Press "Enter" to skip to content

Afg oniston: faktlar va tarix

xan hakimiyyətinin qurulması. Yeni hökumətin daxili siyasəti.

AZƏrbaycan respublikasi təHSİl naz

islahatları. 1924-1925-ci illərdə qiyamların baş verməsi.

mənulla xanın devrilməsi (1928). 30-cu illərdə ölkənin daxili

fqanıstan II dünya müharibəsi illərində.

II dünya müharibəsindən sonra ölkənin sosial-iqtisadi

quruluşu. İctimai münasibətlərdə arxaik formaların saxlanıl-

ması. Amerika kapitalının nüfuzu. Müstəmləkə siyasətinə qarşı

Sovet-əfqan əməkdaşlığının genişlənməsi. 1964-cü il konsti-

tusiyası və siyasi həyatın fəallaşması. İqtisadi sahədə çətinlik-

lərin dərinləşməsi. Şah rejiminin böhranı. 1973-cü il çevrilişi və

fqanıstanın respublika elan edilməsi. M.Davud hökumətinin

fqanıstan Xalq Demokratik Partiyasının SSRİ-nin əli ilə

dövlət çevriliş etməsi. Əfqanıstan Demokratik Respublikasının

elan edilməsi (1978). M.Tərakinin Əfqanıstanın İnqilab

urasının sədri olması. H.Əminin onu devirməsi. Sovet xüsusi

hərbi dəstələrinin Kabildə prezident sarayını tutması və Əminin

prezidenti elan edilməsi. Sovet qoşunlarının Əfqanıstana

yeridilməsi (1979). Sovet ordusuna qarşı mütəşəkkil

müqavimətin təşkil edilməsi. ABŞ və Pakistanın sovet işğalına

qarşı mübarizə aparan mücahidləri dəstəkləməsi.

Nəcibullanın hakimiyyətə gəlməsi (1986). Milli barışığa

çağırış. Sovet qoşununun Əfqanıstandan çıxarılması (1989).

Hökumətin mücahidlərlə mübarizəsi. Mücahidlərin Kabili

tutması (1992). B.Rəbbaninin prezident elan edilməsi.

Hakimiyyət uğrunda daxili mübarizə (1996).

Taliban hərəkatının yaranması (1995). Taliblərin Kabili ələ

keçirməsi (1996). Ölkənin islam əmirliyi elan edilməsi.

Taliblərin daxili siyasəti. Taliblərin bütün Əfqanıstan ərazisinə

nəzarət etməsi (1999). Taliblərə qarşı Şimal alyansının təşkili.

imal alyansının taliblər üzərində qələbəsi (2001). Ölkənin

fqanıstan respublikası elan edilməsi. 2004-cü il konstitusiyası.

X.Karzayın pezidentlik dövrü.

NATO qoşunlarının Əfqanıstana daxil olması. Vətəndaş

müharibəsinin davam etməsi. ABŞ ordusunun Əfqanıstandan

çıxmasından sonra ölkədə siyasi vəziyyət.

Hindistan ərazisinin bölünməsi nəticəsində Pakistan

dövlətinin yaranması. İslahatların keçirilməsi. Respublika elan

edilməsi (1956). Siyasi qeyri-sabitlik (1957-1958). Hakimiyyətə

hərbiçilərin gəlməsi. M.Eyybxan hökumətinin iqtisadi siyasəti.

1962-ci il konstitusiyası.

Pakistanın xarici siyasəti. Hindistanla münasibət. Şərqi

Pakistanda milli hərəkat. 1969-cu ildə siyasi böhran və Yəhya

xan hakimiyyətinin qurulması. Yeni hökumətin daxili siyasəti.

lk dəfə olaraq Pakistanda parlament seçkilərinin keçirilməsi.

Benqalların Şərqi Pakistanda azadlıqları uğrunda mübarizəsi.

Hindistan-Pakistan müharibəsi. Hərbi rejimin süqutu.

partiyalarının Bhutto hökumətinə qarşı mübarizəsi.

1977-ci il hərbi çevrilişin səbəbləri. Ziya-ül-Həqq hərbi

rejiminin iqtisadi siyasəti. İslamın dirçəldilməsi və dünyəvi

dövlət prinsiplərindən imtina edilməsi tələbləri. Pakistan İslam

Respublikasının elan edilməsi (1979).

Ziya-ül-Həqqin ölümündən sonra keçirilən parlament

seçkilərində Pakistan Xalq Partiyasının qələbəsi. Bənazir

Bhuttonun baş nazir vəzifəsini tutması. Fövqəladə vəziyyətin

ləğvi, demokratik hüquqların, azadlıqların qaytarılması

göndərilməsi, baş nazir vəzifəsini N.Şərifin tutması.

90-cı illərdə nüvə proqramının inkişafı. Pərviz Müşərrəf

tərəfindən hərbi çevrilişin edilməsi (1999).

2000-ci ildən Pakistanın Şimal-Qərb regionunun Taliban

hərəkatının dayağı olması. 11 sentyabr 2001-ci ildən sonra

rəsmən Pakistanın Taliban rejimini dəstəkləməyə son qoyması.

2008-ci il parlament seçkilərində Xalq Partiyasının çox səs

qazanması və Pakistan Müsəlman Cəmiyyəti ilə birgə alyans

təşkil etməsi. P.Müşərrəfin prezidentlikdən getməsi (2008).

Prezident seçkilərində Asif Əli Zərdarinin qələbəsi. Zərdarinin

daxili və xarici siyasəti.

RƏB ÖLKƏLƏRI

raq ərazisinin I dünya müharibəsi illərində ingilis işğalı

altında olması. 1920-ci ildə Böyük Britaniya tərəfindən müasir

raq dövlətinin yaradılması. Onun tərkibinə Osmanlı

imperiyasının üç əyalətinin – Bəsrə, Mosul və Bağdadın

salınması. 1920-ci ildə Millətlər Cəmiyyəti tərəfindən Böyük

Britaniyaya İraqın idarə olunması məqsədi ilə 1932-ci ilə kimi

qüvvədə olmuş mandatın verilməsi.

raq krallığının elan edilməsi. Aqrar münasibətlər . Dünya

iqtisadi böhranının İraq iqtisadiyyatına təsiri. II dünya

müharibəsi ərəfəsində İraq uğrunda mübarizə.

II dünya müharibəsindən sonra 1947-ci ilin payızına kimi

ingilis qoşunlarının İraqda qalması. Milli-azadlıq hərəkatının

raqın Bağdad paktına qoşulması (1955). Monarxiyanın

devrilməsi və respublikanın elan edilməsi (1958). Aqrar

islahatların keçirilməsi. İraqın Bağdad paktından çıxması

(1959). İraqın daxili və xarici siyasəti. 1963-cü il ölkədaxili

hadisələr. 1968-ci il çevrilişi.

Neft sənayesinin milliləşdirilməsi prosesinin sona yetməsi.

Səddam Hüseynin hakimiyyətə gəlməsi (1979).

ran-İraq müharibəsi (1980-1988). Küveytin tutulması

(1990). “Səhrada Tufan” hərbi əməliyyatı nəticəsində İraqın

məğlubiyyəti və Küveytin suverenliyinin bərpa olunması

(1991). İraqa qarşı BMT-nin sanksiyalarının tətbiqi və onun

Beynəlxalq koalisiya qoşunlarının İraqa müdaxiləsi və

Səddam rejiminin devrilməsi (2003). Səddamın edamı (2006).

Ölkədə qeyri-sabitliyin hökm sürməsi. ABŞ hərbi

hissələrinin İraqdan çıxarılması və hakimiyyəti yeni İraq

hökumətinə təhvil verdikdən sonra ölkədə hərbi-siyasi

vəziyyət. Radikal dini ekstremist hərəkatların fəallaşması.

I dünya müharibəsindən sonra Misir üzərində ingilis

qəyyumluğunun elan edilməsi. 1918-1923-cü illərdə milli-

azadlıq hərəkatının xarakteri. Milli burjuaziya və onun “Vəfd”

partiyası. Misirin suverenliyi haqqında deklarasiya (1923).

Vəfdçi hökumətin təşkil edilməsi və onun siyasəti.

1929-1932-ci illər dünya iqtisadi böhranının Misir

iqtisadiyyatına təsiri. 30-cu illərdə milli-azadlıq hərəkatının

yenidən yüksəlməsi. İngiltərə-Misir müqaviləsi (1936).

II dünya müharibəsi illərində Misirin ərazisində hərbi

II dünya müharibəsindən sonra Misirdə iqtisadi vəziyyətin

pisləşməsi. Xalqın antiimperialist mübarizəsi. 1936-cı il

ngiltərə-Misir müqaviləsinin ləğv edilməsi. C.Ə.Nasirin

başçılığı ilə “Azad zabitlər” təşkilatı. Hərbi çevriliş. Kralın

C.Ə.Nasirin prezident seçilməsi (1953). Aqrar islahat. Milli

iqtisadiyyatın inkişaf planı. Süveyş kanalının milliləşdirilməsi

(1956). İngiltərə-Fransa-İsrailə qarşı mübarizə.

rəb birliyi məsələsi. Birləşmiş Ərəb Respublikasının

yaradılması (1958). İsrailin Misirə hücumu (1967) və onun

nəticələri. C.Nasirin ölümü (1970).

Ə.Sədatın hakimiyyətə gəlməsi. 70-ci illərdə Misirin daxili

və xarici siyasətinin dəyişilməsi. Ərəb-İsrail müharibəsi (1973).

“Açıq qapı” siyasəti. İsrail və ABŞ-la yaxınlaşma. Kemp-Devid

sazişi (1979). Müqavilənin ərəb dünyasında kəskin narazılıqla

qarşılanması. Müxalifətin çıxışları.Hökumətin repressiyalar

aparması. Ə.Sadatın öldürülməsi (1981).

H.Mübarəkin hakimiyyətə gəlməsi. Onun daxili və xarici

siyasəti. Misirin ərəb dünyası ilə əlaqələrini nizama salması.

1987, 1993, 1999-cu illər referendumlarında Mübarəkin

Sosial problemlərin, işsizliyin səviyyəsinin qalxması,

2004-cü ildə yeni Nazirlər Kabinetinin seçilməsi. 2005-ci

ildə konstitusiyada seçki qanununda düzəlişlərin edilməsi.

1990-2000-ci illərdə özəlləşdirmə siyasətinin ardıcıl

korrupsiyanın xüsusi sahibkarlığın inkişafına maneələr

törətməsi və xalqın sosial-iatisadi durumunun aşağı səviyyədə

2010-cu ildə parlamentə seçkilərdə hakim partiyanın səs

çoxluğu qazanmasına qarşı xalq kütlələrinin fasiləsiz etiraz

aksiyalarına başlaması. Hökumətin istefası. 2011-ci ilin

fevralında 30 illik Mübarək rejiminin hakimiyyətdən

getməsi.Ölkədə siyası qarışıqlığın davam etməsi.

SURIYA VƏ LIVAN.

I dünya müharibəsindən sonrakı dövrdə bütün ərəb

ölkələrində feodal münasibətlərin hökm sürməsi.

Suriyanın və Livanın idarə mandatının Fransaya verilməsi.

Xalqın mübarizəsi. 1920-ci ildə Əmir Feysəlin kral seçilməsi.

1926-cı ildə Livanın Fransa mandatı altında respublika elan

1925-1927-ci illərdə Suriyada kəndli üsyanları. Üsyanın

yatırılması və nəticələri. Suriyada milli hökumət (1936-1939).

27 sentyabr 1941-ci ildə Suriyanın və 26 noyabr 1941-ci ildə

Livanın müstəqilliyinin elan edilməsi. Mandatın tam ləğv

edilməməsi. 1943-cü ildə yaranmış “Ərəb dirçəlişi” təşkilatının

Suriya və Livanın Fransa mandatından azad olması uğrunda

1946-cı ildə Suriya və Livandan xarici qoşunların

Suriyada yaranan Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS)

və onun proqramı. İsrail dövləti elan edildikdən sonra Suriya və

Livanın I Ərəb-İsrail müharibəsində iştirak etməsi (1948).

Livana 100 min fələstinlinin qaçması.

Suriyada Ə.Şişəklinin hakimiyyət dövrü (1949-1954).

Livan prezidenti K.Şamunun yeni seçki qanunu və qərb

ABŞ-ın İngiltərə və Fransanı Yaxın Şərqdən sıxışdırmaq

məqsədi ilə yürütdüyü siyasət və “Eyzenhauer doktrinası”

(1957). Livanın “doktrina”ya qoşulması və ölkə daxilində

yaranan siyasi böhran. Vətəndaş müharibəsi (1958). Yaranan

yeni hökumətin müstəqil siyasət yeritməsi.

Suriya hökumətinin “doktrina”nı pisləməsi. ABŞ-ın

Suriyanı iqtisadi boykota məruz qoyması.

1958-ci ildən 1967-ci ilədək (İsrail təcavüzünə kimi)

Livanda nisbi sakitliyin olması. Şiə Amal hərəkatı (1975).

Xristian icmaları əsasında Livan cəbhəsinin yaranması (1978).

Sünni İslam birliyi hərəkatının meydana gəlməsi (1982).

Xristian və müsəlman icmaları arasında baş verən II vətəndaş

müharibəsi (1975-1990). Taif müqaviləsi.

R.Xaririnin öldürülməsi və nisbi sakitliyin pozulması.

sraillə münaqişə və ölkədə xaosun

1958-ci ildə Suriya və Misirin bir dövlətdə – BƏR-də

birləşməsi. İki dövlətin inteqrasiyasında yaranan çətinliklər.

Suriyanın BƏR-dən çıxması (1961). İsraillə “altı günlük”

müharibədə Misirin, Suriyanın, İordaniyanın məğlubiyyəti

(1967) və nəticələri. BƏƏS daxilində fikir ayrılığı.

Referendum nəticəsində H.Əsədin prezident seçilməsi

(1970). H.Əsədin daxili və xarici siyasəti. Hərbi məsələlərdə

fəallıq. H.Əsədin ölümündən sonra oğlu Bəşər Əsədin prezident

seçilməsi (2000). B.Əsədin atasının başladığı liberallaşma və

modernləşmə siyasətini davam etdirməsi.

Ölkənin sosial-iqtisadi vəziyyəti.

Sosial-iqtisadi durumun aşağı səviyyədə olmasından narazı

olan xalq kütlələrinin etiraz aksiyaları. Siyasi qarşıdurma.

müharibəsi,İŞİD, böyük dövlətlərin siyasəti.

TROPIK VƏ CƏNUBI AFRIKA.

I dünya müharibəsindən sonra Almaniyanın Afrikadakı

müstəmləkələrinin qalib ölkələr arasında bölüşdürülməsi.

Mandat sisteminin təsis edilməsi. Milli-azadlıq mübarizəsinin

yeni forma və üsulları.

Efiopiyanın iqtisadi və siyasi vəziyyəti. İtaliya təcavüzü və

xalqın İtaliya faşistlərinə qarşı mübarizəsi (1936-1941).

Efiopiya II dünya müharibəsi illərində.

Cənubi Afrikanın sənaye inkişafı. Milli konqresin fəaliyyəti.

1918-1922-ci illərdə kütləvi tətillər.

Cənubi Afrika İttifaqı dünya iqtisadi böhran illərində. Faşist

təşkilatlarının yaranması. Cənubi Afrika İttifaqının hakim

dairələrinin Cənub-Qərbi Afrikada siyasəti.

Cənubi Afrika İttifaqı II dünya müharibəsi illərində. II

iqtisadiyyatında Afrikanın rolunun artması. ABŞ-ın Afrikaya

iqtisadi və siyasi nüfuzu. Kütləvi ictimai-siyasi və həmkarlar

təşkilatlarının yaranması. V Panafrika konqresi (1945) və siyasi

müstəqillik şüarının irəli sürülməsi.

Asiya və Ərəb ölkələrinin (Şimali Afrikanın) milli-azadlıq

müstəmləkəçiliyə qarşı mübarizədə qalibiyyət. Qana və

Qvineyada (1957, 1958) müstəqilliyin elan edilməsi. “Afrika

ili”ndə (1960) 17 yeni dövlətin yaranması. Şərqi Afrikanın

müstəqil dövlətləri (1961-1964).

möhkəmlətmək” məqsədi ilə Efiopiyada Afrika Birliyi

Təşkilatının yaranması (25 may 1963). BMT-nin qərarı ilə bu

tarixin Afrikanın azadlıq günü kimi qəbul edilməsi.

Cənubi Afrikada saxlanılan iri müstəmləkələr. Cənubi

Afrikanın azadlığı uğrunda mübarizə. Bir sıra Cənubi Afrika

ölkələrində milli-azadlıq mübarizəsinin qələbəsi (1966-1980).

Namibiya xalqının müstəqillik uğrunda mübarizəsi.

Müstəqillik əldə edildikdən sonra Afrika ölkələrinin iqtisadi,

sosial və siyasi problemləri. Inkişaf yolu seçimi problemi. Bir

sıra ölkələrin sosialist yönlü yol seçməsi (Efiopiya, Konqo,

Qvineya, Tanzaniya və.s). Kapitalist münasibətlərinin inkişafı

(Zairdə, Keniyada, Nigeriyada, Seneqalda və sairə ölkələrdə).

Bir çox ölkələrdə hakim elitanın təşəkkül tapmasında

ziddiyyətlərin olması. Tayfa-qəbilə, dini, etnik münaqişələr.

razi mübahisələri. Siyasi rejimin qeyri-sabitliyi. Çoxlu sayda

dövlət çevrilişlərinin səbəbləri. Ayrı-ayrı ölkələrdə avtoritar,

diktatura rejimlərinin meydana çıxması. Cənubi Afrika

Respublikası Aparteid rejimindən sonra.

1980-cı illərin ortalarında iqtisadi və sosial böhranın

dərinləşməsi. BMT tərəfindən Afrikanın iqtisadi inkişafını

nəzərdə tutan xüsusi proqramın hazırlanması.

1990-cı ilin ortalarında 30-dan çox Afrika ölkəsinin

avtoritar, diktatura və birpartiyalı rejimlərdən çoxpartiyalı siyasi

Afrikanın gələcək inkişafı ilə bağlı ekspert rəylərinin

dəbiyyat siyahısı:

1.Y.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 1986.

2. N.Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1991.

3. N.Babayeva-Vəkilova. Cənubi Azərbaycan maarifçiləri.

4. История стран Азии и Африки в новое время. Москва,

5. История стран Азии и Африки в средние века.

6. История Африки в XIX-начале XX в. Москва, 1984.

7. История национально-освободительной борьбы

Африки в новое время. Москва, 1976.

8. Новая история стран зарубежной Азии и Африки.

9. История национально-освободительной борьбы

Африки в новейшее время. Москва, 1978.

10. История Ирана. Москва, 1977.

11. История Китая с древнейших времен до наших дней.

12. Очерки новейшей истории Японии. Москва, 1977.

13. А.М.Родригес. История стран Азии и Африки в

время. Москва, 2006.

14. Очерки новой истории Ирана. Москва, 1978.

15. Новейшая история Китая. Москва, 1984.

16. Новейшая история арабских стран. Москва, 1968.

Afg’oniston: faktlar va tarix

Afg’oniston Markaziy Osiyo, Hindistonning quyi qit’asi va Yaqin Sharqning chorrahasida strategik mavqega ega o’tiradigan joyga ega. Uning tog’li hududiga va qattiqqo’l mustaqil aholiga qaramasdan, mamlakat tarix davomida vaqt o’tishi bilan bosib olingan.

Bugungi kunda Afg’oniston urushga jalb qilingan, NATO kuchlari va mavjud hukumatni toliblar va uning ittifoqchilariga qarshi kurashgan.

Afg’oniston – G’arbga qarshi G’arb bilan uchrashadigan ajoyib, ammo zo’ravonliklarga asoslangan mamlakatdir.

Poytaxt va yirik shaharlar

Sarmoya: Kobul, aholisi 3,475,000 (2013 yil)

  • Qandahor aholisi 491,500
  • Herat, 436,300
  • Mozori Sharif, 375.000
  • Kunduz, 304,600
  • Jalolobod, 205 ming kishi

Afg’oniston hukumati

Afg’oniston – Prezident tomonidan boshqariladigan Islomiy Respublikadir. Afg’oniston rahbarlari eng ko’p ikki yil muddatga xizmat qilishi mumkin. Ashraf G’ani 2014 yilda saylandi. Hamid Karzay ikki muddat prezident oldida xizmat qildi.

Milliy Assambleya ikki tomonlama qonun chiqaruvchi organ bo’lib, u 249 a’zodan iborat bo’lgan Uy (Wolesi Jirga) va 102 a’zoga ega bo’lgan oqsoqollar uyi (Meshrano Jirga).

Oliy sudning (Stera Mahkama) to’qqizta hakami prezident tomonidan 10 yil muddatga tayinlanadi. Ushbu uchrashuvlar Wolesi Jirga tomonidan tasdiqlanishi kerak.

Afg’oniston aholisi

Afg’oniston aholisining soni 32,6 millionni tashkil qiladi.

Afg’onistonda bir qator etnik guruhlar yashaydi.

Eng katta aholisi – Pashtun , aholining 42 foizi. Tojiklar 27 foiz, Xazar 8 foiz, o’zbeklar 9 foiz, Ayaks 4 foiz, Turkmaniston 3 foiz, Balujchi 2 foiz. Qolgan 13 foiz – Nuristanis, Kizibashis va boshqa guruhlarning kichik guruhlari.

Afg’onistondagi ayollar va erkaklar uchun kutilgan umr 60 yil.

Bolalar o’limi ko’rsatkichi dunyodagi eng yomon 1000 tirik tug’ilishga 115 dir. Bundan tashqari, ona o’limining eng yuqori ko’rsatkichlaridan biri ham mavjud.

Rasmiy tillar

Afg’onistonning rasmiy tillari – Dari va Pashto, ikkalasi ham Eronning kichik oilasida Hind-Evropa tillari. Yozilgan Dari va Pushto ham arabcha o’zgartirishlar kiritilgan. Boshqa afg’on tillari orasida Xazaragi, o’zbek va turkman tillari mavjud.

Dari – afar tilidagi fars tilining dialektidir. Eron tilidagi so’zga o’xshash va talaffuz etilishi bilan farq qiladi. Ikkala tomon o’zaro tushunarli. Afg’oniston aholisining 33 foizi birinchi til sifatida Dari gapiradi.

Afg’oniston xalqining qariyb 40 foizi Pashtun qabilasining tili Pashto bilan gaplashadi. Pokistonning g’arbiy Pashtun tumanlarida ham so’z yuritiladi .

Din

Afg’oniston xalqining aksariyati musulmon bo’lib, 99 foizga yaqin. Taxminan 80 foizi sunniy va 19 foizi shia.

Yakuniy bir foizga taxminan 20 000 bahoiylar, 3000-5000 xristianlar kiradi. Faqat bitta Buxoro yahudiysi bo’lgan Zablon Simintov 2005 yilga kelib qolgan. Yahudiy jamoasining boshqa a’zolari Sovetlar Afg’onistonni 1979 yilda bosib olganlaridan qochib ketishgan.

1980-yillarning o’rtalarigacha Afg’onistonda 30 mingdan 150 minggacha Hindus va Sikxlar yashagan.

Tolibon rejimi davrida hindu ozchilik jamoatchilikka chiqqanda sariq ko’ylaklar kiyishga majbur bo’ldi, hindu ayollar esa islom uslubidagi hijob kiyish kerak edi. Bugungi kunda faqat bir nechta Hindus qolmoqda.

Geografiya

Afg’oniston shimolda Eronga , Turkmanistonga , O’zbekistonga va Tojikistonga , chegara shimoli-sharqida Xitoy bilan chegaradosh, sharqda va janubda Pokiston bilan chegaradosh erga qulflangan mamlakatdir.

Uning umumiy maydoni 647,5 ming kvadrat kilometr (taxminan 250,000 kvadrat milya).

Afg’onistonning aksariyati Hindu Kush tog’larida, pastda joylashgan ba’zi cho’l hududlari. Eng baland nuqta – Nowshak, 7,486 metr (24,560 metr) da. Eng pasti Amudaryo havzasi, 258 metrga (846 metr).

Afg’onistonda qurg’oqchil va tog’li mamlakat kam qishloq xo’jaligi ekinlari mavjud; 12 foizi ekiladi va faqatgina 0,2 foizi doimiy o’simlik qoplamasida saqlanadi.

Iqlim

Afg’oniston iqlimi juda quruq va mavsumiydir, harorat balandligi bilan farqlanadi. Kobulning yanvar oyi o’rtacha harorati 0 daraja (32 Fahrenheit), iyulda tushdan keyin harorat 38 Selsiyga (100 Fahrenheit) to’g’ri keladi. Jalalobod yozda 46 daraja (115 Frenenshit) urishi mumkin.

Afg’onistonda yomg’ir yog’ishi ko’pincha qish qor shaklida bo’ladi. Butun mamlakat bo’yicha o’rtacha yillik o’rtacha 25-30 santimetr (10-12 dyuym), ammo tog ‘vodiysida qor halokati 2 metrdan oshiqroq chuqurlikda joylashgan.

Cho’lda 177 km / soat tezlikka (110 milya) ko’tarilgan shamollarda qumli bo’ronlar paydo bo’ladi.

Iqtisodiyot

Afg’oniston eng qashshoq mamlakatlardan biri. Aholining jon boshiga to’g’ri keladigan yalpi ichki mahsuloti 1,900 AQSh dollarini tashkil etadi va aholining taxminan 36 foizi qashshoqlik chegarasida yashaydi.

Afg’oniston iqtisodiyoti yiliga milliardlab AQSh dollari miqdorida xorijiy yordam olishni ta’minlaydi. Qolaversa, besh milliondan oshiq muhojirlar va yangi qurilish loyihalarini qaytarib olish yo’li bilan tiklanish davom etmoqda.

Mamlakatning eng qimmat eksporti – afyun; bartaraf etish sa’y-harakatlari aralash muvaffaqiyatga aylandi. Boshqa eksport mahsulotlariga bug’doy, paxta, jun, qo’l san’atlari va qimmatbaho toshlar kiradi. Afg’oniston oziq-ovqat va energiyaning ko’p qismini import qiladi.

Qishloq xo’jaligi, ish kuchi, sanoat va xizmatlarning 80 foizini har birining 10 foizini ish bilan ta’minlaydi. Ishsizlik darajasi 35 foizni tashkil etadi.

Valyuta afg’oniy. 2016 yildan boshlab 1 AQSh dollari = 69 afg’oniy.

Afg’oniston tarixi

Afg’oniston kamida 50 ming yil muqaddam joylashdi.

Mundigak va Balx kabi dastlabki shaharlar 5000 yil muqaddam paydo bo’lgan; ular, ehtimol, Hindistonning Aryan madaniyati bilan bog’liq bo’lgan.

Miloddan avvalgi 700-yillarda Mediya imperiyasi Afg’onistonga o’z boshqaruvini kengaytirdi. Midiya, Eron xalqi, Forsning raqiblari edi. Mil. Avv. 550 yilga kelib, forslar Ahyonidlar sulolasiga asos solib, Midiyalarni tark etdilar.

Makedoniyalik Makedoniyalik Aleksandr mil. Avv. 328 yilda Baqtriyada (Balx) poytaxti bilan yunon imperiyasini asos solgan. Yunonlar miloddan avvalgi 150-yillarda Kushonlar, keyinchalik Parthianlar ko’chmanchi eronliklar tomonidan ko’chirildi. Parfiyaliklar milodiy 300 yilgacha Sassaniylar nazorat o’rnatgan edilar.

Afg’onlar ko’pincha Hindu, Buddist yoki Zardushtiydi, lekin 642 yillarda arab bosqini islomga kirdi. Arablar sassaniyaliklarni mag’lubiyatga uchratib, 870 yilgacha hukmronlik qildilar. O’sha paytda ular yana farslar tomonidan quvib chiqarildi.

1220 yilda Chingizxon boshchiligidagi mo’g’ul jangchilari Afg’onistonni mag’lub qildilar va mo’g’ullar avlodlari 1747 yilgacha mintaqaning ko’p qismini boshqarardilar.

1747 yilda Durrani sulolasi, Pashtun etnik Ahmad Shoh Durrani tomonidan tashkil etilgan. Bu zamonaviy Afg’onistonning kelib chiqishiga sabab bo’ldi.

O’n to’qqizinchi asr Markaziy Osiyoda ” Buyuk o’yin ” da Rossiya va Britaniya o’rtasida raqobat kuchayib borayotganligi guvohi bo’lgan. Britaniya 1839-1842 va 1878-1880 yillarda afg’onlar bilan ikki urush olib bordi. Angliya birinchi Angliya-Afg’on urushiga joylashtirildi, ammo ikkinchidan keyin Afg’onistonning tashqi aloqalarini nazorat qildi.

Afg’oniston Birinchi jahon urushida betaraf qoldi , ammo Voris Shahzoda Habibulla 1919 yilda pro-britaniyalik g’oyalar uchun suiqasd qilindi.

Keyinchalik o’sha yili Afg’oniston Hindistonga hujum qilib, ingilizlarni afg’on tashqi ishlar vazirligidan voz kechishga majbur qildi.

Habibullohning kichik ukasi Omonulloh 1929-yil 1929-yil chiqarganiga qadar hukmronlik qilgan. Uning amakivachchasi Nodir Xon qirollik qilgan, lekin suiqasddan oldin to’rt yil davom etgan.

Nodir Xonning o’g’li Muhammad Zohir Shoh 1933 yildan 1973 yilgacha taxtni egalladi. U davlatni respublikani e’lon qilgan amakivachchasi Sardor Daud tomonidan to’ntarishdan chetlatildi. Daud 1978 yilda Sovet Ittifoqi tomonidan qo’llab-quvvatlangan, marksistik rejim o’rnatgan PDPA tomonidan o’chirib tashlandi. Sovetlar 1979 yilda bosib olinadigan siyosiy beqarorlikdan foydalandi; ular o’n yil davomida qoladi.

Warlords, 1989 yildan boshlab, ekstremist Tolibon hokimiyatni qo’lga kiritgandan so’ng 1989 yilgacha hukmronlik qilgan edi. Tolibon rejimi Usama bin Lodin va Al-Qoidaning qo’llab-quvvatlashi uchun 2001 yilda AQSh boshchiligidagi kuchlar tomonidan chiqarildi. Birlashgan Millatlar Tashkilotining Xavfsizlik Kengashi tomonidan qo’llab-quvvatlangan yangi Afg’oniston hukumati tuzildi. Yangi hukumat AQSh boshchiligidagi NATO qo’shinlari Tolibon qo’zg’oloni va soya hukumatlariga qarshi yordam olishda davom etdi. Afg’onistondagi AQSh urushi rasmiy ravishda 28 dekabr kuni nihoyasiga yetdi.

Fqanıstan tarixi

Bizim “Qarabağ Azərbaycandır” kəlməsini Azərbaycan tarixinə əbədi həkk edən Liderimiz var

27 SENTYABR 2020-Cİ İLDƏ Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.

Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan rəhbərliyi ötən ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atanda yəqin düşünürmüş ki, bu, onlara itirilmiş ictimai nüfuzu qaytaracaq və yaxud Azərbaycan üzərində kiçik qalibiyyət belə onlara erməni cəmiyyətindəlovğlanmaq üçün bir xeyli vaxt qazandıracaq. Amma bu dəfə onların fikirləşdiyi kimi olmadı, Vətən müharibəsi Ermənistanın siyasi konyukturasının bütün mənfur planlarını alt-üst etdi, 27 sentyabr tarixi onların dırnaqarası arzularının tükənən günü oldu. Azərbaycan xalqıöz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib. Prezident İlham Əliyevin həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Xalq-Prezident-Ordu birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.

Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradandaAzərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişəsinin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi.Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də bu mənfur plan alınmadı, Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.

Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyir. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bir il öncə döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.

Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, dost və qardaş ölkələrin siyasi-mənəvi dəstəyi xalqımızın və dövlətimizin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun hakimiyyətdə olduğu illərdə ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Və bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da qalib gəldi.

Prezident İlham Əliyev vurğulayır ki, biz bu qələbəyə hər zaman hazırlaşırdıq. Dövlət başçısı bu sözləri deyəndə həm də ölkəmizin iqtisadi gücünü də nəzərdə tutur. Bu illər ərzində Azərbaycanda formalaşan iqtisadi potensial bizi bu qələbəyə addım-addım yaxınlaşdırdı. Bir vaxtlar “neftin pulları hara gedir” sualını verənbədxahlara 44 günlük Vətən müharibəsinin qalibiyyəti ən yaxşı cavab idi. Biz o pulları düşmənin başına yağış kimi yağan müasir silahlarda gördük. Biz o pulları Azərbaycanın güclü, bütün dünyanı mat qoyan samballı ordu quruculuğunda, Ali Baş Komandan İlham Əliyevin dünyanın 50 ən güclü ordusundan birinə çevirdiyi Azərbaycan Silahlı Qüvvələrinin rəşadətində, Vətən sevgisində gördük. Amma elə dəyərlər də var ki, onlar nə pulla alınır, nə də satılır. Bizim bu müharibədəki ən böyük üstünlüyümüz mənəvi bütövlüyümüz idi. Hakimiyyətdə olduğu dövrdə Azərbaycanda həm də millət quruculuğu prosesini həyata keçirən Prezident İlham Əliyev bizi mənən də qalib etdi. Biz bundan sonra başı dik, üzü ağ gəzəcəyik! Çünki biz qalib ölkənin vətəndaşlarıyıq. Bizim Qalib Ordumuz var! Bizim xalqın övladları – müstəqillik dövründə yetişən gənc nəsil tariximizi də, taleyimizi də ən ağır töhmətdən xilas edib, inanılmazı gerçəyə çevirib, bizə böyük Qələbəni yaşadıb!

Prezident İlham Əliyev savaşın gedişində millətin öndərliyini edərək elə bir tarix yazıb ki, bundan sonra Azərbaycanın gələcək inkişafı məhz həmin tarix üzərində bərqərar olacaq. Bundan sonra biz ölkəmizin gələcəyi ilə bağlı bütün planlarımıza parlaq Zəfərimizin rakursundan baxacağıq. Çünki Prezident ləyaqətli, qürurlu, heç kimdən asılı olmayan, heç kimin sözü ilə oturub durmayan xalq formulunun müəllifi kimi müasir Azərbaycanın unudulmaz salnaməsini yaradıb. Müharibənin ilk saatlarından həm də informasiya cəbhəsində üstünlüyü ələ alan dövlət başçısı az qala hər gün beynəlxalq media orqanlarına verdiyi müsahibələrdə haqlı davamızla yanaşı, Azərbaycanı da, xalqımızı da bütün dünyaya tanıdıb. Dünya bizim gücümüzü görüb. Dünya həm də Azərbaycan Prezidentini yenidən kəşf edib.

Prezident İlham Əliyev deyir ki, “Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular”. Ona görə də bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi, işğal edilmiş torpaqları düşməndən azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Bununla da Prezident İlham Əliyev minlərlə övladımızı itirməkdən xilas etdi.

İndi biz torpaqlarımıza Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti, milli şərəf lövhəmizibəzəyən igidlərin hesabına qayıdırıq. Ali Baş Komandanın bir sözünə minlər olub hərbi komissarlıqların önünə növbəyə düzülən, arxaya baxmadan, tərəddüd belə etmədən Vətəni qucaqlamağa gedən, silahına sarılıb canıyla-qanıyla “Qarabağ Azərbaycandır” hayqıran igidlərin sayəsində tarixi Zəfərə qovuşduq. Xalqımız öz şəhidlərini qürurla, “Vətən sağ olsun!” deyib qarşıladı, millət öz mənəvi dünyasının böyüklüyünü ortaya qoydu, bütöv vətən fəlsəfəsinə dəyərli tövhə verdi. Vətən uğrunda şəhid olan balasının tabutuna girən ananın, həyat yoldaşının nəşinə çiyin verən gənc qadının timsalında xalqın qeyrət hünəri kükrədi.

Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında hərbçilərimizə xitabən dedi ki, siz öz qəhrəmanlığınızla xalqımızın üzünü ağ eləmisiniz! Bu, təkcə onların igidliyinə verilən qiymət deyildi. Prezident bununla həm də bundan sonra ictimai fikirdəki şəhid, qazi statusunu müəyyənləşdirdi. Qazilərimizin sağlamlıq durumlarının hər zaman nəzarətdə saxlanması, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət siyasəti yeni müstəviyə qədəm qoydu. Dövlət qurumları, ictimai-siyasi təşkilatlar, qeyri-hökumət təşkilatları, bütün cəmiyyət bu prosesə cəlb olundu, bu məsələ milli həmrəylik səviyyəsinə qaldırıldı.

İşğaldan azad olunmuş torpaqlarımızdakı mənzərə ürək dağlayır. Düşmən hər şeyi dağıdıb, Azərbaycan xalqının malını, mülkünü talayıb aparıb, daş daş üstündə qalmayıb. Onlar ən çirkin üsullara əl atıblar. Xalqımızın dini-mənəvi dəyərlərini təhqir ediblər. İşğal dövründə məscidlərimizi donuz tövləsinə çeviriblər. Düşünürəm ki, bu, yalnız dini fərqlilik məsələsi deyil. Bu, həm də əxlaq məsələsidir. Əxlaqı süqut etmiş bir millətin özgə yadigarlarına xain xislətinin təzahürü, daha gözəli, daha mükəmməli həzm edə bilməmək küdurətidir. Bu, təkcə Azərbaycan məsələsi də deyil, bu, ermənilərin həm də İslama, müsəlman dünyasına münasibətidir. Ona görə də Azərbaycan Prezidenti işğaldan azad edilmiş torpaqlardan dünyaya insanlıq və sülh mesajı verəndə bu, 30 ildir dini-mənəvi dəyərlərimizə qarşı ermənilərin törətdiyi vandalizmə susan Qərbin islamafob dairələrinə tutarlı cavab idi. Çünki prezident ermənilərin dağıtdığı, təhqir etdiyi məscidləri ziyarət edirdi. Bu, alicənablıq idi! Bu, keçmişə və mənəvi dəyərlərə sayqıdan qanynaqlanırdı. Və təbii ki, bu, Ağdamda salamat qalan yeganə tikilinin – tarixi məscidin qarşısında bütün dünyaya ünvanlanan ibrət dərsi idi.

İndi Ermənistanda baş verənlər ilk növbədə ölkənin dövlətçilik əsaslarını sarsıdıb və onun yenidən bərpası heç də effektli alınmayacaq. Təbii ki, vəziyyəti bu yerə gətirib çıxaran səbəb 30 ildə Ermənistana rəhbərlik edənlərin yürütdüyü siyasətdir. Qarabağın işğalı fonunda xalqın etibarından sui-istifadə edərək onu yalançı vədlərə inandıranların müharibədəki rüsvayçılığı nəhayət ki, Ermənistan cəmiyyətini acı reallıqla üz-üzə qoyub. Bu ölkənin yürütdüyü işğal siyasəti nəticəsində ölkə bütövlükdə müstəqillik dayaqlarını itirib və müstəmləkəyə çevrilib.

Görün, bu 30 ildə kimlər bizimlə mübarizə aparıb. Mədəniyyətə xor baxan mədəniyyətsizlər, dini əlində bayraq edən dinsizlər, oğrular və uşaq qatilləri. Azərbaycan ordusunun qarşısında diz çökən həmin qatillər öz acıqlarını Kəlbəcərin meşələrindən çıxdı, meşə zolaqlarını yandırdı, ağacları kütləvi sürətdə qıraraq ekologiyaya zərər verdi. Əsrlik təbiət abidələrini, ekosferanı qəsdən məhvə məruz qoydu. Ermənilər bu yerlərin əzəli sakinləri olan azərbaycanlıların əlindən zorla aldıqları evlərə od vuraraq yandırmaqlarının isə yalnız bir adı vardı: qəbilə təfəkkürlü canlıların barbar düşüncə tərzi. Amma unutmuşdular ki, millətimiz üçün ev-eşiyin heç bir əhəmiyyəti yoxdur, bizə doğma torpağımız lazımdır və bu torpaqlar bizə yenidən qurub yaratmaq, bəxtiyar olmaq, onun köksünü xan çinarlarla bəzəmək üçün lazımdır.

Prezident İlham Əliyev “bayrağımızı bir gün Qarabağa sancacağıq” deyəndə düşmən elə bilirdi ki, bu, sadəcə bir sözdü. Amma onlar anlamadı ki, bu, xalqın hüzurunda verilən sözdü, içilən anddı. Bu əhdi yerinə yetirmək bu dövrün insanlarının, qəhrəmanlarının nəsibi oldu. Deməli, millət həm də ümmət kimi birlikdə olanda güclüdür. Xalqımızın inamı və imanı biləşib düşmənə elə sarsıdıcı zərbə vurdu ki, bir də çətin özlərinə gələrlər. Bir vaxtlar müqəddəs Şuşa şəhərində qastrola gedibmiş kimi diskoteka təşkil edən Paşinyanın rəqsi, onun “Qarabağ Ermənistandır” ifadəsi dünya erməniliyinin böyük fəlakətinə çevriləndə artıq Cıdır düzünü Vətən müharibəsində qalib gələn Azərbaycan ordusunun əsgərlərinin əzəmətli rəqsi əvəzləmişdi.

Bəzən deyirlər ki, xoşbəxtlik an məsələsidir, o, heç vaxt əbədi olmur. Amma bizim qəhraman ordumuz Vətən müharibəsindəki parlaq qələbəmizin tacı olan Şuşanı əsil sahiblərinə qaytarmaqla xalqımızı əbədi xoşbəxtliyinə qovuşdurdu. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu. 30 illik işğal dövründə millətin taleyinə, xalqın qədərinə çevrilən Şuşa bir an da olsun unudulmadı. Bu illər ərzində insanlar, bütün xalq, böyüyündən kiçiyinə qədər hamı Şuşa deyib durdu. Biz mənəvi dünyamızın ən özəl yerini, xalqın and yerini bir an da olsun unutmadıq. Və Vətən müharibəsindəki qələbəmiz bir daha sübut etdi ki, torpağı arzulamaq, onu sevmək ancaq bu qədər olarmış. Çünki Şuşanı işğaldan qurtaranlar əslində, xalqın ruhunu, mənəvi dünyasını da əsarətdən xilas etdilər. Onlar 30 il öncə ayağı yalın, başı açıq öz torpaqlarından qovulan, hər şeyləri əlindən alınan atalarının qisasını aldılar. Onlar hicranla vüsal arasındakı o dərin uçurumu bir göz qırpımında keçərək 30 ilin sürgünlüyünə son qoydular.

İndi bu şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri Şuşanı yenidən öz əvvəlki görkəminə qaytarır. Prezident hər Şuşaya gedəndə hər şeyi öz əvvəlki yerinə qoyur, bununla onu həm də öz əvvəlki simasına qovuşdurur. Şuşanı xalqın milli-mədəni sərvətinə çevirən ulu öndər Heydər Əliyevdən qalan quruculuq ənənəsi bu gün daha təsirli formada davam edir. Artıq “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri uzun fasilədən sonra bərpa olunub, Üzeyir bəyin adını daşıyan musiqi günləri artıq Şuşada keçirilir, dahi Bülbülün ev muzeyi öz qonaqlarını qarşılayır. Şuşada aparılan sürtəli quruculuq işləri bizi müqəddəs hədəflərimizə daha da yaxınlaşıdırır. O, hədəflər arasında uzun illərdir blokada şəratində yaşayan Naxçıvan Muxtar Respublikasının tarixi Vətənlə birləşdirilməsi də var. Zəngəzur dəhlizinin işə düşməsini qarşıya mühüm məqsəd kimi qoyan Prezident İlham Əliyev bu hədəfə çatmaq üçün var gücü ilə çalışır. İşğaldan azad edilmiş digər torpaqlarımızda başlayan infrastruktur işlərimüasir Azərbaycanın gücünə güc qatır.

Vətən müharibəsi Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçkiləri zamanı xalqa verdiyi vədlərin real həyatda öz təsdiqini tapmasıdır. Bu, həm də Heydər Əliyev yoludur və bu yolun uğuru ondadır ki, onu İlham Əliyev kimi təcrübəli dövlət xadimi gedir. 1993-cü ildə Azərbaycan dərin böhranlar içərisində dağılmaq və məhv olmaq təhlükəsi ilə üzləşəndə Heydər Əliyev Azərbaycan üçün kim idisə indi həmin missiyanı Prezident İlham Əliyev yerinə yetirir. Ona görə də bu gün qüruru kədərindən böyük olan xalqımızın düşmənlə döyüşdə göstərdiyi misilsiz qəhrəmanlıq heç vaxt unudulmayacaq. Bu, öz hüququnu, mənliyini heç nəyə qurban verməyən, ədalətsizliklə heç vaxt barışmayan, öz torpağını namusu qədər müqəddəs bilən bir millətin şərəf məsələsi idi. Millət şərəfinə qovuşub.

Artıq həyatımızda yeni dövr başlayıb. Bu dövrün özünəməxsus özəllikləri var. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görürürük. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunur. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf edib, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşıb. Onlar görürlər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, “Qarabağ Azərbaycandır” kəlməsini Azərbaycan tarixinə əbədi həkk edən Lideri var.

ARİF ALIŞANOV

Comments are closed, but trackbacks and pingbacks are open.