Press "Enter" to skip to content

Kişilərdə cinsi zəifliyin SƏBƏBİ NƏDİR

Öz-özlüyündə bədənin əsməsi, titrətməsi orqanizmin təbii mexanizmidir. İsti qanlı heyvanlarda, həmçinin insanın bədənində lazımi temperatur pozulduqda, daxildə orqanlara lazım olan hərarəti saxlamaq üçün orqanizmdə bu mexanizm işə düşür. İnsan üçün hərarətin kəskin qalxması və enməsi, hətta 5-10 dərəcə belə dəyişməsi təhlükəlidir. Ona görə həkimlər temperatur 38-dən yuxarı qalxdıqda,35-dən aşağı düşdükdə, bunu hansısa xəstəliyin simptomu kimi qəbul edirlər.

Formasindaki sened deyisiklik nece edilir

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Sağlamlıq Bədənin titrəməsinin 5 SƏBƏBİ

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Fevral 17, 2019 – 17:00

!Reklam – Yazi

Öz-özlüyündə bədənin əsməsi, titrətməsi orqanizmin təbii mexanizmidir. İsti qanlı heyvanlarda, həmçinin insanın bədənində lazımi temperatur pozulduqda, daxildə orqanlara lazım olan hərarəti saxlamaq üçün orqanizmdə bu mexanizm işə düşür. İnsan üçün hərarətin kəskin qalxması və enməsi, hətta 5-10 dərəcə belə dəyişməsi təhlükəlidir. Ona görə həkimlər temperatur 38-dən yuxarı qalxdıqda,35-dən aşağı düşdükdə, bunu hansısa xəstəliyin simptomu kimi qəbul edirlər.

Bəzi hallarda titrəmə faydalıdır, bəzi hallarda isə yox. Bədənin titrətməsinin səbələri: 1.Soyuqdan donanda Əgər havanın temperaturu kəskin düşübsə, dəri və əzələlər soyuyur, onların hərarəti enir. Bu normaldır. Çünki orqanizm qanın əsas dövriyyəsini daxili orqanlara yönəldir, çünki dəri və əzələlər elə də vacib deyil. Bəzən insan donanda qeyri-ixtiyari sidik ifrazı olur. Soyuq diurezi deyilən bu hal ona görə baş verir ki, qan damarları yığılıb, təzyiqi artırır, bu da sidik kisəsini tez doldurur. İnsan çox soyuqda qalanda, donmaq təhlükəsi olanda əzələlər aktivləşərək, bədən titrəyir. Bu siqnalı hipotalamus vəzisi verir, orda temperatur mərkəzi yerləşir. Zərif, arıq, çəlimsiz insanlar soyuqda daha çox istilik sərf edir və tez donurlar. Piyli, iri cüssəli insanlar nisbətən daha gec donur, çünki piy sürətli istilik itkisinin qarşısını bir qədər alır. İdmançılar, əzələləri şişmiş insanlar da soyuğa davamlıdır, çünki əzələ kütləsi artıq peç deməkdir. Titrəmə əbədi olmur. Yəni bir neçə dəqiqə, saatmı çəkir, o vaxta kimi ki, əzələlərdə qlikogen ehtiyatı bitir. Bu zaman bədən əlavə istilik mənbəyi tapmasa, orqanizm daxildən donur və sonluq ölüm ola bilir. Amma körpə uşaqlar soyuqdan titrəmir. Çünki onlarda bu mexanizm hələ tam işə düşməyib. 2.Yüksək hərarət Orqanizmə patogn mikrob, virus, bakteriya düşdükdə, immun sistem müdafiə gücünü işə salır, bu metodlardan biri də daxili hərarəti qaldırıb, təhlükəli mikrobları öldürməkdir. Ona görə hərarət 39-a çatandan sonra qızdırma salan dərmanlar atmaq lazımdır. Bu rəqəmə qədər dözmək olar. Bəs istidirsə, insan niyə titrəyir? Çünki bədən hərarəti qalxdıqca, insanın bədənindən ətrafa istilik yayılır, orqanizm isə bunu soyuq kimi qəbul edir və titrətmə mexanizmi işə düşür. Ona görə ev isti olsa da, qızdırmalı insan donuram, soyuqdur deyə yorğan altına girir. Bədənin susuzlaşması da titrətmə yaradır. Ona görə xəstə bol maye içməlidir. 3.Stressdən titrətmə İstənilən ciddi hadisə zamanı, hətta xoş gün olsa belə insan stressdən, təşvişdən titrəməyə düşür. Bu titrəməni qana güclü adrenalin sıçraması yaradır. Bu zaman nə xaricdə, nə orqanizmin daxilində heç bir hərarət dəyişməsi baş vermir, hər şey normadadır. Amma adrenalin qana sıçradıqda, istilik yaratdığı üçün insan titrəyir və tərləyir. İnsanın bədənində ürpənmə, əllərdə uyuşma da ola bilər. Bu zaman insan üzünə su vurmalı, hərəkətlər edib adrenalini qovmalı, sakitləşdirici preparat və ya çay içməli, su qəbul etməlidir. 4.Narkozdan sonra titrətmə Buna postanestetik titrətmə deyilir. Buna səbəb xəstəyə vurulan anestetik, yəni narkoz preparatlarıdır. Onlar əməliyyat zamanı orqanizmin termotənzimləyici sistemini söndürür. Ona görə xəstə əməliyyatdan sonra soyuq hiss edir. Bu titrətməni adi isti odeyal və isti maye ilə azaltmaq olar. Əgər keçmirsə, dərman verilir. 5.Qanda şəkər çatışmaması Əgər insan uzun müddət susuz, yeməksiz qalsa, qanda qlükoza enir və bədən həyəcan təbili vuraraq titrəməyə başlayır. Buna tibbdə hipoqlikemiya deyilir. Bu zaman insan təcili olaraq qida və maye, həmçinin şirniyyat qəbul etməlidir ki, qlükoza tez qalxsın. Eləcə də qalxanvari vəzisində problemlər olan qadınlar tez-tez səbəbsiz titrətmə hiss edir. Çünki qalxanvari vəzi termotənzimləyici orqanlardan biridir. Hormon çatışmazlığı olduqda, insan bir qədər aşağı temperaturda belə sanki donur, titrədir kimi hiss edir./Medicina/

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Kişilərdə cinsi zəifliyin SƏBƏBİ NƏDİR ?

Cinsi zəiflik qadınlarda cinsi hissiyatın, bədəndə fiziki əlamətlərin, seksual reaksiyanın olmaması və azalmasıdı. Cinsi həyacanlanma ilə birlikdə vaginada kifayət qədər islanma olmur, klitoris və bütövlükdə cinsi orqanda qabarmanın olmaması, sinəsində, döş uclarında ereksiya (sərtləşmə) əmələ gəlməməsi kimi halları əhatə edir. Ancaq unudulmamalıdır ki, bu reaksiyalar hər qadında eyni dərəcədə eyni dərəcədə olmaz. Yəni vaginanın islanması (lubrikasiya) bir qadında çox oldugu halda, digər bir qadında döşlərin sərtləşməsi və ya tez-tez nəfəs alıb vermədə bir artış ola bilər. Bu durum yaxşı bir müayinə ilə müəyyənləşdirilir.

Cinsi zəiflikdən danışanda daha çox kişilərə xas zəiflik üzərində daha çox dayanırlar.
Kişilərdə cinsi zəiflikdə isə cinsi orqanın (penis) ereksiyasının(sərtləşmə) olmaması halıdı. Kişi cinsi fəaliyyətlə məşğul olanda ya heç bir zaman ereksiya alınmır, ya da cinsi əlaqə bitənə qədər sərtləşmə axıracan davam etmir. Cinsi orqanın əzələsi tez boşalır. Bu vəziyyətə erektil disfunksiya və ya impotensiya deyillər. Xalq arasında bu kimi cinsi pozuntuya impotensiya, cinsi iqtidarsızlıq, cinsi potensiyanın zəifliyi də deyirlər.

1992-ci ildən etibarən artıq impotensiya termini ÜST qərarıyla erektil disfunksiya adı ilə əvəz edilib.

Bu narahatçılıq kişilərə çox ciddi təsir göstərir. Özlərinə olan hörmətlərini, güvənlərini itirirlər. Evlilik həyatında problemlər, konfliktlərlə üzləşməyə başlayırlar. Bu pozuntu nəticədə sosial problemlərə də səbəb olur. Hətta bir çox kişilər belə bir problemi olmasa da onunla rastlaşmaqdan qorxurlar. Beynində daim bu qorxuyla yaşayırlar. Təbbi ki, bu cür davranmağın da başqa bir cinsi problemlərə yol açdığını unutmamaq lazımdır. Erektil disfunksiyası olan bir kişi daimi olaraq bu barədə fikirləşir. Özünü həmişə sınıyır, erotik, parnoqrafik görüntüləri gözünün qarşısına gətirir, filmlərə baxaraq ereksiyanı bərpa etməyə çalışırlar. Bütün bunlardan sonra ereksiya(sərtləşmə) olmadıqda böyük bir üzüntüyə, sarsıntıya girirlər.

Cinsi zəifliyin bir çox tibbi-psixoloji səbəbləri vardır. Burda esterogen və androgen(kişi və qadın hormonları) hormonlarının çatışmazlığı, menopauza, hamiləlik, hamiləlik sonrası dövr, kemoterapiya və radyoterapiya, nevroloji xəstəliklər, ürək-damar problemləri, şəkər xəstəliyi, bəzi psixotrop və antidepressiv dərmanlar və eyni zamanda psixoloji, sosial səbəblər xüsusi ter tutur.

Başqa cinsi pozuntulara nisbətən bu pozuntunun səbəbləri arasında tibbi səbəblər daha az, psixoloji səbəblərsə daha yüksəkdi. Bundan savayı tibbi səbəbləri müalicə etmək də psixoloji faktorları aradan qaldırmaqdan asılıdı.
Yəni hər durumda psixoloji yardım göstərilməlidir.

İmpotensiyanın psixoloji səbəbləri:

İnsanın uşaqlığında və ya yeniyetməlik dövründə cinsi travmaya, sarsıntıya məruz qalması.
Seksə qapalı, cinsi mövzulara qapalı, cinsəlliyi ayıb, günah və qəbahət sayan bir mühitdə böyümək.
Cinsi özündərkin formalaşmaması
Cinsi bilgi çatışmamazlığı
Yanlış bilgilər, səhv düşüncələr
Fərdin öz bədənini tanımaması, cinsi orqanlarına yad olması, öz bədənindən utanması
Masturbasiya etməmiş olmaq(öz-özünü seksual baxımdan doyuraraq orqazma çatmaq)
Həyat yoldaşında cazibədarlıq görməmək, öz partnyorunu bəyənməmək
Həyat yoldaşına qarşı aqressiv, düşmənçilik duyğularının olması
Həyat yoldaşından fiziki, duygusal və cinsi zorakılıq görmək
Həyat yoldaşından(partnyorundan) utanmaq və onunla cinsi ünsiyyətin olmaması
Zorla evlənmə
Qohum evliliyi
Hamilə qalmaqdan qorxmaq
Ailə daxili konfliktlər, o cümlədən partnyorla baglı digər səbəblər(qısqanclıq, xəyanət və sairə)
Cinsi əlaqədən əvvəl kifayət qədər sevişmənin olmaması
Həddən çox sekslə məşğul olmaq
Depressiya(xatırladım ki depressiyanın ən ciddi əlamətlərindən biri cinsi əlaqəyə meyl və istəyin olmamasıdır, hər şeydən imtina o cümlədən seksdən etməkdir)
Cinsi təcrübəsizlik
Qeyri-münasib mühit
Özünə güvənin çatışmaması, əskikliyi
Günahkarlıq hissi
Gizli homoseksuallıq(bəzi kişilərdə qarşı cinsə qarşı seksual həvəs olmadıgına görə onlarda cinsi zəiflik rast gəlinə bilər)
İmpotensiyanın müalicəsində də hər kəsə fərdi yanaşılır. Problem orqanikdirsə, hormonal balansla və ya hansısa xroniki xəstəliklə baglıdırsa bu tibbi tərəfdən müalicə edilir. Tibbi səbəblər aradan qaldırılsa da psixoloji yardım da göstərilməlidir. Ancaq istənilən halda cinsi zəiflik hansı səbəbdən olursa olsun, həm o insanın özünə güvəninə, həm də onuin partnyorunun psixologiyasında pis təsir göstərir.

Problem psixoloji səbəbdəndirsə cinsi psixoloji terapiya və ailə terapiyası ilə yanlış ünsiyyət qaydaları, yanlış bilgilər aradan qaldırılır. Cütlüklər arasında kin, acıqlılıq, xor görmə və sair bu kimi münasibətlər dəyişdirilir. Ailə həyatının və birlikdə olmağın gətirdiyi sevgi, güvən, etimad, hörmət, sədaqət kimi şərtlərin varlığını araşdırmaq lazımdır. Çünki evlilkdə sadəcə cinsi münasibət təkbaşına bir anlam daşımır. Ailədə başqa dəyərlərin olması da vacibdir.

Bu problem üz-üzə danışılaraq həll edilir. Bu terapiyada bir çox məsləhətlər verilir, problemin öhdəsindən gəlinə biləcək təlimatlar verilir.

İlk növbədə insan gərginlikdən, energetik yüklənmədən çıxarılır. Antistress müalicəsi aparılır.

Pasientlərin özlərinə tövsiyyələrimiz bu olur ki, stress yaradan amillərdən uzaq olsunlar. Ardıcıl olaraq fiziki gimnastikalar etsinlər. Yuxusuzluq və anormal həyat tərzi yaşanırsa mütləq bu hallar aradan qaldırılmalıdır. Qidalanmaya fikir verməlidirlər. Bundan əlavə ürək-damar sistemində bir problemvarsa, şəkər xəstəliyindən əziyyət çəkirsə mütləq həkimə müraciət edib müalicə olunmalıdır. Bu xəstəliklərin müalicəsi zamanı bizim də yardımçı müalicəvi seanslarımız çox rol oynayır. Çünki bu xəstəliklərin də böyük əksəriyyəti psixoloji faktorların üzündən, stress, qorxu, həyəcanlardan qaynaqlanır. Belə xəstələr həm də psixoloji yardım almalıdırlar.

Comments are closed, but trackbacks and pingbacks are open.