Press "Enter" to skip to content

Fonetik hadisələr

Orfoqrafik tələblərdən irəli gələn səs artımı və səs düşümü – bu hal

№1 Humanitar elmlər seriyası

qütbü birləşdirir ki, bunların hər birinin də öz tədqiqat obyekti və predmeti var.

Belə ki, fonetikanın əsas bölməsi olan orfoepiya danışıq zamanı dil vahidləri-

nin düzgün ifadəsini tənzimləyən bir bölmə kimi çıxış edir.

Məlumdur ki, tələffüz zamanı nitq axınında danışıq səsləri bir-birinin

ardınca aramsız və sürətlə ifadə olunur, bir-birini qovur və bu surətdə bir çox

səsin modeli tam əks oluna bilməyərək, nəticədə sözdəki səslərdə müxtəlif

fonetik hadisələr və modifikasiyalar baş verir. Nitq axınında baş verə bilən belə

dəyişmələr dağınıq şəkildə deyil, müəyyən ölçülər, meyarlar daxilində olur ki,

həmin ölçülər orfoepik norma şəklində formalaşır.

Düzgün tələffüz normalarını öyrənən orfoepiya bölməsi dilçilikdə daha

çox praktik əhəmiyyət daşıyaraq nitqin düzgün inkişafına xidmət etmək

məqsədini özündə ehtiva edir. Lakin tarixi baxımdan orfoepiya dilin ümumi

inkişaf tendensiyalarının ön cərgəsində durur, dillə nitq arasındakı qarşılıqlı

dialektik əlaqənin əsas yükünü daşıyır. Dildə yaranan hər hansı bir yeni tenden-

ya, forma, model əvvəlcə nitqdə formalaşır, nitqdə normaya çevrildikdən

sonra dilin sisteminə daxil olur. Digər tərəfdən dil sistemindəki modellərin

forması nitqdə və tələffüz prosesi zamanı açılır. Bu qarşılıqlı əlaqə baxımdan

nitqdə artıq normaya çevrilən dil vahidləri orfoepik qaydalara tabe olaraq, bir

sıra dəyişmələrə məruz qalır.

Orfoqrafik cəhətdən yazılan sözlər orfoepik mühitdə ya yazıldığı kimi, ya

da bunun tamamilə əksi kimi tələffüz edilir. Bu baxımdan da nitq axınında baş

verən bəzi fonetik hadisələrin qaynağında orfoqrafik tendensiyanın durduğunu

nəzərdən qaçırılmamalı və orfoepiya prinsipləri diqqət mərkəzinə alınmalıdır.

Məsələn, bu fakt Azərbaycan dilində daha çox alınma vahidlərdə müşahidə

demək olar ki, universal səciyyə daşıyır. Belə ki,

hər hansı bir dilə daxil olan söz həmin dilin özəlliklərini bu və ya digər cəhət-

dən mənimsəyərək özününküləşdirir. Alınma sözlərin çoxunda özünü göstərən

özləşmə prosesi həm fonetik, həm də morfoloji ölçülər daxilində gedir və

orfoepik normaya əsaslanır.

Hər şeydən əvvəl, onu demək lazımdır ki, dil dayanmadan inkişaf edir,

yazı isə, əksinə dəyişməzliyə, sabitliyə, stabilliyə meyllidir. Nitq və dil

arasında ümumilik və fərqlilik olduğu kimi, orfoqrafiya və orfoepiya arasında

bəzən uzlaşma özünü qoruyub saxlasa da, lakin bu fikri hökm kimi qəbul

etmək olmaz. Yəni yazılış ilə tələffüz arasında uzlaşma müəyyən hallarda və

qaydalar çərçivəsində pozula bilir. Bunun isə müxtəlif səbəbləri və əsasları

mövcuddur. Bu vəziyyət özünü bütün dillərdə göstərir. Yazı təsvir etdiyinə

uyğun gəlir, bundan fərqli olaraq tələffüz təsvir olunana, yəni yazıya uyğun

gəlməyə də bilir. Məs.: ingilis dilində ask (söyləmək), help (kömək etmək),

put (qoymaq) və s. bu kimi sözlərdə tələffüz yazıya uyğun gəldiyi halda, bu

fikri read (oxumaq), write (yazmaq), who (kim), give (ver), look (baxmaq),

ravel (səyahət etmək) sözlərinə aid etmək olmaz.

Nəzərə almaq lazımdır ki, orfoqrafiya normaları tarixi kateqoriyadır və

bu normalar dilin inkişaf qanunları ilə yanaşı irəliləyərək oradakı dəyişmələrə

köklənsələr də, heç vaxt dildəki normaları ideal şəkildə ifadə edə bilmir. Buna

görə də, möhkəm sistemə malik müasir orfoqrafiyamızda müəyyən istisnalara

malikdir. Belə vəziyyət bir tərəfdən dilin daim inkişaf etməsi ilə, digər

tərəfdən, yazı qaydalarının mühafizəkarlığı ilə bağlıdır. Dilin tarixindəki hər

zəncirvarı dövrə orfoqrafiya tarixinin müəyyən dövrü uyğun gəlir. Bu

cəhətdən də, müxtəlif tarixi dövrlərdə orfoepiya və orfoqrafiya arasında get-

gedə artan paradokslar meydana gəlmişdir. Bu da, ilk növbədə, düşünürəm ki,

müxtəlif fonetik vahidlərin dilə daxil və xaric olması ilə əlaqəli ola bilər.

Tarixin müxtəlif mərhələlərində əlifba və işarə dəyişkənliyi onun yazı və

tələffüz sisteminə təsirsiz ötüşməmişdir. Bu məsələ müasir Azərbaycan dilin-

dən də kənar keçməmişdir. Məsələn, orfoqrafiya sistemindən apostrof işarə-

sinin xaric edilməsi bu işarə vasitəsilə yazılan bir sıra ərəb və fars mənşəli

sözlərin orfoqrafik cəhətdən taleyinə mübahisə və çaşqınlıq gətirmişdir. Bu hal

indi də izlənilməkdədir. Vaxtı ilə fe´l, şe´r, e´tibar, məş´əl və s. kimi yazılan

zlərin müasir dilimizdə necə yazılması qeyri-müəyyəndir. (şeir, feil, ehtibar,

məşhəl və s). Bu tip yazı və tələffüz arasında ikilik dildə müxtəlif versiyalılıq

yaradır. Qeyd etmək lazımdır ki, get-gedə dərinləşməkdə olan bu ziddiyyətlər

nəticədə yazı sisteminin özünə təsir edəcəkdir.

Nümunələri sonsuza qədər artırmaq olar. Məs.: nə üçün “dovğa”,

”dovşan” kimi yazılan sözlər [do: şan], [do: ğa] kimi tələffüz olunur. Burada

zənnimizcə səbəb nitq zamanı baş verən fonetik hadisələr olsa da, ilkin səbəb

isə dillərin tipoloji xarakteri ilə bağlıdır.

Yazı ilə tələffüz arasında əsas ziddiyyətlərdən birinin səbəbi isə əlifba

məsələsi ilə yanaşı bu və ya digər dillərin təsiridir. Elə hallar da var ki, səbəb

Qeyd etdiyimiz bu kimi problemlər hələ 1926-ci ildə Bakıda keçirilən

“Birinci Türkoloji qurultay”ın əsas dil məsələlərindən biri olmuşdur. T.İ.

Hacıyev yazır: “Qurultayda ədəbi dil məsələsi geniş yer tutur. Müzakirə

orfoqrafik normadan başlandı. Əsas nəzəri məruzəni L.V.Şerba etdi: “Orfoqra-

yanın əsas prinsipləri və onların sosial mənası” Dünya fonetika nəzəriyyəsi-

nin görkəmli nümayəndələrindən prof. Lev Vladimiroviç Şerba söylədi ki,

mövcud olan 4 orfoqrafiya prinsipindən türk xalqlarının dilləri üçün ən

münasibi fonetik prinsipdir və etimoloji-morfoloji prinsip onu tamamlamalıdır.

Fonetik prinsipin ölçüsü budur ki, “necə deyirsən, elə yaz”. Belə: ata, daş, və

ya taş, ana və ya anne, su, göz, əl, üz. Ancaq elə məqamlar da var ki, “ necə

deyirsən, elə yazma” prinsipinə əsaslanmalısan. Deyirik: «qızzar, narrar, göz-

zər, atdar. ». Ancaq yazmalıyıq: «qızlar, narlar, gözlər, atlar. ». Çünki samit

səslər üçün güclü mövqe sait sonudur və sait arasıdır, o halda həmin şəkilçi

belə işlənir: su+lar, nənə+lər..” (4,19). O zaman söylənilən bu prinsip və

təkliflər bu gün də öz aktuallığını, prioritetliyini qoruyub saxlayır.

Ümumiyyətlə, sözün tələffüzü orfoqrafiya ilə deyil, onun tarixi ilə

müəyyən edilir. Hər hansı bir sözdə səs deformasiyaları, ancaq dilə aiddir, bu,

dilin daşıdığı təbii funksiyadan irəli gəlmir, onlar dildən kənar amillərin

Apardığımız müşahidələr nəticəsində deyə bilərik ki, müasir Azərbaycan

və ingilis dillərində sözlərin yazılışı ilə tələffüzü arasındakı fərq və ya eynilik

orfoqrafik və orfoepik normanı təşkil edir. Bu baxımdan da, Azərbaycan və

ingilis dillərində sözlərdə səslərin artması, azalması və yaxud yazıldığı kimi

tələffüz edilməyən dil vahidlərinin yazı və tələffüz arasında olan müxtəlif

münasibətlərin davamlılıq prinsipinə əsasən, iki qrup üzrə sistemləşdirib təsnif

Orfoqrafik tələblərdən irəli gələn səs artımı və səs düşümü – bu hal

davamlılığa görə daimi olandır.

Orfoepik tələblərdən irəli gələn səs artımı və səs düşümü – bu hal

davamlılığa görə təsadüfü və ya şərti olandır.

Azərbaycan dilində orfoqrafik mühitdə baş verən səs artımının daimi

davamlığı yalnız samitlərlə məhdudlaşır. Fonetik tələbə görə, morfoloji mü-

hitdə iki sait səs yanaşı gəldiyi zaman onlar arasına “ y, n, s ” samitləri artırılır.

Bu hal yalnız orfoqrafik səciyyə daşıyır.

Bu fakt müasir Azərbaycan dilində daha çox sonu saitlə bitən isimlərə

yiyəlik, yönlük, təsirlik, üçüncü şəxsin tək və cəminin mənsubiyyət

kateqoriyasının şəkilçisini qəbul edən vahidlərdə baş verir. Məs.:

qapı + -ya (-sı, -ya,- ın) = qapını, qapıya, qapısı, qapının

qonşu + – nu (-ya ,-sı, – ın) = qonşunu, qonşuya, qonşusu, qonşunun

nənə + – ni( -sı, -yə, – ın) = nənəni, nənəyə, nənənin, nənəsi

su + – yu (-ya , –

un) = suyu, suya, suyun və s.

Akademik A.A.Axundov göstərir ki, “su sözləri tarixən samitlə

bitən sözlər olmuşdur. “Su” sözünün qədim türk forması olan “sub” – hətta

bəzi düzəltmə sözlərdə indi də özünü saxlamaqdadır: suvarmaq, suvamaq,

suvaq. Göründüyü kimi, burada “y”

samitinin artımındansa “v” samitinin “y”

samitinə keçməsindən danışmaq doğru olardı” (1, 34).

Bu halda olan vahidlər orfoqrafik cəhətdən necə yazılırsa, orfoepik

mühitdə də eyni cür tələffüz edilir. Lakin burada bəzi fərqlilik də var. Belə ki,

a, ə açıq saitləri ilə bitən isimlərin yönlük halda tələffüzü həmin sözlərin

yazılışından seçilir. Həmin saitlər tələffüzdə ahəngə uyğun olaraq qapalı sait-

lərdən birinə keçir. Məs.: babaya [babıya], nənəyə [nəniyə], kölgəyə

[kölgiyə] və s.

Bu fakt ingilis dilində də izlənilir.

sonu samitlə bitən sifətlər müqayisə dərəcəsində işlənərək onlarda

samit artımı müşahidə olunur. Məsələn, big-bigger, hot-hotter, fat-

və s. Bundan fərqli olaraq, sifətlər müqayisə dərəcəsində

işlənərək sonu y səsi ilə bitən sözlər i səsinə keçir: early→i+er =

ier → earliest; easy→easier, easiet, happy→happier, happiest

sonu [ f ; fe ]

səsləri ilə bitən isimlər cəmdə işləndiyi zaman onlarda

iki cür dəyişmə müşahidə olunur: səsartımı və səsdəyişməsi: f,

fe→v+es: leaf (yarpaq)→leaves (yarpaqlar); wolf→wolves (cana-

varlar); knife

→knives (bıçaqlar); wife→wives (arvadlar). Lakin

bir istisna var: roof→roofs (dam).

sonu samit+y

səsi ilə bitən isimlər cəmdə işlənərkən onlarda iki cür

dəyişiklik olur: y→i+es. Məs.: lady-ladies; baby-babies; army-armies;

party-parties; body-bodies; lorry-lorries.

zamanda III şəxsin təkində sonu y samiti ilə bitən fellərdə

y→i-es dəyişməsi olur. Məs.: to carry-he carries; to copy-she copies;

to worry-worries.

adi keçmiş zamanda sonu y samiti ilə bitən fellərdə y→i+ed də-

yişməsi baş verir. Məs.: to study-studied, to worry-worried, to

carry-carried.

happy+ness, busy+ness

şəkilçisi bu sözlərdə isim yaratdıqda kökün

y→i ilə əvəzlənir: happiness, business.

sonu –s, -ss, -ch, -sh, -tch, -x

hərfləri ilə bitən isimlər cəmdə

işləndikdə i-səsartımı olur və “s” əvəzinə “es” həm yazıda, həm də

tələffüzdə mövcudluğunu qoruyub saxlayır. Məsələn, bus→buses,

class→classes, bench→benches, fox→foxes, box→boxes və s.

Bunlardan fərqli olaraq, orfoepik mühitdə baş verən səsartımı hadisəsi

müasir Azərbaycan və ingilis dillərində xüsusi hallarda müşahidə olunur.

T.İ.Hacıyev bildirir ki, ərəb əlifbası türkcənin baş orfoqrafiya prinsipi

olan fonetik normanı pozur, ərəb əlifbasında deyilişdəki səslərlə yazıdakı

işarələrin balansı müxtəlif olur (4, 20).

Bu baxımdan, iltisaqi dillərə verilən tələblərə əsasən bu dillərdə söz

daxilində (yəni flektiv dillərdən alınmış sözlərdə) eyni zamanda ai, ae, ıo, ui,

əi, iə, aü, eə, ea, io və müxtəlif tipli başqa səslər yanaşı işləndiyi zaman

tələffüz qaydalarına əsasən “y” samiti artırılaraq əlavə səs kimi diqqəti cəlb

edir. Məs.: ailə [ayilə], Nailə [Nayilə], mail [mayil], nail [nayil], bais [bayis],

müdafiə [müdafiyə], poema [payema], duet [duyet], diametr [diyametr],

realizm [reyalizm], zəif [zəyif], stadion [stadiyon], iaşə [iyaşə], müayinə

[ma:yinə], təqaüd [tə:qayüt], dialoq [diyalok] və s. Lakin tərkibində əa, üa,

üə hərf birləşmələri olan sözlərdə göstərdiyimiz misallardan fərqli olaraq,

birinci sait deyilmir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məs.: səadət

[sa:dət], müavin [ma:vin], müalicə [ma:licə], müəyyən [mə:yyən], müəllim

[mə:llim]. Bəzən müasir dilimizdə bu hərf birləşmələrindən formalaşan elə dil

vahidlərinə rast gəlinir ki, onlarda bu halı izləmirik. Məs.: memuar, aktual,

seans, bəraət və s.

Samit səslərin sözə artımından fərqli olaraq, tələffüz prosesində saitlərin

artımı daha geniş dairəni əhatə edir.

sözün I hecasında qoşa samit ilə işlənən alınma sözlərin I və ya II

hecasına sait səs əlavə olunur. Məsələn, stəkan-istəkan, stul-ustul,

stol-ustol, qrip-qirip, qrammatika-

qıramatika, qrup-qurup,

fılora, qram-qıram və s.

I hecalı sözlərin ön hissəsinə “u” səsi əlavə olunur. Məs.: rus – urus.

söz ortasında və söz sonunda ardıcıl şəkildə üç və ya dörd samitin

işləndiyi alınma sözlərə danışıq zamanı [ i, u, ü ] səsləri artırılır. Bu

hal yazıda müşahidə olunmur. Məs.: qəbz-qəbiz, dövr-dövür, meyl-

hüsün, qəsbkar-qəsibkar, zülmkar- zülümkar və s.

Səsdüşümü hadisəsini səsartımı hadisəsində olduğu kimi, həm fonetik,

həm morfoloji də prinsip əsasında təhlil etmək mümkündür. Qeyd etmək

lazımdır ki, Azərbaycan dilində iyirmidən artıq qayda müşahidə olunur.

Orfoqrafik tələblərdən irəli gələn səsdüşümü morfoloji prinsiplər əsasında

müəyyənləşir. Və bildirmək lazımdır ki, səsdüşümü hadisəsi həm morfemlər

sərhədində yanaşı gələn iki saitdən birinin düşməsi ilə, eyni morfem daxilində

səsdüşümü yerinə görə həm saitlər, həm də samitlər, bəzən də hər ikisinin

düşməsi gözlənilir. Bu faktı misallarla izləyək:

Göstərdiyimiz misalları sonsuza qədər artırmaq mümkündür. Müasir dilimizdə

yalnız tələffüzdə özünü göstərən bu fakt bir zaman yazı faktına çevrilə bilər ki,

bu zaman həmin sözlərdə kök və şəkilçi sərhədi itəcəkdir. Tarixən bu yolla

formalaşan sözlər müasir dilimizdə var: сар(ы)ал, ой(у)на, сив(и)ри, оь(у)лан,

йум(у)руг, ай(ы)ры вя с.

İngilis dilində orfoqrafik tələblərdən irəli gələn sait

düşümünə: ta hate-hat (e) red- nifrət etmək, five-fif(e)th-beşinci sözlərinin

Orfoepik tələblərdən irəli gələn səsdüşümü isə yalnız fonetik prinsip

çərçivəsində məhdudlaşır. Yəni orfoqrafik cəhətdən yazılan söz nitq axınında

bundan fərqli çıxış edərək, oxunmayan səs təzahürü bağışlayır.

söz daxilində [ov] səsləri yanaşı işləndiyi zaman II səs düşür və sözdə

səs uzanması müşahidə olunur. Məsələn, dovğa, dovşan, qovurma,

qovğa, yovşan kimi yazılan sözlər do:ğa, do:şan, qo:urma, qo:ğa,

yo: şan kimi tələffüz olunur.

İngilis dilində söz daxilində [al], [ov], [ea], [ee], [or], [ar] və s. səs

birləşmələrində səs düşümü və səs uzanması müşahidə edirik. Məsələn: chalk

ʧ ɔ:k] təbaşir, calf [ka:f]-dana, call [kɔ:l]-çağırmaq; move [mu:v]-hərə-

kət, moving [mu:viŋ] –təsirli, sea[si:]-dəniz, meet[mi: t]-qarşılaşmaq və s.

söz daxilində [öv] səsləri yanaşı işləndiyi zaman eyni ilə birinci halda

olduğu kimi, III səs düşərək sözdə səs uzanması baş verir. Məs.:

hər, tövbə, növbə, bənövşə, bünövrə, hövsələ, kövrək, lövbər

kimi yazılan sözlər gö:hər, tö:bə, nö:bə, bənö:şə, bünö:rə, hö:sələ,

kö:rək, lö:bər kimi tələffüz edilir. Və yaxud, sonra sözündə tələffüz

prosesində n səsi düşərək so: ra kimi ifadə olunur

ortasında və sonunda st, zy , xt, şt, ft, kt, hv, hz, hs, fv, şf səs

birləşmələri ilə işlənən sözlərdə I və ya II səs oxunmayan səs kimi tələffüz

edilir. Və bu da, nəticədə orfoepik cəhətdən sözlərdə səsdüşümü hadisəsi ilə

yanaşı səs dəyişməsi hadisəsini reallaşdırır. Bu hal sözlərə şəkilçi artırıldığı

zaman da olur. Məs.: sərbəst, dost, dəst, dəsmal, abstrakt, təzyiq, nəhs,

səhv, məhv, neft, əfv, kəşf, bədbəxt, xoşbəxt, bəxt, ailəpərəst, dürüst kimi

yazılan sözlər tələffüz zamanı sərbəs( t), dos( t), dəs( t), dəs(t) mal, abstrak (

t), təz (y) iq, nə (h) s, səhv(f), məhv (f), nef (t) , əf (v) , kəş (f – v) , bədbəx

(t), xoşbəx (t), bəx(t), ailəpərəs(t), dürüs(t), fak (t) kimi ifadə olunur.

İngilis dilində də oxunmayan hərf və hərf birləşmələri daha genişdir.

Burada da eyni ilə I və ya II səs oxunmayan səs kimi, ya da heç tələffüz

edilmir. Məsələn, kn, wh, igh, b, n, l, gh, h, s, ue, gh, wr, ue.

səs birləşməsi yazılır, amma heç vaxt tələffüz olunmur: knee

diz, know[nəu]-bilmək, knife [naif]- bıçaq, knight [nait]-

cəngavər və s.

yalnız o saiti olanda “h” səsi tələffüz olunur: [o,u] kimi

səslənir: who [hu:]-kim, whom[hu:m]-kimi, kimə, whose [hu:z]-

kimin, whole[həul]-bütün. Qalan saitlər olanda w [w]-səsi tələffüz

nə vaxt, haçan, where[weə]-harada, haraya

ɔt]-nə, why [wai] – nə üçün, white [wait]-ağ.

w heç vaxt tələffüz olunmur, ancaq r səsi tələffüz olunur:

[raıt]- yazmaq, writer[raıtə]-yazıçı və s.

yazılır gh tələffüz olunmur: [laıt]-işıq, yüngül, thought

Ɵɔ:t]-fikirləşmək, bright [brait]-parlaq və s.

bir sıra qaydasız fellər keçmiş və Perfect zamanında “gh” işlənir,

ancaq bu samit birləşməsi heç vaxt tələffüz olunmur: brought

ɔ:t]-gətirdi, biught [bɔ:t]- almaq, fought[fɔ:t]- davaşmaq və s.

Lakin bunu biz high

sözünə aid edə bilmərik: high[haı]-hündür,

ue saitləri tələffüz olunmur: techique [tek

bir çox sözlərdə samitlər yazılır, ancaq tələffüz olunmur:

a) bu sözlərdə “b” tələffüz olunmur: debt [det]- borc, comb [kəum]-

b)“n” tələffüz olunmur: autumn[

ɔ:təm]- payız, solemn [sɔləm]-

c)“t” və “d” tələffüz olunmur: castle[ka:sl]-saray, thistle [

qanqal, ballet [bæleı]-balet; boulevard-d tələffüz edilmir: [bu:lva:]-bulvar və s.

tələffüz olunmur: to walk [w

ɔ:k]- gəzmək, to talk [tɔ:k]-söhbət

etmək, folk [fəuk]-insanlar və s.

d) bir çox sözlərin əvvəlində “h” yazılır, ancaq tələffüz olunmur:

ɔnist]- düz, honour [ɔnə]- şərəfli və s.

e) s tələffüz olunmur: island[aılənd]-ada, isle[aıl]-ada və s.

Azərbaycan dilində elə sözlər də var ki, cümlə daxilində həmin

ifadəni söyləyən zaman sözdə səs düşümü hadisəsi baş verir. Məs.: Gəl

burada otur,

Bəs bu nədir kimi yazılan cümlələr “Gə burda otu ““Bə bu

nədi “ kimi tələffüz olunur.

Göstərdiyimiz bu zəngin və maraqlı dil faktları bir daha göstərir ki,

dilçiliyin bütün bölmələri bir-biri ilə əlaqəli olub, bir-birini qarşılıqlı şəkildə

şərtləndirir. Bu sahədə aparılan araşdırma, tipoloji cəhətdən bir-birindən fərqli

an Azərbaycan və ingilis dillərinin orfoqrafiya və orfoepiya qaydalarının

nəzəri əsaslarını izləməyə gərəkli material verir.

Məqalə Bakı Dövlət Universitetdaxili 50+50 qrant proqramı çərçi-

vəsində yerinə yetirilmişdir.

Axundov A.A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1984, 392 s.

Axundov A.A. Ümumi dilçilik. Bakı: Şərq-Qərb, 2006, 280 s.

Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı: Maarif, 1988,285 s.

T.İ.Hacıyev Birinci türkoloji qurultayda dil məsələləri // BUN Xəbərləri. Humanitar elmlər

seriyası, 2006, №2, s. 18-27.

Бонк Н.А., Котий Г.А., Лукьянова Н.Л. Учебник английского языка. Часть I.

:Деконт+ГИС,1998, 637 с.

Де Соссюр Ф. Курс общей лингвистики. М.: Прогресс, 1977, 315 с.

Домбровский И. Знак и смысл. Вопросы языкознания, 1973, № 6, с. 31-39.

НЕКОТОРЫЕ ОРФОГРАФИЧЕСКИЕ И ОРФОЭПИЧЕСКИЕ СХОДСТВА

АЗЕРБАЙДЖАНСКОГО И АНГЛИЙСКОГО ЯЗЫКОВ

В статье впервые рассматриваются с теоретической и практической стороны не-

которые фонетические сходства азербайджанского и английского языков. Сходства этих

языков в фонетическом строении были основательно определены.

Ключевые слова: произношение, голосовые вызовы, орфографические и орфо-

SOME ORTHOGRAPHIC AND ORTHOEPIC SIMILARITIES

IN THE AZERBAIJANI AND ENGLISH LANGUAGES

The article is the first to discuss the theoretical and practical sides of some phonetic

similarities in the Azerbaijani and English languages. The similarities in these languages in the

phonetic structure are thoroughly defined.

Key words: orthoepic, orthographic, phonetic structure, pronunciation

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Fonetik hadisələr

Assimilyasiya. Söz tərkibində bir səsin özündən əvvəl və ya sonra gələn səsə tə”sir etməsi hadisəsi Axısqa dilinin fonetik sistemində də geniş yayılmışdır. Səslərin eyniləşməsi bu hadisənin əsas məğzini təşkil edir. Həmin hadisə fonetik və morfoloji səviyyələrdə meydana çıxır.

Fonetik assimilyasiya nəticəsində söz kökündə olan samit səs sonrakı səsin tə”sirinə mə”ruz qalaraq dəyişir və eyniləşir. Kökə qoşulan şəkilçi isə sabit qalır. Axısqa türklərinin dilində fonetik assimilyasiya s, n samitlərinin “çevik”liyilə bağlıdır. Yə”ni, bu səs özündən əvvəlki səsi öz tə”siri altına alaraq uyğunlaşdırır. Məsələn, TS (atsa) – SS (assa): Yokari assa his olur, aşaği qoysa pas olur (əski söz); NĞ (ağnamaq) – NN (annamax): Bişe ağnaşılmaz dünya varından, ğəmlənib oturma ahu-zarinən (Usta Mürtəz).

Morfoloji assimilyasiya söz kökü və leksik, qrammatik şəkilçilər ətrafında müşahidə olunur. Sözün sonuncu samiti şəkilçinin ilk samitini öz tə”siri altına alaraq eyniləşdirir: NL (düzənlik) – NN (düzənnux): Tağın üstündə düzənnuxda bir göl var (nağıllardan); NL (makaronlar) – NN (m akoronnar); ND (bostandan) – NN (bostannan): Bismillah deməynən doouz bostannan çıxmaz (əski söz); ND (arslandan) – NN (arslannan): Yatağan arslannan gezegen tilki eydir (əski söz); MD (adamdan) – adamnan (MN): Qari yüzli adamnan (kişidən) adam yüzli qaridən əlhəzə (əski söz). Morfoloji assimilyasiyada n səsinin mövqeyi güclüdür.

cingiltiləşmə hadisəsi. Bu hadisə Axısqa türklərinin dilində intensiv deyil. Qeyri-bərabər inkişaf kar samitlərin bu dildə cingiltiləşməsini tə”min edə bilməmiş, nəticədə bu proses öz qədimliyini Axısqa türklərinin dilində hələ də qoruyub saxlamışdır. Zəif cingiltiləşmə nəticəsində samit səslər söz daxilində keyfiyyətcə dəyişmir, məsələn, g samitinin y samiti ilə əvəzlənməsi müasir Azərbaycan dilində olduğu kimi görünmür: ignə (iynə), ögüd (öyüd), degirman (dəyirman), gögərçin (göyərçin), sögüd (söyüd) və s. Nümunələr: İgnə sançdım sögüdə, yeni girdim ögüdə (mani); Dün gecə neredəydin, kövlümün gögərçini (mani); Degirmanın bendinə, dönər kendi – kendinə (mani); Bu dərənin yavşani, yügrək olur tavşani (mani).

Labiallaşma hadisəsi. Labiallaşma hadisəsində belə bir ardıcıl proses müşahidə olunur ki, arxa sıraya aid açıq damaq saitindən dilarxası və dilönü dodaq samitinə keçid olduğu halda, dilönü açıq damaq saitindən yalnız dilönü dodaq saitinə keçid vardır. Dilarxası qapalı damaq saitindən yalnız dilarxası qapalı dodaq saitinə, dilönü qapalı damaq saitindən isə dilönü qapalı dodaq saitinə keçid mümkündür [72, s. 14].

Axısqa türklərinin dilində labializasiyanın bə”zi tipləri müəyyənləşdirilmişdir:

A-O. Mə”lumdur ki, a səsindən o səsinə keçid sonrakı prosesdir. İndi bə”zi türk dillərində (ədəbi dillərdə) vaxtı ilə a səsinin iştirak etdiyi sözlərdə o səsinə keçid baş vermişdir. Lakin Axısqa türklərinin dilində ilkin forma mühafizə edilmişdir. Bunu indi müasir bədii əsərlərdə, qəzetlərdə işlədilən av, avci, savux, tavux, alav, avuc, qaun kimi sözlər bir daha təsdiq edə bilər. Bu cür sözlərin a səsi ilə işlənməsi qədim xüsusiyyətdir; belə formalara qədim abidələrimizin dilində də rast gəlirik: av [121, s. 68, 492]. Deməli, Axısqa türklərinin dilində inkişafın qeyri-adekvatlığı nəticəsində yuxarıdakı sözlərdə labiallaşma hadisəsi baş verməmiş, proses ləngimişdir. Nəticədə sözün tarixən işlənən forması olduğu kimi qalmışdır.

Aşağıdakı nümunələr bu cəhətdən səciyyəvidir:

Alavli yürəgin ataşsız yandi,

Bənim həyatımın mə”nası anam! (X.Acarli);

Bizə güc gələməz boran, qar, savux,

Qırx yildə bunlari biz çox görmüşux (G.Şahin);

Dost yolunda bir avuc

Verməyə canın olsun (M.Səfili);

Toprağa nə əksən, inkarmi edər,

Laxana, baklacan, qartopi, qaun (M.Səfili);

İlk bahar olanda yaylaya qaxar

İnəgi, camuşi, tovar surüsi (A.M.Səfili);

Qazanduğuz “şan-şöhrətin” savurdilər külüni (M.Səfili);

Dağ bizim, maral bizim,

Yad avcilər nə gezər (mani);

Bu dərənin yavşani,

Yügrək olur tavşani (mani).

Türk dillərinin inkişafının müəyyən pilləsində a-dan o-ya keçid nəticəsində av – ov, avci-ovçu, alav – alov, savux – soyuq, avuc – ovuc, qaun – qovun, savurmax – sovurmaq, yavşan – yovşan, tavşan – dovşan tipli sözlərdə labializasiya hadisəsi baş vermiş, a saitindən o saitinə sıçrayış olmuşdur.

Azərbaycan dilindən fərqli olaraq, Axısqa türklərinin dilində sözün ikinci hecasındakı a səsi o səsinə keçmişdir. Məs.: boğaz (Azərbaycan dili) – boğoz (Axısqa türk dili). Padişahın boğozundan əkmək keçmiyer (“Şah Abbasinən Usta” nağılından).

Bundan əlavə, Axısqa türklərinin dilində aşağıdakı səs keçidləri müşahidə olunur:

Qardaşa selem götür

Əzerbeycan quşlari (mani).

Toponimik adlarda müşahidə edilən a-ə keçidi fonetik antonamaziyaları yaradır. Bu o deməkdir ki, toponimin tələffüz forması, həmin dil-nitq şəraitində ə-a uyğunluğu əsas götürülür. Bu cür antonamaziyalar ə-e saitlərinin keçidində də müşahidə edilir.

Ağ dəvə düzdə qaldi,

Yüki Tevrizdə qaldi (mani)

A-Ə keçidinə aşağıdakı alınma sözlərdə də rast gəlmək olur: cəməət (camaat), dərmən (dərman), sələvət (salavat), əşkər (aşkar), sələm (salam), sədə (səda), minə (mina), kələndər (kalendar), maşinə (maşina) və s.

Ə-A keçidi: xasta (xəstə), xarc (xərc), şarab (şərab), hafta (həftə), Ali (Əli), xalbur (xəlbir), geca (gecə).

Prof. M.Yusifov göstərir ki, Azərbaycan dilində a-ə istiqamətindəki keçid zəifdir, lakin bir sıra oğuz qrupu (türkmən) və qıpçaq qrupu türk dillərində a refleksi üstün mövqe tutur. Məs.: qəmə (Azərbaycan dili) – qama (türkmən), qəflət (Azərbaycan dili) – qaflat (türkmən dili) [72, s. 16].

Ə-E keçidi bu dildə daha çox müşahidə olunur: edebiyat, senet, kesa, esgi, zengin. Tədqiqatçı Asif Hacılı bu səs keçidini yuxarı və aşağı kəndlərin (Axısqa türklərinin yaşadığı kəndlər nəzərdə tutulur – İ.K.) təbii coğrafi xüsusiyyətləri deyil, müəyyən etnoqrafik və dil çalarları ilə əsaslandırır və yazır: Aşağı kəndlərdə yuxarıların dialekt fərqləri əsasən s – ş (istiyuruk – iştiyirux), e-ə (e m i -əmi) kimi əvəzlənmələrdə təzahür edir. Türk ədəbi dilinə ən yaxın şivə Axısqa-Azqur şivəsidir [27, s. 41].

A saitindən e saitinə keçid türk dillərinin əksəriyyətində qeyri – adekvatdır. Odur ki, bu istiqamətdə olan keçidlərdə bir dili digər dildən üstün hesab etmək mümkün deyil. Bu cəhətdən müasir Azərbaycan dili Axısqa türklərinin dili ilə müqayisədə bu keçid baxımından sabitliyini qoruya bilmişdir. Müq. et: yaşıl (Azərbaycan dili) – yeşil (Axısqa türk dili). Dünya bənə dar gəliyer, Yeşil daşdan qan gəliyer (Türk marşı).

Ö-Ə keçidi: dövlət (devlət), bənövşə (mənəmşə) və s.

I-U keçidi. balux (balıq), bağarsux (bağırsağ), baba lux (babalıq), balduz (baldız), yazlux (yazlıq) və s.

Axısqa türklərinin dilində eyni sözdə ə-dən a-ya və i-dən u-ya keçid də baş verir: xərbil (Azərbaycan dili) – xarbul (Axısqa türk dili).

Axısqa türklərinin dilində saitlərin keçmə istiqamətləri özümlü cəhətləri ilə nəzərə çarpır. Digər türk dilləri ilə müqayisədə bə”zi sait keçidləri ləngimiş və nə vaxtsa həmin proses baş verə bilər. O zaman sözlərin ilkin formaları yeni strukturla əvəzlənəcəkdir. Bir sıra keçidlər isə dialekt səciyyəlidir. Lakin ümumi halda bu hadisə fonetik sistemin təkamülü ilə bağlı şəkildə yaranır.

Axısqa türklərinin dilində samitlərin spesifik keçmə oriyentasiyası mövcuddur. Bu oriyentasiyalar samitlərin məxrəcləri ilə əlaqəlidir. Samitlərin keçidlərində əsas prinsip “güclü – zəif” iyerarxiyasına əsaslanır, yə”ni fonoloji-akustik cəhətdən güclü olan samit zəif samiti üstələyir [72, s. 16].

Samitlərin keçid istiqamətləri, başlıca olaraq, aşağıdakı iyerarxiyaya əsaslanır:

B-P istiqamətində keçid: parmax (barmaq), pac (bac), pal (bal), çorap (corab), səpət (səbət), panqa (banka), patinka (botinok), qəssap (qəssab). Nümunələrdən göründüyü kimi, bu dildə b samitinin refleksi kimi p samiti işlənir və bu da həmin dildə cingiltiləşmə meylinin zəifliyi ilə bağlıdır.

Bə”zi alınma sözlərdə əksinə keçid istiqamətləri (p-dən b-yə) müşahidə olunur: başport – pasport.

Q-K istiqamətində keçid: kara (qara), kuyi (quyu), kılıc (qılınc), kardaş (qardaş), buruk (buruq), kayğanaq (qayğanaq), kəhvə (qəhvə), kazan (qazan), kız (qız), kuzi (quzu), koy (qoyun), kayın (qayın), kabux (qabıq), kazayaği (qazayaği) və s.

Axısqa türklərinin dilində əksər vaxt q səsi əvəzinə x səsi işlənilir. Bu vəziyyət söz sonunda müşahidə edilir: kabux (qabıq), yaprax (yarpaq), budax (budaq), kavax (qabaq), kuyrux (quyruq), kırıx (qırıq), çıxux (çıxıq), yanux (yanıq), oğlax (oğlaq), bajanax (bacanaq), kabalax (qabalaq), bonjux (muncuq) və s.

Axısqa türklərinin dilində h samitinə x səsi mövqeyində rast gəlmək olur. Məsələn, harman (xırman), haşlama – kartopi haşlaması (xaşlama). Müasir türkmən dilində də həmin mövqedə işlədilən sözlərə təsadüf olunur. hendek (xəndək).

Əksinə, müasir Azərbaycan dilində h samiti ilə başlanan və bitən elə sözlər vardır ki, bunlar Axısqa türklərinin dilində x səsilə ifadə olunur: xasır (həsir): Nə kilim qalmışdür, nə əsgi xasır (M.Səfili), sabax (sabah), ancax (ancaq).

G səsinin q samiti ilə əvəzlənməsi. Bu hadisə Axısqa türklərinin dilində geniş yayılmışdır: qörüm (görüm), qə-lin (gəlin), qöqərçin (göyərçin), qül (gül), qünəş (günəş), qüz (güz) və s.

M.Ş.Şirəliyev bu hadisənin Zaqatala və Qax şivələrində müşahidə olunduğunu göstərmişdir: qün, qördi, qöz, qo-muş və s. [66, s. 84].

Alınma sözlərdə x samiti ğ samiti ilə əvəzlənir: buğan-tel (buxalter), buğantellux (buxalterlik).

Axısqa türklərinin dilində q səsinin x səsi ilə əvəzlənməsinə də rast gəlirik: Yuxarıda qeyd edildiyi kimi qoşa q səsləri əvəzinə x səsi işlədilir: saxal (saqqal), çaxal (çaqqal). Qoşa q səsi qoşa x səsilə də əvəzlənir: doxxuz (doqquz).

Ğ səsinin x səsilə əvəzlənməsinə az da olsa bu dildə təsadüf olunur: axsuvax (ağ suvaq): cumadan-cumaya gəlür sədələr, Axsuvaxli, mərmər taşli adalar (Usta Mürtəz).

Y səsinin q səsi ilə əvəzlənməsi. Bu əvəzlənmə tarixən qədimdir. Axısqa türklərinin dilində bu qədim xüsusiyyət hələ də qalmışdır. Aşağıdakı sözlər bu baxımdan səciyyəvidir: söqüt (söyüd), çiqit (çiyid), iq (iy), düqün (düyün), iqnə (iynə): İlim-ilim iqnəsi, ilim xatun düqməsi (bulmaca), İqnə sançdım sögüdə, Yengi girdim ögudə (mani).

S-Ş əvəzlənməsi: Vaxtı ilə akademik Y.N.Marr Axısqa türklərinin dilində bu keçid prosesini müşahidə etmiş və iştər (ister) sözündəki ş-s əvəzlənməsini nümunə göstərmişdir [137, s. 27].

S və Ş samitləri məxrəclərinə görə yaxın səslərdir. Ş samiti S samitinə nisbətən bu dildə güclü artikulyasiyaya malik olduğundan bə”zi sözlərdə üstün mövqe qazanır və s samitinin yerinə işlənir:

Gövül iştar, düşem dövran eyliyem,

Qoy çox olsun belə toyi şennigin (c.Xalidov);

Yuxi yastux iştəməz (əski söz); Yügrək at qamçi iştəməz (əski söz); Getdi gül, gəldi bülbül, iştər ağla, iştər gül (mani), hər keş (kəs) vətəndə yaşar, biz qaldux köşələrdə (mani). Belə bir keçid də tarixən qədimdir, tarixi abidələrimizdə, Azərbaycan klassiklərinin əsərlərində, həmçinin qərb qrupu dialektlərində belə keçid prosesi müşahidə olunmuşdur: şaj (sac), şancı (sancı) [72, s. 83].

Həmin sözlərə şanşu şəklində qazax, ş a ş şəklində isə qaraqalpaq dillərində də rast gəlirik [72, s.39].

S-Z əvəzlənməsi: Axısqa türklərinin dilində s samitindən z samitinə keçid söz əvvəlində və söz sonunda özünü göstərir. S samiti akustik – fonoloji cəhətdən z samitindən güclü olsa da, Axısqa türklərinin dilində əksinə müşahidə olunur: zarxoş (sərxoş) – Zarxoş puvarlar, Zarxoş Qafur; zandux (sandıq), zanki (sanki) – Məndüfün gövdəsi boşlaşdı, zankioni dov vurdu (“Vətən eşqi” qəzeti, noyabr 1992-ci il), zanmax (sanmaq) – Əsgərə gedəni gəlürmi zandım, kəsilən kəlləri qoyunmi zandım (folklor nümunəsi); giraz (gilas) və s.

Bə”zi hallarda əksinə keçid prosesi də müşahidə olunur. Məsələn: Azərbaycan dilində sonu z samiti ilə bitən bə”zi sözlər bu dildə s səsilə ifadə olunur: palas (palaz).

c-J əvəzlənməsi: Azərbaycan dilinin dialektlərində müşahidə edilən bu əvəzlənməyə Axısqa türklərinin dilində də rast gəlmək olur. Aşağıdakı sözləri bu əvəzlənməyə nümunə göstərmək olar: jəuüz (cəviz), jamuş (camuş), jana var (canavar), böjük (böcək), jüjük (cücük), çəkür jək (dəmirçi), örümjək (hörümcək), yonja (yonca), haj (hacı), jüzdan (sumka), tüjjər (tacir), xoja (xoca).

B-M əvəzlənməsi. Müasir Azərbaycan dili ilə müqayisədə Axısqa türklərinin dilində bu cür əvəzlənmə qeyri-bərabərdir. Yə”ni, həm b, həm də m refleksləri bu dildə eyni səviyyədə qorunub saxlanmışdır. Müq. et: bonjuk (Axısqa türk dili) – muncuq (Müasir Azərbaycan dili), mənəmşə (Axısqa türk dili) – bənövşə (Azərbaycan dili), bin (Axısqa türk dili) – min (Azərbaycan dili). Nümunələr: Bənim səvdəli yarım, Gecəyi bələr gəlür (mani), Puvar, zarxoş axarsın, Mor mənəmşə qoxarsın (mani).

F-P əvəzlənməsi. P samitindən F samitinə keçid Axısqa türklərinin dilində sözün əvvəlində özünü göstərir: Poşi – foşi: Foşilər, ay foşilər, Əl degməmiş foşilər (mani).

D-T əvəzlənməsi. Axısqa türklərinin dilində işlənən t samiti əksər sözlərdə d samitinin refleksi kimi çıxış edir. Belə əvəzlənmə sözün əvvəlində və sonunda özünü göstərir: tuar (divar), ton (don), tolma (dolma), tırmıx (dırmıx), tayi (dayı), tavar (davar), tay (dayça), tabak (dabaq), tavşan (dovşan), armut (armud) palut (palıd), taş (daş), süt çorbasi, (süd şorabası), tarax (daraq), tört (dörd), tokuz (doqquz), tuz (duz) və s.

N-V əvəzlənməsi: kövül (könül), dovuz (donuz): Kövlüm qöqərçin oldi, Durmuyer yad vətəndə (mani): Kövül iştar, düşem dövran eyliyem (c.Xalidov). Dovuzun bitin ələn alma ki, başan çıxar (əski söz).

Səs düşümü. Qədim fonetik hadisələrdən olan səs düşümünün söz daxilində yaranması, başlıca olaraq, səslərin tutduqları mövqe və münasibətlə, həmçinin səslərin güc iyerarxiyası ilə əlaqədardır. Belə ki, nitq prosesində bə”zi səslər gücünü itirir və əvvəlki mövqeyində qala bilmir. Səslərin düşümü nəticəsində sözlər sadə şəkil alır və bu prosesdə “artıqlıq” deyilən qüsur aradan götürülür. Əvvəlcə nitq daxilində əmələ gələn bu hadisə sonradan dil normasına çevrilir.

Axısqa türklərinin dilində səs düşümünün aşağıdakı tiplərinə rast gəlmək olur.

a) Səslər sözün ortasında düşür. Söz ortasında n, l, h, r, v, d, y samitləri düşür. Bu samitlərin bə”zi türk dillərində düşümü, fikrimizcə, nitq prosesi ilə əlaqədar olsa da, Axısqa türklərinin dilində artıq bədii əsərlərin və mətbuatın dilinə yol tapmış, beləliklə, dil normasına çevrilmişdir.

N səsinin düşməsi: Sora (sonra) gəmükləri yığıyer, ancaq düz yığmıyer (“Vətən eşqi” q. noyabr 1992-ci il), Qərəfil (qərənfil) qoxi neynar (Taxtalar muxi neynar) (mani).

H.Mirzəzadə n səsinin sözdə düşümünü qədim hadisə hesab edir və aşağıdakı nümunəni də göstərir: Tortasın atandan sora. Yüz dirhəm zeytun yağı töküb. ordan alış-veriş kəsülür (RƏF, N 2225) [52, s. 31].

L səsinin düşməsi: İlk bahar olanda yaylaya qaxar, İnəgi, jamuşi, tovar sürisi (Aşıq Məmməd Səfili), Qax ayaği ey məzlum xalq, Şər atarlar yatma nahax (Aşıq Məmməd Səfili), Nəsrəddin oxuyer, koç ayaq kaxiyer (nağıllardan).

V səsinin düşməsi: Bu samit iki qalın sait (u, a) arasında düşür: puar (puvar), qaun (qavun), daul (davul), tuar (divar). Nümunələr: Düzündə gezibdə, meşəyə çıxın, Puardan, dəryadan açılmaz gözün (Aşıq Məmməd Səfili), Torpağa nə əksən, inkarmi edər? Laxana, baklacan, qartopi, qaun (A.M.Səfili), Səslənsin toylarda zurnanın səsi, Patladın dauli qızışsın meydan (A.M.Səfili), cəhd edib qaxanda tuardan dutma (A.M.Səfili).

D səsinin düşməsi: qünüz (gündüz). Qünüz günəşlidir, gecə işıxli, İşığa qərq olmiş nur Kobilyani (A.M.Səfili).

R səsinin düşməsi: biləzük (bilərzük), patlatmax (partlatmaq); Səslənsin toylarda zurnanın səsi, Patladın dauli qızışsın meydan (A.M.Səfili).

Y səsinin düşməsi. Axısqa türklərinin dilində o, u saitləri arasında y samiti düşə bilir: saux (soyuq), taux (toyuq).

Baxarım yağan qara

Toprax saux nəfəsli

Həsrətim səvən yara (A.M.Səfili).

b) Səslər sözün əvvəlindən düşür. Bu səs düşümünə çox az təsadüf olunur. Yalnız örümjək (hörümçək) sözünün əvvəlində h samitinin düşməsinə təsadüf etmək olur.

v) Səslər sözün sonunda düşür. Alınma sözlərdə bu düşüm daha geniş yayılmışdır.

H samitinin düşməsi. Mət (h), padişa (h): Daima mət edem molla Kələşi. Dəliğaniləri bənzər huri qılmana (A.M.Səfili); Padişa qızi onlara diyer ki, elə bir saray yapacaqsızki, heç bir vilayətdə olmasın (“Şah Abbasinən usta” nağılından).

T samitinin düşməsi: sərbəs (t), manifes (t), oblas (t).

Ə saitinin düşməsi: nec (necə): Bir miras sorayım, miras deqirman, Aşıxların sadıx yari nec olmiş (A.M.Səfili).

Azərbaycan dilində sonu l samitilə bitən bə”zi sözlərə cəm şəkilçisi (-lar) artırılanda qoşa samitli söz əmələ gəlir. Məs.: yollar, ballar, mallar. Axısqa türklərinin dilində qoşa l samitlərindən biri düşür. Məs.: yolar (Tağlari karladilər, yolari bağladilər (mani).

Səsartımı. Səsartımı hadisəsi dildə səs düşümünün əksidir. Səs artımı hadisəsinə təkcə türk mənşəli sözlərdə deyil, həmçinin alınma sözlərdə də təsadüf olunur. Alınmalara artırılan səslər söz alan dilin qanunlarına unifikasiya olunur. Axısqa türklərinin dilindəki alınmalarda bu fonetik hadisə geniş yayılmışdır. Səslər sözün əvvəlinə artırılır, bu dilin orfoepik tələblərini ifadə edir.

Axısqalıların dilində səsartımının məqamı və sabitləşmə dərəcəsi nəzərə alınmır. Ümumiləşmiş qanuni bir hal sayılmayan (müasir Azərbaycan dili ilə müqayisədə) məqamlar yazıda da qeyri-qanuni olaraq sabitləşmişdir. Bunlar alınmalarda ən çox müşahidə olunur.

a) Alınma sözlərə artırılan səslər: istikan (stakan), iskam (skameyka), iştapil (ştapel): Ermanilar kəndi dinin taparlar, İstikani bir-birindən qaparlar (A.M.Səfili);

Furun üstündə furun,

Əngəllər geri durun

Bu gecə yar gələcəx

Altun iskamlar qurun (mani).

Axısqa türklərinin dilində protezanın digər növləri ilə də qarşılaşırıq. Rus alınmalarında səsartımı sözün həcmini, kütləsini artırır. Haftamat (avtomat), hayripulan (aeroplan) və s.

Axısqa türklərinin dilində ən çox müşahidə olunan səsartımı h-laşma hadisəsi ilə bağlıdır. H səsi, əsasən, a səsi ilə başlayan axl (ağıl), açar, ax (ah), arx tipli sözlərin əvvəlinə artırılır. Məsələn, Arın haxli tarimar, genə səvdə bəndədir (mani): Biri bağliyan kapiy, Biri haçar, ağlama (mani); Buynuzsuz koçun haxi (ahi) buynuzli koçda kalmaz (əski söz); Su gəlür harx (arx) uzuni, Qəzəl örtər yüzüni (mani); Uzaxdasan, yaxın gəl El haxlidür* tez düyar (mani); Xizmətdə dolanur, verür badələr, haxlızu aldurur. olman divanə (A.M.Səfili).

Axısqa türklərinin dilində h səsi iki sait arasına da artırıla bilir: sahat (saat). İki sahat yan-yana, İştəməz rahatlanma (mani).

Y səsinin artırılması. Əslində bu səs aşağıdakı türk sözlərinin tərkibində qədimdən mövcuddur: Yüzük (üzük), yigid (igid), yüz (üz), yuca (uca): Bu dərənin taği yuca (cabir Xalidov); Baxçali, barli yigit, hayvali, narli yigit (mani); Yüz – gözüzi əşkitmen misəfirim, gedərim (mani).

Azərbaycan dilinin müasir səviyyəsində y samiti yürəg, yigirmi, yüzük və s. sözlərdən düşmüşdür. Lakin dialektlər qismən istisna təşkil edir.

Azərbaycan dilində elə alınma sözlərə rast gəlirik ki, Axısqa türklərinin dilində həmin sözlərdə artıq səslər özünü göstərir. Yə”qin ki, bu əlamət səsartımı hadisəsinin nəticəsidir. Məsələn, Azərbaycan dilində “vaxt” sözü işlənir. Axısqa türklərinin dilində bu söz “ı” saiti artırılmaqla işlədilir: Vakıt gəlür sənin də suyun isinur (A.M.Səfili).

B səsi də bu cür məqamda artırılır. Belə səsartımına Azərbaycan dilinin dialektlərində təsadüf etmək olur. Axısqa türklərinin dilində aşağıdakı nümunəyə diqqət edək:

Bir suval (sual) sorayım, miras deqirman,

Aşıxların sadıx yari nec olmiş (A.M.Səfili).

Qeyd etmək lazımdır ki, bə”zi alınma sözlərə ı, u saitlərinin artırılması da müşahidə olunur: kırış** (krışa), kulup (klub), urus (rus): Urus hökuməti açsın bu yoli (A.M.Səfili).

*Qeyd: Yazıda sabitləşmişdir.

**Qeyd: Yazıda qeyri-qanuni olaraq sabitləşmişdir.

Y səsinin artırılmasında digər türk dillərindən fərqli xüsusiyyətlər vardır. İtirmək sözü yitirməx, udan sözü yutan formalarında yazılı dildə də işlədilir: Oğul, bu torpağın havasından yutan (udan), suyundan içan hər bir türk oğli bu yurdi göz-bəbəki kimi qorimalidur (G.Şahin).

X səsinin artırılması ilə bir sıra sözlər Azərbaycan dili ilə müqayisədə fərqli şəkil alır: əliboxş (əliboş): Eşidən kimi buriya qaldım ki, əliboxş getmiyasız (“Vətən eşqi” q. noyabr 1992).

Ə səsinin artırılması: mandarinə (mandarin)

Q səsinin artırılması: çənqə (çənə)

K səsinin artırılması: yünk (yun)

Q və K səslərinin çənə və yun sözlərinə artırılması əslində qədim əlamətdir, qovuşuq nq, ng səslərinin həmin sözlərin tərkibində işlənməsi ilə bağlıdır. Lakin müasir dövrdə bu əlamət səs artımı kimi diqqəti cəlb edə bilər. Həmin sözlərin aldığı və yaxud da qaldığı forma bu dil üçün normal sayılır. Orfoepik norma və qaydaları əks etdirmək baxımından səs artımı hadisəsinin Axısqa türklərinin fonetik sistemində mühüm əhəmiyyəti vardır.

Yerdəyişmə hadisəsi. Dilçilikdə metateza adlanan bu hadisə orfoepik normalar əsasında formalaşır. Bu hadisə nəticəsində, səslərin ilkin sırası pozulur. Yerdəyişmə hadisəsi söz ortasında baş verir, sözün tərkibində fonoloji fərq meydana çıxır. Bu hadisənin meydana çıxmasını M.Yusifov belə izah edir: Yerdəyişmə hadisəsi, başlıca olaraq, o zaman meydana çıxır ki, etimoloji cəhətdən söz kökünün sonu güclü samitlə bitsin, şəkilçi əvvəli zəif samitlə başlasın. Bu zaman söz kökü sonu zəif mövqe olduğuna görə güclü səs qüvvətli mövqeyə, yə”ni şəkilçi əvvəlinə keçməli olur [72, s. 91].

Axısqa türklərinin dilində yerdəyişmə hadisəsi pr, ks, hn, çx, kz, ms, nr, xş kimi səslərin yanaşı işlənməsi məqamında baş verir. Bu səslərin yanaşma hüdudunda formalaşan yerdəyişmə hadisəsi Axısqa türklərinin dilində dil normasına kimi inkişaf etmiş, lakin ilkin formaların saxlandığı hallar da olmuşdur.

Axısqa türklərinin dilində yerdəyişmə hadisəsi həm türk mənşəli, həm də alınma sözlərdə özünü göstərir. Türk mənşəli sözlərdə səslərin yerdəyişməsi tarixən qədimdir. Qədim abidələrimizdə, klassiklərin yaradıcılığında işlənmiş bə”zi sözlərdə, məsələn köks sözündə bu vəziyyətlə qarşılaşmaq olur. Yə”ni, bu sözə köks formasında qədim türkdilli abidələrdə rast gəlirik. SK yanaşması fikrimizcə, ilkin formadır. Türk dillərinin sonrakı inkişafı bu səslərin yerini sözün tərkibində dəyişmiş, KS – şəklinə salmışdır. Maraqlıdır ki, Axısqa türklərinin dili bu inkişafdan kənarda qalmış, belə yerdəyişmə prosesi həmin sözün tərkibində baş verməmişdir, nəticədə yanaşmanın ilkin forması mühafizə edilmişdir. Aşağıdakı müasir şe”r nümunələri bu fikrə haqq qazandıra bilər:

Sən, ey gözəl arzu, gümən,

Dağ köskünə çökən duman (c.Xalidov);

Köskündə döqünən bu yarali yürəkdür (A.M.Səfili);

Mələkülmət gəldi kendi qöskümə

Ləün şeytan gəldi iman kəsdimə (A.M.Səfili).

Qavğada olubda ölümi görən

Hər dərdə, əzəbə, qösküni verən (A.M.Səfili).

SK-KS səs dəyişkənliyi yüskək sözündə də özünü göstərir. Axısqa türklərinin dilində də bu söz ilkin formasını – yə”ni səs dəyişikliyi baş verməmiş formasını saxlamışdır. Məsələn:

Yüskək minaradan atdım kəndimi,

Çox aradım bulamadım fəndimi (Usta Mürtəz).

Azərbaycan dilinin indiki mərhələsində yüskək forması yüksək şəklinə düşmüşdür. Göründüyü kimi, Axısqa türklərinin dilində bu qədim xüsusiyyət də qalmışdır.

KS səslərinin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsi “diskinmax” sözündə də özünü büruzə verir:

Başımda tolanur neçə xıl fikir

Pozulur rahatlux, yürək diskinur (A.M.Səfili);

ŞX və XŞ səslərinin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsi başqa türk dillərindən fərqli olaraq Axısqa türklərinin dilində mövcuddur. Məsələn, başqa – baxşa.

Baxşa planetə sürmədilər ki,

Azax yolumuzi, görmiyax səni (A.M.Səfili).

PR səslərinin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsi: toprax (torpaq), yaprax (yarpaq); İnsanlardur yurda naxış, Uli toprax, sənə alqış (cabir Xalidov).

Söz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelərini dəyişməsi hadisəsinə – metatezaya Axısqa türklərinin fonetikasında kontakt və distansion formalarda rast gəlinir.

Metateza hadisəsinə əsas e’tibarı ilə sonorlar (r, l, m, n), kar samitlər (t, p, k) və kar spirantlar (s, s, h, x, j) mə’ruz qalır.

Bu toplumun dilində metatezaya türk mənşəli sözlərdə, substratlarda və alınmalarda rast gəlinir.

Kontakt metateza: Bu növ metatezanın aşağıdakı tipləri işləkdir:

2. ğr>rğ: örğanmax>öğrenmek. Anadolu dialektininin Dmanisi şivəsində «örgənməx» [110, s. 64].

Fonetik hadisələr

Dilin meydana gəlməsi ən qədim dövrlərə aiddir və o insanların bircə yaşayış və əmək fəaliyyətində bir-birinə söz demək ehtiyacından yaranmışdır. İnsanlar məhz dil vasitəsi ilə adi məişətdə, istehsal prossesində, ictimayi həyatda bir-biri ilə ünsiyyətdə olur, öz fikirlərini, istək və arzularını, hiss və həyəcanlarını ifadə edirlər.

Təfəkkürlə sıx bağlı olan dil həm insanın əhatə edən varlığı, dərk etmə aləti, həmdə insan cəmiyyətinin inkişaf prosesində əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi vasitəsidir, başqa sözlə təfəkkür fəaliyyətinin müvəffəqiyyətlərini dil sözlər və sözlərin birləşməsindən əmələ gəlmiş cümləllər şəklində ifadə edir, məhz bu yolla cəmiyyət üzvləri arasında fikir mübadiləsi mümkün olur.

İnsan cəmiyyəti ilə birlikdə yaranan dil heçdə donuq halda qalmır. O cəmiyyətlə birlikdə dayim inkişaf edir. Hər dilin inkişaf tarixi o dildə danışan xalqın inkişaf tarixi ilə bağlıdır. Deməli dil insan cəmiyyəti ilə birlikdə yaranır, inkişaf edir. Bə`zəndə həmin dildə danışan xalqlar birlikdə məhv olur, ölür ( məsələm Sümer, Urarto və sayirə dillər). Hər dil inkişaf yolu keçir, dəyişir, təkmilləşir. Bu onun lüğət tərkibində özünü tez büruzə verir. Ona görəki, dilin lüğət tərkibi dəyişgənliyə dah həssasdır.

Dilin qrammatik quruluşu, xüsusən səs tərkibi olduqca yavaş dəyişir. Buradakı dəyişmələri ancaq dilin tarixini öyrənmək yolu ilə müşahidə etmək olar. Məsələn müasir Azırbaycan dilində işlətdiyimiz “H” səsi dilimizdə işlənməmişdir. Təsadüfi deyil ki indi “hamı”, “hansı”, “hanı” və s. Kimi işlətdiyimiz sözlərə Dədəqorqud dastanlarında, Nəsimi, Xətayi, Füzuli şe`rlərində “qamu/xamu”, “qansı/xansı”, “qanı/xanı” şəklində rast gəlirik.

Azərbaycan dili öz tərkibi e`tibari ilə yekcins deyil, o ədəbi dili və ədəbi dilə daxil olmayan dil qatlarını – diyalekt və şivələri, danışıq dili və jar qonları ihatə edir.

Ədəbi dil milli dilin yüksək formasındadır, ədəbi dil cəmiyyətimizin mdəni-siyasi və iqtisadi, elmi və texniki tə`lim və tərbiyə, incə sənət və s. ehtiyacını ödəməyə xidmət göstərir. Bundan başqa ədəbi dildən insanlar məişətdə adi danışıqda istifadə edirlər. Ədəbi dil cəmiyyətin bütün üzvlərinə ictimayi mənşəinə, ərazi ayrılığına fərq qoymadan eyni dərəcədə xidmət edir, ədəbi dilin fonetik, orfopik, orfoqrafik, leksik, qrammatik və üslubi normaları olur və bunlara rüayət etmək hamının borcudur.

Fonetika

Fonetikada danışıq səsləri, heca, vurğu, ahəng qanunu və fonetik hadisələr öyrənilir.

Danışıq Səsləri

Ciyərlərdən gələn hava axını ağız boşluğunda danışıq səsi yaradır. Dil, dodaq, dilçək və səs telləri danışıq vaxtı müəyyən vəziyyətə düşərək hər hansı bir səsin qalibini əmələ gətirir. Hər danışıq səsinin öz qalibi olur və ağız boşluğundaki bu qalibdən keçən hava həmin danışıq səsini yaradır.

Azərbaycan dilində 35 danışıq səsi var. Dilimizdəki sözlər bu səslər vasitəsi ilə qurulur. Sözlərin tərkibində bir, iki, üç və daha artıq danışıq səsi ola bilir. Məsələn: o, il, saz, qapı, polad, kəklik, dəmirçi, məktəbli, günəbaxan və s.

Oxşar və fərqli əlamətlərinə görə danışıq səsləri iki əsas qrupa ayrılır: a. sayitlər b. samitlər

a. Sayitlər: 1. sərbəst tələffüz olur 2. avazlı olur 3. heca yaradır

b. Samitlər: 1. tələffüzdə mane`ə rast gəlir 2. avazlı-küylü olur 3. heca əmələ gətirə bilmir

Sayitlər:

Azərbaycan dilində 9 sayit səsi var. Əlifbada səslərin işarəsi bunlardır: a, e, ə,o, i, ı, u, ö, ü

Ağız boşluğunda dodaqların və dilin müəyyən vəziyyətlərə düşməsi ilə sayitlərin qalibi formalaşır. Sayitləri tələffüz edərkən səs telləri titrəyir. Sayitlərin qalibi əsasən üç əlamətlə qurulur və buna görə hər sayitin üç əlaməri olur:

1. dil önü və ya dil arxası (incə və ya qalın) 2. gen və ya dar 3. dodaqlanan və ya dodaqlanmayan

birinci əlamət dilin üfüqi vəziyyəti ilə, ikinci əlamət dilin şaquli vəziyyəti ilə, üçüncü əlamət isə dodaqların vəziyyəti ilə yaranır. Deməli, sayit qalibinin qurulmasında dil və dodaqlar aktiv iştirak edir.

1. Dilin üfüqi vəziyyətinə görə qruplaşan sayitlər:

Ağız boşluğunda dilin üfüqi istiqamətdə irəliyə və geriyə hərəkəti “dil önü” və “dil arxası” sayitləri formalaşdırır.

ə, e, i, ö, ü sayitlərini tələffüz etmək üçün dil ön tərəfə hərəkət edir və səs qalibində dil önü əlamət yaranır. a, ı, o, u sayitlərini tələffüz etmək üçün dil arxaya çəkilir və səs qalibində dil arxası əlamət yaranır.

Dil önü sayitlər: ə, e, i, ö, ü Dil arxası sayitlər: a, ı, o, u

2. Dodaqların vəziyyətinə görə qruplaşan sayitlər:

o, ö, u, ü səslərini tələffüz etmək üçün dodaqlar irəli uzanır və həmin səslərin qalibində əlamət yaranır. a, e, ə, i, ı səslərinin tələffüzündə dodaqlar irəli uzanmır və həmin səsləri qalibində dodaqlanmayan əlamət yaranır.

Dodaqlanan sayitlər: o, ö, u, ü Dodaqlanmayan sayitlər: a, e, ə, i, ı

3. Dilin şaquli vəziyyətinə görə qruplaşan sayitlər:

Şaquli istiqamətdə dilin yuxarı və aşağı hərəkəti damaqla dil arasındakı keçidin dar və ya gen əlamət yaradır.

i, ı, u, ü səslərini tələffüz etmək üçün dil üst damağa yaxınlaşır və aradakı keçid daralır. Ona görədə bu səslər dar sayit adlanır. a, ə, o, ö səslərini tələffüz etmək üçün alt çənə aşağı düşür və dilidə aşağı çəkir, beləliklə, dil üst damaqdan çox aralanır və aradakı keçid gen olur, bu səslər gen sayit adlanır. e sayitin tələffüz edərkən dil orta mövqe tutur, ona görədə bu səsin əlamətini yarımçıq, yaxud yarım qapalı adlandırmaq olar.

Dar sayitlər: i, ı, u, ü Gen sayitlər: a, ə, o, ö Yarımçıq sayit: e

Beləliklə hər sayit səsin qalibindəki üç əlamət onu digər sayitlərdən fərqləndirən əlamət olur:

A: dil arxası, gen, dodaqlanmayan Ə: dil önü, gen, dodaqlanmayan E: dil önü, yarım qapalı, dodaqlanmayan O: dil arxası, gen, dodaqlanan İ: dil önü, dar, dodaqlanmayan I: dil arxası, dar, dodaqlanmayan U: dil arxası, dar, dodaqlanan Ö: dil önü, gen, dodaqlanan Ü: dil önü, dar, dodaqlanan

Samitlər:

Azərbaycan dilində samit səslərin sayı 26 dır, lakin əlifbada bunlardan 23-nün xüsusi işarəsi var:

b, p, t, c, ç, h, d, r, z, j, s, ş, ğ, f, k, g, m, n, v, y, q, l, x

Üç samit isə əlifbada xüsusi işarəsi yoxdur. Bunlardan biri səğir “n” vaxtilə əlifbadan çıxarılmışdır. Ayrıca işarəsi olmayan və “komitə” və “inək” kimi sözlərdə işlənən “k” və “i” səsləri isə yazıda k və i hərfi ilə verilir. Ona görədə “k” hərfi üç səsi bildirir:

1. kitab, iki, əkin 2. tank, traktor 3. çörək, çiçək, inək

Danışıq vaxtı həmin səslər aydın fərqlənir məsələn: iki, tank, inək.

Samitlər səs telləriniln iştirakına görə iki yerə bölünür. Tələffüz vaxtı səs telləri titrəyəndə cingiltili samitlər, titrəməyəndə kar samitlər yaranır

Cingiltili samitlər: b, c, d, g, ğ, j, l, m, n, q, r, v, y, z, “səğir n”

Kar samitlər: p, t, s, ş, x, k, f, ç, h, “k”.

Heca

tələffüz vaxtı sözün asanlıqla ayrıla bilən hissəsinə heca deyilir. Sözlər bit, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Məsələn: ot, a-na, mək-təb, mək-təb-li, ya-zı-çı-lıq, a-zər-bay-can-lı Heca əsasını sayitlər təşkil edir. Sözdə neçə sayit varsa, o qədər də heca olur. Hecanın quruluşu isə sayit səsləri iştitaki ilə müəyyənləşir. Təzəkkür: dilçilikdə hecanın quruluşun təsvir etmək üçün burda V və C işarələrindən istifadə olunur. V işarəsi latınca sayit (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.

Azərbaycan dilində sözlərimizin 6 heca quruluşu vardır:

1. V: (o), (i)+nək = inək, (a)+na = ana 2. VC: (on), (or)+(ta) = orta, (ar)+tıq = artıq 3. VCC: (alt), (üst) 4. CV: (nə), (bu), o+dun+(çu) = odunçu 5. CVC: (daş), (qar)+(maq) = qarmaq, ar+(tıq) = artıq 6. CVCC: (bərk), (dörd), (dinc)

Dilimizdə başqa dillərdən keçən sözlərin bir qismində CCVC, CCVCC, CCV, CCVCCC və s. Heca quruluşuda vardır, məsələn: (plan), (sport), (pro)+fes+sor = professor və s.

Samitlə başlanan heca örtülü, sayitlə başlanan heca örtüsüz adlanır:

Örtülü heca: CV, CVC, CVCC, CCV, CCVCC Örtüsüz heca: V, VC, VCC

Heca samitlə bitəndə qapalı, sayitlə bitəndə açıq olur:

Qapalı heca: VC, CVC, CVCC, CCVCC, VCC Açıq heca: CV, CCV, V

Beləliklə, dörd heca növ`ü, muxtəlif heca quruluşlarını əhatə edir, yəni sayit yaxud samirlə başlanması və ya qurtarması, hecanın növ`ü sayit və samitlərin sayı isə hecanın quruluşunu bildirir.

1. Örtülü – açıq heca: CV, CCV 2. Örtülü – bağlı heca: CVC, CVCC, CCVCC 3. Örtüsüz – açıq heca: V 4. Örtüsüz – bağlı heca: VC, VCC

Vurğu

Sözün tərkibində danışıq səslərindən biri digərlərinə nisbətən daha quvvətli deyilir və bu vurğu adlanır. Vurğu sait səsin üzərinə düşür və həmin sait hansı hecanın tərkibindədirsə, o, vurğulu heca adlanır: torpãq, atã, məktũb, faytõn, telefõn və s. sözlərdə (üstündə ̃ əlaməti olan sözlər vurğunu daşıyır.) Azərbaycan dilndəki sözlərin əksəriyyətində vurğu son heca üzərinə düşür. Hətta sözə şəkilçi artırılanda vurğuda sözün sonuna doğru hərəkət edir: vũr, vurũş, vuruşãn, vuruşanlãr və s. Sözə qoşulan bəzi şəkilçilər vurğu qəbul etmədiyi üçün vurğu əvvəlki yerində qalır, son hecaya keçmir: (onũn – onũnla), (üşãq – üşãqdır), (qãç – qãçın) və s. dilimizə başqa dillərdən keçən bəzi sözlərdə vurğu son hecada deyil və əvvəlki hecalarda olur, məsələn: opẽra, poẽma və s.

Fonetik Hadisələr

Danışıq vaxtı bəzi sözlərin asan tələffüz olunması üçün onların səs tərkibi dəyişir və belə sözlərdə fonetik hadisələr baş verir. Azərbaycan dilində müxtəlif fonetik hadisələr var:

1. Səs Uyğunlaşması

Bu fonetik hadisə iki şəkildə olur: sözün tərkibindəki hər hansı bir danışıq səsi ya özündən sonra, yada özündən əvvəl işlənən danışıq səsinə tə`sir edir, onu öz qalibinə ya uyğunlaşdırır, yada yaxınlaşdırır. Məsələn: A. (məndən = mənnən), (qarlar = qarrar), (dinməz = dimməz), (yavaşca= yavacca) B. (atlar = atdar), (gözlük = gözdük), (biçaq = piçaq), (zənbil = zəmbil)

2. Səs Fərqləşməsi

Sözün tərkibində yaxın və ya eyni qalibə malik olan iki danışıq səsindən biri öz qalibindən uzaqlaşırsa, səs fərqləşməsi fonetik hadisəsi baş verir. Məsələn: (əlbəttə = əlbətdə), (səkkiz = səkgiz), (müşkül = müşgül)

Bir sıra sözlərin deyilişində əlavə danışıq səsi artır. Bu hal adətən iki sayit yanaşı gəldikdə onların arasına samit artırılması və söz əvvəlinsə iki samit yanaşı gəldikdə onların əvvəlinə sayit artırılması şəklində özünü göstərir. Məsələn:

a. (dayrə = dayirə), (saat = sahat) b. (şkaf = işkaf), (stəkan = istəkan)

Tələffüz zamanı sözün tərkibindən bə`zi danışıq səsləri düşür. Bu fonetik hadisə danışıq dilində geniş yayılmışdır. Məsələn: (Əli ağa = Əlağa), (gəlmiş idi = gəlmişdi), (qəbiristanlıq = qəbristanlıq).

Tələffüz zamanı sözün tərkibində bə`zi danışıq səslərinin yeri dəyişilir. Məsələn: (Fərhad = Fəhrad), (göstər = görsət), (yanlış = yalnış), (məşhur = məhşur).

6- Səs Uyuşması (Ahəng) Qanunu

Sözdə eyni cinsli danışıq səslərinin bir-birin izləməsinə səs uyuşması qanunu deyilir. Azərbaycan dilində bu qanun sayit səslərə ayiddir. Sayitlərin uyuşması iki şəkildə özünü göstərir:

a. Damaq Uyuşması

Damaq uyuşmasına görə sözdə ya dil önü ya dil arxası sayitlər, bir-birini izləməlidir. Məsələn: (nənə, nənələr, nənələrimiz), (iş, işçi, işçilərin), (at, atçı, atçıların), (qum, qumluq, qumluqdan)

b. Dodaq Uyuşması

Dodaq uyuşmasına görə, sözdə ya dodaqlanan, yada dodaqlanmayan sayitlər bir-birini izləməlidir. Məsələn: (öz, özü, özümüz, özümüzündür), (odun, odunçuluq), (əkin, əkinçi, əkinçilərimiz), (kitab, kitablar, kitablarda)

Səs uyuşması qanunu kök və şəkilçi arasında daha möhkəm olur. Yəni bu qanunu görə sözün kökündə olan son sayit həmin sözə qoşulan şəkilçinin sayitin müəyyənləşdirir. Məsələn: (nağılçı, qisasçı), (odunçu, traxtorçu) (evlər, dəlilər, gözlər, nənələr, ütülər), ( quşlar, qızlar, atalar, toplar) (çörəkçi, dəmirçi), (sözçü, üzümçü)

Azərbaycan dilində bir sıra alınma sözlərdə səs uyuşması qanunu pozulur. Məsələn: kitab, tacir, kimiyagər, akademik, maliyə, qəhrəman və s.

[Azəbaycan dilində səs uyuşması qanunu çox önəmli yer tutur, onun yaxşı yaddaşda saxlaması üçün İbrahim Rəfrəfin “Ana Dil” kitabından iki ibarəti diqqətizə çatdirmaq istəyirəm ki onlarda bir-birin izləməli sayitlər dalbadala düzülür: enli kürək iri göz qabığı qalın boyunu yoğun ]

Orfoepiya

Dilçilikdə ədəbi tələffüz normalarını öyrədən bölmə orfoepiya adlanır. Orfoepiya dildə qəbul olunmuş tələffüz normalarını tənzim edən qaydalardan bəhs edir.

Düzgün danışıq qaydalarını müəyyənləşdirən orfoepiya danışıq səslərini söz əvvəli, söz ortası və söz sonu mövqe`də fonetik hadisələr, intonasia və vurğu məsələlərini əhatə edir.

Azərbaycan dilinin orfoepiya qaydalarına əsasən iki və çox hecalı sözlərin sonunda cingiltili samit öz avazını itirir və kar samit kimi tələffüz olur: ağac (ç), polad (t), pələng (k), corab (p)

İki kar samit yanaşı işləndikdə ikincisi, cingiltili samit kimi tələffüz olunur: (səkkiz = səkgiz), (əlbəttə = əlbətdə), (hətta = hətda)

t və d samitlərindən əvvəl işlənən k, ç və c samitləri novlaşır: (məktəb = məytəb), (vicdan = vijdan), (içdi = işdi)

Orfoepiya dildə əsasən zərif və düzgüz tələffüzə xidmət etdigi üçün bir sıra sözlərin deyiliş qaydası sonralar həmin sözlərin yazılış qaydasına çevrilə bilir: (dutsaq = dustaq), (yapraq = yarpaq), (topraq = torpaq), (dəngiz = dəniz), (sən`ət = sənət), (xəl`ət = xələt)

Orfoqrafiya

Yazıda nitqin düzgün əks olunmasını tənzim edən qaydalar sistemi orfoqrafiya adlanır. Orfoqrafiya danışıq səslərinin hərflə ifadəsi, sözlərin ayrı bitişik və defislə (-) yazılması, sətirdən sətirə keçirmə, sözün ilk səsinin böyük yaxud kiçik hərflə yazılması, kök və şəkilçilərin, ixtisarların, idarə və təşkilat adlarının yazılması kimi qaydaları əhatə edir. Dilin düzgün yazı qaydalarını yaratmaq üçün muxtəlif yollardan istifadə olunur ki bu da orfoqrafiyanın morfoloji rəmzi, ənənəvi, fonematik, fonetik və etimoloji prinsiplərini təşkil edir.

Azərbaycan dilinin orfoqrafiyası fonetik, morfoloji və ənənəvi prinsiplərə əsaslanır:

1. Fonetik prinsip sözlərin deyiliş formasını əks etdirir. Məsələn, beş, ata, odun, qara sözləri necə deyilirsə elə də yazılır.

2. Morfoloji prinsip muxtəlif şəkildə deyilən kök və şəkilçilərin vahid formada yazılmasını tənzim edir. Məsələn, cəm şəkilçisi “lar” muxtəlif şəkildə tələffüz olunsa da (qarrar, sular, qızdar, bunnar) bir formada yazılır.

3. Ənənəvi prinsip isə əsasən alınma sözlərin yazılmasında özünü göstərir. Məsələn, komandor, cürət, təəccüb.

Orfoqrafiyanın təkmilləşməsi dilin inkişafı və xalqın mədəni səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

Söz

Zaman keçdiklə sözlər dəyişilir, məsələn: şaman –> ozan –> yanşaq –> aşıq Yaxud zaman keçdiklə sözlərin mə`nasıda dəyişikliyə uğrayır, məsələn əvvəllər alçaq sözünün bir mə`nası təvazokarlıq idi (hazırda həmin mə`na yalnız “alçaq könül” birləşməsində qalıb). İndi alçaq adam dedikdə həmin söz mənfi xüsusiyyət bildirir. Qədim inanışa görə qurd müqəddəs varlıq sayılırdı, indi isə ziyan verici mə`nada içlənən qurd sözü əvvəlki məfhumunun əksini bildirir.

Aydındır ki yeni yaranan əşya və hadisələri içarə etmək üçün dildəki mövcud sözlərdən istifadə olunur və dilimizdə olan bir sıra sözlərin əsas (ilkin) mə`nasından əlavə, törəmə mə`nasıda vardır. Əsas mə`na həqiqi, törəmə mə`na isə məcazi şəkildə olur, məsələn soyuq hava, soyuq su ifadəsində üoyuq sözü öz həqiqi mə`nasında, soyuq adam, soyuq münasibət ifasəsində isə məcazi mə`nasında işlənir.

Hansı sözlər ki, öz əsas mə`nasından əlavə məcazi mə`nasında işlənə bilmir onlar tək mə`nalı sözlər adlanır; məsələn traxtor, doqquz, sığırçın və … sözlər tək mə`nalıdır. Çox mə`nalı sözlərin dildəki geniş yaylıması dili zənginləşdirir. Azərbaycan dilində daha çox isimlər, sifətlər və fe`llər çox mə`nalı sözlər kimi çıxış edir. Aşağıda bir neçə sözün həqiqi və törəmə mə`naları verilmişdir:

1. göz əsas mə`nada: insanın gözü, balığın gözü, quşun gözü törəmə mə`nada: bulağın gözü, yaranın gözü, şikafın gözü, yeddi göz, gözə gəlmək, göz oxşamaq

2. baş əsas mə`nada: insanın başı, balığın başı, quşun başı törəmə mə`nada: kəndin başı, beş baş qoyun, baş buğ, arxın başı, baş nazir

3. düşmək əsas mə`nada: yerə düşmək, maşından düşmək, nərdibandan düşmək törəmə mə`nada: başa düşmək, göydən düşmək, işə düşmək, əsir düşmək, dərdə düşmək, əldən düşmək

Omonimlər (Oxşarlar)

Fonetik tərkibi eyni olub, lakin muxtəlif məzmun daşıyan, bir birindən fərqli mə`nası olan sözlərə omonim deyilir. Məsələn: “yaş yer” və “üç yaş” ifadələrində “yaş” sözü muxtəlif məfhum bildirir. Deməli hər iki ifadədə işlənən “yaş” sözünün deyilişi eyni olsada mə`naca başqa sözlərdir. Dilimizdə omonimlər iki yolla yaranır: çox mə`nalı sözlər və alınma sözlər hesabına.

Çox mə`nalı sözün törəmə mə`nalarından biri zaman keçdikdə əvvəlki əsas mə`nasından uzaqlaşır və əvvəlki mə`na ilə əlaqəsi itəndə yeni mə`na kəsb edir. Məsələn: Yer kürəsi peykinin adını bildirən “ay” sözündən 30 gün mə`nasında işlənən “ay” sözü törəmədir.

Alınma sözlər hesabına omonimlərin yaranması belə olur:

Özgə dillərdən dilimizə keçən bir sözün fonetik tərkibi dilimizdə olan hər hansı bir sözün fonetik tərkibi ilə eyni olur. Məsələn: Qol – futbol oyununda topun dərvazaya vurulması (ayrı dildə) Qol – insanın bədən üzvü

Yalnız iki muxtəlif məfhumları bildirən sözlər deyil, daha artıq məfhumları bildirən sözlərdə omonim ola bilər. Məsələn deyilişi və yazılışı eyni, lakin muxtəlif məfhumu bildirən “bal” sözü isə 4 mə`nada, “qaz” sözü isə 5 mə`nada işlənir: Bal – arıların əməl etdigi maddə Bal – qiymətlərin cəmi Bal – küləyin, dalğanın gücünü bildirən ölçü vahidi Bal – musiqi ilə keçiriləcək gecə, şənlik

Qaz – ev quşlarının biri Qaz – fiziki maddə Qaz – metan qazı Qaz – sürət Qaz – hər hansı bir yerin qazılması (fe`l)

Sinonimlər (Anlamdaşlar)

Dilimizdə elə məfhumlar varki, onlar bir sözlə deyil, bir neçə sözlə ifadə olunur. Məsələn: ürək, könül, qəlb Eyni anlayışın, məfhumun, məzmunun bir-birinə yaxın mə`nada bildirən sözlər sinonimlər deyilir.

Sinonim sözlər bir anlayışın muxtəlif mə`na incəliklərini bildirir. Buna görədə bədii ədəbiyyatda hər hansı bir ifadənin tə`sirini, bədii gözəlliyini artırmaq üçün sinonim sözlərdən geniş istifadə olunur.

Fikrin daha quvvətli çıxması üçün bə`zi sinonim sözlər dalbadal işlənir. Məsələn: Bu dünyanın varı, malı, dövləti Hanı süleymanın qalmadı, getdi (Azərbaycan dastanları)

Sinonim sözlərin mə`nası ümumi bir məfhumla bağlı olur. Məsələn: nəm, yaş, islanmış, höyüş sözlərin mə`naları üçün ortaq olan “sulu” məfhumudur. Ona görədə həmin sözlər mə`naca bir-birinə yaxındır.

Belə sözlərdə varki onların məzmunu eyni məfhumu bildirir. Belə sözlərə dublet deyilir. Bu sözlərin biri öz dilmizə, qalanı isə başqa dilə məxsus olur. Məsələn: (çeşmək, gözlük, eynək) – (qara, siyah) – (ürək, qəlb) – (səksən, həştad) Sinonimlərdən fərqli olaraq, dubletlər dilin ahəngdarlığını, gözəlligini pozur.

Sinonim sözlər eyni nütq hissəsinə ayid olur. Məsələn: nə vaxt, haçan, nə zaman (əvəzlik) amma, ancaq, lakin, fəqət (bağlayıcı)

Biri biri ilə sinonim münasibətdə olan sözlərə “sinonim cərgə” deyilir. Sinonim cərgədə iki və daha artıq söz olur: (qurd, canvar) – (bərk, möhkəm) – (arxa, dal, geri) – (qəm, kədər, qussə) – (qabaq, ön, irəli, qarşı) – (var, dövlət, sərvət, əmlak) – (vahid, tək, bir, yalqız, yeganə) – (vaxt, dövr, zaman, çağ, və`də) – (igid, cəsur, qoçaq, qəhrəman, qorxmaz, şücaətli)

Ədəbi dilimizin sinonimlərini üç qrupa ayırmaq olar:

Leksik Sinonimlər: (gözəl, göyçək, qəşəng), (igid, qoçaq, qəhrəman), (ürək, qəlb, könül), (güc, taqət, quvvət), (sevgi, məhəbbət), (əmək, zəhmət), (alçaq, qısa, gödə) və …

Frazeoloji Sinonimlər: (rəhmətə getmək, gözlərinin əbədi yummaq, bu dünyanı tərk etmək, gor ba gor olmaq), (həyat yoldaşı, ömür-gün yoldaşı, baş yoldaşı), (gözləri dörd olmaq, gözləri kəlləsinə çıxmaq), (yumağa dönmək, beli bükülmək, əldən düşmək) və …

Qrammatik Sinonimlər: Buraya morfoloji və sintaktik sinonimlər daxildir. İsmin hallarının, sifətin çoxaltma və azaltma dərəcəsini göstərən əlamətlərin, fe`lin zamanlarının və sayirə müxtəlif üslubi məqamlarda bir-birinin əvəz etməsi morfoloji sinonimləri; sadə və mürəkkəb cümlələrin bir-birinin əvəz etməsi isə sintaktik sinonimləri yaradır. Eyni fikri həm sadə, həmdə mürəkkəb cümlə ilə ifadə etmək mümkündür. Məsələn: Gül ətirlidir. Mə`lumdur ki, gül ətirlidir. Kim bilir ki, gül ətirlidir! Ətirli gül və …

Antonimlər (Qarşılıqlar, tərsələr)

Əks mə`nalı olan sözlərə antonim deyilir. Məsələn: (yaxşı, pis), (acı, şirin), (gecə, gündüz), (ağlamaq, gülmək)

Bədii ədəbiyyatda təzad yaradan vasitə kimi antonimlərdən çox istifadə olunur. Məsələn: Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol. (atalar sözü) Dəvə yaxını otlar, uzağı gözlər. (atalar sözü) Bədəni yerdə, saqqalı göydə. (tapmaca) Aşmağa asan dağlar – Qar başın basan dağlar Yetim çox çətin gülər – Ağlasa, hasan ağlar (bayatı) Gündüzlər oxşayır məni saraylar Gecələr sırdaşım ulduzlar, aylar (Səməd Vurğun) Az getdi, üz getdi, dərə-təpə düz getdi (nağıllardan)

Antonimlər çox mə`nalı sözlər arasında da mövcuddur. Çox mə`nalı sözlərin əsas mə`naları da antonim ola bilir. Məsələn: Ayaq-baş (əsas mə`nada) Tülkü-aslan (törəmə mə`nada)

Alınma Sözlər

Azərbaycan xalqı min illər boyu qonşu xalqlar və bir sıra digər ölkələrlə həmişə siyasi-iqtisadi və mədəni əlaqədə olmuşdur. Ona görədə başqa xalqların dilindən Azərbaycan dilinə çoxlu sözlər keçmişdir; bu sözlər dilçilikdə alınma sözlər adlanır.

Azərbaycan dilinin lüğət tərkibindəki alınma sözlər muxtəlif dillərdən keçmişdir; məsələn: fincan (Fars), aqibət (Ərəb), atuşgə (Rus), filsuf (Yunan), çay (Çin), futbol (İngiliz), depo (Fransa), kansert (İtalian), qavat (Gürcü) və …

Dilimizdəki alınma sözlərin çox hissəsi Fars-Ərəb, az hissəsi başqa dillərə məxsus sözlər təşkil edir. Elə alınma sözlərdə var ki, sözün yarısı bir dilə yarısı başqa dilə məxsusdur. Bunlara calaq (hibrid) sözlər deyilir; məsələn: qanunpərəst (Ərəb və Fars), çayxana (Çin və Fars). Alınma sözlərin bəzisi dildə özünə möhkəm yer tutur və dilin öz sözünə çevrilir; məsələn: kitab, tiyatr, sükür

Dilimizdə muxtəlif dillərdən söz keçdigi kimi, bizim çoxlu sözlərdə başqa dillərə keçir; məsələn: ordu, elçi Ərəb və Fars dilinə, kərpic sözü Slav dillərinə, ocaq və al sözü Fars, Rus və Erməni dillərinə, xan sözü dünyanın əksər dillərinə keçərək, həmin dillərdə geniş işlənir.

Köhnə Sözlər

Cəmiyyət inkişaf etdikcə əksər məfhumlar dəyişilir. Bə`ziləri köhnəlir, yaddan çıxır və belə məfhumları bildirən sözlər zaman keçdikcə yaddaşımızdan silinib gedir. Keçmiş məişət tərzi ilə bağlı, köhnəlmiş məfhumları bildirən sözlər tariximiz adlanır; məsələn: töyçü, girvanka, utur (maşın) və …

Köhnəlmiş sözlərin bir qismi isə arxaizm (arxaik) adlanır. Sözlərin arxaikləşməsi iki səbəbdən olur: bə`zisi öz mə`nasını tamam dəyişir; məsələn: dəli (köhnə mə`nası igid), kəpənək (köhnə mə`nası yapıncı), aş (köhnə mə`nası buğda). Bə`zisi isə başqa sözlə (çox vaxt alınma sözlə) əvəz olunur; məsələn: şölən (qonaqlıq), əsrük (sərxoş), kəsim (qərar), yanşaq (aşıq), tanrı (allah), ağız (sərhəd), ud (həya), us (ağıl), suç (günah), tanıq (şahid), görklü (müqəddəs), alp (cəsur), düş (röya)

Comments are closed, but trackbacks and pingbacks are open.