Bunları bilmək vacibdir
В ® С prosesi . Kristalın əriməsi .
Fövqlad hallarda zamani istifad olunan xüsusi texniki vasitlr
Fövqəladə Hallarda fərdi Mühafizə vasitələrindən istifadə Qaydaları və əhalinin, fəhlə və qulluqçuların Təchizat prinsipləri Əhalinin mühafizə qurğularında daldalanması,təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı,adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı,kimyəvi və ya bakteroloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin şəxsə heyyəti müəyyən müddət radioaktiv maddələr,zəhərləyici maddələr yaxud bakteroloji vasitələrlə zəhərlənmiş sahələrdə qalmalı, ya da burada xilas etmə işləri aparılmalıdır. Fərdi mühafizə vasitələri bunlardan ibarətdir: tənəffüs üzvlərinin mühafizə vasitələri; dəri səthinin mühafizə vasitələri; tibbi mühafizə vasitələri. Tənəffüz üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar,əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir. Müasir əleyhqazlar insanın tənəffüz üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin ( buxar, duman, qaz, tüstü, ZM damcılarının ), radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və istismar göstəricilərinə malikdir . Əleyhqazların təsiredici və süzücü növləri olur. Süzücü əleyhqazlar ( ümumqoşun, mülki, uşaqəleyhqazları) daha geniş yayılmışdır. Onların işi içərisində fəallaşdırılmış kömür ( katalizatorlar ) və aerozol əleyhinə süzgəclər olan süzücü uducu qutunun daxili qatlarından keçərək zəhərli havanın süzülüb təmizlənməsi prosessinə əsaslanır. Süzücü uducu qutunun qatları dəm qazını udub saxlaya bilmir , buna görə də tənəffüz üzvlərinin dəm qazından mühafizəsinin təmin edilməsi üçün xüsusi ( hopkalit ) patrondan istifadə olunur. Hazırda respublikamızın MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5, QP-5M, QP-7 tipli əleyhqazlardan istifadə etmək olar. Respirator da həmçinin nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır. Məsələn,havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də tarlalarda bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar üzlərinə sənaye respiratoru taxırlar. Respiratorlar suyadavamlı mastika vasitəsilə markalanmışdır: respiratorun ölçüsü – yarımmaskanın daxili səthində, yaxud burun sıxacağının səthində, məmulatın adı, onu hazırlayan müəssisənin şərti işarəsi və hazırlama ilinin sonuncu iki rəqəmi – elastik qaytanın səthində göstərilmişdir. Respiratorun ölçüsü həmçinin onun sənədində göstərilir. F.H zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibii yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyilə zəhərlənmənin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial vasitələr) təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür. Bunlara radioprotektorlar, antidotlar ( zəhər əleyhinə dərman ) və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir. Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik törədiciləri,radioaktiv toz düşməsindən,həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə ( ümumqoşun mühafizə komplekti-ÜMK, yüngül mühafizə kostyumu-L1 ) və əlaltı vasitələrə məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur. Mühafizə tədbirlərinin diferensial surətdə yerinə yetirilməsi o deməkdir ki, bu tədbirlərin xarakteri və həcmi şəhərlərin və təsərrüfat obyektlərinin siyasi, iqtisadi və hərbi əhəmiyyətindən, həmçinin yerli şəraitdən asılı olaraq müəyyən edilməlidir. Əhalinin fövqəladə hallarda mühafizəsi üçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə malikdir: əhalini fərdi mühafizə vasitələri ilə təmin edilməsi; etibarlı xəbərdarlıq sisteminin yaradılması; mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə öyrədilməsi; ərzaq və suyun radioaktiv, kimyəvi və bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi; rejimli tədbirlərin,sanitariya-gigiyena tədbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi; kambinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi,köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün şəhərdənkənar zonanın hazırlanması. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları müdafiə qurğularında daldalanmaq, fərdi mühafizə vasitələrindən istifadə etmək,iri və təhlükəli sahələrdən təhlükəsiz zonaya köçürülməkdən ibarətdir.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Bunları bilmək vacibdir
Bəşəriyyət özünün inkişafı boyu ətraf mühitlə sıx bağlı olub. XXI əsrdə o, yüksək sənayeləşmiş cəmiyyətin yaratdığı problemləri daha çox hiss etməkdədir. İnsanın təbiətə kəskin müdaxiləsi, bu müdaxilənin miqyasının genişliyi və müxtəlifliyi bəşəriyyət üçün qlobal təhlükələrlə nəticələnə bilər. Praktik olaraq planetimizin müxtəlif guşələrində hər an fövqəladə hadisələr yaranır və bunlar kütləvi informasiya vasitələri ilə bizə növbəti faciə, təbii fəlakət, qəza, hərbi münaqişə və terror aktı kimi çatdırılır. Fövqəladə halların sayı ildən-ilə durmadan artır. Bu isə o deməkdir ki, fövqəladə hallar nəticəsində qurbanların, yaralananların da sayı, vurulan maddi ziyanın miqyasları da daim artmaqdadır.
Sənaye obyektlərində və nəqliyyatda baş verən iri qəzalar və faciələr, eləcə də kortəbii və ekoloji bəlalar daha çox təhlükə yaradır. Sosial-ekoloji nəticələr bu zaman heç də iri hərbi münaqişələrin nəticələrindən geri qalmır. Bununla belə qəza və faciələr milli sərhədlər tanımır, böyük insan tələfatına yol açır və sosial, siyasi gərginliklər yaradır (burada Çernobıl faciəsini yada salmaq yerinə düşərdi). Yer kürəsinin müxtəlif kontinentlərində minlərlə potensial təhlükəli obyektlər istismar olunur və bu obyektlərdə elə böyük həcmdə radioaktiv, partlayıcı və zəhərləyici maddələr toplanmışdır ki, bütün bu ehtiyatlar, fövqəladə hal yaranarsa, ətraf mühitə əvəzedilməz zərbə vura bilər və hətta planetimizdə canlı həyatı tamamilə məhv edə bilər.
Fövqəladə halların yaranma şərtləri
Fövqəladə hadisə hər hansı bir prosesin gedişatında normadan kənara çıxma nəticəsində baş verir. Hadisənin inkişaf xarakteri və onun nəticələri isə müxtəlif mənşəli pozulma faktları ilə müəyyənləşdirilir. Bu sistemin fəaliyyətini pozan təbii, antropogen, sosial və ya digər təsirlər ola bilər.
Fövqəladə halların inkişafında beş mərhələ mövcuddur:
- normadan kənara çıxmaların üst-üstə yığılması;
- fövqəladə halların təşəbbüslü ortaya çıxması;
- fövqəladə hal prosesi;
- qalıq faktorların təsiri;
- fövqəladə halların ləğv edilməsi.
- yaranma mühitinə görə;
- texnogen;
- təbii;
- ekoloji;
- sosial-siyasi. Mümkün nəticələrin miqyasına görə:
- lokal;
- obyekt;
- regional;
- qlobal. İdarə mənsubluğuna görə:
- nəqliyyatda;
- tikintidə;
- sənayedə;
- kənd təsərrüfatında. Əsasını təşkil edən hadisələrin xüsusiyyətlərinə görə:
- yanğın;
- qəza;
- zəlzələ;
- hava şəraiti. Fövqəladə halların xarakteristikası Fövqəladə halların əsas xarakteristikalarını nəzərdən keçirək və əsasən texnogen xarakterli FH-da dayanaq, çünki texnogen faciələrin əsas səbəbi adətən insan faktorudur və bu da aşağıda göstərilən bütün səbəblərdə özünü biruzə verir:
- istehsalatın həddən artıq dolğunluğu;
- istehsal edilmədə konstruktiv səhvlər;
- avadanlığın xeyli köhnəlməsi;
- personalın səhvi;
- insanların birgə fəaliyyəti zamanı informasiyanın təhrif edilməsi;
- texnogen xarakterli fövqəladə hallar.
- Ayrıca elektrik stansiyalarında uzun müddətdə enerjinin kəsilməsi ilə nəticələnən qəzalar;
- Elektrik enerji qovşaqlarında istehlakçı və ərazilərin təchizində uzunmüddətli fasilə ilə nəticələnən qəzalar;
- Nəqletmə elektrik kontakt qovşaqlarının sıradan çıxması;
- Həyat təminatlı kommunal sistemlərdə qəzalar.
- Kanalizasiya sistemlərində.
- İstilik xətlərində.
- Su təchizatı sistemlərində.
- Kommunal qaz xətlərində.
- sənaye müəssisələrinin çirkab sularının təmizlənməsi qurğularında çirkabın 10 tondan artıq birdəfəlik tullanışı;
- sənaye qazlarının təmizlənməsi qurğularındaçirkləndirici maddələrin kütləvi tullanışı.
Fövqəladə vəziyyətlərin təsnifatı
Bunlar insan fəaliyyəti nəticəsində baş verən qəzalar, yanğınlar, partlayışlar və s-dir. İstehsalatın və xidmət sahələrinin həddən artıq müasir texnika və texnologiyalar ilə dolğunluğu yuxarıda sadalanan qəza və faciələrin sayını kəskin surətdə artırır. Nəqliyyat qəzaları. Bu, nəqliyyat vasitələrinin zədələnməsi, insan qurbanları və maddi ziyanla nəticələnən texnogen mənşəli ekstremal halların və ya təsadüfi kənar təsirlərin nəticəsidir. Yanğın və partlayışlar. Yanğın və partlayışlar müasir dünyada irimiqyaslı maddi ziyan, insan ölümü, ətraf mühitə ziyan və s. ilə nəticələnən ən geniş yayılmış fövqəladə haldır.Özünün kimyəvi təbiətinə görə bu, qeyri-nəzarətsiz yanmanın müxtəlif növləridir.
Güclü təsirə malik zəhərli maddələrin tullanması (və ya tullanma təhlükəsi olan qəzalar). Bu, sənayedə və nəqliyyatda böyük miqdarda olan və dağıdılması zamanı (obyektlərdə qəza vaxtı) atmosferdə asan yayılan və insanların kütləvi zəhərlənməsinə gətirib çıxaran zəhərli kimyəvi maddələrdir.
Radioaktiv maddələrin tullanması (və ya tullanma təhlükəsi olan) ilə nəticələnən qəzalar. Radiasiyanın təsiri canlı orqanizmlərin məhvinə gətirib çıxarır. Radiasiya yoluxması zamanı şüa xəstəliyi inkişaf edərək orqanizmin genetikasını pozur. Şüalanma radioaktiv maddələrdən istifadə edən müəssisələrin işləməsi, nüvə qurğularında qəzalar və radioaktiv tullantıların emalı və basdırılması ilə məşğul olan təşkilatların fəaliyyəti ilə bağlıdır.
Bioloji təhlükəli maddələrin tullanması (və ya tullanma təhlükəsi olan) ilə nəticələnən qəzalar. Bioloji təhlükəli maddələr kiçik miqdarda insan və heyvan orqanizminə düşərkən kütləvi infeksiyon xəstəliklər törədə biləcək maddələrdir. BTM-yə xüsusi təhlükəli infeksiyon xəstəliklər olan vəba, taun, təbii çiçək, qara yara və s. törədiciləri olan mikrob və bakteriyalar aiddir. Binaların qəflətən uçması. Bu tipli qəzalar adətən kənar faktorlarla, məsələn, insanların, texnikanın bir yerdə cəmləşməsi, fəal işlə bağlıdır. Bir çox hallarda bina və tikililərin uçması, çökmə, qruntlarda tikinti qaydalarına riayət edilməməsi, tikilən obyektlərin özüllərinin mühəndis- geoloji tədqiqatındakı qüsurlar, eləcə də bina, konstruksiyaların və müəyyən detalların lazımi əsaslandırılmaması nəticəsində baş verir.
Elektrik enerji sistemlərində baş verən qəzalarüç növdür:
Qəzaların dörd qrupu: Təmizləyici qurğularda baş verən qəzalar Burada iki qrup qəzalar seçilir:
Təbii ki, zəhərləyici və toksik maddələrin ətraf mühitə birdəfəlik iri miqyaslı tullanışı burada çalışan personala da mənfi təsir göstərir. Digər qəzalar hidrodinamik (bəndlərdə, su ölçmə stansiyalarında), təbii (geofiziki, geoloji, meteoroloji və aqrometeoroloji, dəniz hidroloji, hidroloji, hidrogeoloji, təbii yanğınlar), ekoloji mənşəli olur, eləcə də qurunun vəziyyətinin və hidrosferin tərkibinin dəyişməsi ilə bağlı olur ki, bunlar da öz növbəsində həm təbiətdə gedən proseslər, həm də insan həyatı və fəaliyyəti ilə bağlıdır.
Ərimə istiliyi. Xüsusi ərimə istiliyi
Kristal maddənin maye halına keçməsi prosesi ərimə adlanır. Hər bir kristal maddənin özünün ərimə temperaturu var. Maddənin ərimə temperaturu yalnız maddənin növündən asılıdır.
Kristal cismi əritmək üçün
– İstilik miqdarı verməklə cismi qızdırıb ərimə temperaturuna çatdırmaq lazımdır;
– Daha sonra cismə istilik miqdarı verməklə cismi əridirik. Bu enerji – krtistal qəfəsin dağılmasına sərf olunur.
– Ərimə zamanı maddənin temperaturu dəyişmir.
– Maddə tamamilə əriyəndən sonra mayenin temperaturu artır.
Ərimə temperaturunda götürülmüş 1 kq kütləli kristal maddəni tamamilə əritmək üçün lazım olan istilik miqdarına xüsusi ərimə istiliyi deyilir:
Xüsusi ərimə istiliyi
– Yalnız maddənin növündən asılıdır,
– İstilik miqdarından asılı deyil,
– Maddənin kütləsindən asılı deyil,
– Ölçü vahidi
Ərimə temperaturunda götürülmüş m kütləli kristal maddəni tamamilə əritmək üçün lazım olan istilik miqdarına ərimə istiliyi deyilir.
Ərimə istiliyinin düsturu:
Qərimə= λ ∙ m.
Mayenin kristallaşması zamanı ayrılan istilik miqdarı:
Qbərkimə= – λ ∙ m.
Kristal maddənin əriməsi zamanı
– maddənin temperaturu dəyişmir;
– maddə istilik miqdarı alır;
– Alınan istilik miqdarı kristal qəfəsin dağılmasına sərf olunur;
– Bərk cismin kütləsi azalır;
– Mayenin kütləsi artır;
– Maddənin daxili enerjisi artır.
Mayenin kristallaşması(bərkiməsi) zamanı
– Maddənin temperaturu dəyişmir;
– Maddə istilik miqdarı itirir;
– Mayenin kütləsi azalır;
– Bərk cismin kütləsi artır;
– Maddənin daxili enerjisi azalır.
m kütləli və t0 temperatura malik kristal cismi t ər ərimə temperaturuna qədər qızdırıb və sonra isə onu əritmək üçün lazım olan istilik miqdarı :
Q=Qqızma+Qərimə ,
Q = c ∙ m ∙ (tərimə – t0) + λ ∙ m.
Ərimə diaqramı
А ® В prosesi . Kristalın qızması .
Cisim istiliyi udur. Kristalın qızmasına sərf olunan istilik miqdarı:
Qkr.qızması = c ∙ m ∙ (tərimə – t1).
Kristalın temperaturu ərimə temperaturuna qədər artır.
В ® С prosesi . Kristalın əriməsi .
Kristalın kütləsi azalır. Mayenin kütləsi artır.
– B nöqtəsində maksimaldır;
– C nöqtəsində sıfıra bərabərdir
– B nöqtəsində sıfıra bərabərdir;
– С nöqtəsində maksimaldır.
С ® D prosesi. Mayenin qızması
Kristal tamamilə əridikdən sonra, maye qızır.
Kristal cismi ərimə temperaturuna qədər qızdırıb, onu əridib və alınmış mayeni qızdırmaq üçün lazım olan istilik miqdarı:
Comments are closed, but trackbacks and pingbacks are open.