Fitrət – xəyal və fikir yeri
Bütün Kainat bir bütün olaraq hüdudları və quruluşu hələ tam olaraq təyin olunmamış materiyadan ibarətdir.
Fəlsəfədə qadınlar və İsgəndəriyyəli Hipatiya
Məntiqlə düşünən insan anlayar ki, ağıl və fəlsəfə cinsiyyət məsələsi deyil. Fəlsəfə deyəndə ilk öncə ağlımıza Platon, Sokrat, Kant, Dekart və s. kimi adlar gəlir. Bu sırada qadın adının yada düşməməsi normaldır. Günümüzdə belə “qadın azadlığı”, “gender bərabərliyi”, “qadın zorakılığı” kimi ifadələr varsa, əsrlər öncə vəziyyətin necə olduğunu təsəvvür etmək o qədər də çətin olmur. Filosofların qadınlar haqqındakı bəzi fikirlərini yada salmaq istəyirəm.
Platon: “Kişilərin bu dünyada etdikləri bütün pisliklərin və rəzilliklərin günahkarı qadındır”.
Sokrat: “Yer üzündə qadın qədər fitnə-fəsad maddəsi törədən ikinci bir şey yoxdur. Qadın zəhərli bir ağaca bənzər. Xaricdən gözəl görünər,ancaq meyvəsini yeyən hər məxluq dərhal ölər.”
Şopenhauer: “Kişilərdə zəkanın inkişafı 28 yaşında öz kamil həddini tapır. Qadınlarda isə 18 yaşdan sonra nə ağıl, nə də fikir inkişaf etmir”…
Qadın haqqında “Manu”da belə deyilir: Qadınların murdar təmayülləri vardır.Qadınların təbiəti zəif, əxlaqları pisdir. Onlar gecə-gündüz nəzarət altında olmalıdırlar.
Fəlsəfə tarixinə adını yazdırmış bu insanların belə düşündüyü bir dünyada “niyə filosof qadın yoxdur” demək nə qədər doğrudur? Hypatia, Aragona, Teresa von Avila, Moderata Fonte, Lucretia Marinella, Yeporin, Dorothea Schlözer, Sophie Germain, Claire Demar, Flora Tristan və s. Bunlar adlarını xatırladığım bəzi filosof qadınlardır. Bu siyahıda ən diqqət çəkəni isə Hipatiyadır. Onun özəlliyi fəlsəfədə ilk qadın olaraq tanınmasındadır.
İsgəndəriyyəli Hipatiya
Hipatiya (370-415) fəlsəfə tarixində ilk qadın olaraq tanınır. Qadınların heç bir hüquqa sahib olmadığı bir dövrdə fəlsəfə, riyaziyyat, astranomiya kimi elmləri Universitetdə özü yaşda, hətta özündən də böyük “kişi”lərə tədris edən, gözəlliyi, ağlı ilə daima diqqət mərkəzində olan, siyasətdə belə sözü keçən bir qadın olub. O, dövrünün tanınmış riyaziyyatçısı və filosofu olan Teonun qızıdır. Teonun birgə işlədiyi insanlar arasında ona ən yaxın olanı da məhz qızı olub.
Həmin dövrdə İsgəndəriyyədə xristianlar paqanlara, yəhudilərə qarşı mübarizəyə başlayırlar. Bu mübarizənin ən amansız dövrü Kirillin zamanında başlayır. Belə ki, Kirill Yepiskop vəzifəsinə yiyələndikdən sonra qeyri-xristianlarla amansız mübarizə aparır. Tabe olanlar üstünlük təşkil etsə də, əvvəlki inancından vaz keçməyənlər də olmuşdur. Onlardan biri də xristianlığı qəbul etməyərək paqan olmaqda davam edən Hipatiya idi.
Nüfuzu Konstantinopola, Suriyaya gedib çıxan bu “tanrısız” qadının tələbələri adlı-sanlı ailələrdən olmaqla yanaşı, həm imperatorluqda, həm də kilsə xidmətlərində yüksək vəzifəyə sahib olmuşdular. Bu da şübhəsiz Kirilli və onun tərəfdaşlarını narahat edirdi. Ona görə də əhali arasında onun cadugərliklə məşğul olduğu fikrini yayır. Bu isə Hipatiyanın vəhşicəsinə öldürülməsi ilə nəticələnir.
415-ci ilin mart ayında Hipatiya evinə gedərkən Kirillin adamları tərəfindən tutulur və onun kilsəsinə gətirilir. Burada o, daşlanaraq öldürülür, tikələri İsgəndəriyyənin küçələrində sürüklənərək yandırılır. Hipatiya haqqında 1720-ci ildə tarixi məqalə yazan Con Toland belə deyib: “Kişilər gözəllik və zəkanın vücuda gəlmiş halını öldürdükləri üçün sonsuza qədər utanacaqlar.” İndi deyə bilərikmi filosof qadın olmayıb? Filosof qadın olub, amma onları tanıdacaq qədər ədalətli mühit olmayıb…
Ruhəngiz Hacıyeva.
FƏLSƏFƏ VƏ ELM
Fəlsəfə həqiqətin mühasirəsində, onun ən öndə olan bir səngəridir. Elm isə fəth edilmiş, ələ keçirilmiş ərazidir. Fəlsəfənin fəth etdiyi, artıq sakit və təhlükəsiz olan bu ərazidə, elm və sənət bizim möcüzəli dünyamızı qururlar. Zahirən belə görünür ki, dəqiq elmlər möhkəm bazaya malik olduğundan daima tərəqqidədir, fəlsəfə isə sanki real zəminə malik olmadığından durğunluq halı keçirir. Belə bir görüntü yalnız fəlsəfənin öz üzərinə, əslində, ağır və riskli bir vəzifə götürməsindən irəli gəlir; xeyir və şər, gözəllik və eybəcərlik, nizam və azadlıq, həyat və ölüm kimi problemlər onu məşğul edir. Dəqiq elmlərin bu vaxta qədər müəyyən etdiyi metodlarla bu problemləri həll etmək mümkün deyildir. Hər hansı bir tədqiqat sahəsi dəqiq formullarla ifadə olunmuş cazibəli biliyi meydana çıxardıqda, bu bilik elm adlanır. Hər bil elm fəlsəfə kimi başlayır, sənət kimi başa çatır.
Elm analitik təsvir, fəlsəfə isə sintetik şərhdir. Elm bütövü hissələrə, orqanizmi orqanlara bölməyi, qeyri-müəyyən olanı müəyyən olana çevirməyi arzulayır. O, şeylərin nə dəyər ölçülərini, nə ideal imkanlarını, nə də onların ümumi və son mənalarını tədqiq edir. O, şeylərin indiki fəaliyyətini və hərəkətini göstərməklə qane olur. O öz baxış bucağını qəti olaraq şeylərin indi olduğu vəziyyəti ilə, onların indiki təbiəti və prosesləri ilə məhdudlaşdırır. O, birənin ayağı ilə də, dahinin yaradıcılıq əzabları ilə də eyni dərəcədə maraqlanır. Amma fəlsəfə faktın təsviri ilə qane olmur. O, faktın, ümumiyyətlə, insani təcrübəyə münasibətini üzə çıxarır və bununla da faktın mənasını və dəyərini müəyyənləşdirməyi arzulayır. O, şeyləri şərhi sintezdə kombinə edir. O, hər şeyi bilmək istəyən, hər şeylə maraqlanan alimin analitik olaraq ayırdığı,hissələrə parçaladığı kainatı əvvəlkindən də yaxşı bir qaydada birləşdirməyə çalışır.
Elm analitik təsvir, fəlsəfə isə sintetik şərhdir.
Analitik elm bizə necə sağaltmaq, eyni zamanda necə öldürmək lazım olduğunu da izah edir. O ölüm faktlarını, necə deyərlər, pərakəndə satış qaydasında azaldır, amma müharibə zamanı bizi topdansatış qaydasında məhv edir. Yalnız müdriklik, yəni təcrübənin işığında nizama salınmış arzu, bizə nə vaxt sağaltmanın və nəyi isə məhv etmənin zamanı olduğunu başa sala bilər. Müdriklik bütün təcrübənin işığında koordinasiya olunmuş arzudur. Prosesləri müşahidə etmək və həyati vasitələri yaratmaq elmdir, məqsədləri nəzərdən keçirmək və koordinasiya etmək isə fəlsəfədir. Məhz buna görə də indi məqsədlərin və idealların şərhindən və sintezindən kənarda yaradılmış və çoxaldılmış həyat vasitələri əslində həyatımızı heç bir məna daşımayan küylə və qəzəblə doldurmuşdur. İnsan arzusuna münasibətdən kənarda qalan fakt heç nədir. Niyyətdən və bütövdən kənarda qalan fakt natamamdır.
Fəlsəfəsiz elm, prespektivsiz və dəyərləndirilməmiş fakt bizi məyusluqdan qurtara, ruhumuzu viranəlikdən xilas edə bilməz.
Mənbə: “Fəlsəfi hekayətlər” Uill Dürant
Hazırladı: Vüsaləddin Rüstəmov
Fəlsəfədə Maddə Nədir?
Maddə kateqoriyası fəlsəfədəki ən müəmmalı anlayışlardan biridir. Bu termini və fəlsəfi konsepsiyaların ümumi quruluşundakı yerini anlamaq böyük ölçüdə insanın dünyagörüş mövqeyini müəyyənləşdirir. Bu kateqoriyanın məzmunu zamanla elmin inkişafından sonra və dünyanın quruluşu haqqında biliklərin toplanması ilə zənginləşərək dəyişdi. Fəlsəfədə maddə nədir?
Maddənin müasir anlayışı
Maddənin klassik tərifi Vladimir Ulyanov (Lenin) tərəfindən, marksist fəlsəfədə ondan əvvəl inkişaf etmiş fikirləri inkişaf etdirərək verilmişdir. Maddəni obyektiv reallığı təyin etmək üçün hazırlanmış fəlsəfi bir kateqoriya olaraq təyin etdi. Bu həqiqət bir insana sensasiya ilə verilir, insanlar tərəfindən göstərilir və kopyalanır, ancaq hisslərdən asılı olmayaraq mövcuddur. Materialist ənənədə qəbul edilmiş anlayışlara görə, materiya dünyada mövcud olan bütün obyekt və sistemlərin çoxluğundan əmələ gəlir. Bu, təməl prinsipdir, bütün əlaqələr, münasibətlər, xüsusiyyətlər və hərəkət formaları dəstinin substratıdır. Maddə yalnız təbiətdəki birbaşa müşahidə üçün əlçatan olan bütün obyektlər deyil, daha sonra təcrübə və müşahidə alətləri təkmilləşdirilərkən aşkar edilə bilənlərdir.
İnsanı əhatə edən dünya, davamlı hərəkətdə olan, bir formadan digərinə keçən maddədir.
Bu baxış, kainatın təməl prinsipinin beyindən qoparılan və özü tərəfindən mövcud olan müəyyən bir ilahi iradə, mütləq ruh və ya fərdi insan şüuru olduğuna görə dünyanın quruluşunun idealist anlayışına qarşı çıxır. İdealist fəlsəfədəki maddə yalnız mütləq ruhun əlavəsi, hər şeyi əhatə edən dünya ideyasının solğun izi olur.
Maddə inkişaf etməkdə olan dünyanın əsas prinsipidir
Maddə və onu təşkil edən obyektlər daxili bir quruluşa, sistemli bir təşkilata və səliqəyə malikdir. Bu, bütün maddi obyektlərin müntəzəm inkişafında və qarşılıqlı təsirində özünü göstərir, bu da onların çox fərqli səviyyəli sistemlərə birləşməsinə imkan verir. Müasir elmi konsepsiyalar maddənin quruluşunun ən aşağı səviyyəsində makroskopik cisimləri, planetləri, ulduzları və onların sistemlərini təşkil edən sahələr və elementar hissəciklər olduğunu iddia etməyə imkan verir.
Bütün Kainat bir bütün olaraq hüdudları və quruluşu hələ tam olaraq təyin olunmamış materiyadan ibarətdir.
Yer planetinin daxilində canlı və sosial cəhətdən mütəşəkkil bir maddə var. Maddənin bu formalarının meydana çıxması onun müntəzəm və təbii inkişafının nəticəsi idi. Bütün canlı maddələr öz-özünə çoxalmağı bacaran kompleks orqanizmlər toplusudur. Maddənin bu formasının xüsusiyyətlərindən biri, düşünmə qabiliyyətini nəzərdə tutan ən yüksək formaya təbii bir keçiddir. Ətrafdakı dünyanı şüurlu şəkildə əks etdirmək və dəyişdirmək bacarığına sahib olan insanlar fərdlər, ictimai inkişafın ən yüksək forması olan ictimai cəhətdən mütəşəkkil maddə təşkil edirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.