundan sıyrıla bilərsə, fəlsəfə ilə məşğul ola bilər. Bunu, həyatın hər anında da yaşaya bilər, müəyyən bir mövzu üzərinə də cəmlənə bilər. Fəlsəfəni yaşayanlara filosof deyilir. Həyatlarının hər anında fəlsəfi yaşayar, gündəlik hadisələri fəlsəfələrinin bir nümunəsi olaraq görərlər. Fəlsəfə, hadisələrin, faktların təməllərinə və dayaqlarına enər. Bir mövzuda məlumat sahibi olmaq adamı ağıllı edə bilər. Yalnız bilgi ilə filosof olunmaz. Filosof məlumatın kənarındadır. Öyrənmək, əldə etmək deyil, onu sorğulamaq, şübhə etmək istəyindədir. Araşdırmaq, incələmək, ardına baxmaq onların fəaliyyətidir. Fəlsəfə xaricdən əldə edilməz, xaricdən öyrənilməz. Məlumatı başqa insanlardan əldə edə bilərik, amma fəlsəfəyə özümüz çatmalıyıq. İnsan ancaq məlumat, şəxsiyyət, zənginlik, zövq kimi istəkləri tərk edə bilsə, filosof ola bilər. Fiziki dünya, fəlsəfi sorğulamanı çətinləşdirər. Ən yaxşı və ən sadə düşüncələr belə xaricdən gəlməz. Fəlsəfə öyrənilməz. Fərd öz-özünə fəlsəfi sorğulamalar etməlidir. Fəlsəfə üçün təvazökar və maraqlanan olmaq lazımdır. Bunun səbəbi də əvvəlcə maddi dünyadan sıyrılmaq, ardından çöldən baxaraq hadisələri anlaya bilmək üçün maraqlanmaqdır. Əvvəl gündəlik ehtiraslardan sıyrılmaq, sonra da izah edə bilmək üçün sadə və təvazökar olmaq filosofun təməl xüsusiyyətlərindəndir.
FƏLSƏFƏNİN SAHƏLƏRİ
Fəlsəfə özündə 5 tədqiqat və mülahizə sahəsini birləşdirir:
Məntiq -təfəkkürdə və tədqiqatda ideal metodlar haqqında təlimdir. Müşahidə və intrespeksiya, deduksiya və induksiya, hipotez və eksperiment, analiz və sintez-bütün bunlar məntiqin başa düşmək və əldə əsas tumaq istədiyi insan fəaliyyətinin formalarıdır. Məntiq bizim çoxumuz üçün darıxdırıcı təlimdir və təfəkkür tarixində bu vaxta qədər baş verən böyük hadisələr insanın təfəkkür və tədqiqat metodlarını mütamadi olaraq yaxşılaşdırmaqdadır.
Estetika -ideal forma və yaxud gözəllik haqqında təlimdir; bu-sənətin fəlsəfəsidir.
Etika -ideal davranış haqqında təlimdir; Sokrat deyirdi ki, ən yüksək bilik, xeyir və şər, həyatın hikməti haqqında bilikdir.
Siyasətşünaslıq -cəmiyyətin ideal bir qaydada təşkilatlanması haqqında təlimdir. (bu, bəzilərinin düşündüyü kimi işğal etmə və hakimiyyəti qoruyub saxlama sənəti və elmi deyildir); monarxiya, aristokratiya, domekratiya, sosializm, anarxizm, feminizm-bütün bunlar siyasi fəlsəfənin, necə deyərlər, personajlarıdır.
Metafizika -hər bir şeyin “son reallığ”-ı haqqında təlimdir. Bu, fəlsəfənin digər formalarından fərqli olaraq heç də real olanın ideal işığında nizama salınmasından ibarət olmadığı üçün bir sıra çətinliklərə gətirib çıxarır. Metafizika, materiyanın real və son təbiətinin tədqiqi olmaqla antologiyadır; ruhun və son təbiətinin tətbiqi olmaqla isə fəlsəfi psixologiyadır; qavrayış və idrak prosesləri zamanı materiyanın və ruhun qarşılıqlı münasibətlərinin real və son təbiətini öyrənərkən isə epistemologiyadır (yunanca, mənası: idrak nəzəriyyəsi).
Fəlsəfə
Möcüzə filosofun hissiyyatıdır və fəlsəfə heyrətdən başlayır. ~ Sokrat Filosoflar padşah olana qədər və ya bu dünyanın padşahları və şahzadələri fəlsəfənin ruhuna və qüdrətinə sahib olana qədər . şəhərlər heç vaxt pisliklərindən azad olmayacaq. ~ Platon Fəlsəfə bilik əldə etməkdir. ~ Platon
A [ redaktə ]
- Aristotel yanılırdı: fəlsəfə biliyə olan nəcib istəyin deyil, qorxaqcasına ağrıdan qaçmaq istəyinin nəticəsi idi. Buna görə də dinin astanası cəhalət və qorxu idi ki, yetkin, maariflənmiş insan onu dəf etməli idi. Pol Anri Holbax
B [ redaktə ]
- Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə elmlər intişar tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxarmaqda çətinlik çəkər [1]Cəmaləddin Əfqani
- Biz qəsdən düşünmə və mükəmməl cinayət dövründə yaşayırıq. Bizim cinayətkarlar artıq sevgini bəhanə edə biləcək aciz uşaqlar deyillər. Əksinə, onlar böyüklərdir və mükəmməl alibi var: fəlsəfə, istənilən məqsəd üçün, hətta qatilləri hakimə çevirmək üçün də istifadə oluna bilər”. Alber Kamyu
- Bütün fəlsəfə kitablarında “Özün olma” təbliğ edilir. Ancaq ziyalının faciəsi, bu anda getdikcə daha çox yadlaşdığını dərk etməkdir. Cezmi Ərsöz
- Bütün idraki (rasional) biliklər ya material biliklərdir və müəyyən obyekti öyrənir, ya da formal biliklərdir və ancaq mühakimənin forması və idrakın özü ilə və obyektlərə fərq qoymadan bütövlükdə düşüncənin ümumi qaydaları ilə məşğul olur. Formal fəlsəfə məntiq adlanır, material fəlsəfə isə müəyyən obyektlərlə və onların tabe olduqları qanunlarla məşğuldur, o da ikiyə bölünür. Çünki bu qanunlar ya təbiət qanunlarıdır, ya da azadlıq (qanunlarıdır). Birinciyə aid elm fizika adlanır, digərinə aid (elm) etikadır, onlar həm də təbiət elmləri və əxlaq elmləri adlanırlar. İmmanuel Kant
C [ redaktə ]
- Cavanlıqda intuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir. Artur Şopenhauer
D [ redaktə ]
- Dayaz fəlsəfə insan əqlini allahsızlığa sövq edir, dərin fəlsəfə isə insan əqlini dinə, Allaha doğru yönəldir. Frensis Bekon
- Dünyada hər şey enerjidir. Enerji hər şeyin əsasını təşkil edir. Əgər siz özünüz üçün yaratmaq istədiyiniz reallığın enerji tezliyinə uyğunlaşarsınızsa, o zaman məhz uyğunlaşdırdığınız tezliyi alacaqsınız. Bu fəlsəfə yox, fizikadır.Albert Eynşteyn
- Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. Əbu Turxan
- Düşüncə bir gücdür. Fəlsəfə isə düzgünlük və sevgi kimi nəhəng bir faktorla insanlığın yaxşılaşmasını təmin edəcək təsiri tapmada bir enerji olmalıdır. Albert Payk
Ə [ redaktə ]
- Ədalətin ağlını itirdiyi yerdə fəlsəfə susar. Deni Didro
F [ redaktə ]
- Fəlsəfə, anlayışları yaratmaq sənətidir. Jil Delöz
- Fəlsəfə bilik əldə etməkdir. Platon
- Fəlsəfə bir elmdir və həndəsi üsulu metafizikaya tətbiq etmək lazımdır, fəlsəfəni qəti bir elm etmək üçün. Rene Dekart
- Fəlsəfə. bir elmdir və ona görə də iman məqalələri yoxdur; buna görə də, ya müsbət təcrübi olaraq verilmiş, ya da şübhəsiz nəticələrlə nümayiş etdiriləndən başqa heç bir şeyin mövcud olduğunu güman etmək olmaz. Artur Şopenhauer
- Fəlsəfə – bu digər insanların bədbəxtliklərinə necə dözmək barədə elmdir. Cerom Klapka Cerom
- Fəlsəfə bütün elmlərin anasıdır. Mark Tulli Siseron
- Fəlsəfə, çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır. Nəcib Fazil Qısakürək
- Fəlsəfə dəyişməz, əbədi olanı, özlüyündə mövcudatı dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə nə vaxtsa mövcud olmuş, başqa bir vaxtda isə sıradan çıxmış və yeri başqaları tərəfindən tutulmuş olanlardan danışır. Əgər biz bundan çıxış ediriksə ki, həqiqət əbədidir, onda o keçici olanların sırasına daxil olmur və deməli, onun tarixi yoxdur. Amma əgər onun tarixi varsa, tarix ancaq idrakın keçmiş obrazlarının təsviri olduğundan, burada həqiqəti tapmaq mümkün deyil, belə ki, həşiqət ötəri, keçmiş ola bilməz. [2]Georq Vilhelm Fridrix Hegel
- Fəlsəfə dünyaya yol göstərə bilməz. O bunu etmək istədikdə gerçəklikdə proses artıq başa çatmış olur. Georq Vilhelm Fridrix Hegel
- Fəlsəfə elmə zidd hökmlər vermir. Ziya Göyalp
- Fəlsəfə heç bir yerə aparmayan yollar toplusudur. Ambroz Birs
- Fəlsəfə: Həllsiz problemlərə verilən aydın olmayan cavablardır. Henri Bruks Adams
- Fəlsəfə hər kəslə danışmaq bacarığı verir və bu onun faydalılığıdır. Aristipp
- Fəlsəfə ilə məşğul olmanın artıq gec və ya çox tez olmasını demək, xoşbəxt olmanın artıq gec və ya tezdir demək kimi bir şeydir. Epikür
- Fəlsəfəyə ilk addım inancsızlıqdır. Deni Didro
- Fəlsəfə inanılanı anlamağa çalışmaqdır. Anselmus
- Fəlsəfə inanılanın inanılmağa dəyər olub-olmadığını araşdırmaqdır. Piter Abelard
- Fəlsəfə insanları xəstə edə bilər. Aristorel
- Fəlsəfə qorxudan yarandığına görə, filosof öz yolunda mif və poetik nağılların həvəskarı olmağa məcburdur. Şairlər və filosoflar heyrətlə böyük olmaqda eynidirlər. Foma Akvinski
- Fəlsəfə mənə özümlə danışmaq bacarığı verdi. Antisfen
- Fəlsəfə məni belə öyrədib: bu və ya başqa cür hərəkəti kiminsə əmri ilə yox, qanun qarşısında qorxduğum üçün edirəm. Aristorel
- Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir. Georq Vilhelm Fridrix Hegel
- Fəlsəfə öyrənmək, özünü ölümə hazırlamaqdan başqa bir şey deyil. Mark Tulli Siseron
- Fəlsəfə . ruhu formalaşdırır və qurur; həyatımızı əmr edir, davranışımızı istiqamətləndirir , bizə nə etməli olduğumuzu və nəyi yarımçıq qoymalı olduğumuzu göstərir; o, sükan arxasında oturur və qeyri-müəyyənliklər arasında tərəddüd etdiyimiz zaman bizim kursumuzu istiqamətləndirir. Seneka
- Fəlsəfə ruhun dərmanıdır. Mark Tulli Siseron
- Fəlsəfə səthi öyrənildikdə şübhə doğurur, hərtərəfli araşdırılanda onu aradan qaldırır. Frensis Bekon
- Fəlsəfə, təsəvvürə gətirilə bilinməyən, bizim özümüzdə gizlənən şeyləri təsəvvürlərdə dərk etmək cəhdidir. Əks təqdirdə, biz yalnız təsəvvür olardıq. Artur Şopenhauer
- Fəlsəfə, utanmazlığın müasir formasıdır. Alber Kamyu
- Fəlsəfə, ümumiləşdirilmiş bir riyaziyyatdır. Benedikt Spinoza
- Fəlsəfəni göydən yerə endirmək. Mark Tulli Siseron
- Fəlsəfəni hakimiyyət növləri ilə uyğunlaşdırmaq və onu pul və vəzifə əldə etmək üçün istifadə etmək, məncə, aclığını və suzuzluğunu yatırmaq məqsədi ilə edilən dini ayin kimidir. Artur Şopenhauer
- Fəlsəfənin cavabsız qoyduğu sualların səbəbi odur ki, onların qoyulma tərzi başqa cür olmalı idi. Georq Vilhelm Fridrix Hegel
- Fəlsəfənin işi qadağalar qoymaqdan ibarət deyil. Fəlsənin məqsədi ortaq ağlın təlqin etdiklərini həll etməkdən ibarətdir. İmmanuel Kant
- Fəlsəfənin səbəbi və başlanğıcı bilməməzlikdir. Mark Tulli Siseron
- Fəlsəfəyə ilk addım inancsızlıqdır. Deni Didro
- Fəlsəfi mübahisələrdə uduzan qalibdir, çünki o, yeni bir müdriklik əldə etdi. Epikür
- Filosoflar padşah olana qədər və ya bu dünyanın padşahları və şahzadələri fəlsəfənin ruhuna və qüdrətinə sahib olana qədər . şəhərlər heç vaxt pisliklərindən azad olmayacaq . Platon
H [ redaktə ]
- Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. “Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa. Çarlz Bukovski
- Həqiqi fəlsəfə ölümün öyrənilməsindən başqa bir şey deyil. İsaak Nyuton
İ [ redaktə ]
- İlk növbədə, fəlsəfənin nə olduğunu öyrənmək istərdim. “Fəlsəfə” sözü müdrikliyin məşğuliyyəti deməkdir və müdriklik dedikdə təkcə işdə ehtiyatlılıq deyil, həm də insanın bacara biləcəyi hər şeyi mükəmməl bilməyi nəzərdə tutulur. Həyatın özünü istiqamətləndirən, sağlamlığın qorunmasına xidmət edən, eləcə də bütün elmlərdə kəşflərə istiqamətləndirən bilikdir.” Rene Dekart
Q [ redaktə ]
- Qrammatikasız oratoriya – axmaq, poeziya – pəltək, fəlsəfə – əsassız, tarix – anlaşılmayan, hüquq elmi isə şübhəlidir. Mixail Lomonosov
M [ redaktə ]
- Möcüzə filosofun hissiyyatıdır və fəlsəfə heyrətdən başlayır. Sokrat
S [ redaktə ]
- Səhv sizi cəllada təhvil verə biləcəyi bölgələrdə fəlsəfə məşqlərinizə başlamayın. Qeorq Kristof Lixtenberq
- “Siyasi fəlsəfə” adlandırılan xurafatlar bir şərtlə faydalı ola bilər ki, onları “fəlsəfə” adlandırmasınlar. Mark Tven
- Söylənən hər şeyin sorğulanmaya və tənqidə açıq olmağı lazımdır. Mübahisə və sübut fəlsəfə üçün həyatdır. Qısaca, fəlsəfə ilə məşğul olmaq üçün iki nəfər mütləqdir və fəlsəfə başqaları ilə birlikdə həqiqət arayışıdır. Platon
T [ redaktə ]
- Təcrübə göstərdi və əsl fəlsəfə həmişə göstərəcək ki, həqiqətin böyük, bəlkə də daha böyük hissəsi əhəmiyyətsiz görünəndən yaranır. Edqar Allan Po
İstinadlar [ redaktə ]
- ↑ Cəmaləddin Əfqani. Seçilmiş əsərləri. Bakı, 1998, səh.29.
- ↑ Г.В.Ф.Гегель. Лекции по истории философии. Книга первая. Санкт-Петербург, «Наука», 2001, səh.74.
Comments are closed, but trackbacks and pingbacks are open.