Press "Enter" to skip to content

Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət

şə
bəkədə zədələnmələr baş verə bilər. Partlayışlar zamanı zərbə dalğasının təsiri
yalnız dağıntılara deyil, insan tələfatına da gətirib çıxarır.
Partlayışlar çox zaman böyük həcmdə karbohidratların (metan, etan, propan)
istifadə edildiyi sahələrdə baş verir. Bəzi kimyəvi maddələrin yanma prosesində
zəhərli tüstü yaranır ki, bu da zəhərlənmələrə gətirib çıxarır.
Məsələn 1974-cu ildə İranda qarın yağması nəticəsində Tehran aeroportunun damı
uçulmuşdur. Bundan başqa mühəndis hesablama və istismar yüklənməsi
qaydalarının pozulması ucbatından da qəzalar baş verir.
Fövqəladə halların sayının artmasına səbəb olan texnogen amillər
Bu amillər sırasına aşağıdakılar aiddir:
– iqtisadiyyat sahələrində ən yeni təhlükəsiz texnologiyala ristifadə edilməməsi;
– israfçıl texnologiyalardan istifadə olunması davam edir ki, bu zaman işlədilən
təbii ehtiyatların 90%-dən çoxu zərərli istehsalat və məişət tullantıları kimi ətraf
mühitə atılır. Eyni zamanda günəş enerjisi, geoterminal və külək enerjisi kimi ən
ucuz və təhlükəsiz
enerji növlərindən əməli olaraq, istifadə edilmir.

Mühazirə keçmək üçün plan-konspekt mövzu: Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi

Mövzu: 4. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi.
Tədrisin məqsədi: Mülki Müdafiə tədbirlərinin planlaşdırılması barədə tələbələri məlumatlandırmaq.
Məşğələnin keçirildiyi yer: BDU-nun tədris auditoriyası.

Vaxt: 2 saat.

Tədris sualları və təxmini vaxt bölgüsü:
Tələbələrin davamiyyətinin və mühazirəyə hazırlığının yoxlanılması – 10 dəq;
1-ci tədris sualı: Mülki Müdafiə tədbirlərinin planlaşdırılması – 35dəq;

2-ci tədris sualı: Mülki Müdafiə planının məzmunu – 40 dəq.

Məşğələyə yekun vurulması – 5 dəq.

Ədəbiyyat: 1) Azərbaycan Respublikasının «Mülki Müdafiə haqqında» Qanunu.

2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı.

Əyani vəsait: Videoproyektor, stendlər.
1-ci tədris sualı: Mülki Müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi.

Mülki Müdafiə məsələlərinin həll edilməsi, mülki müdafiə tədbirlərinin dəqiq planlaşdırılması və vaxtında həyata keçirilməsi ilə təmin olunur.

Mülki Müdafiə tədbirləri istehsal və sosial təyinatlı obyektlərin hərbi strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur.

Mülki Müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazidə olan bütün insanları əhatə edir.

Mülki Müdafiə tədbirlərinin həcmi və məzmunu, mövcud qüvvə və vasitələrin miqdarından və onlardan maksimum səmərəli istifadə edilməsi əsasında müəyyən edilir.

Fövqəladə hadisələr zamanı Mülki Müdafiə üzrə tədbirləri qısa müddətdə və mütəşəkkil surətdə yerinə yetirmək üçün onların icrasını əvvəlcədən planlaşdırmaq tələb olunur.

Mülki müdafiə planında fövqəladə hadisələr zamanı görüləcək işlərin həcmi, ardıcıllığı və icra müddətləri müəyyən edilir. Bu plan fövqəladə hadisələr zamanı qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün fəaliyyət planıdır və belə hallarda mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir.

Hazırda MM sistemində, o cümlədən istehsalat və sosial təyinatlı obyektlərin əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir.

MM planı fövqəladə hadisələr zamanı işçilərin istehsalatı müdafiə etmək və bu halların nəticələrini aradan qaldırmaq məqsədilə görüləcək işlərin təşkili qaydasını müəyyən edir.

Mülki Müdafiə planının düzgün və keyfiyyətli tərtib edilməsi, onun həyata keçirilməsi üçün mühüm şərtdir.

MM planı müvafiq obyekt rəhbərlərinin başçılığı ilə MM qərargahı tərəfindən tərtib edilir. Lazımı hallarda bu işə müvafiq mütəxəssisləri də cəlb etmək olar (obyekt rəhbərinin göstərişi ilə).

Planın məxfilik dərəcəsi, nüsxələrinin sayı və onların saxlanılması qaydası müvafiq rəhbərin qərarı ilə müəyyən edilir.

Tərtib edilmiş plan MM qərargahının rəisi tərəfindən imzalanır, regional şöbələrin rəisləri ilə razılaşdırılır və obyekt rəhbəri tərəfindən təsdiq edilir. Təsdiq edilmiş planlar aidiyyatı üzrə icraçılara çatdırılır və onların icrasına nəzarət təşkil edilir.

MM planı hər il yanvar ayının 1-nə MM qərargahının rəisi tərəfindən dəqiqləşdirilir və bu barədə plandakı düzəliş vərəqəsində qeydlər edilir. Ciddi məsələlərə aid düzəlişlər (dəyişikliklər) barədə obyektin rəhbərinə məlumat verilir.

MM planının icrası obyekt rəhbərinin sərəncamı (əmri) əsasında fövqəladə hadisələr baş verərkən həyata keçirilir.
MM planını tərtib edərkən aşağıdakı tələbləri nəzərə almaq lazımdır:

– MM planının real və konkret olmalıdır, yəni planda nəzərdə tutulan tədbirlərin həcmi və icra müddəti obyektin real imkanlarına uyğun gəlməlidir;

– planın FHN-n və MM-n regional şöbələri ilə razılaşdırılmış məlumatlar əsasında tərtib edilməlidir (köçürmə tədbirləri, təchizat, qarşılıqlı fəaliyyət məsələləri və s);

– MM tədbirlərinin məntiqi ardıcıllıqla yerinə yetirilməsi və maddi təchizat cəhətdən iqtisadi məqsədə uyğunluq prinsipinin gözlənilməsi;

  • mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əhatə etdiyi ərazi və sahələrin xüsusiyyətləri, ehtimal olunan fövqəladə hadisələrin növləri, yarana biləcək vəziyyət və regionda yaşayan əhali barədə qısa məlumat.
  • regionda (bölgədə) ehtimal olunan təbii fəlakətlər;
  • təbii fəlakətlər (qəzalar) nəticəsində qonşuluqdakı obyektlərdə yarana biləcək radioaktiv və kimyəvi zəhərlənmə, həmçinin daşqın zonalarının hüdudları;
  • təhlükə barədə xəbərdarlıq qaydaları;
  • işçilərin və əhalinin müdafiə edilməsi üsulları;
  • qarşılıqlı fəaliyyət qaydaları;

Fövqəladə hadisələr dövrü üçün MM planının məzmunu.

MM planı əsas hissədən və əlavələrdən ibarətdir. MM planının əsas hissəsi dörd bölmədən ibarətdir.

I BÖLMƏ: Qısa coğrafı və sosial-iqtisadi xarakteristika, ehtimal olunan şərait və yarana biləcək vəziyyət.

Bu bölmədə əks olunur:

  • təsərrüfat obyektinin qısa coğrafi və sosial-iqtisadi xarakteristikası
  • obyektin mülki müdafiə üzrə dərəcələrə aidiyyatı;

– partlayış və yanğın təhlükəli maddələr saxlanılan yerlər;

– kimyəvi maddələr saxlanılan və radiasiya təhlükəli obyektlər;

– fövqəladə hadisələr baş verərkən yarana biləcək şəraitin qiymətləndirilməsi.

II BÖLMƏ. Əhalinin və işçilərin mühafizəsinin təşkili.

Bu bölmədə əks olunur:

Gündəlik fəaliyyət rejimində

– mülki müdafiə sahəsində dövlət orqanlarının, hüquqi şəxslərin, vətəndaşların və MM qüvvələrinin vəzifələrinin öyrədilməsi və keyfiyyətlə yerinə yetirilməsi;

  • əhaliyə və işçilərə fərdi mühafizə vasitələrindən istifadə edilmə qaydalarının öyrədilməsi;
  • əhaliyə və işçilərə kollektiv mühafizə qurğularından istifadə etmə qaydalarının öyrədilməsi;
  • xəbərdarlıq, rabitə, informasiya sistemlərinin və maddi yardım fondlarının yaradılması və təkmilləşdirilməsi qaydaları;
  • MM qərargahlarında (idarəetmə məntəqələrində) rəhbər heyətin növbətçiliyinin təşkil edilməsi və mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi;
  • xəbərdarlıq, rabitə və informasiya vasitələrinin hazır vəziyyətə gətirilməsi;
  • fövqəladə halların baş vermə təhlükəsi və ya baş verməsi barədə dövlət orqanlarının və işçilərin (əhalinin) xəbərdar edilməsi;
  • fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması, belə hadisələrin baş verəcəyi hallarda isə insanların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına dair tədbirlər;
  • MM qüvvələrinin şəxsi heyətinə və işçilərə fərdi mühafizə vasitələrinin verilməsi;
  • təhlükə baş verməsi ehtimal olunduqda radioaktiv, güclü təsirli zəhərləyici maddələr (GTZM) və partlayış təhlükəli maddələr saxlanılan müəssisələrdə kollektiv mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi;
  • təhlükəli zonalardan əhalinin və işçilərin köçürülməsi üçün köçürmə orqanlarının hazır vəziyyətə gətirilməsi, köçürmə planlarının dəqiqləşdirilməsi;
  • epidemiyaya qarşı tibbi -profilaktik tədbirlərin keçirilməsi;
  • kənd təsərrüfatı heyvanlarının və məhsullarının mühafizəsi üzrə görüləcək tədbirlər (aidiyyatı üzrə).

Bu bölmədə əks olunur:

  • fövqəladə hadisə baş vermiş ərazilərdə ümumi və xüsusi kəşfiyyatın aparılması, kimyəvi zəhərlənmə və radioaktiv çirklənmənin, tikili və kommunikasiya şəbəkələrinin dağılma dərəcəsinin müəyyən edilməsi, dəyən ziyan və itkilərin miqdarının dəqiqləşdirilməsi;
  • mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkil edilməsi və həyata keçirilməsi;
  • fövqəladə hadisə baş vermiş ərazidən işçilərin çıxarılması, köçürülməsi və onların müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi;
  • xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi və onların müalicə ocaqlarına göndərilməsinin təşkili;
  • bitki və heyvanların xilas edilməsi üçün tədbirlərin görülməsi (aidiyyatı üzrə);
  • xəsarət ocaqlarında sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərinin həyata keçirilməsi;
  • işçilərin zəruri ərzaq ehtiyatı ilə təmin edilməsi;
  • nəqliyyat təminatı;
  • meteoroloji təminat.

Bu bölmədə əks olunur:

  • əsas, ehtiyat və yardımçı idarəetmə məntəqələrinin yerləri, tərkibi, mühafizə tədbirləri və əməliyyat qruplarının məntəqədə fəaliyyət qaydaları;
  • idarəetmə məntəqələrinin rabitə, xəbərdarlıq və informasiya vasitələri ilə təchiz olunması və onlardan istifadə etmə qaydaları;
  • fövqəladə hadisələrin gözlənilməsi və ya baş verməsi barədə rəhbər heyətin eləcə də işçilərin xəbərdar edilməsi qaydaları;
  • mülki müdafiə qüvvə və vasitələrinin “gündəlik fəaliyyət” , “yüksək hazırlıq” və “fövqəladə hadisə” rejimlərində idarə edilməsinin təşkili;
  • mülki müdafiə qüvvələri ilə rabitənin təşkili, idarəetmə pozulduqda onun bərpa edilməsi üzrə tədbirlər.
  1. Fövqəladə hadisələr zamanı müxtəlif rejimlərdə yerinə yetiriləcək əsas mülki müdafiə tədbirlərinin təqvim planı.
  2. İşçilərin kollektiv mühafizə qurğuları ilə təmin olunması cədvəli.
  3. İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik (doza ölçən) nəzarət cihazları ilə təmin olunması cədvəli.
  4. Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında məlumat cədvəli.
  5. Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət (obyektin planında).
  6. İdarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi.
  7. İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə).
  8. İşçilərin güclü təsirli zəhərləyici maddələr təhlükəsi yaranmış zonalardan köçürülməsinin hesabatı (aidiyyatı üzrə).
  9. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunacaq mülki müdafiə qüvvə və vasitələrinin hesabatı.

Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi

Mövzu 1 FÖVQƏladə hallarin (FH) TƏSNİfati

Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan
vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına
səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər
nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.

Fövqəladə hal və onun növləri (miqyasına, baş vermə sahələrinə, mənsubiyyətinə
görə)

Miqyasına görə fövqəladə halların təsnifatı

Lokal (qismi) – hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır.
Obyekt miqyaslı (səciyyəli) – hadisələr sənaye obyektində, bina və ya qurğu
hüdudlarında məhdudlaşır.
Yerli – hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı
müəssisəsinin ərazisində özünü göstərir.
Regional – fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını,
bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir.
Milli – miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin
dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.
Qlobal – hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin
ə
razilərinə də yayılır.

Fövqəladə halların baş vermə sahələrinə görə təsnifatı
1)
Təbii xarakterli fövqəladə hallar;
2)
Texnogen xarakterli fövqəladə hallar;
3)
Ekoloji xarakterli fövqəladə hallar;
4)
Sosial-siyasi və hərbi siyasi xarakterli hallar.

Təbii xarakterli fövqəladə vəziyyətlər
Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində
qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb
olan faciəli təbii təzahür və ya proseslərdir.
Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar,
quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar,
güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci
ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd
təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.

Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur:
1)
qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar);
2)
uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)

Təbii fəlakətlərin yaranma səbəbləri

Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar:
1)
təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri,
güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin
sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin üzə çıxması (vulkanlar),
çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi
güclü küləyin təsiri (qasırğa, urağan, tornadolar).
2)
antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya)
Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı
olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).

Təbii xarakterli fövqəladə hadisələr

1)
Geofiziki təhlükəli təzahürlər
2)
Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər):
3)
Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər:
4)
Dəniz hidroloji təhlükəli təzahürlər:
5)
Hidroloji təhlükəli təzahürlər:
6)
İnsanların infeksion (yoluxucu) xəstəlikləri:
7)
Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri:
8)
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması:

Təbii xarakterli fövqəladə hadisələr

1)
Geofiziki təhlükəli təzahürlər:
1) zəlzələlər; 2) vulkan püskürmələri.

2)
Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər):
1)
sürüşmələr; 2) sellər; 3) qar uçqunları.

3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər:
– tufanlar (9-10 bal);
– qasırğalar (12-15 bal);
– iri həcmli dolu;

4)Dəniz hidroloji təhlükəli təzahürlər:
– tayfunlar;
– sunamilər (qravitasiyalı dəniz dalğaları);
– güclü dalğalar (5 bal və daha yüksək);
– dəniz səviyyəsinin güclü ləngəri;
– erkən buz örtüyü və ya hərəkətsiz qalın buz qatı;
– gəmi və liman tikililərinin buzlaşması;
– sahil buzlarının qopması.

5) Hidroloji təhlükəli təzahürlər:
– suların yüksək səviyyəsi (daşqın, subasma);
– yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt);
– yağış daşqınları;
– maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması);
– suyun aşağı səviyyəsi;

6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri:
– epidemiyalar (insanların kütləvi şəkildə yoluxucu xəstəliklərə tutulması);
– ekzotik və xüsusi təhlükəli yoluxucu xəstəliklərin tək-tək təsadüf edilən halları.

7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri:
– epizootiya (heyvanların yoluxucu xəstəliklərinin geniş yayılması);
– enzootiya (müəyyən ərazidə heyvanlar arasında epidemiya);

8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması:
– inkişaf edən epifitotiya (bitkilərin kütləvi xəstəlikləri);
– bitki zərərvericilərinin kütləvi yayılması.
Geofiziki təhlükəli təzahürlər:

Zəlzələ – ən çox dağıdıcı qüvvəyə malik, ağlasığmaz, idarə olunmaz təbii fəlakətdir. Zəlzələ
deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və yaxud mantiyanın üst
qatlarının sürüşməsi və parçalanması nəticəsində, böyük məsafələrə elastik dalğavari
ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və tez yayılan fövqəladə hallara aid olur.
Bu zaman ərzində təxliyə və qabaqlayıcı tədbirlər görmək mümkün deyil.
Tarixdə ilk qeydə alınmış zəlzələ eramızdan 2050-il əvvələ aiddir.
Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon insan tələf olmuşdur.
XX-ci əsrdə bizim planetdə 80-dan artıq zəlzələ qeydə alınmışdır. Dünyada ən çox
zəlzələ baş verən yer Çilidir.
Zəlzələnin baş vermə səbəblərinə görə onlar təbiət və antropoloji olur.
Zəlzələnin əsas təsir edici faktoru, ocağdan bütün istiqamətlərə yayılan –seysmik
dalğalardır. İlk dəfə zəlzələlərin dalğavarı olmağını 18 əsrdə amerikalı astronom və
riyaziyyat professoru D.Uintal deyib. Əgər zəlzələnin ocağı dənizdə yerləşirsə hündür
dalğaların – sunamilərin əmələ gəlməsinə gətirir, o isə öz növbəsində sahilə çatır və çoxlu
sayda sahilyanı ərazilərə ziyan vurur.
Amerikalı seysmoloq D.F.Rixter 1933–cü ildə zəlzələnin gücünü qiymətləndirmək
üçün 9 ballıq şkala tərtib etmişdir. İtalyan seysmoloqu Y. Merkali 12 ballıq zəlzələnin
ölçülmə sistemini təklif edib.
Zəlzələnin intensivliyinin Merkali şkalası ilə ölçülməsi
Bal Zəlzələnin intensivliyi Nəticələrin qısa xarakteristikası
1
Nəzərə çarpmayan
Yalnız seysmik cihazlar ilə müşahidə edilir
2
Çox zəif
İ
stirahət edən insanlar tərəfindən hiss edilir
3
Zəif
Yalnız az sayda insanlar tərəfindən hiss olunur
4
Mülayim
Qabların, pəncərə şüşələrinin cingiltisi, qapıların və
pəncələrin cığıltısı ilə müəyyən edilir
5
Kifayət qədər güclü
Binaların ümumi sirkələnməsi, mebelin tərpənməsi,
pəncərə şüşələrində və suvaqlarda çatların əmələ
gəlməsi, yatanların oyanması
6
Güclü
Hamı hiss edir. Rəsmlər divardan düşür, suvaq parçaları
tökülür. Binalar yüngül xəsarət alır
7
Çox güclü
Daş binalarda çatlar. Antiseysmik və ağaçdan tikilmiş
binalar salamat qalır
8
Dağıdıcı
Sıldırım qayalarda və torpaqda çatlar əmələ gəlir.
Heykəllər yerindən dəbərir və çökürlər. Evlərə güclü
xəsarət dəyir
9
Viran edici
Daş binaların dağılması və çox güclü xəsarət alması
10 Məhvedici
Torpaqda böyük çatlar, sürüşmələr və çöküntülər. Daş
binaların dağılması, dəmir yol reyslərin əyilməsi
11
Fəlakət
(bədbəxt
hadisə)
Yerdə geniş çatlar, çox saylı sürüşmələr və çöküntülər.
Daş binalar tamamilə dağılır
12 Güclü fəlakət
Torpaqda dəyişiliklər böyük həddə çatır. Çox saylı çatlar,
çöküntülər, sürüşmələr, şəlalələr yaranır, çayların
axmasında dəyişiliklər, heç bir tikili dözmür

Ölkəmizdə Böyük Qafqaz, Şamaxı-İsmayıllı, Gəncəbasar, Talış dağları, Xəzər dənizi
seysmoaktiv zonalar hesab edilir. Bu ərazilərdə hələ qədimdən indiyədək müxtəlif vaxtlarda
müxtəlif təkanlar qeydə alınıb.
Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci
ə
srə təsadüf edib. 427-ci ildə Gəncə şəhərində baş verən təbii fəlakət zamanı 100 minlərlə
adam həlak olub. 700 il sonra Gəncədə yenidən böyük bir zəlzələ baş verib. 1139-cu ildə isə
Gəncədə olan təbii fəlakət zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göy
Göl yaranıb. 1667-68-ci illərdə Şamaxıda da zəlzələlər seriyası başlayıb.Şamaxı zəlzələləri
17-ci əsrin 2-ci yarısında və 19-cu əsrin 2-ci yarısında baş verib: «Axırıncı zəlzələ 1902-ci
ildə baş vermiş və 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı dağılmışdı». Şamaxıda 20-ci əsrdə
baş verən zəlzələ dağıdıcılığı ilə tarixə düşdü. Həmin vaxt şəhər yerlə-yeksan olmuşdu.
1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olan Zurnabad zəlzələsi qeydə alınıb.
Bakı şəhərində isə ilk zəlzələ 1950-ci ilə təsadüf edib, lakin şəhərə ciddi ziyan
dəyməyib. 1960-61-ci ildə Bakıda yenidən baş verən zəlzələlər zamanı dağıntıların və həlak
olanların sayı bir o qədər də çox olmayıb. Paytaxtda sonuncu, ən yaddaqalan zəlzələ isə
2000-ci il noyabrın 25-də baş verib. Azərbaycan, o cümlədən də paytaxt Bakı təhlükəli
seysmoaktiv zonada yerləşir. Bakı 8 ballıq, Şamaxı, Gəncə, Naxçıvan isə 9 ballıq aktiv zona
sayılır.

1980-2002- ci illər üzrə Azərbaycan ərazisinin seysmik aktivlik xəritəsi

Son 100 il ərzində baş vermiş ən dağıdıcı zəlzələlər

1999-cu ildəki Türkiyədə baş verən zəlzələnin dağıntıları

2010-cu ildə Haitidə baş vermiş zəlzələnin nəticəsi

Vulkan püskürmələri

Yer qatının kanalları və qatları üzərində yaranan, yer üzərinə lava, kül, zəhərli qazlar,
su buxarı və dağ cisimlərini püskürən geofiziki hadisəyə vulkan deyilir. Vulkan
püskürmələri xəsarət alanların və qurbanların sayına görə ön yerlərdən birini tutur.
YUNESKO-nun statik məlumatlarına əsasən son 5 ildə 200 min insan vulkan nəticəsində
həlak olmuşdur.
Vulkanların püskürməsi – yer kürəsinin bəzi regionları üçün tez-tez təkrarlanan
hadisədir. Vulkanlar fəaliyyətdə olan, yatmış və sönmüş vulkanlara bölünürlər. Yer üzərində
522 fəaliyyətdə olan vulkan qeydə alınıb və bunlardan 20-40-ı hər il püskürür. Ən çox
vulkan İndoneziyada, Yaponiyada, Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi
zamanı əsas zədə yetirən faktorlar bunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su,
kül, dağ cisimlərinin qırıntıları, partlayış dalğası, lil və daş axınları.
Maqma dedikdə, yer daxilində
ə
rimiş, yüksək hərarətli, son dərəcədə
közərmiş və qazlarla zəngin olan
silikat maddə nəzərdə tutulur. Vulkan
konusunun
zirvəsində
yerləşən
kasaşəkilli və ya qıfabənzər boşluğa
vulkan
krateri deyilir. Bəzən vulkan
kraterləri su ilə dolaraq krater
göllərinin yaranmasına səbəb olur.
Vulkan
krater
Soymuş lava
Maqma ocağı
Vulkan
krater
Soymuş lava
Maqma ocağı

Vulkanın kəsiyi

Vulkanların püskürməsindən zərəri azaltmaq yolları
Vulkanların püskürməsindən zərəri azaltmaq üçün onların “həyatını”
proqnozlaşdırmaq və lazım olan profilaktik tədbirlərin keçirilməsi lazımdır.
Fəaliyyətdə olan vulkanların əksəriyyəti “vulkanik ərazilərdə” yerləşən
xüsusi stansiyalar tərəfindən daim müşahidə altında saxlanılır.
Vulkanların püskürməsini proqnozlaşdırmaq üçün vulkanik təhlükəsi
xəritələri tərtib edilir.
Püskürmələrin vəziyyətini və gələcəyini proqnozlaşdırmaq üçün
cihazlardan və texniki vasitələrindən istifadə olunur.
Əhalini vaxtında məlumatlandırmaqla, müdafiə və təxliyə tədbirlərinin
aparılması ilə vulkanik püskürmələrin törətdiyi mümkün zərəri kəskin azaltmaq
mümkündür.

Vulkanın püskürməsi ilə mübarizənin üsulları:

vulkanın vəziyyətini daim müşahidə etmək;
– təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi;
– müdafiə bəndlərinin qurulması;
– lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi;

– lavanın su ilə soyudulması;
– yaralanmış insanlara ilk yardımın göstərilməsi

24.03.2010 tarixdə püskürməyə başlayan və bir neçə ay Avropadan uçuşları
təxirə salmağa məcbur edən eyyafyatlayöküdl vulkanı

Geoloji təhlükəli təbii fəlakətlər

Sürüşmə – adətən dağ yamaclarında olan torpağın eroziyadan, suyun dağın
ə
təklərinin yuması, yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması
nəticəsində baş verən torpaq sürüşməsindən ibarət hadisədir.
Sürüşmələrin sürəti saatda onlarca metrə çata bilir. Məsələn: 1990-cı ildə
leysan yağışlardan fəallaşan sürüşmə Xəzər donanmasının hərbi şəhərciyində bir
neçə binanı elə sürətlə dağıtmışdı ki, adamlar oradan çıxmağa imkan tapa
bilməmişdilər.
Respublikamızda ən çox sürüşmələrin olduğu yer Bayıl zonasıdır.
Sürüşmələrin qarşısını alımaq üçün görülən tədbirlərdən ən vacibi həmin
ə
razilərdə çoxlu sayda ağacların əkilməsidir.
Sel – Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk
material (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5-2 dəfə çox olan axındır.

Sel, hündürlüyü 20-40 sm olan dalğa şəkilində saniyədə 20-30m sürətlə
hərəkət edir və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir
göstərir.
Mənşəyinə görə sellər leysan seli və qar ərintisi selləri növlərinə aid edilir.
Sellərin 80-90%-i leysan mənşəlidir.

Qar uçqunları
Nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə olan sahələrdə baş
verir. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi milyon kub metrə çata
bilir.
Quru qar uçqunu, yaş qar uçqununa nisbətən daha sürətlə hərəkət edir.
Qar uçqunlarının əsas səbəbi qarın itensiv yağması və yamacların aşağı
hissələrinin əriməsidir. Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli
surətdə iri qar uçqunları təhlükəsi meydana çıxır.
Kifayət qədər qalınlıqda qar yağmış hər hansı dağlıq rayonda qar uçqunları
baş verə bilər.
Müdafiə üsulları qar yağmış hündürlükləri atəşə tutmaqdır.

Meteoroloji xarakterli təbii hadisələr

Fırtına – Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə
səbəb olur və güclü dağıdıcı gücə malikdir.
Qasırğa – Əsasən dolmuş buludlar arasında əmələ gəlir. Dairəvi şəkildə
fırlanaraq Yer səthinə enir. Yer səthinə endiyi andan 30 m dərinliyində 40-60 km
məsafəni qət edə bilir. Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200km/saat çata
bilir. Qasırğaların dağıdıcı təsiri küləyin sürətilə, eləcə də tufan və leysan yağışları
sayəsində törəyən yağışlarla müəyyən edilir. Küləyin sürəti 18 ballıq Bofort (Ser
Frensis Bofort (1774-1857) – ingilis admiralı, hərbi hidroqraf, xəritəşünas) şkalası
ilə ölçülür.
Tufan – Küləyin sürəti 0-dan səs sürətinə qədər ola bilir. 1946-cı ilə kimi 12
ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şkala ilə ölçülür. Tufanlar əsasən
atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin
sürəti 26 – 31 m/san arasında olur. Atlantik okeanında tufanların sürəti hətta 241,5
m/san-yə çatır.
Dolu – Atmosfer yağıntılarnın bir növüdür. Bulud daxilində qar topalarının
hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su
damcıları olur və Buz qatı ilə örtülür. Ölçüsü 5-dən 55 mm-ə qədərdir (təbiətdə

13sm, 1kq çəkisində müşahidə olunub). Xalq təsərrüfatına ən böyük ziyan vuran
təbii fəlakətdir. Dolular ən çox Gədəbəy, İsmayıllı və Şəki rayonlarında müşahidə
olunur.

Dəniz hidroloji təhlükəli təzahürlər

Sunamilər – ən təhlükəli təbii dəniz hidroloji hadisəyə aid edilir, yapon
dilindən “körfəzdə hündür dalğa” kimi tərcümə olunur.
Sunami sualtı və sahilyanı zəlzələlər nəticəsində yaranan dəniz dalğalarının
bir növüdür. Okeanın dibinin qalxması, enməsi zamanı sahildə qəflətən qeyri adi
hündür ləpələr peyda olur.
Sunamilər torpağın tektonik hərəkətindən, sualtı vulkanların püskürməsindən,
okeanda böyük torpaq hissələrinin çökməsindən, yeraltı sürüşmələrdən yaranır.

2004-cü ildə İndoneziyada baş vermiş Sunami və bundan zərər görməyən
məscid

Hidroloji təhlükəli təzahürlər

Daşqınlar, subasmalar – çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin
qalxması nəticəsində yerin xeyli ərazilərinin müvəqqəti olaraq su basmasıdır.
Bütün fəlakətlər arasında təkrar olunma sayına görə, ərazinin əhatə dairəsinə
görə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur.
Bəzi hallarda daşqınlar sürüşmələrə, çöküntülərə, sel axınlarına səbəb olur.
Hidroloji proqnoz aparmaq ilə, daşqınları proqnoz etmək olar.
Su basmiş sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük,
mühüm və faciəli olur.
Kiçik daşqınlar düzənlik çaylarına xarakterikdir. Onların dövrülüyü 10–15
ildən bir olur. Bunun nəticəsində alçaqda yerləşən torpaqların 10%-dən çoxunu su
basır. Kiçik daşqınlar insan qurbanları və maddi itkilərlə əlaqədar deyil.
Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına
gətirir. Bu zaman qiymətli dəyərlərin və insanların qismən köçürülməsi həyata
keçirilir. Böyük daşqınlar kənd təsərrüfatı sahələrini basmaqla, xeyli maddi və
mənəvi zərər vurur. 20–25 ildən bir baş verir.
Mühüm daşqınlar bütöv çay hövzələrini əhatə edir. Çox böyük maddi və
mənəvi xətər yetirməklə şəhər və kənd ərazilərində təsəruffat fəaliyyətinin pozur.
Su basmış zonalardan kütləvi köçürülmə tədbirləri həyata keçirilir.Mühüm
daşqınlar 50–100 ildən bir təkrar olunur və kənd təsərrüfatı sahələrinin 70% su
altında qalır..
Faciəli daşqınlar – bir və yaxud bir neçə çay sisteminin geniş sahələrini su
basır. Çox böyük insan qurbanları və maddi itkilərlə xarakterizə olunur. Faciəli
daşqınlar 100 – 200 ildən bir baş verir və 70% artıq kənd təsərüffatı sahələri,
şə
hərlər, yaşayış məntəqələri, sənaye müəssisələri, yollar, kommunikasiyalar su
altında qalır.

Sabirabadda baş vermiş daşqın

İ
nsanların infeksion (yoluxucu) xəstəlikləri

Epidemiya – kəsin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında
yayılmasına deyilir. Yolxucu xəstəliklərin törədiciləri mikroblardır (növləri:
bakteriyalar, viruslar, riktersiyalar və göbələklər).
Xəstəliklar aşağıdakı yollarla və vasitələrlə yayılırlar:
tənəffüz orqanları vasitəsilə;
yoluxmuş ərzaq məhsullarından və sudan istifadə edərkən;
Yoluxmuş əşyalara toxunarkən;
Xəstə adamlar və heyvanlarla təmasda olarkən və s.

Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri

Epizootiya – rayonda və ya ölkədə heyvanlar arasında xəstəliyin
yayılmasıdır.
Zərərvericilərin geniş yayılması da xalq təsərrüfatına, xüsusən də meşə və
kənd təsərrüfatına ciddi ziyan vurur. Eyni zamanda insanların məhvinə də gətirib
çıxarır. Məsələn: Son bir neçə ildə yayılmış quş qripi xəstəliyi bəzi yerlədə
insanların məhvinə səbəb oldu. 2005-2010-cu ilərdə quş qripi nəticəsində dünyada
yüzlərlə adam məhv olmuşdu.

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə
məruz qalması

Epifotiya – bitki xəstəliklərinin yayılmasından ibarətdir. Bu xəstəliklərə
təbiətdə geniş rast gəlinir. Bunlar: dənli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik
xəstəliyi və s.
Müxtəlif kimyəvi maddələrdən düzgün istifadə edilməməsi nəticəsində də
məhv ola və ya xəstəliklərə məruz qala bilər.
İnfeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə insanların, heyvanların
və bitkilərin mühafizəsi üzrə tədbirlər müvafiq orqanlar tərəfindən, o cümlədən də
dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir.

Texnogen xarakterli fövqəladə hallar

Bu halların əsas səbəbkarı insandır (90% qəzalar məsuliyyətsizliyin,
səhlənkarlığın, həddən ziyadə istismarın nəticəsidə baş verir yaxud qəsdən
törədilir).
Texnogen xarakterli fövqəladə hallar aşağıdakılar nəticəsində əmələ gəlir:
1)qəzalar; 2) yanğınlar; 3)partlayışlar

Qəzalar – qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub, insan
həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət
olunur. Qəzalar kommunal-enerji şəbəkəsində, nəqliyyatda və istehsalat
müəssisələrində baş verə bilər.
İstehsalatda baş verən qəzalar nəticəsində yanğınlar və partlayışlar baş verə
bilər. Bunun nəticəsındə isə bina və tikililərin, qurğu, texnikaların dağılması,
zədələnməsi, ərazinin suyun altında qalması, rabitə, elektrik və kommunal

şə
bəkədə zədələnmələr baş verə bilər. Partlayışlar zamanı zərbə dalğasının təsiri
yalnız dağıntılara deyil, insan tələfatına da gətirib çıxarır.
Partlayışlar çox zaman böyük həcmdə karbohidratların (metan, etan, propan)
istifadə edildiyi sahələrdə baş verir. Bəzi kimyəvi maddələrin yanma prosesində
zəhərli tüstü yaranır ki, bu da zəhərlənmələrə gətirib çıxarır.
Məsələn 1974-cu ildə İranda qarın yağması nəticəsində Tehran aeroportunun damı
uçulmuşdur. Bundan başqa mühəndis hesablama və istismar yüklənməsi
qaydalarının pozulması ucbatından da qəzalar baş verir.
Fövqəladə halların sayının artmasına səbəb olan texnogen amillər
Bu amillər sırasına aşağıdakılar aiddir:
– iqtisadiyyat sahələrində ən yeni təhlükəsiz texnologiyala ristifadə edilməməsi;
– israfçıl texnologiyalardan istifadə olunması davam edir ki, bu zaman işlədilən
təbii ehtiyatların 90%-dən çoxu zərərli istehsalat və məişət tullantıları kimi ətraf
mühitə atılır. Eyni zamanda günəş enerjisi, geoterminal və külək enerjisi kimi ən
ucuz və təhlükəsiz
enerji növlərindən əməli olaraq, istifadə edilmir.

Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları və prinsipləri

Fövqəladə hadisələr və təbii fəlakətlər əhali və xalq təsərrüfatı üçün təhlükə yaradır, insan tələfatına və böyük maddi itkilərə səbəb olur.
Ona görə də bu amillər, fövqəladə hadisələrin qabaqcadan proqnozlaşdırılmasını, profilaktik tədbirlərin hazırlanmasını, mülki müdafiənin təşkil olunmasını, əhalinin hazırlanması və müdafiə olunmasını, maddi sərvətlərin qorunmasının planlaşdırılmasını və təxirəsalınmaz digər tədbirlərin həyata keçirmək tələblərini qarşıya qoyur.
Azərbaycan Respublikası ərazisində mülki müdafiə tədbirlərinin həyata keçirilməsi və fövqəladə hadisələrdən əhalinin mühafizə edilməsi sahəsində əsas tədbirlər, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlir Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı ilə tənzimlənir.
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);
3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması);
4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi);
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması, mülki müdafiə idarəetmə orqanlarının və müvafiq icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir.
Əhalinin, maddi sərvətlərin və ərazinin fövqəladə hadisələr zamanı mühafizə olunması məqsədilə ərazi və sahə idarəetmə orqanlarında, mülki müdafiə tədbirləri planlaşdırılmış şəkildə həyata keçirilir.
Əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları.
Mühəfizənin əsas prinsipləri bunlardır:
• Ölkənin bütün ərazisində mühafizə tədbirlərinin əvvəlcədən hazırlanması və yerinə yetirlməsi;
• mühafizə tədbirlərinin mahiyətinin, həcminin və icrası müddətlərinin diferensial (fərqli) sürətdə, yəni təhlükənin dərəcəsinə müvafiq olmasi;
• əhalinin daha etibarlı mühəfizəsi və xalq təsərrüfatının dayanaqlı işinin təmin olunması üçün MM tədbirlərinin kompleks halında birgə həyata keçirilməsi.
Mühafizə tədbirlərini əvvəlcədən hazırlanması – hələ dinc dövrdə kütləvi mühafizə qurğuları fondunun (ehtiyatlarının) yaradılmasından və onların istifadəyə daim hazır halda saxlanmasından; əhalinin, o cümlədən fəhlə və qulluqçuların köçürülməsi üçün etibarlı hazırlıq görülməsindən və onların vaxtında köçırılməsindən; əhalinin mühafizəsi üçün həlledici əhəmiyyətli fərdi mühafizə vasitələri ehtiyatlarının yaradılmasından ibarətdir.
Mühafizə tədbirlərinin diferensial sürətlə yerinə yetirilməsi o deməkdir ki, bu tədbirlirin xarakteri və həcmi şəhərlərin və xalq təsərrufatı obyektlərinin siyasi, iqtisadi və hərbi əhəmiyyətindən, həmçinin yerli şəraitdən asılı olaraq müəyyən edilməlidir.
Mühafizə tədbirlərini kompleks halında yerinə yetirilməsi-fövqəladə hadisələrinin nəticələrindən mühafizənin bütün üsul- vasitilərini birgə səmərəli sürətdə tədbiq etməkdən, bunları MM- in əsas vəzifələrinin icra edilməsi üzrə bütün diqər tədbirlərlə əlaqəli sürətdə həyata keçirməkdən ibərətdir.
Əhalinin mühafizəsi üçün keçirilən kompleks tədbirlər. “Əhalinin mühafizəsi” termini altında ərazi, keçirilmə vaxtı, məqsədi, resurs və zərər çəkmiş ərazilərin zərərlərinin azaldılması, əhalinin daha böyük fəlakətlərdən qorunması, texnogen qəzalar, bədbəxt hadisələr və qəzaların azaldılması və yox edilməsi başa düşülür. Əhalinin mühafizəsi tədbirlərinin əsas hissəsinə xəbərdarlıq və fövqəladə hallar tədbiri və operativ vəziyyətdə mümkün ola biləcək faciələrin və təhlükələrdən ardıcıl olmaqla əhalinin xəbərdar edilməsi daxildir. Bu vaxt əhalinin yerləşdirilməsinin əsasını təbii şərait və digər yerli üsullar və həmçinin hazırlıq və mühafizə tədbiri üçün ekoloji imkanı nəzərdə tutulur.
Əhalinin mühafizə tədbirlərininin hazırlıqları yalnız təbii və texnogen hadisələrin mövcudluğu zamanı deyil, həm də ölkəni bürüyən müharibə şəraitində də təşkil olunur. Əhalinin fövgəladə hadisələrdən mühafizəsi üçün aşağıdaki tədbirlər daha vacib əhəmiyətə malikdir:
1) etibarlı xəbərdarlıq sisteminin yaradılması;
2) mühafizə qurğuları ehtiyatlarının yaradılması;
3) kombinasiya üsülu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün təhlükəsiz şəhərdənkənar zonaların hazırlanması;
4) əhalinin fərdi mühafizə vasitələri ilə təchiz edilməsi;
5) mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə öyrədilməsi;
6) ərzaq və suyun radioaktiv, kimyəvi maddələrdən, güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən mühafizənin təmin edilməsi;
7) radiasiya, kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya nəzarətinin təşkili;
8) rejimli tədbirlirin, sanitariya – gigiyena tədbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi.
Fövqəladə hadisə təhlükəsi yarandığı barədə xəbərdarlıq edilərkən əhali təhlükənin xarakterindən asılı olaraq aşağıdaki qaydalarla fəaliyyət göstərməlidir;
• kütləvi informasiya vasilərini (radioreproduktoru, radioqəbuledicni) daima şəbəkəyə qoşulu saxlamalı;
• şəhərdənkənar (təhlükəsiz) zonaya köçürülməyə hazırlaşmalı;
• fövqəladə hadisə ehtimalına görə daldalanacağın (sığınacağın) yerini dəqiqləşdirməli, kənd yerlərində radiasiya əleyhinə daldalanacaq düzəltməyə başlamalı;
• fərdi mühafizə vasitələrini, o cümlədən tibbi mühafizə vasitələrini əldə etməli, onları istifadə üçün hazırlamalı;
• radiasiyadan mühafizəyə hazırlıq işlərini davam etdirməlidir.
Köçürülmə haqqında sərəncam elan edilərkən:
• İstehsal fəaliyyətini dayandırmalı (müəssisə müdriyyətinin müvafiq sərəncamına uyğun olaraq);
• Şəhərdən təhlükəsiz zonaya çıxarılması və s. təşkil olunmalıdır.
Radioaktiv zəhərlənmə zonalarında tələfatı mümkün qədər azaltmaq məqsədilə burada radiasiyadan mühafizəsinin müəyyən rejimlərinə və əhalinin düzgün davranış qaydalarına riayət olunmalıdır. Hər hansı bir səbəbdən radioaktiv zəhərlənmə zonasında qalan adamlar bütün hallarda tənəffüs üzvlərini və bədənin səthini qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər. Zəhərlənmə zonasına girmədən əvvəl Aİ – 2 fərdi aptekçəsindəki radiasiya əleyhinə dərman həblərini qəbul etmək lazımdır; radioktiv maddələrlə çirklənmiş açıq sahələrdə xörək yemək, su içmək, papiros çəkmək, uzun müddət dayanmaq, dincəlmək və s. qadağandır. Zəhərlənmə zonasından çıxandan sonra qismən sanitariya təmizlənməsi keçirmək, həmçinin paltarları, ayaqqabıları, fərdi mühafizə vasitərini qismən və ya tam dezaktivasiya (deqazasiya) etmək, sonra isə dozimetrik nəzarətdən keçmək lazımdır. Bu tədbirlərin yerinə yetirilməsi radioaktiv zədələnmələrin səviyəsini xeyli azaltmağa imkan yaradır.
Radioaktiv zəhərlənmə zonalarında mühafizə rejimləri üzrə tövsiyələr konkret şəraitdən (mülayim, güclü və ya çox təhlükəli zəhərlənmə zonaları yarandığından) asılı olaraq müəyyən ediləcəkdir. Məsələn, mülayim zəhərlənmə zonasında (A zonası) əhali açıq sahələrdə qalmamalıdır. Mühafizə qurğularında qalma müddəti bir neçə saat (6 saatadək) ola bilər, bundan sonra isə adi yaşayış binalarına qayıtmağa icazə verilir. Bu zaman binalardan çöldə, açıq yerlərdə 4 saatdan artıq qalmaq olmaz. Bu cür məhdudlaşmalardan ibarət rejim bir sutkadan sonra sona yetir.
Güclü zəhərlənmə zonasında (B zonası) 1-3 sutka mühafizə qurgularında daldalanmaq lazımdır, lakin bundan sonra 4-cü gün adi yaşayış evlərinə qayıtmağa icazə verilir, binalardan çöldə qalma müddəti sutkada 3-4 saatadək məhdudlaşdırılır.
Müəssisələr, idarələr, o cümlədən MM –in tibb xidməti MM qərargahı tərəfindən müəyyən xüsusi rejim üzrə işləyir; açıq sahələrdə aparılan işlər bir neçə gün müddətində dayandırılır.
Təhlükəli zəhərlənmə zonasında (V zonası) adamlar mühafizə qurğularında 3 sutka, bəzən isə daha artıq qalmalıdırlar, ancaq 5 sutkadan sonra adi yaşayış binalarına qayıtmağa icazə verilir.
Çox təhlükəli zəhərlənmə zonasında (Q zonası) şüalanma dozalarının gücü çox yüksək olur və uzun müddət adamlar üçün xeyli təhlükə törədir. Belə zonada adamlar ən azı 6 sutka ərzində mühafizə qurğularında qalmalıdılar, adi yaşayiş binalarına 6 – 7 sutkadan sonra qayıtmağa icazə verilir; ilk imkan olan kimi (normadan artıq şüalanmaya yol vermədən) adamları bu zonadan köçürmək lazımdır.
Kimyəvi və bakterioloji zəhərlənmə ocaqlarında isə daha ciddi mühafizə rejimləri qoyulur.
Belə rejimlə əlaqadar olaraq, məsələn, kimyəvi zəhərlənmə zonasında qalmış adamlar dərhal mühafizə qurğularında daldalanmalı, yaxud fərdi mühafizə vasitələrin – əleyhiqazı, dərinin mühafizə vasitələrini qeyməli, lazımı hallarda antidotlardan istifadə etməlidilər; imkan tapıb qismən sanitariya təmizlənməsi keçirməli, sonra isə zəhərli ərazidən çıxmağa çalışmalıdırlır. Zəhərlənmiş zonadan kənarda onlar tam sanitariya təmizlənməsindən keçir, eyni zamanda paltarları, ayaqqabıları və fərdi mühafizə vasitələrini deqazasiya edirlər. Zəhərlənmiş sahələrdə fərdi mühafizə vasitələrini çıxarmaq, xörək yemək, su içmək, papiros çəkmək, uzun müddət qalmaq qadağandır.
Bakterioloji (bioloji) yoluxma zonasında isə, adamlar kimyəvi zəhərlənmə zonasında gördükləri tədbirlərdən əlavə həmçinin tam sanitariya təmizlənməsindən keçməli, paltarları və ayaqqabıları dezinfeksiya etməlidirlər.
Fövqəladə hadisələr zamanı əhalinin mühafizənin əsas üsulları:
• mühafizə qurğularında daldalanmaq;
• fərdi mühafizə vasitələrindən istifadə etmək;
• iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini təhlükəsiz zonaya köçürməkdən ibarətdir.

Comments are closed, but trackbacks and pingbacks are open.