Folklorşünaslıq jurnalı
Əlavə məlumat üçün:
E- mail: [email protected]
Əlaqə telefonu: +994508581622; +994125387390
Folklorşünaslıq jurnalı
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalına məqalələr aşağıdakı istiqamətlər üzrə qəbul olunur:
Məqalənin tərtibinə aşağıdakı tələblər qoyulur:
1. Məqalənin adı yazılmalıdır (qalın, şrift 14).
2. Müəllifin adı, atasının adı, soyadı, ölkə, şəhər, elmi dərəcəsi, vəzifəsi, işlədiyi təhsil (elmi-tədqiqat) müəssisəsinin adı, elektron ünvanı -adi hərflərlə, şrift 12
3. Rəyçilərin elmi dərəcəsi, adı, atasının adı, soyadı yazılmalıdır.
4. 3 dildə açar sözlər ( minimum 5 söz ) verilməlidir.
5. Məqalə 6-10 səhifə həcmində, A4 formatda, soldan 3 sm., sağdan, aşağıdan və yuxarıdan 2 sm., şrift 12, interval 1,5, Times New Roman ilə yazılmalıdır.
6. Məqalələr Azərbaycan, türk, rus, ingilis dillərində qəbul olunur.
7. Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə xülasə verilməlidir.
8. Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan iki mütəxəssisin rəyi vacibdir.
Jurnalın sayları
2017 (№1) 2017 (№ 2) 2018 (№1) 2018 (№2) 2019 (№1); 2021(№1);
Əlavə məlumat üçün:
E- mail: [email protected]
Əlaqə telefonu: +994508581622; +994125387390
Folklorşünaslıq jurnalı
AZ
EN
STRUCTURE
ABOUT US
DEPARTMENTS
ARXİV
Folklorşünaslıq tədqiqatlarının elmi spesifikası özünü həm də onda göstərir ki, elmi-nəzəri təhlildə əldə olunan qənaətlərin dürüstlüyü başqa səbəblərlə yanaşı toplanılan folklor materiallarının keyfiyyətindən də asılıdır. Məhz buna görə də xalq yaddaşında yaşayan folklor materiallarının toplanması, sistemləşdirilməsi, kataloqlaşdırılması, janr təsnifatının aparılması, izah və şərhlərlə, mükəmməl elmi sistem şəbəkəsində nəşr edilməsi olduqca əhəmiyyətlidir. Son on ilə qədər bu sahədə müəyyən nəticələr əldə olunsa da, toplama və nəşr işlərinin səviyyəsi qənaətbəxş deyildir.
Folklor İnstitutunda bu boşlugu doldurmaq üçün zəngin folklor arxivi yaradılmışdır. İnstitutun Elmi arxivi 1995-ci ildən fəaliyyətə başlamışdır. Bu dövr ərzində elmi arxivə 1000-dən (qovluq) folklor materialları daxil olmuşdur.
Yalnız Azərbaycanın deyil, ümumtürk dünyasının müxtəlif regionlarının zəngin folklor nümunələrini özündə cəmləşdirən Folklor arxivinin materialları əsasında 100 cildlik folklor antologiyasının nəşri planlaşdırılır.
Elmi arxivin müdiri Nəsirova Könül Xalıq qızı 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə A.Mahmudbəyov adına Humanitar fənlər gimnaziyasını bitirib 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində, 1994-1999-cu illərdə Dövlət İdarəçilik Akademiyasının politologiya fakültəsində təhsil alıb. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində folklorşünaslıq və mifologiya istiqaməti üzrə magistr dərəcəsi alıb. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında dil-ədəbiyyat müəllimi işləyib.
2007-ci ildən Folklor İnstitutunda elmi işçi vəzifəsində çalışır. 2008- ci ilin yanvar ayından Elmi Arxivə müdir təyin olunub.
«Mürsəl Həkimovun folklorşünaslıq fəaliyyəti» mövzusu dissertasiya üzərində tədqiqat aparır. Elmi məqalələr müəllifidir.
SCIENTIFIC DIRECTIONS
PROJECTS
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq” elmi jurnalının 2019-cu ildə ikinci sayı nəşr olunub.
“Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü” məqaləsi ilə açılır.
Jurnalın baş redaktor müavinləri akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul katibi isə Həlimə Mehdiyevadır.
“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”, “Ədəbi əlaqələr”, “Folklorşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq” və “Xronika” bölmələrindən ibarətdir.
“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.