Press "Enter" to skip to content

Foodengineerelsevar proqramlar mammal və qida məhsullarının təhlükəsizliyi

Milli.Az

Ovçuluq məhsullarının təhlükəsizliyi

Tarixən ov heyvanlarının əti həmişə keyfiyyətli qida növü kimi qiymətləndirilib. Belə ki, aktiv həyat tərzi sürən ov heyvanları sənaye zonalarından kənar ərazilərdə məskunlaşmaqla təbii qidalanır və instinktiv olaraq yemlərin ən faydalısını seçir. Bu səbəbdən də ov əti yüksək kaloriyə və pəhriz xüsusiyyətinə malikdir. Ov ətinin morfoloji və bioloji xüsusiyyətləri heyvanın növü, yaşı, cinsi və köklük dərəcəsi ilə müəyyən edilir.

Cavan ov heyvanlarının əti daha çox birləşdirici toxuma və daha az yağa malik olmaqla, rəng etibarilə tünd qırmızı və mavi-bənövşəyi çalarlı olur. Adətən iri ov heyvanlarının əti zülallar (18-22 %), yağlar (1,1-17,5 %), ekstraktiv maddələr (0,7-1,7 %), fermentlər, vitaminlər, minerallar və bioloji aktiv maddələrlə zəngin olur. Yetkin erkək ov heyvanlarının əti dişilərə nisbətən daha lifli və bir qədər sərt olur. Bir qayda olaraq, ov heyvanlarının ətindən hazırlanan qidalar aromatik və spesifik hesab edilir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan məqalədə bildirilir.

Ovçuluq – vəhşi heyvanların və quşların ovlanması üzrə fəaliyyət növüdür. Ölkəmizin təbii-coğrafi və iqlim şəraitinin rəngarəngliyi, ovlanmasına icazə verilən heyvan və quş növlərinin zənginliyi ovçuluğa olan marağı daha da artırır. Əsrarəngiz təbiətimizdə dağ keçisi, dovşan, bataqlıq qunduzu, Dağıstan turu, qaban, qaz, çöl ördəyi, bildirçin, qaşqaldaq, cüllüt və s. ov heyvanı kimi tanınır. Həmçinin vəhşi həyat tərzi sürən, lakin ovlanmasına icazə verilməyən və adı “Qırmızı kitab”a düşən heyvanların ovlanması yolverilməzdir. Qonur ayı, bəbir, ceyran, cüyür, maral, turac, qızılqaz və digərləri ovlanmasına icazə verilməyən heyvanlar sırasına daxildir.

Fauna və floranın mühafizəsi baxımından heyvanların müəyyən olunmuş qaydalar çərçivəsində ovlanması mühüm ekoloji əhəmiyyət kəsb edir. Ənənəvi olaraq hər il müvafiq qurumlar tərəfindən ov mövsümü ərəfəsində ov ərazisi və hər bir heyvan növünə görə ovlanma müddəti barədə məlumat verilir. Odur ki, ovçular bu məlumatlar əsasında ovlana bilən heyvan növü və dövrü barədə məlumatlı olurlar. Adətən qaban ovuna sentyabr-dekabr, dovşan ovuna dekabr-fevral, bataqlıq qunduzu ovuna isə oktyabr-fevral aylarında icazə verilir.

Vəhşi heyvan və quşların ovlanmasına ilk növbədə onların bioloji xüsusiyyətləri nəzərə alınmaqla icazə verilir. Belə ki, heyvan və quşların fizioloji çoxalma (balalama, yumurtlama və s.) dövründə ovlanması heyvan rifahı baxımından yolverilməzdir.

Heyvan və quşların ovlanması ayrılmış ov yerlərində ekoloji və sanitar-gigiyenik qaydalara riayət edilməklə həyata keçirilməlidir. Həmçinin seçilmiş ovlama üsulu heyvan rifahı qaydalarına uyğun olmalı və heyvanlara əzab verməməlidir. Eyni zamanda ov proseslərini heyvanlarda stres yaratmadan tez bir zamanda sonlandırmaq əldə olunan məhsulların keyfiyyəti baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, ovçuluq fəaliyyəti dövründə ovçuların bir sıra xəstəliklərə yoluxma, hətta xəstəlikləri yayma riski mövcuddur. Belə ki, ovlanan heyvanlar arasında rast gəlinən zoonoz xəstəliklər, eləcə də müxtəlif həşərat sancmaları səbəbindən baş verən xəstəliklər insan sağlamlığı üçün təhlükə mənbəyi hesab edilir. Ona görə də ovçular təhlükəli kənar təsirlərdən, o cümlədən həşərat sancmaları və ov heyvanlarında mövcud olan infeksiyalardan qorunmalıdırlar. Ov heyvanları və quşları arasında rast gəlinən quş qripi, bruselyoz, quduzluq, qarayara, tulyaremiya, trixenelyoz, listerioz, leptospiroz və b. xəstəliklər insan sağlamlığı üçün təhlükəli hesab olunur. Bu səbəbdən də ovlanmamışdan əvvəl hərəkətlərində qeyri-adi hallar müşahidə olunan və ya xəstə olduğuna şübhə edilən heyvanın və ya quşun əti istehlak edilməməlidir.

Hər şeydən əvvəl ov heyvanlarının ovlanması ilə məşğul olan şəxslər, ov heyvanlarının anatomiyası, fiziologiyası və davranışları, həmçinin onlardan tədarük olunan məhsulların xüsusiyyətləri və təhlükəsizlik göstəricilərinə dair kifayət qədər məlumatlı olmalıdırlar. Ovlandıqdan sonra ov heyvanlarının qanı dərhal axıdılaraq, daxili orqanları və içalatı ən qısa müddətdə çıxarılmalıdır. Tədarük edilən ov heyvanlarının əti ən qısa müddətdə soyudulmalıdır. Havanın soyuq olduğu dövrdə isə aktiv soyutmaya ehtiyac olmur. Bununla yanaşı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə ovlanan heyvan cəmdəklərinin üst-üstə yığılması yolverilməzdir.

Təhlükəsiz ov məqsədilə ovçular tərəfindən sanitar-gigiyenik qaydalara uyğun olaraq ovlanan heyvanların cəmdəyi (əti və ya daxili orqanları) ərazidən toplanmalı, ölü heyvanların cəsədlərinin yeri və ifrazatları müvafiq kimyəvi maddələrlə dezinfeksiya edilməli və ya mümkün olduğu halda odla yandırılmalıdır. Ovlanmış heyvan və ya quş ilə təmasdan dərhal sonra isə əllər sabunla yuyulmalı və ya spirt tərkibli məhlullarla dezinfeksiya edilməlidir. Bununla yanaşı, ov prosesində istifadə edilən alətlər və səthlər (bıçaq, balta, mişar, kəsim lövhələri və s.) yuyulmalı və dezinfeksiya edilməlidir. Eyni zamanda xəstəliklərin qarşısının alınması məqsədilə ov heyvanlarının ət və ət məhsulları baytar həkimin baxışından keçirilməli və baytarlıq-sanitariya ekspertizasına cəlb edilməlidir. Həmçinin ovlanmış heyvan ətinin çiy və ya yarıbişmiş şəkildə istehlakının təhlükəli olması nəzərə alınmalıdır.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, Ç. Süleymanova, K. Əliyeva tərəfindən hazırlanıb.

Milli.Az

Foodengineerelsevar proqramlar mammal və qida məhsullarının təhlükəsizliyi

Qida mühəndisliyi yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə əlaqədar sahədir. ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular. Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrindən lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir. Bundan əlavə mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlıqların və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir. Texnoloji proseslərə nəzarət edir, emalatxananın işini yaxşılaşdırmağa kömək edən yeni həllər və avadanlıqlar axtarır. Bu sahə fizika, riyaziyyat və kimya ilə maraqlananlar üçün uygundur.

İxtisasın tarixi

İlk dəfə ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular.Ölkəmizdə 1941 – ci ildən etibarən tədrisinə başlanılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Saxtakarlığa yol verməyərək insan sağlamlığına zərərli olmayan qida məhsullarının hazırlanması;
  • ➝ Qidanın tarladan süfrəyə qədər istehsalının bütün addımlarının öyrənilməsi;
  • ➝ Qidanın keyfiyyətinin ölçülməsi;
  • ➝ Qidanın rəf ömrünün uzadılması;
  • ➝ Qidanın zərərli mikrobial inkişafının qarşısının alınması;
  • ➝ Qidanın fermentlərini və teksturasına təsir edən amillərə nəzarət edilməsi;
  • ➝ Qidada deaktiv ediləcək mikroorqanizmaya qərar verilməsi;
  • ➝ Qidanın saxlanma mühitinin seçilməsi;
  • ➝ Texnoloji sənədləri və yeni məhsulların istehsalı üçün resept hazırlayır; onun maya dəyərini, vaxt xərclərini, xammalın istehlak nisbətlərini hesablayır;
  • ➝ Müəssisədə sanitar norma və qaydalara riayət edilməsinə nəzarət;
  • ➝ Qida istehsalında istifadə olunan avadanlıq və sistemlərin dizaynı, texniki xidməti, modernləşdirilməsi;
  • ➝ İş prosesinin optimallaşdırmağa kömək edəcək yeni texnologiyaların tətbiqi;
  • ➝ Yaranan problemləri təhlil edir, onların həlli üçün təkliflər vermək;
  • ➝ Tədqiqat, böyük dünya şirkətlərinin təcrübəsinin öyrənilməsi;
  • ➝ Avadanlıqların istismarının təhlili, istehsal qüsurlarını azaltmaq üçün həll yollarının axtarışı;
  • ➝ Sahələrdə və şirkətin filiallarında işçilərin təlimi;
  • ➝ Texniki sənədlərin hazırlanması: broşuralar, təlimatlar, qeydlər, marşrut xəritələri və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
  • → Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Koorperasiya Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
  • ➝ Azərbaycan Turizm və Menecment Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Qida Təhlükəsizliyi İnstitutu
  • ➝ Qida standartları qurumları
  • ➝ Otellər
  • ➝ Restoranlar
  • ➝ “EKO Aqroistehsalat Şirkəti” MMC
  • ➝ ATEF Şirkətlər Qrupu MMC
  • ➝ Atropatena QSC
  • ➝ ATENA MMC
  • ➝ Hakanfoods Azerbaijan Trading
  • ➝ Azersun Holding
  • ➝ AzGranata

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar(kompetensiyalar)

Bu ixtisas üzrə xüsusi bacarıq tələb edilmir. Təməl kompetensiya isə bunlardır :

  • ➝ Diqqətcillik;
  • ➝ Məsuliyyətlilik;
  • ➝ Ünsiyyət bacarığı;
  • ➝ Analitik düşüncə;
  • ➝ Tələbkarlıq;
  • ➝ Təşəbbüskar;
  • ➝ Təlimatları dəqiq yerinə yetirmək bacarığını;
  • ➝ Şirkətlə işləyən mövcud təchizatçılarla əlaqənin saxlanılması;
  • ➝ Kollektivlə və komandada işləməyi bacarmalıdır;
  • ➝ Fiziki dözümlülük;
  • ➝ Yaxşı müşahidə qabiliyyəti;
  • ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • ➝ Mühəndislik bacarıqları.

İxtisasın gələcəyi

İnsanın bədən qoxusundan psixologiyasına qədər hər şeyi yüksək nisbətdə qida ilə əlaqəlidir. Artan xəstəliklər, insan sayı, sürətli gündəlik həyat, şəhər həyatına keçid sağlam, eyni zamanda rəf ömrü uzun olan qidaya ehtiyac yaradır. Bunu təmin etmək isə qida mühəndislərinin işidir.

Əmək haqqı

Bu ixtisas üzrə orta aylıq əmək haqqı 400 – 2000 AZN aralığında dəyişir.

Xankəndi

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin Loqistika və Anbar Departamentinin əməkdaşları üçün qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib.

Qurumdan Azvision.az -a verilən məlumata görə, təlimin əsas məqsədi ASC-nin xidmət səviyyəsinin artırılması və əməkdaşların loqistika və anbar işindəki müasir texnoloji yeniliklərlə tanış edilməsi olub.

Təlim iştirakçıları anbara daxil olan qida məhsullarının kəmiyyət və keyfiyyət üzrə qəbulu, saxlanması, nəqliyyat vasitələrinə yüklənməsi, daşınması və boşaldılması işləri ilə bağlı məlumatlandırılıblar. Təlim iştirakçılarına yüklərin daşınması ilə bağlı əsas tələb və prinsiplər barədə məlumat verilib. Bildirilib ki, əsas prinsiplər məhsulların insan həyatının təhlükəsizliyinə dair məcburi tələblərə uyğun nəqliyyat vasitələrində daşınması və qablaşdırılan bağlamaların yüklənmə, daşınma və boşaldılma prosesləri zamanı salamatlılığını təmin etməkdir.

“Aqrar Tədarük və Təchizat” ASC-nin Loqistika və Anbar Departamentinin direktoru Orxan Qasımov bildirib ki, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə bu cür təlimlər davamlı olaraq təşkil ediləcək.

“Cəmiyyətin bütün anbarlarında işlərin səmərəli şəkildə qurulması üçün ilk növbədə qida məhsullarının kəmiyyət və keyfiyyət göstəriciləri nəzarətdə saxlanılmalıdır. Tədarük etdiyimiz kənd təsərrüfatı və ərzaq məhsulları arasında xüsusi saxlanma şəraiti tələb edən məhsullar olur ki, onların saxlanc yerləri də müasir tələblərə cavab verməlidir. Bu məsələdə isə əsas iş anbardarların üzərinə düşür. Məhz təşkil olunan təlimin də əsas məqsədi anbardarların və ümumilikdə loqistika və anbar işi ilə məşğul olan əməkdaşlarımızın bu sahədəki bilik və bacarıqlarını artırmaqdır.”

Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti nizamnaməsinin və Strateji Yol Xəritəsinin tələblərinə uyğun olaraq yerli kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçıları ilə əməkdaşlıq edir. Belə ki, qurumun əsas fəaliyyət istiqamətlərindən biri də kənd təsərrüfatı və ərzaq məhsullarının yerli istehsalçılardan tədarük edilməsini, fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq saxlanılmasını və çatdırılmasını həyata keçirməkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.