Press "Enter" to skip to content

Fonetik hadisə və qanunlar

Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar olaraq meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu var. Yəni ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.

Fonetika

Fonetika — dilçilik elminin danışıq səsləri barədə bəhs edən bölməsi.

Fonetika (yun. φωνή, phōnē, “səs”) — dilçilik elminin danışıq səsləri barədə bəhs edən bölməsi.

Danışarkən tələffüz olunan səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır.Danışıq üzvləri bunlardır :Ağciyərlər,Nəfəs borusu,Qırtlaq,Səs telləri,Ağız boşluğu,dil,dişlər,dodaqlar və burun boşluğu.Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səsləri tələffüz olunur və eşidilir. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]

Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: sait səslər, samit səslər

Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Saitlərin bölgüsü Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var. 1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə: Qalın saitlər: [a], [ı], [o], [u] İncə saitlər: [e], [i], [ə], [ö], [ü] 2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə: Qapalı saitlər: [ı], [i], [u], [ü] Açıq saitlər: [a], [e], [ə], [o], [ö] Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir). 3. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər [o], [ö], [u], [ü] Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i]. Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.

Ahəng qanunu

Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə saitlə başlanan söz-lərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur. (Işıq, ilan, ilğım, inam, iraq, ilxı, ildırım, ilıq, işartı, elat və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, şüa, büro və s. Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm və dəyişməz olur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu xüsusiyyətinə görə, ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonetikanı birləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika. Ahəng qanununun tələbinə görə öz dilimizə məxsus şəkilçilər ya iki, ya da dörd variantlıdır. Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.

Əlifba

Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir. Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir. Ilk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb, kiril və latın əlifbalarıdır. Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin, hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir. Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Bu hərflərdən ikisi ilə – ı və ğ hərfləri ilə söz başlanmır. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır.

Fonetik hadisə və qanunlar

Dilin digər cəhətləri kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcuddur. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.

Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətlərinin əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusi ilə də başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar çox mühümdür. Yəni ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, və ya əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.

Müasir Azərbaycan dilinin də bir sıra fonetik hadisə qanunları var. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və zaman – zaman əmələ gəlmişdir.

Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:

  • assimilyasiya,
  • dissimilyasiya,
  • səsartımı,
  • səsdüşümü,
  • yerdəyişmə,
  • ahəng qanunu,
  • cingiltiləşmə qanunu.

Assimilyasiya:

Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına assimilyasiya deyilir. Məsələn, sən sözünü götürək. Bu sözə -dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz səndən əvəzinə, sənnən şəklində tələffüz edilir.

Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar olaraq meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu var. Yəni ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.

Dissimilyasiya:

Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsi hadisəsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək.

Çəmənlər, bağçalar, bağlar sararsa,

Fəzalar dönərək sular qararsa,

Hər şeyi bir ölüm qorxusu sarsa

Əyilməm bir daha… bir həvəs məni….

Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə raq şəkilçisi artırılmaqla düzəldilmişdir.

Ancaq sonradan həm sararmaq, həm də qararmaq sözlərin-dəki birinci r səsi ikinci r səsinə təsir edərək onu I səsin çevirmiş və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq formasında deyilir.

Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqaməti və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.

Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiya yaxın dissimilyasiya adlanır. Məsələn, hammal sözündəki birinci m səsi —qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Bunə səbəbdən də həmin söz hammal yox, hambal formasında tələffüz olunur.

Səsartımı

Azərbaycan dilinin təbiətinə görə sözdə əgər iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir.Elə buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.

Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s.

Səsdüşümü

Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) deyilir. Səsdüşümü həm saitlərdə, həmçinin də samitlərdə müşahidə olunur. Ancaq saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.

Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi müxtəlif şəkillərdə özünü göstərir.

Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) sözlərin yanaşmasında.

Səs yerdəyişməsi

Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir; məsələn:

Layihə — lahiyə — (yh — hy)

Torpaq — topraq — (rp — pr)

Fərhad — Fəhrad — (rh — hr)

Yanlış — yalnış — (nl — ln)

Məşhur — məhşur — (şh — hş) və s.

Yerdəyişmə dilimizdə elə də geniş yayılmamışdır. Bu, əsasən, danışıq dili üçün xarakterikdir.

Ahəng qanunu

Fonetikanın əsas qanunlarından biri ahəng qanunudur. Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə. sözün ilk hecası incə saitlidirsə, sonraki saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın olmalıdır. Sözdə qalın və ya incə saitlərin bir birini izləməsinə ahəng qanunu deyilir.

Cingiltiləşmə qanunu

Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri də cingiltiləşmə qanunudur. Digər fonetik hadisələrdən fərqli olaraq, ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür.

Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir.

Fonetik hadisələr

Türk ədəbi dilində bir sıra qanunauyğun fonetik hadisələr mövcuddur. Bu hadisələrin bir qismi yalnız tələffüzlə əlaqədardır, yəni sırf orfoepik hadisədir. Digər qismi isə yazıda da öz əksini tapır. Ona görə də, türk dilində düzgün yazmaq, oxumaq və danışmaq üçün bu hadisələri öyrənmək lazımdır.
Yazı ilə əlaqədar fonetik hadisələr, əsasən, səsartımı və səsdüşümü şəklində özünü göstərir. Lakin bu hadisələr danışıqda da geniş yayılmışdır və əsas etibarilə söz tərkibində bəzi səslərin (r, h, t) zəif tələffüz olunması, sözün çox sürətlə deyilməsi ilə bağlıdır. Məsələn, türk dilində “birkaç” (bir neçə) sözündə “r” samiti, “bir dakika” ifadəsində “r” samiti ilə “i” saiti (bi dakka), “efendim” sözündə isə üç səs (n, d, i) eyni anda (efem) düşə bilir. “R” samitilə başlayan sözlərin əvvəlinə tələffüzdə bir sait artırılması türk dilinin dialektləri üçün xarakterikdir (rençper – irençper, ruba – urba, razı ırazı və s.).
Səsuyuşması, səsfərqləşməsi və səslərin yerdəyişməsi kimi fonetik hadisələr isə türk dilində daha çox şifahi nitq ilə əlaqədardır. Eyni bir heca daxilində iki saitin və ya iki samitin qoşa işlənməsi türk dilinin fonetik quruluşuna ziddir. Türk dili üçün yalnız aşağıdakı heca quruluşları xa­rakterikdir. Saitləri – V (vokal), samitləri – C (konsonant) hərfi ilə işarə edib, heca şəkillərini göstəririk:
V-O
VC – on, üç, eş, un, ev.
CV – bu, su, ne.
CVC – sen, ben, bir, beş.
VCC – alt, üst, ilk.
CVCC – dört, sert, dert, Türk.

Türk dilində yeni söz düzəldilərkən və ya sözə şəkilçi artırılarkən, mürəkkəb söz əmələ gətirilərkən yuxarıdakı he­ca quruluşlarının pozulmamasına xüsusi diqqət edilir. Başqa dillərdən alınma sözlərdə də bu qaydanın imkan daxilində pozulmamasına fikir verilir, müvafiq səsartımı və səsdüşümü vasitəsilə həmin sözlər ümumi qaydaya uyğunlaşdırılır.

Səsartımı. Müasir türk dilində səsartımı üçün “Kaynaştırma ünsüzleri” adı verilən bitişdirici samitlərdən (y, ş, s, m və v) və saitlərdən istifadə edilir. Səsartımı aşağıdakı hallarda özünü göstərir:
1. Saitlə bitən sözə saitlə başlayan şəkilçi artırıldıqda, araya bitişdirici samitlərdən biri gətirilir. Məs.:
kapı + y + ı – kapıyı
yazıtahtası + n + ın – yazıtahtasının, iki – iki + ş + er -ikişer
çocuk bahçe + s+ i – çocuk bahçesi

2. Avropa dillərindən türk dilinə keçən sözlərin əvvəlində iki samit qoşa işlənirsə, həmin sözün başına bir sait əlavə edilir. Məs.:
İstasyon, iskelet, istatistik, uskumbri, iskemle

3. Avropa dillərindən türk dilinə keçən sözlərin sonunda iki samit qoşa gəlirsə, sözün sonuna sait əlavə edilir. Məs.:
Çimento; tiyatro; kadro; protesto; parlamento; metre; kilometre.

4. Avropa dillərindən türk dilinə keçən sözlərin ortasında iki sait yanaşı gəlirsə, həmin saitlərin arasına bir samit əlavə edilir. Məs.:

Bir sıra alınma sözlər müstəsnalıq təşkil edərək, yuxarıdakı qaydalara tabe olmurlar. Məs.:

Comments are closed, but trackbacks and pingbacks are open.