Press "Enter" to skip to content

Kateqoriya: Frazeoloji birləşmə

– Bilmirəm. Yəgin ki, günündə deyil.

Kayzen

Rus dilində adam bəzən elə ifadələrlə rastlaşır ki, bunlardakı fikir onu təşkil edən sözlərin hər birinin ayrıca mənası ilə izah olunmur, yalnız bütün tərkib və ya ifadə birlikdə bir məna verir. Rus dilində belə frazeoloji ifadələr, sabit söz birləşmələri, zərb-məsəllər az deyildir. Belə ifadələri danışıqda, ədəbi dildə işlətməklə, biz öz nitqimizi daha sərrast, obrazlı, emosional və təsirli etmiş oluruq.
Əvvəlki dərslərimizdə frazeoloji birləşmələrə, zərb-məsəllərə dair kiçik lüğətlər dərc etmişik. Indi isə sizə .onlardan bəzilərinin əmələ gəlməsi və işlənməsi barədə qısaca məlumat verəcəyik.

Бить баклуши —bu frazeoloji ifadənin mənası «daban döymək», «ayaq döymək», «veyl-veyl gəzmək «veyllənmək» «boş şeylə məşğul olmaq» deməkdir. Vaxtı ilə Rusiyada ağac kötüyündən (parçasından) qab-qacaq, qaşıq və başqa məmulatlar kəsilib düzəldilirdi. Bu ağac parçasına баклуши deyirdilər. Bakluşini yarmaq (parçalamaq, döymək), asan iş sayılırdı. Buna görə də onun icrası zəif adamlara həvalə edilirdi. Бить bakluşi ifadəsi də bax, buradan əmələ gəlmişdir.
Ardı →

Kateqoriya : Frazeoloji birləşmə

Frazeoloji birləşmələr nitqə ifadəlilik, obrazlılıq gətirən, fikri ifadəli edən dil vahidlərindəndir. Belə birləşmələrə sabit birləşmələr də deyilir. Bir qayda olaraq, frazeoloji birləşmələr məcazi mənalı olur. Məsələn: ürəyi düşmək, qəlbinə toxunmaq,ürəyi dağa dönmək, dabanına tüpürüb qaçmaq, özündən çıxmaq, zəhləsi getmək, burnunu sallamaq və s. Frazeoloji birləşmələr bir sözə bərabər olan biləşmələrdir. Ümumilikdə frazeoloji birləşmələrin əsas xüsusiyyətləri bunlardır:

  1. Frazeoloji birləşmələrin tərkibi dəyişməz olur.
  2. Bu ifadələr dildə hazır şəkildə mövcud olur.
  3. Frazeoloji birləşmələrin tərkibinə daxil olan sözlər öz ilkin həqiqi mənalarını itirir və yalnız məcazi mənada işlənir.
  4. İki və daha artıq sözdən ibarət olurlar.
  5. Frazeoloji birləşmələr bütöv leksik vahidlərdir, lüğətlərə düşürlər.
  6. Əksəriyyəti bir sözlə ifadə oluna bilirlər.
  7. Tərkib hissələrinə ayrılmadan bütöv bir cümlə üzvü olurlar.

Alt kateqoriyalar

Bu kateqoriyada 2 altkateqoriya var və onlardan 2 altkateqoriya aşağıda göstərilir.

Rus dilində frazeoloji birləşmələr

Rus dili oyrenmek üçün bezən insanlar kurslarına gedirlər, bəzən də özümüz ev səraitində rus dilini oyrenmek isteyirik bunun üçün də bu dəfəki yazımızda rus dili üzrə məlumat paylaşdıq. Ümid edirik ki, sizin üçün faydalı olacaq.

Frazeoloji birləşmələr tərkibcə dəyişməz, bütövlükdə məcazi bir mənanı bildirən sabit söz birləşməsidir. İki və daha çox sözlərdən ibarətdir. Rus dilində «фразеологи́змы» (frazealaqízmı) deyilir. Hər dilin özünə məxsus frazeoloji birləşmələri vardır. Rus dilində cümlə üzvlərini təyin etmək üçün frazeoloji birləşmələr hissələrə bölünmürlər. Məsələn, «до седьмо́го по́та» (da sed’móva póta – əziyyətlə, zəhmətlə nail olmaq) – bu cümlə bütövlükdə yalnız xəbər ola bilər. Frazeoloji birləşmələri ayrılıqda hər hansısa bir sözlə əvəz etmək olmaz. Necə ki, «счита́ть воро́н» (şitа́t’ varón – fikrin alma, armud dərir – yəni diqqətsiz olmaq) və yaxud «умы́ть ру́ки» (umı́t’ rúki – aradan çıxmaq – yəni vəziyyətdən qaçmaq) və s.

Бе́лая воро́на (belа́ya varóna) – Hamı kimi olmayan, fərqli insan;

Иногда́ себя́ чу́вствую бе́лой воро́ной среди́ жи́телей э́того го́рода. – Bu şəhər sakinlərinin arasında hərdən özümü yad hiss edirəm.

Бра́ть (взя́ть) себя́ в ру́ки (brа́t’ sebyа́ v rúki) – Özünü ələ almaq; heç nəyə baxmayaraq, lazım olanı etmək;

На́до взя́ть себя́ в ру́ки и заня́ться, наконе́ц, спо́ртом! – Özünü ələ alıb, axır əvvəl idmanla məşğul olmaq lazımdır!

Встава́ть (вста́ть) не с той ноги́ (vstavа́t’ ne s toy nаqí) – Tərs ayaqdan qalxmaq, günündə olmamaq

– Почему Полина сегодня такая злая?

– Не знаю. Наверное, встала не с той ноги.

– Polina bu gün nə üçün acıqlıdır?

– Bilmirəm. Yəgin ki, günündə deyil.

Води́ть за нос (vаdít’ za nos) – Aldatmaq, yalan danışmaq;

Как мошенникам удаётся водить за нос столько людей? – Dələduzlar necə bu qədər insanı aldada bilirlər?

Вставля́ть па́лки в колёса (vstavlyа́t’ pа́lki v kalyósa) – Qəsdən maneçilik törətmək, mane olmaq;

Конкуренты постоянно вставляют нам палки в колёса. – Rəqiblər bizə hər zaman mane olurlar.

Рабо́тать не поклада́я рук (rabótat’ ne pakladа́ya ruk) – Dayanmadan işləmək, çox işləmək;

Последние полгода работаю не покладая рук, а дел меньше не становится! – Son yarım ildə dayanmadan işləyirəm, ancaq işlər azalmır!

Как ры́ба в воде́ (kak rı́ba v vad’е́) – Özünü rahat hiss etmək, özündən əmin olmaq;

Андрей в любой стране чувствует себя как рыба в воде. – Andrey istənilən ölkədə özünü rahat hiss edir.

Де́ло в шля́пе (dе́la v şlyа́pe) – Bir işin uğurlu sonlanması deməkdir.

Осталось решить всего несколько вопросов – и всё, дело в шляпе! – Bir neçə sualları həll etmək qalıb – və bununla, iş bizimdir!

Peşəkar müəllimlər ilə sistemli şəkildə Rus dilini öyrənmək istəyirsinizsə, Dərslərimizə yazılın.

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə danışığı öyrənməyin 10 yolu
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
  • İngilis dilini evdə öyrən
  • Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • CV hazırlamaq
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • İmtahana hazırlaşmağın 4 effektiv yolu
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • ACCA nədir?
  • Yerli Təqaüd Proqramları
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

Comments are closed, but trackbacks and pingbacks are open.