Nazir müavini: Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin xilasetməsində böyük çətinliklərlə rastlaşırıq
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK ! • Hazırladılar: • Şirvan şəhər 1 saylı məktəbin hərbi rəhbəri ƏMƏKDAR müəllim • Əliyev Rəfail Şıxəli oğlu • Təşkilatçı, məktəb MM qərargah rəisi • Novruzov Elnur İlqar oğlu
MLK MDAF V FVQLAD HALLAR ZAMANI XLASETM VRDLR
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması-insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir. Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 1, bənd 5
FÖVQƏLADƏ HALLARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI QƏZA-XİLASETMƏ İŞLƏRİ DİGƏR TƏXİRƏSALINMAZ İŞLƏR
QƏZA-XİLASETMƏ İŞLƏRİNİN APARILMA MƏQSƏDLƏRİ ZƏRƏRÇƏKMİŞLƏRİN AXTARIŞI VƏ XİLAS EDİLMƏSİ ZƏRƏÇƏKMİŞLƏRƏ İLK TİBBİ YARDIMIN GÖSTƏRİLMƏSİ ZƏRƏRÇƏKMİŞLƏRİN MÜALİCƏ MÜƏSSİSƏLƏRİNƏ TƏXLİYƏSİ
QƏZA-XİLASETMƏ TƏDBİRLƏRİ • Ərazidə və hərəkət marşrutunda kəşfiyyatın aparılması; • Ərazidə və hərəkət marşrutunda yanğınların lokallaşdırılıb söndürülməsi; • Xilasetmə işlərinin aparılmasına maneçilik törədən təhlükəli və zərərli faktorların aradan qaldırılması və minimuma endirilməsi; • Zərərçəkmişlərin axtarışı və xilas edilməsi; • Zərərçəkmişlərə ilk tibbi yardım göstərilməsi və tibb müəssisələrinə təxliyyə edilməsi; • Əhalinin təhlükəli ərazilərdən çıxarılması; • Tibbi sanitariya təmizlənməsinin aparılması.
QƏZA-XİLASETMƏ İŞLƏRİNİN ƏSAS PRİNSİPLƏRİ • İşə tez bir zamanda(2 saatdan gec olmayaraq ) başlamalı, birinci 3 -4 saat müddətində sığınacaqlara hava vurmalı və onları açmalı; • 10 -12 saat müddətində ilk tibbi yardım göstərməli, bütün işləri bir sutka ərzində başa çatdırmalı; • İş zamanı mexanizmlərdən maksimum istifadə etməli; • İş zamanı təhlükəsizliyə ciddi riayət etməli.
DİGƏR TƏXİRƏSALINMAZ İŞLƏR Digər təxirəsalınmaz işlər(DTİ) aşağıdakı məqsədlərlə aparılır: -işlərin sürətli və təhlükəsiz aparılmasını təmin etmək; -zədələnmələrin genişlənməsinin qarşısını almaq
TƏXİRƏSALINMAZ İŞLƏRƏ AİDDİR: • Uçqunlarda maşın yolu və keçidlər düzəltmək; • Kommunal enerji şəbəkələrində qəzaların genişlənməsinin qarşısını almaq; • Dağılma təhlükəli bina və konstruksiyaların möhkəmləndirilməsi və ya sökülməsi; •
• Mühafizə qurğularının təmiri və bərpası; • Zərərçəkmiş əhali üçün birinci növbəli həyat fəaliyyətinin təmin edilməsi; • Partlayış təhlükəli əşyaların tapılması, zərərsizləşdirilməsi və məhv edilməsi; • Fövqəladə hadisə zonasında ərazinin sanitar təmizlənməsi.
KEÇİDLƏRİN VƏ YOLLARIN UÇQUNLARDAN TƏMİZLƏNMƏSİ •
YANĞINLARIIN LOKALLAŞDIRILARAQ SÖNDÜRÜLMƏSİ •
ZƏRƏRÇƏKƏNLƏRİN AXTARIŞI VƏ XİLASI •
UÇMA TƏHLÜKƏSİ OLAN KONSTRUKSİYALARIN MÖHKƏMLƏNDİRİLMƏSİVƏ YA DAĞIDILMASI
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK ! • Hazırladılar: • Şirvan şəhər 1 saylı məktəbin hərbi rəhbəri ƏMƏKDAR müəllim • Əliyev Rəfail Şıxəli oğlu • Təşkilatçı, məktəb MM qərargah rəisi • Novruzov Elnur İlqar oğlu
Nazir müavini: “Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin xilasetməsində böyük çətinliklərlə rastlaşırıq”
Nazir müavini: “Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin xilasetməsində böyük çətinliklərlə rastlaşırıq” Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin təxliyyə və xilasetməsində böyük çətinliklərlə rastlaşırıq. Bu çətinlikləri daha çox xilasedicilər hiss edir.
18 Sentyabr , 2019 11:03
https://static.report.az/photo/a7dfd1c4-546c-4a9f-8941-12932899900a.jpg
“Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin təxliyyə və xilasetməsində böyük çətinliklərlə rastlaşırıq. Bu çətinlikləri daha çox xilasedicilər hiss edir”. “Report” xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Onun sözlərinə görə, bu cür şəxslərin səs çıxarma və hərəkət etməsi ilə bağlı bir sıra çətinliklər müşahidə olunur: “Adətən səs çıxarılanda xilasedicilər insanları daha tez təxliyyə edə bilir. Amma bu olmayanda xilasedicilər otaqları bir-bir gəzməyə məcbur olur. Bəzən xilasedicilər hansısa hündürmərtəbəli binadan əlilliyi olan şəxsləri öz kürəyində aşağı düşürürlər”. Nazirliyin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva isə qeyd edib ki, son illər Azərbaycanda evlərdə elektrik cihazlarının sayı dəfələrlə artıb: “Bu da uşaqlı ailələrdə riskləri artırır. Bundan başqa, son zamanlar bağlı qapı arxasında qalan uşaqlarla bağlı Fövqəladə Hallar Nazirliyi nə edilən müraciətlərin sayı artıb. Buna görə də valideynlərə uşaqlarını nəzarətsiz qoymamalarını tövsiyə edirik. Ən böyük çətinliklər hündürmərtəbəli binalarda qalanlarla bağlı olur. Misal olaraq, son 40 gün ərzində bağlı qapı arxasında qalmaya aid 45 müraciət daxil olub”.
“Fövqəladə hallarda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmə orqanlarının fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilmişdir
Bakı, 16 avqust (AZƏRTAC). Avqustun 14-15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “Fövqəladə hallarda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmə orqanlarının fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, məşqin keçirilməsində əsas məqsəd baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı mərkəzin əməkdaşlarının qüvvə və vasitələrin idarəetmə imkanlarını artırmaqdır.
Qərargah məşqi zamanı Bakı şəhərinin Xətai rayonunun ərazisində şərti olaraq 5 fövqəladə hal modelləşdirilmiş və bu hallarla mübarizə məsələləri müzakirə edilmişdir.
Məşq iki mərhələdə keçirilmişdir.
Birinci mərhələdə mərkəzin struktur bölmələri xəbərdar edilmiş, “Həyəcan” siqnalı verilmiş, “Yüksək” hazırlıq və “Fövqəladə” rejim dərəcəsinə gətirilmə, fövqəladə hal rayonuna çıxmaq barədə qərarın qəbulu, çıxışın həyata keçirilməsi, əməliyyat tapşırığının təhlili və vəziyyətin qiymətləndirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər fəaliyyətlərin əlaqələndirilməsi həyata keçirilmişdir.
İkinci mərhələ isə fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin, həmçinin əməliyyata cəlb olunan qurumlarla qarşılıqlı əlaqənin təşkili və həyata keçirilməsi, işlərin başa çatması ilə əlaqədar növbətçi əməliyyat qrupunun müəyyənləşdirilməsi, şəxsi heyət, texnika, avadanlıq və əmlakın yoxlanılması, mərkəzin struktur bölmələrinin daimi dislokasiya yerlərinə qaytarılması üzrə fəaliyyətləri özündə əks etdirmişdir.
Qərargah məşqi uğurla həyata keçirilərək əsas məqsədə nail olunmuşdur.
Comments are closed, but trackbacks and pingbacks are open.