Azeringilisce Blog
5. Frazeoloji bitişmələr sözlərin və yaxud söz birləşmələrinin sinonimi ola bilir. Məsələn: to gild
Frazeoloji birləşmələr
Dilimizdə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi, sabit söz birləşməsi. Sabit söz birləşməsinə frazeoloji birləşmələr də deyilir. Frazeoloji birləşmələr tərkibcə dəyişməz, bütövlükdə məcazi bir mənanı bildirən sabit söz birləşmələridir. Məsələn, dabanına tüpürmək (qaçmaq), dilini saxlamaq (susnıaq), yanıb tökülmək (heyifsilənmək), gözü su içməmək (inanmamaq), əldən düşmək (yorulmaq) və s. frazeoloji birləşmələrdir. Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onların bəzilərini bir sözlə əvəz etmək mümkündür. Məsələn, ağzına su alıb oturmaq – susmaq, başa salmaq – anlatmaq, yada salmaq – xatırlamaq və s. Frazeoloji birləşmələri təşkil edən sözlər iki və daha artıq ola bilər. Məsələn, qanı qaralmaq (2 sözdən ibarət), ürəyi ağzına gəlmək (3 sözdən ibarət), gözüm səndən su içmir (4 sözdən ibarət) və s. Frazeoloji birləşmələr tərkib hissələrinə bölünmədən bütöv bir cümlənin üzvü olur. Məsələn, Müəllim dərsi uşaqlara başa saldı. Bu cümlədəki «başa saldı» birləşməsi cümlənin xəbəridir. Ağzına su alanlar (mübtəda) nəhayət dilləndilər. Frazeoloji birləşmələr dəniz havası, məktəbin həyəti, yük maşını və s. kimi sərbəst söz birləşmələrindən fərqlənir, belə ki, bunların tərkibinə daxil olan sözlər öz həqiqi mənalarında işləndiyi halda, frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir, birlikdə müəyyən bir məcazi mənanı ifadə edir. Sərbəst söz birləşmələrindən fərqli olaraq sabit söz birləşmələrinin asılı və əsas tərəfı olmur. Onlar lüğətlərə daxil olur. Dilimizdə lüğətlərin növləri sırasmda frazeoloji lüğətlər də xüsusi yer tutur. Frazeoloji birləşmələr də omonimlik, sinonimlik və antonimlik xüsusiyyətinə malikdir. Frazeoloji omonimlərə misal olaraq aşağıdakıları göstərə bilərik: üz vermək, can vermək, işə düşmək, ürəyi yanmaq, söz vermək, cana gəlmək və s. Frazeoloji sinonimlər eyni və yaxın mənalı birləşmələrdir. Məsələn, qulaq asmaq – qulaq vermək, özündən çıxmaq – hirsi başına vurmaq, ürəyi ağzına gəlmək – tükləri ürpəşmək, qılığına girmək – qəlbinə yol tapmaq, burnunu sallamaq – qaş-qabağı yer süpürmək, dərd çəkmək – qəm dəryasına qərq olmaq, acığı gəlmək – zəhləsi getmək və s. Frazeoloji antonimlər isə bir-birinə əks olan birləşmələrdir. Məsələn, xoşu gəlmək – zəhləsi getmək, yada düşmək – yaddan çıxarmaq, dil-dil ötmək – ağzına su almaq, əlini ağdan qaraya vurmamaq — dəridən-qabıqdan çıxmaq və s.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Frazeoloji Birləşmələrin Siyahısı və Nümunə Cümlələrlə İzahı
İngilis dilində də frazeoloji birləşmələr mövcuddur və bunlara Phrasal Verbs (Fraza Vellər) deyilir. Bizim frazeoloji birləşmələrdən tərkibcə heç bir fərqi yoxdur müxtəlif fərqli sözlərin birləşimindən yaranan sabit söz birləşmələridir. Lakin biz, bu dəfə frazeoloji birləşmələrin ingilis dilində olan qaydalarına, təriflərinə və varianlatına göz yetirəcəyik.
Phrasal Verb (Fraza Fellər) – Frazeoloji Birləşmə Nədir?
Bilirsiniz ki, Azərbaycan dilində iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi və sabit söz birləşməsi. Bütövlükdə bir leksik mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir, hansı ki, bunlar sabit söz birləşmələridir. Frazeoloji birləşmələr tərkibcə dəyişməyən və məcazi mənada işlənən sabit söz birləşmələridir. Məsələn: qulaq asmaq (dinləmək), başa düşmək (anlamaq), ürəyinə xal düşmək (şübhələnmək), başa çatdırmaq (qurtarmaq), əldən düşmək (yorulmaq) və s. söz birləşmələri frazeoloji söz birləşmələridir. Fraza fellərin ayrı-ayrılıqda bir-birilə əlaqəsi olmur və birləşdirdikdə konkret məna daşımır, lakin xüsusi metaforik məna verir. Yuxarıda verdiyimiz nümunələrdə qeyd etdiyimiz “başa düşmək” söz birləşməsindəki istifadə olunan sözlərə ayrı-ayrılıqda baxsaq və birlikdə verdiyi mənaya nəzər yetirsək bir-biriləri ilə əlaqəsinin olmadığını və ikisi birləşdikdə əslində konkret məna vermədiyini görə bilərik. “Baş” hara, “düşmək” hara, elə deyilmi? Lakin, ikisi birləşərək cümlələrdə frazeoloji birləşmə kimi istifadə olur və idiomatik məna daşıyır. Bir sonraki paraqraflarda isə İngilis dili qaydalarına uyğun olaraq frazeoloji birləşmələri görəcəksiniz. Fraza fellər müxtəlif hərəkət növlərinə aid ola bilmək xüsusiyyətinə malikdir. Baş verən bir şeyi, bir vəziyyəti və ya görülən bir işi izah edir. Hərəkəti xarakterizə edən söz birləşmələridir. Cümlədə hərəkətin formasını da (zərf) izah edə bilir.
İngilis Dilində Frazeoloji Birləşmələr Necə Öyrənilir?
İngilis dilində frazeoloji birləşmələr hər yerdə istifadə olunur və bu birləşmələri öyrənmənin ən ideal yolu tez-tez ingilis dilində kinolar, seriallar seyr etmək, musiqilər dinləməkdir. İngilis dilini dinləmək sizə müxtəlif zəngin frazeoloji birləşmələr qatacaqdır və müntəzəm olaraq dinləsəniz qulağınız, diliniz alışaraq onları rahatca yadda saxlaya bilər və istifadə edə bilərsiniz. Digər bir tərəfdən də, eşitdiyiniz və ya gördüyünüz, lakin sizə tanış olmayan fraza fellərə lüğətdə baxa bilərsiniz. Frazeoloji birləşmələri əzbərləmək və onların mənalarına hakim ola bilmək üçün lüğət əla vasitədir.
İngilis Dilində Frazeoloji Birləşmələr Necə İstifadə Olunur?
İngilis dilində də frazeoloji birləşmələr iki sözlə bir məna vermək üçün istifadə olunar. Ümumilikdə, frazeoloji birləşmələrdə “up, down, in, out, on, off” kimi köməkçilərdən istifadə olunur və bu köməkçilər əsas felin özündən sonra gəlir. Məsələn, “turn off, get up, cheer up” və s. kimi. Bəzi frazeoloji birləşmələr sadəcə yazıldığı kimi tək parça istifadə olunur, bəziləri isə iki parçaya ayrıla bilər. İki parçaya ayrıla bilinən frazeoloji birləşmə arasına aid olduğu subyekt/obyekt gəlir. Məsələn, “bring it up, cheer her on” və s. Əlbəttə ki, sadaladığımız kimi başqa müxtəlif situasiyalar və istifadə olunma qaydaları mövcuddur ki, bunları da aşağıdaki paraqrafda veriləcək İngilis dilində 50 frazeoloji birləşmələr nümunələrini rahatca görə biləcəksiniz.
İngilis Dilində 50 Frazeoloji Birləşmələr
İngilis dilində müxtəlif frazeoloji birləşmələr mövcuddur, hansı ki, bir sözü müxtəlif köməkçi vasitələrlə fərqli mənalar daşıyan frazeoloji birləşməyə çevirmək mümkündür. Bunun bir sıra nümunələri izahı ilə aşağıda veriləcək və bu frazeoloji birləşmələri harada necə istifadə edəcəyinizlə bağlı bolca məlumat əldə edə biləcəksiniz.
Bring
- Bring up — Bir şeydən bəhs etmək.
Mark was sick and had to miss the party, so please don’t bring it up, I don’t want him to feel bad for missing it. – Mark xəstə idi və yığıncağı qaçırdı, ona görə də, ona bu barədə bəhs etmə, onun bu yığıncağı qaçırdığı üçün pis hiss etməsini istəmirəm.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
- Bring on — Bir şeyə səbəb olmaq. (neqativ hallar üçün istifadə olunur)
His lung cancer was brought on by years of smoking. – Onun illərdir siqarət çəkməsi ağciyər xərçənginə səbəb oldu.
Call
- Call on — Ya birinə ziyarət etmək ya da məlumatlanmaq üçün bir məqama müraciət etmək.
Birini ziyarət etmək:
I’ll call on you this evening to see how you’re feeling. – Necə olduğunu görmək üçün bu axşam səni ziyarət edəcəyəm.
Birini məlumat üçün müraciət etmək;
I may need to call on the university’s excellent professors in order to answer your question. – Sualını cavablandırmaq üçün universitetin ali proferssorlarına məlumat üçün müraciət etməliyəm.
Cheer
- Cheer on — Birinə cəsarət verici sözlərlə dəstək vermək.
Even though Samantha was in the last place, her brother cheered her on through the entire race. – Samantha yarışda sonuncu olmasına rəğmən qardaşı yarış boyunca onu dəstəklədi.
- Cheer up — Qəmgin görünən birini keyifləndirmək üçün ya da birinə daha çox əhval-ruhiyyə vermək üçün deyilir.
Andrew was having a bad day, so his girlfriend cheered him up by taking him out for ice cream. – Andrew pis gün keçirdirdi, buna görə də, sevgilisi onunla dondurma yemək üçün çölə çıxaraq əhval-ruhiyyə Verdi.
Come
“Come in, the door is open!” said the grandmother to the wolf. – Nənə qurda “Qapı açıqdır, gir içəri” dedi.
- Come across — Təsadüfən tapmaq və ya rastlaşmaq
I was cleaning the attic and I came across my high school uniform. Can you believe it still fits? – Damı təmizləyirdim və təsadüfən məktəb formamı tapdım, hələ də əynimə olur, inana bilirsən?
Cut
- Cut off — Bir şeyi kəsmək və ya dayandırmaq.
Maşın sürərkən qəflətən qarşıdaki maşına yaxınlaşmaq:
That red car just cut me off and I almost crashed into it. – Qırmızı maşın önümü kəsdi və az qalsın vuracaqdım.
Məhrum buraxmaq, dəstəyi kəsmək:
His father is rich but he cut him off without any money of his own. – Atası zəngindir, lakin onu pulundan məhrum qoydu.
- Cut (it) out — “Stop it” ifadəsi ilə eyni məna daşıyır, dayandırmaqdır.
Hey, cut it out! I was watching that movie, so stop changing the channel! – Hey, dayandır bunu! Filmi izləyirəm, kanalı dəyişdirməyi kəs!
Drop
- Drop by / in — Yol üstü ziyarət.
Andrew is such a great boyfriend, when he heard that his girlfriend had a cold he dropped by to bring her some soup. – Andrew mükəmməl sevgilidir, sevgilisinin xəstələndiyini eşidəndə ona şorba bişirmək üçün ziyarət edərdi.
- Drop off — Bir şeyi və ya birini gedəcəyi yerə aparmaq.
I can give you a ride and drop you off at work. – Səni maşınla götürüb işə apara bilərəm.
Fall
- Fall apart — Parçalara ayırmaq. Cütlüklərin ayrılmasında da istifadə oluna bilər.
They tried to save their marriage by going to therapy but in the end if fell apart anyway. – Terapiyaya gedərək evliliklərini xilas etməyə çalışdılar, fəqət axır-əvvəl sonradan ayrıldılar.
My friend slipped on a banana peel and fell down. I thought that only happened in cartoons! – Dostum banan qabığına basıb səhvən yerə düşdü. Mən bunun sadəcə çizgifilmlərdə olduğunu düşünürdüm.
Fill
- Fill (someone) in — Bir şeylə bağlı birinə detallı məlumat vermək.
Quickly, let’s go! There’s no time to explain, I’ll fill you in on the way. – Tez gedək! İzah etməyə vaxt yoxdur, yolda təfərrüatları sizə danışacağam. ”
The little girl filled up on candy before dinner and didn’t want to eat any of the chicken. – Şam yeməyindən əvvəl kiçik qız şəkərlə doymuş idi və heç toyuq yemək istəmirdi. ”
Get
- Get away — Qaçmaq. “Get away car” ifadəsi banka soyğunundan sonra minilən maşının adına deyilir.
Carmen’s neighbor tried to show her pictures of all her cats, but Carmen managed to get away. – Carmenin qonşusu ona bütün pişiklərinin şəklini göstərməyə çalışdı, amma Carmen qaçmağı bacardı.
- Get along (with) — Biri ilə dostcasına münasibətə sahib olmaq.
Some people are surprised that I get along with my mother-in-law really well! – Qaynanam ilə yaxşı keçinməyimə hamı təəccüblənir.
Give
- Give out — Çalışmağı dayandırmaq, pozulmaq, dağıtmaq.
The city had to rebuild the bridge completely, because it was about to give out and fall down. – Şəhər körpünü tamamilə yenidən qurmalı idi, çünki yararsız vəziyyətə düşmüşdü.
He has a lot of contacts because he gives out his business card to everyone he meets. – Vizit kartını tanış olduğu hər kəsə payladığı üçün onunla əlaqə qurduğu çox sayda insan var idi.
- Give away — Pulsuz vermək, paylamaq.
When Linda’s cat had kittens, she gave them all away to good homes. – Linda pişiyinin balaları olduqda onları yaxşı evlərə verdi.
- Give up — Vaz keçmək, təslim olmaq.
After two weeks of trying to build my own table, I gave up and just bought one. – İki həftə öz masamı düzəltməyə çalışandan sonra imtina etdim və birini aldım.
Go
- Go ahead — Birinin önündən getmək, bir şeyi izah etməsinə imkan vermək.
Go ahead, explain to me why there is a car on my roof. – Davam et, damımda bir avtomobilin olduğunu izah et.
Grow
- Grow up — Böyümək, uşaq kimi davranmağı kəsmək.
Some people tell Steve he needs to grow up, but he loves acting like a child. – Bəziləri deyirlər ki, Steve indi böyüməlidir, amma uşaq kimi davranmağı sevir.
Hang
- Hang out — Biri ilə vaxt keçirmək.
My friends and I used to hang out in the park after school. – Mən və yoldaşlarım məktəbdən sonra parkda vaxt keçirdik.
I was in the middle of a sentence, and he hung up on me! How rude. – Cümlənin ortasında idim və telefonu üzümə bağladı! Necə də kobud.
Log
- Log in (to) — Hər hansı bir internet saytında hesabınıza giriş etmək.
Don’t forget to log in to your Azeringilisce account to learn English better and faster. – İngilis dilini daha yaxşı və sürətli öyrənmək üçün Azeringilisce-yə daxil olmağı unutmayın!
Look
- Look up — Bir şeyin mənasına baxmaq.
If you don’t know the meaning of a word, you should look it up in the dictionary. – Bir sözün mənasını bilmirsinizsə, buna lüğətdən baxmaq lazımdır.
Look out, there’s a baseball coming your way! – Ehtiyatlı olun, qarşınızda bir beysbol var!
Pay
- Pay back — Nisyə qaytarmaq.
Thanks for getting me lunch when I forgot my wallet at home! I’ll pay you back tomorrow. – Evdə cüzdanımı unutduğum zaman mənə nahar gətirdiyiniz üçün təşəkkür edirəm! Sabah sizə pulu geri qaytaracağam.
- Pay for — Məqsədli şəkildə birinə pul vermək ya da etdiyin bir şey ucbatından cəzasını çəkmək.
He’ll pay for all the problems he caused me by being late today! – O, gec qalaraq bu gün başıma açdığı oyunların cəzasını çəkəcək.
Put
- Put out — Yanğını söndürmək üçün birindən kömək istəmək, kömək istədiyin üçün birinə zəhmət vermək. Gündəlik istifadədə isə vulqar kəlimədir, istifadə etməkdən çəkinin.
Bir yanğını söndürmək üçün:
The firefighters managed to put out the fire before it spread to other houses. – Yanğınsöndürənlər yanğını digər evlərə keçmədən söndürməyə müvəffəq oldular.
Birini narahat etmək:
I’d ask you to make me dinner but I don’t want to put you out. – Sizdən nahar düzəltməyinizi xahiş edəcəyəm, amma sizi narahat etmək istəmirəm.
Every morning she puts on her dress, lipstick, shoes and hat. – Hər səhər paltarını geyinir, dodaq boyasını sürür, ayaqqabılarını geyinir və papağını taxır.
Take
- Take off — Paltarları çıxarmaq, soyunmaq və ya səyahətə çıxmaq.
She was very happy when she finally got home and took off her shoes. They had been hurting her feet all day! – O, evə çatıb, ayaqqabılarını çıxardanda çox xoşbəxt idi. Ayaqları bütün gün ağrayırdı.
- Take out — Çanta və ya cibdən birşey çıxarmaq. Biri ilə görüşmək. Nadir hallarda birini öldürmək və ortadan qaldırmaq mənasında da istifadə olunur, lakin gündəlik danışığa uyğun olmayan bir ifadədir.
Bir şeyi çıxarmaq:
The children sat at their desks and took out their pens and paper. – Uşaqlar sıralarına oturub qələm və kağızlarını çıxartdılar.
Birini görüşməyə çağırmaq:
He took her out to the most expensive restaurant in the city. – Onu şəhərdəki ən bahalı restorana yeməyə (görüşməyə) çağırdı.
Turn
- Turn on / off — Bir cihazı, işığı yandırıb, söndürmək.
Turn off the light, I’m trying to sleep! – Işığı söndür, yatmağa çalışıram!
- Turn around — Üzünü tərs tərəfə çevirərək hərəkət etdirmək.
Sally was about to get on the plane, but she turned around when someone called her name. – Sally təyyarəyə minməyə hazırlaşırdı, amma kimsə onun adını deyəndə çevrildi.
Warm
- Warm up (to) — İlk başda sevmədiyin birinə, bir şeyə sonradan isinmək.
The new puppy was scared of my husband when we first got him, but he warmed up to him pretty quickly. – İlk dəfə alanda it həyat yoldaşımdan qorxurdu, lakin tez bir zamanda ona isindi.
Work
I try to work out every morning. – Her səhər idman etməyə çalışıram.
- Work (something) out — Bir şeyin həll etmək, həll yolunu tapmaq.
Don’t worry, I’m sure we can work something out so that everyone is happy. – Narahat olmayın, əminəm ki, hamının razı qalacağı bir həll tapacağıq.
Show
- Show around — Birinə bir məkanı təqdim etmək, gəzdirərək tanıtmaq.
The estate agent showed us around the house but we didn’t like it much. – Əmlak agenti bizə evi göstərdi, amma çox bəyənmədik.
Stick
- Stick at — Çətinliklərə baxmayaraq bir şeyi etməyə davam etmək.
She found the course very tough but she stuck at it and did well in the end. – O, kursu çox çətinliklə tapdı, lakin o buna davam edərək yaxşı nəticə verdi.
- Stick down — Bir şeyi olduqca tez və ya heç düşünmədən yazmaq.
I couldn’t answer the test so I just stuck anything down that I could remember. – Testə cavab verə bilməmişdim, ona görə də yadımda qalan nə varsa yazdım.
Switch
- Switch off — Elektronik cihazı, işığı söndürmək.
I switched off the lights, locked the door and left. – Işığı söndürdüm, qapını kilidlədim və çıxdım.
Tear
- Tear apart — Olduqca narahat olmaq.
People were torn apart when news of the train crash came through. – Qatarın qəzası xəbəri gələndə insanlar çox narahat idi.
- Tear away — Kiminsə bir şeyi etməsini dayandırmaq.
I had to tear him away from the office for dinner. – Onu şam yeməyi üçün mütləq ofisdən çıxarmalı idim.
Think
- Think ahead — Gələcəkdə nələr baş verəcəyini düşünüb, gələcək haqqında planlar qurmaq.
When you are in high school, everyone expects you to start thinking ahead. – Orta məktəbdə oxuduğunuz zaman hər kəs əvvəlcədən düşünməyə başlamağınızı gözləyir.
- Think back (to) — Keçmiş hadisəni xatırlamaq.
When I think back to my school days, I can’t imagine why I was so stubborn. – Məktəb günlərimi düşünəndə niyə bu qədər inadkar olduğumu anlaya bilmirəm.
Try
- Try back — Təkrar zəng etmək.
I called but they weren’t in, so I’ll try back later. – Onlara zəng etdim, götürmədilər, mən də sonra təkrar zəng edəcəm.
I tried the jacket on before I bought it. – Jaketi almazdan əvvəl əynimdə yoxladım.
Pass
- Pass as – Bir şeyin olduğuna inanmaq.
Although not qualified, he managed to pass as a doctor for years. – İxtisaslı olmasa da, həkimliyi illərlə inanaraq idarə etdi.
- Pass away – Ölmək, bu dünyadan köçmək.
Sadly, Georgia’s uncle passed away yesterday after a short illness. – Təəssüf ki, Georgianın əmisi dünən qısa müddətli xəstəlikdən sonra vəfat etdi.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.
Recent Content
Testlərin öyrənməyə təsiri ilə bağlı aparılan araşdırmalar göstərir ki, testlər sinif otaqlarına (testlərin geri qaytarılması) və ümumilikdə təhsil siyasətinə (test təsiri).
4-cü Sinif 5-ci Bölmə My Day Mövzu İzahı Kitab oxuyarkən beyninizi çox aktiv istifadə edirsiniz, çünki oxumaq çox aktiv bir prosesdir. Yazıçı çox iş görəndə oxucu belə çox.
FRAZEOLOJİ BİRİKMƏLƏR, FRAZEOLOJİ BİTİŞMƏLƏR
Frazeoloji birikmələr onları təşkil edən komponentlərinin məcazi mənaları əsasında əmələ gəlir.
Bu cür birləşmələrin bədiilik xüsusiyyətləri yalnız tarixi-nöqteyi nəzərdən açıqlanır. Məsələn: “bay”
sözünün mənası “tupik” (ş.dəniz quşu), “beck” sözünün mənası isə “qollarını çırpmaq”-dır. Bu sözlər
arxaizmlərdir və yalnız yuxarıda göstərildiyimiz frazeologizmin tərkibində işlənir. Və yaxud digər bir
misala baxaq “to be all thumbs” frazeologizmi “one`s fingers all thumbs” frazeologizminin əsasında
əmələ gəlmişdir. “Kilkenny cats” frazeologizmi bir əfsanədən götürülmüşdür. Əfsanəyə görə Kilkenny
və Irishtown arasında XVIII əsrdə müharibə olub və bu müharibə hər iki şəhərin dağılması ilə
nəticələnib. “Send smb. to Conventry” frazeologizmi Klarendonun “The history of the Great Rebellion
and Civil Wars in England” kitabında götürülmüşdür. İngilis inqilabı dövründə Konventri şəhərində
bir həbsxana yerləşirdi ki, orada yalnız güclü monarxlar saxlanılırdı. Göst ərdiyimiz bu frazeologizm
də bununla əlaqədar olaraq yaranmışdır.
Beləliklə frazeoloji birikmələrdə həqiqi məna ilə məcazi məna arasındakı əlaqə itir və məcazi
məna onlar üçün ön plana keçir. Frazeoloji birikmələrin aşağıdakı xüsusiyyətləri var:
1. Frazeoloji birikmələrin komponentləri sırasına arxaizmlər də daxil ola bilər.
2. Bu tip birləşmələri sintaktik cəhətdən parçalanmaq mümkün deyildir.
3. Onların komponentlərinin yerlərini dəyişdirmək əksər hallarda qeyri-mümkündür.
4. Bu birləşmələrin tərkibinə söz daxil ola bilmir.
5. Frazeoloji birikmələrin tərkibindəki sözlər öz leksik mənalarını itirərək onların komponentləri-
nə çevrilir və ümumi bir mənanı ifadə edir. Məsələn: “kick the bucket” – “to die”; “send smb to Con-
ventry” – “to ignore”.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bəzi sabit söz birləşmələrinin tərkibindəki sözlərdən birinin həqiqi mənası az da olsa, nəzərə
çarpır. Bu tip birləşmələr frazeoloji bitişmələr adlanır. Frazeoloji bitişmələrə aşağıdakı söz
birləşmələrini misal göstərmək olar:
To spill the beans “sirr vermək”; to burn bridges “körpüləri yandırmaq”; to throw dust into smb’s
eyes “bir kəsin başını aldatmaq”; to point the devil blacker than he is “şişirtmək”; to put a spoke in
somebody’s whell “bir kəsə mane olmaq”, “əngəl törətmək”; to hold one’s cards close one`s chest “bir
şeyi sirr olaraq saxlamaq”, “ağzını bərk tutmaq”, “susmaq”; to be narrow in the shoulders “zarafat
başa düşməyən”; to gild refined gold “boş yerə çalışmaq”; to stick like a leech “zəli kimi yapışmaq”;
broad shoulders “enli kürək”; more or less “qismən”, “müəyyən dərəcədə”; out of the frying pan into
the fire “yağışdan çıxıb yağmura düşmək”.
Frazeoloji bitişmələr bədiilik və məcazilik baxımından qismən frazeoloji birikmələrə bənzəyirlər.
Frazeoloji bitişmələri başa düşmək üçün onun komponentlərini məcazi mənada dərk etmək lazımdır.
Məsələn: make a mountain out of a molehill frazeologizmi “qarışqadan fil düzəltmək” (bir şeyi çox
şişirtmək) mənasını verir. Burada molehill sözü “çox kiçik” mənasında, mountain sözü isə “çox
böyük” mənasında dərk edilir.
Frazeoloji bitişmələr omonim ola bilər, yəni onlar həm həqiqi, həm də məcazi məna ifadə edə
bilərlər. Məsələn: It was very tiresome as I had to swim against the current cümləsinin tərcümsi belə
olacaq: Axının əksinə üzmək çox yorucu idi. Bu cümlədə“to swim against the current” birləşməsi
“axının əksinə üzmək” mənasını verir. Bu birləşmənin məcazi mənası isə “bir kəsə qarşı çıxmaq
(getmək)”, “bir kəsin əksinə getmək”dir.
Frazeoloji bitişmələrin də özünəməxsus xüsusiyyətləri var. Bunlar aşağıdakılardır:
1. Bu birləşmələr yüksək bədiilik xüsusiyyətlərinə malikdir və onlar mövcud olan digər sabit söz
birləşmələrinə mənaca uyğun gəlir. Məsələn: to throw dust into smb`s eyes, to be narrow in the
shoulders, to burn one’s fingers, to burn bridges.
2. Frazeoloji bitişmələr komponentlərinin semantik xüsusiyyətlərini qoruyub saxlayır. Məsələn:
to put a smoke in smb`s wheel.
3. Onlarda emosionallıq və ifadəlilik həlledici rol oynayır. Məsələn: to throw dust into smb`s
eyes, to point the devil blacker than he is.
4. Bu tip birləşmələrin komponentlərinin yerini dəyişmək qeyri-mümkündür. Məsələn: to hold
one’s cards close to one’s chest.
5. Frazeoloji bitişmələr sözlərin və yaxud söz birləşmələrinin sinonimi ola bilir. Məsələn: to gild
refined gold = to paint the lily.
Bəzi sabit söz birləşmələrinin tərkibindəki sözlərdən biri mütləq öz həqiqi mənasında işlənir, o
biri söz isə ondan asılı vəziyyətdə olur, yəni bu tip birləşmələrin tərkibinə həm müstəqil, həm də
frazeoloji məna daşıyan sözlər daxildir. Dilçilikdə bu cür sabit söz birləşmələri frazeoloji birləşmələr
adlandırılır. Məsələn: a bosom friend “ürək dostu”; to frown one’s eyebrows “qaşlarını çatmaq”; a
Sisyphean labour “sizif əməyi”;Adam’s apple“xirtdək”; rack one`s brains “baş sındırmaq”; to pay
attention to somebody “bir kəsə diqqət yetirmək”; Augean stables “avgin tövlələri”; Homeric laughter
“homer gülüşü”; Achilles’ heel “axilles dabanı”.
Frazeoloji birləşələrin aşağıdakı xüsusiyyətləri var:
1. Frazeoloji birləşmələrin kompoentlərindən birini dəyişmək mümkündür. Məsələn: a bosom
friend “ürək dostu”, bosom buddy “yaxın yoldaş”.
2. Bu birləşmələrin əsas tərəfini onun sinonimi ilə əvəz etmək olar. Məsələn: pitched battle
“amansız döyüş”, fierce battle “sərt döyüş”, “qızğın döyüş”.
3. Onların komponentlərinin yerini dəyişmək mümkündür. Məsələn: Sisyfean labour “sizif
əməyi”, a labour of Sisyphus.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZERBEYCAN – ARAP İLİŞKİLERİ. ARAP
KAYNAKLARINDA AZERBEYCAN YER İSİMLERİ
Hacer HÜSEYNOVA
hacerhuseynova@mail.ru
Azerbaycan – Arap edebi ilişkilerinin tarihi VII yüzyılın iknci yarısından başlar. Fakat Azerbaycan
şairlerinin Arap kültürü ile tanışmaları bu kültürel ilişkilerin kökünü uzaklara götürüyor . Medine’ye
göç eden ve orada yaşayıp -yaratmış Azerbaycanlı şairler İsmail ibn Yasar, Musa Şehavat, Ebul Abbas
el Ema geniş bilgi ve derin zekaya sahip olduklarından islamda büyük rütbe olan “mevla ” rütbesine
layık görülmüş ve bunlar “mövlalar”, yani “mevali şairleri” olarak isimlendirilmişlerdir .
VII – IX yüzyıllarda gelişmiş islam kültürünü hilafete dahil olan diğer sürümler, halklar gibi
Azerbaycanlılar da doğuruyordu. Bu dili öğrenmek kendini tanıtmak, meşhurlaşmak açısından oldukça
Aynı zamanda Azerbaycan’da eğitimlerini tamamlayan gençler o devrin büyük kültür merkezleri
olan Mekke, Bağdat, Sam şehirlerine gider, orada yüksek eğitim alıyorlardı. Onlarin Arapça kayıtları
ise doğaldı. Örneğ olarak, Hatip Tebrizi eğitimini tamamladıktan sonra 40 yıl Bağdat’ın Nizamiye
medresesinde hocalık yapmıştır. El Muğeddesi el Marağayi, Mensur Tebrizi ve b. bu gibi
Azerbaycanlı şairler de arapça yazmış- yaratmışlar.
Azerbaycan-Arap edebi ilişkilerinden söz ederken Azerbaycan destanlarını ve masallarını
hatırlamamak olmaz. “Kitabi -Dədə Korkut” destanı bu bakımdan değerli kaynaktır. Dastandan
anlaşılmaktadır ki, oğuz igidlerinden Kazan Han ve diğerleri Muhammed peygamberi görmek için
Arabistan’a gitmiş, islamı kabul etmiş ve dönüşde oğuzlar arasında islamı yaymışlardır. Dede
Korkutun Peygamberle (s.a.v) tanıdık ve hatta dost olması hakkında rivayet de mevcuttur. Bununla
birlikte destanın ayrı- ayrı boylarında Arap kökenli kelimelerin: Mekke, Medine, kafir, Azrail, Arap
atı ve diğer bu gibi kelimelerin işlenmesi, boyların bir çoğunda Muhammed’in anılması ise o anlama
gelir ki, Oğuzlar Araplarla iyi ilişkilerde olmuşlardır.
“Kitabi- Dede Korkut” destanında Arap sözleri işlense de, destanın dili Hatayi, Fuzuli,
S.Ə.Şirvaninin dilinden basittir. Çünkü adı geçen şairlerin eserlerinde destana göre daha çok Arap
“Köroğlu” destanında da Arap edebi ilişkilerine ait ilginç gerçekler vardır. Destanın bütün
kollarında Arap kökenli kelimelere rastlanır. Destanın ” Durna Teli ” kolunda ise olaylar Arap
ortamında – Bağdadda oluşur .
Halkımızın sosyal hayatında bugün de işlenen Araplarla ilgili ata sözlerinin, deyimlerin ve diğer
örneklerin sayısı yüzlerledir. Örneğin; 1. Burda benim, Bağdat’ta kör halife. 2. Devesi ölmüş Arap ve b.
Folklorşünas bilim adamı A.Məmmədli “Arapça – Türkçe karşılıklı ata sözleri ve temsilleri”
kitabında 1750 -ye kadar böyle ata sözünü sunmuştur. İki halk arasında edebi ilişkilerin gelişmesinde
bu kitabın rolü büyüktür .
Azerbaycan-Arap edebi ilişkilerinden söz ederken görkemli arapşünas, ilk Azerbaycanlı
arapşunas alim Aida İmanquliyevanın araştırmalarını özellikle belirtmek gerekir. O, Lübnan yazarı
N.Nuaymənin birkaç eserini Azerbaycan diline tercüme etmekle, bu ilişkileri daha da geliştirmiştir.
Azerbaycan EA Şarkiyat Enstitüsü’nün yayınladığı “Arap filolojisi konuları” mecmuesinin tertibçisi ve
editörü olurken A.İmanquliyeva iki halk arasında ilişkileri geliştirmek için gayretle çalıştı. O, Birlik
Şərqşünüslıq Cemiyeti Yönetim Kurulu Üyesi ve Toplumun Azerbaycan bölmesinin başkan vekili
olarak Ortadoğu sorunlarına ilişkin, dünyanın çeşitli kentlerinde düzenlenen kongrelerde konuşmalar
yapmış, Arap halkları ile ilişkilerin gelişmesine çalışmıştır.
Ülkemizin Birinci Hanımı Mehriban Aliyeva’nın İSESKO islam ülkelerinin birliğinin İyi Niyet
Elçisi seçilmesi, bu kurumun Azerbaycan’da düzenlenen toplantıları -2015 yılın Kasım ayında
düzenlenen toplantı, ülkemizde İSESKO Regional Merkezinin kurulması ve diğer konularda
Azerbaycan’ın Müslüman ülkeleri, özellikle de Arap devletleri ile ekonomik, siyasi, kültürel ve diğer
alanlarda ilişkilerin daha da artmasına örnektir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Azerbaycan’ın tarihi-siyasi coğrafyasına dair kaynaklar sırasında çeşitli dönemlerde düzenlenmiş,
çekilmiş haritalar ve tarihi coğrafi görüntü rolü doldurulamaz. Böyle haritalardan Arap yazarı İbn
Havqəlin (X yüzyıl) «Kitap suret el-Erd» eserindeki “Hazar Denizi Haritası”, “Azerbaycan ve Arran
Haritası», el-İdrisinin (XII yy) Haritası ilgi çekiyor.
Arapdilli ilk kaynakların kronolojik çerçevesi, esasen, IX-XV asırları kapsar. Onların büyük bir
kısmı Hilafete dahil olan ülkelerin, aynı zamanda Azerbaycan’ın tarihi-siyasi coğrafiyası ilgili
olğulara sahiptirler. Arap yazarlar – tarihçi ve coğrafiyaşünas âlimleri İbn Hişam (IX yüzyıl), İbn
Xordadbeh (IX yüzyıl), el-Yakubî (IX yüzyıl), İbn el-Fakih (IX yüzyıl), et-Taberî (IX-X yüzyıllar), el-
Mesudi (X yüzyıl), el-İstəxri (X yüzyıl), İbn Havqəl (X yüzyıl), el-Aziz (X yüzyıl), el-Biruni (XI
yüzyıl), el-İdris (XII yy), el-Qərnati (XIII yy), Yakut el-Hemevi (XII-XIII yüzyıllar), İbn el-Esir (XIII
yy), en-Nəsəvi (XIII yy), Zekeriya el-Kazvini (XIII yy), İbn Bettute (XIV), İbn Ərəbşah (XIV-XV yy),
Abdürreşid Bakuvi (XV yy) ve başkaları eserlerinde bu diyarın tarihi, coğrafyası konusunda deliller,
Şu anda şimdiki Azerbaycan topraklarında Arap kökenli pek toponimik birimler vardır.
Azerbaycan coğrafyasında Arap etnosu ile bağlantılı isimler özel bir grup oluşturur. Bu isimlere Arap
(4 menteqe), Arapbasra, Arapqardaşbeyli, Arabqadim, Arabqubalı, Arabyatağı, Arapyengicə, Araplar
(2 menteqe), Arapocağı, Arapsarvan, Arapuşağı, Arapxana, Arapşahverdi, (2 menteqe), Arapşeki ve
başkaları örnek gösterilebilir. Tüm bunlar Azerbaycan ve Arap halklarının tarih boyunca, lap eskiden
birbirleriyle ilişkilerini, sosyal, siyasi, dini, edebi ilişkilerini yaşatan en güvenilir menbelerdir.
NAXÇIVAN DİALEKTİNDƏ OMONİMLƏR
Nuray ƏLİYEVA
AMEA Naxçıvan Bölməsi
naliyeva22@mail.ru
Dil hər bir xalqın mənəvi siması, onun milli varlığının timsalıdır. Xalqı məhz onun dili yaşadır.
Ədəbi dilimiz hələ tam formalaşmadığı zamanlarda xalq dili, yəni dialekt və şivələrimiz artıq mövcud
idi və onlar xalqın yaşam tərzini, həyatını, məişətini, yaşadığı keşməkeşləri özündə əks etdirirdi. Bu
baxımdan şivələrlə ədəbi dil arasında ümumi cəhətlər çox olsa da, fərqli xüsusiyyətlər də çoxdur.
Naxçıvan dialektinin lüğət tərkibinin müəyyən bir hissəsini leksik mənaları ayrı, qrammatik
mənaları isə həm eyni, həm də müxtəlif olan eyni fonetik tərkibli sözlər, yəni omonimlər təşkil edir.
Naxçıvan dialektində, ümumiyyətlə dialekt və şivələrimizin lüğət tərkibində ədəbi dilə nisbətən
omonimlərin daha orijinal və rəngarəng növlərinə rast gəlirik.
Omonimlər tarixən genetik cəhətdən müxtəlif olan iki sözün formaca uyğunlaşması və ya bir
sözün-çoxmənalı sözün iki müxtəlif mənalı sözə ayrılması, başqa dillərdən söz alma yolu ilə yaransa
da onları müəyyənləşdirərkən müxtəlif tələblər irəli sürülməlidir. Çoxmənalı sözlərdən və genetik
cəhətdən müxtəlif sözlərdən yaranan omonimlər arasında fərq məna əlaqəsinin olub-olmaması ilə
bağlıdır (2, s.12). Ədəbi dildə olduğu kimi, dialekt leksikasında da omonimlər xüsusi rol oynayır.
Naxçıvan dialektində ədəbi dildə, Azərbaycan dilinin digər dialekt və şivələrində olduğu kimi
omonimlər müxtəlif nitq hissələri ilə ifadə olunur. Bu baxımdan bu söz qruplarını-dialektin
leksikasındakı omonimləri aşağıdakı kimi qruplaşdırmaq olar. İsimlərdən ibarət olan omonimlər:
Gəc I is. – əhəng.
Gəc II is. – lavaşı yapmaq üçün alət
Gəc Qərbi Azərbaycan şivələrində ot tayasının yanından yenidən yığılıb qaldırılan hissəsi
mənasında, Vedi, Zəngibasar, Çəmbərək şivələrində isə gəj variantında əhəng daşı və əhəng daşından
hazırlanan suvaq məhlulu (3, s.157) mənasında işlənir.
Lavaşa I is. – alça, zoğal və s. meyvələrdən bişirilib qurudulan turşu.
Lavaşa II is. – zəncirin ucunda olan qarmaq.
Lavaşa III is. – ipək hazırlanarkən baramanı tiyanda islatmaq üçün istifadə olunan əyri ağac.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bu söz birinci mənasında İrəvan və Qarakilsədə, lavəşə variantında isə Lerik və Dərələyəz
şivələrində əkin aləti mənasında işlənir. Azərbaycan dilinin Qubadlı və Gəncə şivələrində lavaşa
sözünün at nallayarkən istifadə olunan alət mənası da var.
Qələm I is. – növ, çeşid.
Qələm II is. – daş yonan alət.
Qələm III is. – savad, bilik.
Qərbi Azərbaycan şivələrində bu söz ağacın kəsilib əkilən şivi mənasında da işlənir (6, s.110).
Naxçıvan dialektinin lüğət tərkibində sifətdən ibarət olan omonimlər isimdən ibarət olan
omonimlərə nisbətən azlıq təşkil edir. Məsələn:
Ütux’ I sif. – bacarıqlı, zirək.
Ütüx’ II sif. – kələkbaz, hiyləgər.
Ütüx’ sözü Agdam, Laçın, Cəbrayıl şivələrində də diribaş, bacarıqlı, zirək mənasında işlənir.
Azərbaycan dilinin digər dialekt və şivələrində isə bu sözün başqa mənalarına da rast gəlirik. Şamaxı
dialektində sırtıq, həyasız; İsmayıllı şivələrində xəsis; Mingəçevir, Kürdəmir, Şəkidə isə tez üşüyən,
soyuğa davamı olmayan mənalarında işlənir (5, s.192).
Nuzul I sif. – tənbəl.
Nuzul II sif. – inadkar, tərs.
Bu söz birinci mənasında dilimizin Zəngilan və Cəbrayıl şivələrində də işlənir.
Oturuşmuş I sif. – dünyagörüşlü, təcrübəli.
Oturuşmuş II sif. – odu sönmüş təndir.
Naxçıvan dialektində bir qisim feillər də omonimləşir. Qeyd etmək lazımdır ki, burada feillərin
omonimliyə meyli çox zəifdir. Çünki feillər omonimlikdən daha çox çoxmənalılığa meyl göstərir. Belə
ki, onlar müxtəlif əşyaların bir-birinə bənzər hərəkətlərini icra edir.
Ütməx’ I f.– oğurlamaq.
Ütməx’ II f. – heç kimi saymamaq.
Ütməx’ III f. – heyvanın kəlləsini odda təmizləmək.
Girrəməx’ I f. – pis niyyətlə izləmək.
Girrəməx’ II f. – güzəranı yaxşı olmamaq, birtəhər yaşamaq.
Bu feilin Azərbaycan dilinin Şəki dialektində, Kürdəmir, Tovuz şivələrində dolandırmaq,
yaşatmaq, Quba dialektində təngə gətirmək, cana gətirmək, Qərbi Azərbaycan şivələrində fürsət
gözləmək, başını saxlamaq, Zəngilan və Cəbrayıl şivələrində təqib etmək, əl çəkməmək, dalınca
gəzmək (3, s.161) mənaları da var.
Naxçıvan dialektində müxtəlif nitq hissələrinə aid olub, bir-birindən leksik və qrammatik
mənalarına görə fərqlənən omonimlər də vardır. Burada isim-sifət, isim-feil, sifət-feil kimi işlənən
omonimlər əsasən aşağıdakılardır:
Yuxa I is. – lavaş.
Yuxa II sif. – ürəyiyumşaq.
Bu söz eyni fonetik tərkibdə I sacda bişirilən lavaş, II nazik mənalarında Qərbi Azərbaycan
şivələrində də işlənir.
Zelaf I is. – hər tərəfi sürtülmüş aşıq.
Zelaf II sif. – həyasız, sırtıq.
Maraqlıdır ki, Sərqi Abşeron şivələrində bu mənaların hər ikisini moça sözü ifadə edir (7, s.139).
Səqqət I is. – uçurum.
Səqqət II sif. – şikəst, əlil.
Bu leksem Naxçıvanda, Şərurda ikinci mənasında, Culfa şivələrində isə uçurum mənasında
işlənir. Qərbi Azərbaycan şivələrində də bu söz şikəst, əlil mənalarında işlənir. Azərbaycan dilinin
Şamaxı dialektində isə bu sözə xəsis mənasında rast gəlirik (3, s.323).
Zod I is. – gavahın.
Zod II sif. – hirsli.
Zod sözü gavahın mənasında Qazax dialektində, Gədəbəy, Şəmkir, Tərtər, Tovuz, Gürcüstanın
Borçalı şivələrində də işlədilir. Qərbi Azərbaycan şivələrində isə bu söz I cütün ucuna əlavə edilən
dəmir, II tamamilə, büsbütün mənalarında işlənir (3, s.426).
Omonimlər tarixən genetik cəhətdən müxtəlif olan iki sözün formaca uyğunlaşması, və ya bir
sözün– çoxmənalı sözün iki müstəqil mənalı sözə ayrılması, başqa dillərdən söz alma yolu ilə yaransa
da, onları müəyyənləşdirərkən müxtəlif tələblər irəli sürülməlidir. “Ümumiyyətlə, omonimlərin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
mahiyyəti iki izomorf sözün arasında məna əlaqəsinin olması və ya olmaması ilə deyil, onların həmin
dildə danışanlar tərəfindən şəksiz-şübhəsiz ayrı-ayrı sözlər kimi dərk edilməsi və mövcudluğu ilə
müəyyənləşir (2, s.10)”.
Naxçıvan dialektinin lüğət tərkibindəki omonimləri araşdırarkən elə omonimlərə rast gəlirik ki,
onlar həm ədəbi dildə, həm də şivələrdə işlənir:
Tar I – çalğı aləti.
Tar II – toyuğun gecələr yatmaq üçün üstünə çıxdığı ağac
Bu sözün birinci mənası daha çox ədəbi dildə, ikinci mənası isə şivələrdə işlənir. Azərbaycan
dilinin dialekt və şivələrində bu sözün I arabanın yan tərəfindəki paralel üfüqi ağaclar; II dağda, təpədə
küləyin bir yerə yığdığı qar yığını mənaları da vardır.
Yel II – xəstəlik, revmatizm.
Bu söz hər iki mənasında həm ədəbi dildə, həm də dialekt və şivələrimizdə işlənir. Hər hansı bir
sözün omonimliyini müəyyən etmək üçün onun səslənmə və yazılış eyniliyinə, məna müxtəlifliyinə,
eyni və ya müxtəlif nitq hissələrinə aidliyinə diqqət yetirmək vacibdir.
AZƏRBAYCAN DİLÇİLİYİNDƏ İNTENSİVLİK
MƏSƏLƏSİNİN QOYULUŞU
Xəyalə MÜRSƏLİYEVA
Sumqayıt Dövlət Universiteti
murseliyeva.xeyale@mail.ru
“İntеnsivlik” müаsir linqvistikа üçün yеni аnlаyış dеyil. Еlmi-nəzəri ədəbiyyаtdа dаhа
çохеksprеssivlik prоblеmlərindən bəhs оlunаrkən, üslubiyyаtdа, еmоsiоnаl mətnlərdə, nitqin
prеdmеtini səciyyələndirən zаmаn, qiymətləndirmə prоsеsində bir sırа dilçilik tеrminləri ilə
qаrşılаşırıq: “intеnsivlər”, “intеnsivləşmə”, “intеnsivlik”, “əlаmətin intеnsivlik dərəcəsi” və s.
İntеnsiv” sözü lüğətlərdə gərgin, qızğın və səmərəli аnlаmlаrındа işlədilir. İntеnsivlik
dеyəndə isə gərginlik, qızğınlıq, səmərəlilik аnlаyışlаrı bаşа düşülür. İntеnsivləşdirmə düzəltmə
tеrminindən isə həyаtın müхtəlif sаhələrində: məsələn, təsərrüfаtın intеnsivləşdirilməsi
(səmərələşdirilməsi) və s. mənаlаrdа istifаdə оlunur [7, s.575].
Аzərbаycаn dilinin izаhlı lüğətində “intеnsiv” sözünün lаtın mənşəli (intеnsiо)оlduğu və
gərgin, güclü, qızğın mənаsındа işləndiyi qеydə аlınıb [6, s.559].
Аzərbаycаn dilçiliyinə dаir “İzаhlı dilçilik tеrminləri” lüğətində “intеnsiv” tеrminоlоji
vаhidi hаqqındаkı lüğət məqаləsində dеyilir ki, intеnsiv-kökə nisbətən mənаnı şiddətləndirməyə
хidmət еdən söz fоrmаsıdır. Məsələn:, şаir “şаn-şаn” yеrinə “şаnə-şаnə” işlətməklə intеnsivlik
yаrаdır: Bаğrım оlur şаnə-şаnə, durnаlаr! [8, s.236] Hаbеlə, görməzə-bilməzə (görməz-bilməz
yеrinə): gur-gur guruldаmаq (“guruldаmаq” yеrinə). Əzim-əzim əzmək (“əzmək” yеrinə).
Türkоlоgiyаdа və Аzərbаycаn dilçiliyində intеnsivlik kаtеqоriyаsı dахilində bəzi dil
fаktlаrının, dil hаdisələrinin tədqiqi səthi və bəsit хаrаktеr dаşımаqdаdır. Nitq hissələrindən-
isimdən, sifətdən, fеildən, zərfdən, bəzi köməkçi nitq hissələrindən, həmçinin də sintаktik
fоrmаlаrdаn dаnışаn müəlliflər “çəkinə-çəkinə” dildə gücləndiricilik vаsitələrindən də bəhs
еtmişlər. Dеmək оlаr ki, bu mövzudа dərin еlmi-tədqiqаt işi аpаrılmаmışdır. Müqаyisə
dərəcələrinin аyrı-аyrı dərslik və qrаmmаtikа kitаblаrındа müхtəlif şəkildə izаhı nəzərə
аlınmаzsа, müаsir türk dillərində həmin məsələ хüsusi еlmi-tədqiqаt оbyеkti оlmаmış və bu
mövzunun tаm həllini vеrə bilən mükəmməl bir əsər yаzılmаmışdır.
Sintаktik intеnsivliyin bəzi хüsusiyyətlərinə Е.Həsənоvаnın tədqiqаtlarındа rast gəlmək
olur [2]. O, ardıcıl tаbеlilik əsаsındа qurulmuş ÇKMC (Çox Komponentli Mürəkkəb Cümlə)
növlərinin çох intеnsiv işlənən struktur tip mоdеllərini müəyyənləşdirmişdir.
Yaşar Məmmədli intensivliklə bağlı iki məqalə yazmışdır, birinci məqalə “İntensivlik və
canlı danışıqda psixoloji-affektiv amil”, ikinci məqalə isə “Dil vahidinin praqmatik funksiyası
Comments are closed, but trackbacks and pingbacks are open.