Fərd və şəxsiyyət
Cəmiyyət və insan problemi ilə əlaqədar olaraq “insan”, “fərd”, “fərdiyyət” və “şəxsiyyət” anlayışların ınümumi cəhətlərinin və fərqinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Professor Mübariz Əmirovun bununla bağlı araşdırmasında bildirilir ki, insan təbiəti etibarilə bioloji olduğu halda, mahiyyəti etibarilə sosialdır. O, ictimai-tarixi fəaliyyətin və mədəniyyətin subyekti, dəqiq desək, mövcud ictimai münasibətlərin, ümumdünya tarixi-mədəni prosesin məhsuludur. Fərd – insan nəslinin, özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd cəmiyyəti və ya sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd həm bioloji, həm sosial, həm də psixi tərəflərə malikdir. Fərddə bu tərəflər bir-birinə culğalaşmış şəkildə mövcud olur. Beləliklə, fərd özünün antropoloji (bioloji) və ictimai (sosial) tərəflərinə nəzərən etinasızdır. Fərd bizim qarşımıza canlı orqanizmin malik olduğu fiziki və ruhi qabiliyyətlərin məcmusu kimi çıxır. Fərd dedikdə ayrıca bir insan nəzərdə tutulur. Onun ümumi cəhətləri ilə yanaşı, fərdi cəhətləri də var.
“Şəxsiyyət” anlayışı biososial varlıq olan insanın ancaq sosial tərəfini ifadə edir və ondakı bu sosial tərəfin inkişaf dərəcəsini göstərir. Şəxsiyyət – yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən şəxsdir. Şəxsiyyət müstəqil, sosial cəhətdən çox fəal olan adamdır. Şəxsiyyətin başlıca cəhəti onun ictimai fəaliyyətidir.
İnsan anadan fərd kimi doğulur, şəxsiyyət kimi isə sonralar formalaşır. Əgər fərd anlayışı insanın ictimai münasibətlərin məhsulu olduğunu göstərirsə, şəxsiyyət alayışı onu daha çox bu münasibətlərin subyekti kimi səciyyələndirir. Professor Mübariz Əmirov qeyd edir ki, şəxsiyyət öz mahiyyətinə görə sosialdır, mövcudluq üsuluna görə fərddir. Fərd şəxsiyyətə çevrildikdə, həm də fərdiyyət xüsusiyyətini kəsb edir. Fərdiyyət hər bir fərdi başqalarından fərqləndirən spesefik, özünəməxsus konkret bioloji və sosial cəhətlərin məcmusudur. Hər bir adamın fərdiliyi bir tərəfdən bioloji amillərlə, digər tərəfdən isə sosial mühitlə, ictimai münasibətlər sistemi ilə şərtlənir. Beləliklə, “fərdiyyət” və “şəxsiyyət” anlayışları məzmunca qismən yaxındır. Bu yaxınlıq onda təzahür edir ki, bir tərəfdən bütün şəxsiyyətlər özünəməxsus keyfiyyətlərə malikdir, fərddir, təkrarolunmazdır, digər tərəfdən, məhz fərdilik şəxsiyyətin spesefikliyini ifadə edir. Lakin həmin anlayışları tam eyniləşdirmək olmaz. Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı dah çox insanın müstəqilliyini, əqidə möhkəmliyini, şəxsi simasını, prinsipiallığını, çətin vəziyyətlərdə müstəqil qərar qəbul etmək qabiliyyətini göstərir.
Fərdiyyət öz ifadəsini insanın təbii əlamətlərində, psixi xassələrində – hafizə, təxəyyül, temperament və xarakterində, onun simasının həyat fəaliyyətinin xüsusiyyətlərində tapır. İnsanın şüurunun bütün məzmunu: fikirləri də, mühakimələri də fərdi rəng alır. Hətta bunlar müxtəlif adamlarda da ümumi olduqda belə, haradasa müəyyən “özünəməxsusluqla” fərqlənir. Hər bir adam gördüyü işlərdə, irəli sürdüyü mühakimələrdə, insanlara münasibətdə öz xüsusiyyətlərini həkk etdirir. Şəxsiyyət isə yalnız öz xüsusiyyətləri cəhətindən deyil, həmçinin öz sosial – mənəvi keyfiyyətləri cəhətindən nəzərdən keçirilən bir insandır. Bu keyfiyyətlər həm müsbət, həm də mənfi ola bilər. Lakin çox zaman onlar müxtəlif nisbətlərdə insanın həm ləyaqətini, həm də çatışmazlıqlarını özündə birləşdirmiş olur.
Şəxsiyyəti sosial mühitin passiv məhsulu kimi şərh etmək və şəxsiyyətdə fəal ictimai xadimi görməmək düzgün olmazdı. Şəxsiyyətin sosial təcrübəni mənimsəməsi prosesi onun daxili aləmi, istedadı vasitəsilə həyata keçirilir.
Şəxsiyyət fərdin sosial keyfiyyətlərinin ifadəsi, onların obyektiv və subyektiv xarakteristikalarının vəhdətidir. Lakin bu heç də bioloji və psixoloji amillərə laqeydlik göstərmək üçün əsas vermir. Professor Mübariz Əmirovun fikrincə, müasir fəlsəfi ədəbiyyatda şəxsiyyətin sosial strukturu haqqında qızğın mübahisələr gedir. Bu struktur insanın davranışının başlıca istiqamətini müəyyən edən obyektiv və subyektiv amillərin, habelə onların tərkib ünsürlərinin məcmusu olub, təkcə şəxsiyyət problemini öyrənmək üçün yox, həm də ona təsir göstərmək baxımından əhəmiyyətlidir. Fərdin sosial keyfiyyətləri onun obyektiv surətdə daxil olduğu birliyin təsiri altında onun fəaliyyəti prosesində təşəkkül tapıb inkişaf edir. Şəxsiyyətin sosial strukturunda aşağıdakı ünsürləri qeyd etmək olar:
a) fəaliyyətin müxtəlif növlətində sosial keyfiyyətlərin reallaşması üsulu;
b) şəxsiyyətin obyektiv tələbatı və mənafeyi;
v) cəmiyyətin mənəvi sərvətlərə yiyələnmə dərəcəsi, yəni şəxsiyyətin mənəvi aləmi;
q) şəxsiyyətin rəhbər tutduğu əxlaqi normalar və prinsiplər;
d) əqidə və əqidəyə sədaqət.
Hər bir şəxsiyyətdə bu struktur ünsürlərini müşahidə etmək olar. İnkişaf prosesində şəxsiyyətin sosial strukturu daim dəyişilir, təkmilləşir. Şəxsiyyət sosial mühitlə qarşılıqlı təsir prosesində formalaşır.
Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir. Məhz tələbat insanı müəyyən surətdə və müəyyən istiqamətdə iş görməyə təhrik edir. Tələbat şəxsiyyətin fəallığının mənbəyi kimi meydana çıxır. Hər bir şəxsiyyət təkrarolunmaz ünsiyyətə malikdir. Çünki o, tipik olanla fərdi olanın dialektik vəhdətidir. Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər də vardır. Ona görə də insanları uyğun, oxşar sosial əlamətlərinə görə müxtəlif qruplara ayırmaq olar ki, bunları da adətən, şəxsiyyətin sosial tipləri adlandırırlar. Şəxsiyyətin sosial tipi insanın öz fəaliyyət növlərini həyata keçirmək üsulları ilə bağlıdır.
XXI əsrin qlobal problemləri içərisində insan münasibətləri xüsusi yer tutur. Bu münasibətlər isə doğrudan da kövrəkdir, zərifdir və bəzən adi bir yersiz baxış, təsadüfi sayğısızlıq onlarda dərhal əks olunur, adamların bir-birinə hörmət-izzətini azaldır, qarşılıqlı münasibətlərinə soyuqluq gətirir.
Cəmiyyətdə hər bir insan başqaları ilə qarşılıqlı fəaliyyətdə olmalı və kollektivdə yaşamalıdır. Kollektiv daimi birgə işlə məşğul olan, ümumi məqsədə malik, təhsil və yaxud yaradıcı fəaliyyətlə bağlı olan insanlar birliyidir. Bununla belə, hər bir insanda fərdilik, şəxsilik olduğu kimi, ümumilik və kollektivçilik də var. Təəssüf ki, fərdilik və ümumilik həmişə üst-üstə düşmür. Belə olduqda insan seçim qarşısında qalır – güzəştə getsin, yoxsa iddia irəli sürsün? Bəziləri münaqişə yolunu ətrafdakılarla mübarizə, öz maraqları üçün müharibə yolunu seçirlər. Belələrini çox vaxt münaqişəli insanlar da adlandırırlar. Münaqişə (konflikt) – əks maraqların, baxışların və ya fikirlərin toqquşmasıdır. Sosial münaqişələrin bir çox növləri vardır: ailə, peşə istiqamətli, şəxslərarası, millətlərarası, dövlətlərarası və siyasi münaqişələr.
Rəqabət münaqişəyə yaxındır. İnsan öz rəqibini hər şeydə – məvacibdə, cəmiyyətdəki vəziyyətində, şöhrətdə, təriflənmədə və s. hallarda üstələməyə çalışır. Rəqabət özünü başqasına qarşı qoymağı, fərdiliyin son həddini, insanlara münasibətdə təkəbbürlülüyü, yaxınlara kömək arzusunun olmamasını nəzərdə tutur. Əgər cəmiyyət rəqabət üzərində qurulubsa, onda hər kəs ilk növbədə rəqiblərini məhv etməyə və hər şeyə yalnız özü nail olmağa çalışır.
İnsanların qarşılıqlı fəaliyyət formalarından biri əl-ələ verib çalışmasıdır, yəni həmrəylikdir. Həmrəylik dedikdə könüllülük əsasında hər kəsin ətrafdakı insanların nailiyyətləri ilə maraqlanması, bir-birinə qarşılıqlı kömək və yardım göstərməsi, bir güc, etimad, bərabərhüquqlu tərəfdaşlıq nəzərdə tutulur. Bu halda ümumi və fərdi maraqlar vəhdət təşkil edir. Təbii ki, belə olduqda kollektivçilik ayrıca insanın şəxsiyyətini kölgədə qoymamalı, hamının rifahı, meyil və maraqları nəzərə alınmalıdır.
Xeyirxahlıq bizə ulu babalarımızdan əmanət qalmış çox böyük sərvətdir. Məsələn, keçmiş dövrlərdə hər bir adam evinin qapısı önündə tut ağacı əkərmiş. Yol kənarlarında meyvə bağları salarmış. Bulaq çəkmək, körpü salmaq, mədrəsə tikməyi və s. imkanlı adamlar özlərinə borc bilərlərmiş. İndiki kimi nəqliyyat vasitələrinin olmadığı o zamanlarda uzaq səfərə çıxan adamlar sərin bulaq suyundan içər, ağacların meyvələrindən yeyər, kölgəsində dincələr, bu bulağı çəkən, bu ağacları əkən xeyirxah insanlar haqqında xoş sözlər deyərdilər.
İnsanlar müxtəlif sosial-mədəni köklərə, dini əqidələrə malikdirlər. Həyatın istənilən problemi və ya hadisəsi haqqında, sözsüz ki, onların həmişə müxtəlif fikir və ideyaları olacaqdır. İnsanın baxış müxtəlifliyinə dözümlü münasibəti və öz mövqeyini ətrafdakılara hörmətlə ifadə etməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür dünyagörüşə malik şəxsi dözümlü (tolerant) insan adlandırırlar.
Professor Mübariz Əmirovun araşdırmasında vurğulanır ki, tolerant olmaq – digər insanların ideyalarını, fəaliyyətini və həyat tərzini həyatın rəngarəngliyi kimi qəbul etmək, əks baxışlara səbirlə yanaşmaq deməkdir. Tolerant insan fikir ayrılıqlarını diolaq prosesində aydınlaşdırır və istənilən mübahisəni müzakirə və inandırma yolu ilə həll edir. Tolerantlıq, insan hüquqlarının həyata keçirilməsinin, sülhə nail olmağın ayrılmaz və mühüm ünsürüdür. Tolerantlıq güclü əlaqələr yaradır, daha sıx əməkdaşlığa yol açır, insanların həmrəyliyini möhkəmləndirir. Totlerantlıq ədavəti və fikir ayrılığını aradan qaldırmağa kömək edir, zorakılığa və hədə-qorxuya qalib gəlir, cəmiyyətdə təhlükəsizlik hissini təmin edir. Tolerant insan öz rəqiblərinə hörmətlə yanaşır. Sizin başqalarını bağışlamağa gücünüz çatırsa, deməli, lazım gəldikdə onlar da sizi bağışlaya biləcəklər.
Fərd fərdiyyət və şəxsiyyət fəlsəfə
5-ci yazı

Uğur
- 2 Mart 09:40
- 5 649
Fərd və şəxsiyyət
İnsan bəşər nəslinin yeganə nümayəndəsi kimi fərd olaraq nəzərdən keçirilir. Bu anlayışın tərifi hansısa spesifik xarakteristikaya ehtiyac hiss etmir. Fərd– həmişə çoxlardan biridir. Bu mənada «fərd» və «şəxsiyyət» anlayışları həm həcminə, həm də məzmununa görə bir– birinə ziddir. Fərd anlayışında insanın xüsusi, yaxud yeganə olan xassəsi əks olunmur. Ona görə də öz məzmununa görə çox kasıbdır, lakin həcminə görə o qədər də zəngindir, çünki hər bir insan– fərddir. Fərd anlayışında insanın nə bioloji, nə də sosial keyfiyyətləri görünmür. Halbuki o nəzərdə tutulur. Əgər biz «insan fərdi» deyiriksə, o zaman bütün adamların nəsli birliyini təsəvvür edirik. Başqa keyfiyyətləri göstərdikdə isə onda sosial qrupa mənsubluq özünü göstərir.
Beləliklə, insan müəyyən dərəcədə biososial varlıqdır; ona görə sosial varlıqdır ki, onun ictimai mahiyyəti vardır; ona görə bioloji varlıqdır ki, bu mahiy-yətin daşıyıcısı canlı insan orqanizmidir.
«İnsan» anlayışı insan növünə məxsus ümumi əlamətləri ifadə edən növ an-layışıdır. İnsan aləmində adətən fərd deyərkən ayrıca götürülmüş bir insanı nəzərdə tuturlar. Onun ümumi cəhətləri ilə fərdi cəhətləri də vardır. Ayrıca bir insan nə isə xüsusi bir fərddir və məhz onun xüsusiliyi onu fərd edir və gerçək ictimai fərd varlığına çevirir.
Fərd öz ifadəsini insanın təbii əlamətlərində və psixik xassələrində– hafizə, təxəyyül, temperament, xarakter xüsusiyyətəlirində və insan simasında, onun həyat fəaliyyətinin bütün rən¬garəngliyində tapır. Şüurun bütün məzmunu da: baxışlar, mühakimələr, rəylər də fərdi rəng alır, bunlar hətta müxtəlif adamlarda ümumi olduqda da həmişə özündə nə isə bir «özünə məxsusluq» daşıyır. Hər bir ayrıca adamın təlabatı və ehtiyacları fərdiləşmişdir və o, özünün gördüyü hər bir işə öz fərdi izini həkk etdirir. Şəxsiyyət yalnız öz ümumi xassələri və cəhətləri mənasında deyil, həmçinin öz sosial, mənəvi, fiziki keyfiyyətləri cəhətdən nəzərdən keçirilən bir insandır. Bu keyfiy¬yət¬lər həm müsbət, həm də mənfi ola bilər, çox zaman isə, müxtəlif nisbə¬t¬lərdə olsa da onlarda həm ləyaqət, həm də nöqsanlar birləşmiş olur.
İnsanın ən ümumi əlaməti onu qalan aləmdən ayıran sosial fəaliyyətdir. İnsan, hər şeydən əvvəl, öz fəaliyyəti şəraitini dəyişdirən və bütün bu keyfiyyətlər bir– biri ilə qırılmaz əlaqədardır. Şəxsiyyət– məzmununa görə olduqca zəngin anlayış olub, özündə insanın təkcə ümumi və xüsusi əlamətlərini deyil, həm də nadir, unikal xassələrini də əks etdirir. İnsanı, şəxsiyyət edən, şübhəsiz sosial fərdilik, da-ha dəqiq desək, insan üçün xarakter olan sosial keyfiyyətlər, onun sosial spesifi-kasıdır. Şəxsiyyət anlayışına adətən fərdin təbii– fərdi xarakteristikasını daxil etmirlər. İnsanın sosial fərdiyyəti boş yerdə və təkcə bioloji şərtlər əsasında yaranmır. İnsan konkret tarixi zamanda və sosial məkanda, praktiki fəaliyyət və tərbiyə prosesində formalaşır. Ona görə də sosial fərdiyyət kimi şəxsiyyət həmişə müxtəlif, rəngarəng amillərin qarşılıqlı təsiri və sintezinin konkret yekunudur. Və şəxsiyyət özü insanın sosial– mədəni təcrübəsini toplaya bilməsi dərəcəsi ilə bir o qədər əhəmiyyət daşımır və öz növbəsində insanın inkişafına fərdi töhfəsini verir.
Şəxsiyyət mürəkkəb struktura və şərhə malikdir. Ümumiy¬yətlə, fəlsəfədə şəxsiyyət problemi insanın şəxsiyyət kimi mahiyyəti, onun dünyada və tarixdə yeri və rolu deməkdir. Burada şəxsiyyət ictimai idealların, sərvətlərin, ictimai münasi-bətlərin, adamların fəaliyyət və ünsiyyətinin subyekti və fərdi ifadəsidir. Şəxsiyyət, hər şeydən əvvəl, fəaliyyətin yetirməsidir. Yalnız fəaliyyəti sayəsində insan bir şəxsiyyət kimi özünüdərk, təsdiq və təzahür etdirir.
Psixoloq-SevincZH
Psixologiya Pedaqogika
Ən maraqlı informasiyalar, ən maraqlı testlər, ən maraqlı elmi biliklər sizi gözləyir
Əziz dost,gəl düşünək. Mən sizə bir sualla müraciət edim. Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Yaxşı, bəs özünü necə tanıyırsan?
Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır.
İnsanları tanımaq üçün mütəxəssiz olmaq lazım deyil,sadəcə olaraq bir elm sahəsi var ki,ona yaxından bələd olsan nəinki yaxın adamların, hətta ətrafdakı insanların xasiyyətinə, mənəvi aləminə bələd olarsan.Ən başlıcası,sən özünü yaxşı tanıyarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan.
29 апр. 2010 г.
Şəxsiyyət,fərd, fərdiyyət
Hər bir insan həm bioloji, həm də sosial varlıqdır.Bioloji varlıq kimi fərd, sosial varlıq kimi şəxsiyyət termini ilə ifadə edirlər. Fərd-özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Bu baxımdan hər bir adam – fərddir. İnsan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir. Şəxsiyyət dedikdə, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfiyyətlərin sistemi kimi nəzərdə tutulur. Şəxsiyyət ictimai proseslərə daxil olmaqla öz həyat şəraitini fəal surətdə dəyişməyə başlayır. O ancaq şüur və mənlik şüurun yaranması ilə birlikdə əmələ gəlir. O hər zaman, hər vaxt fəaldır və belə bir fəallıq olmasa, onu əhatə edən ictimai və təbii mühitdə yaşayıb yarada bilməz. İctimai inkişaf prosesində insan şəxsiyyətə çevrildikcə onun özünəməxsus həyat tərzi və öz daxili aləmi formalaşır. Buna fərdiyyət deyilir.
Comments are closed, but trackbacks and pingbacks are open.