Press "Enter" to skip to content

Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi

İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün hərbi qulluqçu ərizəni yalnız poçt rabitəsi xidmətləri vasitəsilə həqiqi hərbi xidmətdən buraxılarkən xidmət etdiyi hərbi hissə və ya müəssisəyə, hərbi hissə ləğv edilmişsə onun tabeliyindəki yuxarı idarəetmə orqanına göndərməlidir.

Tez-tez verilən suallar

QEYD: Xahiş edirik tez-tez verilən suallara cavablar bölməsində olan mövzularla bağlı müraciət etməyəsiniz.

Azərbaycan Respublikasının müdafiə nazirinə necə müraciət etmək olar?

Azərbaycan Respublikasının müdafiə nazirinə aşağıdakı vasitələrdən istifadə edərək müraciət edə bilərsiniz:

1. Müdafiə Nazirliyinin rəsmi internet saytının müraciətlər bölməsinə daxil olmaqla:

2. Poçt vasitəsilə: ünvan Az 1073, Bakı şəhəri, Parlament prospekti 3, müdafiə nazirinə

Müdafiə nazirinin qəbuluna yazılmaq istəyirəm. Nə edim?

Azərbaycan Respublikası Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbuluna yazılma hər gün saat 14.00-dan 18.00-dək (istirahət, bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) Bakı şəhəri, S.Vurğun küçəsi, 12. (“Sahil” metro stansiyasının yaxınlığında) ünvanında yerləşən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində həyata keçirilir.
Əlavə məlumat almaq üçün göstərilən linkdən istifadə edə bilərsiniz: http://mod.gov.az/az/qebul-gunleri-122/
Əlaqə telefonu: (012) 498-21- 86

Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq üçün nə etməliyəm?

Gizir və müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə və ya hərbi hissələrin komandanlığına müraciət edə bilərlər.

Belə ki, hərbi hissələrdə vakant vəzifələr olduqda və ixtisasçılara tələb olduğu hallarda müraciətlər nəzərə alınaraq hərbi vəzifəlilər həqiqi hərbi xidmətə qəbul ediləcəklər.

Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaları üçün müraciət etməmələri xahiş olunur.

Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışam, yenidən xidmətə daxil olmaq istəyirəm. Nə edim?

Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaları məqsədəuyğun hesab olunmur.

Əsgərliyə hara düşdüyümü necə öyrənə bilərəm?

Həqiqi hərbi xidmətə çağırış Müdafiə Nazirliyi tərəfindən həyata keçirilmədiyinə görə bu məsələ ilə əlaqədar qeydiyyatda olduğunuz rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz. (http://seferberlik.gov.az/)

Əsgəri xidmətə getmək istəyirəm, nə edim?

Həqiqi hərbi xidmətə çağırış Müdafiə Nazirliyi tərəfindən həyata keçirilmədiyinə görə bu məsələ ilə əlaqədar qeydiyyatda olduğunuzu rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz. (http://seferberlik.gov.az/)

Xəstəliklə əlaqədar olaraq mənə əlillik təyin edilməsi üçün nə etməliyəm?

Əlillik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir.

Buna görə də Siz əlillik dərəcəsinin təyin edilməsi üçün qeydiyyatda olduğunuz rayonun Tibbi-sosial ekspert komissiyasına müraciət etməlisiniz.

Həlak olmuş hərbi qulluqçuların ailələrinə, əlillik qrupu təyin olunmuş hərbi qulluqçulara qanunla müəyyən edilmiş sığorta ödənişinin verilməsi üçün nə etməliyəm?

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndində Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş “dövlət sığorta orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasnın Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

Bu səbəbdən də, həlak olmuş hərbi qulluqçuların ailələrinə qanunla müəyyən edilmiş sığorta ödənişinin verilməsi məsələsinə baxılması birbaşa Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətindədir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməyiniz məqsədə müvafiqdir.

Həlak olmuş hərbi qulluqçuların ailələrinə qanunla müəyyən edilmiş sığorta miqdarı nə qədərdir?

“Hərbi qulluqçuların dövlət sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə müvafiq olaraq hər bir hərbi qulluqçu 11000 manat məbləğində sığorta edilir.

Həmin Qanunun 5-ci maddəsinin “a” bəndinə əsasən sığorta olunan (hərbi qulluqçu) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldüyü və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildiyi halda onun vərəsələrinə sığorta ödənişi məbləğinin 100%-i miqdarında (11000 manat) ödənilir.

Hərbi xidmətə qəbul olunmanın son yaş həddi neçədir?

Həqiqi hərbi xidmətə qəbul barədə elektron müraciətə cavab olaraq bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinin “a” bəndinə əsasən əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə – qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilə bilərlər.

– 26-cı maddənin b bəndinə əsasən isə gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilə bilərlər.

Atamın müharibədə iştirakı haqda arxiv arayışı almaq üçün nə etməliyəm?

Atanız xidməti ilə əlaqədar arxiv arayışı almaq üçün hansı illərdə hansı hərbi hissələrdə xidmət etdiyi göstərilməklə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etməyiniz məqsədəuyğundur. Ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi.

Əşya əmlakı əvəzinə pul kompensasiyası almaq üçün nə etməliyəm?

Müdafiə Nazirliyinə göndərdiyiniz elektron müraciətə cavab olaraq bildiririk ki, əşya əmlakı əvəzinə pul kompensasiyası almaq üçün müvafiq sənədləri ərizə ilə birlikdə yalnız poçt vasitəsilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan 1 Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Əşya Xidməti ünvanına göndərməyiniz xahiş olunur.

Ərizə forması aşağıda göstərilib.

Qeyd_1: Lazım olan sənədlər ərizə formasında göstərilmişdir.

Qeyd_2: 3-cü bənddə göstərilən, ordu sıralarından tərxis (istefa) olunma tarixini təsdiq edən sənədi aşağıdakılardan biri vasitəsilə göndərə bilərsiniz:

a) Ehtiyatda olan zabitin şəxsi vəsiqəsinin şəkil və müdafiə nazirinin hansı əmri ilə tərxis olunma haqda məlumatlar olan səhifələrinin kserosurətləri (notariusda təsdiq olunmaq şərtilə);

b) Hərbi hissə komandirinin tərxis olunma haqda əmrindən çıxarış;

c) Qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon/şəhər şöbəsindən xidmət və tərxis olunma barədə arayış.

MÜDAFİƏ NAZİRLİYİ ƏŞYA ƏMLAKI
ƏVƏZİNƏ PUL KOMPENSASİYASININ
TƏMİNİ ÜZRƏ KOMİSSİYANIN SƏDRİNƏ

yaşayan ___________________________________
(soyadı,adı, atasının adı)
ev telefonu_________________________________

mobil telefonu _____________________________
tərəfindən

Yazıb Sizdən xahiş edirəm ki, _______ ilin _________________ayında ______ nömrəli hərbi hissədən təxris olunarkən almadığım əşya əmlakı əvəzinə pul kompensasiyasının araşdırılaraq mənə ödənilməsi üçün köməklik göstərəsiniz.

1. _____ saylı hərbi hissə tərəfindən verilmiş alınmayan əşya əmlakı
əvəzinə pul kompensasiyası üçün ___ №li _________________ il tarixli arayışın əsli – 1(bir) nüsxə.
2. Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş kserosurəti – 1(bir) nüsxə.
3. Ordu sıralarından tərxis (istefa) olunma tarixini təsdiq edən sənəd –1(bir) nüsxə.
4. Beynəlxalq Bankda açılmış cari hesab nömrəsi.

«____» ______________ 20___ İmza:

Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları barədə məlumatı hardan və necə əldə edə bilərik?

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.

Qərarın tələblərinə əsasən sənədlərin toplanması, kompensasiya məbləğinin hesablanması və ödənilməsi işinin təşkili məsul vəzifəli şəxslərdən yaradılan müvafiq komissiyalar tərəfindən həyata keçiriləcək.

İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün hərbi qulluqçu ərizəni yalnız poçt rabitəsi xidmətləri vasitəsilə həqiqi hərbi xidmətdən buraxılarkən xidmət etdiyi hərbi hissə və ya müəssisəyə, hərbi hissə ləğv edilmişsə onun tabeliyindəki yuxarı idarəetmə orqanına göndərməlidir.

Əlavə məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün nə etməliyəm?

Siz yalnız hərbi hissədə xidmət etdiyiniz müddət ərzində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək istəyinizi hərbi hissə komandanlığına bildirərək seçim zamanı tələblərə cavab verdiyiniz halda Xüsusi Təyinatlılara qəbul oluna bilərsiniz.

“Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün nə etməliyəm?

“Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən sənədləri (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq edilmiş surətini və ya SHXÇDX-nin hərbi xidmət haqqında arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. sənədləri) hansı hərbi hissələrdə nə vaxt xidmət etdiyinizin qeyd olunduğu ətraflı ərizənizlə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərməyiniz tələb olunur.
Əlavə olaraq bildirək ki, arxiv arayışı olmadığı təqdirdə komissiya tərəfindən sorğular edilərək müvafiq arayışlar alınır.
Barələrində məhkəmə və prokurorluq orqanlarının qərarları olduğu təqdirdə onların, yaralanma, xəsarət və travma almış şəxslər isə müayinə və müalicə haqqında müvafiq sənədlərin surətlərini də əlavə etməlidirlər.

Ünvan: Bakı şəhəri, Parlament prospekti 3

Ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular müvəqqəti mənzil kirayəsi xərclərini necə ala bilər?

“Ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçuların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına uyğun olaraq yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi əvəzinə pul kompensasiyasının ödənişi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri tövsiyə edirlər ki, həm təbii (ana südü ilə), həm də süni qida (süni süd qarışıqları) qəbul edən uşaqların rasionuna əlavə qidaları (sıyıqlar, şirə, püre və s.) 6 aydan başlayaraq daxil etmək olar.

Çünki bu dövrədək körpə orqanizmi yeni qidanı həzm etməyə hazır olmur. 5-6 ayına qədər əlavə qidaları qəbul etməyə başlayan uşaqlarda allergiyalara və mədə-bağırsaq pozulmalarına daha tez-tez hallarda təsadüf edilir.

Əlavə qidaya tədriclə, kiçik dozalarla başlayın. Əsas qidalanmadan sonra yeni qidanı körpənin ağzına damızdırmaq və ya çay qaşığının ucunda vərmək lazımdır. Günbəgün əlavə qidanın miqdarını artırın.

Saglamolun.Az-ın məlumatına əsasən yeni qidanın ilk dozası nə qədər az olarsa və gec artırılarsa, atopik dermatitlərin (diatez) baş vermə ehtimalı bir o qədər azalar.

Hər yeni qida əsas qidadan sonra və ya mümkün olarsa, əsas qidaya qatılaraq verilir. Körpənin qida rasionuna 7-10 gün ərzində 1 növdən artıq əlavə qida daxil etməyin. Çünki körpənin yeni qidaya alışması üçün ən azı 7 gün tələb olunur.

Edilməli olan peyvəndə 3 gün qalmış və peyvənd edildikdən 3 gün sonra, dişlər çıxan zaman ilk 1 həftə ərzində, tənəffüs yollarının virus infeksiyaları və digər kəskin xəstəliklər zamanı da körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi məsləhət olunmur.

Nəzərə almaq lazımdır ki, bəzən yeni qidanın tamı körpənin xoşuna gəlməyə bilər. Bu halda o, yeni qidanı tüpürəcək və ya ondan imtina edəcək. Bu halda həmin qidanı təkrarən bir neçə dəfə ona yedizdirməyə çalışın, ancaq körpəni zorla yeməyə vadar etməyin.

6 ayından sonra uşaq orqanizmində müəyyən mikroelementlərin (xüsusən dəmirin və sinkin) defisiti yaranın ki, bu mikroelementləri mütləq bərpa etmək lazımdır. Beləliklə, hansı əlavə qidalarından başlamaq lazımdır?

6 ayından başlayaraq körpələrə əvvəl sıyıqlar vermək lazımdır. Hipoallergen sıyıqlardan başlayın – düyü, qarabaşaq (“qreçka”), qarğıdalı. Bu yarmalarda uşaqlarda tez-tez allergik reaksiyalara səbəb olan bitki mənşəli zülal “qluten” yoxdur. Daha sonra manna (bu yarmanı tez-tez vermək olmaz), yulaf və s. yarmalarından hazırlanan sıyıqları vermək olar. Sıyıqları verməyə başladıqda uşaqlar üçün olan hazır sıyıqlara üstünlük verin (sıyıq uşağın yaşına uyğun olmalı və tanınmış istehsalçı tərəfindən istehsal olunmalıdır). Ev şəraitində hazırlanan sıyıqlarla müqayisədə hazır sıyıqlara körpə daha asan uyğunlaşır, bu sıyıqlara allergik və s. reaksiyalar daha az-az hallarda olur.

Əvvəl südsüz sıyıqlardan başlayın, daha sonra sıyıqlara uşaqlar üçün xüsusi buraxılan quru süd, ana südü və ya süni süd əlavə etmək olar (və ya hazır südlü sıyıqları almaq olar). Nəzərinizə çatdıraq ki, inək (və ya keçi) südü uşağın pəhrizinə yalnız 1 yaşından (bəzi pediatrların fikirinə görə, 2 yaşından) sonra daxil etmək olar.

6-aylıq körpə gün ərzində adətən 5 dəfə qida qəbul edir (1 dəfə sıyıq, 4 dəfə ana südü və ya süni süd).

2-ci əlavə qida kimi körpələrin menyusuna meyvə və tərəvəzlər daxil olunmalıdır. İlk növbədə gül kələmi, kartof, yunan qadağından (meyvələrdən – alma və banandan) başlamaq olar. Əvvəl bir növ tərəvəz və ya meyvədən başlamaq lazımdır (məsələn, kartof püresi). Sonra isə püreyə tədricən bir neçə digər tərəvəz daxil etmək olar (məsələn, kartof + gül kələmi, sonra kartof + gül kələmi + kök və s.). Daha sonra uşağın pəhrizinə kök, balqabaq, pomidor, noxud, lobya, ispanaq və s. əlavə olunur.

Bir çox hallarda uşaqlar tərəvəzlərə qarşı ehtiyatlı olurlar. Tez bir zamanda siz də uşağınızın hansısa bir neçə tərəvəzi “sevmədiyini” aşkar edə biləcəksiniz. Onlara bu tərəvəzləri məcburi olaraq yedirtməyin, ancaq hər ay onlara təklif edin. Bir çox uşaqlar, tərəvəzlər azca (!) duzlanmış olduqda onları daha yaxşı yeyirlər. Tərəvəz pürelərinə az miqdarda bitki yağı (xüsusən zeytun yağı) əlavə etmək olar.

Tərəvəzlərin miqdarını artırmağa tələsməyin, uşağın mədə-bağırsaq sisteminin onlara uyğunlaşmasına vaxt verin. Əgər tərəvəzin qəbulundan sonra uşağın nəcisi sulu şəkildə olarsa, onlara bu tərəvəzləri verməyin, bir aydan sonra isə kiçik paylarla olmaqla yenidən verin. Çuğundur uşağın nəcisini və sidiyini qırmızı rəngə boyayır. Uşağa çuğundur yedirtməyinizi yadınızda saxlayın ki, sonra bunun səbəbinin “qan qarışığı” olmasını düşünərək təşvişə düşməyəsiniz.
Meyvə və tərəvəzlər mütləq mövsümi olmalıdır (yəni qışda ərik, şaftalı, badımcan və s. vermək olmaz). Tərəvəzləri az miqdarda suda və ya buğda bişirmək və sonra blenderdə əzmək lazımdır.

Daha sonra püreni sürtgəcdən keçirməklə və ya çəngəllə əzməklə də vermək olar. Belə qida dərhal udulmur, müəyyən bir müddət ərzində ağızda saxlanılaraq çeynəmə refleksinin formalaşmasına kömək edir. Belə qidanın verilməsi 7 ayına qədər baş verməzsə, gələcəkdə uşağın çeynəməsində və bərk qidanı udmasında müəyyən problemlər yarana bilər və o belə qidanı qəbul edəndə boğula bilər və ya qidanı qusa bilər.

Uşaq bərk qidanın qəbul edilməsinə hazır olduqda (lazım olan reflekslər, həmçinin çeynəmə refleksi formalaşdıqda; qida fermentləri aktiv olduqda; dişlər çıxdıqda) – bu, uşağın 8-9-cu aylarına təsadüf edir – onun qidasına tikə-tikə olan yeməklər də əlavə oluna bilər. Bu zaman uşağa qabığı soyulmuş çiy armud, alma, kök, çörək və ya peçenye tikəsi də vermək olar. Uşagın dişlərinin sayı 6-8-ə çatdıqda ona daha uzun müddət çeynənmə tələb edən qidalar da vermək olar.

Uşağın ilk 6-8 aylığında bütün meyvələr (banandan savayı) suda bişmiş şəkildə verilir. Meyvəni az miqdarda suda bişirmək, sonra az miqdarda şəkər tozu əlavə edərək blenderdə əzmək lazımdır. Adətən, uşaqlara alma, şaftalı, armud, ərik, qara gavalı və s. meyvələr verilir. Uşağın iştahasından və mənimsəməsindən asılı olaraq, meyvələri uşağa istənilən qidalandırılma zamanı (meyvə püresinə uşaq üçün olan xüsusi peçenye və ya suxarı əlavə etmək olar), hətta gün ərzində iki dəfə də vermək olar.

Uşaqlar üçün olan hazır meyvə və tərəvəzlər konservlərindən istifadə edilməsi (xüsusən yeni qidalara uşaq təzəcə öyrəşdikdə) daha yaxşıdır.

Müxtəlif meyvə şirələrini uşağın pəhrizinə meyvələri daxil etdikdən sonra daxil etmək olar. 1 yaşlı uşağa təxminən 70-100 ml şirə vermək olar. Şirəni şürəçəkəndə yox, əl ilə çəkmək daha yaxşıdır ki, bu halda meyvədə olan bütün xeyirli maddələr saxlanılır. Şirəni çəkdikdən sonra dərhal uşağa vermək lazımdır.

Hər bir meyvəyə öyrəşmək üçün uşağa müəyyən bir vaxt vermək lazımdır. Bir çox uşaqlara bir dəfəyə 50-60 qr meyvə verilməsi kifayət edir.

Meyvələr, xüsusən də qara gavalı uşağın nəcis ifrazının tənzimlənməsinə çox yaxşı kömək edir. Qara gavalı yüngül işlədici təsirə malikdir, ona görə də xroniki qəbizliyi olan uşaqlar üçün o, ikiqat qiymətli hesab olunur. Belə uşaqlara gün ərzində bir qidalanma zamanı sürtgəcdən keçirilmiş qara gavalı, digər qidalanma zamanı isə hər hansı digər meyvələr vermək olar.

Əksinə, əgər sizin uşağınızda tez-tez ishal olursa, meyvələri ona gün ərzində yalnız bir dəfə vermək, qara gavalını isə onun qida rasionundan, ümumiyyətlə, çıxarmaq lazımdır.

6-7 aylığından başlayaraq (ailə üzvlərində irsi olaraq allergiya olarsa, bu halda 8 aylığından etibarən) uşağa yumurta sarısı verməyə başlamaq olar. Yumurta sarısını suda bərk halda olmaqla bişirdikdən sonra (20 dəqiqə ərzində) vermək olar, çünki istənilən qida məhsulu nə qədər çox bişirilərsə, allergiyanın baş vermə ehtimalı o qədər azalmış olur. Yumurta sarısını sıyıq və ya tərəvəz püresi ilə qarışdırmaq olar. Uşağın qida rasionuna ət daxil etdikdə isə, yumurta sarısını səhər və ya axşam yeməyinə, əti isə onun günorta yeməyinə salmaq olar. 1 yaşına qədər uşağa həftədə 2-3 dəfə olmaqla 1/2 yumurta sarısı vermək olar.

3-cü əlavə qida kimi uşağın pəhrizinə (uşağın 8 ayından başlayaraq) ət əlavə olunur. Ət uşaqlar üçün çox xeyirli olan bir qida məhsuludur. Həftə ərzində 2-3 dəfə ət vermək olar (müxtəlif tərəvəzlər əlavə olunmuş suplar şəklində). Bunu yağsız mal ətindən başlamaq, sonra isə ona dana, qoyun, toyuq əti, qara ciyər də vermək olar.

9 ayından sonra uşağın qida rasionuna yağlı olmayan ağ balıq (xanı balığı, treska, kambala) əlavə etməyə icazə verilir (balıq az suda bişirilir və ya buğda hazırlanıb püre şəklində uşağa verilir). Təəssüflər osun ki, bir çox uşaqlar balıq yeməyi sevmirlər. Bu halda onları balıq yeməyə məcbur etməyin. Lakin bu zaman uşaqda allergik reaksiyaların (səpgilər, nəcisin dəyişilməsi və s.) olub-olmamasına fikir vermək lazımdır (balıq allergik xüsusiyyətlərinə malikdir).

8 aylığında uşaq 4-5 dəfə qida qəbul edir. 3-4 dəfə əlavə qidalar (sıyıq, meyvə, tərəvəz, ət, süd məhsulları – xüsusi uşaq üçün olan kəsmik, yoqurt, kefir), 1-2 dəfə isə ana südü və ya süni süd verilə bilər.

Bundan əlavə uşağa xüsusi uşaq üçün buraxılan suxarı (tərəvəz pürelərinə və suplara əlavə etmək olar), peçenye (meyvə pürelərinə əlavə etmək olar) və çörək vermək olar.

Bir yaşına kimi uşağa bal, suda bişmiş ilıq yumurta, yağlı, duzlu, qızarmış yeməklər, şəkər, qazlı sular vermək olmaz.

Beləliklə, 6 aylığından etibarən sizin uşağınızın qida rasionuna sıyıqlar, yumurta sarısı, meyvələr, tərəvəzlər və ət kimi qida məhsulları daxil edilir. Adətən, onların uşağa verilməsi aşağıdakı kimi paylaşdırılır: sıyıq və yumurta sarısı səhər yeməyində, ət və tərəvəzlər nahar zamanı, sıyıq və meyvələr axşam yeməyində. Ancaq bunu dəyişilməz qayda kimi də qəbul etmək lazım deyil. Uşağınızı sizə və ona rahat olan kimi də qidalandıra bilərsiniz. Əgər uşağın nəcisi bərkdirsə, hər axşam yeməyi zamanı ona sıyıq və qara gavalı, səhər yeməyinə isə əlavə olaraq digər meyvələr vermək olar.

Bəzi hallarda (uşaqda raxit, dəmirdefisitli anemiya, həzm sistemi pozulmaları olduqda və s.) uşağın rasionuna əlavə qidaların daxil olunması digər sxem üzrə həyata keçirilə bilər. Bu halda həkim belə uşaq üçün xüsusi sxem hazırlaya bilər.

Saglamolun.Az

Nikaha daxil olmaq üçün hansı sənədlər təqdim edilməlidir?

Azərbaycanda ilk dəfə və ya əvvəllər ailəli olmuş şəxslər rəsmi nikaha daxil olarkən bəzən sənədləşmə problemləri ilə üzləşirlər.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda ilk dəfə ailə qurmaq istəyənlər və ya əvvəllər ailəli olmuş şəxslər rəsmi nikaha daxil olarkən bəzən sənədləşmə problemləri ilə üzləşirlər. Bununla əlaqədar bizə daxil olan müraciətlərdən belə məlum olur ki, nikaha daxil olmaq istəyənlərin əksəriyyəti ümumiyyətlə bunun üçün hansı sənədləri təqdim etmək lazım gəldiyindən xəbərsizdir.

Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.2-ci bəndinə görə nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, Konsulluq İdarəsi və İcra hakimiyyətinin nümayəndəliyinə şəxsən yazılı ərizə verirlər.

Hüquq məsləhətçisinin sözlərinə görə, həmin Qaydanın 3.3-cü bəndinə görə ərizədə nikahın bağlanmasına mane olan halların – nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 12.1-ci maddəsinə görə, nikahın qeydə alınması üçün 5 manat məbləğində dövlət rüsumu ödənilməlidir:

“Beləliklə, ilk dəfə nikaha daxil olanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) Qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqələrini, yuxarıda adıçəkilən ərizəni və rüsumun ödənilməsi barədə qəbzi təqdim etməlidirlər. Həmin Qaydanın 3.6-cı bəndinə əsasən, əvvəllər nikahda olmuş şəxslər isə sadalanan sənədlərlə birlikdə həm də nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı təqdim etməlidirlər.”

Hüquqşünas onu da əlavə edib ki, Ailə Məcəlləsinin 13-cü maddəsi nikaha daxil olan şəxslərin tibbi müayinədən keçmək hüququnu təsbit edir, lakin bu məcburi deyil və nikaha daxil olan şəxslərin razılığı ilə mümkündür.

Comments are closed, but trackbacks and pingbacks are open.