Press "Enter" to skip to content

Azərbaycanın fındıq ixracının genişləndirilməsinin şərtləri açıqlanıb

Nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, ümumi büdcəsi 1,3 mln. ABŞ dolları olan layihənin əsas məqsədi Azərbaycanda fındıqçılıq sahəsində dəyər zəncirlərini inkişaf etdirməklə məhsuldarlığı artırmaq, intensiv texnologiyalardan istifadə ilə fındıq istehsalının effektivliyini yüksəltmək, aflatoksin maddəsinin mövcudluğu riskinin azaltmaqla məhsulun keyfiyyətini artırmaqdır.

Fındıqçılıq

Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) fındıqçılıq sahəsində birgə layihəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” (HAZER) adlanan layihədən bu sahədə fəaliyyət göstərən kiçik fermerlər faydalanacaq.

Nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, ümumi büdcəsi 1,3 mln. ABŞ dolları olan layihənin əsas məqsədi Azərbaycanda fındıqçılıq sahəsində dəyər zəncirlərini inkişaf etdirməklə məhsuldarlığı artırmaq, intensiv texnologiyalardan istifadə ilə fındıq istehsalının effektivliyini yüksəltmək, aflatoksin maddəsinin mövcudluğu riskinin azaltmaqla məhsulun keyfiyyətini artırmaqdır.

“Azərbaycanda fındıqçılığın inkişafına yüksək maraq var. Ötən illər ərzində 20 min hektardan çox ərazidə yeni bağ salınıb. 2019-cu ilin məlumatına görə Azərbaycan fındıq ixracında dünyada Türkiyə və İtaliyadan sonra 3-cü yerdə dayanır. Həmçinin, ötən il ölkəmizdə fındıq məhsulu 124.2 milyon ABŞ dolları dəyəri ilə ixrac olunan əsas qeyri-neft mallarının siyahısında pomidor və qızıldan sonra üçüncü yeri tutub”, – deyə Mirzə Əliyev vurğulayıb.

Bununla belə, AKİA sədri fındıq bağlarında hər hektara düşən məhsuldarlığın artırılmasının vacib olduğunu qeyd edib: “Fındıq bağlarında hər hektara düşən məhsuldarlıq aşağı səviyyədədir. Ölkəmizdə fındıqçılıq sahəsində hər hektara düşən məhsuldarlıq orta hesabla 1.2 ton təşkil edir. Halbuki bu rəqəm dünya üzrə əldə olunan yüksək məhsuldarlıq göstəricisindən aşağıdır. Eyni zamanda, istehsal olunmuş məhsulun keyfiyyətinə mənfi təsir göstərən aflatoksin maddəsi və digər problemlər bu sektorun mövcud potensialından tam istifadəsinə mane olur”.

AKİA sədrinin sözlərinə görə, Azərbaycan hökuməti bu istiqamətdə mövcud olan çətinliklərin aradan qaldırılması üçün lazımi dəstək göstərir. Buna misal olaraq Mirzə Əliyev qeyd edib ki, 2019-2020-ci illərdə fındıqçılıq sahəsinin inkişafı üçün AKİA vəsaitlərindən 368 000 manat məbləğində güzəştli kredit ayrılıb. Fındıqçılıq sahəsi üçün alınmış texnikalar üzrə fermerlər 319 900 manat güzəşt vəsaiti, 206 100 manat məbləğində isə kredit verilib.

Bununla yanaşı, 2019-2020-ci illərdə fındıqçılıq sahəsində fəaliyyət göstərən 32 366 fermerə 10 249 954 manat məbləğində subsidiya ayrılıb.

Azərbaycanın fındıq ixracının genişləndirilməsinin şərtləri açıqlanıb

Azərbaycanın aqrar məhsullarının ixracında fındıqçılıq ən gəlirli sahələrdən biridir. Fındıqçılıq aqrar məhsulların istehsalında mühüm yerə sahibdir. Lakin hazırda fındıqçılığın istehsalında, ixracında bir sıra problemlər var. Bu sahədə gözlənilən yeniliklər, hazırda mövcud olan problemlərin həlli ilə bağlı Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov “Report”a müsahibə verib. Fındıq istehsalı 2020-ci ilin mövsümü ilə müqayisədə 55,6 % artacağı gözlənilir O, ötən il Azərbaycanda fındıqçılıqda məhsuldarlığın az olduğunu deyib: “Buna səbəb 2020-ci ilin aprelində havaların çox soyuq keçməsidir. Lakin bu il qış və yaz aylarında normal hava şəraiti müşahidə edilib. Bu isə məhsuldarlığa müsbət təsir göstərib. Bu ilki mövsümdə 70 min ton məhsul istehsalı gözlənilir. 2020-ci ildə 45 min ton fındıq istehsal edilmişdi”. Yerli bazardakı çətinliklər İ.Orucov deyib ki, hazırda fındıqçılıqda bir sıra çətinliklər müşahidə edilir: “Respublika ərazisində 60 mindən çox ailə təsərrüfatı mövcuddur. Çətinliklər fermerlərin maarifləndirilməsinin aşağı səviyyədə olması, mövcud qanunların tətbiqi zamanı fermerlərlə istehsalçılar arasında anlaşılmazlıqların olmasıdır. Bununla yanaşı, ölkə ərazisində möhtəkirlərin, spekulyatorların çox olması fındığın satış qiymət sisteminə təsir edir. Azərbaycan məhsuluna daha yüksək qiymət formalaşdığı üçün bizə rəqib Gürcüstan və Türkiyə ixracatçılarından fərqli olaraq bizim bazarın itirilməsidir. Hazırda ölkə ərazisində 1 kq ləpənin satış qiyməti 6,6 ABŞ dolları civarında olub. Türkiyədə isə bu məhsul 5,80 ABŞ dolları təşkil edir”. Azərbaycan fındıq ixracında bir sıra problemlərlə üzləşir O deyib ki, dünyada illik bir milyon tondan çox qabıqlı fındıq istehsal edilir: “Bunun 70-75 %-ini Türkiyə, 10-15 %-ni İtaliya, 5 %-ini Azərbaycan, 3-4 %-ini Gürcüstan istehsal edir. Rəqiblərimizin dünya bazarlarında fındığın satış qiymətinin daha ucuz qiymətə təklif etməsi bizə ixrac zamanı çox böyük çətinliklərə səbəb olur. Əsas ixrac bazarımız olan ölkələr Rusiya, İtaliya, Almaniyadır. Azərbaycandan fərqli olaraq Gürcüstan fındığına Avropaya ixracında gömrük vergisi tətbiq edilmir. Bizim məhsulumuza vergi tətbiqi Avropaya ixracda ən böyük çətinliklərdən biridir”. İ.Orucov Azərbaycan fındığının ərəb ölkələrinə ixrac məsələsinə toxunub: “Dünya fındıq ticarətinin 80 %-i Avropanın payına düşür, bu məhsul Avropada müəssisələr tərəfindən alınır və daha çox şokalad hazırlanmasında istifadə edilir. Ona görə ixracımızda əsas prioritet bazar Avropadır. Əfsus ki, ərəb ölkələrində fındığa təlabat olmadığı üçün satış zəifdir. Bu bazarda fındıq ixracında artım gözlənilmir”. Xatırladaq ki, 2020-ci ildə ixrac edilən əsas qeyr-neft məhsullarının siyahısında fındıq ləpəsi ilk dördlükdə qərarlaşıb və 116 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac edilib. Bu ilin I rübündə Azərbaycanın ixracının dəyəri 4,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 501,5 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin birinci rübündə fındıq ixracı 29 mln ABŞ dolları olub.

Fındıqçılıq

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “Agrarco” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Bu barədə “Report”a FAO-nun Azərbaycandakı nümayəndəliyindən bildirilib.

FAO və “Agrarco” MMC arasında “Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi – HAZER” layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsi imzalanacaq.

Sözügedən layihə çərçivəsində fındığın dəyər zənciri boyunca dayanıqlı bioenerji əldə edilməsi yanaşmasının araşdırılması, istehsalı və emal zamanı aflatoksin yarada biləcək səbəbləri araşdırılır. Əməkdaşlıq çərçivəsində bu proseslərdə qabaqcıl təcrübələrin tətbiqi və bu sahə ilə məşğul olan fermerlərin potensialının artırılmasına dair fəaliyyətlər planlaşdırırlır.

Əməkdaşlıq müqaviləsinə əsasən layihə icrası müddətində fındıq istehsalı prosesində iştirak edən fermerlər qabaqçıl təcrübələrin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə fəaliyyətlərə cəlb ediləcək. Fermerlərə ilkin mərhələdə təlim keçməsi məqsədilə mövcud bağların və avadanlıqların “Agrarco” MMC tərəfindən təmin edilməsi nəzərdə tutulur. Hazırlanacaq iş planları əsasında fındıqçılıq dəyər zəncirində bioenerji potensialının qiymətləndirilməsi, biokütlə, yekun istehlak enerji istifadə potensialının qiymətləndirilməsi, qalıqların və istixana qazının mobilizasiyası üçün dəyər zənciri logistikası ilə bağlı fəaliyyətlərin araşdırılması və koordinasiyasın aparılması planlaşdırılır.

Tərəflər müqavilə çərçivəsində həmçinin fındığın dəyər zəncirində dayanıqlı bioenerji variantları və eləcə də dayanıqlı fındıq məhsulunun idarə edilməsi, məhsul yığımından sonrakı işlər, emal və təhlükəsizliklə bağlı fermerlərin potensialının qiymətləndirilməsi prosesində iştirak edəcək. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qlobal Saziş Prinsiplərində əks olunduğu kimi insan hüquqları və ətraf mühitin qorunması ilə əlaqədar beynəlxalq çərçivədə qəbul edilmiş prinsiplərinin əməkdaşlıq müqaviləsində öz əksini tapdığı da vurğulanıb.

Comments are closed, but trackbacks and pingbacks are open.