Necə daha yaxşı öyrənə bilərəm
Cornell üsulu 1949-cu ildə Amerikanın Cornell universitetində professor Walter Pauk tərəfindən hazırlanmışdır. Bu üsul bir çox digər not tutma üsulundan uğurlu və keyfiyyətli hesab edilmişdir. Cornell üsulu ilə biz həm danışanın sürətinə çata, həm də özümüzdə keyfiyyətli notlar ala bilərik. Bəs bu üsulla necə not almaq olar ? Gəlin baxaq.
Kino tarixindən 30 maraqlı fakt
· Brus Li o qədər sürətli idi ki, onun hərəkətlərini dəqiq görə bilmək üçün kadrları asta sürətlə verməli olurdular.
· Amerikalı aktyor, üçqat Oskar mükafatçısı Cek Nikolson uşaqlıqdan nənəsinin anası, anasının böyük bacısı olduğuna inanaraq böyümüşdü.
· Bir dəfə Çarli Çaplin “Çaplinin oxşarları” müsabiqəsində üçüncü olmuşdu.
· Silvester Stallone müəyyən dövrdə zooparkda şir qəfəsi təmizləyicisi işləmişdi.
· Aktrisa Lillian Entvistl Hollivud yazısının “H” hərfindən tullanaraq intihar etmişdi.
· 1916-cı ildə Çarli Çaplin həftədə 10 min dollar qazanırdı, bu isə o vaxta görə rekord göstərici idi.
· Merlin Monronun əsl adı Norma Jan Mortenson idi, sonradan onu Norma Jan Beyker adına dəyişmişdi.
· Aktyor Con Travoltaya “Çikaqo” (2002) filmində Billi Flann rolu təklif edilmişdi. Lakin rol Riçard Qirə qismət oldu.
· Aktrisa Qreys Kelli Monako şahzadəsi ilə evləndiyi üçün onun filmlərinin Monakoda göstərilməsi qadağan edilmişdi.
· Aktrisa Elizabet Teylor “Life” jurnalının üz qabığında ən çox çəkilən şəxsdir.
· Mikki Mausun yaradıcısı Uolt Disney ilk öncə onun adını Mortimer Mous qoymaq istəyirdi.
· Dünyada ən çox işlənən obraz Mikki Mausdur. 7500-dən çox müxtəlif növ firma və ya əşyada ona rast gəlmək olar.
· “Xaç atası” (“Godfather”) filmində hər ölüm səhnəsindən əvvəl kadrlarda “portağal” görünür.
· “Küləklə sovrulanlar” (“Gone With the Wind”) filmində dialoqlardan birində “lənətə gələsən” (“damn”) sözü işləndiyinə görə filmin produserləri 5000 dollar məbləğində pulla cərimə olunublar.
· “Oz ölkəsinin sehirbazı” (“Wizard of Oz”) filmində baş rol ifaçısı Cudi Qarlend filmdəki roluna görə həftəyə 35 dollar məvacib aldığı halda, filmdəki iti Toto 135 dollar alırdı.
· “Kriminal qiraət” (“Pulp Fiction”) filmində bütün saatlar 4:20-ni göstərir.
· Oskara namizəd olan ilk animasiya filmi 1991-ci ildə Disneyin “Gözəl və Eybəcər” (“Beauty and the Beast”) filmi olub.
· Ən uzun Hollivud öpüşü 1941-ci ildə “Sən indi ordudasan” (“You‟re in the Army Now”) filmində olub. Bu səhnə 3 dəqiqə, 3 saniyə davam edib.
· Alfred Hitçkok “Psix” (“Psycho”) filmində bəzi səhnələrdə qan yerinə meyvə sirəsindən istifadə edib.
· “Kinq Konq” filmi Adolf Hitlerin ən sevimli kinosu idi.
· Stenli Kubrik “Ətriyyatçı” əsərini oxuyub demişdi ki, bu əsərə film çəkilməsi mümkünsüzdür.
· “Döyüş klubu” (“Fight club”) filminin çəkilişi zamanı Bred Pitin bir neçə dişi sınır. Filmin rejissoru Finçer aktyor dişlərini düzəltsin deyə, çəkilişləri saxlamaq istəyir, lakin Bred dişsizliyin obrazı olan Taylerə uyğun gəldiyini misal göstərərək çəkilişlər bitənə kimi dişsiz də gəzə biləcəyini bildirir və elə də edir.
· “Kriminal qiraət” (“Pulp fiction”) filmində “fuck” kəlməsi 257 dəfə işlənib.
· Tom Henks “Forrest Qamp” filmində bir şərtlə çəkilməyə razı olub. Filmdəki bütün hadisələr tarixi faktlara əsaslanmalıdır.
· “Dəmir gödəkçə” (“Full Metal Jacket”) filmində kazarmada bölük komandirinin əsgərlərlə tanışlıq dialoqları aktyorlar tərəfindən başdan ayağa improvizə olunaraq çəkilib.
· “Səmavi krallıq” (“Kingdom of Heaven”) filmindəki obrazına görə aktyor Orlando Blum 9 kq kökəlməli olub.
· “Kofe və siqaretlər” filminin üzərində Cim Carmuş 17 il (1986-2003) işləyib.
· “Benjamin Buttonu qəribə hekayəsi” (“The curious case of Benjamin Button”) filmi ekranlara çıxdıqdan sonra Denni Boyl “Solomon Grundy” filmini çəkməkdən imtina etdi. Çünki ssenarilər oxşar idi.
· Məşhur aktyor Həmfri Boqartın şahzadə Diana ilə əlaqələrinin olduğu iddia edilirdi.
· Şirli Templ “Oz ölkəsinin sehirbazı” (1937) filmində Doroti rolunu oynamaq üçün sınaqdan keçirilmişdi, lakin rol Cudi Qarlanda qismət oldu.
Müəllif:Ferat & Məcid Məcidov
Mənbə: “Film Fiction” jurnalı
Necə daha yaxşı öyrənə bilərəm?
Hər birimiz dərslərdə, seminarlarda, konfranslarda və digər yerlərdə bir şeylər öyrənməyə çalışırıq. Bəs heç düşündünmü? Bu bilgiləri necə daha yaxşı öyrənib yadda saxlamaq olar? Birlikdə baxmağa nə deyirsən? Əminəm ki, sən də bilmək istəyərsən. Yoxsa burda olmazdın deyilmi? O zaman başlayaq:)
Hər insanın özünəməxsus öyrənmə metodu vardır. Ancaq bir şeyləri öyrənmənin və xatırlamağın ən yaxşı üsullarından biri not almaqdır. Buna başqa cür “qeyd aparmaq” da deyə bilərik, lakin “not almaq” daha gözəl və daha sadə səsləndiyi üçün biz ondan istifadə edəcəyik. Not almaqdan danışarkən onun əhəmiyyətindən də danışmalıyıq. Sizə notların vacibliyini bir fakt ilə çox qısa göstərəcəm . Dünyanın ən uğurlu iş adamlarından və Virgin Holding-in rəhbəri olan Richard Branson bir vloq yazısında demişdir; “Qurduğum ən uğurlu şirkətlərin bəzilərinin ideyası çox əlaqəsiz anda ağlıma gəlmişdir. Əgər bu ideyalarımı not dəftərimi açıb orda yazmasaydım, bu an bunların sahibi olmazdım”. Təsəvvür edə bilirsiz? Kim bilir, bəlkə nə qədər önəmli fikirlər tarixdə not alınmadığı üçün itib batmışdır.
Çoxu insan not almaq dedikdə deyilənlərin və ya oxuduqlarının əksəriyyətinin və ya hamısının dəftərə yazılması kimi başa düşür. Ancaq bu belə deyildir. Not tutmağın da özünəməxsus üsulları vardır. Hər şeyi not almağa çalışmaq imkansız bir şeydir. Həm bu sizə danışanı dinləməyə imkan verməz. Digər tərəfdən vaxtınızı aparır və bu çox gərəksizdir. Not alarkən biz əsas hissələri qeyd etməliyik. Bəs bu əsas hissələri necə tapmaq olar? Yadda saxlayın ki, bir danışmada ən çox vurğulanan, ən çox təkrarlanan, ən çox misal gətirilən yerlər mövzunun əsas yerləri hesab olunur. İndi isə gəlin ən yaxşı və ən praktik not alma üsuluna baxaq. Bu üsul “Cornell not alma üsulu” adlanır.
Cornell not alma üsulu
Cornell üsulu 1949-cu ildə Amerikanın Cornell universitetində professor Walter Pauk tərəfindən hazırlanmışdır. Bu üsul bir çox digər not tutma üsulundan uğurlu və keyfiyyətli hesab edilmişdir. Cornell üsulu ilə biz həm danışanın sürətinə çata, həm də özümüzdə keyfiyyətli notlar ala bilərik. Bəs bu üsulla necə not almaq olar ? Gəlin baxaq.
Bu cür not olmaq üçün əlbəttə ki, ilk öncə bizə bir qələm və boş səhifə lazım olacaq. Vərəqi dörd yerə bölürük. Bu hisslər sağ sütun(notlar), sol sütun(aşar sözlər), yuxarı başlıq(başlıq) və aşağı hissədən(xülasə) ibarət olacaqdır. Ancaq bu ayırmanı bildiyimiz normal qaydada yox, bir qədər fərqli edəcəyik. Bu aşağıdakı kimi olacaqdır:
· Başlıq hissəsinə ad-soyadınızı, tarixi və ya mövzunun adını(başlığını) yaza bilərsiniz.
· Notlar hissəsində əsas yerləri, kiçik sxemləri, problem həllərini və digər notlarınızı qısa olaraq yaza bilərsiniz. Bir sözlə qeydlərimizi aparacağımız hissə notlar hissəsi olacaqdır.
· Açar sözlər hissəsində isə qeyd olunmuş notlarla və ya mövzu ilə bağlı olan açar sözlər, əsas fikirlər, əsas sözlər yazılır. Açar sözlər elə yazılmalıdır ki, bura baxdıqda siz mövzunun ümumi məzmununu qısa göz onünə gətirə biləsiniz. Ona görə də açar sözlər diqqətlə seçilməlidir.
· Xülasə qismində də biz mövzunun qısa izahını yazırıq. Bunu yazarkən “bu gün nə öyrəndim?” sualına cavab tapmağa çalışacağıq.
Əla. Notlarımızı aldıq, açar sözləri yazdıq, xülasəni hazırladıq. Bəs burda bitdimi? Artıq öyrənmiş sayılırıqmı? Xeyr əlbəttə ki. Elə ən önəmli hissə bundan sonra başlayır. Çoxları burda səhv edirlər. Not aldıqdan sonra artıq hazır olduqlarını düşünürlər. Düzdü bu şəkildə not alıb qeydlər aparmaq gözəldir. Ancaq məsələ burda bitmir. Əsas önəmli olan hissə yazdıqlarımıza göz gəzdirib təkrar etməkdir. Bu təkrarında bir metodu vardır. Not vərəqimizi qarşımıza qoyub notlar olan hissəni, yəni sağ sütunu bir dəftərlə örtürük. Sonra soldakı açar sözlərə baxaraq mövzunu xatırlamağa çalışırıq. Və bu proses bütün bilgilər qalıcı olana qədər davam edir. Cornell nəinki bir öyrənmə metodu, həmçinin qalıcı öyrənmə metodudur. Bu yöntəm digərlərindən daha sadə, asan, pratik və daha keyfiyyətlidir. Ona görə də bu metoddan istifadə etməkdə indidən sonra hər kəsə uğurlar. Unutmayaq nə qədər oxuduğumuz deyil, nə qədər qavradığımız önəmlidir. Ona görə də not tutmaq deyil, necə not tutmağımız daha önəmlidir. Beləcə daha faydalı ola bilərik.
Comments are closed, but trackbacks and pingbacks are open.