Frans kafka qəsr roman
Franz Kafkanın sön sözləri: “Öldürün məni, əks halda bir cani olacaqsınız”.
Qəsr
K. Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır. Bu aparatın başında Qəsrin məmurları dururlar. Qəsrdə yaçayan hər bir kəs məmuralrın xeyri və bununla da Qəsrin xeyrinə çalışırlar, hər bir kəsin həyaı daimi nəzarətdə saxlanır və qanunla, qaydalarla tənzimlənir. Bu qnunları pozmaq çox dəhşətli nəticə gözləyr. Beləliklə K. burada öz işinə başlayır və Qəsrə yaxınlaşmağa can atır. Tezliklə o başa düşür ki, onun Qəsrlə yaxınlığı kənd icmasında daxil olmaqdan asılıdır. Ancaq onun cəhdləri boşa çıxır.Çünki o yad adam kimi kəndçilər və Qəsr arasında olan proseslərdən xəbərsiz idi. Buna görə də, Qəsr və kənd onun üçün başa düşülməz bir yad əşya kimi görünür, hansı ki, onun vəziyyətində ümidsizliyə aparır.
Bu kitab hazırda əlçatan deyil
375 kağız səhifələr
Bənzər kitablar Hamısı
Doxsan üçüncü il
Əlvida, silah!
Qasırğa Povest
Şeytan Povestlər
Artıq oxumusunuz? Nə düşünürsünüz?
Təəssüratlar
Mrym təəssüratları paylaş 2 il öncə
K. dodağını büzüb həyəcanla qulaq asırdı. Fikri tamam dağılmışdı. Firidanın əlindən tutdu, qız əlini yüngülcə geri çəkmək istədi, axırda K. dilləndi:
– Dediyin sözlərin içindən səninkiləri sahibəninkindən ayırd edə bilmədim.
- 4 bəyənirəm
- 1 şərhinizə
Keçidi köçür
Şikayət et
Zahra Latif təəssüratları paylaş 3 il öncə
Tövsiyə edirəm
- 1 bəyənirəm
Keçidi köçür
Şikayət et
b7185550991 təəssüratları paylaş 7 ay öncə
Tövsiyə edirəm
Faydalı kitabdır
Gözdən yaş gələnədək
- Bəyənirəm
- Şərh yaz
Keçidi köçür
Şikayət et
Sitatlar
Əli sitat gətirir 6 il öncə
froylayn Frida, gözlərinizdən keçmiş mübarizəni yox, gələcək savaşı oxumaq olur
- 3 bəyənirəm
Keçidi köçür
Şikayət et
Fexri Hacizade sitat gətirir 2 il öncə
amma hər yeni tanışlıq da yorğunluq üstünə yorğunluq gətirirdi.
- Bəyənirəm
- Şərh yaz
Keçidi köçür
Şikayət et
Xəyal sitat gətirir 3 il öncə
Mitsi də mən deyəni deyir, indi öz fikrimi aça bilərəm. Bu, idarə sənədi deyil, şəxsi məktubdur. Elə başlanğıcından da görmək olur: “Hörmətli cənab!” Bundan əlavə, orda sizin yerölçən kimi qəbulunuza bircə kəlmə də işarə yoxdur, söhbət ümumi şəkildə daha çox qraflığa qulluqdan gedir, əslində burda da konkret bir söz deyilmir, eləcə yazır ki, “özünüz bildiyiniz kimi” qəbul olunmusuz, yəni qəbul olunmağınızın məsuliyyəti Sizin boynunuza düşür. Nəhayət, idarə baxımından sizi ən yaxın rəhbəriniz kimi mənim, kəndxudanın üstünə göndərirlər, o da sizə sonrakı işlər barədə məlumat verməlidir, bildiyiniz təki, bu məsələni də əsasən həll eləmişik. Rəsmi sənədləri oxumağı bacaran və bunun nəticəsində qeyri-rəsmi yazıları yaxşı başa düşən bir şəxs üçün bu, gün kimi aydındır. Sizin təki yad bir adamın belə şeydən baş çıxarmaması məni heç də təəccübləndirmir. Bütünlükdə götürsək, məktub onu deyir ki, sizin yalnız qraf qulluğuna götürüləcəyiniz təqdirdə Klamm şəxsən qeydinizə qalmaq niyyətindədir
- Bəyənirəm
- Şərh yaz
Dünya ilə döyüşən Franz Kafka
Franz Kafka alman dilli, yəhudi əsilli yazıçı olmuşdur. Əsas əsərləri roman, roman fraqmentləri (Məhkəmə prosesi, Qəsr və İtkin düşmüşlər),
hekayələr və həmçinin Felise Bauer və Milena Yesenska ilə apardığı məktub yazışmalarından ibarətdir.
Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir.
Kafka 1883-cü ildə Praqanın keçmiş qetto məhəlləsi olan Yozef rayonunda yəhudi ailəsində anadan olmuşdur. Onun atası Herman Kafka (1852-1931) cənubi Çexiyada çex dilli yəhudi icmasından çıxmışdır. Herman Kafka hələ uşaqlıqdan atasının mallarını yaxınlıqda yerləşən kəndlərə aparırdı. Sonralar o, atasının firmasının nümayəndəsi və daha sonra qalanteriya məhsulları üzrə ticarətlə məşğul olan iş adamı olur.
Yazıçının anası Yuliya Kafka (1856-1934) Podiebarddan olan varlı pivə istehsalçısının qızı idi. O, alman dilində danışmağa üstünlük verirdi. Yulia Kafka ərinə nisbətən daha yüksək savada malik idi.
Kafkanın bacıları: Elli, Valli, Ottla
Frans Kafkanın uşaq ikən vəfat etmiş qardaşları Georq və Haynrihdən başqa üç bacısı da var idi: Qabriele (Elli) (1889–1942), Valerie (Valli) (1890–1942) və Ottilie (Ottla) Kafka (1892–1943). Onların hər üçü ikinci dünya müharibəsində alman faşistləri tərəfindən həbs düşərgəsində ölüdürülürlər. Valideynlər bütün günü işdə olduqlarından qızlar xadimələr tərəfindən tərbiyə edilmişdilər. Kafka o dövrdə Praqada yaşayan ana dili alman olan 10 faiz əhali təbəqəsinə aid idi. Onun valideynlərinin hər ikisi çex dilində gözəl danışırdılar.
1889-cu ildən 1893-cü ilə qədər Kafka Praqada Flayşmarktdakı «Alman uşaq məktəbi»nə getmişdir. Sonra o atasının arzusu ilə Praqanın köhnə hissəsindəki humanitar gimnaziyaya gedir. Burada da təhsil almanca aparılırdı.
Hələ gənc yaşlarından Kafka ədəbiyyat ilə məğşul olur. Onun ilk zamanlarda yazdığı əsərləri və gündəlikləri itmişdir. Güman olunur ki, o özü onları məhv etmişdir.
Kafkanın ilk dostları arasında məktəb yoldaşı Rudolf İllovi var idi. Sonralar Kafka Huqo Berqman, Evald Feliks Pribram, Paul Kiş ilə dostluq edir.
Gimnaziyanı «qənaətbəxş» qiymətlərlə bitirən Kafkanın bu nailiyyəti onun valideynləri tərəfindən qiymətləndirilir və onu 1901-ci ildə səyahətə göndərirlər. Kafka atasının arzusuna uyğun olaraq 1901-1906-cı illərdə Karl-Ferdinads-Universitetində (Praqa) təhsil alır. O, burada öncə kimya, qısa müddətdən sonra isə istiqaməti dəyişərək hüquq oxumağa başlayır. Arada Kafka öz arzusu ilə 1 semestr Qermanistik və incəsənət tarixi oxumağa cəhd edir. Ancaq sonda o öz təhsilini hüquq üzrə başa vurur. Təhsil proqramına uyğun olaraq Kafka Alfred Veberin rəhbərliyi altında elmi dərəcə alır. Bundan sonra o 1 il pulsuz olaraq məhkəmə yanında hüquq praktikası keçir.
«Assicurazioni Generali» şəxsi sığorta şirkətində qısa müddət işlədikdən sonra Kafka (Oktyabr 1907- iyul 1908) 1908-1912-ci illərdə Böhmen şahlığı üçün “İşçi-Qəza-sığortası şirkəti«ndə (Praqa) çalışır. Öz işini o sadəcə olaraq „Çörək peşəsi“ adlandırırdı.
Yarım hökümət idarəsində məmur kimi çalışan Kafka sənaye istehsalı və müəssisələrdə tətbiq olunan texnologiyalar haqqında yüksək biliyə malik olmalı idi. Əvvəlcə o qəza şöbəsində çalışır, sonralar isə sığorta şöbəsinə keçir. Burada o iş zamanı baş vermiş qəzalar, təhlükəli iş şəraiti haqqında bir başa məlumatlara yiyələnir. O bu sahədə bir çox təkliflərin müəllifi kimi tanınır. Əldə etdiyi təcrübə onu işçilərlə həmrəy olmağa vadar etmişdir. Nümayişlər zamanı o çox vaxt döşündə qırmızı qərənfil gəzdirərdi.
1910-cu ildə Praqada „Maşınqayırma texnologiyası“ üzrə mühazirələrə qulaq asdıqdan sonra Kafka zavod şöbəsində „Konseptçi“ kimi çalışır.
Kafkanın ətrafındakı sosial mühit o qədər pis olmasa da, hər halda onu daxilən narahat edirdi. 24 yaşlı Kafka məktublarının birində yazır: „İşimə görə o qədər narazıçılıq etmirəm, nə qədər ki, tənbəl vaxta görə“. Büroda oturmaq, tez-tez saata baxıb vaxtın keçməsini gözləmək, sonuncu iş dəqiqəsinin „həvəs üçün sıçrayış“ olması Kafkanı büro işində sıxan amillər idi. Milenaya məktublarının birində o yazır:» Mənim xidmətim gülməli şəkildə asandır. mən bilmirəm nəyə görə pul alıram”.
«Aşağı səviyyəli» işlərlə müxtəlif yerlərdə tanış olan Kafka həm də sadə işçilərlə təmasda olurdu. O insanlarla maraqlanır və onların hüquqlarının qorunmasına çalışırdı. Onun sakit və insani rəftarı nəzərə çarpır. Sadə insanların problemləri və əziyyətləri ilə o birinci dünya müharibəsi ərəfəsində yaxından tanış olmaq məcburiyətində qalır. Öncə Praqada şərqdən gələn minlərlə yəhudi ilə, sonralar isə müharibə üçün hazırlıq çərçivəsində ağır yaralıların reabilitasiya olunması və yeni ixtisasa yiyələnmələri ilə məşğul olur. Bunun üçün o, işlədiyi sığorta şirkətindən tapşırıq almışdır. Bununla Kafka vacib ixtisasçı kimi arxa cəbhədə saxlanaraq müharibəyə aparılmır. Az sonra Kafka vərəm xəstəliyinə tutulur və öz işlədiyi şirkətdən təqaüdə çıxmaq haqqda xahiş edir. Onun bu xahişi yalnız 5 il sonra yerinə yetirilir.
Kafka gənc yaşlarında atası ilə heç də yaxşı münasibətdə olmur. Ona görə ki, o Frans ilə uşaqlıqda, gənclikdə və tələbəlik illərində kobud rəftar etmiş və onu həmişə alçaltmağa çalışmışdır. Bundan əlavə ailədə özünü patriarx kimi aparan Herman Kafka həyat yoldaşının da hüquqlarını məhdudlaşdırmışdır. Gənc Kafka heç də atasından qorxmurdu, ancaq o həmişə atasından müəyyən məsafədə dolanar və onunla düşmən xəttindən davranardı. Kafka bir çox əsərlərində atasını güclü, möhkəm və bir tərəfli şəxs kimi təsvir etmişdir. “Çevrilmə”, «Hökm» əsərlərində atasının yeri aydın görünür. Kafka ömrünün sonuna yaxın atası haqqında olan bütün fikirlərini «Atama məktub»-da bədii şəkildə yazmış, ancaq onu heç vaxt göndərməmişdir. Burada atasının onun üzərində həmişə hökmran olduğunu qeyd etmişdir. Yəqin Kafkanın belə mənəvi əzilməsi özünə olan tənqiddən irəli gəlmişdir. Bu onda da özünü göstərmişdir ki, Kafka onun əlində olan hər şeyi yandırmaq istəyirdi. Lakin bu alınmamışdır. Kafkanın həyatında və əsərlərində özünü tənqid və ata münasibəti əsas rol oynamışdır.
Kafkanın qadınlarla münasibətinin mərkəzində onun nişanlısı Felise Bauerə yazdığı məktublar durur. Onunla Kafka 13 avqust 1913-cü ildə Maks Brodsun mənzilində tanış olmuşdur.
Məktublarda Kafkanın əsasən özünə inamsızlığı ilə mübarizəsi, nişanlanmanın düzgünlüyü və yazmaq haqqında qorxusu öz əksini tapmışdır. Yüksək yazmaq qabiliyyətinə malik olan Kafka öz fikirlərini təxminən 300-ə yaxın məktubda bütün dəqiqliyi ilə təsvir edir. Qısa görüşdən 2 il keçdikdən sonra 1 iyun 1914-cü il tarixdə o Berlində Felise ilə nişanlanır və 6 ay sonra nişanı geri qaytarılır.
«Hökm» əsəri ilə o dünya ədəbiyyatında gənc adlandırılsa da, sonralar bununla uzun müddət çarpışmalı olur.
Bundan sonra Kafka iki dəfə nişanlanır: 1917-ci ildə Felice ilə ikinci dəfə və 1919-cu ildə praqalı katibə Yuliya Voriçek ilə. Birincisi Kafkanın özünün dediyi kimi onun 1917-ci ildə vərəm xəstəliyinə tutulmasına gətirib çıxarır. İkincisi atasının müdaxiləsi nəticəsində baş tutmayır. Bu haqqda o «Atama məktub»-da yazsa da, onu heç vaxt atasına göndərmir.
Özünə inamlı jurnalist Milena Yesenska ilə münasibətdə Kafka 1920-1921-ci illərdə məktub vasitəsilə ünsiyyət qurmaq və yaxınlaşmağa çalışır və sonralar özünə artan inamsızlığa görə ondan uzaqlaşır. Yalnız ömrünün son aylarında ona uşaq bağçası müəlliməsi Dora Diyamant ilə dolğun münasibət qurmaq qismət olur.
1917-ci ilin avqustunda Kafka bir gecə qanaxmaya məruz qalır. Həkimlər ona vərəm xəstəliyi diaqnozu qoyurlar. Bu xəstəlik o vaxtlar müalicə oluna bilmirdi. Müalicə nəticəsində əvvəldə simptomlar yaxşılaşır, amma sonralar uzun müddətli kurort müalicələrinə baxmayaraq getdikcə daha da pisləşir. 1923-1924-cü illərdə Berlində olduğu müddətdə xəstəlik onun qırtlaq nahiyəsini əhatə edir və bunun nəticəsində Kafka tədricən danışıq qabiliyyətini itirir və yaranan ağrılar hətta yemək və içki qəbul etməyi belə çətinləşdirir. 1924-cü ildə Vinervald sanatoriyasında müalicə olunduğu zaman ailə dostu Dr. Huqo Krauz tərəfindən onun xəstəliyinə bir mənalı olaraq «qırtlaq vərəmi» diaqnozu qoyulur. Kafkanın getdikcə pisləşən durumu onun üzərində əməliyyat aparmağa imkan verməmişdir. Frans Kafka Kirling sanatoriyasına gedərək 3 iyun 1924-cü ildə orada vəfat edir. Rəsmi olaraq ölüm səbəbi kimi ürək dayanması göstərilmişdir.
Kafkanın ən yaddaqalan sözləri:
Hər şey bir aldatmacadır: Ən az yanılmağa baxmaq, normal ölçülər içində qalmaq, ən həddindən artığın arxasından getmək.
İnsanlar səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün geri dönə bilmirlər.
Bir kitab, içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır.
İşsizlik bütün pisliklərin qaynağı, bütün ərdəmlərin tacıdır.
Bir hədəf var, amma yol yox; bizim yol dediyimiz şey, bir fasilə məkanıdır.
Dünyayla aramdakı döyüşdə, dünyanın yanında ol.
Sonsuzluq yolunda necə beləsinə asanca irəliləyə bildiyinə heyrətlənən biri vardı; gerçəkdə sürətlə üzü aşağı diyirlənirdi.
Özünü sonsuz kiçiltmək ya da sonsuz kiçik olmaq. Birincisi mükəmmelik yəni hərəkətsizlikdir; İkincisi başlanğıc yəni hərəkətdir.
Müəyyən bir nöqtədən sonra geri dönüş yoxdur. Bu nöqtəyə çatmaq da lazımdır.
Sənətimiz, gözümüzün Gerçəklə qamaşmasıdır. Geri geri qaçan əcaib maskalara vuran işıqdır gerçək, başqa bir şey deyil.
Qiyamət Gününü belə adlandırmamızın səbəbi ancaq bizim zaman anlayışımızdandır; əslində o bir növ hərbi vəziyyət məhkəməsidir.
Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki?
Din fədailəri bədəni kiçik hesab etməz, çarmıxa gərərək ucaldarlar onu; bu baxımdan düşmənləriylə eyni fikirdədirlər.
Gerçək bölünə bilməz, buna görə özünü tanıya bilməz; hər kim onu tanımaq istəsə bir yalan olmaq məcburiyyətindədir.
Mənəvi bir dünyadan başqa bir şeyin olmaması gerçəyi əlimizdən ümidimiz alar, amma bizə bir qətilik bağışlayar.
Özünü insanlığa baxaraq sına. Şübhə edəni şübhəyə, inananı inanca aparar bu.
Franz Kafkanın sön sözləri: “Öldürün məni, əks halda bir cani olacaqsınız”.
Qeyd: Kafka haqqında azərbaycandilli informasiya çox azdır, ona görə tapdıqlarımı sistemləşdirib yazdım bura..
- Teqlər:
- Franz Kafka
- , dahilərin həyatı
- , dahilərin sözləri
Frans Kafka “Qəsr” PDF
Frans Kafkanın “Qəsr” romanı XX əsrin başlıca kitablarından biri hesab olunur.
Qəsrə gedən yolun təsviri ilə başlayan romanın süjet xətti həm sadə, həm də xeyli dərəcədə mürəkkəbdir. Bu, bir-birinə bağlı müxtəlif hekayətlərin dolaşıq əlaqəsindən yaranır. Oxucunu bu çətin labirintlə Qəsrə doğru aparan Kafka totalitar cəmiyyətin bütün mahiyyətini ortaya qoyur.
1883 – 1924
Frans Kafka 3 iyul 1883-cü ildə Praqada anadan olub. 1901-ci ildə orta məktəbi bitirdikdən sonra Kafka yüksək qiymətlərə görə ailəsindən mükafat alır. Bu mükafat Helqoland və Norderneyə səyahət idi. Səyahət etdikdən sonra Karl-Ferdinand.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Frans Kafka “Qəsr” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Azərbaycanca.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.