Press "Enter" to skip to content

Fəlsəfə Tarixi

Materialist dilaketikada “materiya” ilk kateqoriya hesab olunurdu və onun tərifi də özünəməxsus səciyyəvi xüsusiyyətlərinə görə fərqlənirdi. Materialist fəlsəfədə Təsadüf kateqoriyası idealist fəlsəfədə təkzib olunur və yaxud tamamilə fərqli don geyindirilirdi.

Fəlsəfə tarixi

Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir . Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.

Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir.

Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəməiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan – roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.

  • Qədim dünya fəlsəfəsi
    • Qədim Şərq fəlsəfəsi
    • Yunan-roma fəlsəfəsi
    • Avropa fəlsəfəsi
    • Şərq fəlsəfəsi
    • Şərq fəlsəfi düşüncə tərzi
    • Qərb fəlsəfi düşüncə təzi
    • Yeni dünya (Amerika) fəlsəfi düşüncə tərzi

    Fəlsəfə Tarixi

    Fəlsəfə Tarixi

    Fəlsəfə sözü:Fəlsəfə termininə ilk dəfə Pifaqor elmində təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.

    “Filo” və “sofiya” yunan sözləridir. “Sofiya” hikmət, “filo” isə sevmək deməkdir.”Filosofiya” – “hikməti sevmək” mənasını verir. “Fəlsəfə” isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb.

    İlk dəfə Pifaqor özünü “filosof” adlandırıb və “Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm” deyib.

    Fəlsəfənin predmeti:Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.
    Fəlsəfədə varlıq problemi:Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya apparatı sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən “var olmaq”, “mövcud olmaq”, “üzə çıxmaq”, “reallıq” mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada işlədilir:

    Dar mənada – şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
    Geniş mənada materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları.
    Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddı şeylər deyil, həm də ideal olanlar varlığa malıkdirlər.

    Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan “həqiqi” varlıq “qeyri-həqiqi” varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.

    Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çəxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağ imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.

    Fəlsəfi kateqoriyalar:
    Fəlsəfə insanın dünyaya münasibətinin ən ümumi anlayışlarla dərk edilməsi fəlsəfi kateqoriyaların sayəsində baş verir. Kateqoriyalar təbiətin, cəmiyyətin və təfəkkürün ən umumi və vacib xüsusiyyətlərini özündə əks etdirir. Fəlsəfi kateqoriyalar fəlsəfinin zamanca inkişaf səviyyəsinə görə dəyişiir.

    Materialist dilaketikada “materiya” ilk kateqoriya hesab olunurdu və onun tərifi də özünəməxsus səciyyəvi xüsusiyyətlərinə görə fərqlənirdi. Materialist fəlsəfədə Təsadüf kateqoriyası idealist fəlsəfədə təkzib olunur və yaxud tamamilə fərqli don geyindirilirdi.

    Fəlsəfəyə ilk kateoqriya anlayışını antik dövr yunan filosofu Aristotel gətirmişdir. İnsanın dünyanın dəyişdirilməsinə və dərk edilməsinə istiqamətlənmiş fəaliyyəti boyu təbii olaraq kateqoriyalar da dəyişir və formalaşır. Onların sayı çoxalır, məzmunu genişlənir. Fəlsəfədə əsas hesab olunan kateqoriyalar aşağıdakılardır:

    Məkan
    Zaman
    Səbəb
    Hərəkət
    Kəmiyyət və keyfiyyət
    Oxşarlıq və əkslik, ziddiyyət
    Təkcə, xüsusi və ən ümumi
    Mahiyyət və hadisə
    Zərurət
    Təsadüf
    İmkan və gerçəklik
    Məzmun və forma
    Həqiqət

    Fəlsəfə tarixi:
    Əsas məqalə: Fəlsəfə tarixi
    Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.

    Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir.

    Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəməiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan – roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.

    Qədim dünya fəlsəfəsi
    Qədim Şərq fəlsəfəsi
    Yunan-roma fəlsəfəsi (Antik fəlsəfə)
    Orta Əsrlər fəlsəfəsi
    Avropa fəlsəfəsi
    Şərq fəlsəfəsi
    Yeni dövr fəlsəfəsi
    Şərq fəlsəfi düşüncə tərzi
    Qərb fəlsəfi düşüncə təzi
    Yeni dünya (Amerika) fəlsəfi düşüncə tərzi
    Müasir fəlsəfə

    Fəlsəfənin əsas istiqamətləri:
    Mifologiya
    Ontologiya
    Qneseologiya (idrak nəzəriyyəsi)
    Epistemologiya
    Məntiq
    Etika
    Estetika
    Siyasət fəlsəfəsi
    Din fəlsəfəsi
    Dil fəlsəfəsi
    Hüquq fəlsəfəsi
    Tarix fəlsəfəsi
    İnsan fəlsəfəsi
    Elm fəlsəfəsi

    Fəlsəfi nəzəriyyələr:
    İdealizm, materializm, modernizm, peripatetizm, praqmatizm, pozitivizm, ekzistensializm, rasionalizm, irasionalizm, skeptisizm
    Fəlsəfənin beş bölməsi var:

    Ontologiya – varlıq haqqında təlim
    Qnosiologiya – idrak haqqında təlim
    Sosiologiya – cəmiyyət haqqında təlim
    Praksiologiya – insanın əməli haqqında təlim
    Aksiologiya – insanın gerçəklikdəki predmet və hadisələri qiymətləndirməsi haqqında təlim.
    Fəlsəfənin iki əsas metodu var:

    SON

    Oxuyun çox maraqlı məqalədir.

    Fəlsəfə

    Qeyd edildiyi kimi akademiklər Arkesilausdan sonra Platon təlimindən tədricən ayrılmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya məktəbi tənəzzül dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Orta Akademiya dövrü (m. ö. 80 — m. 200) adlandırırlar. Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır.

    Qədim platonçuluq

    • Fəlsəfə
    • 26 fevral 2023, 01:28

    Platondan sonra qədim Akademiyanın başçısı (skolarxı) Speusippus olmuşdur. O, müxtəlif sahələr üzrə çoxlu əsərlərin müəllifi kimi tanınırdı. Ancaq, həmin əsərlər bizim zamanımıza çatmamışdır.
    Speusippus Platonun ontoloji təlimində də əsaslı dəyişikliklər etmiş, onun ideyalarını rəqəmlərdə təsəvvür etmişdir. Bununla da o, ideyaları inkar edirdi. Aristotel yazırdı ki, Platondan fərqli olaraq Speusippus şeylərin gözəlliyini onların başlanğıclarında görmürdü, çünki bu gözəlliklər onların özlərində müşahidə olunur .

    Bütün rəqəmlərin başlanğıcı hər şeydən üstün olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də ərdəm kimi başa düşülürdü. Ancaq, Speusippusda o tam mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə əlaqələndirilən rəqəmlər başlayır. Tanrını isə Speusippus Platonun Demuirqosunda görürdü, onu Əqllə eyniləşdirirdi.

    Mitraizm

    • Fəlsəfə
    • 19 fevral 2023, 00:30

    Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran məşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görür və izah edirdilər.

    Yeni pifaqorçuluq

    • Fəlsəfə
    • 17 fevral 2023, 00:43

    Yeni pifaqorçuluq m. ö. I yüzillikdə İskəndəriyyədə yaranmış mistik dini-fəlsəfi təlimdir. M. ö. IV yüzillikdən sonra qədim pifaqorçuların fəaliyyətinə son qoyulmuşdur. Roma imperiyası dövründə isə bu təlim yenidən dirçəlsə də, onun qədim məktəbinin təlimi ilə çox az bağlılığı olmuşdur. Sadəcə bu məktəbin filosofları hansısa tanınmış ənənəyə bağlı olmasını sərgiləmək üçün öz təlimlərini qədim pifaqorçuluqla bağlayırdılar. Bu səbəbdən də, o zaman pifaqorçuluğa aid edilən çoxlu sayda saxta ədəbiyyat yazılmışdır.

    Qnostisizm

    • Fəlsəfə
    • 17 fevral 2023, 00:41

    Qnostisizm antik dövrün sonlarında (I — V yüzilliklərdə) yaranmış dualistik dini təlimdir. Bu təlimdə Xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyaları qarışmış, sinkretik hala gətirilmişdir. Qnostisizm ezoterik bir təlim idi, onun ardıcılları iddia edirdilər ki, Tanrı onlara dünyanın sonu haqqında biliklər vermişdir.

    Ellinizm və Roma dövrlərində dini-fəlsəfi təlimlər

    • Fəlsəfə
    • 15 fevral 2023, 02:17

    Qədim romalıların dünyagörüşünün əsasını politeizm (çoxtanrılıq) təşkil edirdi. Onlar inanırdılar ki hər bir şeyin, eləcə də təbiət hadisələrinin tanrıları və ruhları vardır. Bundan başqa, qədim Romada ölmüş əcdadların ruhlarına pərəstiş kultu və magiya da yayılmışdı. Romalılar ovsun, sehr və cadulara öyrəncəli idilər. Tanrılara tapınma rituallarını, cadugərliyi və başqa adətləri kahinlər icra edirdilər.
    Davamı →

    Hermetizm

    • Fəlsəfə
    • 14 fevral 2023, 17:21

    Hermetizm ellinizm dövründə yaranmış dini-fəlsəfi cərəyan olmuşdur. Neoplatonizmin cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni-platonçu filosofların astrologiya, mistika, teurgiya, cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı.

    Peripatetizm

    • Fəlsəfə
    • 13 fevral 2023, 00:02

    Qeyd edildiyi kimi Aristotel Afinada Likeion adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeosun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz öyrəncilərini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” adlandırılmışdır.

    Yeni-platonçuluq

    • Fəlsəfə
    • 11 fevral 2023, 22:52

    Yeni Akademiya təxminən m. 200 — 529-cu illər arasında fəaliyyət göstərmişdir. Bu da “yeni-platonçuluq” (neoplatonizm) adlanan platonizmin sonuncu, beşinci tarixi mərhələsi hesab olunur. Onu səciyyələndirən xüsusiyyətlərdən biri neoplatonizmin dinə və mistikaya yaxınlaşması olmuşdur.

    Apameya məktəbi

    • Fəlsəfə
    • 11 fevral 2023, 16:50

    Apameya şəhərində yerləşən yeni-platonçuluğun Suriya məktəbinin ən tanınmış nümayəndəsi və yaradıcısı Yamblix (yun. läpflA.ıxoç, təxminən m. 245 — 325) olmuşdur. Yamblixin soyu Suriyanın Xalkida şəhərində n idi. O, Romada təhsil almış, Porfiriusun öyrəncisi olmuş, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs demiş, bir sıra kitabların müəllifi kimi tanınmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.